Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2823/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə) “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “əmək haqqı”) Hakimlər Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili vəkil1 Nazim qızının iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-cı il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəyişməklə, ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinə qədər olan dövr üçün cavabdehlə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından artıq işlədiyi iş saatları üçün ödənilməmiş əmək haqqının əmək müqaviləsinə əsasən müəyyən edilmiş iş saatları üçün hesablanmış əmək haqqının iki qatından az olmamaqla hesablanıb ona ödənilməsi vəzifəsinin; ona çatacaq son haqq hesabın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin; əmək kitabçasında müvafiq qeydlər aprılmaqla ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Iddia tələbi belə əsaslandırılmışdır ki, N sayli hərbi hissənin komandiri arasında ##.##.2020-ci il tarixdə əmək müqaviləsi bağlanaraq təmirçi fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır və həmin müqaviləyə əsasən ona hər ay 260 manat məbləğdə əmək haqqının ödənilməsi qeyd olunmuşdur. ##.##.2020-ci il tarixdə müqaviləsində dəyişiklik olmuş, onu başqa bir vəzifəyə yəni N saylı hərbi hissənin qazanxana operatoru vəzifəsinə təyin etmiş, əmək müqaviləsində hər ay 345 manat məbləğində əmək haqqı ödənilməsi qeyd olunmuşdur. N saylı hərbi hissə tərəfindən ##.##.2020-ci il tarixdən ##.##.2023 tarixə kimi həftədə 40 saat əvəzinə 60 saat işlədilərək şənbə, bazar və bayram günlərinə düşən əmək haqqı ödənilməmişdir. Işlədiyi müəssisədən əmək haqqını tələb etdiyi üçün cavabdeh B.Abdullayev tərəfindən onun əmək müqaviləsinə qanunsuz olaraq ##.##.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b"bəndinə əsasən xitam verilmişdir. Işdən çıxarılarkən ##.##.2020-ci ildən ##.##.2023 tarixinə kimi yuxarıda qeyd olunan aylar ərzində işlədiyi əlavə saat və günlərə görə əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı ödənilməmişdir. Cavabdeh B.Abdullayevin qanunsuz hərəkətlərindən Yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə şikayət etmişdir. X1 Xidmətinin ##.##.2023, 10.03. 2023, ##.##.2023, ##.##.2023, ##.##.2023 tarixli cavab məktublarına əsasən cavabdeh və onun üst qurumu olan MN-nə göndərilmiş məktubla əlaqədar barəsində olan məlumatları DƏMX-nə təqdim etmədiklərinə görə araşdırılması sona çatdırılmamış və ona məhkəməyə müraciət etmək bildirilmişdir.Neçə müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Cavabdeh B.Abdullayev ilə dəfələrlə əlaqə yaradılsa da, o hər dəfə müxtəlif bəhanələr gətirərək yuxarıda göstərilən ödənilməyən əmək haqqını və son haqqhesabını ödəməkdən və Əmək kitabçasını verməkdən boyun qaçırır, həmçinin hesab edir ki, cavabdeh B. Abdullayev tərəfindən onun qanunsuz işdən çıxarıldığı günədək ödəməli olduğu əmək haqqını və son haqq hesabını işdən çıxdığı gün ödəməyə borcludur. O, N saylı hərbi hissə tərəfindən işdən azad olunarkən "Əmək müqaviləmə xitam verilməsi" barədə ƏMR-lə tanış olmamış və ona Əmək Qanunvericliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. ##.##.2023-cü il tarixdə cavabdeh onu təhqir edərək əsəbləşdirib, səhətinə ziyan vurub, həkimin ona kömək etməsi üçün qadağa qoymuşdur. Məcbur olub həyat yoldaşı 103 xidmətinə müraciət etmişdir. Onu da qeyd edir ki, ##.##.2023 tarixində belə bir hərəkəti qadın hərbi qulluqçunun həyat yoldaşi üçün etmiş və saat 21:00 iradələrində onun otağında ölümünə səbəb olmuşdur. Buna da səbəb məhz şəxsi qərəzlik olub. Cavabdeh əmək Müqaviləsin də olan öhdəliklərə əməl etməmiş, iş otağında sanitar vəziyyət belə təşkil olunmamışdır. Ona ilkin mediasiya sessiyasında məlum olmuşdur ki, ona töhmət verilmiş, lakin bu haqda heç bir məlumat verilməmişdir. Həmçin töhmətlə yanaşı ona həmin aya mükafatda verilmişdir. Tarixi qeyd etməmiş, aprel və həmin aydan əvəlki aylarda verilmişdi. Tarixi nümayəndə dəqiq bildirməlidir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh B.Abdullayev tərəfindən ona ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixinə qədər olan ödənilməmiş artiq iş saatları,şənbə,bazar və bayram günlərinin əmək haqqısı və son haqq hesabını ödəməlidir. Həmçinin hesab edir ki, cavabdeh B.Abdullayev tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən yəni ##.##.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur.
3. Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-cı il tarixli qətnaməsi ilə (hakim Ilkin Əliyev) iddia qismən təmin edilmiş, iş vaxtından artıq vaxt ərzində görülən işin əvəzi qismində 4984 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan RespublikasıCavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməmişdir.
4. Iddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi qətnamə qəbul edərkən hesablamanı düzgün aparmamişdir. Belə ki, işlədiyi ##.##.2020-ci ildən ##.##.2023-cü ilə kimi olan dövrlərdə onun sutka ərzində iş saatları 24 (iyirmi dörd) saat olmasına baxmayaraq 22 saat göstərmiş ,hansı ki, o, vaxta muzd çalışaraq sutkanın 24 saatı ərzində fəaliyyət göstərdiyi dəyəri milyon manata yaxın olan qazanxana avadanliqların sutka ərzində fasiləsiz işləməyini təmin etmiş, növbə ərzində məsuliyyətini nəzərə alaraq bütün günu avadanlıqların yaninda olmuş və heç bir istirahət etməmişdir və bunun əvəzini 2 sutka istirahət edərək çıxmışdır. Bu hal bütün işçilərin və rəhbərliyin gözü önündə olmuşdur. Ona gecə növbəsinə görə ay ərzində müvafıq olaraq 80-88 saat əlavə 1 saata düşən əmək haqqının 20%-ödənilmişdir. Amma hakim hesablamanı apararkən işlədiyi iş saatlarının əmək haqqısından ödənilmiş əmək haqqını çıxarkən 1 saata düşən əmək haqqının 20%-ni deyil, ümumi işlədiyi iş saatlarindan 80-88 saatları çıxaraq hesabladığından belə fərq də yaranmışdır. Belə ki, nümunə üçün işlədiyi hər hansı bir ayı götürdükdə misal olaraq 24 saat işləyib onun ay ərzində Əmək Məcəlləsinə görə həftədə 40 saat olmaqla ay ərzində ayın günlərindən asılı olaraq 143-144 saatin əmək haqqısı ödənildiyinə görə misal üçün 240 saat -144 saat=96 saat olmasına baxmayaraq gecə növbəsinə görə ödənilən əmək haqqını deyil (yəni 1saata düşən əmək haqqının 20%-ni) ümumilikdə gecə ödənilmiş iş saatlarını çıxmışdır. Bu da hesablanmanin yanlış aparıldığını göstərir.Işlədiyi 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün iş materiallarinda həmin dövrə aid məlumatlar olmasına baxmayaraq həmin dövrlər üçün də heç bir hesablama aparılmamışdır. Rayon məhkəməsi özü qətnaməsində etiraf edir ki, iş vaxtından artıq iş olub və ödənilməlidir. Rayon məhkəməsinin gəldiyi qənaəti əsas götürərək müvafiq iş qrafiki, faktiki işlədiyi saatlar və qanunvericiliyin tələblərinə əsasən ayrıca cədvəl hazırlamışdır. Həmin cədvəllərdə göstərilir ki, ona ödənilməli olan məbləğ 4984 manat deyil, doğru olan məbləğ isə 10970.15 manatdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı 2021-ci ilin yanvar ayında qazanxanada operator vəzifəsinə keçirilib. Həmin tarixdən növbəli iş rejimində işləyib. Ona növbəli işə keçdikdən sonra gecə işlədiyinə görə pul verilib. Növbəli iş rejimi ilə saat 09:00-dan növbəti gün saat 09:00-dək işləyib, 13:00-dan 14:00-a kimi iddiaçının istirahət vaxtı, daha sonra isə gecə saatlarında 01:00-dan 05:00-dək yenidən istirahət vaxtıdır. Həmin vaxt iddiaçı evinə də gedə bilər. Iddiaçıya 16 saatlıq iş rejiminə görə aylıq 325 manat əmək haqqı verilib, gecə işlədiyinə görə isə əmək haqqının 20 faizi miqdarında pul verilib. Qeyd edir ki, Müdafiə Nazirliyinin maliyyə və büdcə idarəsi rəisinə hər ay Müdafiə Nazirliyinin maliyyə və büdcə idarəsində işçilərin işə giriş-çıxışı ilə bağlı hesabat göndərilir. Həmin idarədə Müdafiə Nazirliyində fəaliyyət göstərən işçilərin rəsmi əmək haqqı hesablanır. N №-li hərbi hissənin komandiri hər ay işçilərin rəsmi əmək haqqı ödənməsi üçün Müdafiə Nazirliyinin Maliyyə və büdcə idarəsinə hesabat göndərilir və rəsmi əmək haqqı təyin edilir. Rayon məhkəməsi tərəfindən həmin hallar nəzərə alınmamışdır. Buna görə də N №-li hərbi hissənin üzərinə qoyulmuşdur. Iddiaçı N №-li hərbi hissədən şikayət etmişdir. Işçi ilə işəgötürən N saylı hərbi hissənin adından müqaviləni komandir bağlasa da, işçilərə maaş Müdafiə Nazirliyinin Maliyyə şöbəsi tərəfindən ödənilir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və əlavə olaraq da göstərdi ki, əslində o qətnamənin icra edilməsini istəyir, lakin cavabdeh hər vəclə buna mane olur və cavabdehin prosessual hüquqlarından sui-istifadə etməsi səbəbindən işin yekunlaşması iki ilə yaxındır ki, əsassız olaraq yubadılır.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir.
11. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: 12.
13. N nömrəli hərbi hissə Komandirinin ##.##.2021-ci il tarixli, ** nömrəli ƏMRI-dən çıxarışdan görünür ki, işçi - İddiaçı N nömrəli hərbi hissənin mənzil istismar hissəsinin 2-ci dərəcəli qazanxana operatoru vəzifəsinə keçirilmişdir. Bununla bağlı tərəflər arasında əmək müqaviləsinə əlavə bağlanmışdır. Əlavəyə görə işçi ##.##.2021-ci il tarixədək keçirildiyi vəzifə üzrə 260 manat əmək haqqı almalıdır və iş qrafiki növbəli iş rejimi üzrə saat 09:00-dan başlanır, saat 09:00-da qurtarır, nahar vaxtı 1 saatdır. Daha sonra əmək müqaviləsi ##.##.2023-cü il tarixədək uzadılır.
14. N nömrəli hərbi hissə Komandiri *** nömrəli əmrindən müəyyən olur ki, ##.##.2023-cü il tarixdə müddətin bitməsinə görə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işçiyə 2023-cü iş ili üçün 6 gün əmək məzuniyyəti pulu ödənilmişdir.
15. Iddiaçı əvvəlcə inzibati məhkəmə icraatı qaydasında ödənilməmiş əmək haqqını tələb etsə də, onun iddiası mümkün sayılmamış, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-*****/**** saylı və Bakı Apellyasia Məhkəməsinin ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** saylı qərardadları ilə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu müəyyən edilmişdir.
16. Ədliyyə Nazirliyinin xxxxnin ##.##.2024-cü il tarixli, *-**-**/*-*/****/**** nömrəli məktubundan müəyyən olur ki, iş materiallarına əsasən işçinin növbəli iş rejimində işləməsini, iş saatının 09:00-dan 09:00-dək olmasını qəbul etsə də, növbətçilik qrafikinin olmamasına, bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı göstərilmədiyinə görə(halbuki ekspert qarşısında qoyulan sualda iş qrafiki konkret olaraq göstərilmişdir), əmək haqqının müxtəlif dövrlərdə fərqli olmasına baxmayaraq, bununla bağlı əmrlərin, əlavələrin olmamasına görə, əmək müqaviləsində gecə vaxtına görə əmək haqqının hesablanma qaydası göstərilmədiyinə görə (halbuki ekspertiza təyin edilməsi barədə qərardadda qanunun tələbi göstərilmişdir) rəy verilməsindən imtina edilmişdir.
17. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **-**/** nömrəli məktubundan müəyyən olur ki, iş materialları araşdıırlan zaman materiallara çatışmazlıqların olduğu müəyyən edildiyindən və mövcud sənədlər əsasında rəy verilməsi mümkün olmadığından iş materilaları rəy verilmədən geri qaytarılmışdır.
18. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **-**/** nömrəli məktubundan müəyyən olur ki, iş materiallarında olan mövcud sənədlər əsasında rəy verilməsi mümkün olmadığından iş materialları rəy verilmədən geri qaytarılmışdır.
19. Iddiaçının sifarışı əsasən keçirilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ƏEM/M **-***/** nömrəli qiymətləndirmə rəyindən müəyyən olur ki, İddiaçı təqdim etdiyi iş materiallarına əsasən – tabel cədvəli və bank çıxarışlarında əks olunan məlumatlara əsasən ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinə qədər ödənilməmiş əmək haqqı: 2021-ci il üzrə 3254.21 manat, 2022-ci il üzrə 3836.43 manat, 2023-cü il üzrə 543.99 manat məbləğindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
21. Maddə 89.1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
22. Maddə 89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
23. Maddə 89.3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
24. Maddə 95.1. Iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı daxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
25. Maddə 96.2. Iş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.
26. Maddə 97.1. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.
27. Maddə 99.1. Iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
28. Maddə 100.1. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
29. Maddə 101.1. Iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) işçini əvəz edə biləcək başqa işçinin olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.
30. Maddə 102.1. Işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
31. Maddə 102.2. Iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.
32. Maddə 103.5 Istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. Istirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.
33. Maddə 160.1 Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir.
34. Maddə 162.1 Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.
35. Maddə 164.1 Istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.
36. Maddə 165.1. Işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: -əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; -əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
37. Maddə 172.4 Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
38. Maddə 290.2 Işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
39. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
40. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
41. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
47. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
48. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
49. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
53. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
57. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıvə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
58. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərii əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
59. Hazırkı işin hallarından müəyyən olur ki, iddiaçı əvvəlcə işə bərpa olunma barədə tələb də irəli sürsə də, sonradan tələbini azaltmış və ödənilməyən əmək haqqının, son haqq hesabının hesablanaraq ona ödənilməsini və əmək kitabçasının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon məhkəməsində icraat zamanı əmək kitabçası iddiaçıya təqdim edilmişdir.
60. Iddia tələbini qismən təmin edən rayon məhkəməsi iş vaxtından artıq vaxt ərzində görülən işin əvəzi qismində 4984 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qərara almışdır.
61. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh apellyasiya şikayətləri verərək onu mübahisələndirmişlər.
62. Iddiaçının şikayətinin əsas dəlili rayon məhkəməsi tərəfindən iş vaxtından artıq işlədiyi iş saatlarının və buna görə ödənilməli məbləğin düzgün hesablanmamasıdır.
63. Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci hissəsinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
64. Hazırkı halda iddiaçının iş saatından artıq işləməsi mülki işin mübahisəsiz halıdır.
65. Məhkəmə iddiaçının dəlilini əsassız hesab edərək və rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, rayon məhkəməsi həmin hissədə iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verərək, tətbiq edilməli normanı tətbiq etmiş və tədqiq olunmuş sübutlara əsasən iddiaçının iş saatlarından artıq işləməsinə görə ona ödənilməli məbləği düzgün hesablamaqla iddia tələbini qismən təmin etmişdir.
66. Belə ki, rayon məhkəməsi iş vaxtından artıq işə görə əmək haqqının hesablanması üçün belə düstur müəyyənləşdirmişdir: 1) Əmək haqqının məbləği ay ərzində hesablanan (haqqı ödənilən) iş saatlarının cəminə bölünməklə saatlıq tarif (vəzifə) maaşı müəyyən edilməli, 2) ay ərzində növbədə olma günləri 22-yə vurularaq və bundan haqqı ödənilən iş saatları çıxılmaqla iş vaxtından artıq işə cəlb edilmə müddəti müəyyən edilməli, 3) saatlıq tarif (vəzifə) maaşının 2 qat misli iş vaxtından artıq iş saatına vurulmalıdır.
67. Həmin düstur əsasında müvafiq hesablama aparılaraq, iddiaçıya iddia ərizəsində qeyd edildiyi kimi ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək yox, qazanxana operatoru vəzifəsinə keçirildiyi 2021-ci ilin yanvar ayından 2023-cü ilin may ayınadək iş vaxtından artıq vaxtda görülən işə görə 4984 (dörd min doqquz yüz səksən dörd) manat ödənilməli olduğu müəyyən edilmişdir. Həmin məbləğin daha çox olmasına dair iddiaçı məhkəməyə mötəbər və şübhədənkənar sübutlar verə bilməmişdir.
68. Belə olan halda Məhkəmə iddiaçının şikayətinin dəlilini əsassız hesab edir və qeyd edir ki, rayon məhkəməsinin hesablaması düzgün olmuşdur.
69. Məhkəmə cavabdehin şikayətinin dəlili – işçilərə əmək haqqı Müdafiə Nazirliyinin Maliyyə şöbəsi tərəfindən verildiyindən N saylı hərbi hissənin cavabdeh olmaması ilə bağlı ilk növbədə qeyd edir ki, əmək qanunvericiliyinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
70. Iddiaçının əmək haqqının Müdafiə Nazirliyinin Maliyyə şöbəsi tərəfindən hesablanması və ödənilməsi ilə bağlı cavabdehin dəlili hazırkı mübahisənin düzgün həlli baxımından hüquqi əhəmiyyət kəsb etmir. Əməkhaqqının hesablanması və ödənilməsinin hansı struktur bölmə tərəfindən həyata keçirilməsi cavabdehi işəgötürən kimi əmək qanunvericiliyindən irəli gələn öhdəliklərdən azad etmir. Mülki iş materiallarında olan ##.##.2020-ci il tarixli, ** nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə işəgötürən N nömrəli hərbi hissənin komandiri X2 arasında işçinin 1 il müddətinə inşaat bölüyünün inşaat qrupunun yardımçı fəhləsi vəzifəsinə işə qəbul edilməsinə dair müqavilə bağlanmışdır. N nömrəli hərbi hissə Komandirinin ##.##.2021-ci il tarixli, ** nömrəli əmri ilə əmək müqaviləsinə əlavə bağlanmış və işçi - İddiaçı N nömrəli hərbi hissənin mənzil istismar hissəsinin 2-ci dərəcəli qazanxana operatoru vəzifəsinə keçirilmiş, əmək müqaviləsi ##.##.2023-cü il tarixədək uzadılmışdır.
71. Belə olan halda isə müəyyən olunur ki, cavabdehin şikayətinin həmin dəlili əsassız olmaqla, təmin edilə və qətnamənin ləğvinə əsas ola bilməz.
72. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Beləliklə, Məhkəmə hesab edir ki, apellyasiya şikayətləri əsassızdır və təmin edilə, rayon məhkəməsi qətnaməsinin ləğvinə və ya dəyişdirilməsinə səbəb ola bilməz.
75. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
76. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
77. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi sübutlara, işin faktiki hallarına lazımi hüquqi qiymət verərək düzgün hüquqi nəticəyə gəlmiş və iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, iddiaçı və cavabdehin apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
79. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
80. Məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 4984 (dörd min doqquz yüz səksən dörd) manat olduğundan hazırkı qətnamədən cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur, yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
81. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
82. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-cı il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə yalnız iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən iddiaçı tərəfindən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.