Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-265/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İbrahim qızının cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı İbrahim qızının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh Zeyəddin oğlunun iştirakı ilə, İddiaçı İddiaçı İbrahim qızının cavabdeh Cavabdeh Zeyəddin oğluna qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Zeyəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinə əsasən, iddiaçı İddiaçı İbrahim qızının mülkiyyət hüquqları bərpa edilmiş və cavabdeh Cavabdeh tərəfindən İddiaçı İbrahim qızının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılmış, iddiaçı İddiaçı İbrahim qızına məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının *** nömrəli ##.##.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı İbrahim qızına məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən Cavabdeh çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq İddiaçı İbrahim qızına təhvil verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli 2(103)- ***/**** nömrəli qətnaməsinə əsasən, iddiaçı İddiaçı İbrahim qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə cavabdeh Cavabdeh 195.099 manat məbləğində vəsaitin də tutularaq iddiaçı İddiaçı İbrahim qızına ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı icra vərəqəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi icraya yönəldilmişdir.
4. ##.##.2024-cü il tarixli aktda Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra vərəqəsini icra etmək məqsədilə icra vərəqəsində qeyd olunan ünvanda olunması, baxış keçirilməsi, cavabdehin (**********) nömrəli mobil telefonu ilə əlaqə saxlanmasına baxmayaraq, gələ bilmədiyini bildirdiyi qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/*-**/***/**** nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa Xuna bağ massivində yerləşən vətəndaş (iddiaçı) İddiaçı İbrahim qızına məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililər üzrə mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir işlərinə sərf edilmiş materialların və işlərin həcmi smetada göstərilmişdir
6. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **/**-*** nömrəli mütəxəssis rəyinə əsasən, dəymiş zərərin həcmi 530315 (beş yüz otuz min üç yüz on beş) manat müəyyən olunmuşdur. Ekspertizanın aparılması üçün 800 (səkkiz yüz) manat xidmət haqqı təyin edilmişdir və xidmət haqqı iddiaçı İddiaçı İbrahim qızı tərəfindən ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı İbrahim qızı cavabdeh Cavabdeh Zeyəddin oğluna qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan daşınmaz əmlaklara yetirilmiş zərərin əvəzi kimi 530.315 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı İbrahim qızının mülkiyyət hüquqları bərpa edilmiş və cavabdeh Cavabdeh tərəfindən İddiaçı İbrahim qızının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılmış, iddiaçı İddiaçı İbrahim qızına məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının *** nömrəli ##.##.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı İbrahim qızına məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarətiaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən Cavabdeh çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq İddiaçı İbrahim qızına təhvil verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İddianın təmin edilməyən hissəsindən iddiaçı apellyasiya şikayəti vermiş və son nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı İbrahim qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, (yəni iddia təmin edilməyən hissədə) ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə cavabdeh Cavabdeh 195.099 manat məbləğində vəsaitin də tutularaq iddiaçı İddiaçı İbrahim qızına ödənilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnamələri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra sənədi üzrə iddiaçı İddiaçı İbrahim qızının mülkiyyətində olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının *** nömrəli ##.##.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı İbrahim qızına məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarətiaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililər iddiaçıya təhvil verilərkən, həmin daşınmaz əmlakların tamamilə yararsız və bərbad vəziyyətə salındığı və cavabdeh tərəfindən iddiaçıya külli miqdarda zərər yetirildiyi aşkar edilmişdir. Bu faktlar, yəni iddiaçıya məxsus daşınmaz əmlaklara cavabdeh tərəfindən zərər yetirilməsi, həmin daşınmaz əmlakların cavabdehə verildiyi vaxt çəkilmiş foto və video görüntülərlə və sonradan icra məmuru tərəfindən əmlaklar iddiaçıya təhvil verildiyi vaxt çəkilmiş foto və video görüntülərlə tam təsdiq olunur. İddiaçı tərəfindən aparılmış hesablamalara görə ona 520.080 manat məbləğində zərər yetirilmişdir.
9. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz edərək, onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı İbrahim qızının cavabdeh Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən ona məxsus əşyaların (avadanlıqların) dəyəri kimi 472.460,74 manat, habelə cavabdehdən son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi 684.000 manat tutularaq ona ödənilməsi, iddiaçıya məxsus Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 c nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının *** nömrəli ##.##.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa- Xuna bağ massivində 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərindən cavabdehin çıxarılması və həmin daşınmaz əşyaların boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.M.Tağıyev) iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, iddiaçıya məxsus Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, XaşaXuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon icra Hakimiyyəti başçısının *** nömrəli ##.##.2008- ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində iddiaçıya məxsus 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Qətnamədən tərəflər apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, 2(102)- ****/**** nömrəli qərarı ilə (hakimlər M.T.Əmirova (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinin qismən - mübahisəli daşınmaz əmlakla birlikdə cavabdehin istifadəsinə verilmiş avadanlıqların dəyərinin qaytarılması hissəsində ləğv edilməsi, həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı İddiaçı İbrahim qızının apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməsi, cavabdeh Cavabdeh 195.099 manat məbləğində vəsait tutularaq iddiaçı İddiaçı İbrahim qızına ödənilməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 c nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının *** nömrəli ##.##.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa- Xuna bağ massivində 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililər idiaçıya təhvil verilərkən, həmin daşınmaz əmlakların tamamilə yararsız və bərbad vəziyyətə salındığı və cavabdeh tərəfindən iddiaçıya külli miqdarda zərər yetirildiyi aşkar edildiyini qeyd edir və sübut kimi həmin əmlakların təhvil-təslimi zamanı çəkilmiş foto-video çəkilişləri əsas götürür. Halbuki, həmin ***ç saylı bağ evi və onun tərkib hissəsi olan ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililəri 2013-cü ildə Cavabdeh satmışdır. Cavabdeh isə 2015-ci ildə həmin əmlakı digər şəxsə satmışdır. Həmin vaxtdan (2013) bu günə kimi 11 il vaxt keçmişdir, iddiaçı İddiaçı İbrahim qızı ona məxsus mülkiyyətində olan 183 ”c” və 183 ”ç” bağ evlərindən ikincisini cavabdehə satmışdır. İddiaçı tərəfindən cavabdehə satılmış 183 "ç” saylı bağ evi ilə iddiaçıya məxsus olan 183”c” bağ evinin əlaqəli fəaliyyəti hələ 2013-cü ildən dayandırılmışdır. Ümumiyyətlə, cavabdehin 2015-ci ildən həmin əmlaklar üzərində hər hansı səlahiyyəti olmamışdır. İddiaçının iddiası tam əsassızıdır və təmin edilməməlidir. Bundan başqa, hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti hazırlanaraq verilmişdir. İddiaçının tələbi həmin qətnaməyə əsaslandığından tələbin nəticə hissəsində qeyd edilən 520080 manat zərərin vurulması MPMnin 254.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı İbrahim qızının mülkiyyətində olan daşınmaz əmlaklara yetirilmiş zərərin əvəzi kimi 530315 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı İbrahim qızına ödənilməsi, iddia tələbinin artırılması ilə bağlı dövlət rüsumunun əvəzi olaraq 120,70 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 811 manat dövlət rüsumunun və 800 manat mütəxəssis rəyinin dəyərinin iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri 100 manatın cavabdeh Cavabdeh tərəfindən X5, Kod 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN 1700326621, AZ**CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir (hakim X1).
11. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı İddiaçı İbrahim qızı cavabdeh Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelərin qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı İbrahim qızının mülkiyyət hüquqları bərpa edilmiş və cavabdeh Cavabdeh tərəfindən İddiaçı İbrahim qızının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılmış, iddiaçı İddiaçı İbrahim qızına məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının *** nömrəli ##.##.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı İbrahim qızına məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarətiaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən Cavabdeh çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq İddiaçı İbrahim qızına təhvil verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İddianın təmin edilməyən hissəsindən iddiaçı apellyasiya şikayəti vermiş və son nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı İbrahim qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, (yəni iddia təmin edilməyən hissədə) ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbuledilməklə cavabdeh Cavabdeh 195.099 manat məbləğində vəsaitin də tutularaq iddiaçı İddiaçı İbrahim qızına ödənilməsi qət edilmişdir və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı icra vərəqəsi ilə icraya yönəldilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnamənin 55-ci bəndində qeyd edilir ki, mübahisəli əmlak ##.##.2015-ci ildən ##.##.2018-ci ilədək cavabdehin istifadəsinə verilmişdir və bu hal həmin qətnamədə dəfələrlə vurğulanaraq öz təsdiqini tapmışdır. Eyni zamanda mülki iş materiallarına əlavə edilmiş icra aktı və video materiallardan da görünür ki, əmlak təhvil verilərkən yararsız vəziyyətə salınmış halda iddiaçının nümayəndəsi tərəfindən təhvil alınmışdır. Məhkəmə vurulmuş zərərin həcmi, dəyərini araşdırarakən tikinti-texniki ekspertizakeçirilmiş, qiymətlədirmə ilə bağlı mütəxəssis rəyi əldə etmişdir. Məhkəmə qiymətləndirmə rəyində qeyd edilən 530315 manat məbləğini vurulmuş zərərə mütənasib və ağlabatan hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 530315 manat məbləğində pul vəsaiti İddiaçı İbrahim qızının xeyrinə tutulmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 385-ci, 386-cı, 425-ci, 732-ci, 734-cü, 1096-cı, 1097-ci, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 77.1-ci, 82-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, “xxxx” qiymətləndirmə şirkətinin verdiyi rəyi qanunsuz ,əsassız və buna səlahiyyəti olmadan verildiyindən qəbul edilməməli olduğundan məhkəmə buna əhəmiyyət verməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq birinci instansiyasıməhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. İddia tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməməsinə baxmayaraq işin hallarına uyğun olmayan qətnamə qəbul edərək iddianı təmin etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirmişdir ki, zərər vurulması göstərilən yer onun öz yeridir. Hesab edir ki, iddiaçıya hər hansı bir zərər vurmamışdır. Eyni zamanda əvvəlki məhkəmə iclasında onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
d) Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 734.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
e) Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Hazırki işin faktiki hallarına əsasən iddiaçı İddiaçı İbrahim qızı cavabdeh Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə manelərin qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı İbrahim qızının mülkiyyət hüquqları bərpa edilmiş və cavabdeh Cavabdeh tərəfindən İddiaçı İbrahim qızının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılmış, iddiaçı İddiaçı İbrahim qızına məxsus Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının *** nömrəli ##.##.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa Xuna bağ massivində vətəndaş (iddiaçı) İddiaçı İbrahim qızına məxsus 183 “ç” və 183 “c” nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən Cavabdeh çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq İddiaçı İbrahim qızına təhvil verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İddianın təmin edilməyən hissəsindən iddiaçı apellyasiya şikayəti vermiş və son nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı İbrahim qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, (yəni iddia təmin edilməyən hissədə) ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbuledilməklə cavabdeh Cavabdeh 195.099 manat məbləğində vəsaitin də tutularaq iddiaçı İddiaçı İbrahim qızına ödənilməsi qət edilmişdir və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı icra vərəqəsi ilə icraya yönəldilmişdir.
26. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnamənin 55-ci bəndində qeyd edilir ki, mübahisəli əmlak ##.##.2015-ci ildən ##.##.2018-ci ilədək cavabdehin istifadəsinə verilmişdir və bu hal həmin qətnamədə dəfələrlə vurğulanaraq öz təsdiqini tapmışdır. Eyni zamanda mülki iş materiallarına əlavə edilmiş icra aktı və video materiallardan da görünür ki, əmlak təhvil verilərkən yararsız vəziyyətə salınmış halda iddiaçının nümayəndəsi tərəfindən təhvil alınmışdır.
27. Tərəflər arasında əvəzsiz istifadə münasibətlərinin olması əvvəlki məhkəmə qərarında qeyd edilən hüquqi mövqe ilə öz təsbitini tapmışdır. Mülki qanunvericiliyə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Lakin tədqiq edilmiş sübutlardan, tikinti-texniki ekspertinın verdiyi rəydən də məlum olur ki, əmlaka vurulmuş zərər ümumi istifadə zamanı əmlakın ümumi, normal istismarından əmələ gələn, köhnəlmə prosesindən qaynaqlanan zərər deyil, əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan hərəkətlərin edilməməsindən əmələ gəlmişdir. Məhkəmə qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu mülki qanuvericiliyin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Məhkəmə araşdırması əmlakın uzun müddət cavabdehin istifadəsində olması, cavabdehdən təhvil alınması, təhvil verilən zaman yararsız vəziyyətdə olması, iddiaçıya zərər vurulması halları öz təsdiqini tapmışdır. İddiaçının əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
29. Cavabdeh tərəf rəyləri mübahisələndirsə də, eyni zamanda apellyasiya şikayətində də qiymətləndirmə ilə bağlı dəlilə istinad etsə də, bununla bağlı hər hansı rəy təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında cavabdeh ümumiyyətlə həmin əmlakın özünün olduğunu və oraya hər hansı bir zərər vurmamasını bildirmişdir. Yəni, zərərin məbləğinin daha az olması və s. barədə yenidən qiymətləndirmə keçirilməsi və ya bu barədə sübutun təqdim edilməməsini qeyd etməklə hər hansı zərər vurulmamasını bildirmişdir. Bu baxımdan da kollegiya qeyd edir ki, həmin əmlakın iddiaçıya məxsus olması və cavabdeh tərəfindən qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən təhvil verilməsi işin mübahisəsiz halıdır. O cümlədən əmlakın əvvəlki vəziyyətdə təhvil verilərkən olan video görüntüləri ilə birlikdə qiymətləndirilməklə texniki ekspertin verdiyi ekspert rəyində əmlaka vurulan zərərin məhz onun normal istismarından əmələ gələn, köhnəlmə prosesindən qaynaqlanan zərər deyil, əşyanın adi saxlanması və ona qulluq üçün zəruri hərəkətlərin edilməməsi səbəbindən olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq zərərin vurulmasının təsdiq edilməsini, o cümlədən qiymətləndirmə rəyində qeyd edilən 530315 manat məbləğini vurulmuş zərərə mütənasib və ağlabatan hesab edir.
30. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və yuxarıda qeyd edilənlərə əsasən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı İbrahim qızı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.