Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2121/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment-uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ##.##.2014-cü ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeyd kitabında 362 № ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından iki övladları anadan olmuşdur: ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızı və ##.##.2018-ci il təvəllüdlü X5. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/** saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. İddiaçı hazırki tələb ilə yəni ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının 18 yaşına çatanadək xəstəliklərinin malicəsi üçün hər ay alimentin” tutulması ilə bağlı iki dəfə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2020-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2023-cü il tarixli qətnamələri ilə iddia tələbləri bu hissələrdə təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin əmək haqqının artmış olduğunu, ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının daimi müalicəyə ehtiyac olduğunu əsası ilə yenidən məhkəməyə müraciət edərək uşağın müalicəsi üçün hər ay 300 manat sabit pul məbləğində alimetin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh Rəfai oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Sabunçu rayon Məhkəməsini 2( ***)-****/**** saylı ## ###### 2023-cı il tarixli qətnaməsi ilə onun himayəsində saxlanılmış ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızı və ##.##.2018-ci il təvəllüdlü X5 18 yaşına çatana kimi xəstəliklərinin müalicəsi ilə əlaqədar hər ay ödənilən 100 (yüz) manat məbləğində vəsaitin cavabdeh Cavabdeh Rəfael oğlundan tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə ##.##.2013-cü ildə el adəti ilə toy edərək ailə qurmuşdur. Onların aralarında rəsmi nikahları isə ##.##.2014cü ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeyd kitabında 362 № ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından iki övladı anadan olmuşdur: ##.##.2014-cii il təvəllüdlü Kərimova İnci Məmməd qızı və ##.##.2018-ci il təvəllüdlü X5. Sonradan cavabdeh öz ailəsinə baxmamış və aralarında yaranan narazıçılığı nizamlamaq mümkün olmadığından o, məcbur olub məhkəməyə müraciət emişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(008)-6568/19 sayl qətnaməsi ilə cavabdehdən hər ay hər bir uşağa görə 160 manat olmaqla iki uşağa 320 manat, ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının və ##.##.2018-ci il təvəllüdlü X6 xəstəliklərinin müalicəsi məqsədi ilə hər bir uşağa görə 50 manat olmaqla, cəmi hər ay 100 manat pul tutularaq ona verilməsi qət edilmişdir. Həmin işdən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(008)-6568/19 sayl qətnaməsi ilə hər uşağa görə (cəmi 100) manat məbləğində pulun tutulması hissəsində ləğv edilmiş, alimentin ödənilməsi cəmi 320 manat hissədə dəyişdirmədən saxlamışdır. Həmin işdən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasımı 2( ***)-****/**** saylı ##.##.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı Qətnaməsi ilə Bakı şəhəri Sabunşu rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(008) ****/** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni mindiyi gündən başlayaraq, ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızı və ##.##.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi hər bir uşağa görə hər ay 220 manat olmaqla, cəmi 440 manat aliment tutularaq İddiaçı qızma ödənilməsi qət edilmişdir. Daha sonra iddiaçı İddiaçı nümayəndəsi X4 iddia tələbininin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qıznın 18 yaşına çatanadək xəstəliklərinin malicəsi üçün hər ay 300 manat məbləğidndən pulu Cavabdeh Rafael oğlundan tutularaq İddiaçı qzınına ödənilməsini məhkəməən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “mülki iş matriallarına əlavə edilmiş sənədlərdən tərəflərin birgə nikahından doğulmuş ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının gözünün daimi müayinələrə və müalicələrə ehtiyacı olması müəyyən edilsə də, uşağın gözündə olan narahatçılıqlar artması müəyyən edilmir. Yəni ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının gözündə olan narahatçılıq ağır xəstəlik hesab edilə bilən müstəsna hal olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə onu da iddiaçının nəzərinə çatdırmağı zəruri hesab etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadından da görünür ki, hazırki dövürdə cavabdehdən uşaqların saxlanması üçün aliment məbləği tutulur. Belə ki, sözügedən alimentin tutulması əsası uşaqların saxlanması olduğundan, uşağın gözündə olan narahatçılığa çəkilməli olan xərc də elə məhz alimentin məbləğinə aiddir”. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi uşağın faktiki müalicə xərclərinə münasibətdə iddia üzrə tətbiq etdiyi “norma” düzgün sayıla bilməz və tərəflərin qarşılıqlı münasibətinə uyğun sayıla bilməz. Həmçinin birinci instansiya məhkəməsi iddia üzrə demək olar ki, araşdırma aparmayıb, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymətini verə bilməyib. Eyni zamanda birinci instansiya məhkəməsi, uşağın faktiki müalicə almasını və bunun mütamadi xarakter daşımasını düzgün qiymətləndirməyib. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (II). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (IV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 85.1 və 85.1.1. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. “Uşaq hüquqları haqqında” Qanun:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81 maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli Qərarı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki tələb ilə iki dəfə məhkəməyə müraciət edərək yuxarıda göstərilən qətnamələri ilə iddia tələbləri təmin edilməsə də, hazırda cavabdehin əmək haqqının artmış olmasına, ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının daimi müalicəyə ehtiyac olduğunu əsası ilə yenidən məhkəməyə müraciət edərək uşağın müalicəsi üçün hər ay 300 manat sabit pul məbləğində əlavə xərcin tutulmasını xahiş etmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, “Narınc” X14 diaqnostikasından görünür ki, Kərimova İnci Məmməd qızı həftədə 3 dəfə “Narınc” X15 müalicə alır. “Narınc” X14 diaqnostikasından görünür ki,Kərimov İnci Məmməd qızı ##.##.2021-ci il və ##.##.2021-ci il tarixlərdə müayinədən keçmişdir. ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli tövsiyyə vərəqələrindən görünr ki, Kərimova İnci Məmməd qızına istifadə edilməsi üçün dərmanlar yazılmışdır. ##.##.2023-cü il tarixli Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən təqdim edilən arayışdan görünür ki, Kərimova İnci Məmməd qızı mərkəzdə müayinə olunmuş, 3 ay sonra müayinə və müalicə mütləqdir. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən təqdim edilən ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Kərimova İnci Məmməd qızı ##.##.2015-ci ildə mərkəzə müraciət etmiş, mütamadi olaraq müalicələr almış, ##.##.2016-cı il tarixdə “çəpgözlüyün cərrahi korreksiyası” cərrahi əməliyyatı olmuşdur. Pasient daha sonra ##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixədək ambulator müayinələrdə olmuşdur. Ambulator xəstənin fərdi vərəqəsindəki qeydə əsasən binokulyar görmənin bərpası üçün periotik ambulator müalicələrə ehtiyac duyulur. Xızı Rayon Polis şöbəsinin ##.##.2024-cü il tarixli *-**-**/*-****/**** nömrəli məktubundan görünür ki, Cavabdeh Xızı rayon Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrolxidməti inspektor vəzifəsində xidmət edir, onun aylıq əmək haqqı 879 manatdır. Həmin əmək haqqından 440 manat aliment borcuna görə tutulur. Digər daimi xarakter daşıyan gəlirləri barədə məlumat qeydə alınmamışdır. Baş Dövlət Yol Polis İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Рəfail oğlu 2024-cü il üzrə əmək haqqına əlavə gəlirlər ilə birlikdə cəmi 9585.08 manat pul ödənmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, mülki iş matriallarına əlavə edilmiş sənədlərdən tərəflərin birgə nikahından doğulmuş ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının gözünün daimi müayinələrə və müalicələrə ehtiyacı olması müəyyən edilsə də, uşağın gözündə olan narahatçılıqlar artması müəyyən edilmir. Yəni ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının gözündə olan narahatçılıq ağır xəstəlik hesab edilə bilən müstəsna hal olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə onu da iddiaçının nəzərinə çatdırmağı zəruri hesab etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadından da görünür ki, hazırki dövürdə cavabdehdən uşaqların saxlanması üçün aliment məbləği tutulur. Belə ki, sözügedən alimentin tutulması əsası uşaqların saxlanması olduğundan, uşağın gözündə olan narahatçılığa çəkilməli olan xərc də elə məhz alimentin məbləğinə aiddir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsi uşaqların saxlanılması üçün valideynlərin təkcə cari aliment ödəməklə kifayətlənmədiyini, müstəsna və gözlənilməz hallarda yaranan əlavə xərclərdə də iştirak etmək öhdəliyini tənzimləyir. Belə ki, cari aliment (Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən müəyyən edilən) uşağın gündəlik qidalanması, geyimi, yaşayışı və ümumi ehtiyacları üçündür. Lakin elə hallar yaranır ki, bu cari aliment uşağın xüsusi və zəruri tələbatlarını ödəyə bilmir. 81.1-ci maddə məhz bu boşluğu doldurur məqsəd uşağın düşdüyü çətin və ya xüsusi vəziyyətdə onun hüquq və maraqlarını qorumaq, yükü təkcə uşağın yanında qaldığı valideynin üzərinə qoymamaqdır. Göründüyü kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsi uşağın səhhəti, reabilitasiyası və ya əlilliyi ilə bağlı yaranan adi aliment çərçivəsindən kənara çıxan gözlənilməz xərclərin valideynlər arasında bərabər və ya maddi imkanlarına mütənasib şəkildə bölüşdürülməsini təmin edən hüquqi mexanizmdir. Bu baxımdan birinci instansiya məhkəməsinin “alimentin tutulması əsası uşaqların saxlanması olduğundan, uşağın gözündə olan narahatçılığa çəkilməli olan xərc də elə məhz alimentin məbləğinə aiddir” qeydi istinad edilən normanın tələbələri baxımından əsassız və qanunsuz olmuşdur. Digər tərəfdən Məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının gözünün daimi müayinələrə və müalicələrə ehtiyacı olması müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, uşağın gözündə olan narahatçılıqlar artması müəyyən edilmir. Yəni ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının gözündə olan narahatçılıq ağır xəstəlik hesab edilə bilən müstəsna hal olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki vəziyyətdə ##.##.2014cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının gözünün daimi müayinələrə və müalicələrə ehtiyacı olması işin mübahisəsiz hallarıdır. Bununla yanaşı qeyd edilməlidir ki, uşağın gözündəki narahatlığın artmamasının və vəziyyətin stabilləşməsinin yeganə səbəbi məhz aparılan daimi müayinə və müalicələrdir. Profilaktik və ya saxlayıcı müalicə kəsilərsə, uşağın görmə qabiliyyətinin pisləşməsi və ağırlaşmaların yaranması qaçılmazdır. Birinci instansiya məhkəməsinin qeyd edilən nəticəsi ilə işə yanaşılsa, uşağın xəstəliyinin ağırlaşmasını gözləmək lazımdır ki, xərc "müstəsna" hesab edilsin. Bu isə uşağın sağlamlıq hüququnun birbaşa pozulmasıdır və iş materiallarında uşağın daimi müalicəyə ehtiyacı olmasının təsdiqlənməsi artıq bu xərclərin sistemli və zəruri olduğunu, yəni 81.1-ci maddənin təsiri altına düşdüyünü göstərir. BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına və Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, uşaqla bağlı bütün məsələlərdə uşağın ən üstün mənafeləri rəhbər tutulmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, görmə qabiliyyətinin qorunması uşağın gələcək həyat keyfiyyəti üçün həyati əhəmiyyət kəsb edir. Hər iki valideyn bu xərcləri bərabər və ya maddi imkanlarına mütənasib şəkildə bölüşməyə borcludur. Bu yükün yalnız uşağın yanında qaldığı valideynin üzərinə qoyulması ədalətsizlikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81 maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş omadıqda və sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar və s) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcələsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi işin hallarına uyğun olmayan nəticəyə gəlməkə maddi hüquq normalarının tələblərini pozmuşdur. Bununla belə Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi qismən - ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının 18 yaşına çatanadək xəstəliklərinin malicəsi üçün hər ay 100 manat məbləğidən pulun Cavabdeh Rafael oğlundan tutularaq İddiaçı ödənilməsini hissəsində əsaslı olmuşdur. Belə ki, əlavə xərclərlə bağlı tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Belə olan halda Məhkəmə Kollegiyası istinad olunan normaları, eyni zamanda ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının sözügedən xəstəlikdən əziyyət çəkməsini, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə almaqla yanaşı həmçinin cavabdehin də mənafeyini nəzərə alaraq, belə qənaətə gəlir ki, 300 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi qismən təmin edilərək, cavabdeh uşağa çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilməklə iddia tələbi qismən təmin edilməklə, ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızının 18 yaşına çatanadək xəstəliklərinin müalicəsi üçün hər ay 100 manat məbləğidən pulun Cavabdeh Rafael oğlundan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh, ##.##.2014-cü il təvəllüdlü Kərimova İnci Məmməd qızına çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 (yüz) manat iddiaçı İddiaçı xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.