Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2238/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı "iş vaxtından artıq görülən işə görə əməkhaqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı "iş vaxtından artıq görülən işə görə əməkhaqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq iş vaxtından artıq vaxt ərzində görülən işə görə ona ödənilməli olan, lakin, ödənilməmiş 69.792 manat pulun (əmək haqqının) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172- ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmış ödəncin də cavabdeh Cavabdeh MMCdən tutularaq, iddiaçı İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən tərəflər hazırki mübahisəyə dair barışıq sazişi bağladıqlarını bildirdilər və həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:
1. Cavabdeh Cavabdeh MMC dörd ay müddətinə hissə-hissə iddiaçı İddiaçı 2000 (iki min) manat pul vəsaiti ödəməyi öhdəsinə götürür. İddiaçı İddiaçı isə hazırki iddiasından imtina edir. Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-in 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Təqdim olunan barışıq sazişinin şərtlərindən görünür ki, tərəflər aralarındakı əmək mübahisəsini barışıq sazişi bağlamaq yolu ilə həll etmişlər. Həmin “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-in 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Yasamal Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və işin icraatına xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 261-263-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:
İddiaçı İddiaçı və cavabdeh Cavabdeh MMC-nin bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:
1. Cavabdeh Cavabdeh MMC dörd ay müddətinə hissə-hissə iddiaçı İddiaçı 2000 (iki min) manat pul vəsaiti ödəməyi öhdəsinə götürür. İddiaçı İddiaçı isə hazırki iddiasından imtina edir. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev