Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2946/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Rəşad qızına qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 qızından ibarət tərkibdə, məhkəmə iclas katibi oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh Rəşad qızının iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Rəşad qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflərin birgə nikahından ##.##.2018-ci il təvəllüdlü X4 və ##.##.2020-ci il təvəllüdlü X5 doğulmuşlar.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025 il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı ilə X3 arasında ##.##.2017-ci il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində **** saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, uşaqların X3 yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ##.##.2025-ci il tarixdən başlayaraq İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən İddiaçı ##.##.2025-ci il tarixdən həmin qurumda “fəhlə” vəzifəsində çalışır.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən İddiaçı vəzifə maaşı 400 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Rəşad qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh Rəşad qızının xeyrinə tutulmuş alimentin miqdarının azalaraq, ondan cavabdeh Cavabdeh Rəşad qızının xeyrinə iki uşağın saxlanması üçün qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin qətnamə ilə ondan cavabdehin xeyrinə ##.##.2018-ci il təvəllüdlü X4 və ##.##.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması qəl edilmişdir. O, özü hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ##.##.2025-ci il tarixdən orada fəhlə vəzifəsində işləyir və aylıq əmək haqqı 500 manatdır, icbari tutulmalardan sonra əlinə verilən məbləğ isə 210,25 manat təşkil edir. Onun bu işdən başqa hər hansı əlavə olaraq işlədiyi bir iş yoxdur və hər hansı əlavə qazancı da yoxdur. Bununla yanaşı onun Azərbaycan Beynəlxalq Bankına kredit borcu olduğundan, hər ay minimum 250 manat bank kreditinə ödəməli olmuşdur. O, hazırda anası ilə birlikdə yaşayır və ona da özü baxır, ona da maddi cəhətdən köməklik edir. Bundan başqa, özü şəkər xəstəsidir və dərmanlarına pul çatdırmaqda belə çətinlik çəkir. Onun ödəməli olduğu cəmi 492 manat aliment onun aldığı əmək haqqı edir. Ona görə də, bu alimenti ödəmək ona çox çətindir, hətta mümkünsüzdür. O, aldığı əmək haqqının qanunda nəzərdə tutulmuş miqdarda uşaqlara verməyə razıdır, yoxsa 500 manatın 492 manatın hər ay onlara versə, onda onun həyatda yaşamasına kim köməklik edəcək. Ona görə ki, ondan tutulan alimentin ümumi miqdarı onun qazancının çox hissəsini təşkil edir və qanunda nəzərdə tutulan hissədən artıq olur. Belə ki, qanunda nəzərdə tutumuşdur ki, iki uşağın saxlanması üçün qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.S.Fərəcova) iddia tələbi təmin edilməmiş, iddiaçı İddiaçı 40 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında alimentin tutulması tələbinə dair mülki işə baxılarkən hazırki iş üzrə iddiaçının rəsmi iş yeri mövcud olmamış, verdiyi izahatında iddiaçı 350 manat aliment ödəmək iqtidarında olduğunu bildirmiş, həmçinin ötən müddət ərzində qətnamə ilə müəyyən edilən alimenti hissələrə bölünməklə də olsa ödəmişdir. Keçən qısa müddət ərzində iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmə olmasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, hazırda rəsmi işlə təmin olunmaqla aylıq stabil gəliri də vardır.
9. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas (gəlirinə uyğun alimentin hissə şəklində tutulması) uşaqlarının saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi və iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz.
10. Belə ki, bu halı əsas gətirməklə alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı həddə azaldılması uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına deyil, uşağın qabiliyyətinin inkişaf etdirilməsinin, onun maddi və mənəvi təlabatlarının təmin edilməsinin, hüquq və mənafelərinin mühafizəsinin pozulmasına gətirib çıxarar.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yaşayış minimumu, hətta əvvəlki təminat səviyəsindən xeyli az alimentin tutulmasını (400x1/3=133) istəmişdir. Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu belə heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
12. Bundan əlavə, uşağın valideynlərdən birinin himayəsində olması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
13. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab etmişdir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1, 76.2, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Ali Məhkəmənin Plenum qərarının 8.4 və 8.6-cı bəndlərinə, . “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 9.1- 1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd etmişdir ki, Ailə Məcələsinin 112.1-ci maddəsi və Ali məhkəmənin ##.##.2016-cı il tarixli qərarı ona münasibətdə düzgün tətbiq edilməmiş, araşdırma səthi aparılmış tərəflərin maddi vəziyyəti nəzərə alınmamış, nəticədə formal qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh, işləməsi və 450 manat məbləğində əmək haqqı alması faktını gizlətsə də, məhkəmə iclasında hakim tərəfindən elektron informasiya sisteminə daxil olmaqla bu fakt aşkar edilmişdir. Buna baxmayaraq məhkəmə bu fakta əhəmiyyət verməmişdir. Halbuki, cavabdeh özü də uşağın maddi cəhətdən saxlanılmasında iştirak etməlidir. Hakim cavabdehin işləməsini, əmək haqqını nəzərə almamış, tələm-tələsik işə baxıb qətnamə qəbul etməklə işini bitmiş hesab etmişdir. Bu da nəticə hesabı ilə ədalət mühakiməsinin prinsiplərinə zidd olan qanunsuz məhkəmə aktı ilə nəticələnmişdir. Belə ki, əvvəlki məhkəmə qətnaməsinə əsasən o, iki uşağın hər birinə görə ayrı-ayrılıqda cavabdehə hər ay 244 (cəmi 488) manat aliment ödəməlidir. Bu isə aldığı 400 manat əmək haqqından 88 manat yüksəkdir. Yəni, o, bütün əmək haqqını cavabdehə versə də belə, bu qətnamə ilə tutulan aliment məbləğini tam əhatə etməyəcək. Belə bir hal isə onun dilənçi vəziyyətinə düşməyinə səbəb ola bilər. Çünki o da yaşamalıdır və qidalanmalıdır. Bundan başqa, o, şəkər xəstəliyindən əziyyət çəkməklə, poliklinikada şəkər xəstəsi kimi qeydiyyatdadır. Müalicəsi ilə bağlı dərmanlarına müəyyən vəsait xərclənir. Hazırda əvvəlki məhkəmə qətnaməsi ilə o, ağır maddi vəziyyətə düşmüşdür. Hazırkı məhkəmə isə onun əmək haqqını, səhhətini nəzərə almamışdır. Halbuki, sadaladığı hallar nəzərə alınmaqla, hakim Ailə Məcəlləsinin 76-cı maddəsini rəhbər tutub, alimenti qazancının 3/1 hissəsi məbləğində tutmaqla, alimentin məbləğini azaltmalı idi. Lakin məhkəmə onun ağır vəziyyətini nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, 450 manat əməkhaqqı alır, özü də şəkərli diabet xəstəsidir. Ödənişləri, kreditləri çoxdur. Əvvəl fəhlə işləyirdi. Krediti əməliyyat olunmaq üçün götürmüşdür.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, birlikdə yaşayanda iddiaçının anası onlara kömək edirdi, onunla bir yerdə qalırdılar. Anasının həyətində obyekti var, balaca mağaza işlədir. Bir də evləri var, kirəyəyə verirdilər.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34, hissə IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur
21. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ##.##.2016-cı il tarixli qərarı: Bənd 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırki işdə iddia təmin edilmədiyindən və apellyasiya şilkayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya qeyd edir ki, ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
29. Işdən görünür ki, tərəflərin uşaqlarının saxlanılması üçün aliment məbləği Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025 il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində təyin olunduqdan təxminən 6 ay sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
30. Işdən həmçinin görünür ki, sözügedən qətnamə qəbul edilən zaman İddiaçı rəsmi iş yeri olmamış, həmin iş üzrə izahatında 350 manat aliment ödəmək iqtidarında olduğunu bildirmişdir. Hazırda isə iddiaçı əmək fəaliyyəti işə məşğuldur.
31. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən onun işsiz olmasını da nəzərə almış, iddiaçı sonradan maddi vəziyyətinin pisləşməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə, rəsmi işlə təmin olunmuşdur.
32. Nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən 2025-ci ildə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
33. Kollegiya qeyd edir ki, təyin olunmuş alimentin miqdarının azaldılması uşaqların mənafeyinə zidd olmaqla, onların əvvəlki təminatının daha aşağı səviyyəyə düşməsinə səbəb ola bilər. Bu hal isə uşaqların üstün maraqlarının təminatı baxımından yolverilməzdir.
34. Həmçinin nəzərə alınmaldır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin az qazanca malik olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
36. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
37. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.