Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2582/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № *(3-6)-2582/2026 (Açar sözlər: alimentin təyin edilməsi) Hakimlər Qafarova Rəna Nazim qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. AZ-III seriyalı, ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh oğlu, anası Mirzəyeva Ülkər Tahir qızıdır.
2. AZ-IV seriyalı, ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası Mirzəyeva Ülkər Tahir qızıdır.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında ##.##.2012-ci il tarixində Sumqayıt Nikah evində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan olan ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X1 anaları X2 yanında saxlanılmışlar.
4. AZ-İ seriyalı, ****** saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 nikahı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha ##.##.2023-cü il tarixində xitam verilmişdir. ##.##.2023-cü il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində, nikahın pozulması haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada "Ağayeva" soyadı verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayo müraciət edərək, birgə nikahdan olan ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X1 üçün, uşaqlar yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay hər uşağa ölkə üzrə minimal əmək haqqının 0.65 misli olaraq sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh ilə ##.##.2012-ci il tarixində Sumqayıt Nikah evində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 2 azyaşlı övladları vardır. ##.##.2015-ci il təvəllüdlü X5, ##.##.2017-ci il təvəllüdlü X1r. Nikahları Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqların onun yanında qalması müəyyən edilmişdir. Nikah pozulan zaman cavabdeh uşaqların saxlanması üçün maddi kömək edəcəyini bildirmişdir. Hazırda isə uşaqların xərclərini tək qarşılamağa çətinlik çəkir. Uşaqlar onunla birgə qalırlar və onun yanındadırlar.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddianın təmin edilməsi, Cavabdeh ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ##.##.2026-cı il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh nikahlarından ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X1 adlı övladları doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdur, uşaqlar ananın yanında qalır və tərəflər hazırda birlikdə yaşamırlar. Hazırda iddiaçı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Aliment məbləğinin həcmi müəyyən edərkən uşaqların və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Cavabdehdən, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, iddiaçının tələb etdiyi məbləğ hər ay hər uşaq üçün 2026-cı il üçün müəyyən edilmiş minumum əmək haqqının 0.65 mislini təşkil etmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olduğundan,məhkəmə hesab edir ki, aliment ##.##.2026-cı il tarixdən başlayaraq tutulmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 10.Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin bütünlüklə ləğv edilməsini, iddia tələbinin qismən təmin olunaraq ondan hər ay hər uşaga 120 manat olmaqla 2 uşaga görə 240 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayətində göstərilmişdir ki, o iddiaçı ilə ##.##.2012-ci il tarixində Sumqayıt Nikah evində rəsmi nikah bağlamışdır. Birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X1. Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə nikahıları pozulmuş, birgə nikahdan olan uşaqlar ananın yanında saxlanılmışdır. Nikah pozulana qədər və pozulduqdan sonra da övladların bütün tələbatlarını - geyimini, qidasını, məktəb xərclərini, tibbi müayinələrini - öz hesabına qarşılamışdır. Bu faktı birinci instansiya məhkəməsinin əvvəlki iclasında özü bildirmişdir. Bununla belə, birinci instansiya məhkəməsi aliment məbləğini müəyyən edərkən onun faktiki maddi vəziyyətini lazımi qaydada araşdırmamış, mövcud sübutları bir tərəfli qiymətləndirmiş və qəbul olunmuş qətnamə onun üçün iqtisadi cəhətdən icra edilməsi qeyri-mümkün olan bir öhdəlik yaratmışdır. Onun aylıq gəliri yalnız dövlət tərəfindən təyin edilmiş iki sosial ödənişdən ibarətdir: birincisi, III qrup əlilliyə görə 180 AZN məbləğində müavinət (##.##.2006-cı il tarixindən təyin edilmişdir, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir, ödəniş növü: plastik kart, Beynəlxalq Bank); ikincisi, 81-100 faiz funksiya pozulması müəyyən edilmiş İ qrup əlilliyi olan şəxsə qulluq edən ailə üzvünə verilən Azərbaycan Respublikası Prezidentinin 120 məbləğindəki təqaüdü (##.##.2025-ci il tarixindən təyin edilmişdir). Bu iki ödənişin cəmi 300 AZN-dir. Onun heç bir digər gəliri, işi, sahibkarlıq fəaliyyəti, daşınmaz əmlakı və ya digər gəlir mənbəyi mövcud deyildir. Şəxsi sağlamlıq vəziyyətinə gəldikdə, o III qrup əlildir. Bu hal öz-özlüyündə onun işləmə qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. III qrup əlillik Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən şəxsin əmək qabiliyyətinin qismən itirilməsi anlamına gəlir; onun gündəlik fəaliyyəti, hərəkət imkanları, iş tutmaq qabiliyyəti birbaşa məhdudlaşmışdır. Bu səbəbdən o heç bir rəsmi iş yerinə malik deyildir və yaxın gələcəkdə tam iş qabiliyyəti əldə etmək imkanım yoxdur. Ailə vəziyyətinə dair isə xüsusilə vurğulamaq lazımdır: onun atası Mirzəyev Müseyib Fərzəli oğlu ##.##.1942-ci il doğumlu, İ qrup əlil olmaqla, prostat vəzinin xərçəngi (XBT-10, IV mərhələ) diaqnozu olan xəstədir. Diaqnozu ##.##.2024-cü ildə Sumqayıt Onkoloji Xəstəxanasında müəyyən edilmişdir. Patohistomorfoloji müayinə nəticəsinə görə Adenokarsinoma G diaqnozu qoyulmuşdur. Hazırda atasına özünə qulluq etmək iqtidarında deyil, tam baxım tələb edir. Məhz bu səbəbdən dövlət tərəfindən ona Prezidentin 120 AZN məbləğindəki təqaüdü İ qrup əlil olan atasına qulluq etdiyi üçün təyin edilmişdir. Beləliklə, o özü əlil olan, həm də birinci dərəcəli qohumunu - ağır xəstə atasını - saxlayan şəxsdir. Birinci instansiya məhkəməsi 2026-cı il üçün minimum əmək haqqının 400 AZN olduğunu əsas tutaraq, hər uşaq üçün 0.65 × 400 = 260 AZN, iki uşaq üçün isə ümumilikdə aylıq 520 AZN aliment müəyyən etmişdir. Buna əlavə olaraq 50 AZN mediasiya xərci iddiaçının xeyrinə, 32.4 AZN isə dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, ondan ilk ayda 602.4 AZN, digər aylarda isə 520 AZN tutulmalıdır. Halbuki onun aylıq ümumi gəliri yalnız 300 AZN-dir. Başqa sözlə, müəyyən edilmiş aliment məbləği onun ümumi aylıq gəlirinin 173%-ni, aylıq bütün maliyyə ödənişlərinin isə 200%ni ötür. Bu, fiziki olaraq mümkün olan bir öhdəlik deyildir. Qanunvericilik çərçivəsindən baxıldıqda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli, «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsi haqqında» Qərarında aydın şəkildə ifadə olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminat səviyyəsini nəzərə almalıdır. Məhkəmə isə bu tələbə zidd olaraq cavabdehin – onun - maddi vəziyyətini faktiki olaraq araşdırmamış, mövcud ödəmə qabiliyyətini müəyyən etməmişdir. Bundan əlavə, Azərbaycan Res publikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Bu müddəa birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır: atasının İ qrup əlil olması, xərçəng xəstəsi olması, tam baxıma ehtiyac duyması - bunlar Ailə Məcəlləsinin 82.1-ci maddəsindən irəli gələn hüquqi öhdəliyin mövcudluğunu müəyyən edir. Onun üzərinə həm kiçik uşaqlarının, həm də xəstə atasının saxlanılması öhdəliyini eyni vaxtda yerinə yetirmək tələb olunur; bu ağır yük onun sıfıra yaxın gəliri fonunda qeyri-mümkündür. Nəhayət, Azərbaycan Respublikasının 2026-cı il üçün yaşayış minimumu haqqında Qanuna əsasən, 2026-cı ildə yetkin şəxslər üçün yaşayış minimumu 260 AZN müəyyən edilmişdir (bu, həmin qanuna istinad edən birinci instansiya məhkəməsinin qətnaməsinin özündə öz əksini tapmışdır). 520 AZN aliment, 300 AZN gəlirini aşan bu məbləğ, nəticə etibarilə ona sıfırın altında bir iqtisadi vəziyyət yaradır — yaşayış minimumunun özündən də aşağı bir həddə sürükləyir. Bu, həm Ailə Məcəlləsinin ruhuna, həm Konstitusiya Məhkəməsinin presedentinə, həm də vicdanlı bir hüquqi qiymətləndirməyə ziddir. Birinci instansiya məhkəməsi bu maddənin tələbini yerinə yetirməmişdir. Qətnamənin məzmunundan görünür ki, məhkəmə yalnız iddiaçının tələbini minimum əmək haqqının 0.65 mislini - əsas götürmüş, lakin onun faktiki maddi vəziyyətilə bağlı heç bir araşdırma aparmamışdır. Konkret olaraq məhkəmə onun aylıq gəlirinin 300 AZN-dən ibarət olduğunu qətnamədə qeyd etməmiş, III qrup əlliliyimi məntiqi şəkildə qiymətləndirməmiş, atasına baxım üzrə Prezident təqaüdünü alan bir şəxsin aylıq gəlirinə dair ciddi məhdudiyyəti nəzərə almamışdır. Halbuki 78.2-ci maddənin tətbiqi üçün məhkəmə aşağıdakı sualları araşdırmalıydı: cavabdehin real aylıq gəliri nə qədərdir? Bu gəlirdən əlavə öhdəlikləri varmı? Müəyyən ediləcək aliment məbləği cavabdehin minimum yaşayış ehtiyaclarını ödəyibödəməyəcəkdir? Bu suallar qətnamədə heç bir yerdə əks etdirilməmiş, tərəflərin maddi vəziyyətinin müqayisəli araşdırması aparılmamışdır. Bu, 78.2-ci maddənin birbaşa pozulmasıdır. Nəticədə məhkəmə onun aylıq gəlirinin 173%-ni təşkil edən aliment müəyyən etmişdir ki, bu da praktiki olaraq icra oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli Qərarı da bu məsələni aydın ifadə edir: «alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır». Birinci instansiya məhkəməsinin tərəflərin maddi vəziyyətini qiymətləndirmədən bu Qərara birbaşa ziddir. Qanunverici bu norma ilə açıqca ifadə etmişdir ki, alimentin tutulması mexanizmi şəxsin faktiki ödəmə qabiliyyətindən asılı olmalıdır. III qrup əlillik statusu olan, aylıq gəliri yalnız 300 AZN (180 AZN əlillik müavinəti + 120 AZN Prezident təqaüdü) olan bir şəxsdən ki bu şəxs həm özüəlil, həm də xəstə atasına baxır aylıq 520 AZN aliment tutmaq, maddənin ruhuna tamamilə ziddir. Birinci instansiya məhkəməsi bu normanın tətbiqini nəzərə almalı, mənim maddi vəziyyətimi araşdırmalı idi. Əgər məhkəmə onun gəliri barədə məlumatı düzgün qiymətləndirmiş olsaydı, 76.2-ci maddəyə uyğun olaraq aliment məbləğini əhəmiyyətli dərəcədə azaltmalı idi. Bunun əvəzinə məhkəmə bu normanı tamamilə nəzərə almamış, tərəfin maddi vəziyyəti araşdırılmadan standart aliment məbləği müəyyən etmişdir. Onun atası Mirzəyev Müseyib Fərzəli oğlu (d. ##.##.1942) 2024-cü ildə Sumqayıt Onkoloji Xəstəxanasında IV mərhələ prostat vəzinin xərçəngi diaqnozualmış, İ qrup əlilliyi müəyyən edilmişdir. Hazırda atam özünə qulluq etmək iqtidarında olmayan, tam baxım tələb edən ağır xəstədir. Məhz bu səbəbdən dövlət tərəfindən ona Prezidentin xüsusi təqaüdü (120 AZN/ay) — İ qrup əlilliyi 81-100 faiz funksiya pozulması olan şəxsə qulluq edən ailə üzvü üçün — təyin edilmişdir. Bu təqaüdün mövcudluğu özlüyündə onun ata baxımı öhdəliyini dövlət səviyyəsindəki bir tanınma kimi sübut edir. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə görə onun atasını saxlamağa qanuni olaraq borclu olan şəxsdir. Bu, qanuni öhdəlikdir, könüllü xeyirxahlıq deyil. Birinci instansiya məhkəməsi isə bu faktı, yəni onun üzərindəki iki paralel qanuni saxlama öhdəliyini qətnamədə diqqətəlayiq hal kimi qiymətləndirməmiş, 78.2-ci maddənin tələb etdiyi əlavə halların araşdırılması zamanı bunu nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hərkəs sosial təminat hüququna malikdir; dövlət əlillərə lazımi sosial müdafiəni təmin etmək öhdəliyini öz üzərinə götürmüşdür. “Əlilliyin müəyyən edilməsi və əlillərə dövlət dəstəyi haqqında” AR Qanununa görə əlillik şəxsin həyatfəaliyyətini məhdudlaşdıran, sosial müdafiəyə ehtiyacını doğuran sağlamlıq pozuntusudur. III qrup əlillik şəxsin əmək qabiliyyətinin qismən itirilməsi - işləmə, gəlir əldə etmə potensialının məhdudlaşması deməkdir. O III qrup əlil olaraq 2006-cı ildən dövlət sosial müdafiəsi sistemindədir. 180 AZN əlillik müavinəti aylıq gəlirinin 60%-ni, 120 AZN Prezident təqaüdü isə qalan 40%-ni təşkil edir. Bu gəlir mənbələrinin ikisi də dövlət tərəfindən verilən sosial yardımdır; bunların heç biri əmək gəliri, sahibkarlıq gəliri, əmlak gəliri deyildir. Yəni onun gəliri sabitdir, lakin son dərəcə məhduddur; onu artırmaq sahəsindəki imkanlarım III qrup əlillik statusu tərəfindən birbaşa məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsi III qrup əlilliyin maddihüquqi nəticəsini, yəni şəxsin gəlir əldə etmə qabiliyyətinin məhdudlaşmasını — aliment məbləğinin müəyyən edilməsindəki diqqətəlayiq hal kimi səciyyələndirməmişdir. Bu, Konstitusiyanın 38-ci maddəsinin dövlətə yüklədiyi sosial müdafiə öhdəliyi ilə, “Əlilliyin müəyyən edilməsi...” Qanununun ruhuna zidd bir yanaşmadır. Əlil şəxsin gəlir potensialını nəzərə almadan, ondan öz aylıq gəlirini iki dəfə aşan aliment tələb etmək, əlillik qanunvericiliyinin müdafiəçi xarakterinə birbaşa zidd hesab olunmalıdır. Birinci instansiya məhkəməsi isə bu balansı qurmamışdır. Onun atasının 2024-cü ildə IV mərhələ xərçəng diaqnozu alması, bu səbəbdən İ qrup əlilliyin müəyyən edilməsi, onun 2025-ci ildən baxım üçün Prezident təqaüdü alması - bunların hamısı artıq nikah pozulduqdan sonra baş vermişdir. Yəni bu hallar həm yeni faktlardır, həm də onun ailə və maddi vəziyyətindəki əhəmiyyətli dəyişikliyi göstərir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq məhkəmə bu halları araşdırmalı, alimentin miqdarını faktiki vəziyyətə uyğun müəyyən etməli idi. Xüsusən onun əlillik statusunu, aylıq gəlirini, atasının sağlamlıq vəziyyətini təsdiqləyən sənədlər məhkəmə iclasında araşdırılmamış, bu məlumatlar işin hallarının aydınlaşdırılması üçün tələb olunmamışdır. Bu iki maddənin birlikdə pozulması nəticəsində məhkəmə - onun ödəmə qabiliyyətim müəyyən olunmadan aylıq gəlirini iki dəfə aşan aliment müəyyən etmişdir. Bu, işin hallarının natamam araşdırılmasının tipik nümunəsidir.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətində qeyd edilənləri müdafiə etdiyini bildirdi. Əlavə olaraq izahatında qeyd etdi ki, hazırda rəsmi iş yeri yoxdur. Günəmuzd olaraq istənilən işdə işləyir. Tam vaxtı ilə iş rejimində işləyə bilmir, ona görə ki, himayəsində 1-ci qrup əlil atası var.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında qeyd etdi ki, hazırda işləyir. Aylıq gəliri 1800 manat təşkil edir. Lakin onun da himayəsində ata və anası vardır. Onlar heç bir yerdə işləmirlər. Sonda apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. X3 edilmiş ## ###### 2024-cü il tarixli dəyişikliyə əsasən Qərarın 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. - 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 17.“Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının ## ###### 2025-ci il tarixli Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). 20.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 21.Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin bütünlüklə ləğv edilməsini, lakin iddia tələbinin qismən təmin olunaraq ondan hər ay hər uşaga 120 manat olmaqla 2 uşaga görə 240 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, predmet bölünməz olduğundan qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 23.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. 24.Belə ki, 2026-cı il üçün müəyyən edilmiş yaşayış minimumu uşaqlar üçün 260 manat, minimum əmək haqqı məbləği isə 400 manatdır. Məhkəmə də, göstərilənləri nəzərə alaraq, cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment tutmuşdur. 25.Kollegiya qeyd edir ki, təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. 26.Digər tərəfdən, cavabdehin dəlilləri qəbuledilən hesab edilmir. Onun bu dəlilləri azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. 27.Odur ki, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2015ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutmaqda haqlı olmuşdur. 28.Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 29.Hazırki qətnamə mübahisələndirilən məbləğ 5000 manatdan aşağı olduğuna görə apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gün qanuni qüvvəyə minir.
Nəticə:
30.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.