Məhkəmə qərarları › İş №e-2(3-6)-2162/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2162/2026

28.07.2026 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2162/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 N saylı Hərbi Hissəsinə və cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndə3, Cavabdeh cavabdeh2 N saylı hərbi hissəsinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 N saylı Hərbi Hissəsinə və cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh3, cavabdeh2 N saylı Hərbi Hissəsinə və cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2, N nömrəli hərbi hissədən və cavabdeh3 iddiaçı İddiaçı ASC-nin xeyrinə 18.533 manat məbləğində vəsaitin və 145,60 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixində **TA*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. ##.##.2024-cü il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə cavabdeh2 N nömrəli hərbi hissənin hərbi qulluqçusu cavabdeh3 idarə etdiyi “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə **TA*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsi toqquşmuş, bununla da, **TA*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach” markalı həmin avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. **TA*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı İddiaçı ASC-yə müraciət edilmişdir. Həmin avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, ##.##.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən zərər 18.533 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC-nin ##.##.2024-cü il tarixli “Sığorta aktı”na əsasən 18.533 manat məbləğində sığorta ödənişi sığortalı şəxsin təqdim etdiyi hesabına köçürülmüşdür. ##.##.2025-ci il tarixində ödənilən məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlər cavabdeh2, N nömrəli hərbi hissəyə və cavabdeh3 məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişlər. Göründüyü kimi, İddiaçı ASC-nin **TA*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə ödənilmiş 18.533 manat məbləğində cavabdehlərə qarşı subroqasiya tələbi yaranmışdır. Bu səbəbdən 18.533 manat məbləğində vəsait cavabdehlər tərəfindən geri qaytarılmalıdır.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026cı il tarixli qətnaməsilə (hakim A.Sultanova-Məmmədova) iddia tələbi qismən təmin edilərək, cavabdehlər cavabdeh3 və cavabdeh2 müştərək qaydada 18.533 (on səkkiz min beş yüz otuz üç) manat məbləğində pul və ödənilmiş 145,6 (bir yüz qırx beş manat altmış qəpik) manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi hadisə baş verən anda nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən cavabdeh3 və işəgötürən cavabdeh2 qarşı olan hissədə təmin edilməli və onlardan ödənilmiş 18.533 (on səkkiz min beş yüz otuz üç) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iddia tələbi cavabdeh cavabdeh2 N saylı Hərbi Hissəsinə qarşı olan hissədə təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsini tamamilə ləğv edib, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 N saylı Hərbi Hissəsinə və cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Polis İdarəsinin ##.##.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı sürücüsü olmuş cavabdeh3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surətinin Sumqayıt ŞPl-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarın məzmunundan müəyyən edilir ki, “##.##.2024-cü il tarixdə, saat 12:30 radələrində Bakı-Quba yolunun 40-cı km-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində «xxxx» MMC-yə məxsus «Temsa» markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə cavabdeh2 N nömrəli hərbi hissəyə təhkim edilmiş “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması və sonuncu avtomobildə sərnişin qismində olmuş hərbi qulluqçu, R X2 xəsarət alması faktı əsasında cavabdeh2 5-ci Təhqiqat Bölməsində toplanmış material ##.##.2024cü il tarixli, **** nömrəli məktubla ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt ŞPl-yə göndərilmişdir. Aparılmış təhqiqatla müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixdə cavabdeh2 N nömrəli hərbi hissənin hərbi qulluqçusu sayılan sürücü cavabdeh3 idarə etdiyi hərbi hissəyə məxsus “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 40cı km-liyində Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən avtomobillərin hərəkət yolu ilə üzü Sumqayıt şəhəri istiqamətində yolun soldan 2-ci hərəkət zolağı ilə hərəkətdə olduqdan sonra dəmiryolu keçidinə çatdıqda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla geriyə dönməni qadağan edən yerdən geriyə dönmə manevri edərək yol hərəkəti iştirakçılarına və digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmaqla hadisənin qarşısını almaq iqtidarında olduğu təqdirdə, hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən özünəgüvənərək geriyə dönmə hərəkətini davam etdirərək, eyni istiqamətdə yolun soldan 1-ci hərəkət zolağı ilə düzünə hərəkətdə olan sürücü X4 idarə etdiyi «Temsa» markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə dəmiryol xəttinin üzərində toqquşmaqla avtomobilində sərnişin qismində olmuş hərbi qulluqçu X2 bazu nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol dirsək nahiyyəsinin sıyrılmış yarası, sol ayağın yumşaq toxumalarının əziyi ilə sağlamlığa zərər vurmayan, dərəcəsinə görə dərəcəsi təyin edilməyən xəsarətlər alması ilə müşahidə olunan və maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. DİN Sumqayıt şəhər DYPŞ-nın TP ******* saylı, ##.##.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh3 ##.##.2024-cü il tarixdə Bakı-Quba yolunun 40-cı km-də “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən yol-nəqliyyat hadisəsində hərbi qulluqçu olmuş cavabdeh3 təqsiri müəyyən edilmədiyi üçün iddiaçı İddiaçı ASC-nin Azərbaycn Respublikası Müdafiə Nazirliyinə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası rədd edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Cavabdeh cavabdeh2 N saylı hərbi hissəsinin nümayəndəsi nümayəndə1 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.

9. İddiaçının nümayəndəsi nümayəndə3 məhkəmə kollegiyasının iclasında izahat verərək məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

12. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il Qərarı: “Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.”

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

-Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; -Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin halları ilə müəyyən edilir ki, Avtonəqliyyat vasitələrinin tam sığortası Şəhadətnaməsinə əsasən “xxxx” MMC-yə məxsus **TA*** dövlət qeydiyyat nişanlı, “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2026-cı il tarixinədək müddətə sığortalanmış və bu barədə MC-MİC- 0977/23- MC-MİC-0981/23 nömrəli sığorta şəhadənaməsi verilmişdir.

19. Sumqayıt şəhər Polis İdarəsinin ##.##.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı sürücüsü olmuş cavabdeh3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surətinin Sumqayıt ŞPl-nin DYPŞ-nə göndərilməsi qərara alınmış, dəymiş maddi ziyanla bağlı mübahisələr yarandıqda, mülki mühakimə qaydasında mülki iddia qaldırmaq yolu ilə məhkəməyə müraciət etmək hüququ tərəflərə izah edilmişdir. Həmin qərarın məzmunundan müəyyən edilir ki, “##.##.2024-cü il tarixdə saat 12:30 radələrində Bakı-Quba yolunun 40-cı km-də Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi ərazisində «xxxx» MMC-yə məxsus «Temsa» markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə cavabdeh2 N nömrəli hərbi hissəyə təhkim edilmiş “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması və sonuncu avtomobildə sərnişin qismində olmuş hərbi qulluqçu R X2 xəsarət alması faktı əsasında cavabdeh2 5-ci Təhqiqat Bölməsində toplanmış material ##.##.2024-cü il tarixli, **** nömrəli məktubla ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt ŞPl-yə göndərilmiş, ##.##.2024-cü il tarixdə araşdırılması üçün təhqiqatçı, polis Rı Səadət Qənbərovun icraatına qəbul edilmişdir.

20. Aparılmış təhqiqatla müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixdə saat saat 12:30 radələrində cavabdeh2 N nömrəli hərbi hissənin hərbi qulluqçusu sayılan sürücü cavabdeh3 idarə etdiyi, hərbi hissəyə məxsus “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 40-cı km-liyində Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən avtomobillərin hərəkət yolu ilə üzü Sumqayıt şəhəri istiqamətində yolun soldan 2-ci hərəkət zolağı ilə hərəkətdə olduqdan sonra dəmiryolu keçidinə çatdıqda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla geriyə dönməni qadağan edən yerdən geriyə dönmə manevri edərək yol hərəkəti iştirakçılarına və digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmaqla hadisənin qarşısını almaq iqtidarında olduğu təqdirdə, hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən özünəgüvənərək geriyə dönmə hərəkətini davam etdirərək eyni istiqamətdə yolun soldan 1-ci hərəkət zolağı ilə düzünə hərəkətdə olan sürücü X4 idarə etdiyi «Temsa» markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə dəmiryol xəttinin üzərində toqquşmaqla avtomobilində sərnişin qismində olmuş hərbi qulluqçu X2 bazu nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol dirsək nahiyyəsinin sıyrılmış yarası, sol ayağın yumşaq toxumalarının əziyi ilə sağlamlığa zərərvurmayan, dərəcəsinə görə dərəcəsi təyin edilməyən xəsarətlər alması ilə müşahidə olunan və maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir.

21. Beləliklə, yuxarıda təsvir olunan yol-nəqliyyat hadisəsi faktına dair aparılmış təhqiqat zamanı toplanmış sübutların məcmusuna əsasən, yol-nəqliyyat hadisəsi yerinə baxışın nəticələrindən, alınmış izahatlardan, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın ekspert rəyindən və iş üzrə toplanmış digər sübutlardan “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı sürücü olmuş cavabdeh3 idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci, 12-ci və 13-cü maddəsinin tələblərinə uyğunsuzluq olduğu, bu maddələrin tələblərinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu tam sübuta yetirildiyindən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə zərurət yaranmamışdır.”

22. DİN Sumqayıt şəhər DYPŞ-nın TP ******* saylı, ##.##.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh3 ##.##.2024-cü il tarixdə Bakı-Quba yolunun 40-cı km-də “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq olunmuşdur.

23. İddiaçı ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli Sığorta aktından görünür ki, “xxxx 2023”-yə məxsus **-TA-*** dövlət qeydiyyat nişanlı, “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsinə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş, 18.533 manat məbləğində zərər müəyyən edilmişdir.

24. İddiaçı ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirməsinə dair hesabatdan görünür ki, **-TA-*** dövlət qeydiyyat nişanlı, “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 18.533 manat müəyyən edilmişdir.

25. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən “xxxx” LLC-nin hesabına 18.533 (on səkkiz min beş yüz otuz üç) manat məbləğində sığorta ödənişi edilmişdir. N. N nömrəli hərbi hissə komandirinin *** nömrəli, ##.##.2025-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Xüsusi əməliyyat taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3, "İntizam nizamnaməsi"nin 50-ci maddəsinin "z" bəndinə (xidmət müddəti başa çatmamış) və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, ##.##.2025-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Lerik Rayon Şöbəsinə göndərilməsi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3 ehtiyata buraxılması ilə əlaqədar vəzifə maaşının 0,5 misli miqdarında çıxış müavinatı ödənilməsi əmr edilmiş, qeyd olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3, 2025-ci ilin yanvar-avqust aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2017-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq birdəfəlik pul mükafatını almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3 2025-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2025-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib. Məzuniyyət pulu ilə təmin olunub.

27. İşin halları ondan ibarətdir ki, İddiaçı ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanan **TA*** dövlət qeydiyyat nişanlı, “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsinə ##.##.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh2 N nömrəli hərbi hissənin hərbi qulluqçusu cavabdeh3 idarə etdiyi “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşması nəticəsində zərər dəymişdir. İddiaçı ASC tərəfindən **TA*** dövlət qeydiyyat nişanlı, “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyana görə sığorta ödənişi edilmiş, hazırda ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulması xahiş edilir.

28. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ##.##.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh2 N nömrəli hərbi hissənin hərbi qulluqçusu cavabdeh3 təqsirinin olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır.

30. Bellə ki, DİN Sumqayıt şəhər DYPŞ-nın TP ******* saylı, ##.##.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh3 ##.##.2024-cü il tarixdə Bakı-Quba yolunun 40-cı km-də “UAZ” markalı, D***QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq olunmuşdur.

31. cavabdeh3 təqsiri Sumqayıt şəhər Polis İdarəsinin ##.##.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə təsdiq edilir.

32. İddiaçı ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli Sığorta aktına əsasən “xxxx 2023”-yə məxsus **-TA-*** dövlət qeydiyyat nişanlı, “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsinə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhərində ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş, 18.533 manat məbləğində zərər müəyyən edilmişdir.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Mülki Məcəllənin 936-cı maddəsinə əsasən baş vermiş sığorta hadisəsi nəticəsində ödəmiş olduğu sığorta ödənişini – hadisənin törədilməsində təqsirli olan cavabdeh3 subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır.

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il Qərarında qeyd edilir ki, “...istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.”

35. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin *** nömrəli, ##.##.2025-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Xüsusi əməliyyat taborunun madditexniki təminat taqımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3, "İntizam nizamnaməsi"nin 50-ci maddəsinin "z" bəndinə (xidmət müddəti başa çatmamış) və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, ##.##.2025-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Lerik Rayon Şöbəsinə göndərilməsi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3 ehtiyata buraxılması ilə əlaqədar vəzifə maaşının 0,5 misli miqdarında çıxış müavinatı ödənilməsi əmr edilmiş, qeyd olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3, 2025-ci ilin yanvar-avqust aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2017-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq birdəfəlik pul mükafatını almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3 2025-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2025-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib. Məzuniyyət pulu ilə təmin olunub.

36. İşin hallarında müəyyən edildiyi kimi, hadisə baş verən zaman əsgər cavabdeh3 N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş, Xüsusi əməliyyat taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü işləmiş, N nömrəli hərbi hissə komandirinin *** nömrəli, ##.##.2025-ci il tarixli əmrinə əsasən, ehtiyata buraxılmışdır.

37. Məhkəmə kollegiyası hərbi hissələrin müstəqil hüquqi şəxs olmadığını və cavabdeh2 tabeliyində olmasını və Mülki Məcəllənin 1099-cu maddəsinin tələbini nəzərə alaraq iddiaçı İddiaçı ASC-nin sığorta ödənişinin cavabdehlər cavabdeh3 və cavabdeh2 müştərək qaydada almaq hüququnun olması barədə birinci instansiya məhkəməsinin mövqeyini ədalətli hesab edir.

38. cavabdeh2 apellyasiya şikayətinin dəlili odur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh3 təqsirli olması işin halları ilə müəyyən edilmir, bu səbəbdən idda tələbi təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3 baş vermiş hadisə ilə bağlı təqsirinin olması sübuta yetirilmiş, əksinə Müdafiə Nazirliyi tərəfindən sözügedən şəxsin təqsirsiz olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar