Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2203/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı vəkili-nümayəndəsi Abışov İsmayıl Abış oğlu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ##.##.2026-cı il tarixində cavabdehlər cavabdeh2 MMC və İbrahimov Elçin Mahir oğluna qarşı “məzuniyyət pulunun ödənilməsi və məcburi dövlət sosial sığorta haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh cavabdeh2 MMC və onun direktoru İbrahimov Elçin Mahir oğlundan ona zamanında məzuniyyət haqqının ödənilmədiyinə görə 13.104 manat məbləğində pulun, mediasiya təşkilatına ödədiyi 10 manat, cəmi 13.114 manat məbləğində pulun və sosial sığorta ödənişlərinin düzgün hesablanaraq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və İbrahimov Elçin Mahir oğluna qarşı “məzuniyyət pulunun ödənilməsi və məcburi dövlət sosial sığorta haqqının tutulması” tələbinə dair mülki işin icraatına “məcburi dövlət sosial sığorta haqqının tutulması” hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı ##.##.2026-cı il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh cavabdeh2 MMC və onun direktoru İbrahimov Elçin Mahir oğlundan ona zamanında məzuniyyət haqqının ödənilmədiyinə görə 13.871 manat məbləğində pulun, mediasiya təşkilatına ödədiyi 10 manat, cəmi 13.881 manat məbləğində pulun və sosial sığorta ödənişlərinin düzgün hesablanaraq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və İbrahimov Elçin Mahir oğluna qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair əriəsinin “sosial sığorta haqlarının hesablanaraq ödənilməsi” hissəsində icraata qəbul edilməkdən imtina edilməsi və qalan hissədə iddia tələbinin icraatının mümkün hesab edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı vəkili-nümayəndəsi Abışov İsmayıl Abış oğlu şikayət verərək, qəraradadın ləğv edilməsi, işdə olan sübutlar əsasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin (Cavabdehlər cavabdeh2 MMC və onun direktoru İbrahimov Elçin Mahir oğlundan müştərək qaydada 1.300 manat məzuniyyət pulunun ödənilməsinin gecikdirilməsinə görə 13.871 manat məbləğində pulun, mediasiya təşkilatına ödədiyi 10 manat, cəmi 13.881 manat məbləğində pulun və sosial sığorta ödənişlərinin (2017-2023-cü illər üzrə əmək haqqlarının) düzgün hesablanaraq ödənilməsi barədə) tam icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbində (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə) cavabdehlərdən (cavabdeh2 MMC və onun direktoru İbrahimov Elçin Mahir oğlundan) müştərək qaydada məhkəmə qətnaməsinə əsasən ödənilməyən 1.300 manat məzuniyyət pulunun ödənilməsinin gecikdirilməsinə görə kompensasiya (hər gecikdirilən gün üçün 1% olmaqla) ödənilməsi və 2017-2023-cü illər üzrə əmək haqqlarına görə məcburi dövlət sosial sığorta ödənişlərinin düzgün hesablanaraq DSMF-də olan sığorta yığımı hesabına köçürülməsini tələb etmişdir. Lakin məhkəmə düzgün olmayaraq belə hesab etmişdir ki, guya Nizami rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə hazırkı tələbinə də baxılmışdır. Əslində məhkəmənin bu yanaşması düzgün deyil. Həmin mülki iş üzrə olan iddia tələbində məzuniyyət pulunun ödənilməsi və həmin məzuniyyət puluna görə də məcburi sosial sığorta ödənişlərinin ödənilməsi barədə iddia qaldırmışdır. Həmin Qətnamə (##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı) ilə bağlı baxılan mülki işdə o, 2017-2023-cü illərin əmək haqqları və ona görə məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilməsini tələb etməmişdir. Belə olan halda hesab edir ki, həmin qərardad qismən ləğv edilməli və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə tam icraata qəbul edilməlidir. Məhkəmənin istinad etdiyi Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsi (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa) iddianın dəqiqləşdirilməsinə dair ərizənin “sosial sığorta haqlarının hesablanaraq ödənilməsi” hissəsində icraata qəbul edilməsindən imtina edilməsi tam qanunsuzdur. Qeyd olunan hallara əsasən bir daha belə hesab edir ki, adı çəkilən qərardad ləğv edilməli və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə tam icraata qəbul edilərək mahiyyəti üzrə işə baxılması barədə yeni qərardad qəbul edilməlidir. Cavabdehlər cavabdeh2 MMC-yə və onun direktoru İbrahimov Elçin Mahir oğluna qarşı “ödənilməmiş məzuniyyət pulunun gecikdirilməsinə görə kompensasiya ödənilməsi və məcburi dövlət sosial sığorta ödənişi tələbləri barədə” iddianın dəqiqləşdirilməsi barədə ərizə tam qanuni və əsaslı olsa da, məhkəmə tərəfindən qərəzli olaraq icraata tam qəbul edilməmişdir. Belə hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş və yuxarıda qeyd olunan hallara əsasən iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə qanunsuz və əsassız olaraq tam icraata qəbul etməmişdir. Ona görə də həmin qərardad ləğv edilməli və ərizə tam icraata qəbul edilməklə, mülki işə mahiyyəti üzrə baxılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan *(***)-**/**** saylı mülki iş üzrə iddiaçı cavabdehlərə qarşı eyni tələb ilə “sosial sığorta ödənişlərinin düzgün hesablanaraq sosial sığorta hesabına ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə 390 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tutularaq iddiaçı İddiaçı məcburi dövlət sosial sığorta hesabına ödənilməsi qət edilmişdir. Həmin mülki iş üzrə iddiaçı tərəfindən iddia tələbinin “sosial sığorta ödənişlərinin düzgün hesablanaraq sosial sığorta hesabına ödənilməsi” tələbi onunla əsaslandırılmışdır ki, sosial sığorta ödənişlərinin hamısı ödənməyib. Bütün illərin hamısı yarımçıq ödənilmişdir. Halbuki, o bütün illəri işləmişdir. Özü də binanın üstünün mansardı tikirdilər. İşi götürəndə hər tonunu 200 manata götürürdü. Heç vaxt işsiz olmamışlar. Sosial sığorta arayışına baxanda aydın görünür ki, illərin çoxu sığorta ödənilməyib. Müqavilədə iş saatı 09:00-dan saat 18:00-a kimidir. Lakin saat 08-00 dan saat 18:00-a kimi işləyirdilər. 6-cı günü də işləyirdilər. Sosial ödənişlərin heç biri tam ödənilməyib. Aldığı əmək haqqına uyğun deyil. Bütün illərə baxanda belə çıxır ki, onlar işləməmişlər. Hal hazırda əmək haqqını belə verir. Müqavilələri ola-ola nəyə görə əmək haqqı qeyd olunmayıb? Sosial sığorta ödənilməyib? O belə başa düşür ki, cavabdeh həm onları, həm də dövləti aldadıb. Həmçinin iş materiallarından görünür ki, həmin mülki iş üzrə məhkəmənin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert qarşısında qoyulmuş suallardan biri aşağıdakı olmuşdur: cavabdeh2 MMC tərəfindən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları düzgün hesablanmış və düzgün ödənilmişdirmi? Düzgün hesablanmamış və ya düzgün ödənilməmişdirsə, cavabdeh2 MMC tərəfindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqları nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, məzuniyyət haqqının ödənilməməsi səbəbindən cavabdeh2 MMC tərəfindən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmaması müəyyən olunmuşdur. Belə ki, ödənilməyən 1.300 manat məzuniyyət haqqına görə 3 faiz dərəcə ilə 390 manat məbləğində MDSS hesablanmalı idi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə 390 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tutularaq iddiaçı İddiaçı məcburi dövlət sosial sığorta hesabına ödənilməsi tələbi təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Hazırda da iddiaçı İddiaçı məhkəməyə eyni tələb ilə ##.##.2026-cı il tarixdə müraciət edərək ##.##.2017-ci il tarixindən ##.##.2023-cü ilə qədər MDSS haqqının heç biri düzgün hesablanmadığını bildirərək cavabdehlərdən sosial sığorta ödənişlərinin düzgün hesablanaraq sosial sığorta hesabına ödənilməsi tələbini irəli sürmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və İbrahimov Elçin Mahir oğluna qarşı “məzuniyyət pulunun ödənilməsi və məcburi dövlət sosial sığorta haqqının tutulması” tələbinə dair mülki işin icraatına “məcburi dövlət sosial sığorta haqqının tutulması” hissəsində xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçı yenidən məhkəməyə eyni tələb ilə müraciət edərək ##.##.2017-ci il tarixindən ##.##.2023-cü ilə qədər MDSS haqqının heç biri düzgün hesablanmadığını bildirərək cavabdehlərdən sosial sığorta ödənişlərinin düzgün hesablanaraq sosial sığorta hesabına ödənilməsi tələbini irəli sürmüşdür. Halbuki iş materialları ilə müəyyən edilmişdir ki, əvvəlki mülki iş üzrə də iddiaçı işlədiyi bütün müddət ərzində cavabdeh tərəfindən onun sosial sığorta haqqlarının düzgün hesablanaraq ödənilmədiyini bildirərək işlədiyi bütün müddət üçün sosial sığorta haqqının tutulması tələbini irəli sürmüş, məhkəmə tərəfindən keçirilmiş tədqiqatı nəticəsində verilmiş ekspertiza rəyi əsasında 390 manat sosial sığorta haqqının tutulması qərara alınmışdır. Yəni iddiaçı tərəfindən irəli sürülmüş işlədiyi bütün müddət üçün sosial sığorta haqqlarının ödənilməsi tələbi üzrə məhkəmə 390 manat sosial sığorta haqqının tutulmasına dair qərar qəbul etmiş, həmin məhkəmə aktı qanuni qüvvəsini almışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirdiklərinə əsasən aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı yeni əsaslardan çıxış edərək tələb irəli sürməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “sosial sığorta ödənişlərinin düzgün hesablanaraq sosial sığorta hesabına ödənilməsi” hissəsinə münasibətdə haqlı olaraq belə qənaətə gəlmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan hazırki hissədə iddia tələbinə yenidən mahiyyəti üzrə baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı şikayətində qeyd etmişdri ki, əvvəlki mülki iş üzrə olan iddia tələbində məzuniyyət pulunun ödənilməsi və həmin məzuniyyət puluna görə də məcburi sosial sığorta ödənişlərinin ödənilməsi barədə iddia qaldırmışdır. Həmin qətnamə (##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı) ilə bağlı baxılan mülki işdə o, 2017-2023-cü illərin əmək haqqları və ona görə məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilməsini tələb etməmişdir. Halbuki iş materiallarından görünür ki, iddiaçı əvvəlki mülki iş üzrə sosial sığorta ödənişlərinin düzgün hesablanaraq sosial sığorta hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, məzuniyyət puluna görə deyil, məhz əmək haqqına əsaslanaraq qeyd etmişdir ki, “sosial ödənişlərin heç biri tam ödənilməyib. Aldığı əmək haqqına uyğun deyil”. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, ümumiyyətlə məcburi dövlət sosial sığorta haqqı əsasən əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və həm sığorta edənin, həm də sığortaolunanın vəsaiti hesabına ödənilir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və İbrahimov Elçin Mahir oğluna qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə “sosial sığorta haqlarının hesablanaraq ödənilməsi” hissəsində icraata qəbul edilməkdən imtina edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı vəkili-nümayəndəsi Abışov İsmayıl Abış oğlu tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-2203/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2203/2026
03.06.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver