Məhkəmə qərarları › İş №2(3-6)-2984/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2984/2026

27.07.2026 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2984/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «subroqasiya qaydasında pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: ##.##.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən X1 - “İcarəyə verən”, “xxxx” MMC - “İcarəçi” olmaqla bağlanmış həmin müqavilə üzrə İcarəyə verən ona məxsus müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsini İcarəçiyə icarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.

2. ##.##.2022-ci il tarixli, AZ/PIC/**/****-** nömrəli Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsində göstərilib ki, ünvan 1 ünvanında “xxxx” QSC-yə məxsus mağazada yerləşən 92 ədəd daşınar əmlak sığorta predmetidir. Sığorta müddəti hər iki gün daxil olmaqla ##.##.2022-ci il tarixdə başlayıb, ##.##.2023-cü il tarixdə bitir. Daşınar əmlak üzrə sığorta məbləği 5 347 000 manat təşkil edir. Hər bir mağaza üzrə ayrı-ayrılıqda zəlzələ və yanğın riskləri istisna olmaqla digər risklərə münasibətdə hər bir hadisə üzrə ümumi sığorta məbləğinin 1%-i həcmində azadolma tətbiq edilir.

3. ##.##.2022-ci il tarixli dəymiş zərərin hesabatında göstərilib ki, hadisə nəticəsində ünvan 1 ünvanında yerləşən “xxxx” QSC-yə məxsus mağazada yerləşən daşınar əmlaka (6 ədəd tort Trufel, 8 ədəd tort Kudryaş, 8 ədəd tort Napaleon, 7 ədəd tort Nağıl, 8 ədəd tort Mars, 8 ədəd tort Moka, 42 ədəd Pirojna, 89 ədəd Şokolad qutular, 6 ədəd tort Trufel, 6 ədəd tort Mars) cəmi 1553.50 manat zərər hesablanıb.

4. ##.##.2022-ci il tarixli dəymiş zərərin hesabatında göstərilib ki, hadisə nəticəsində ünvan 1 ünvanında yerləşən “xxxx” QSC-yə məxsus daşınmaz əmlaka (mağaza) 290 manat məbləğində maddi zərər hesablanıb.

5. İddiaçı ASC tərəfindən ##.##.2022-ci il tarixində tərtib edilmiş FI-****/****/AKT****/** nömrəli sığorta aktına əsasən ##.##.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən daşınar əmlaka subasma nəticəsində dəymiş zərərə görə sığortalı (faydalanan şəxs) “xxxx” QSC-yə 410 manat azadolma məbləği çıxılmaqla 1143.50 manat sığorta ödənişi həyata keçirilmişdir.

6. İddiaçı ASC tərəfindən ##.##.2022-ci il tarixində tərtib edilmiş CFI-****/****-AKT****/** nömrəli sığorta aktına əsasən ##.##.2022-ci il tarixində ünvan 2 9 ünvanında yerləşən daşınmaz əmlaka subasma nəticəsində dəymiş zərərə görə faydalanan şəxs “xxxx” QSC-yə 150 manat azadolma məbləği çıxılmaqla 139.82 manat sığorta ödənişi həyata keçirilmişdir.

7. Bakı şəhəri ** saylı MKİS-in mühəndisi M.M.Əhmədov, texnik N.R.Səfərəliyev və Y.B.Baxışov tərəfindən tərtib olunmuş ##.##.2022-ci il tarixli aktda göstərilib ki, baxış zamanı məlum olmuşdur ki, yuxardakı mərtəbədə ** saylı mənzildə yaşayan Cavabdeh mənzilində mətbəx otağında yerləşən paltaryuyan şlankındakı kranın gecə vaxtı təsadüfdən partlaması nəticəsində “xxxx” mağazasına su axıntısı olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1283.32 manat və 32.84 manat dövlət rüsumuna görə xərcin əvəzi, cəmi1316.16 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

9. İddiada göstərilib ki, İddiaçı ASC tərəfindən “İcbari sığortalar haqqında” Qanuna əsasən sığortalı “xxxx” QSC-nin istifadəsində olan ünvan 3 9 ünvanında yerləşən daşınmaz əmlak (mağaza) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə ##.##.2022-ci il tarixli, RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. Bundan başqa mağazada satışda olan əmtəə malları ##.##.2022-ci il tarixli, AZ/PIC/**/****-** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə könüllü qaydada sığortaya cəlb olunmuşdur. ##.##.2022-ci il tarixində sığortalı “xxxx” QSC-nin istifadəsində olan ünvan 3 9 ünvanında yerləşən daşınmaz əmlak (mağaza) çoxmərtəbəli binanın yuxarı, yəni cavabdeh Cavabdeh sahibliyində olan ** saylı mənzildən axan su kütlələri (subasma) nəticəsində: a) daşınar əmlak (əmtəə malları) 1.553.50 manat; b) daşınmaz əmlak (tikili) üzrə 290 manat məbləğində zərər görmüşdür. Baş vermiş hadisə ilə bağlı sığortalı “xxxx” QSC-yə: 1. daşınar əmlak (əmtəə malları) üzrə ##.##.2022-ci il tarixli, FI****/****/AKT****/** nömrəli aktla 410 manat azadolma məbləği və s. çıxılmaqla 1.143.50 manat məbləğində; 2. daşınmaz əmlak (tikili) üzrə ##.##.2022-ci il tarixli, CFI-****/****-AKT****/** nömrəli aktla 150 manat azadolma məbləği və s. çıxılmaqla 139.82 manat məbləğində, ümumilikdə 1.283.32 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan ##.##.2022-ci il tarixli, N **** nömrəli dəymiş zərərin hesabatı barədə rəydən görünür ki, “xxxx” QSC-nin istifadəsində olan ünvan 3 9 ünvanında yerləşən daşınar əmlaka (əmtəə malları) subasma hadisəsi nəticəsində 1.553.50 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan ##.##.2022-ci il tarixli, N **** nömrəli dəymiş zərərin hesabatı barədə rəydən görünür ki, “xxxx” QSC-nin istifadəsində olan olan ünvan 3 9 ünvanında yerləşən daşınmaz əmlaka subasma hadisəsi nəticəsində 290 manat məbləğində zərər vurulmuşdur. Həmçinin iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti ** saylı Mənzil- Kommunal İstismarı Sahəsinin ##.##.2022-ci il tarixli aktında qeyd olunur: “xxxx” QSC-nin istifadəsində olan ünvan 3 9 ünvanında yerləşən daşınmaz əmlaka baxışa keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin ünvanda yuxarı mərtəbədə yerləşən Cavabdeh məxsus ** saylı mənzilin mətbəx otağında yerləşən paltaryuyanın şlanqındakı kranın gecə vaxtı təsadüfən partlaması nəticəsində “xxxx” mağazasına su axıntısı olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən cavabdeh Cavabdeh mülkiyyətində olan əmlakdan istifadə edərkən hüquqlarından sui-istifadə etmiş, üçüncü şəxslər qarşısında öhdəliklərinə etinasız yanaşmışdır. Nəticədə sığortalı “xxxx” QSC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən daşınar və daşınmaz əmlaka maddi zərər dəymişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia tələbinin təmin edilərək cavabdeh Cavabdeh 1283.32 manat və dövlət rüsumu üçün ödənilmiş 32.84 manat, ümumilikdə 1316.16 manat iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, , ##.##.2022-ci il tarixində ünvan 3 9 ünvanında yerləşən “xxxx” QSC-nin istifadəsində olan qeyri-yaşayış obyektinə yuxarı mərtəbədə yerləşən cavabdeh Cavabdeh məxsus mənzildən su axıntısı nəticəsində zərər dəymişdir. Hadisədən sonra baxış keçirilmiş, müvafiq aktlarla subasma faktı təsdiq edilmiş, dəymiş zərər qiymətləndirilmiş və iddiaçı İddiaçı ASC tərəfindən sığortalıya ümumilikdə 1283.32 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddia tələbi cavabdehdən həmin məbləğin subroqasiya qaydasında tutulmasından ibarətdir. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun mənzilinə də yuxarı mərtəbədən su axıntısı olmuş və bu halı təsdiq edən video-görüntüləri məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin bu izahatına münasibətdə qeyd edib ki, cavabdehin mənzilinə də su daxil olmasını göstərən hallar iş materialları ilə müəyyən olunsa da, bu hal zərərin birbaşa mənbəyinin cavabdehə məxsus mənzildə yerləşən kommunikasiya qurğularından baş verməsi faktını aradan qaldırmır. Belə ki, iş materiallarında olan ##.##.2022-ci il tarixli MKİS aktı ilə su axıntısının məhz cavabdehə məxsus mənzildə yerləşən paltaryuyan şlanqındakı kranın partlaması nəticəsində baş verdiyi müəyyən edilmişdir. Bundan əlavə, cavabdehin mənzilinə də su daxil olması halı onun mülkiyyətində olan əmlakdan aşağı mərtəbəyə zərərin qarşısını almaq öhdəliyini aradan qaldırmır. Belə ki, mülkiyyətçi öz əmlakından istifadə edərkən digər şəxslərə zərər vurmamaq və zərərin qarşısını almaq üçün zəruri tədbirləri görməlidir. Beləliklə, təqdim olunmuş sübutlarla müəyyən olunur ki, zərər cavabdehə məxsus mənzildən axan su nəticəsində baş vermiş, həmin zərər sığortaçı tərəfindən ödənilmiş və bununla da iddiaçı subroqasiya hüququ əldə etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edib şikayətində göstərib ki, iddiaçının tələbi əsassızdır. Məhkəmə prosesləri zamanı sahibi olduğu ünvan 4 ünvanından heç bir su axıntısının olmadığını bildirsə də, məhkəmə onun dediklərinə məhəl qoymamış, mənzilə yerli baxış keçirmədən işə birtərəfli yanaşaraq onun xəbəri olmadan tərtib edib təqdim etdiyi sənədlər üzrə iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə tərtib edilmiş aktların necə tərtib olunması, mənzilindən su axıntısının olmasını yoxlamadan işə iddiaçı tərəfin təqdim etmiş olduğu sənədlər əsasında birtərəfli baxıb, onun məhkəmə proseslərində iştirakına baxmayaraq, özünü müdafiə etsə belə, söyləmiş olduqlarının onun xeyrinə heç birini nəzərə almayaraq mənzilindən heç bir su axıntısı olmaya-olmaya İddiaçı QSC tərəfindən onun iştirakı və xəbəri olmadan tərtib edilmiş aktlar üzrə bir tərəfli qətnamə qəbul edib. Qətnamədə qeyd olunmuş ikitərəfli ekspertizada iştirak etməsi göstərilsə də, onun ekspertizanın təyin olunmasından xəbəri yox idi. Onun iş materiallarına təqdim edilmiş aktların nə zaman tərtib olunmasından heç bir xəbəri olmamışdır. Mənzilindən su axmaya-axmaya istər İddiaçı QSC tərəfindən tərtib edilmiş aktlar, istərsə də, Bakı şəhər İcra Hakimiyyəti ** saylı Mənzil-Kommunal İstismarı Sahəsinin ##.##.2022-ci il tarixdə onun iştirakı olmadan tərtib edilmiş aktları əsassız hesab edir. Sahibi olduğu ünvan 4 ünvanından heç bir su axıntısının olmadığını məhkəməyə bildirsə də, məhkəmə onun dediklərinə məhəl qoymamış, mənzilə yerli baxış keçirimədən işə birtərəfli yanaşaraq iddiaçının onun xəbəri olmadan tərtib edib təqdim etdiyi sənədlər üzrə iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Maddə 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Maddə 888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıdakı hallarda yaranır: Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Maddə 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

25. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

27. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

28. Əvvəla, cavabdeh ona məxsus mənzildən su axıntısı olmadığını bildirsə də bu dəlillər hansısa sübutla təsdiq olunmur. Əksinə işdə axıntının cavabdehə məxsus mənzildən baş verdiyinə dair mötəbər sübut mövcuddur.

29. Bununla yanaşı, iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilsə də cavabdeh mənzildə olmadığından tədqiqat obyekti olan mənzilin qapısı bağlı olduğundan və tədqiqat obyekti təmirli olduğundan(bax i.v.101) ekspert qarşısında qoyulmuş suallara dair rəy verə bilməyib. Ona görə də hadisənin üzərindən 4 ilə yaxın bir müddət keçdikdən sonra mənzilə yerli baxış keçirilməsinin də şikayətin dəlilləri baxımından heç bir əhəmiyyəti qalmamışdır.

30. İşdə olan aktların nə zaman tərtib olunmasından cavabdehin xəbəri olmaması da onun şikayətinin əsaslı olduğuna dəlalət etmir. Çünki Bakı şəhər ** saylı Mənzil-Kommunal İstismarı Sahəsinin ##.##.2022-ci il tarixli aktı 3 səlahiyyətli şəxs tərəfindən tərtib edilərək imzalanmışdır. Bu cür vəziyyətdə həmin aktın əsassız yaxud etibarsız olması təsdiq olunmur.

31. Bununla yanaşı, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası kimi Mülki Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələri nəzərdən keçirilə bilər. Faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir.

32. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

33. Demək, subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, özü də subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir.

34. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər.

35. Deməli, cavabdeh mülki hüquq pozuntusu törətdiyindən yaxud sığorta hadisəsi hesab edilən pozuntunu törətməkdə təqsirli olması sübuta yetirildiyindən mülki hüquqi məsuliyyətə cəlb edilə bilər.

36. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar