Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2577/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Səhiyyə Nazirliyi “X2 Xəstəlikləri İnstitutu” X1rşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: işçilərin ixtisarı, işçinin peşəkarlıq səviyyəsi, işdə saxlanmağa üstünlük hüququ, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, cavabdeh “X2 Xəstəlikləri İnstitutu” X1n nümayəndəsi (vəklili) Nümayəndə iştirakı ilə İddiaçı “X2 Xəstəlikləri İnstitutu” X1rşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ## #### 1999-cu il tarixində Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasını bitirmiş, ## ###### 1999-cu il tarixindən ## #### 2000-ci il tarixinədək Ə.D.Məlikov adına * №-li Şəhər Klinik Xəstəxanasında “Anesteziologiya və reanimatologiya” üzrə internatura keçmiş və ona həkim-anestezioloq-reanimatoloq ixtisası verilmiş, ##.##.2022-ci il tarixdə Səhiyyə Nazirliyi X4 Xəstəlikləri İnstitutunun Fizeoterapiya şöbəsinin terapiya bölməsinə elmi işçi vəzifəsinə işə qəbul olunmuş, ##.##.2003-cü il tarixdə II X7 müdiri vəzifəsinə təyin edilmişdir.
2. Səhiyyə Nazirliyi X4 Xəstəlikləri İnstitutunun direktorunun ## #### 2017-ci il tarixli *** nömrəli əmrində aşağıdakılar göstərilmişdir: “X2 Xəstəlikləri İnstitutunun II X7 müdiri İddiaçı izahat yazaraq bildirmişdir ki, ##.##.2017-ci il tarixində anlaşılmazlıq səbəbindən işdə olmamışdır. Qeyd olunan halların təkrarlanmaması şərti ilə, Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 3cü bəndinə əsasən II X7 müdiri İddiaçı xxxx edilsin”.
3. Səhiyyə Nazirliyi X4 Xəstəlikləri İnstitutunun direktorunun ## ###### 2018-ci il tarixli *** nömrəli əmrində göstərilmişdir ki, “ETACXİ-nun II X7 müdiri İddiaçı tərəfindən ##.##.2018-ci il tarixli verilmiş təqdimata əsasən o, səhhəti ilə əlaqədar ##.##.2018-ci il tarixində işə gəlməmişdir. Qeyd edilənləri nəzərə alaraq, əmək vəzifələrinin yerinə yetirilməsinə səhlənkar münasibət göstərməsi nəticəsində əmək intizamının pozulması hallarının aradan qaldırılması məqsədi ilə II X7 müdiri İddiaçı, AR ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən, “Son xxxx” edilsin”.
4. Səhiyyə Nazirliyinin ## ######## 2025-ci il tarixli *-**/*-*-***/**** saylı əmri ilə “X2 Xəstəlikləri İnstitutu” PHŞ-in fəaliyyətinin təkmilləşdirilməsi qərara alınmış, “X2 Xəstəlikləri İnstitutu” PHŞ-in yeni Strukturu müəyyən edilmişdir.
5. Həmin əmrin 1-ci bəndində “X2 Xəstəlikləri İnstitutu” X1n strukturunun yeni redaksiyada təsdiq edilməsi nəzərdə tutulmuş, 2-ci bəndində İnstitutun direktoru İradə Axundovaya tapşırılmışdır ki, 10 gün müddətində mövcud ştat vahidləri daxilində yeni struktura uyğun stat cədvəli hazırlanaraq, təsdiq edilməsi üçün müəyyən edilmiş qaydada Səhiyyə Nazirliyinə təqdim edilsin.
6. “X2 Xəstəlikləri İnistitutu” X1n fəaliyyətinin təkmiləşdirilməsi məqsədi ilə təklif edilən yeni struktura uyğun ştat cədvəli hazırlanmış və ##.##.2025-ci il tarixində Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir.
7. Səhiyyə Nazirliyi “X2 Xəstəlikləri İnstitutu” PHŞ tərəfindən ## ####### 2025-ci il tarixdə *** saylı “Yeni Ştat cədvəli haqqında” əmr verilmiş, əmrin 1-ci bəndində, təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən işçilərin peşə, ixtisas və ya vəzifələrinin icrası ilə bağlı əmək funksiyasının yerinə yetirilməsində, o cümlədən vəzifə tarif maaşının hesablanmasında fərqlər yaranarsa, onların razılıq ərizəsi alınmaqla iş prosesinin tələb etdiyi şərtlərlə yeni müqavilə bağlanılması nəzərdə tutulmuşdur.
8. Yeni stat cədvəlində, II Ağciyər vərəmi şöbəsi və buna müvafiq olaraq xxxx vəzifəsi ləğv edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 Xəstəlikləri İnstitutu” X1 tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli xxxx məktubunda aşağıdakılar göstərilmişdir: “Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ######## 2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli əmrinə əsasən, “Elmi-X23 İnstitutu” X1n fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təklif edilən yeni struktura uyğun ştat cədvəli hazırlanmış və ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmişdir. Yeni ştat cədvəlinə əsasən Il Ağciyər vərəmi şöbəsi və buna müvafiq olaraq xxxx vəzifəsi ləğv edilmişdir. Bu səbəbdən də sizin "Elmi-X23 İnstitutu” publik huquqi şəxsdə Ağciyər vərəmi şöbəsində həkim-ftiziatr vəzifəsinə keçirılməyiniz təkif edilir. Göstərilənləri nəzərə alaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə, yəni işçilərin sayının və ya ştatların ixtisar edilməsi şərtilə ləğv ediləcəyi barədə 9 təqvim həftəsi (İnstitutdakı iş təcrübənizin 10 ildən çox olması ilə əlaqədar) qabaqcadan xəbərdar edilirsiniz. xxxx müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmaq üçün bir iş günü əmək funksiyasının icrasından azad ediləcəksiniz. xxxx müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli miqdarında əməkhaqqını bir dəfəyə ödəməklə sizin əmək müqavilənizə xitam verilə bilər. xxxx müddəti ərzində əmək müqavilənizə xitam verilməsinə razılıq verdiyiniz təqdirdə müvafiq xxxx müddəti əvəzinə verilən ödəniş xxxx müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır”.
10. “X2 Xəstəlikləri İnstitutu” X1n direktoru, direktor müavini, İnsan Resursları şöbəsinin müdiri, Fizeoterapiya üzrə elmi şöbənin müdiri, Sənədlərlə iş şöbəsinin hüquq məsləhətçisi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli aktda göstərilmişdir ki, İ X15 müdiri Əziz Musayev və II X15 müdiri İddiaçı barələrində verilmiş ##.##.2025-ci il tarixli bildirişlə tanış olmuş, lakin tanış olmaları barədə dərkənar qoymaqdan imtina etmişlər.
11. Səhiyyə Nazirliyi “X2 Xəstəlikləri İnstitutu” X1n direktorunun **** saylı ##.##.2025-ci il tarixli əmri ilə, II X15 müdiri İddiaçı müəssisədaxili intizam qaydalarını pozduğuna görə, AR Əmək məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xxxx edilmişdir.
12. “X2 Xəstəlikləri İnstitutu” X1n yeni strukturu təsdiq olunduqdan sonra, İ X15 müdiri Əziz Musayev könüllü olaraq təqaüdə çıxmışdır.
13. “X2 Xəstəlikləri İnstitutu” X1n Həmkar Komitəsinin ##.##.2025-ci il tarixli ** saylı qərarı, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmasına etiraz olunmamışdır.
14. Səhiyyə Nazirliyi “X2 Xəstəlikləri İnstitutu” X1n direktorunun ##.##.2025-ci il tarixli ****-K nömrəli əmri ilə, II X15 müdiri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmiş, əmrə əsas kimi Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli əmri, Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.3-cü və 14.5-ci yarımbəndləri, “X2 Xəstəlikləri İnstitutu” X1 Həmkarlar Komitəsinin ##.##.2025-ci il tarixli protokolu, ##.##.2025-ci il tarixli bildiriş göstərilmişdir.
15. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin “X2 Xəstəlikləri İnstitutu” publik hüquqi şəxsə ünvanladığı ##.##.2026-cı il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “Sizin sabiq işçiniz İddiaçı X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən göndərilmiş cavab məktubunun surətinin təqdim edilməsi barədə müraciətinizə tərəfimizdən baxılmışdır. İddiaçı müraciəti ilə əlaqədar "Elmi-X23 İnstitutu” PHŞ-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilərkən Azərbaycan Respublikasının Səhiyyə X8 ## ######## 2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli Əmri ilə yaradılmış "Elmi-X23 İnstitutu” X1 yeni sturukturunda II Ağciyər vərəm şöbəsi göstərilmədiyi (ləğv edilmişdir), İnstitutun rəhbərliyi tərəfindən həkim-ftiziatr vəzifəsi təklif olunduğu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə uyğun olaraq, on ildən çox əmək stajının olduğuna görə doqquz təqvim həftəsi müddət verildiyi məlum olmuşdur. Həmçinin şikayət ərizəsində qaçqın statusunun olduğunu bildirsədə, PHŞ-nin rəhbərliyi tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanlanmış sorğu əsasında Komitənin təqdim etdiyi cavab məktubunda 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında məcburi köçkün statusuna malik olub-olmamağı barədə heç bir məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin təqdim olunmuş həmin sənədlərdən İddiaçı vəzifəsinin ixtisara düşməsi ilə bağlı əvvəlcədən İnstitutun Həmkarlar komitəsinə məlumat verilmiş, bu barədə iclas keçirilmiş, ona həkim-ftiziatr işi təklif olunmuş, onun həkim-ftiziatr vəzifəsini istəməyərək, imtina etdiyi məlum olmuşdur. Nəzərinizə çatdırırıq ki, təqdim olunmuş sənədlərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı əmək müqaviləsinin xitam veriləcəyi barədə xxxx edildiyi, lakin onun xxxx məktubuna imza etməkdən imtina etdiyi, bu halın aktlaşdırıldığı, Həmkarlar Komitəsinin ##.##.2025-ci il tarixli ** nömrəli protokoluna əsasən əmək müqaviləsinə ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verildiyi məlum olmuşdur. Nəzərinizə çatdırırıq ki, tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq” altsisteminə baxış keçirərkən İddiaçı ilə “Elmi-X23 İnstitutu” PHŞ-nin rəhbərliyi arasında bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi müəyyən edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, həmçinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir, eyni zamanda işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Bu səbəbdən İddiaçı əvvəlki peşəsi üzrə işə bərpa edilməyi ilə əlaqədar “Elmi-X23 İnstitutu” PHŞ-nin işəgötürəninə müraciət etmək hüququnun olduğu bildirilmişdir”.
16. X4 Xəstəlikləri İnstitutunun X15 Əsasnaməsinin 5.1-ci bəndinə görə, şöbə müdüri direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir, şöbəyə ali tibb təhsilli, ftiziatriya ixtisası üzrə sertifikasiyadan keçmiş, kifayət qədər kliniki iş təcrübəsi, təşkilatçılıq bacarığı və elmi dərəcəsi olan şəxs təyin olunur.
17. “X2 Xəstəlikləri İnstitutu” X1n X15 müdiri vəzifəsində ## #### 2026-cı il tarixindən etibarən X9 işləyir.
18. İddiaçı ##.##.2026-cı il tarixindən etibarən (hal-hazıradək) “X20” X1n Abşeron regional xəstəxanasının 2-ci vərəm şöbəsinin müdiri vəzifəsində çalışır, aylıq əmək haqqı 1862,5 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
19. İddiaçı (iddiaçı) Səhiyyə Nazirliyi “X2 Xəstəlikləri İnstituttu” X1rşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Səhiyyə Nazirliyinin “X2 Xəstəlikləri İnstitutu” X1 direktoru İradə Axundovanın ##.##.2025ci il tarixli ****-K nömrəli əmrinin ləğv edilməsi, “X2 Xəstəlikləri İnstituttu” X1n II X7 bazasında yaradılmış yeni şöbəyə müdir vəzifəsinə təyin olunması, işləmədiyi müddətdə buraxılmış iş günləri üçün əmək haqqı və digər ödənişlərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Səhiyyə Nazirliyinin “X2 Xəstəlikləri İnstitutu”nda ##.##.2003-cü il tarixdən xxxx işləmiş, İnstitutun direktoru İradə Axundova tərəfindən ##.##.2025-ci il tarixdə vəzifəsindən qanunsuz və əsassız olaraq çıxarılmağı barədə ona xxxx edilmişdir. ##.##.2025-ci il tarixli xxxxda göstərilmişdir ki, "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ######## 2025-ci il tarixli 3- **/*-*-***/**** nömrəli əmrinə əsasən "Elmi-X23 İnstitutu" X1n fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təklif edilən yeni struktura uyğun ştat cədvəli hazırlanmış və ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmişdir. Yeni ştat cədvəlinə əsasən II Ağciyər vərəm şöbəsi və buna müvafiq olaraq xxxx vəzifəsi ləğv edilmişdir. Bu səbəbdən də Sizin "Elmi-X23 Institutu" publik hüquqi şəxsdə Ağciyər vərəmi şöbəsində həkim-ftiziatr vəzifəsinə keçirilməyiniz təklif edilir. Göstərilənlər nəzərə alınaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə yəni işçilərin sayının və ştatların ixtisar edilməsi şərtilə ləğv ediləcəyi barədə 9 təqvim həftəsi (İnstitutdakı iş təcrübənizin 10 ildən çox olması ilə əlaqədar) qabaqcadan xəbərdar edilirsiniz. xxxx müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmaq üçün bir iş günü əmək funksiyanızın icrasından azad ediləcəksiniz. xxxx müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli miqdarında əməkhaqqını bir dəfəyə ödəməklə sizin əmək müqavilənizə xitam verilə bilər. xxxx müddəti ərazində əmək müqaviləsinə xitam verilməsinə razılıq verdiyiniz təqdirdə müvafiq xxxx müddəti əvəzinə verilən ödəniş xxxx müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır". ##.##.2025-ci il tarixdə müdiriyyət tərəfindən göstərilən vəzifədən azad edilməsinə nail olmaq üçün, guya 2 şöbənin, yəni 1-ci və 2-ci Ağ ciyər vərəm şöbələrinin birləşdirilməsi və onun vəzifədən azad edilməyi barədə ona məlumat verilmişdir. Ona bildirmişlər ki, əgər istəsə, həmin şöbədə həkim kimi fəaliyyətini davam etdirə bilər. Onun yerinə isə həmin vaxta qədər İnstitutda elmi vəzifə tutmuş, kliniki vəzifə tutmaq üçün təqaüd yaşını çoxdan keçmiş Gülbala Hacıyevin təyin edildiyini bildirmişlər. Daha sonra xxxxdan 4 (dörd) gün sonra "Elmi-X23 İnstitutu" X1n direktoru İradə Axundovanın ## ####### 2025-ci il tarixli “xxxx edilməsi barədə” 1450-k əmrinə əsasən, "Elmi-X23 İnstitutu" X1n Direktorunun inzibati məsələlər üzrə müavini Atəş İsmayıl oğlu Mahmudov ##.##.2025-ci il tarixli Təqdimatla müraciət edərək II X7 tibb bacısı X5 ##.##.2025-ci il tarixində heç bir üzürlü səbəb olmadan işə gəlmədiyini bildirmiş və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. Təqdimatla bağlı tibb bacısı R.T.Mirzəyevanın ##.##.2025-ci il tarixli izahatı alınmış və o, İddiaçı müraciət etdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, ərizə xxxxnin otağında qaldığı üçün rəhbərliyə məlumat verməyib. Göstərilənləri İddiaçı də öz izahatında təsdiqləmişdir. "Elmi-X23 Înstitutu" X1n II X15 müdiri İddiaçı müəssisədaxili intizam qaydalarını pozduğuna görə, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasan "xxxx" edilmişdir. ##.##.2025-ci il tarixli məktubun və ##.##.2025-ci il tarixli cavab məktubunun məzmununa diqqət etdikdə ziddiyyətlərin kifayət qədər olması aşkar şəkildə görünür. Belə ki, ##.##.2025-ci il tarixli məktubda göstərilən "yeni ştat cədvəlinə əsasən II Ağciyər vərəm şöbəsi və buna müvafiq olaraq xxxx vəzifəsi ləğy edilmişdir" ifadəsi artıq həmin şöbədə müdir vəzifəsinin ləğv edilməsini təsdiq etmişdir. 9 təqvim həftə əvvəl onun xəbərdar edilməyi qaydasına da müəssisə tərəfindən riayət edilməmişdir. Ləğv edilmiş şöbənin müdirinə 9 təqvim həftəsi öncə necə xxxx etmək olar? ##.##.2025-ci il tarixli xxxx etmək barədə əmrin verilməsi isə təzyiqin növbəti forması kimi başa düşülməlidir. Ərizənin xxxxnin otağında qaldığı üçün xxxx edilməsi isə qeyd etdikləri kimi təzyiqlərin edilməsini təsdiq edir. ##.##.2025-ci il tarixli məktubda "Şöbənin" ləğv ediləcəyini bildirmək, ##.##.2025-ci il tarixdə isə ləğv edilmiş xxxxnə xxxx etmək qərəzli mövqeni tam təsdiq edir. Bu müddət ərzində ona müəssisənin direktoru İradə Axundova tərəfindən ciddi təzyiqlər edilmiş, İradə Axundova qanunsuz olaraq qısa zaman ərzində onun işdən çıxarılmağı barədə əmr imzalayacağını bildirmişdir. Halbuki bu, tamamilə qanunsuz və əsassızdır. İşdən azad etmənin konkret əsasları müəyyən edilməlidir. Bu təzyiqin məntiqi davamı kimi hal-hazırda iddia ərizəsinə əlavə etdiyi ## ###### 2025-ci il tarixli vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilməsi barədə ****-K nömrəli əmrdən görünür ki, “2 X7 müdirinin ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) 14 REPNX****** saylı əmək müqaviləsinə xitam verilsin. Əmək Məcəlləsinin 144cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi əmək məznuyyətinə görə 10 (on) təqvim günü ödənilsin və işçi ilə son haqqhesab aparılsın.” Qəbul edilmiş əmr tamamilə qanunsuz və əsassızdır. Müdiriyyət onu heç bir əsas olmadan ümumilikdə 23 ildir, 22 ildir isə xxxx kimi işlədiyi İnstitutdakı vəzifəsindən, guya "struktur dəyişikliyi" adı ilə qanunsuz və əsassız olaraq azad etdiklərini bildirmişdir. Həmçinin, Əmək Məcəlləsinin tələblərinə görə, onun bu ixtisas üzrə peşəkarlığı, 26 illik ümumi həkim, 23 illik vərəm həkimi kimi fəaliyyəti, həmçinin 22 illik xxxx kimi qüsursuz fəaliyyəti, uzunmüddətli təşkilatçılıq qabiliyyəti nəzərə alınmalı idi. Eyni zamanda, Əmək Məcəlləsinin tələblərinə görə, himayəsində 2 azyaşlı uşağının olması və “qaçqın" olmağı da mütləq qaydada nəzərə alınmalıdır. Lakin göründüyü kimi, Səhiyyə Nazirliyinin Elmi-X23 İnstitutunda işçinin peşə keyfiyyətləri, nəzəri bilikləri, peşəkarlığı, təşkilatçılıq təcrübəsi və keyfiyyətləri, qanunçuluq, qüsursuz fəaliyyət amili, Əmək Məcəlləsinin mütləq nəzərə alınmalı olan tələbləri ümumiyyətlə əhəmiyyətsizdir. Göründüyü kimi, onun bu qədər çoxillik qüsursuz fəaliyyəti nəzərə alınmadan rəhbəri olduğu kliniki şöbəyə, artıq çoxdan təqaüd yaşında olan və yalnız sırf elmi fəaliyyətlə əlaqədar (elmi) vəzifədə işləmək hüququ olan şəxs təyin edilmiş, o isə vəzifəsindən qanunsuz olaraq azad edimişdir. Bir daha qeyd etmişdir ki, müdiriyyət tərəfindən ona münasibətdə Əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin (İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) tələblərinə görə, "Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin, o cümlədən "öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərin" işdə saxlanmasına üstünlük verir."
21. Cavabdehin nümayəndəsi tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “Səhiyyə Nazirliyinin ## ######## 2025-ci il tarixli *-**/*-*- ***/**** saylı əmri ilə “X2 Xəstəlikləri İnstitutu” PHŞ-in fəaliyyətinin təkmilləşdirilməsi qərara alınmış, həmin əmrlə “X2 Xəstəlikləri İnstitutu” PHŞ-in yeni strukturu müəyyən edilmişdir. Həmin əmrin 1-ci bəndinə əsasən “X2 Xəstəlikləri İnstitutu” X1n strukturunun yeni redaksiyada təsdiq edilməsi nəzərdə tutulmuş, 2-ci bəndinə əsasən İnstitutun direktoru İ.Axundovaya tapşırılmışdır ki,10 gün müddətində mövcud ştat vahidləri daxilində yeni struktura uyğun stat cədvəli hazırlanaraq,təsdiq edilməsi üçün müəyyən edilmiş qaydada Səhiyyə Nazirliyinə təqdim edilsin. “X2 Xəstəlikləri İnistitutu” X1n fəaliyyətinin təkmiləşdirilməsi məqsədi ilə təklif edilən yeni struktura uyğun ştat cədvəli hazırlanmış və ##.##.2025-ci il tarixində AR Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. AR Səhiyyə Nazirliyi “X2 Xəstəlikləri İnstitutu” PHŞ tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli,*** saylı “Yeni Ştat cədvəli haqqında” əmr verilmişdir. Həmin əmrin 1-ci bəndinə əsasən təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən işçilərin peşə,ixtisas və ya vəzifələrinin icrası ilə bağlı əmək funksiyasının yerinə yetirilməsində,o cümlədən vəzifə tarif maaşının hesablanmasında fərqlər yaranarsa onların razılıq ərizəsi alınmaqla iş prosesinin tələb etdiyi şərtlərlə yeni müqavilə bağlanılmışdır. Yeni stat cədvəlinə əsasən II Ağciyər vərəmi şöbəsi və buna müvafiq olaraq xxxx vəzifəsi ləğv edilmişdir. II Ağciyər vərəmi şöbəsi və buna müvafiq olaraq xxxx vəzifəsi ləğv edildikdən sonra həmin şöbədə müdir vəzifəsində işləmiş X13 ## ####### 2025ci il tarixdə tərtib edilmiş və ## ####### 2025-ci il tarixdə tanış olması üçün ona təqdim edilmiş yazılı məlumat verilərək tanış olaraq dərkənar qoyulması təklif edilmiş, lakin o, dərkənar qoymaqdan imtina etmişdir. Bundan sənra həmin bildiriş ## ####### 2025-ci il tarixdə onun ünvanına göndərilmişdir. Həmin bildirişlə ona, X2 Xəstəlikləri İnstitutu” PHŞ-də ixtisasına uyğun, Ağciyər vərəmi şöbəsində həkim-ftiziatr vəzifəsinə keçirilməsi təklif edilmiş və qanunvericilikdə nəzərdə tutulmuş müddət gözlənilməklə müvafiq qərar qəbul edilmişdir. İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, ona direktor İradə Axundova tərəfindən ##.##.2025-ci il tarixdə xxxx edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmri isə ##.##.2025-ci il tarixdə verilmişdir. Deməli, qanunvericilikdə nəzərdə tutulmuş 9 həftə müddət gözlənilmişdir. İddiaçının ikinci dəlili ondan ibarətdir ki,onun tutduğu vəzifədən azad edilməsi üçün ikinci şöbənin 1-ci və 2ci Ağciyər vərəm şöbələri birləşdirilmişdir. Halbuki,struktur dəyişkliyinin aparılması barədə AR Səhiyyə Nazirinin müvafiq əmri mövcuddur. “X2 Xəstəlikləri İnistitutu” X1n fəaliyyətinin təkmiləşdirilməsi məqsədi ilə təklif edilən yeni struktura uyğun ştat cədvəli hazırlanmış və ##.##.2025-ci il tarixində AR Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. Təsdiq edilmiş yeni strukturda Ağciyər vərəm şöbəsi bir vahid kimi təsdiq edilmişdir. (12-ci bənd) Əvəllki strukturda isə ikinci şöbənin 1-ci və 2-ci Ağciyər vərəm şöbələri kimi təsdiq edilmişdir. İddiaçının üçüncü dəlili ondan ibarətdir ki, yeni yaranmış şöbəyə onu deyil,elmi işlə məşğul olan şəxs təyin olunmuşdir. “X2 Xəstəlikləri İnstitutu”nun bütün əməkdaşları, müəssisənin adından görsəndiyi kimi, faktiki olaraq elmi-tədqiqat işləri ilə məşğul olmalıdırlar və yeni yaranmış şöbəyə yüksək ixtisas səviyyəli, elmlər doktoru elmi dərəcəsi olan şəxs təyin edilmişdir. AR Əmək Məcəlləsinin 78.1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılsın. İşçinin peşəkarlığını işəgötürən müəyyən etməlidir. İdiaçının 4-cü dəlili ondan ibarətdir ki,onun himayəsində 2 azyaşlı uşağının olması və qaçqın statusu nəzərə alınmayıbdır. AR ƏM-nin 78-ci maddəsinin 2-ci bəndinə əsasən: Ştatların ixtisar zamanı işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;[109] kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Göründüyü kimi qanunverici butün hallarda deyil, yalnız, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda yuxarıda göstərilən şəxslərə üstünlük verilir. Yeni strukturda Ağciyər vərəm şöbəsinə elmlər doktoru elmi dərəcəsi olan şəxs təyin edilmişdir. İddiaçı AR ƏMnin 78-ci maddəsinin tələblərinin pozulmasını iddia etmişdir. Həmin tələblər işəgötürən tərəfindən pozulmamışdır. Həmin vəzifəyə peşəkarlıq səviyyəsi daha yüksək olan şəxs təyin edilmişdir.(professor) İşəgötürən tərəfindən iddiaçıya yazılı müraciət edilərək ona həkim –fitiziatr (peşəsinə uyğun) vəzifəsi təklif edilmişdir. İddiaçı isə müqavilə ləğv edildikdən bir gün sonra razılıq vermişdir. Müqavilə elektron qaydada bağlanıldığından ərizənin təmini mümkün deyildir. İşəgötürənin işçiyə təqdim etdiyi bildirişdə göstərilən Ağciyər vərəmi şöbəsində həkim-ftiziatr vəzifəsinə keçirilməsi təklif olmuşdur ki, işçi bu hüquqdan səmərəli istifadə etməmişdir. İddiaçı işlədiyi bütün müddət ərzindən daimi özünü xxxx kimi apararaq digər işçilərə örnək olmalı olduğu halda bunu etməmiş, işlədiyi müddət ərzində daim əmək fuksiyalarını və daxili intizam qaydaları pozmuşdur. Daimi olaraq onunla söhbətlər aparılmışdır və hətta bütün gün ərzində heç bir əsas olmadan işə çaxmamasına baxmayaraq,onun fəailiyyəti nəzərə alınaraq onun əmək müqaviləsinə xitam verilməmişdir. “X2 Xəstəlikləri İnstitutu”nun ## #### 2017-ci il tarixli,*** saylı əmri ilə bütün gün ərzində işdə olmaması səbəbindən N.T.Hüseyinzadəyə AR ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xxxx,(direktor H.Ə.Qədirova) . “X2 Xəstəlikləri İnstitutu”nun ## ###### 2018-ci il tarixli, *** saylı əmri ilə bütün gün ərzində işdə olmaması səbəbindən N.T.Hüseyinzadəyə AR ƏMnin 186-cı maddəsinin 3-cü bəndinə əsasən son xxxx (direktor H.Ə.Qədirova). “X2 Xəstəlikləri İnstitutu” X1n ## ####### 2025-ci il tarixli,****-k saylı əmri ilə müəssisədaxili intizam qaydalarını pozması səbəbindən N.T.Hüseyinzadəyə AR ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xxxx (direktor İ.Axundova) olunmuşdur. Göründüyü kimi işəgötürən qərəzli olmuş olsa idi, yəqin ki,İddiaçı əmək müqaviləsinə xitam verilərdi.
22. Cavabdehin nümayəndəsi ##.##.2026-cı il tarixdə elektron məhkəmə sisteminə məlumat daxil etmiş, həmin məlumatda göstərmişdir ki, İddiaçı ## #### 1999-cu il tarixində Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasını bitirmiş, ## ###### 1999-cu il tarixindən ## #### 2000-ci il tarixinədək Ə.D.Məlikov adına * №-li Şəhər Klinik Xəstəxanasında “Anesteziologiya və reanimatologiya” üzrə internatura keçmiş və ona həkim-anestezioloqreanimatoloq ixtisası verilmişdir. ##.##.2002-ci il tarixindən Ftiziatriya bölməsində elmi işçi vəzifəsinə işə qəbul edilmiş, ##.##.2003-cü il tarixindən II X15 müdiri vəzifəsinə keçirilmiş və ##.##.2025-ci il tarixinədək həmin vəzifədə çalışmışdır. Ümumiyyətlə həkimin keyfiyyət kitabı dedikdə başa düşülən onun fəaliyyəti dövründə əldə etdiyi naliyyətlər məcmusu başa düşülür. Bu sənədin ümumi məqsədi müəssisədə Tibbi xidmətlərin və standart proseduralarda işlərin keyfiyyətini təmin etmək, proseduralara uyğun davamlı inkişafı təmin etməkdən ibarətdir. Həkimin keyfiyyət kitabı, həkim xidmətinin pasiyentin tələblərinə və standartlara uyğun qurulması anlamını özündə ehtiva edir. Həkimin keyfiyyət kitabının məqsədi daim öz üzərində işləməklə hər hansı elmi-naliyyətləri əldə edərək yeni ideyalar vasitəsilə pasiyentlərə təhlükəsiz və etibarlı tibbi xidmət göstərmək, bütün tibbi prosedurları beynəlxalq və milli standartlara uyğun aparmaq, davamlı təkmilləşmə və işçi təhsili ilə keyfiyyəti artırmaq, təkmilləşdirici tədbirləri planlaşdırmaq, davamlı peşəkar inkişaf proqramı hazırlayıb həyata keçirmək, həkim fəaliyyəti dövründə novator olmaq, elmi naliyyətlərin əldə olunmasına can atmaqdır. Həkim ftiziatr ixtisaslı xxxx işləmiş İddiaçı işlədiyi dövrdə passiv iş fəaliyyəti ilə məşğul olmuş, heç bir elmi naliyyət əldə etməmişdir. İddiaçı fəaliyyəti dövründə İnstitutda elmi naliyyətlər qazanmalı olduğu halda, işlədiyi 23 il müddətində heç bir naliyyət əldə etməmiş, novator həkim rolunda çıxış etməmiş, hər hansı bir elmi məqalələri, elmi təcrübi naliyyətlərini əks etdirən məqalə çap etməmiş, passiv həkim imici nümayiş etdirmişdir. Müxtəlif illərdə İnstitutun rəhbərliyi tərəfindən intizam tənbehlərinə məruz qalmışdır. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İddiaçı 23 illik fəaliyyəti müddətində heçbir elmi nailiyyət əldə etməmiş, hər hansı bir elmi məqalə, elmi təcrübi nailiyyətlərini əks etdirən məqalələr çap etdirməmiş, işlədiyi müddət ərzində dəfələrlə üzrsüz səbəbdən işə gəlməməsinə görə ona ##.##.2017-ci il tarixli, *** №-li əmrlə “xxxx”, ##.##.2018-ci il tarixli, *** №-li əmrlə “xxxx”, ##.##.2025-ci il tarixli, ****-k saylı əmrlə müəssisədaxili intizam qaydalarını pozduğuna görə “xxxx” edilmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən müqayisələndirdikdə (peşəkarlıq səviyyələri eyni olan iki şəxs arasında seçim olarsa, o halda iki 16 yaşına çatmamış uşağının olması)üstün tutula bilər. Nəzərə çatdırır ki, İddiaçı heç bir elmi dərəcəsi yoxdur, hətta heç bir mətbuatda çap edilmiş elmi məqaləsi belə yoxdur. Yeni şöbəyə təyin olunmuş G.Hacıyev isə tibb elmləri doktoru, professordur, bu özü-özlüyündə İddiaçı peşəkarlıq səviyyəsinin aşağı olması ehtiva edir. İddiaçı şəhid ailəsinin üzvü deyil, müharibə iştirakçısı deyil, əsgər və zabit həyat yoldaşı deyil, İnstitutda istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlillik almamış, məcburi köçkün və yaxud qaçqın statusuna malik deyil (Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən arayış təqdim edilir).
23. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2003-cü ildən ## ###### 2025-ci ilə qədər xxxx vəzifəsində işləmiş, bundan öncə * nömrəli Hərbi Tibbi-Sanitar hissədə sahə həkimi kimi fəaliyyət göstərmişdir. Onlar onun əmək müqaviləsinə xitam vermiş və səhəri gün əşyalarını götürmək üçün getdikdə polislər tərəfindən saxlanılmışdır. Polislər ona direktor tərəfindən icazə verilmədiyini bildirmişlər. İllərdir ona qarşı qərəz mövcuddur. Qarşı tərəfin qeyd etdiyi vəzifə ona təklif edilmişdir. Lakin o vəzifədən uzaqlaşdırılmasını biraz gərəksiz hesab etmişdir. Çünki yeni yaradılmış şöbə köhnə şöbənin funksiyalarını daşıyırdı. Onun yerinə yaşı 80-ni keçmiş şəxs təyin edilmişdir. Onun professionallığına Attestasiya Komissiyası tərəfindən rəy verilmişdir. Dəfələrlə sertifikasiyadan uğurlu nəticələrlə keçmiş, 25 il ərzində 1 dəfə belə inzibati tənbeh almamışdır. Onun xitam əmri ##.##.2025-ci ildə verilmişdir. Bundan öncə ##.##.2025-ci ildə vəzifənin və şöbənin ləğvi barədə məlumat vermiş, 4 gün sonra inzibati tənbeh verərək işdən çıxarılmağına əsas yaratmışdırlar.
24. Məhkəmə iclasında iştiral edən iddiaçının nümayəndəi (vəkili) də iddia tələbini müdafiə etmiş, izahatında bildirmişdir ki, iddiaçıya qarşı qərəz mövcuddur. Səhiyyə Nazirliyinə müraciətləri olmuş və yoxlamalar keçirilmişdir. Direktor öz tanış adamını gətirmək üçün əvvəlcədən plan qurmuşdur. Yeni gəlmiş şəxs adi elmi işçi olmuşdur. Ağciyət İnstitutu elmi mərkəzdir və spesifik bir sahə üzrə fəaliyyət göstərir. Şöbənin ixtisar edilməsi xxxxnin dəyişdirilməsi demək deyil. Köhnə vəzifəsinə uyğun vəzifə verilməli idi. Ağciyər İnstitunun 2 şöbəsindən birinin 22 il xxxx olmuş və ən yaxşı mütəxəssislərdən biridirsə, bu göstəricidir. İddiaçının işlədiyi müddətdə 7 direktor dəyişmişdir. Əmək qanunvericiliyinin pozulması müddəti 1 il və ya 6 aydır və 2017-ci ildən artıq 9 il keçmişdir. Faktiki olaraq iddiaçının gördüyü tibbi müayinələri, ambulator stasionar şəraitdə etdiyi tibbi müdaxilələri və ya xəstəni pis vəziyyətə salmasını, ölüm sayı, müalicə effekti barədə hərəkət və hərəkətsizliyi kimi məsələləri arqument olaraq göstərə bilərlər. xxxx kiminsə işə məlumat verərək və ya verməyərək işə gəlməməsinə məsul deyil, əksinə həmin işçi məsuldur. Səhiyyə Nazirliyinin ümumən müəssisələri kliniki və elmi hissələrə bölünür. Klinikini üçüncü şəxs qismində Elmi mütəxəssisi isə mütəxəssis qismində cəlb edə bilərlər. Şəxs 65 yaşdan sonra vəzifəli şəxs statusundan kənarlaşır. 65 yaşdan sonra vəzifəli kimi çalışmağı məhduddur.
25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hüquq pozuntusuna yol verilməmiş, iddiaçı işdən çıxarılmamış, onun tutduğu vəzifə müvafiq dövlət qurumu tərəfindən ləğv edilmişdir. Təkcə Səhiyyə Nazirliyində yox, respublikanın bütün inzibati orqanlarında bu islahatlar aparılır. İddiaçı 2ci şöbədə xxxx vəzifəsində işləmiş, lakin o ləğv edilmiş və Səhiyyə Nazirliyinin tabeliyinə verilərək yeni 50 çarpayılıq şöbə yaradılmışdır. İddiaçının vəzifəsi təxirə salınmış və həmin şöbəyə peşəkarlıq və ixtisas səviyyəsi daha yüksək təcrübəli şəxs vəzifəyə təyin edilmişdir. Bu vəzifəyə tibb elmləri doktoru Səhiyyə Nazirliyi tərəfindən təyin edilmişdir. Adından da göründüyü kimi, ElmiTədqiqat İnstitutudur və iddiaçı özü də elmi işlə məşğul olmadığını qeyd etmişdir. İddiaçıya dəfələrlə həm şəxsən, həm də yazılı bildiriş verilərək ona həkim-fitiziatr vəzifəsi təklif edilmişdir. Əvvəlcə qəti etiraz etmiş, ümumən bu müəssisədə işləmək istəmədiyini demişdir. Bununla bağlı səs yazıları da mövcuddur və zərurət olduqda məhkəməyə təqdim ediləcəkdir. Yalnız əmr verildikdən sonra, yəni ayın 19-u yenidən işə götürənə müraciət edərək təklif edilən vəzifədə işləməyə razı olduğunu bildirmişdir.
26. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Səhiyyə Nazirliyi “X2 Xəstəlikləri İnstitutu” X1 əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli ****-K nömrəli əmrin ləğv olunması, İddiaçı əvvəlki iş yerinə - Səhiyyə Nazirliyi “X2 Xəstəlikləri İnstitutu” X1, II X15 müdiri vəzifəsinə və ya ona bərabər vəzifəyə bərpa olunması, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə ##.##.2025-ci il tarixdən hesablanmaqla əmək haqqı, mediasiya xərci qismində ödənilmiş 50 manatın Səhiyyə Nazirliyi “X2 Xəstəlikləri İnstitutu” X1 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur.
27. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ## ####### 2025-ci il tarixdə II Ağciyər şöbəsi ləğv olunduqdan sonra 16 oktyabr tarixdə iddiaçıya xxxx məktubu göndərilmiş, 18 dekabr tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. İşin hallarından göründüyü kimi şöbə ləğv olunduqdan sonra tərəfə xxxx göndərilməsi formal olaraq edilmişdir. İş materiallarından görünür ki, yeni yaradılmış şöbəyə təyin olunmuş X14 ##.##.2000-ci il tarixdə 2-ci X7 həkimftiziatrı vəzifəsinə keçirilmiş, ##.##.2025-ci il tarixdə “X2 Xəstəlikləri İnstitutu” X1 Ftizioterapiya üzrə elmi şöbəyə xxxx vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı isə ##.##.2003-cü il tarixdən II X7 müdiri vəzifəsində çalışmışdır. ##.##.2025-ci il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilən zaman X14 da Ağciyər vərəmi şöbəsinə xxxx vəzifəsinə keçirilmişdir.
28. Məhkəmə vurğulamışdır ki, cavabdeh tərəf etirazında iddiaçının çalışdığı şöbənin ləğv olunmasına istinad etsə də, işin faktiki halları ilə II X7 ləğv olunub X7 yaradıldığı müəyyən olunur – hansı ki, yeni yaradılmış Ağciyər vərəm şöbəsinə elə uzun illər həmin vəzifədə çalışmış iddiaçı da təyin oluna biləcəyi halda, Fizioterapiya üzrə elmi xxxx olan X14 təyin olunmuşdur.
29. Məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur və işçi qərəzli şəkildə işdən çıxarılmışdır.
30. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə Əmək Məcəlləsinin 10-cu, 11-ci, 42-ci, 68-ci, 70-ci, 71-ci, 74-cü, 78-ci maddələrinə istinad etmişdir.
31. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
32. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz (mülahizə) verilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “Əvvəla bildirirəm ki, cavabdehin nümayəndəsinin mənim ##.##.2026cı il tarixli Vəsatətimlə bağlı yazdığı ##.##.2026-cı il tarixli “Mülahizə” bütövlükdə, tamamilə əsassız və məntiqsiz, şər, böhtan xarakterli məlumatlardır. Buna baxmayaraq, onun “Mülahizə”sində göstərdiklərinə müvafiq olaraq bənd-bənd hər məsələyə dair təkzibedici dəlillərimi göstərirəm: 1) Cavabdehin nümayəndəsi mənim yazdıqlarımı təhrif edərək göstərmişdir ki, ##.##.2026-cı il tarixli Vəsatətimdə mən, guya “yeni yaradılmış Vərəm şöbəsinin 2-ci Ağciyər şöbəsinin bazasında yaradılması”nı göstərmişəm və bu barədə Səhiyyə Nazirliyinin müvafiq Əmrində hər- hansı bir göstərişin olmamasını qeyd edir. Cavabdehin nümayəndəsi mənim yazdığımı təhrif edir, həmişəki kimi şər-böhtanla məşğuldur. Bununla bağlı bildirirəm ki, mən vəsatətimdə göstərmişəm ki, 1-ci Ağciyər vərəmi şöbəsi və 2-ci X15 hər ikisi ləğv edilmişdir və onların hər ikisinin bazasında (ləğv edilmiş ştat vahidlərinin hesabına) yeni, vahid şöbə - “Ağciyər vərəmi şöbəsi” yaradılmışdır. Bu həqiqətən də belədir, təkzibedilməz faktdır. Cavabdehin nümayəndəsinin göstərdikləri isə uydurma və saxtadır. 2) Cavabdehin nümayəndəsi mənim həmin İnstitutda 23 illik qüsursuz fəaliyyətimlə bağlı bildirir ki, guya mənim “iş fəaliyyətimdə çox ciddi qüsurlar olmuşdur. Təkcə son illərdə barəmdə 3 dəfə intizam icraatı açılmış və məsuliyyətə cəlb edilmişəm”. Əvvəla bu yazdıqları cavabdehin nümayəndəsinin bu sahədə hüquqi biliklərinin nə qədər məhdud olduğunu göstərir. Qeyd edirəm ki, mənim 27 illik həkimlik, həmin İnstitutdakı 23 illik və xxxx kimi 22 illik fəaliyyətim dövründə barəmdə 1 dəfə də olsun intizam qaydasında tənbeh tədbiri tətbiq edilməmişdir, yəni qətiyyən hüquqi məsuliyyətə, o cümlədən intizam qaydasımda məsuliyyətə cəlb olunmamışam. Mənim “şəxsi iş”imdə bu barədə təsdiqedici məlumatlar vardır. Hakimdən xahiş edirəm ki, şəxsi işim araşdırılsın və Cavabdehin nümayəndəsinin şər və böhtan xarakterli yazıları ifşa edilsin. Bütün həkimlik fəaliyyətim dövründə cəmi 3 dəfə mənə intizam tənbehi sayılmayan xxxx edilmişdir ki, bunlardan 2-si çox əvvəlki illərdə işə üzürlü səbəbdən gecikməyimlə bağlı olmuş, 1-i, yəni sonuncusu isə mənə qarşı qərəzli kompaniya aparan İnstitut direktoru İradə Axundovanın tamamilə əhəmiyyətsiz, əsassız, cəfəng və gülünc bir məsələ ilə bağlı mənim şəxsi işimi ləkələmək niyyətilə mənə verdiyi, yenə də intizam tənbehi sayılmayan xəbərdarlığı olmuşdur ki, bununla bağlı da mən İddia Ərizəmdə ətraflı məlumat vermişəm. Bu da İradə Axundovanın mənim “hansısa işçinin raportunu guya otağımda saxlayıb vaxtında təqdim etməməyim” kimi gülünc şər və böhtan əməli ilə bağlı olmuşdur. 3) Cavabdehin nümayəndəsi daha sonra yazır ki, “İddiaçı iddia edir ki, peşəkarlıq səviyyəsi yüksəkdir. Lakin iş materiallarında onun peşəkarlıq səviyyəsini təsdiq edəcək hər-hansı bir sübut mövcud deyildir ”. Bu cümləni hansısa hüquqşünasın yazdığına inanmağım gəlmir. İşçinin, o cümlədən mənim xxxx kimi peşəkarlıq səviyyəm işlədiyim müddətdə işimi düzgün təşkil etməyim, şöbənin qarşısında qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi, iş prosesində intizam, inzibati və cinayət xarakterli hüquq pozuntularına yol verilməməsi, işimdə hər hansı sair nöqsanlara yol verilməməsi, 22 il ərzində şöbənin fəaliyyətinə qüsursuz rəhbərlik etməyim, təşkilatçılıq qabiliyyətim, özümün müalicə etdiyim və şöbədə müalicə olunmuş xəstələrin sağalması və fəsadlaşmaması ilə bağlı tibbi-statistik göstəricilər, peşə biliklərimin yoxlanılması ilə bağlı keçirilmiş attestasiya, sertifikasiya və sair amillərlə, göstəricilərlə ölçülür. Bununla bağlı hansısa bir arayışdan ibarət vahid “təsdiqedici sənəd” olmur. Təkcə 27 illik həkimlik fəaliyyətimdə 1 dəfə də olsun “İntizam Tənbehi” almamağım faktı özü mənim peşəkarlığım və iş təcrübəm barədə çox şeyi deyir. 4) Bundan başqa, Cavabdehin nümayəndəsi göstərir ki, “AR ƏM-nin 78-ci maddəsinin tələbinə görə “işçilərin sayı azaldılarkən və ya ştat ixtisara” düşərkən ixtisası və peşəkarlıq səviyyəsi daha yüksək olana üstünlük verilir. Birincisi- hazırkı halda işçilərin sayının azaldılmasından və ya ştat ixtisarından söhbət getmir. Müvafiq əmr islahatla bağlıdır və şöbələrin ləğvini nəzərdə tutur. İkincisi- yeni yaranmış şöbəyə təyin edilən işçinin peşəkarlıq səviyyəsi və ixtisası, elmi dərəcəsi (tibb elmləri doktoru) iddiaçının peşəkarlığından çox üstündür.” Bununla bağlı bildirirəm ki, bu hüquqşünas ümumiyyətlə işin faktik hallarına deyil, uydurma təxəyyül məlumatlarına əsaslanır. Necə yəni, “bu ixtisar olmayıb, İslahat olub”?. Bu gülünc və uydurma yazı ilə kimə nəyi izah etməyə çalışır. Əgər ixtisar olmayıbsa, 2 sayda (ədəd) xxxx vəzifəsi ləğv edilir və yerində cəmi 1 vahid xxxx təsis edilir. Bəs bu ixtisar deyilsə, onda nədir? Bu çirkin niyyətli söz oyunu kimə lazımdır?! 2 şöbə ləğv edilir, həmin ştatların bazasında yeni şöbə yaranır və bu dəfə cəmi 1 vahid xxxx vəzifəsi yaranırsa, bu ləğvetmə ixtisar deyilsə, onda nədir? Elə isə ləğvetmə və ixtisarın fərqi nədir və Əmək Məcəlləsində bu ləğvetmə hansı normalarla nizama salınır, başqa sözlə, İradə Axundova “ləğvetmə” prosesini hansı qanun normalarına əsasən aparmışdır, yəni bu ləğvetmə hansı qanunla və hansı qanunvericilik normaları ilə tənzimlənir? İ.Axundova bunu özbaşına edə bilməzdi axı, onda Cavabdehin nümayəndəsi ləğvetmə prosesinin qanunvericilik mənbəyini göstərsin. Bir daha bildirirəm ki, bu prosesin qanunvericilik adı ixtisardır və ƏM-nin 78-ci maddəsi ilə tənzimlənir və həmin maddənin tələblərinə dəqiq əməl edilməli idi. İ.Axundova isə Əmək Məcəlləsinin normalarını kobudcasına pozmaqla məni qərəzli və qanunsuz olaraq vəzifəmdən kənarlaşdırıb. Mən ##.##.2026-cı il tarixli vəsatətimdə də bildirmişdim ki, əmək qanunvericiliyinin tələbinə əsasən, ixtisar zamanı mütləq və mütləq, ilk növbədə ixtisara düşən işçilərin Yeni yaradılmış şöbədə işlə təminatı həyata keçirilməli idi. Mən ixtisara düşə-düşə və digər X25 halda, mənim işsiz saxlanılmaqla, İnstitutda faktiki olaraq elmi vəzifəsi olan, ixtisara düşməmiş, 76 yaşlı, yəni Kliniki vəzifə tutmaq üçün təqaüd yaşı həddini çoxdan keçmiş – Kliniki vəzifə tutmağa ümumiyyətlə hüququ olmayan şəxsin - Gülbala Hacıyevin yeni şöbəyə müdir vəzifəsinə təyin edilməsi qanunvericiliyin kobud surətdə və birbaşa pozulması idi. İxtisara düşmüş xxxxnin, yəni mənim yeni yaranmış vakant xxxx vəzifəsinə yeganə (çünki ixtisara düşmüş digər xxxx təqaüd yaşı ilə əlaqədar təqaüdə göndərildi) namizəd olduğum və üstəlik, ƏM-nin 78-ci maddəsinə əsasən həm də üstünlük hüquqlarımın (“qaçqın” statusum və öhdəmdə 2 azyaşlı uşağımın olması) olduğu halda, mənim eyni təsnifatda olan xxxx vəzifəsinə təyin edilməli olduğum halda bunları yerinə yetirməyərək, real elmi vəzifəsi olan və kliniki vəzifə tutmağa hüququ olmayan 76 yaşlı G.Hacıyevin Kliniki vəzifəyə təyin edilməsi açıq-aşkar mənim həmin vəzifəyə təyinatımın qəsdən və qərəzli şəkildə qarşısını almağa yönəlmişdi və İ.Axundova bu ciddi qanunsuz əmələ yol verməklə mənim hüquqlarıma və qanuni mənafelərimə qəsdən böyük ziyan vurdu. Cavabdehin nümayəndəsi bilməlidir ki, İnstitutdakı şöbələr profil baxımından 2 qrupa bölünür: Elmi və Kliniki şöbələr. Elmi şöbələrdəki işçilər həftənin 5 günü, kliniki şöbələrdə isə 6 günü işləyirlər. Qeyd etdiyim kimi, hər bir halda 76 yaşlı, yalnız elmi vəzifə tutmağa hüququ olan G.Hacıyevin Kliniki vəzifəyə, yəni müalicə şöbəsinin müdiri vəzifəsinə təyinatı tamamilə qanunsuz idi. Əgər belə olmasaydı, onun təyinatından cəmisi 5-6 ay keçməmiş o, həmin vəzifədən uzaqlaşdırılmazdı. Cavabdehin nümayəndəsi bu “Mülahizə”sində “76 yaşlı elmlər doktoru G.Hacıyevin - daha peşəkar və ixtisaslı kadrın” cəmi 5-6 aydan sonra həmin vəzifədən nə üçün uzaqlaşdırılması məsələsinə niyə münasibət bildirmir? Nəyə görə bu faktı gizlətməyə çalışır. Növbəti “Mülahizə”sində bu məsələyə də münasibət göstərsə yaxşı olardı. Lakin cavabdehin nümayəndəsi yaxşı bilir ki, mən uyğun vəzifədə 22 il(!) qüsursuz, nöqsansız işləmişəm. İ.Axundovanın “daha uğurlu kadrı” G.Hacıyev isə cəmisi 5-6 ay. Kimin daha yüksək ixtisaslı, peşəkar olduğu boş və mənasız sözlərlə müzakirə edilmir, mən bunu 22 il xxxx olaraq əməli fəaliyyətimlə sübuta yetirmişəm!. O ki, qaldı G.Hacıyevin elmi dərəcəsininin üstün olması məsələsinə, bir daha qeyd edirəm ki, mən 22 il o kliniki şöbənin müdiri işləmişəm, o şöbə müalicə (kliniki) şöbəsidir, elmi şöbə və ya vəzifə deyildir. İnstitutda sırf elmi vəzifələr də mövcuddur və bu elmlər doktoru G.Hacıyevin də faktiki elmi vəzifəsi var idi. Əgər İ.Axundovanın G.Hacıyevi daha yüksək vəzifəyə təyin etmək niyyəti var idisə, bunun üçün ən ideal vəzifə, özü tibb elmləri namizədi olduğu halda İ.Axundovanın tutduğu İnstitut Direktoru vəzifəsi idi. Əslində, Elmi- Tədqiqat İnstitutunun Direktoru vəzifəsində olmaq üçün tibb elmləri doktoru elmi dərəcəsinin olması tələb olunur. İ.Axundovanın elmlər namizədi ola-ola İnstitut Direktoru vəzifəsində olması, elmlər doktoru G.Hacıyevin isə adi elmi vəzifədə olması bu baxımdan heç doğru deyildir. Yaxşı olardı ki, İ.Axundova və onun nümayəndəsi bu yerdəyişmə barədə düşünərdi. Hərçənd ki, bir daha bildirirəm ki, G.Hacıyevin həmin şöbəyə müdir təyinatı ümumiyyətlə tam qanunsuz idi və ona görə də cəmisi 5-6 ay o vəzifədə qala bildi. İ.Axundova öz qanunsuz təyinatının özünün əleyhinə “işləyəcəyini” anlayıb, qısa müddətdən sonra onu həmin vəzifədən uzaqlaşdırdı. Baxmayaraq ki, G.Hacıyev çıxarıldıqdan sonra onun da yerinə təqaüd yaşını keçmiş, 67 yaşlı Nazilə Murğuzovanı, yəni yenə də ancaq elmi vəzifə tutmağa hüququ olan şəxsi təyin etmişdir. Çünki İ.Axundova üçün qanunlara riayət etmək prioritet deyildir, əsas odur ki, qanunsuz əməllərinin ifşa olunmaması üçün özünə itaətkar “komanda” yaratsın. Digər tərəfdən, G.Hacıyevi ixtisas dərəcəsinin, peşəkarlığının, guya məndən üstün olması iddiasına gəlincə, bildirirəm ki, mən 22 illik xxxx və eyni zananda 27 illik həkimlik, o cümlədən 23 illik sırf “Ağciyər vərəmi mütəxəssisi” olaraq orada hər kəsdən, o cümlədən G.Hacıyevdən də daha peşəkar və ixtisaslı mütəxəssisəm və bunu 22 illik xxxx, 26 illik qüsursuz həkimlik fəaliyyətimlə əməli olaraq tam təsdiq etmişəm, real işimlə sübuta yetirmişəm. Qanunsuz əməllərinə qarşı çıxmaqla onu ifşa etdiyim üçün məndən qisas almaq niyyətilə məni qərəzli və qanunsuz yolla vəzifədən uzaqlaşdıran hazırkı direktor İradə Axundova isə əvvəlki direktor Həqiqət Qədirovanın rəhbərliyi dövründə məhz qeyri-peşəkarlığı və işinin öhdəsindən gələ bilmədiyi üçün tutduğu vəzifədən direktor müavini vəzifəsindən getməyə məcbur oldu və başqa, kiçik həcmli iş yükü olan hansısa tibb müəssisəsində aşağı vəzifəyə təyin olundu. Hər halda o yüksək vəzifəsini aşağı vəzifəyə eləbelə dəyişməmişdi, sadəcə belə böyük tibb müəssisəsində işinin, vəzifəsinin öhdəsindən gələ bilmirdi. 5) Cavabdehin nümayəndəsi növbəti gülünc iddiasında göstərmişdir ki, “İddiaçı pensiya yaşını mübahisələndirir. Bu tamamilə əsassızdır. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən uzadıla bilər”. Mən bu absurd iddia ilə bağlı bir daha bildirirəm ki, G.Hacıyev İnstitutda yalnız və yalnız elmi vəzifə tuta bilərdi, və elmi vəzifəsi də var idi, onun müalicə, yəni kliniki vəzifə (X15 müdiri) tutmaq üçün heç bir hüququ yox idi. Əmək Məcəlləsinin qəti tələbinə görə, 65 yaşından yuxarı şəxs belə vəzifədə işləyə bilməzdi, bir halda ki, onun 76 yaşı var idi. Və məhz bu qanunsuz təyinata görə o, bir neçə aydan sonra vəzifəsindən uzaqlaşdırıldı. G.Hacıyevin həmin vəzifədən qısa müddət sonra azad edilməsi faktını niyə gizlədirlər?. Ümumiyyətlə 76 yaşlı alimin İnstitutda haqqı çatdığı real elmi vəzifəsi olduğu və İxtisara düşmüş işçi olmadığı halda, hansı hüquqla İxtisar olunmuş xxxx olaraq mənim qanuni və tam haqlı və yeganə namizədliyim dura-dura, qanunsuz və haqsız olaraq yeni yaranmış şöbənin müdiri vəzifəsinə irəli sürülərək təyin olunmuşdu? Axı ƏM-nin tələbinə görə, yeni xxxx vəzifəsinə məhz ixtisar olunmuş xxxxnin (mənim) namizədliyi ilk növbədə nəzərdən keçirilməli və ƏM-nin 78ci maddəsində nəzərdə tutulan üstünlük hüquqları da mütləq qaydada nəzərə alınmalı idi. 6) Cavabdehin nümayəndəsinin növbəti saxta və uydurma iddiasına baxaq. O göstərmişdir ki, “Müəssisədə struktur dəyişikliyi aparılır, Səhiyyə Nazirliyi tərəfindən iddiaçının işlədiyi şöbə və vəzifə ləğv edilir, iddiaçı hələ də namizədliyindən söhbət açır. Halbuki, iddiaçı ona təklif olunan vəzifədən imtina etmişdir.” Bununla bağlı bildirirəm ki, mən yuxarıda, yeni yaradılmış xxxx vəzifəsinə yeganə və tam qanuni namizədliyim ilə bağlı qanuni dəlillərimi ətraflı təsvir etmişəm. Bir daha bildirirəm ki, istənilən dövlət müəssisəsində, o cümlədən tibb müəssisəsində 2 şöbənin ləğvi nəticəsində həmin şöbələrin ştat vahidlərinin bazasında yeni şöbə yaranırsa, və xxxx vəzifəsindən biri ixtisar edilirsə, yeni yaranmış şöbədə ilk növbədə əvvəlki şöbələrdən İxtisara düşən işçilərin yerləşdirilməsi həyata keçirilməli idi. Bu, qanunvericiliyin birbaşa, qəti və mütləq tələbidir. 1-ci X15 müdiri Əziz Musayev, şöbələr ləğv edilərkən, təqaüdə çıxdığı üçün, artıq onun namizədliyi aradan qalxdığından yeni yaranan “Ağciyər vərəmi şöbəsi”nin müdiri vəzifəsinə yeganə namizəd kimi ancaq mənim (ləğv edilmiş 2-ci X15 müdirinin) namizədliyim olmalı idi. Çünki ilk növbədə ixtisara düşən işçilərin yeni yaradılmış şöbədə yerləşdirilməsi həyata keçirilməli idi. Mənim vəzifəm ixtisar olunmaqla, ƏM-nin 78-ci maddəsinin tələbinə görə, eyni təsnifat vəzifədə saxlanılmağa üstünlük hüquqlarım da olduğu və ilk növbədə yalnız mənim ixtisar edilmiş vəzifəmə uyğun vəzifə, yəni xxxx vəzifəsi ilə təmin olunmaq hüququm olduğu halda və Əmək Məcəlləsinin qəti tələbinə görə, bu hüququmu təmin etmək İnstitut Direktorunun vəzifəsi olduğu halda, bu tələbləri qərəzli şəkildə və qəsdən təmin etmədən, mənim bu hüquqlarımı kobud surətdə pozmaqla həmin xxxx vəzifəsinə heç bir hüququ olmayan və qanunla həmin vəzifəni tutmağı qadağan olunan (real elmi vəzifəsi var, ixtisar olunmuş işçi deyil, kiniki vəzifə tutmaq üçün təqaüd yaşını 11 il keçmişdir) 76 yaşlı G.Hacıyevin təyinatı tamamilə qanunsuz idi. Amma İnstitut Direktoru İradə Axundova həmin vəzifəni mənə təklif etməli olduğu halda, qanunları kobud surətdə pozaraq, mənə qanunsuz olaraq aşağı vəzifəni - sıravi həkim vəzifəsini təklif etdi. Mən isə haqlı olaraq bu təklifdən imtina etdim. Çünki mən ilk növbədə məhz ixtisar olunmuş vəzifəmə təsnifat etibarilə bərabər vəzifəyə təmin olunmalı idim. Əgər İnstitutda belə bir ştat vahidi (yeni yaradılmış xxxx vəzifəsi) olmasaydı, yalnız o halda o mənə ixtisar olunmuş vəzifəmdən aşağı vəzifə təklif edə bilərdi. Ona görə də mən, təklif edilmiş aşağı vəzifədən haqlı olaraq imtina etmişəm və hüquqlarımın təminatı üçün hüquqi müstəvidə, sonadək mübarizəmi davam etdirəcək və İ.Axundovanın mənə qarşı törətdiyi və Bakı şəhəri Nizami rayon məhkəməsinin qətnaməsi ilə təsbit olunmuş, qərəzli və qanunsuz əməllərinə görə ciddi hüquqi məsuliyyətə cəlb edilməsinə nail olacağam. 7) Cavabdehin nümayəndəsinin növbəti, hüquqi məsələdən daha çox “ara söhbətini” xatırladan “kəşfi ”xxxx“Nəhayət, iddiaçının həqiqətən həmin müəssisədə işləmək fikri olsaydı,o, dərhal, başqa Tibbi Mərkəzdə, daha yüksək əmək haqqı olan xxxx vəzifəsində işləməyə razılıq verməzdi. 2026-cı ilin fevral ayından “Ağciyər xəstəliklər mərkəzində ” xxxx vəzifəsində çalışır.” Bununla bağlı bildirirəm ki, əslində məhkəmədəki iddia predmeti ilə heç bir bağlılığı, mübahisə predmeti ilə uzaqdan-yaxından əlaqəsi olmayan, belə primitiv, məntiqsiz və dəyərsiz fikirlərə münasibət bildirməmək daha doğru olardı. Lakin nəzərə alaraq ki, möhtərəm hakimlər də bu yazını oxuyacaq, buna da münasibət bildirməliyəm. Mənim işdən qanunsuz çıxarıldıqdan sonra uzunmüddətli məhkəmə prosesləri bitənədək heç bir yerdə işləməmək vəzifəm və ya öhdəliyim haqqım yoxdur! Əmək stajımı fasiləsizliyini və ailəmin maddi təminatını təmin etmək üçün mən ixtisasıma və peşəmə uyğun başqa müəssisədə iş axtarmalı oldum və “TƏBİB”ə rəsmi müraciət edərək, qanuni işə qəbul prosedurlarını uğurla keçməklə “TƏBİB”in X20 X26 (Abşeron rayonunun Saray qəsəbəsində yerləşən) müvəqqəti əmək müqaviləsi əsasında (hər 3 aydan bir yenidən baxılan) xxxx vəzifəsinə təyin olunmuşam. Mənim hazırda TƏBİB strukturunda müvəqqəti (və ya daimi- fərq etməz) əmək müqaviləsi əsasında iş yerimin olması Səhiyyə Nazirliyinin tabeliyində olan, ömrümün 23 ilini sərf etdiyim, qanunsuz çıxarıldığım keçmiş iş yerimdəki - İnstitutdakı qərəzli və qanunsuz olaraq məhrum edildiyim, haqqım olan vəzifəyə bərpa olunmaq hüququmu qətiyyən istisna etmir. Mən hazırkı iş yerimə müvəqqəti iş yeri kimi baxıram və əvvəlki iş yerimə müvafiq vəzifəyə qayıdacağam. Onu da bildirirəm ki, İradə Axundova bu qədər böyük bir quruma “rəhbərlik” edə-edə eyni zamanda “Mediclub” hospitalında da işləyir. Cavabdehin nümayəndəsi daha sonra “Mülahizə”sinin sonunda, “Əsaslandırma” hissəsində göstərmişdir: “Əgər Səhiyyə Nazirliyi öz tabeliyində olan İnstitutun strukturunu dəyişdirərək bir neçə şöbəni ləğv edir və onların əsasında yeni vahid şöbə yaradırsa, ləğv edilən şöbənin müdirinin avtomatik olaraq yeni şöbəyə rəhbər təyin edilməsi qanunvericiliklə məcburi tələb deyil. Struktur dəyişikliyi nəticəsində əvvəlki xxxx vəzifəsi ləğv edilirsə, həmin vəzifə faktiki olaraq ixtisar olunur. Yeni yaradılan şöbə yeni struktur vahidi hesab olunur və onun rəhbərinin təyin edilməsi işəgötürənin səlahiyyətinə daxildir. Əgər qanunvericilikdə, institutun nizamnaməsində və ya daxili qaydalarda xüsusi tələb yoxdursa, işəgötürən ləğv edilən xxxxni yeni şöbəyə təyin etməyə borclu deyil. Bütün halda işəgötürən əmək qanunvericiliyinin tələblərinə riayət etməlidir. Əgər işçi ilə əmək münasibətləri davam etdiriləcəksə, ona uyğun vakant vəzifə təklif olunur. İşçi razıdırsa, əmək fəaliyyəti davam etdirilir. Razı deyilsə, əmək müqaviləsinə xitam verilir. İşəgötürən tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir”. Əslində bu göstərilən, tam əsassız, məntiqsiz, qeyri-hüquqi və qeyri-qanuni, gülünc iddia və mülahizələrin hər birini yuxarıda təsvir etdiyim dəlillərlə bir-bir əsaslı surətdə təkzib etmişəm. Eyni zamanda hakimlərin bu yazılı mövqeyimlə tanış olacağını bildiyim üçün Cavabdehin nümayəndəsinin göstərilən hər bir fikrinin (cümlə-cümlə) əsassızlığını təsdiq edən dəlillərimi də ifadə etməliyəm. Əvvəla, onu qeyd edim ki, cavabdehin nümayəndəsi bu “Mülahizə”sinin əvvəlində göstərmişdi ki, Səhiyyə Nazirliyi yeni şöbəni 2 ləğv edilmiş şöbənin bazasında yox, yenidən yaradır. Hərçənd ki, “Mülahizə”sinin “Əsaslandırma” adlanan, indi təhlil etdiyimiz bu hissəsində həmin fikrini təkzib edərək yeni şöbənin ləğv edilmiş şöbələrin bazasında yarandığını etiraf edir. Bundan başqa, “Mülahizə”sinin əvvəlində vəzifənin “ixtisarı” terminini qəbul etmədiyi halda, sonunda vəzifə ştatının ləğv edildiyi halda “faktiki olaraq ixtisar” edildiyin “etiraf edir”. Yəni “Mülahizə”nin əvvəlində mənim haqlı fikirlərimi təkzib etməyə çalışaraq, absurd “hüquqi ixtiralar” etməyə çalışsa da, sonda Qanunun haqlı mövqeyi ilə barışmalı olur. İndi isə Cavabdehin yuxarıda göstərdiyim, digər “mülahizələrinə” birbaşa cavablarımı bildirirəm: Belə ki, Səhiyyə Nazirliyi öz tabeliyində olan institutun strukturunu dəyişdirərək iki şöbəni ləğv edir və onların ştat vahidləri əsasında yeni vahid şöbə yaradırsa, ləğv edilən şöbələrdən birinin müdiri təqaüdə çıxırsa və digər xxxx (yəni mən) ixtisar edilmiş tək xxxx kimi qalırsa, boş ştat olaraq yeni xxxx ştatı ilk növbədə məhz ona (ixtisar edilmiş xxxxnə) təklif edilməli və razılığı soruşulmalıdır. Çünki İnstitutda bir vakant xxxx ştartı yaranmışdır və İnstitutda ixtisar edilmiş tək xxxx olaraq o (mən) vardır (digəri təqaüdə çıxmışdır), yəni ilk növbədə ixtisar nəticəsində onun (mənim) pozulmuş hüquqları bərpa edilməlidir. Ona görə də boş xxxx vəzifəsi olduğu halda xxxx vəzifəsindən ixtisar edilmiş işçiyə aşağı vəzifə (sıravi həkim) təklif edilməsi qanunvericiliyə tam zidd olmaqla, yolverilməzdir. Yəni, burada Cavabdehin nümayəndəsinin iddia etdiyi kimi, “ixtisar edilmiş xxxxnin avtomatik olaraq yeni şöbəyə rəhbər təyin edilməsi” məsələsindən söhbət getmir, söhbət ixtisar edilmiş xxxxnin ilk növbədə ixtisar edildiyi vəzifəyə bərabər vəzifəyə təyin edilməli olması (bir halda ki, ixtisar edilmiş işçilər arasında xxxx vəzifəsində olmuş tək şəxs mən idim) tələbindən gedir və bu tələbin başqa qanuni alternativi yoxdur. Cavabdehin nümayəndəsinin “qanunvericilikdə xüsusi tələb yoxdursa, işəgötürənin mülahizəsinə əsasən, yeni şöbəyə istədiyi şəxsi təyin etmək səlahiyyətinin olması” ilə bağlı iddiası ilə əlaqədar bildirirəm ki, belə bir birbaşa və qəti tələb vardır: Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin (İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) tələblərinə görə, “Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin, o cümlədən “öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların; qaçqın statusu olan şəxslərin” işdə saxlanmasına üstünlük verir.” Cavabdehi nümayəndəsi, bax, budur, qanunvericilikdə “xüsusi tələb”!. Digər, tamamilə absurd və məntiqsiz iddia ilə bağlı da bildirirəm ki, struktur dəyişikliyi nəticəsində əvvəlki xxxx vəzifəsi ləğv edilirsə, həmin vəzifə cavabdehin nümayəsinin də nəhayət etiraf etdiyi kimi, faktiki olaraq ixtisar olunur. Lakin yeni yaradılan şöbələrdəki digər vəzifələr kimi, xxxx vəzifəsi də məhz həmin ləğv edilmiş şöbələrdəki ştat vahidlərinin ixtisarı hesabına yaradılır (adından və profilindən də göründüyü kimi, 1-ci və 2-ci Ağciyər vərəmi şöbələri ləğv olunur, 1 Ağciyər vərəmi şöbəsi yaranır), cavabdehin nümayəndəsinin iddia etdiyi kimi, yeni yaradılan xxxxnin təyin edilməsi işəgötürənin şəxsi istəyinə, mülahizələrinə görə deyil, qanunvericiliyin, o cümlədən Əmək Məcəlləsinin tələblərinə əsasən, ən asası və ilk növbədə ixtisar edilmiş xxxxnin bərabər vəzifəyə təyin edilmə hüququnun təmin edilməsi yolu ilə həll edilməli idi və bu İnstitut rəhbərliyinin təkcə borcu yox, həm də qanuni vəzifəsi idi!. Və cavabdehin nümayəndəsi bilməlidir ki, İxtisar edilmiş işçinin hüquqları, həmçinin ƏM-nin 78-ci maddəsində nəzərdə tutulmuş ixtisar zamanı işdə saxlanmağa üstünlük verən hüquqları pozulmaqla həyata keçirilmiş, 76 yaşlı G.Hacıyevin xxxx təyinatı açıqaşkaq qanun pozuntusu olmaqla, Nizami rayon məhkəməsinin Azərbaycan Respublikasının adından çıxarılmış Qətnaməsi ilə də tam təsbit olunmuşdur. Cavabdehin nümayəndəsi nəhayət, göstərmişdir ki, “Əgər işçi ilə əmək münasibətləri davam etdiriləcəksə, ona uyğun vakant vəzifə təklif olunur. İşçi razıdırsa, əmək fəaliyyəti davam etdirilir. Razı deyilsə, əmək müqaviləsinə xitam verilir”. Mən də Cavabdehin nümayəndəsinə deyirəm ki, mənə ixtisar edildiyim vəzifəmə bərabər -uyğun vakant xxxx vəzifəsi təklif edilməli idi, həkim vəzifəsi yox! Bu tələb qanunvericiliyin tələbidir, bu məsələ İ. Axundovanın istəyi və şəxsi mülahizəsi ilə yox, qanunvericiliyin müddəaları ilə həll edilməli idi. Bu barədə yuxarıda kifayət qədər ətraflı bildirdiyim üçün əlavə şərhə ehtiyac görmürəm. Əlavə olaraq bildirirəm ki, Cavabdehin nümayəndəsi iddia edirdi ki, guya mən “qaçqın” olmağımla bağlı yalan məlumat vermişəm, Cavabdeh tərəf müvafiq dövlət orqanına sorğu verib və mənim “qaçqın” olmadığım barədə “sübut” əldə edib. Mən ##.##.2026-cı il tarixli Vəsatətimdə bu barədə ətraflı göstərmişdim. Bir daha göstərirəm ki, müəyyən olundu ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində Ermənistandan deportasiya edilmiş “qaçqın”lar barədə vahid məlumat bazası yoxdur. Orada yalnız “məcburi köçkün”lər barədə məlumat bazası mövcuddur. Cavabdeh tərəfin mənim barəmdə sorğusuna da həmin Komitənin cavabı belə olmuşdu ki, mənim adım “Məcburi köçkünlərin elektron bazasında” keçmir, yəni, Ermənistandan deportasiya edilmiş qaçqınlar barədə vahid məlumat bazası olmadığından mənim “qaçqın” olmağıma dair heç bir məlumat verə bilməmişdilər. Təəssüf ki, Cavabdeh tərəf “qaçqın” və “məcburi köçkün” anlayışlarının bir-birindən fərqini ayırd edə bilmədiyi üçün, həmin arayışa istinad edərək, mənim guya “qaçqın” olmadığımı və bu barədə yalan məlumat verdiyimi iddia edirdilər. Halbuki, orada mənim “qaçqın” olub-olmadığıma dair heç bir məlumat yoxdur. Sonradan tərəfimdən müəyyən olundu ki, “Qaçqın”ların vahid məlumat bazası yalnız keçmiş Qaçqınlar Cəmiyyətinin bazasında yaradılmış Qərbi Azərbaycan İcmasında toplanılır. Ona görə də mən ##.##.2026-cı il tarixdə həmin İcmadan “qaçqın” olduğuma dair rəsmi arayış əldə edərək Məhkəmənin elektron sisteminə yüklədim. Cavabdeh tərəfin bir böhtanını da belə ifşa etdim. Ona görə də məhkəmədən həmin arayışın da iş materiallarına əlavə edilərək ƏM-nin 78-ci maddəsinə əsasən, nəzərə alınmasını xahiş edirəm. Cavabdehin nümayəndəsinin “Mülahizə”sinin girişində mənim ##.##.2026-cı il tarixli Vəsatətimin, guya “hüquqi əsasının olmadığı və aldadıcı mülahizələrdən ibarət olduğunu” iddia etməsi ilə bağlı isə heç bir fikir bildirməyəcəyəm. Çünki mənim ##.##.2026-cı il tarixli Vəsatətimi və onun Mülahizəsini, həmçinin mənim hazırkı Vəsatətimi oxuyacaq hər kəs kimin iddialarının “hüquqi əsası olmadığını və aldadıcı mülahizədən ibarət olduğunu” çox aşkar surətdə görəcəklər. Bir daha bildirirəm ki, İ.Axundova tərəfindən qanunvericiliyin heç bir tələbinə riayət edilməmişdir və bütün tələblər kobudcasına pozulmuşdur. Və nəhayət, cavabdehin nümayəndəsinin “Mülahizə”sində yeganə haqlı hesab etdiyim bir cümlə vardır: “Bütün halda işəgötürən əmək qanunvericiliyinin tələblərinə riayət etməlidir”. Bəli, bizim mübahisəmizin predmeti də məhz budur! Hamı qanuna riayət etməlidir! Başqa tələbimiz yoxdur!”.
Apelyasiya baxışı, izahatlar
33. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, izahatında aşağıdakıları göstərmişdir: İddiaçı heç vaxt yeni yaradılan şöbəyə namizəd kimi nəzərdən keçirilməmişdir. Onun işlədiyi şöbə Səhiyyə nazirinin müvafiq əmri ilə ləğv edilmişdir və yeni yaradılmış ştat cədvəlində hər-hansı istisna nəzərdə tutulmamışdır. Hər kii halda yeni yaradılmış ıöbəyə təyin edilən şəxslər iddiaçıdan peşəkarlıq və ixtisas cəhətdən xeyli üstündür. Hər iki namizədin alimlik dərəcəsi və yüksək peşəkarlıq səviyyəsi iş materisalları ilə təsdiq olunur. Hər ikisinə münasibətdə hər-hansı inzibati tənbeh və ya xxxx tətbiq olunmamışdır,əksinə həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur. Əgər Səhiyyə Nazirliyinin əmri ilə əvvəlki şöbələr ləğv edilir, yeni strukturda vahid şöbə yaradılır və ştat vahidlərinin sayı azaldılırsa onda: 1. Köhnə şöbə müdirlərinin əvvəlki “xxxx” vəzifələri ləğv edilmiş sayılır. Onların heç birinin yeni şöbəyə avtomatik olaraq müdir təyin edilməsi hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. 2. Yeni ştat cədvəlində “xxxx” üçün bir ştat vahidi yaradılıbsa, həmin vəzifəyə qanunvericilik və müəssisənin nizamnaməsi/struktur qaydaları ilə müəyyən edilmiş səlahiyyətli şəxs tərəfindən namizədlər arasından bir şəxs təyin edilə bilər. 3. Yeni yaradılmış şöbəyə müdir təyin edilməsi işəgötürənin səlahiyyətindəduir.Bir qayda olaraq işəgötürən ixtisas səviyyəsi daha yüksək olan işçiyə üstünlük verilir. 4. Əgər əvvəlki şöbələrin ləğvi nəticəsində digər şöbə müdirlərinin vəzifələri ixtisar (ləğv) olunursa, onların əmək müqaviləsinə Əmək Məcəlləsinin 77ci maddədə nəzərdə tutulan xxxx və ödəniş tələblərinə əməl etməlidir. İşəgötürən tərəfindən qanunvericiliyin tələblərinə tam riayət edilmişdir. 65 yaş məsələsinə isə xüsusilə vacib qaydalar tətbiq olunur. 65 yaşlı şəxsin çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ilədək olmaqla uzadıla bilər və ümumi qayda üzrə 5 ildən artıq uzadıla bilməz. Səhiyyənin inkişafında xüsusi xidmətləri müəyyən edilmiş şəxslər üçün isə AR ƏM-nin 10-1.3-cü maddə əsasında 5 ildən artıq uzadılma imkanı ayrıca nəzərdə tutulmuşdur. Hazırki halda Hüquqi nəticə belədir: Əgər Səhiyyə Nazirliyinin əmri ilə bir neçə şöbə ləğv edilir, onların əvəzinə vahid yeni şöbə yaradılır və yeni ştat cədvəlində yalnız bir “xxxx” vəzifəsi saxlanılırsa, qanunverici həmin vəzifəyə əvvəlki şöbə müdirlərindən istənilən birinin avtomatik təyin edilməsini qadağa edir, yəni nəzərdə tutulmur. Bütün halda kimim təyin edilməsindən asılı olmayaraq Yeni xxxx ayrıca müzakirə edilərək təyin edilməlidir.Çünki, həmin şöbə yeni yaradılmışdır,yeni struktura malikdir. Digər mühüm məsələ ondan ibarətdir ki, Elmi-X23 İnstitutu hazırda publik hüquqi şəxs kimi fəaliyyət göstərir və Səhiyyə Nazirliyinin tabeliyindədir. İnstitutun rəsmi saytında da bu barədə qeyd var.Burada əsas sənəd İnstitutun qüvvədə olan Nizamnaməsidir. Publik hüquqi şəxslərdə idarəetmə və vəzifələrə təyinat səlahiyyəti Nizamnamə və təsisçinin səlahiyyət bölgüsü ilə müəyyən edilir. Nümunəvi Nizamnamədə də X1n idarəetmə formasının Nizamnamə ilə müəyyən edildiyi göstərilir. Bu səbəbdən Səhiyyə Nazirinin “şöbələr ləğv edilsin, vahid şöbə yaradılsın” əmri ilə həmin yeni şöbənin müdiri konkret olaraq avtomatik müəyyən olunmur. Əgər əmrdə ayrıca “filan şəxs xxxx təyin edilsin” yazılmayıbsa, yeni ştat üzrə təyinat səlahiyyətli işəgötürən tərəfindən həyata keçirilməlidir. Əgər Səhiyyə Nazirliyi öz tabeliyində olan institutun strukturunu dəyişdirərək bir neçə şöbəni ləğv edir və onların əsasında yeni vahid şöbə yaradırsa, ləğv edilən şöbənin müdirinin avtomatik olaraq yeni şöbəyə rəhbər təyin edilməsi qanunvericiliklə məcburi tələb deyil. Struktur dəyişikliyi nəticəsində əvvəlki xxxx vəzifəsi ləğv edilirsə, həmin vəzifə faktiki olaraq ixtisar olunur. Yeni yaradılan şöbə yeni struktur vahidi hesab olunur və onun rəhbərinin təyin edilməsi işəgötürənin səlahiyyətinə daxildir. Əgər qanunvericilikdə, institutun nizamnaməsində və ya daxili qaydalarda xüsusi tələb yoxdursa, işəgötürən ləğv edilən xxxxni yeni şöbəyə təyin etməyə borclu deyil. Bütün halda işəgötürən əmək qanunvericiliyinin tələblərinə riayət etməlidir. Əgər işçi ilə əmək münasibətləri davam etdiriləcəksə, ona uyğun vakant vəzifə təklif olunur. İşçi razıdırsa əmək fəaliyyəti davam etdirilir.Razı deyilsə əmək müqaviləsinə xitam verilir”.
34. Cavabdehin nümayəndəsi yazılı mülahizəsində həmçinin bildirmişdir ki, 1959-cu il təvəllüdlü X9 əmək fəaliyyətinə 1982-ci ildə * nömrəli Ruhi Xəstəxanada həkim-intern kimi başlamışdır. 1983-cü ildən etibarən * nömrəli Ruhi Xəstəxanada həkim-ftiziatr vəzifəsində çalışmış, 1989-cu ildə “Elmi-X23 İnstitutu” PHŞ-in pulmonologiya ixtisası üzrə klinik ordinaturaya qəbul olmuşdur. 1991-ci ildən institutun Pulmonologiya elmi şöbəsində baş elmi işçi, 1993-cü ildən isə Pulmonologiya şöbəsində həkim-pulmonoloq vəzifəsində fəaliyyət göstərmiş, 1996-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, 1998-ci ildən “Elmi-X23 İnstitutu” PHŞ-in Ambulator diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2002-ci ildə * nömrəli X19 sahə ftiziatrı kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən etibarən Elmi-X23 İnstitutunun Ftiziatriya elmi şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmış, ## #### 2026-cı il tarixindən etibarən “Elmi-X23 İnstitutu” PHŞ-in X15 müdiri vəzifəsində çalışır. Nazilə Murğuzova əmək fəaliyyəti dövründə vərəmin və digər ağciyər xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası istiqamətində elmi-praktik fəaliyyət göstərmişdir. Elmi araşdırmaların aparılmasında iştirak etmiş, elmi işlərinin nəticələrini məqalə və tezislər şəklində müxtəlif elmi nəşrlərdə dərc etdirmiş, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslarda məruzələrlə çıxış etmişdir. 50-da çox elmi əsərin müəllifidir. Eyni zamanda, rezidentlərin və gənc həkimmütəxəssislərin hazırlanmasında, onların nəzəri bilik və klinik-praktik bacarıqlarının artırılmasında iştirak etmişdir. 37 illik əmək fəaliyyəti dövründə ftiziatriya və pulmonologiya sahələrində geniş klinik və elmi-praktik təcrübə qazanmışdır. İşlədiyi müddət ərzində özünü intizamlı, son dərəcə məsuliyyətli və yüksək əxlaqi dəyərlərə malik bir əməkdaş kimi göstərmişdir.Bu günədək uzunmuddətli əmək fəaliyyəti ərzində barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir.
35. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahatlar verərək şikayətin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
36. Maddə 11 (“ə” bəndi). İşəgötürənin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır.
37. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
38. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.
39. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
40. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
41. Maddə 77 (1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
42. Maddə 77 (2-ci hissə). xxxx müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
43. Maddə 77 (3-cü hissə). Əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında
44. Maddə 77 (4-cü hissə). İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xxxx müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xxxx müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xxxx müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xxxx müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xxxx müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xxxx müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xxxx müddəti əvəzinə verilən ödəniş xxxx müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
45. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
46. Maddə 78 (2-ci hissə). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
47. Maddə 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
48. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
49. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
53. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyasının mövqeyi
59. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.
60. Belə ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək işəgötürənin vəzifəsidir.
61. Kollegiya ilk növbədə qeyd edir ki, “işçilərin sayının ixtisarı” ilə “işçilərin ştatlarının ixtisarı” bir-birindən fərqləndirilməlidir. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Məsələn, müəssisədə 2 mütəxəssis ştatı mövcuddursa və 1 mütəxəssis ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştatın ixtisarı isə, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 mütəxəssis ştatı mövcuddursa, və o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır.
62. İşçilərin sayının və ya ştatların ixtisar edilməsi, müəssisənin strukturunun dəyişdirilməsi, struktur bölmələrinin yaradılması, birləşdirilməsi və ya ləğv edilməsi işəgötürənin təşkilati-idarəetmə səlahiyyətlərinə aid olmaqla, onun təsərrüfat fəaliyyətinin və idarəetmə siyasətinin müəyyən edilməsinin tərkib hissəsidir; məhkəmə həmin qərarın iqtisadi və ya idarəetmə baxımından məqsədəuyğunluğunu işəgötürənin əvəzinə müəyyən edə bilməz.
63. Bununla belə, işəgötürənin struktur və ştat dəyişikliklərinə dair qərarı konkret işçinin əmək müqaviləsinə xitam verilməsi üçün formal vasitə kimi istifadə edilə bilməz; bu səbəblə məhkəmə tərəfindən ilk növbədə belə qərarın faktiki və real dəyişikliklərə əsaslanıbəsaslanmadığı, ləğv edildiyi bildirilən vəzifənin həqiqətən ştatdan çıxarılıb-çıxarılmadığı və əmək müqaviləsinə xitamın həmin dəyişikliklərin real nəticəsi olub-olmadığı müəyyən edilməlidir.
64. Hazırkı işin hallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ######## 2025-ci il tarixli əmri ilə “X2 Xəstəlikləri İnstitutu” X1n yeni strukturu müyyənləşdirilmiş, həmin struktur əsasında yeni ştat cədvəli hazırlanaraq # ####### 2025-ci il tarixdə təsdiq edilmişdir.
65. Yeni ştat cədvəlindən görünür ki, əvvəllər ayrıca fəaliyyət göstərən İ və II Ağciyər vərəm şöbələri əvvəlki formada saxlanılmayaraq onların əvəzinə vahid Ağciyər vərəm şöbəsi yaradılmış, bunun nəticəsində iddiaçının tutduğu II X7 müdiri vəzifəsi əvvəlki ştat cədvəlindən çıxarılmışdır.
66. Beləliklə, cavabdeh müəssisədə əvvəlki strukturun eyni formada saxlanılması və yalnız həmin vəzifədə çalışan şəxsin dəyişdirilməsi halı müəyyən olunmur; əksinə, işəgötürənin təşkilati quruluşunda dəyişiklik edilmiş, əvvəlki iki struktur bölməsinin mövcudluğu dayandırılaraq onların əsasında yeni struktur modelinə keçilmiş və əvvəlki ştat vahidlərindən biri – II X7 müdiri vəzifəsi – yeni ştat cədvəlində nəzərdə tutulmamışdır.
67. Kollegiya onu da qeyd edir ki, struktur bölməsinin bəzi funksiyalarının yeni yaradılmış struktur vahidinə ötürülməsi öz-özlüyündə əvvəlki vəzifənin hüquqi baxımdan saxlanılması anlamına gəlmir – əks yanaşma işəgötürənin müəssisənin idarəetmə strukturunu dəyişdirmək və əmək funksiyalarının təşkilati bölgüsünü yenidən müəyyən etmək hüququnu faktiki olaraq mümkünsüz edərdi.
68. Ona görə də yalnız yeni yaradılmış X7 əvvəlki şöbələrin fəaliyyət istiqamətləri ilə müəyyən dərəcədə əlaqəli olması həmin struktur dəyişikliklərinin formal xarakter daşıması barədə nəticəyə gəlmək üçün kifayət etmir; bu məsələdə həlledici əhəmiyyət daşıyan hal əvvəlki struktur vahidlərinin və ştat vahidlərinin yeni strukturda eyni formada saxlanılıb-saxlanılmaması və əvvəlki vəzifənin əmək funksiyasının bütün əsas elementləri ilə birlikdə qorunub-qorunmamasıdır.
69. Hazırkı işdə əvvəlki II X7 müdiri vəzifəsinin yeni ştat cədvəlində saxlanılmadığı müəyyən edilir və bu hal həmin vəzifənin ştat ixtisarı nəticəsində ləğv edildiyini təsdiq edən əsas hallardan biridir.
70. Birinci instansiya məhkəməsi isə II X7 ləğv olunub X7 yaradıldığını vurğulayaraq belə nəticəyə gəlmişdir ki, yeni yaradılmış Ağciyər vərəm şöbəsinə elə uzun illər həmin vəzifədə çalışmış iddiaçı da təyin oluna biləcəyi halda, başqa şəxsin rəhbər təyin edilməsi qanunsuz olmuşdur.
71. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı hesab etmir; belə ki, əvvəlki vəzifənin ştatdan çıxarılması ilə eyni zamanda yeni struktur daxilində başqa vəzifənin yaradılması və həmin vəzifəyə digər şəxsin təyin edilməsi avtomatik olaraq əvvəlki vəzifənin saxlanılması demək deyildir. Əks halda hər hansı struktur dəyişikliyi zamanı yeni yaradılmış struktur vahidinin əvvəlki struktur vahidinin müəyyən funksiyalarını həyata keçirməsi işəgötürənin ştat ixtisarı aparmasını faktiki olaraq istisna edən hal kimi qəbul edilərdi.
72. Hazırkı iş üzrə yeni strukturun təsdiq edilməsi və əvvəlki II X7 müdiri vəzifəsinin ştat cədvəlindən çıxarılması ilə yanaşı, iddiaçıya əmək münasibətlərinin davam etdirilməsi məqsədilə onun ixtisasına uyğun həkim-ftiziatr vəzifəsinin təklif edilməsi də xüsusi əhəmiyyət daşıyır.
73. Çünkü bu hal işəgötürənin məqsədinin iddiaçının əmək münasibətlərinə hər hansı alternativ imkan yaratmadan xitam verməkdən ibarət olması barədə iddianı təkzib edir. Əksinə, işəgötürən struktur dəyişikliyi nəticəsində iddiaçının əvvəlki vəzifəsinin ləğv edilməsindən sonra onun əmək münasibətlərinin davam etdirilməsi üçün ixtisasına uyğun digər işlə təmin etməyə çalışmışdır.
74. İş materiallarından görünür ki, iddiaçı həmin vəzifədə işləməyə razılıq verməmişdir və hazırda “X20” X1n Abşeron regional xəstəxanasının 2-ci vərəm şöbəsinin müdiri vəzifəsində çalışır.
75. Məhkəmə kollegiyası həmçinin, yeni yaradılmış X7 müdiri vəzifəsinə başqa şəxsin təyin edilməsinin qanunsuz olması ilə bağlı dəlilə qiymət verilməsini zəruri hesab edir.
76. Doğrudur, əvvəlki vəzifənin ləğv edilməsindən dərhal sonra mahiyyət etibarilə həmin vəzifəyə yaxın funksiyaları həyata keçirən yeni rəhbər vəzifəsinin yaradılması və başqa şəxsin həmin vəzifəyə təyin edilməsi müəyyən hallarda ixtisarın formal xarakter daşıdığı barədə nəticəyə gəlmək üçün əsas ola bilər; lakin belə nəticə yalnız yeni və əvvəlki vəzifələrin faktiki olaraq eyni əmək funksiyasını, eyni təşkilati mövqeyi və eyni səlahiyyətləri ehtiva etməsi, habelə qərəzli münasibət müəyyən edildikdə mümkündür.
77. Hazırkı iş üzrə isə belə nəticəyə gəlmək üçün kifayət qədər əsas yoxdur.
78. Əvvəla, yeni struktur İ və II Ağciyər vərəm şöbələrinin əvvəlki formada fəaliyyətini nəzərdə tutmayaraq vahid X7 yaradılmasını müəyyən etmiş, bunun nəticəsində iki ayrıca struktur vahidinin rəhbərliyi əvəzinə vahid struktur rəhbərliyi formalaşdırılmışdır.
79. Digər tərəfdən, yeni yaradılmış strukturun rəhbəri vəzifəsinə təyin edilmiş şəxsin peşə və elmi göstəriciləri də iş materiallarında əks olunmuşdur, həmin şəxsin tibb elmləri doktoru elmi adına malik olduğu müəyyən edilir.
80. İddiaçı isə həmin şəxsin təyin edilməsinin ayrı-seçkilik, qərəzli münasibət və ya başqa qanunsuz məqsədlə həyata keçirildiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
81. Bu hal xüsusilə ona görə əhəmiyyətlidir ki, məhkəmə işəgötürənin yeni struktur daxilində rəhbər vəzifəsinə hansı şəxsi daha uyğun hesab etməsinin məqsədəuyğunluğunu deyil, həmin seçimin qanunla qadağan edilmiş ayrı-seçkilik və ya hüquqlardan sui-istifadə ilə müşayiət olunub-olunmadığını yoxlamalıdır. İddiaçının əvvəlki dövrdə uzun müddət xxxx vəzifəsində çalışması, əmək stajının çox olması və peşə təcrübəsinə malik olması onun əmək fəaliyyətinin göstəriciləri olmaqla, özözlüyündə
82. yeni yaradılmış strukturun rəhbəri vəzifəsinə məhz onun təyin edilməli olması nəticəsini yaratmır.
83. Bu nəticə həm də ondan irəli gəlir ki, işəgötürənin struktur dəyişiklikləri həyata keçirərkən yeni təşkilati model müəyyən etmək səlahiyyəti vardır və məhkəmə həmin modelin daha səmərəli və ya məqsədəuyğun olub-olmadığını işəgötürənin əvəzinə müəyyən edə bilməz.
84. İddiaçının Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad etməsi də işin müəyyən edilmiş halları baxımından əsaslı deyildir.
85. Həmin maddədə işçilərin sayı (ştatları) ixtisar edilərkən işdə saxlanılmağa üstünlüyü olan işçilərin müəyyən edilməsi qaydaları nəzərdə tutulmuşdur və normanın tətbiqi üçün, ilk növbədə, eyni ixtisar çərçivəsində bir vəzifənin və ya əmək funksiyasının saxlanılması və həmin vəzifə üzrə işçilər arasında seçim aparılması üçün hüquqi və faktiki əsasların mövcudluğu müəyyən edilməlidir.
86. Hazırkı iş üzrə isə iddiaçının tutduğu II X7 müdiri vəzifəsi əvvəlki ştat cədvəlindən çıxarılmış, yeni strukturda əvvəlki iki şöbənin rəhbərlik sistemini saxlayan iki eyni vəzifə nəzərdə tutulmamış, vahid şöbə rəhbərliyi müəyyən edilmişdir.
87. Bu səbəbdən iddiaçının yalnız uzunmüddətli əmək stajına, peşə təcrübəsinə və ya sosial vəziyyətinə istinad etməsi yeni struktur üzrə rəhbər vəzifəsinə təyin olunmaq üçün üstünlük hüququ yaratmır.
88. İddiaçının himayəsində iki azyaşlı uşağın olması və digər sosial hallar da özlüyündə əmək müqaviləsinə xitamı istisna edən hallar deyildir.
89. Həmin halların hüquqi əhəmiyyəti Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulan üstünlük qaydalarının tətbiqi çərçivəsində qiymətləndirilə bilər - lakin iş materialları ilə iddiaçının peşəkarlıq səviyyəsinin müqayisə edilən digər işçi ilə eyni olması və ya yeni yaradılmış rəhbər vəzifəsinin əvvəlki vəzifənin eynisi olması müəyyən edilmədiyindən, göstərilən sosial halların iddiaçının işdə saxlanılmasına avtomatik hüquqi təminat yaratdığı qəbul edilə bilməz.
90. İddiaçının işəgötürənin qərəzli münasibət göstərməsi barədə dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, əvvəlki dövrlərdə tərəflər arasında yaranmış fikir ayrılıqları, iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi və ya rəhbərliklə münasibətlərinin gərgin olması öz-özlüyündə mübahisələndirilən əmrin qərəzli məqsədlə verildiyini təsdiq etmir.
91. Xüsusilə nəzərə alınmalıdır ki, əmək müqaviləsinə xitam barədə əmrdə xitamın əsası kimi iddiaçıya qarşı hər hansı intizam pozuntusu və ya digər subyektiv səbəb göstərilməmiş, xitam konkret olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əsaslandırılmışdır.
92. İş materiallarında isə həmin hüquqi əsasın yalnız iddiaçını əmək münasibətlərindən kənarlaşdırmaq üçün formal bəhanə kimi seçildiyini təsdiq edən mötəbər sübut müəyyən edilmir.
93. Beləliklə, iş üzrə müəyyən edilmiş halların məcmusu göstərir ki, işəgötürən tərəfindən yeni strukturun yaradılması ilə bağlı real təşkilati dəyişiklik həyata keçirilmiş, əvvəlki II Ağciyər vərəm şöbəsi və həmin şöbənin müdiri vəzifəsi yeni ştat cədvəlində saxlanılmamış, iddiaçıya əmək münasibətlərinin davam etdirilməsi üçün ixtisasına uyğun digər iş təklif edilmiş və əmək müqaviləsinə xitam ştat ixtisarı ilə bağlı qanuni əsas üzrə verilmişdir.
94. Şərh olunanları ümumiləşdirən kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir, buna görə də həmin qətnamə ləğv olunaraq iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
95. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “X2 Xəstəlikləri İnstitutu” X1rşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək haqqının ödənilməsi” tələbləri təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Azad İmanov
Səadət Səlimova