Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-2744/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr X2 (sәdrlik edәn vә mәruzәçi), X3 vә X1 ibarәt tәrkibdә, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı birgә nikah dövründә әldә edilmiş әmlakın bölünmәsi tәlәbinә dair mülki iş üzrә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadından cavabdeh tәrәfindәn verilmiş şikayәtә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müәyyәn etdi: Işin halları
1. Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı nikahın pozulması tәlәbinә dair iddia әrizәsi ilә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinә müraciәt etmiş, daha sonra İddiaçı “uşaqların ananın himayәsinә verilmәsi, aliment vә әmlak bölgüsü” tәlәbinә dair qarşılıqlı idda әrizәsi vermişdir.
2. Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrәli qәrardadı ilә hәmin mülki iş üzrә qarşılıqlı iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgә nikah dövründә әldә edilmiş әmlakın bölünmәsi” tәlәbinә dair hissәsinin ayrıca icraata ayrılması qәrara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 2023-cü il buraxılışlı Changan Uni-V IDD markalı, **-DV-*** dövlәt qeydiyyat nişanlı avtomobilin orta bazar dәyәrinin ½ hissәsi olan 14.650 manat vә KIA Optima markalı **-VT-*** dövlәt qeydiyyat nişanlı avtomobilin orta bazar dәyәrinin ½ hissәsi olan 11.000 manat, ümumilikdә isә hәr iki avtomobil üçün 25.350 manatın Cavabdeh alınaraq İddiaçı verilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
4. Cavabdehin nümayәndәsi vә vәkili vәsatәt verәrәk iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgә nikah dövründә әldә olunmuş әmlakın bölünmәsi tәlәbinә dair *(*- ***)-****/**** saylı mülki işin cavabdeh yәni Cavabdeh rәsmi qeydiyyat ünvanı üzrә aid olduğu mәhkәmәyә — Balakәn Rayon Mәhkәmәsinә göndәrilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir.
5. Vәsatәt onunla әsaslandırılmışdır ki, birgә nikah dövrünә әldә olunmuş әmlakın bölünmәsi tәlәbinә dair *(*-***)-****/**** saylı mülki işә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsindә baxıla bilmәz. Çünki iş materiallarından da göründüyü kimi, cavabdeh, yәni Cavabdeh rәsmi qeydiyyat ünvanı Balakәn şәhәri, Hәsәn Əliyev küçәsi, dalan 1, ev 7-dir.
6. Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrardadı ilә әrizә rәdd edilmişdir.
7. Qәrardad belә әsaslandırılmışdır ki, artıq icraat ayrılaraq iş üzrә mәhkәmә proseslәri keçirilmişdir. Mәhkәmәnin icraatına qәbul etdiyi iş sonradan әrazi aidiyyatı üzrә digәr mәhkәmәyә aid olarsa belә, hәmin mәhkәmәdә baxılmalıdır. Hazırki mәhkәmәnin gedişindә mülki işin digәr rayon mәhkәmәsinә göndәrilmәsi prosessual qәnaәt prinsipinә zidd olmaqla mәhkәmә işindә süründürmәçiliyә vә işә baxılma müddәtinin әsassız uzanmasına sәbәb olacaq.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
8. Cavabdeh qәrardaddan şikayәt verәrәk onun lәğv edilmәsini vә işin aidiyyәti üzrә Balakәn Rayon Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir.
9. Şikayәt onunla әsaslandırılmışdır ki, qәbul edilmiş qәrardad әsassızdır, vәsatәt mәhkәmә tәrәfindәn obyektiv araşdırılmamış vә işә düzgün hüquqi qiymәt verilmәmişdir. Belә ki, әr-arvadın ümumi әmlakının bölünmәsi ilә bağlı mübahisәlәrә bir qayda olaraq cavabdehin rәsmi qeydiyyat ünvanı üzrә baxılır. Hәm qanunvericiliyin tәlәbi, hәm dә mәhkәmә tәcrübәsi bunu tәsbit edir. Bundan әlavә, mәhkәmә tәcrübәsindә nikahın pozulması tәlәbi ilә birlikdә tәqdim edilәn әmlak bölgüsü tәlәbinin sonradan ayrıca icraata ayrılması qәbul olunmuş praktikadır. Lakin o, Balakәn rayonunda yaşayır vә Bakı şәhәrindә keçirilәn mәhkәmә iclaslarında iştirak etmәyi onun üçün olduqca çәtindir. Bakı şәhәri ilә Balakәn rayonu arasında böyük mәsafә olduğundan hәr dәfә mәhkәmә iclaslarında iştirak etmәk üçün Bakı şәhәrinә gedib-gәlmәk әlavә xәrc yaradır, hәm dә vaxt itkisinә sәbәb olur. Hәmçinin, o, artıq әvvәlki işi üzrә Balakәn rayonunda mәhkәmә iclaslarında iştirak etmişdir.
10. Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün mülki işlә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir.
11. Şikayәtә Azәrbaycan Respublikası MPM-in 10.8-1 vә 397.2-ci maddәlәrinә uyğun olaraq yazılı icraat qaydasında baxılır.
12. Iddiaçı şikayәtә qarşı yazılı etiraz verәrәk qeyd etmişdir ki, digәr mülki iş üzrә ilk iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr cavabdeh olaraq ona tәqdim edilәn kimi, tәrәfindәn 20 gün müddәtindә qarşılıqlı iddia әrizәsi EMIS-dә açılmış şәxsi kabinet vasitәsi ilә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinә tәqdim edilmişdir. Hәmçinin, bunun üçün lazım olan dövlәt rüsumu da Bakı Şәhәri Sabunçu Rrayon Mәhkәmәsinin bank hesabına ödәnilmişdir. Yәni, MPM-in 35.3 vә 155.1-ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq tәrәfindәn qarşılıqlı iddia әrizәsi hәr hansısa digәr bir mәhkәmәyә verilmәmiş vә mәhz ilk iddianın verildiyi Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinә ünvanlanmışdır. Bir tәk mәhkәmә araşdırmasının sәmәrәliyinin artırılması üçün nikahın pozulması vә hәmçinin uşağa alimentin tәyin olunması barәdә tәlәbdә hәr iki tәrәfin ümumi razılığı olduğundan vә birgә nikah dövründә әldә olunmuş daşınar әmlaklarda isә bu razılığın olmaması sәbәbindәn qarşılıqlı razılıq әsasında iddia әrizәsi üzrә 2023-cü il buraxılışılı Changan Uni- V IDD markalı 99 DV-949 d.q.n avtomobilin orta bazar dәyәrinin 1/2 hissәsi olan 14.650 manat vә KIA Optima markalı **-VT-*** d.q.n avtomobilin orta bazar dәyәrinin 1/2 hissәsi olan 11.000 manat, ümumilikdә isә hәr iki avtomobil üçün 25.650 manatın Cavabdeh alınaraq İddiaçı verilmәsi tәlәbi hissәsindә ayrıca icraata ayrılmışdır. Lakin cavabdeh Cavabdeh Heybulla oğlu guya özünün Balakәn rayonunda yaşamasını, yolun uzaq olmasını әsas gәtirәrәk hazırda Bakı şәhәri Sabunçu rayon Mәhkәmәsinin icraatında olan *(*-***)-****/**** saylı mülki işin aidiyyәti üzrә Balakәn rayon Mәhkәmәsinә göndәrilmәsini xahiş edir. Halbuki, cavabdeh Cavabdeh Heybullah oğlu Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsindә keçirilәn bütün mәhkәmә prosseslәrindә mәşhur hüquqşunas olan nümayәndәsi vә vәkili çox hörmәtli Abdul müәllim Bağırov tәrәfindәn tәmsil olunur. Yәni demәk istәyir ki, cavabdehin mәhkәmә prosesinә gәlmәyinә hәr hansı ehtiyac duyulmur vә bunun üçün o vәkil tәrәfindәn professionalcasına mәhkәmә proseslәrindә tәmsil olunur.
Tətbiq edilən hüquq normaları:
13. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi: Maddә 35.3. Qarşılıqlı iddia, әrazi aidiyyәtindәn asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin mәhkәmәsinә verilir. Maddә 44.1. Aidiyyәt qaydalarına riayәt edilmәklә mәhkәmәnin öz icraatına qәbul etdiyi iş, sonradan başqa mәhkәmәyә aid olsa da, mahiyyәti üzrә hәmin mәhkәmәdә hәll edilmәlidir. Maddә 398.0.1. Apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb qәrardad qәbul etdikdә mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini iş materialları ilә birlikdә araşdıraraq hesab edir ki, şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır.
15. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan tәlәblәrindәn göründüyü kimi, qarşılıqlı iddia, әrazi aidiyyәtindәn asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin mәhkәmәsinә verilir.
16. Kollegiya qeyd edir ki, iş üzrә ilkin iddia әrizәsinә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsindә baxılarkәn İddiaçı prosessual hüququndan istifadә edәrәk “uşaqların ananın himayәsinә verilmәsi, aliment vә әmlak bölgüsü” tәlәbinә dair qarşılıqlı idda әrizәsini mәhz ilkin iddianın baxıldığı mәhkәmәyә tәqdim etmiş vә mәhkәmә tәrәfindәn hәmin әrizә icraata qәbul edilmişdir.
17. Kollegiya qeyd edir ki, aidiyyәt qaydalarına riayәt edilmәklә icraata qәbul edilmiş qarşılıqlı iddia tәlәbinin bir hissәsinin ayrıca icraata ayrılması әrazi aidiyyәtinin dәyişdirilmәsi üçün әsas deyil.
18. Kollegiyanın qәnaәtinә görә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә düzgün olmuşdur.
19. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 398-402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası
Qərara aldı:
Şikayәt tәmin edilmәsin. Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.
Hakimlər: a