Məhkəmə qərarları › İş №2(3-6)-2843/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2843/2026

22.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2843/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xl oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər ##.##.2014-cü tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 doğulmuşlar.

2. Qubadlı Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, ##.##.2015-ci il tarixdə doğulmuş X4 və ##.##.2017ci il tarixdə doğulmuş X5 Sahilə Elman qızının yanında qalması, İddiaçı hər ay 160 manat sabit pul məbləğində alimentin ##.##.2019-cu il tarixdən başlayaraq turulub ##.##.2015-ci il tarixdə doğulmuş X4 və hər ay 160 manat sabit pul məbləğində alimentin ##.##.2019-cu il tarixdən başlayaraq tutulub ##.##.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qızma verilməsi qət edilmişdir.

3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Qubadlı Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi qət edilmişdir.

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan alimentin miqdarı dəyişdirilmiş, İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, yetkinlik yaşına çatmayan ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 üçün X8 artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.

6. Iddiaçı İddiaçı X9 ilə nikah münasibətlərindən ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2021-ci il təvəllüdlü X2 və ##.##.2024-cü il təvəllüdlü X6 doğulmuşlar. Onlar nikahlarını ##.##.2022-ci il tarixdə rəsmiləşdirilmişlər.

7. AA seriyalı ****** nömrəli vəsiqədən görünür ki, İddiaçı məcburi köçkündür.

8. * saylı Bakı DOST Mərkəzinin ##.##.2025-ci il tarixli arayışına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsistemində İddiaçı qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

9. Ünvanlı dövlət sosial yardımı haqqında ##.##.2026-cı il tarixli e-sosial arayışından görünür ki, İddiaçı 465.94 manat sosial yardım alır.

a) Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2015-ci il təvəllüdlü X4 və ## ##### 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 465,94 manat ünvanlı sosial yardım alır, ailəlidir və himayəsində bundan başqa 3 azyaşlı uşaqları var. Şəkər və ürək xəstəliyindən əziyyət çəkir. Hal-hazırda yaşadığı ailəsinin maddi durumu olduqca çətindir. Cavabdeh özü gözəllik salonu işlədir və oradan qazanc əldə edir.

12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia tələbi təmin edilmiş, ## ###### 2015-ci il təvəllüdlü X4 və ## ##### 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə tutulan Nizami Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, ## ###### 2015-ci il təvəllüdlü X4 və ## ##### 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

13. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı yenidən ailə qurmuşdur, himayəsində bundan başqa 3 azyaşlı övladı var. Iddiaçı ürək və şəkər xəstəliyindən əziyyət çəkir və sosial yardım alır. Hazırda ata uşaqların saxlanılması üçün müəyyən edilmiş alimenti ödəməkdə çətinlik çəkdiyi üçün məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin azaldılması ilə bağlı iddia qaldırmışdır.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir.

15. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin istinad olunan müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır.

16. Belə ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, lakin uşağın saxlanması üçün müəyyən edilmiş alimentin minimum dolanacaq xərclərindən xeyli artıq olmasını, iddiaçının bundan başqa 3 azyaşlı övladı olmasını, yenidən ailə qurmasını nəzərə alaraq hesab etmişdir ki, ## ###### 2015-ci il təvəllüdlü X4 və ## ##### 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

17. Məhkəmə öz mövqeyini “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78.1, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarının 8.2, 8.7, 8.12, 8.14cü bəndlərinə, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli sərəncamına, “Azərbaycan Respublikasında 2026 cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarının 1.2.1, 1.2.4-cü bəndlərinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə## #### 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı ## #### 2008 ci il tarixli Qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə, ## ####### 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə müəyyən edilmiş minimum əmək haqqının 0,68 misli həddindəki aliment məbləğinin qüvvədə saxlanılması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə uşaqları yox, iddiaçının (atanın) maddi maraqlarını qorumuş, uşaqların düşəcəyi maddi sıxıntıları, sağlamlıqlarında və təhsillərində yaranacaq əksiklikləri ümumiyyətlə nəzərə almamış, yalnız “cavabdeh gözəllik salonu işlədir” və iddiaçının yeni ailəsindən 3 uşağı olmasını əsas götürərək iki uşağın yaşam şəraitinin pisləşməsini əhəmiyyətli hesab etməmişdir. Halbuki, uşaqlarla əlaqəli daxili qanunvericilik və beynəlxalq konvensiyaların hamısı birmənalı olaraq uşaqların yaşayış səviyyəsinin aşağı düşməməsini əsas götürmüş və buna uyğun normalar müəyyən etmişlər. Alimentin dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində real dəyişiklik olmalıdır. Iddiaçı yenidən ailə qurmuş və 3 uşaq sahibi olmuşdur — bu onun öz seçimidir. AR Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli, *-*/**** nömrəli Qərarının 8.2ci bəndində göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır”. Həmin Qərarın 8.7-ci bəndində qeyd edilmişdir ki, “Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir”. Uşağın qanunla müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2026-cı il üçün uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. Şikayət edilən qətnamə ilə müəyyən edilmiş 200 manat (min. əmək haqqının 0,5 misli) həmin 260 manatlıq yaşayış minimumundan aşağıdır. Bu, birbaşa qanunun tələbini pozur. Alimentin dəyişdirilməsi tərəflərin hər ikisinin ailə və maddi vəziyyəti nəzərə alınmaqla həyata keçirilə bilər. Məhkəmə cavabdehin gözəllik salonundan əldə etdiyi gəlirin nə qədər olmasını araşdırmamış, konkret məbləği müəyyənləşdirməmiş, bununla da bir tərəfin — iddiaçının — vəziyyətini əsas tutaraq qərara gəlmişdir. Lakin iddiaçının “heç bir yerdə işləmirəm, yalnız ünvanlı sosial yardım alıram” iddiasını qəbul etmiş, qeyd edilən yardımla ümumiyyətlə hazırki vəziyyətdə nəinki, 3 uşağın, heç bir şəxsin belə yaşaya bilməyəcəyini nəzərə almamış, iddiaçının rəsmi işləməsə də, qeyrirəsmi gəlirinin mütləq şəkildə olmasını nəzərə almamış, iddiaçının hazırki həyat yoldaşının işləyib-işləməməsini, iddiaçının adına əmlaklar olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. Aliment məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qətnaməsinin motivasiya hissəsindən göründüyü kimi cavabdehin real gəliri araşdırılmadan, tərəflərin maddi vəziyyəti müqayisəli şəkildə təhlil edilmədən qərar çıxarılmışdır. Məhkəmə cavabdehin gözəllik salonunu gəlir mənbəyi kimi qeyd etmiş, lakin bu gəliri kifayət qədər araşdırmadan, iddiaçının 3 azyaşlı uşağının olmasını əsas tutaraq qərar qəbul etmişdir. Bu, sübutların düzgün qiymətləndirilməməsidir. Birinci instansiya məhkəməsi cavabdehin gözəllik salonundan faktiki aylıq gəlirini müəyyənləşdirməmiş, bu gəlirin uşaqların ehtiyaclarını qarşılamaq üçün kifayət edib-etmədiyini araşdırmamışdır. Eyni zamanda iddiaçının 465,94 manat ünvanlı sosial yardım aldığı, lakin qanunla müəyyən edilmiş heç bir əmək müqaviləsinin olmadığı halda yenidən ailə quraraq 3 uşaq sahibi olmasının maddi imkanlarla ziddiyyət təşkil edib-etmədiyi məsələsi aydınlaşdırılmamışdır. Iddiaçının heç bir yerdə işləmədən 465,94 manatla hazırda olan ailəsini (uşaqlar daxil 5 nəfər) və əvvəlki uşaqları üçün ödədiyi alimenti nəzərə aldıqda necə həmin məbləğlə bu qədər insanın maddi təminatını qarşıladığını aydınlaşdırmamışdır. Belə ki, iddiaçı 400 manat ailment ödədikdə belə, iddia etdiyi kimi başqa gəliri yoxdursa, 65 manatla hazırki öz ailəsinin maddi təminatlarını necə qarşılayacağı dəqiqləşdirilməmişdir. Buradan da görünür ki, iddiaçının qeyri-rəsmi gəlirləri vardır və bu birinci instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə qətnaməsində iddiaçının maddi çətinlik çəkdiyi qənaətinə gəlmişdir. Lakin işdə mövcud ##.##.2025-ci il tarixli arayışa görə iddiaçının heç bir fəal əmək müqaviləsi yoxdur, amma o eyni zamanda yenidən ailə qurmuş və 3 uşaq sahibi olmuşdur. Maddi çətinliyin mövcudluğu işdə olan konkret sübutlarla təsdiqlənməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş materialar cavabdehin gözəlik salonunu işlətdiyini, gəlir əldə etdiyini təsdiq edir, lakin hansı məbləğdə gəlir etdiyini, biznes fəaliyyəti olduğundan ziyan etməsinin də mümkün olmasını nəzərə alaraq hər ay mütləq şəkildə gəlir əldə edib-etməməsini, etmədiyi təqdirdə ziyanın məbləğini, gəlir əldə etdikdə uşaqların yaşayış səviyyəsinə təsir edib-etməməsini aydınlaşdırmır. Buna baxmayaraq məhkəmə yekunda əsassız şəkildə alimenti azaltmış, 2026-cı il üçün uşaqlar üçün müəyyən edilmiş 260 manatlıq yaşayış minimumundan aşağı məbləğ təyin etmişdir. Bu nəticə işin faktiki halarına uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34, hissə IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırki işdə iddia təmin edildiyindən və apellyasiya şilkayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Kollegiya qeyd edir ki, ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

30. Işdən görünür ki, tərəflərin uşaqlarının saxlanılması üçün təyin edilmiş aliment məbləği Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə artırılaraq, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində təyin edilmiş, həmin məbləğ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir.

31. Işdən həmçinin görünür ki, iddiaçının cavabdehlə olan nikahından iki, digər nikahından isə üç övladı var.

32. Işdə olan sübutlarla təsdiq olunur ki, iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsistemində əmək müqaviləsi aşkar edilməmişdir. O, 465,94 manat məbləğində sosial yardım alır.

33. Məhkəmə iddiaçının maddi vəziyyətinin çətinləşdiyini nəzərə alaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

34. Şikayətin dəlilləri nəzərə alınaraq o da qeyd olunmalıdır ki, aliment məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği ilə bağlı olaraq müəyyən edildiyindən, minimum əmək haqqı artdıqca aliment məbləğinin də müəyyən olunmuş qaydada indeksasiyası həyata keçiriləcək.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

36. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

37. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar