Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-282/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar X2, iddiaçı3 və iddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X10 oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçılar X2 və iddiaçı3, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X11 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. iddiaçı3 ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2024- cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı3 rəngsaz vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqının məbləği 1200 manat müəyyən olunmuşdur.
2. “xxxx” MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli əmrinin surətindən görünür ki, iddiaçı3 ilə bağlanılmış *******000300 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. 3.Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, X2 ilə müqavilə bağlanmayıb. iddiaçı3 və iddiaçı2 ilə müqavilə bağlanılıb.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası IXM-nin 192.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır (iddiaçı3 və X2 müəssisədə əmək müqaviləsi bağlanılmadan əvvəl müvafiq işlərin görülməsinə cəlb edilməsi səbəbindən).
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçılar X2, iddiaçı3 və iddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx” MMC-dən iddiaçı Naib Ismayılovun xeyrinə 1300 manat, iddiaçı Azər Bayramovun xeyrinə 3300 manat və iddiaçı iddiaçı2 xeyrinə 1270 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində, “xxxx” tikinti binasında olan, xxxx MMC-yə məxsus şirkət "28 Park Rezidens" binasında podratçı şirkət kimi fəaliyyət göstərmişdir. Onlar "COP-29" üçün mənzillərin təmirində iş icraçısı X8 tərəfindən cəlb olunmuşlar. Onların zəhmət haqqını işlədiyi müddətdə qismən ödəmişlər. Lakin sonrakı iş müddətində zəhmət haqqı ödənilməmişdir. Bu günə qədər pullarını ala bilmirlər.
7. Iddiaçı tərəfindən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, 3 ilə yaxındır ki “28 Residence”də nəzarətçi işləyir. Iddiaçılar onların binalarında işləyiblər. Təmir işlərinə baxırdılar. Bir neçə ay işləmişlər. Pullarının ödənilib-ödənilməməsini bilmir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirmişdir ki, iddiaçı Feyruzu iş yerindən tanıyır. O da “28 Resience”də müqaviləsiz işləmişdir. Onu Famil adlı şəxs işə götürmüşdür. Ondan sonra Feyruz 3 ay da işləmişdir. Feyruzla ara-sıra danışan zaman o pulunu almadığını bildirmişdir. 1300 manat alacağı olduğunu demişdir. Feyruzun nömrəsini Famil ona vermişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 bildirmişdir ki, iddiaçılarla iş yoldaşı olmuşlar. O, rəngsaz kimi çalışırdı. Müqaviləsiz işləmişdir. Pulu tam verilməyib. Əvvəl maaşlarını verirdilər, sonra vermədilər. O, özü 4-5 ay işləmişdir. Iddiaçıların nə qədər işlədiyini bilmir.
10. Cavabdeh tərəfindən məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, cavabdeh onun qardaşıdır. O, keyfiyyətə nəzarət işlərinə baxırdı. Iddiaçılar Familin işçiləri olub. Pul işinə də Famil baxırdı. Cavabdeh pulları Familə şəxsən özü verirdi.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, cavabdehlə biryerdə işləmişdir. Idddiaçılar usta kimi işləyirdilər. Pul məsələsinə Famil nəzarət edirdi. Murtuzəli siyahı üzrə 3000 manat işçilərə pul verdi. Iddiaçılara verilib-verilməməsini isə bilmir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə Iddia təmin edilməsi, cavabdeh "xxxx” MMC-dən iddiaçı X2 xeyrinə 1300 (min üç yüz) manat, iddiaçı iddiaçı3 xeyrinə 3300 (üç min üç yüz) manat və iddiaçı iddiaçı2 xeyrinə 1270 (min iki yüz yetmiş) manat məbləğində pul tutularaq ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 78,7 (yetmiş səkkiz manat, yetmiş qəpik) manat pul "xxxx” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim - Nərgiz Tağıyeva).
13. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçılar X2, iddiaçı3 və iddiaçı2 “xxxx” MMC tərəfindən “28 may Residence” layihəsində həyata keçirilən təmir zamanı usta kimi müxtəlif işlərin görülməsinə cəlb edilmişlər. iddiaçı3 ilə sonradan ##.##.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Inzibati xəta haqqında iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə X2 və iddiaçı3 müvafiq olaraq 2024-cü ilin sentyabr ayından və 2024- cü ilin iyun ayından əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edildikləri müəyyən edilmiş və cavabdeh barəsində 20000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin cavabdeh MMC-nin direktoru Murtuzəli Məmmədov və və işçisi Famil Kərimov inzibati xəta haqqında iş üzrə araşdırma zamanı verdikləri izahatlarla, iddiaçı3 2024-cü ilin may ayından, iddiaçı2 iyul ayından, Naib Ismayılovun isə sentyabr ayından işlərin görülməsinə cəlb edildiklərini təsdiq etmişlər. Hazırda iddiaçılar onlara görülmüş işlərin müqabilində ödənilməyən əmək haqqının verilməsini tələb edirlər. Cavabdeh MMC-nin rəhbəri isə məhkəmə iclasında iddiaya etiraz edərək, işçilərə pulun verilməsini işçisi X9 həvalə etdiyini, onun təqsirinə görə məsuliyyət daşımadığını, həmçinin əmək haqlarının ödənildiyini bildirərək iddiaya etiraz edir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar X2, iddiaçı3 və iddiaçı2 faktiki olaraq cavabdeh “xxxx” MMC-nin təmirini həyata keçirdiyi “28 May Residence” layihəsində usta kimi işləmiş, lakin görülmüş işlərin müqabilində əmək haqlarını tam almamışlar. Iddiaçılar MMCnin işçisi olan Famil Kərimov vasitəsilə işə cəlb edilmiş, cavabdeh təşkilat tərəfindən görülən işlərin idarə olunması, işçilərin siyahısının aparılması, əmək haqqının verilməsi Famil Kərimova həvalə olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların cavabdeh MMC-də işləmələri Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati iş üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarı ilə təsdiq olunur. Belə ki, həmin qərarla X2 və iddiaçı3 əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsinə görə “xxxx” MMC-yə AR IXM-nin 192.1-ci maddəsi ilə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) inzibati tənbeh tətdbiri tətbiq edilmişdir. Həmin qərar cavabdeh cəmiyyət tərəfindən mübahisələndirilməmişdir.
15. Həmin qərarla müəyyən edilmişdir ki, X12 əmək müqaviləsi bağlamadan “xxxx” MMC-nin “xxxx” MTK ilə bağladığı ##.##.2024- cü il tarixli podrat müqaviləsi əsasında “28 Residens”də yerləşən mənzillərin təmir işlərinə iddiaçı3 2024-cü ilin iyun ayından ##.##.2024-cü il tarixinədək rəngsaz ustası kimi, X2 ## ######## 2024-cü il tarixindən ## ####### 2024-cü il tarixinədək kafel-metlax ustası kimi cəlb etmişdir.
16. Məhkəmə inzibati xəta haqqında protokol və qərarı, bu sənədlərin mübahisələndirilməməsini, habelə iddiaçılar ilə cavabdeh cəmiyyət arasında mülki hüquqi müqavilələrin rəsmiləşdirilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsə də, bu şəxslərlə cavabdeh cəmiyyət arasında MMC-nin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranmışdır. Bu səbəbdən həmin münasibətlər əmək münasibətləri hesab edilməlidir.
17. Məhkəmə əlavə etmişdir ki, işçilərin əmək haqqının verilməsi öhdəliyinin təşkilatın digər işçisinə həvalə edilməsi iddiaçıların gördüyü işlərin müqabilində əmək haqqının ödənilməməsinə görə cavabdehin məsuliyyətini aradan qaldırmır. Belə ki, Əmək Məcəlləsinə əsasən, əmək haqqının ödənilməsi vəzifəsi birbaşa işəgötürənin üzərinə düşür və bu öhdəliyin icrası üçüncü şəxsə həvalə edilməklə məsuliyyət aradan qaldırıla bilməz.
18. Bundan əlavə əmək haqqının ödənilməməsi barədə mübahisələrdə sübutetmə yükü işəgötürənin üzərinə düşür. Belə ki, əmək münasibətlərində, xüsusən əmək haqqının verilməsi faktını təsdiq edən sənədlərin (ödəniş cədvəlləri, bank çıxarışları, qəbzlərin və s.) işəgötürəndə olduğu nəzərə alınarsa, əmək haqqının ödənildiyini sübut etmək vəzifəsi məhz işəgötürənə aiddir. Lakin iş materiallarından görünür ki, cavabdeh “xxxx” MMC iddiaçıların əmək haqqının tam ödənildiyini təsdiq edən hər hansı bir sənəd, ödəniş barədə qəbz, bank çıxarışı və ya digər hüquqi qüvvəyə malik sübut təqdim etməmişdir. Eyni zamanda cavabdehin verdiyi izahatlardan da göründüyü kimi, cavabdeh təşkilatın rəhbəri əmək haqqının ödənilməsi məsələsində işçisi Famil Kərimovun onu aldatdığını, işçilərin əmək haqqını tam şəkildə vermədiyini, əmək müqavilələrini lazımi qaydada rəsmiləşdirmədiyini, lakin bu məsələdə onun hər hansı bir təqsirinin olmadığını bildirmişdir.
19. Cavabdehin etirazı əsassız olduğundan və iddiaçıların iddiasını təkzib edən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, işlədikləri dövr üçün iddiaçılara əmək haqqı tam şəkildə ödənilməmişdir. Bu isə həmin dövr üçün ödənilməli olan əmək haqqının cavabdeh MMC-dən tutulmasını şərtləndirir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1, 2 və 3-cü hissələri, 3-cü maddəsinin 3, 4-1-ci hissələri, 154-cü maddəsinin 1-ci hissəsi, 157ci maddəsinin 3-cü hissəsi, 155-ci maddəsinin 1-ci hissəsi, 288 və 292-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən cavabdeh "xxxx” MMC apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı deyil, iş üzrə faktiki hallar və sübutlar hərtərəfli araşdırılmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş, X18 bildirmişdir ki, iddiaçı Feyruzu iş yerindən tanıyır. O da “28 Residence”də müqaviləsiz işləmişdir. Onu Famil adlı şəxs işə götürmüşdür. Ondan sonra Feyruz 3 ay da işləmişdir. Feyruzla ara-sıra danışan zaman o pulunu almadığını bildirmişdir. 1300 manat alacağı olduğunu demişdir. Feyruzun nömrəsini Famil ona vermişdir. Cavabdeh“xxxx” MMC-nin qanuni təmsilçisi Murtuzəli Məmmədova görə isə Isgəndərov Xosrovun ifadəsinin mötəbər dəlil deyil və iddiaçı Feyruzun almalı olduğu məbləğin miqdarının Xosrova deməsi o dəlilin mötəbər olması kimi nəticələnə bilməz. Çünki, bu fakt işin digər halları ilə də sübut edilməlidir. Cavabdeh “xxxx” MMC-nin qanuni təmsilçisi Murtuzəli Məmmədov digər şahidlərin də ifadələrinin əsassız olduğunu bildirir. Çünki, digər şahidlər də iddiaçıların MMC-də işlədiklərini təsdiq etsələr də iddiaçılara ödənilməli olan məbləğ barədə məlumatlı deyilllər. Cavabdeh “xxxx” MMC-nin qanuni təmsilçisi Murtuzəli Məmmədov iddiaçılar X2, iddiaçı3 və iddiaçı2 *(***)-****/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməyə əsasən ödənilməli olan məbləğlərin əsassız olduğunu və həmin məbləğlərin faktiki görülmüş iş fəaliyyətlərinə uyğun şəkildə hesablanmasını tələb edir. Cavabdeh “xxxx” MMC-nin qanuni təmsilçisi Murtuzəli Məmmədov məhkəmənin qətnaməsindən apellyasiyası qaydayasında şikayət verərək *(***)-****/**** saylı, ##.##.2025- cü il tarixli qətnamənin ləğv edilməsini tələb edir, X2 1300 (min üç yüz) manat, iddiaçı3 3300 (üç min üç yüz) manat , iddiaçı2 1270 (min iki yüz yetmiş) manatın ödənilməsini əsassız hesab edir. Məhkəmənin hazırki işdə əmək haqqını nəyə əsasən hesabladığı aydın deyil. Hazırki işdə iddiaçılar tələblərindəki məbləği sübut edə bilmədikləri halda məhkəmə iddianı tam təmin edib. Iddiaçıların gördükləri işin həcmi belə tam olaraq məhkəmə tərəfindən müəyyən edilməyib. Məhkəmə sübutlara obyektiv qiymət verə bilməyib. iddiaçı2 ödənilməli olan məbləğlə bağlı yeganə dəlilin Xosrov Isgəndərovun ifadəsinin olması əsassızdır. Çünki, tək bir nəfərin ifadəsi iddiaçı2 işlədiyi müddətdəki faktiki fəaliyyətinə uyğun almalı olduğu məbləği əsaslandıra bilməz. iddiaçı2 maaşının hesablanması və yekun olaraq verilməli olan məbləğ məhkəmə tərəfindən obyektiv şərait və müddətlərə uyğun təyin olmalıdır. Qətnamə əsaslandırılmayıb. Belə ki, iddiaçıların tələb etdiyi məbləğləri məhkəmə olduğu kimi təmin etməklə hansı normanı və sübutları rəhbər tutduğunu qeyd edə bilmir. Iddiaçı tərəfindən məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər iddiaçıların ödənişlərini alıbalmadıqlarını bilmədiklərini qeyd edirlər. Eyni zamanda cavabdeh məhkəmənin qətnaməsində ödənilməli olan məbləğlərin faktiki görülmüş iş fəaliyyəti ilə uyğun məbləğ olaraq hesablanmadığı bildirir. Işin halları ilə iddaçılara ödənilməli olan məbləğ müəyyən edilməsə də nəticədə onlar üçün müxtəlif məbləğlər hesablanır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
24.Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iş üzrə göstərilən maliyyə hesablamalarının araşdırılması üçün maliyyə mühasibatlıq ekspertizasının təyin edilməsi təyin edilməsini xahiş etdi, ona verilən suallara cavab olaraq qeyd etdi ki, ekspertizaya təqdim etmək üçün sənədləri yoxdur. Işçilik müqaviləsi bağlanılıb. Materialdaxili müqavilə bağlanılmayıb. Belə olsaydı qaimələri olardı. COP-29 dövründə işlər tez görülsün deyə işçilər götürülürdü. Işlər bu formada görülüb. O, sadəcə dediklərini sübut edə bilmir. Bunun üçün ekspertiza təyin edilməsini xahiş edir. Iddiaçılar prokurorluqdan başlayaraq verdikləri izahatları düzgün verməyiblər. Bildiriblər ki, yolda gedərkən tikinti aparıldığını görmüş, içəri girmişlər və işə götürülmüşlər. Bütün bunlar yalandır. Onları işə götürən Famil Kərimovdur. Famil Kərimov onlarda layihə rəhbəri olub. Həmin ərazidə 300-400 usta işləyib. Onların şirkətinin həmin dövrdə 60-70 nəfər müqaviləli əməkdaşı olub. Nəyə görə müqaviləsi olmayan şəxsi işlətsinlər. Onları həmin ərazidən bir müddətlik çıxarmışdılar, həmin dövrdə Tofiq adlı şəxs Naib Ismayılovu usta olaraq işə cəlb edib. Onun və Famil Kərimovun bundan xəbəri olmayıb. O bu şəxslərə iş verməmişdir. X2 ilə müqaviləsi olmayıb. iddiaçı3 və iddiaçı2 ilə müqavilə bağlanılıb.
25. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, o, həmin binaya gələndə dedi ki, ona iş lazımdır. Ona bildirdilər ki, işçi götürürlər, Famil adlı şəxsə yaxınlaşdı və onu işə götürdü. Qiymətdə razılaşdılar, işləməyə başladı. Bir neçə gün işlədikdən sonra onları həmin ərazidən çıxardılar. O, qorxdu ki, onun pulunu verməyəcəklər. Onun yaxşı işlədiyini gördülər, Tofiq müəllim ona dedi ki, getməsin, onun pulunu verəcək. 5-6 gün sonra onlar yenidən qayıtdılar. Ona 900 manat pul verdilər, qalan işlərinin pullarını verməyiblər. O, pulu almağa tələsmirdi, fikirləşirdi ki, işləyər və pulu tam alar.
26. Əvvəlki iclasda iddiaçı X2 izahatında qeyd etdi ki, aralarında heç bir müqavilə olmayıb. O, qonaqların qəbul edilməsi üçün tikilən binaya yaxınlaşdı, iş olub-olmadığını soruşdu. O, kafel ustasıdır. Dedilər Famil adlı şəxsə müraciət etsin. O da Famil Kərimovun yanına getdi. Ona dedi ki, 15 manatdan kafel vuracaq. O, elə bildi ki, işləyəcək və ödəniş ayın axırında veriləcək. 15 gün işlədikdən sonra ona digər işçilər dedi ki, həftədə bir dəfə maaş verilir. O da 1000 manatlıq iş gördüyümnü bildirib, pulu tələb edəndə Famil Kərimov 400 manat pul verdi. Sonra yenə işlədi, 1000 manat istədi. Murtuzəli Məmmədovun qardaşı ona 500 manat pul verdi. Bundan sonra ona pul verilməyib. Hamı 8 saat işləyirdi, o,12 saat işləyirdi, gördüyü işlər barədə məlumatları təqdim etmişdir. Pulunu verməsələr belə o, yenə də köməklik edirdi, gündəlik 50- 70 manat pul verirdilər. 27.Əvvəlki iclasda iddiaçı iddiaçı3 izahatında qeyd etdi ki, pulları vermədikləri üçün işçilər işləmədi. O, bununla bağlı polisə şikayət etdi. Sonra onları yenidən çağırdılar, işlədilər. 2000 manat əvvəldən, 1300 manat da sonradan ona pul verilməli idi. Gecə saatlarına qədər işləyirdilər. Onun tələbi 3300 manatdır. O malyardı. Kvadratı 2.50 manatdan işləyirdi. Mənzillərdə malyar işlərinin 95 faizini o görmüşdür. O, polisə müraciət etdikdən sonra onunla müqavilə bağladılar, rəsmiləşdirdilər. X1 və Murtuzəli Məmmədovun qardaşı Ramil də verirdi. Famil Kərimov ona dedi ki, ona pul vermədikləri üçün o da onların pulunu verə bilməyib.
28. Əvvəlki iclasda iddiaçı iddiaçı2 izahatında qeyd etdi ki, onunla müqaviləni ondan xəbərsiz bağlamışdılar. O, döşəmə, laminant işləri görürdü. Döşəmənin kvadratı 5 manat, laminant 2 manatdan hesablanırdı. Onun tələbi 1270 manatdır.
29. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı iddiaçı2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2-3.4. Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir; Maddə 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır; Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; Maddə 6 “d” bəndi. Podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir; Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır; Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; Maddə 49.1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir; Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Maddə 157.1. Işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər; Maddə 172.4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 36.Işin müəyyən edilmiş halları odur ki, iddiaçı3 ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2024- cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı3 rəngsaz vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqının məbləği 1200 manat müəyyən olunmuşdur.
37. “xxxx” MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli əmrinin surətindən görünür ki, iddiaçı3 ilə bağlanılmış *******000300 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. 38.Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, X2 ilə müqavilə bağlanmayıb. iddiaçı3 və iddiaçı2 ilə müqavilə bağlanılıb.
39. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası IXM-nin 192.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır (iddiaçı3 və X2 müəssisədə əmək müqaviləsi bağlanılmadan əvvəl müvafiq işlərin görülməsinə cəlb edilməsi səbəbindən). 40.Həmçinin cavabdeh MMC-nin direktoru Murtuzəli Məmmədov və layihə rəhbəri Famil Kərimov inzibati xəta haqqında iş üzrə araşdırma zamanı verdikləri izahatlarla, iddiaçı3 2024cü ilin may ayından, iddiaçı2 iyul ayından, Naib Ismayılovun isə sentyabr ayından işlərin görülməsinə cəlb edildiklərini təsdiq etmişlər. Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, X2 ilə müqavilə bağlanmayıb. iddiaçı3 və iddiaçı2 ilə müqavilə bağlanılıb. 41.Beləliklə, işin müəyyən edilmiş halı odur ki, işlərin görülməsi ilə əlaqədar işçilərlə mülki müqavilələr deyil, əmək müqavilələri bağalanılırmış. 42.Hazırda iddiaçılar gördükləri işlərin müqabilində ödənilməyən əmək haqqının verilməsini tələb edirlər.
43. Iddianı təmin edən məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin apellyasiya şikayəti üzrə dəlilləri ondan ibarədir ki, məhkəmə ödənilməyən əmək haqqının məbləğini müəyyən edərkən mötəbər sübutlara əsaslanmamışdır.
44. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, əmək haqqının ödənilməməsi barədə mübahisələrdə sübutetmə yükü işəgötürənin üzərinə düşür. Belə ki, əmək münasibətlərində, xüsusən əmək haqqının verilməsi faktını təsdiq edən sənədlərin (ödəniş cədvəlləri, bank çıxarışları, qəbzlərin və s.) işəgötürəndə olduğu nəzərə alınarsa, əmək haqqının ödənildiyini sübut etmək vəzifəsi məhz işəgötürənə aiddir.
45. Lakin, cavabdeh tərəfindən iddiaçıların əmək haqqının tam ödənildiyini təsdiq edən hər hansı bir sənəd, ödəniş barədə qəbz, bank çıxarışı və ya hər hansı mötəbər sübut təqdim edilməmişdir.
46. Məhkəmə kollegiyasının iclasında da cavabdehin nümayəndəsi ekspertiza təyin edilməsini xahiş etsə də, ekspert tədqiqatına təqdim ediləcək hər hansı bir sənəd təqdim edə bilmədiyini bildirmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəməsində bununla bağlı əsaslandırılmış vəsatət də verməmişdir. Əksinə bildirmişdir ki, əmək haqqını “xxxx” MMC-nin layihə rəhbəri olan Famil Kərimov verirdi. 47.Famil Kərimov isə inzibati xəta haqqında iş üzrə araşdırma zamanı verdiyi izahatında adıçəkilən işçilərin həqiqətən “xxxx” MMC-də işlədiklərini, o da daxil olmaqla işçilərin əksəriyyətinin əmək haqqını ala bilmədiyini bildirmişdir (i.v.50).
48. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
49. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsinə görədə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov