Məhkəmə qərarları › İş №2(3-6)-2739/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2739/2026

24.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2739/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək: 1) X2 birgə iddiaçı olaraq işə daxil edilsin (Ünvan: Ağdaş Rayonu, Ağdaş Şəhəri, M. Isayev Küçəsi, 8/119) 2) Cavabdeh, Cavabdeh, öhdəliyini lazımınca icra etmədiyinə görə 12 079 (on iki min yetmiş doqquz) manat real zərər və əldən çıxmış fayda olan 7 ay gecikdirməyə görə hər ay üçün 600 (altı yüz) manat olmaqla 4 200 (dörd min iki yüz) manat, cəmi 16 279 (on altı min iki yüz yetmiş doqquz) manat məbləğində maddi zərər üçün kompensasiya tutularaq birgə iddiaçılar Iddiaçı və X2 ödənilsin. 3) 123 manat əvvəl ödənmiş, 65 manat da indi ödənmiş, cəmi 188 manat dövlət rüsumu, 50 manat hüquqi xidmət xərci, ümumiyyətlə 238 manat məhkəmə xərci cavabdeh Cavabdeh tutularaq iddiaçı Iddiaçı ödənilsin. 4) 50 manat hüquqi xidmət xərci cavabdeh Cavabdeh tutularaq iddiaçı X2 ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh maddi zərərə görə 7229 manat, görülməmiş işə görə 3000 manat, ödənilmiş dövlət rüsumun əvəzi qismində 121 manat, ümumilikdə 10350 manat məbləğində pul alınaraq iddiaçı Iddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, cavabdeh Cavabdeh ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, ##.##.2026-cı il tarixli məktubla şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət mümkün hesab edilərək icraata qəbul edilmiş, işə baxılması ##.##.2026-cı il tarixə saat 10:40təyin edilmiş və apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, qətnamədən iddiaçı Iddiaçı da apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddiaçının şikayətinə səlahiyyət həddindən qiymət verilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək, hazırda dövlət əhəmiyyətli tədbir ilə bağlı Xankəndi şəhərində ezamiyyətdə olduğu üçün üzrlü səbəbdən iclasda iştirak edə bilmədiyini, eləcə də hüquqlarının müdafiəsi ilə bağlı vəkillə müqavilə bağlamağa zamanının olmadığını, odur ki, müdafiə hüququnun, həmçinin iştirakının təmin edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (maddələrinin) tələblərinə əsasən, 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki iddiaçının apellyasiya şikayətinin qanuna müvafuq tərtib edilməsi baxımından mümkünlüyünə qiymət verilməsi birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir, hazırkı mərhələdə cavabdehin apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilməli, iddiaçının apellyasiya şikayətinə səlahiyyəti həddində qiymət verilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli icraata qəbul qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar