Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2040/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Işin halları
1. CSB********* nömrəli sığorta şəhadətnaməsi ilə müəyyən olunur ki, “xxxx Rav4 minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə könüllü qaydada “avtokasko” risklərindən sığortalanmışdır.
2. TP******* saylı inzibati xəta haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
3. “xxxx” MMC-nin № SO****** saylı qüsur aktı ilə müəyyən olunur ki, “xxxx Rav-4 minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6065,13 manat olaraq müəyyən edilmişdir.
4. İddiaçı ASC tərəfindən tərtib edilmiş CSB****** saylı sığorta aktından görünür ki, zərərçəkənə dəymiş zərərə görə 250,00 (iki yüz əlli) manat azadolma məbləği çıxılaraq 5815,13 (beş min səkkiz yüz on beş manat, on üç qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir.
5. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış ## ###### 2024-cü il tarixli məktubdan görünür ki, sonuncudan 1065.13 manat məbləğin subroqasiya qaydasında İddiaçı ASC-yə ödənilməsi təklif edilmiş, əks təqdirdə məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi bildirilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1065,13 (bir min altmış beş manat, on üç qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31,00 (otuz bir) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(005)- ****/**** saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə, saat 12:45-da Bakı şəhəri, F.X.Xoyski küçəsində “Hyundai IX-35 minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə İddiaçı ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSB********* nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada “avtokasko” risklərindən sığortalanmış “xxxx Rav-4 minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP******* saylı inzibati xəta haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “xxxx Rav-4 minik” markalı, **-FM- *** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 6065,13 (altı min altmış beş manat, on üç qəpik) manat təşkil edir. Hadisə üzrə, İddiaçı ASC tərəfindən CSB****** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 250,00 (iki yüz əlli) manat azadolma məbləği çıxılaraq 5815,13 (beş min səkkiz yüz on beş manat, on üç qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən ““Hyundai IX-35 minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “xxxx” ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 4750,00 (dörd min yeddi yüz əlli) manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən İddiaçı ASC-nin hesabına ödənilmişdir. Qalıq məbləğ olan 1065,13 (bir min altmış beş manat, on üç qəpik) manatın ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “Cavabdeh 1065,13 (bir min altmış beş manat, on üç qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31,00 (otuz bir) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2, 1096.1, 1096.2, 1108.1, 1114.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115, 124.2, 218.3, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini, keçirilmiş xxxx tədqitatının dəyəri olan 200 manat məbləğində vəsaitin cavabdeh Cavabdeh aid edilməsi, apellyasiya şikayətinin verilməsinə görə 16 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh aid edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta hadisəsi nəticəsində zərərgörmüş avtomobil İddiaçı ASC-də kasko sığorta növündə sığortalanmışdır və avtomobilə dəymiş zərər, həmin sığorta şirkətinin sifarişi əsasında, Azərbaycan Respublikasında “xxxx” markalı avtomobillərin rəsmi distribyutoru “xxxx” MMC-də qiymətlədirilmiş və zərərin 6065,13 (altı min altmış beş manat, 13 qəp.) manat təşkil etdiyi müəyyən edilmişdir. 250 (iki yüz əlli) manat məbləğ çıxıldıqdan sonra, 5815,13 (beş min səkkiz yüz on beş manat, 13 qəp.) manat iddiaçı - İddiaçı ASC tərəfindən sığortalıya (zərərçəkmişə) ödənilmişdir. Zərərvuranın 3-cü şəxslər qarşısında məsuliyyətini icbari qaydada sığortalamış “xxxx” ASC tərəfindən, iddiaçının Kasko sığortası üzrə zərərçəkmişə ödədiyi 5815,13 (beş min səkkiz yüz on beş manat, 13 qəp.) manat məbləğində sığorta ödənişinin 4750 (dörd min yeddi yüz əlli) manat təşkil edən hissəsi (yəni ki, icbari sığorta üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğ), iddiaçıya qaytarılmışdır. Zərərvuran, iddiaçı tərəfindən ödənilmiş sığorta məbləğinin yerdə qalan 1065.13 (bir min altmış beş manat, 13 qəp.) manat hissəsini ödəmədiyindən, iddiaçı bu məbləğin ödənilməsi tələbilə məhkəməyə müraciət etmişdir. Lakin, birinci instansiya məhkəməsi, zərərin məbləğinin müəyyən edilməsi üzrə, “xxxx” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru tərəfindən verilmiş zərər aktına və həmin zərərin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, zərərin məbləğinin yenidən müəyyən edilməsi üzrə məhkəmə-əmtəəşünaslıq xxxxsı təyin etmiş və bu xxxxnın keçirilməsini, bu sahədə ixtisaslaşmış və böyük təcrübəyə malik olan Ədliyyə Nazirliyinin Məhkəmə xxxx Mərkəzinə deyil, cəmi bir neçə illik təcrübəsi olan, sığorta sahəsində qiymətləndirmə fəaliyyətini həyata keçirmək səlahiyyəti olan şəxslərin rəsmi reyestrinə daxil olmayan və adındakı “xxxx” sözünə baxmayaraq, sırf qiymətləndirmə şirkəti olan, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə etmişdir. Əslində, “xxxx” avtomobillərinə dəymiş zərərin qiymətləndirilməsi sahəsində peşəkar biliklərə və böyük təcrübəyə malik olan “xxxx” MMC tərəfindən verilmiş zərər aktı olan yerdə, zərərin qiymətləndirilməsi üçün sonradan xxxxnın təyin edilməsi, özü-özlüyündə bir nonsesdir. Amma, qanuni əsasların mövcud olduğu şəraitdə, iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişinin məbləğinin yenidən təftiş edilməsi, ümumiyyətlə, ölkədə sığorta münasibətlərinə ciddi ziyan vuran bir haldır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq xxxxsını aparmış qiymətləndirici şirkət - “xxxx” MMC, artıq ödənilmiş zərəri yenidən qiymətləndirərək, onun 6065,13 (altı min altmış beş manat, 13 qəp.) manat deyil, 4865 (dörd min səkkiz yüz altmış beş) manat olduğu qənaətinə gəlmiş və məbləğ məhkəmə qətnaməsinin əsasına qoyulmuşdur. Nəticədə, sığortalı qarşısında öz öhdəliklərini vicdanla yerinə yetirmiş iddiaçı – İddiaçı ASC-nin, nəinki, iddia tələbi təmin edilməmiş, hətta o, 135 manat əlavə zərərə məruz qalmışdır. Bu hal, apellyasiya qaydasında mübahisələndirilən məhkəmə qətnaməsinin, qanunsuz və əsassız olması ilə yanaşı, həm də reallıqla qətiyyən uzlaşmamasına dəlalət edir. Birinci instansiya məhkəməsi qiymətləndirici şirkət tərəfindən verilmiş ekspert rəyini aldıqdan, sonra onu məhkəmə iclasında tədqiq etməmiş, ən əsası isə, onun, “xxxx” MMC-nin verdiyi zərər aktı ilə, hər bir pozisiya üzrə, müqayisəli tədqiqini həyata keçirməmiş, sadəcə, ekspert rəyindəki məbləği qətnamənin əsasına qoymuşdur. Bununla da, sığorta sahəsində dövlət nəzarəti orqanı olan Azərbaycan Mərkəzi Bankında akkreditasiyadan keçməmiş və adı müvafiq reyestrə daxil edilməmiş qiymətləndirici şirkət tərəfindən verilmiş ekspert rəyi əsasında qətnamə qəbul etmiş birinci instansiya məhkəməsi, MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə, zərərin məbləğinin 4865 (dörd min səkkiz yüz altmış beş) manat olması barədə məhkəmənin qəbul etdiyi qətnamə, yalnız mübahisəli ekspert rəyi əsasında çıxarılmışdır və iddiaçı tərəfindən təqdim edilmiş sübutlara, ilk növbədə də, “xxxx”nın rəsmi distribyutoru tərəfindən verilmiş zərər aktına ziddir. Yuxarıda göstərilənlərə görə, hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməlidir. Belə ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Çox təəsüf ki, bizim halda, qeyri-peşəkar xxxx rəyi əsasında sığortaçı tərəfindən fakt üzrə ödənilmiş məbləğ azaldılmışdır və nəticədə vətəndaş qarşısında öz öhdəliklərini vicdanla yerinə yetrimiş sığorta şirkəti itkiyə məruz qalmışdır. Buna görə də, hesab edir ki, MM-nin 936.2-ci maddəsi pozulmuşdur. Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığortaçıların və xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrin aparılması qaydalarını Mərkəzi Bank müəyyən edir. Bu halda, məhkəmə qətnaməsinin çıxarılması üçün əsas olmuş ekspert rəyini vermiş təşkilat, Mərkəzi Bankın apardığımüvafiq reyestrə daxil edilməmişdir və beləliklə də, akkreditasiyadan keçməmişdir. Ona görə də, göstərilən norma, pozulmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “xxxx” MMC-nin zərər aktı ilə “xxxx” MMC-nin rəyi müqayisə edilməmiş və buna əsasən qətnamə qəbul edilmişdir ki, bu da yuxarıda göstərilən normanın pozulması deməkdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Təəssüf ki, birinci instansiya məhkəməsi, bəzi hallarda hələdə də məhkəmələr tərəfindən tətbiq edilən və qanunun bu normada göstərilən tələbini nəzərə almayan “ənənəni” yəni ki, ekspert rəyini olduğu kimi məhkəmə qətnaməsinə köçürmək ənənəsini davam etdirmişdir. Sığorta şirkəti tərəfindən sığorta ödənişinin edilməsindən sonra zərər məbləğinin azaldılmasının nəticələri məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə, bilavasitə “xxxx” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru tərəfindən verilmiş zərər aktını tədqiq etmədən və onu ekspert rəyindəki zərər məbləği ilə müqayisəli tədqiq etmədən, qətnamə çıxarmışdır. Zərər məbləğinin 6065,13 (altı min altmış beş manat, 13 qəp.) manat deyil, 4865 (dörd min səkkiz yüz altmış beş) manat olması, məhkəmə tərəfindən araşdırlmamış və sübuta yetrilməmişdir. Zərər məbləğinin 4865 (dörd min səkkiz yüz altmış beş) manat olması barədə məhkəmənin qəbul etdiyi qətnamə, yalnız mübahisəli ekspert rəyi əsasında çıxarılmışdır və iddiaçı tərəfindən təqdim edilmiş sübutlara, ilk növbədə də, “xxxx”nın rəsmi distribyutoru tərəfindən verilmiş zərər aktına ziddir. Belə ki, xxxx Rav-4 hibrid markalı 90 FM008 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin buraxılış ili 2023-cü il olduğundan avtonəqliyyat vasitəsinin servis təminatı olmuşdur. Belə nəqliyat vasitələrinin başqa servisdə təmirinə qanunla yol verilmir. Çünki nəqliyyat vasitəsinin başqa servisdə təmir olunması nəqliyyat vasitəsinin servis təminatından çıxmasına səbəb olur bu isə qanunla zərərçəkənin hüquqlarını pozur. Bu halı məhkəmə qiymətləndirməmiş və xxxx servis tərəfindən verilmiş zərər aktına deyil, reallığı əks etdirməyən, məhkəmə tərəfindən nəzərə alınması məcbur olunmayan ekspert rəyinə əsaslanaraq iddianı təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 936.1. subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
17. Maddə 936.2. faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18. Maddə 1096. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Maddə 1108.1. ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Maddə 1114.1. başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
21. Maddə 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2022-ci il tarixli qərarında qeyd olunur ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
33. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
34. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
35. Iş materialları ilə hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri və hadisə yerindən yayınması halları müəyyən edilmişdir. Belə ki, TP******* saylı inzibati xəta haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
36. Kollegiya qeyd edir ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
37. Iş materiallarında olan “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli ETM-***/Q/** saylı rəyindən görünür ki, “xxxx Rav-4” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair “xxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktında (qiymətləndirmə № SOI 19486) qeyd olunan ehtiyyat hissələrinin Respublikadaxili hazırki dövrə orta bazar dəyəri 3745,0 (üç min yeddi yüz qırx beş) manat, görüləsi işlər üzrə xidmət haqqı isə - 1120,0 (min yüz iyirmi) manat olmaqla, cəmi 4865,0 (dörd min səkkiz yüz altmış beş) manat müəyyən edilir.
38. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş xxxxnın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
39. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin rəyə əsasən avtomobilə vurulmuş maddi ziyanın məbləği mütəxəssisin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 4865 manat həddində müəyyən edilməlidir.
40. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində sözegedən rəyin mötəbər sübut kimi qəbul edilməsi mübahisələndirilsə də, rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
41. Iddiaçı tələbində zərərçəkmişə 6065,13 manat dəymiş zərərdən 250 manat azadolma məbləği çıxılmaqla 5815,13 manat ödədiyini, cavabdehin avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “xxxx” ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 4750,00 (dörd min yeddi yüz əlli) manat hissəsinin qeyd edilən sığorta şirkəti tərəfindən İddiaçı ASC-nin hesabına ödənildiyini bildirmiş, geriyə qalan məbləğin 1065,13 (6065,13 – 250 – 4750 = 1065,13) manat məbləğin ödənilməsini xahiş etmişdir.
42. Lakin, rəyə əsasən avtomobilə vurulmuş zərərin məbləği 4865 manat nəzərə alındıqda, avtomobilə vurulmuş zərərə görə cavabdeh tərəfindən ödənilməmiş qalıq borcun olmaması müəyyən olunur (4865 – 250 – 4750 = - 135).
43. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
44. Həmçinin nəzərə alınmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
45. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
46. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
51. Məhkəmə kollegiyası həmçinin izah edir ki, apellyasiya şikayəti ilə mübahisələndirilən hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.