Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2282/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya (üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 MTK ilə cavabdeh2 arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış ##.##.2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Daha sonra ##.##.2025-ci il tarixdə qeyd olunan qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs X7 nümayəndəsi və vəkili vəkil2 qətnamədən apellyasiya şikayəti və qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Müddətin bərpasına dair ərizə belə əsaslandırılmışdır ki, o qətnamədən maraqlı tərəf Cəmilə Musazadənin nümayəndəsi və vəkili kimi apellyasiya şikayəti verməli idi və apellyasiya şikayətinin verilmə müddətinin son günü ##.##.2025-ci il tarixə kimi idi, lakin vəkillik fəaliyyətində yaranmış problemlə əlaqədar şikayət verə bilməmişdir. Belə ki, AR VK Rəyasət Heyətinin ##.##.2025-ci il tarixli qərarı ilə vəkillik fəaliyyəti 3 (üç) ay müddətinə, yəni ##.##.2025-##.##.2025-ci il tarixinə kimi dayandırılmışdır və bu səbəbdən apellyasiya şikayəti verə bilməmişdir. Fəaliyyətinin dayandırılması müddəti ##.##.2025-ci il tarixdə başa çatmışdır. Göstərilənləri nəzərə alaraq göstərilən halı üzrlü sayaraq, qətnamədən qanunvericilikdə nəzərdə tutulmuş apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməklə, şikayətin iş materialları ilə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə müddətin bərpası üçün əsasların olmadığından ərizə təmin edilməmiş və şikayət ona əlavə edilmiş sənədlərlə birlijkdə geri qaytarılmışdır. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin qərardaddan şikayət vermiş, rayon məhkəməsinin eyni saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və X2) üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil2 şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X6) iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə və onun tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, apellyasiya icraatı zamanı ##.##.2025-ci il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti ilə rayon məhkəməsinə müraciət edərək, Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Rayon məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti geri qaytarılmışdır. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, nümayəndə və vəkil vəkil2 mülki iş üzrə tərəf deyil, sadəcə nümayəndədir. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəf kimi müstəqil şikayət vermək hüququ vardır. Bu hüququnun məhdudlaşdırılması onun konstutision hüquqlarının realizə olunmasına maneə kimi qiymətləndirilməlidir. Qətnamə ona ##.##.2025-ci il tarixdə təqdim edilmiş, o isə qanunla müəyyən olunmuş müddətdə ##.##.2025-ci il tarixdə apellyasiya şikayətini vermişdir. Rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə üçüncü şəxsin şikayəti təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1 və 363.1.3-cü maddələrinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki iş materiallarından göründüyü kimi rayon məhkəməsinin qətnaməsi ##.##.2025-ci il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil2 məxsus elektron kabinetə yerləşdirilmişdir. Beləliklə, qətnamədən şikayət vermənin son müddəti ##.##.2026-cı il tarixi olsa da, apellyasiya şikayəti elektron qaydada ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Bununla da müəyyən edilir ki, üçüncü şəxsin qətnamədən apellyasiya şikayəti müddət ötürülməklə verilmişdir. Məhkəmə üçüncü şəxsin şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 134-cü madəsində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədləri sırasında məhkəmə aktları da göstərilmişdir (maddə 134.1.5). Bundan başqa, MPM-in 134, 135-ci, 244-cü, 268.1-ci, 282-ci,360-cı, 404.0.1- 405.0.2-ci, 423.4-cü maddənin birinci cümləsi və şikayət verilməsini nəzərdə tutan sair maddələrinin sitematik təhlilindən bəlli olur ki, məhkəmə aktlarından şikayət verilməsi müddətinin hesablanması konkret olaraq mübahisələndirilən məhkəmə aktının şəxsə rəsmi qaydada verildiyi günlə müəyyən olunmuşdur. Həm də müəyyən olunur ki, prosessual qanunvericiliyin həmin tələbi imperativ xarakter daşıyır. Məhkəmə prosessual qanunvericilikdə məhkəmə aktlarının rəsmi verilməsinə dair nəzərdə tutulan tələbin məqsədi barədə xüsusi olaraq qeyd edir ki, əslində burada güdülən məqsəd tərəfin və ya maraqlarına toxunan digər şəxsin qəbul olunan məhkəmə aktı barədə məlumatlı olmasını təmin etməkdir. Başqa sözlə desək, burada güdülən əsas məqsəd tərəfin və ya məhkəmə aktı ilə maraqlarına toxunan digər şəxsin qəbul olunmuş məhkəmə aktından xəbərdar olmasına və onun məlumatlandırılmasına nail olmaqdır. Bu baxımdan, həmin tələbin imperativ xarakterli olması da, heç bir halda istinad olunan normaların təfsirinin (yozumunun) yolverilməz olması, eləcə də bütün hallarda onların hərfi mənada tətbiq edilməsi kimi başa düşülə bilməz. Bu cür yanaşma həm də ona görə əsaslı sayılmayacaqdır ki, bu, işlərə baxılmasının ağlabatan müddətlərdə həyata keçirilməsi, başlıcası isə qanunun aliliyinin ümdə tərkib hissəsi olan və hamılıqla qəbul olunmuş hüquqi müəyyənlik prinsipinə cavab vermir. Mülki işdə olan ##.##.2025-ci il tarixli etibarnamədən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndə vəkil2 ona verilmiş bütün hüquqlardan istifadə etməyi, ona aid olan mülki işləri aparmağı, məhkəmə aktlarını və sənədlərini almaq, məhkəmə aktlarından şikayəti verilməsi və imzalanması, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etibar etmişdir. Etibarnamə 3 il müddətinə verilib və ##.##.2028-ci il saat 23:59-dək qüvvədədir. Prosessual qanunvericiliyə əsasən nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM-in 73-cü maddəsində nümayəndənin səlahiyyətinin qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks olunmalıdır. Mülki Prosessual Məcəllənin 74.1-ci maddəsinə müvafiq olaraq, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Belə olan halda isə müəyyən olur ki, rayon məhkəməsinin də qeyd etdiyi kimi qətnamənin ##.##.2025-ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil2 rəsmi qaydada təqdim edilməsi həmin məhkəmə aktının üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təqdim olunmasına bərabər tutulur. Qətnamənin üçüncü şəxsə təkrar verilməsi birinci dəfə - ##.##.2025-ci il tarixdə qətnamənin təqdim olunması ilə başlanılmış şikayət vermə müddətinin axımına təsir etmir. Belə ki, iş materiallarından da müəyyən olduğu kimi rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs (onun nümayəndəsi və vəkili vəkil2) tərəfindən qətnamədən verilən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə təmin edilməmiş və şikayət geri qaytarılmışdır. Buna görə də rayon məhkəməsi düzgün nəticəyə gələrək üçüncü şəxsin hazırkı şikayətini geri qaytarmışdır. Məhkəmə üçüncü şəxsin şikayətinin geri qaytarılması barədə rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, üçüncü şəxs C.Musazadə-Əlizadənin qətnamədən apellyasiya şikayəti yolverilməzliyinə görə geri qaytarılmalı idi. Belə ki, Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsinin əsasları göstərilmişdir. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinin tələbinə görə də ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda müəyyən olunur ki, rayon məhkəməsi MPM-in 13.4-cü maddəsinin tələbinə əsasən analoji olaraq üçüncü şəxsin apellyasiya şikayətini yolverilməzliyə görə geri qaytarmalı idi. Bununla belə Məhkəmə hesab edir ki, rayon məhkəməsi verilmiş şikayəti təmin etməməkdə mahiyyət etibarilə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” (2021ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(3-6)-2282/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2282/2026
09.06.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver