Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2158/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə iş № *(3-6)-2158/2026 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26A, * saylı mənzildən cavabdeh Cavabdeh məxsus aşağıdakı əşyaların: 1 ədəd Panasonic televizor, 1 ədəd Panasonic DVD player, 1 ədəd televizor altlığı dəst, 1 ədəd ev telefonu, 1 ədəd qonaq otağı üçün masa, 6 ədəd oturacaq (stul), 1 ədəd divan və 2 ədəd kreslo, 4 ədədpərdə, 3 otaq üçünpərdə, 1 ədədağrəng bogema güldan, 1 ədəd bogema meyvə qabı, 2 ədəd konfet qabı, 2 ədədsadə böyük bokal, 1 ədəd lepka güldan, 2 ədəd qızıl rəng bogema rumka, 1 ədəd vannası ilə paltar setkası, 1 ədəd yataq dəsti yataq otağı üçün, 1 ədəd gecə lampası (noçnik), 1 ədəd divar üçün plakat, 1 ədəd divar saatı, 7 ədəd çilçıraq (lüstr), uşaq məktəb ləvazimatı və geyim əşyaları, cavabdehə məxsus geyim əşyaları, 6 ədəd əlavə oturacaq (stul), 4 ədəd yorğan-döşək dəsti, 8 ədəd balınc, 1 ədəd uşaq yatağı, 1 ədəd uşaq dolabı (qarderob), 1 ədəd ütü və ütü masası, 6 ədəd xalça, 1 ədəd soba, cavabdehə aid ayaqqabılar, uşaqlara aid ayaqqabılar, 1 ədəd LG markalı soyuducu, 1 ədəd LG markalı paltaryuyan, 1 ədəd qaz plitəsi (Sosler), 1 ədəd mətbəx üçün havalandırma (Sosler), mətbəx mebeli, 1 ədəd mətbəx masası və 4 ədəd oturacaq, 1 ədəd mətbəx çanaxı (rakovina), 127 ədəd qab-qacaq, 3 ədəd çaydan, 3 ədəd su qrafini, 27 ədəd balaca qaşıq, 14 ədəd boyük qaşıq, 1 ədəd çörək qabı, 14 ədəd masqura, 11 ədəd mətbəx üçün dəsmal, 7 ədəd ədviyyat qabı, 1 ədəd dəmir çörək qabı, 2 ədəd tyorka, 1 ədəd qaşıq çemodan, 1 ədəd yekə aluminium qazan, 1 ədəd çuqun ləyən, 2 ədəd aşsüzən, 1 ədəd qazan dəsti, 1 ədəd ət taxtası, 1 ədəd çaynik dəsti, 1 ədəd stəkan dəsti, 1 ədəd blender, 1 ədəd kofemolka, 1 ədəd keks qabı, 1 qutu dondurma qabı, 2 qutu sok stəkanı, 1 ədəd ləpəçərəz qabı, 3 qutu nəlbəki, 1 qutu rumka, 2 qutu stəkan, 2 qutu razetka, 1 qutu duz qabı, 1 qutu armudu stəkan, 1 qutu nəlbəki, 4 ədəd bogema konfet qabı, 4 ədəd tək qulp tavanın məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26A, * saylı mənzildən cavabdeh Cavabdeh məxsus aşağıdakı əşyalar: 1 ədəd Panasonic televizor, 1 ədəd Panasonic DVD player, 1 ədəd televizor altlığı dəst, 1 ədəd ev telefonu, 1 ədəd qonaq otağı üçün masa, 6 ədəd oturacaq (stul), 1 ədəd divan və 2 ədəd kreslo, 4 ədəd pərdə, 3 otaq üçün pərdə, 1 ədəd ağ rəng bogema güldan, 1 ədəd bogema meyvə qabı, 2 ədəd konfet qabı, 2 ədəd sadə böyük bokal, 1 ədəd lepka güldan, 2 ədəd qızıl rəng bogema rumka, 1 ədəd vannası ilə paltar setkası, 1 ədəd yataq dəsti yataq otağı üçün, 1 ədəd gecə lampası (noçnik), 1 ədəd divar üçün plakat, 1 ədəd divar saatı, 7 ədəd çilçıraq (lüstr), uşaq məktəb ləvazimatı və geyim əşyaları, cavabdehə məxsus geyim əşyaları, 6 ədəd əlavə oturacaq (stul), 4 ədəd yorğan-döşək dəsti, 8 ədəd balınc, 1 ədəd uşaq yatağı, 1 ədəd uşaq dolabı (qarderob), 1 ədəd ütü və ütü masası, 6 ədəd xalça, 1 ədəd soba, cavabdehə aid ayaqqabılar, uşaqlara aid ayaqqabılar, 1 ədəd LG markalı soyuducu, 1 ədəd LG markalı paltaryuyan, 1 ədəd qaz plitəsi (Sosler), 1 ədəd mətbəx üçün havalandırma (Sosler), mətbəx mebeli, 1 ədəd mətbəx masası və 4 ədəd oturacaq, 1 ədəd mətbəx çanaxı (rakovina), 127 ədəd qab-qacaq, 3 ədəd çaydan, 3 ədəd su qrafini, 27 ədəd balaca qaşıq, 14 ədəd boyük qaşıq, 1 ədəd çörək qabı, 14 ədəd masqura, 11 ədəd mətbəx üçün dəsmal, 7 ədəd ədviyyat qabı, 1 ədəd dəmir çörək qabı, 2 ədəd tyorka, 1 ədəd qaşıq çemodan, 1 ədəd yekə aluminium qazan, 1 ədəd çuqun ləyən, 2 ədəd aşsüzən, 1 ədəd qazan dəsti, 1 ədəd ət taxtası, 1 ədəd çaynik dəsti, 1 ədəd stəkan dəsti, 1 ədəd blender, 1 ədəd kofemolka, 1 ədəd keks qabı, 1 qutu dondurma qabı, 2 qutu sok stəkanı, 1 ədəd ləpəçərəz qabı, 3 qutu nəlbəki, 1 qutu rumka, 2 qutu stəkan, 2 qutu razetka, 1 qutu duz qabı, 1 qutu armudu stəkan, 1 qutu nəlbəki, 4 ədəd bogema konfet qabı, 4 ədəd tək qulp tava cavabdeh Cavabdeh tərəfindən məcburi qaydada çıxarılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; Elektron məhkəmə informasiya sistemindən istifadə qaydaları: Bənd 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Bənd 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayaraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Belə ki, məhkəməyə təqdim olunan apellyasiya şikayətindən müəyyən olunur ki, cavabdehin əl ilə tərtib edərək imzaladığı apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilsə də, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə “Əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmiş, şikayət sənədlərin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməmişdir. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlamalı olan birinci instansiya məhkəməsi isə bu halı, yəni cavabdeh tərəfindən apellyasiya şikayətinin forma və məzmununa əməl edilibedilməməsini yoxlamamış, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin forma və məzmunu ilə bağlı tələbləri pozulmaqla verilməsi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsaslarının müəyyən olunmadığı üçün qeyri-mümkün sayılması və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-2158/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2158/2026
22.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver