Məhkəmə qərarları › İş №2(3-6)-2153/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2153/2026

04.06.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2153/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi və sair” tələbinə dair iddiası qismən təmin edilmiş, iş vaxtından artıq vaxt ərzində görülən işin əvəzi qismində 4984 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən X4 vəkili vəkil2 tərəfindən ##.##.2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiyanın mümkünlüyü barədə ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardad ləğv edilmiş, mülki iş apellyasiya baxışından çıxarılmış, X4 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən X4 nümayəndəsi, vəkili vəkil2 tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılmış, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti verilməsi üçün qərardad təqdim edildikdən (elektron kabinete yerləşdirildikdən) sonra 3 gün vaxt verilmişdir. ##.##.2025-ci il tarixdə X4 nümayəndəsi, cavabdeh Azərbaycan Respublikası Cavabdeh vəkili vəkil2 həmin qətnamədən buraxılmış müddətin bərpa edilməsi barədə ərizə və təkrar apellyasiya şikayəti ilə müraciət etmiş, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Cavabdeh vəkili vəkil2 tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(001)- ***/**** saylı qətnaməsindən X4 nümayəndəsi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. ##.##.2025-ci il tarixdə X4 məhkəməyə prosessual müddətin bərpasına dair vəsatətlə və ona əlavə edilmiş apellyasiya şikayəti ilə təkrar müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə müddətin bərpasına dair vəsatət və ona əlavə edilmiş apellyasiya şikayəti geri qaytarılmış və X4 izah edilmişdir ki, o, vəsatəti və apellyasiya şikayətini gücləndirilmiş elektron imza ilə imzalamaqla və səlahiyyətini təsdiq edən etibarnamə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ##.##.2025-ci il tarixli qətnamədən prosessual müddətinin bərpasına dair vəsatət və ona əlavə edilmiş apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə müddətin bərpasına dair vəsatət və ona əlavə edilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə təkrar məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən şikayətin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilmiş və buraxılmış prosessual müddət bərpa edilmiş, cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı həmin qərardaddan şikayət ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti geri qaytarılmış və şikayət verən şəxsə izah edilmişdir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra apellyasiya şikayəti ilə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Hazırda cavabdehin nümayəndəsi və vəkili X2 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə təkrar məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi və sair tələbinə dair” iş *(***)-***/**** saylı mülki iş Binəqədi Rayon Məhkəməsinin icraatında olmuşdur. Həmin mülki iş üzrə ##.##.2025-ci il tarixli 2(001)- ***/**** saylı qətnamə ilə iddia qismən təmin edilərək iş vaxtından artıq vaxt ərzində görülən işin əvəzi qismində 4984 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Belə ki, ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnamədən cavabdeh Azərbaycan Respublikası Cavabdeh vəkili vəkil2 tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş apellyasiya şikayətinə hakim tərəfindən baxılmış və 2(001)-103/2025 ##.##.2025-ci il qərardadla apellyasiya şikayəti geri qaytarılmış, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti verilməsi üçün qərardad təqdim edildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 3 gün vaxt verilmişdir. Qeyd edir ki, apellyasiya şikayəti müddət ötmədən elektron kabinetə yerləşdirilmişdir lakin, düzgün qaydada (prosessual qanunvericiliyə uyğun formada) elektron kabinetə yerləşdirilmədiyindən şikayət geri qaytarılmışdır. Daha sonradan cavabdeh tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələrinin *** saylı hərbi hava hissəsi ilə vəkil vəkil2 arasında bağlanmış xidmət müqaviləsinə xitam verilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələrinin *** saylı hərbi hava hissəsinin komandiri X5 ilə onun arasında yenidən ##.##.2025-ci il tarixli EO-****VK-*****/** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Tərəflərindən eyni qaydada apellyasiya şikayəti göndərilmişdir. Lakin ilk şikayət vəkil orderi Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələrinin *** saylı hərbi hava hissəsinin adına deyil də komandirinin adına olduğu üçün geri qaytarılmışdır. Daha sonra həmin şikayət Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələriin *** saylı hərbi hava hissəsinin öz şəxsi kabinetləri vasitəsilə göndərilmişdir. Bu zaman da həmin elektron kabinet komandirin gmailine bağlı olduğu üçün şikayətdə “şikayət verən şəxs” Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələrinin *** saylı hərbi hava hissəsi kimi deyil də X5 qeyd olunmuşdur. Nəticədə hakim tərəfindən *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardad qəbul edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən X4 tərəfindən verilmiş prosessual müddətinin bərpasına dair vəsatət və ona əlavə edilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra tərəfindən Məhkəmə-Hüquq Şurasına telefon müraciəti olunmuşdur. Hazırki halın necə aradan qaldırıla biləcəyini soruşanda işçilər tərəfindən ona apellyasiya şikayəti və ona əlavə olunmuş müddətin bərpasına dair ərizəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələriin *** saylı hərbi hava hissəsi ilə arasında bağlanış xidmət müqaviləsini (vəkil orderi), Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələriin *** saylı hərbi hava hissəsi tərəfindən ona verilmiş etibarnamə və digər sübutlarla birlikdə vəkil kabinetindən yükləyəcəyi halda bir problem olmayacağı bildirilmişdir. Lakin tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələrinin *** saylı hərbi hava hissəsinin vöeni olmadığından “şikayət verən şəxs” hissəsində “hüquqi şəxsi” seçərkən vöen daxil edə bilmədiyini qeyd edəndə, onlar tərəfindən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələriin *** saylı hərbi hava hissəsi və digər bütün hərbi hissələr Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərdiyindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vöenini “şikayət verən şəxs” bölməsinə qeyd etməli olduğu bildirilmişdir. Bundan əlavə şikayətin elektron olmayan halında şikayət verən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələriin *** saylı hərbi hava hissəsi kimi qeyd olunduğundan hakim tərəfindən hər hansı iradın bildirilməyəcəyi və hər hansı prossessual pozuntunun olmayacağı dəfələrlə bildirilmişdir. Deyilən kimi də olmuşdur. Hakim tərəfindən heç bir irad bildirilmədən tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər icraata qəbul edilmişdir. Hətta hakim tərəfindən iş *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardad qəbul edilərək ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən şikayətin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. (çünki şikayətin göndərilməsində hər hansı bir prossesual pozuntu olmamışdır) Daha sonra iddiaçı İddiaçı tərfindən *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardaddan verilmiş əsassız və normalara uyğun olmayan şikayət elektron kabinetə yerləşdirilmişdir. İddiaçı tərəfindən verilmiş şikayətə baxdıqda şikayətin heç özü tərəfindən yox süni intellekt tərəfindən tərtib olunması açıq aşkar görülməkdədir. Bundan əlavə şikayət prossesual qaydaları pozacaq formada cədvəlsiz və sxemsiz mətn kimi yazılmışdır. Bu cür şikayətlər yalnız cinayət işləri üzrə qəbul edilmiş qərar və hökmlər üçün yazıla bilər. Əsassız və verilmə qaydası düzgün olmayan şikayətin verilməsi halı hakim tərəfindən nəzərə alınmadan *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardad qəbul edilmiş, şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti geri qaytarılmışdır. Tərəfindən dəfələrlə hazırki hal ilə bağlı necə düzgün şikayət verilməsi halı izah olunsa da, iddiaçının süni intellekt tərəfindən tərtib olunmuş, əsassız şikayəti təmin olunmuşdur. Hakim tərəfindən hazırki hal haqqında ətraflı araşdırılma aparılmadan, şikayətə əlavə edilən vəkilin səlahiyyətini təsdiq edən orderdə hüquqi yardım göstərilən şəxs kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həbri Hava Qüvvələrinin N saylı hərbi hissəsi qeyd edilərək şikayət verən şəxsin isə hərbi hissənin vöeni olmadığından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vöeninin “şikayət verən şəxs” qismində qeyd oluna biləcəyi aydınlaşdırılmadan əsassız qərardad qəbul edilmişdir. Bu hal ilə bağlı Hüquq Şurasına telefon müraciət etdikdə isə ona hər hansı səhvlik olmadığı bildirilərək, tərəfindən gmail adres üzərindən rəsmi müraciətin olunmalı olduğu və cavab məktubu alındıqdan sonra, hakim tərəfindən qəbul edilmiş qərardaddan şikayət verilə biləcəyi qeyd edilmişdir. Hazırda, qeyd etdiyi halların və hazırki ərizəsinə əlavə etdiyi sübutların ətraflı araşdırılması, qeyd olunan prosessual müddət ötmüş olsa da apellyasiya şikayətinin mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi və icraata alınması zərurəti vardır. Ona görə də ərizəsini təmin edib, buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini və ##.##.2025-ci il tarixli 2(001)- ***/**** saylı qətnamədən verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəni qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən şikayətin verilməsi müddətinin buraxılmasının səbəbinin üzürlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi, cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, verilmiş ərizənin dəlillərini, habelə mülki işin materiallarını nəzərdən keçirərək qeyd edir ki, cavabdeh verilmiş apellyasiya şikayətlərinin geri qaytarılmasına əsas olmuş nöqsanları aradan qaldırmış və hazırda mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və şikayət ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, ilk dəfə verilmiş apellyasiya şikayəti müddət ötmədən elektron kabinetə yerləşdirilmiş, lakin düzgün qaydada (prosessual qanunvericiliyə uyğun formada) elektron kabinetə yerləşdirilmədiyindən şikayət geri qaytarılmışdır. Belə olan halda məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, müddətin buraxılması üzürlü hesab edilərək qəbul edilmiş qətnamənin əsaslılığını yuxarı instansiya məhkəməsində mübahisələndirmək imkanı yaradılmalıdır. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən şikayət verilərək, qərardadın kobud prosessual pozuntularla qəbul edildiyi nəzərə alınaraq ləğv edilməsi, cavabdehin müddətin bərpasına dair əsassız ərizəsinin rədd olunması və apellyasiya şikayətinin icraata qəbul edilməmiş hesab edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş olunmuşdur. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam və obyektiv araşdırılmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfin bir il ərzində dəfələrlə verdiyi apellyasiya şikayətlərinin prosessual pozuntular səbəbindən geri qaytarılması faktı, tərəfindən təqdim edilmiş xronoloji cədvəl və məhkəmə qərardadları ilə təsdiq olunsa da, məhkəmə bu halları nəzərə almamışdır. Eyni zamanda cavabdeh nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlərdə ciddi uyğunsuzluqlar (fərqli subyektlərdən verilmiş etibarnamə və order, səlahiyyəti bitmiş şəxslə bağlanmış müqavilə və s.) mövcud olsa da, bu hallar araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Bundan əlavə, tərəfindən iclasdan əvvəl və iclas zamanı verilmiş vəsatətlər, o, cümlədən sübutların araşdırılmasına dair təqdim etdiyi materiallar məhkəmə tərəfindən nəzərə alınmamış, qərarda ümumiyyətlə əks etdirilməmişdir. Həmçinin məhkəmənin istinad etdiyi “sistem nasazlığı” halı real sübutlarla təkzib olunsa da, bu fakt yoxlanılmadan qəbul edilmişdir. Göstərilənlər onu sübut edir ki, iş üzrə mühüm əhəmiyyətli faktiki hallar tam aydınlaşdırılmamış və bu səbəbdən məhkəmənin gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam və obyektiv araşdırılmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bu aşkar faktlar mövcud olduğu halda məhkəmənin əks nəticəyə gəlməsi obyektiv qiymətləndirmənin aparılmadığını göstərir. Beləliklə, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarının təhrif edilməsi, sübutların seçmə qaydada qiymətləndirilməsi və açıq ziddiyyətli yanaşma əsasında formalaşmışdır. Bu isə qəbul edilmiş qərardadın qanunsuz və əsassız olmasını tam şəkildə təsdiq edir və onun qüvvədə saxlanılması ədalət mühakiməsinin mahiyyətinə ziddir. Apellyasiya instansiyasına təqdim edilən yeni sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən qəsdən və əsassız şəkildə nəzərə alınmamış və araşdırılmamışdır. Belə ki, tərəfimdən iclasdan əvvəl və iclas zamanı dəfələrlə vəsatətlər qaldırılmış, sübutlar, o, cümlədən cavabdeh tərəfin prosessual pozuntularını əks etdirən xronoloji cədvəl və digər materiallar təqdim edilmişdir. Lakin məhkəmə bu sübutlara ümumiyyətlə hüquqi qiymət verməmiş, qərarda onları əks etdirməmiş və faktiki olaraq araşdırmadan kənarda saxlamışdır. Bununla yanaşı, iş üzrə bəzi sübutlar məhkəmənin sübutları araşdırmaqdan yayınması və təqdim edilən materiallara münasibət bildirməməsi səbəbindən birinci instansiyada effektiv şəkildə təqdim edilə bilməmiş, bir qismi isə qərardaddan sonra əldə edilmişdir. Məhkəmənin sübutları qəbul etməməsi və araşdırmaması nəticəsində işin faktiki halları təhrif olunmuş, qərar tam olmayan və birtərəfli materiallar əsasında qəbul edilmişdir. Bu səbəbdən apellyasiya instansiyasında təqdim olunan yeni sübutların qəbul edilərək tam və obyektiv araşdırılması zəruridir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının kobud prosessual pozuntularla qəbul edildiyi nəzərə alınaraq ləğv edilməsi, cavabdehin müddətin bərpasına dair əsassız ərizəsinin rədd olunması və apellyasiya şikayətinin icraata qəbul edilməmiş hesab edilməsi barədə yeni qərardad qəbul edilməsi tələb olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(001)- ***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya iddiaçının şikayətə şifahi icraat qaydasında baxılmasına dair müraciətinə münasibət bildirib qeyd edir ki, müraciətdə və şikayətdə iddiaçının hansı səbəblərdən qərardadla razılaşmadığı geniş şərh edildiyindən şikayət üzrə işə məhkəmə iclasında baxmasına zərurət yoxdur. Ona görə də müraciət təmin edilməyərək şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 61. İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ### 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini, iddiaçının təqdim etdiyi vəsatətləri iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Hazırkı mülki işin sənədlərindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün cavabdeh hərbi hissənin vəzifəli şəxsi hüquqi xidmət alması üçün vəkilə müraciət etmiş, ilk dəfə apellyasiya şikayəti qanunla müəyyən olunan müddətdə verilsə də, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən qeyri-mümkün hesab edilmiş, cavabdeh tərəf yalnız yeni vəkillə müqavilə bağladıqdan sonra onun apellyasiya şikayətinin qanunla müəyyən olunan qaydada tərtib edilərək məhkəməyə təqdim edilməsi mümkün olmuşdur. Göründüyü kimi cavabdeh razılaşmadığı məhkəmə aktından ondan asılı olmayan səbəblər üzündən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunan müddəti ötürmüşdür. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Kollegiya iddiaçının təqdim etdiyi eyni məzmunlu, təkrar verilən vəsatətlərinə münasibət bildirib qeyd edir ki, vəsatətlərdə qeyd olunan hallar şikayətin təmin edilməsinə əsas ola bilməz. Bundan başqa iddiaçı özünə məxsus elektron kabineti vasitəsi ilə mülki işin bütün sənədləri ilə tanış olmaq imkanına malikdir. Hazırkı icraatda kollegiya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə baxdığından, həmin qərardadla bağlı olmayan sübutların hazırkı icraatada tədqiq olunması isə mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar