Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2381/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-ci il və ##.##.2026-cı il tarixli qərardadlarından iddiaçı İddiaçı İvanovna tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı İvanovna cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, sağlamlığa və ailə başçısının ölümünə görə vurulmuş ziyana görə həmin cavabdehlərdən müştərək qaydada 200000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadı ilə sözügedən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmış, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadı ilə məhkəmənin həmin ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı İvanovna tərəfindən verilmiş şikayət mahiyyəti üzrə baxılmadan geri qaytarılmış, iddia tələbinə dəqiqləşdirmə ilə bağlı ərizəsi və ya müvafiq vəsatət və etirazları olduğu halda cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 və “xxxx” MMC-yə qarşı iddia tələbinə dair digər, yəni *(*-**)-****/**** saylı iş üzrə aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı həmin qərardadlardan ##.##.2026-cı il tarixdə şikayət vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı iş üzrə ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli qərardadlarının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-ci il qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı iş üzrə ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli qərardadlarından iddiaçı İddiaçı İvanovna tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Diqqətə çatdırılmalıdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadından iddiaçı ##.##.2026-cı il tarixində ilk dəfə şikayət vermiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadı ilə məhkəmənin həmin ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı İvanovna tərəfindən verilmiş şikayət mahiyyəti üzrə baxılmadan geri qaytarılmış, yəni məhkəmə tərəfindən artıq ##.##.2026-cı il tarixli qərardada aid hissədə münasibət bildirilmişdir. Əlavə olaraq iddiaçı tərəfindən ##.##.2026-cı il tarixli və həmin qərardaddan ##.##.2026-cı il tarixində yenidən şikayət verilmiş, şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilmədən hər iki qərardada mahiyyəti üzrə baxıb apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Kollegiya hesab edir ki, ##.##.2026-cı il tarixli qərardada aid hissədə baxılması mümkünlüyünə və müddətinə münasibət bildirilməlidir ki, bu səlahiyyət də birinci instansiya məhkəməsinə aiddir. Mülki Prosessual Məcəllənin tələbləri birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən apellyasiya şikayətinin verilməsini, habelə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməsini (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) ehtiva edir.. Eyni zamanda qeyd edilməlidir ki, müvafiq müraciət olunmadığı təqdirdə qanuni qüvvəsini almış məhkəmə aktından şikayət vermə müddətinin üzrlülük meyarlarının və mümkünlüyünün müzakirəsi prosessual cəhətdən yolverilməzdir. Eyni zamanda diqqətə çatdırılmalıdır ki, elektron məhkəmə sisteminə yerləşdirilmiş apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Mülki Prosessual Məcəlləsinin Əlavə 2-də göstərilmiş Formasına (məzmunun tamlığına, məğzinə və ardıcıllığına) riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin hüquqdan sui-istifadəyə məruz qalaraq, hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 395-397, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-ci il və ##.##.2026-cı il tarixli qərardadlarından iddiaçı İddiaçı İvanovna tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-364-cü maddələrinin tələblərinə müvafiq apellyasiya şikayətinə qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-2381/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2381/2026
03.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver