Məhkəmə qərarları › İş №2(3-6)-3153/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3153/2026

31.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3153/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: cehiz əşyaların mənzildən çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçı Səlimov Filman Əbil oğlunun xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində ##.##.2016-cı il tarixdə ** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2016-cı il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması, X3 ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı, ****** saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və Cavabdeh arasında bağlanmış nikaha ## #### 2023-cü il tarixdə xitam verilmişdir. AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. ünvan 2 ünvanında mövcud olan əşyalar barədə ##.##.2026-cı il tarixli aktdan görünür ki, iddia ərizəsində qeyd olunan əşyaların (1 ədəd Panasonic televizor, 1 ədəd Panasonic DVD player, 1 ədəd televizor altlığı dəst, 1 ədəd ev telefonu, 1 ədəd qonaq otağı üçün masa, 6 ədəd oturacaq (stul), 1 ədəd divan və 2 ədəd kreslo, 4 ədəd pərdə, 3 otaq üçün pərdə, 1 ədəd ağ rəng bogema güldan, 1 ədəd bogema meyvə qabı, 2 ədəd konfet qabı, 2 ədəd sadə böyük bokal, 1 ədəd lepka güldan, 2 ədəd qızıl rəng bogema rumka, 1 ədəd vannası ilə paltar setkası, 1 ədəd yataq dəsti yataq otağı üçün, 1 ədəd gecə lampası (noçnik), 1 ədəd divar üçün plakat, 1 ədəd divar saatı, 7 ədəd çilçıraq (lüstr), uşaq məktəb ləvazimatı və geyim əşyaları, cavabdehə məxsus geyim əşyaları, 6 ədəd əlavə oturacaq (stul), 4 ədəd yorğan-döşək dəsti, 8 ədəd balınc, 1 ədəd uşaq yatağı, 1 ədəd uşaq dolabı (qarderob), 1 ədəd ütü və ütü masası, 6 ədəd xalça, 1 ədəd soba, cavabdehə aid ayaqqabılar, uşaqlara aid ayaqqabılar, 1 ədəd LG markalı soyuducu, 1 ədəd LG markalı paltaryuyan, 1 ədəd qaz plitəsi (Sosler), 1 ədəd mətbəx üçün havalandırma (Sosler), mətbəx mebeli, 1 ədəd mətbəx masası və 4 ədəd oturacaq, 1 ədəd mətbəx çanaxı (rakovina), 127 ədəd qab-qacaq, 3 ədəd çaydan, 3 ədəd su qrafini, 27 ədəd balaca qaşıq, 14 ədəd boyük qaşıq, 1 ədəd çörək qabı, 14 ədəd masqura, 11 ədəd mətbəx üçün dəsmal, 7 ədəd ədviyyat qabı, 1 ədəd dəmir çörək qabı, 2 ədəd tyorka, 1 ədəd qaşıq çemodan, 1 ədəd yekə aluminium qazan, 1 ədəd çuqun ləyən, 2 ədəd aşsüzən, 1 ədəd qazan dəsti, 1 ədəd ət taxtası, 1 ədəd çaynik dəsti, 1 ədəd stəkan dəsti, 1 ədəd blender, 1 ədəd kofemolka, 1 ədəd keks qabı, 1 qutu dondurma qabı, 2 qutu sok stəkanı, 1 ədəd ləpəçərəz qabı, 3 qutu nəlbəki, 1 qutu rumka, 2 qutu stəkan, 2 qutu razetka, 1 qutu duz qabı, 1 qutu armudu stəkan, 1 qutu nəlbəki, 4 ədəd bogema konfet qabı, 4 ədəd tək qulp tava) həmin mənzildə olduğunu Şahid, Məmmədov Asəf, Aslanov Faiq öz imzaları ilə təsdiq etmişlər. Yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2026-cı il tarixli ******* nömrəli arayışdan görünür ki, iddiaçı İddiaçı məxsus ünvan 2 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26A, * saylı mənzildən cavabdeh Cavabdeh məxsus aşağıdakı əşyaların: 1 ədəd Panasonic televizor, 1 ədəd Panasonic DVD player, 1 ədəd televizor altlığı dəst, 1 ədəd ev telefonu, 1 ədəd qonaq otağı üçün masa, 6 ədəd oturacaq (stul), 1 ədəd divan və 2 ədəd kreslo, 4 ədəd pərdə, 3 otaq üçün pərdə, 1 ədəd ağ rəng bogema güldan, 1 ədəd bogema meyvə qabı, 2 ədəd konfet qabı, 2 ədəd sadə böyük bokal, 1 ədəd lepka güldan, 2 ədəd qızıl rəng bogema rumka, 1 ədəd vannası ilə paltar setkası, 1 ədəd yataq dəsti yataq otağı üçün, 1 ədəd gecə lampası (noçnik), 1 ədəd divar üçün plakat, 1 ədəd divar saatı, 7 ədəd çilçıraq (lüstr), uşaq məktəb ləvazimatı və geyim əşyaları, cavabdehə məxsus geyim əşyaları, 6 ədəd əlavə oturacaq (stul), 4 ədəd yorğan-döşək dəsti, 8 ədəd balınc, 1 ədəd uşaq yatağı, 1 ədəd uşaq dolabı (qarderob), 1 ədəd ütü və ütü masası, 6 ədəd xalça, 1 ədəd soba, cavabdehə aid ayaqqabılar, uşaqlara aid ayaqqabılar, 1 ədəd LG markalı soyuducu, 1 ədəd LG markalı paltaryuyan, 1 ədəd qaz plitəsi (Sosler), 1 ədəd mətbəx üçün havalandırma (Sosler), mətbəx mebeli, 1 ədəd mətbəx masası və 4 ədəd oturacaq, 1 ədəd mətbəx çanaxı (rakovina), 127 ədəd qab-qacaq, 3 ədəd çaydan, 3 ədəd su qrafini, 27 ədəd balaca qaşıq, 14 ədəd boyük qaşıq, 1 ədəd çörək qabı, 14 ədəd masqura, 11 ədəd mətbəx üçün dəsmal, 7 ədəd ədviyyat qabı, 1 ədəd dəmir çörək qabı, 2 ədəd tyorka, 1 ədəd qaşıq çemodan, 1 ədəd yekə aluminium qazan, 1 ədəd çuqun ləyən, 2 ədəd aşsüzən, 1 ədəd qazan dəsti, 1 ədəd ət taxtası, 1 ədəd çaynik dəsti, 1 ədəd stəkan dəsti, 1 ədəd blender, 1 ədəd kofemolka, 1 ədəd keks qabı, 1 qutu dondurma qabı, 2 qutu sok stəkanı, 1 ədəd ləpəçərəz qabı, 3 qutu nəlbəki, 1 qutu rumka, 2 qutu stəkan, 2 qutu razetka, 1 qutu duz qabı, 1 qutu armudu stəkan, 1 qutu nəlbəki, 4 ədəd bogema konfet qabı, 4 ədəd tək qulp tavanın məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26A, * saylı mənzil onun mülkiyyətindədir. X1 ilə cavabdeh Cavabdeh ## ###### 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, ailə qurduqdan sonra həmin mənzildə yaşamışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2023- cü il tarixli qətnaməsi ilə onların aralarında olan nikah pozulmuş, uşağın cavabdehin himayəsində qalması müəyyən edilmiş, uşağın saxlanması üçün aliment təyin edilmişdir. Nikah pozulduqdan bir müddət sonra, 2025-ci ilin sentyabr ayında cavabdeh mənzili tərk edərək uşaqla birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən, valideynlərinə məxsus evə getmişdir və hazırda da orada yaşayır. Lakin cavabdeh mənzildən gedərkən iddia ərizəsində göstərilən əşyaları özü ilə aparmamış, həmin əşyalar mənzildə qalmışdır. Sözügedən əşyaların mənzildən çıxarılması ilə bağlı dəfələrlə ona, atasına, qardaşına dəfələrlə məlumat verilsə də, cavabdeh tərəf əşyaları götürməkdən yayınmışdır. Cavabdehə məxsus əşyaların ona məxsus mənzildə qalması onun üçün ciddi problemlər yaradır. Belə ki, həyat yoldaşı ağır xəstədir, onun müalicəsi üçün təcili surətdə mənzili satmaq istəyir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh onun qızıdır, iddia ərizəsində qeyd olunan əşyalar həqiqətən cavabdehə məxsusdur. Lakin cavabdeh mənzildən 2025-ci ilin sentyabr ayında məcburi çıxarılıb, mənzildən çıxarılandan sonra əşyaları götürmək istəsə də, iddiaçı buna mane olub. Bundan əlavə, aralarında alimentə və pul tələbinə dair mübahisə yaranıb. Ona görə də hazırda iddia tələbinə etiraz edir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, iddiaçı ilə ailəvi dost olduğuna görə tərəfləri yaxşı tanıyır, cavabdeh iddiaçının keçmiş gəlinidir, iddiaçıya məxsus mənzildə dəfələrlə olmuşdur. Cavabdeh mənzildən gedəndə əşyalarını özü ilə aparmamışdır, iddiaçı həmin əşyaların götürülməsini tələb etsə də, cavabdehə məxsus əşyalar bu günə qədər həmin mənzildədir. Mənzildə qalan, cavabdehə məxsus əşyalar barədə akt onun iştirakı ilə tərtib olunmuşdur, aktda qeyd olunan əşyalar həqiqətən mənzildədir, aktın doğruluğunu bir daha təsdiq edir, akt dekabr və ya yanvar ayında tərtib edilib, dəqiq tarixini xatırlamır, hacı olduğuna görə yalan danışmır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26A, * saylı mənzildən cavabdeh Cavabdeh məxsus aşağıdakı əşyaların: 1 ədəd Panasonic televizor, 1 ədəd Panasonic DVD player, 1 ədəd televizor altlığı dəst, 1 ədəd ev telefonu, 1 ədəd qonaq otağı üçün masa, 6 ədəd oturacaq (stul), 1 ədəd divan və 2 ədəd kreslo, 4 ədəd pərdə, 3 otaq üçün pərdə, 1 ədəd ağ rəng bogema güldan, 1 ədəd bogema meyvə qabı, 2 ədəd konfet qabı, 2 ədəd sadə böyük bokal, 1 ədəd lepka güldan, 2 ədəd qızıl rəng bogema rumka, 1 ədəd vannası ilə paltar setkası, 1 ədəd yataq dəsti yataq otağı üçün, 1 ədəd gecə lampası (noçnik), 1 ədəd divar üçün plakat, 1 ədəd divar saatı, 7 ədəd çilçıraq (lüstr), uşaq məktəb ləvazimatı və geyim əşyaları, cavabdehə məxsus geyim əşyaları, 6 ədəd əlavə oturacaq (stul), 4 ədəd yorğan-döşək dəsti, 8 ədəd balınc, 1 ədəd uşaq yatağı, 1 ədəd uşaq dolabı (qarderob), 1 ədəd ütü və ütü masası, 6 ədəd xalça, 1 ədəd soba, cavabdehə aid ayaqqabılar, uşaqlara aid ayaqqabılar, 1 ədəd LG markalı soyuducu, 1 ədəd LG markalı paltaryuyan, 1 ədəd qaz plitəsi (Sosler), 1 ədəd mətbəx üçün havalandırma (Sosler), mətbəx mebeli, 1 ədəd mətbəx masası və 4 ədəd oturacaq, 1 ədəd mətbəx çanaxı (rakovina), 127 ədəd qab-qacaq, 3 ədəd çaydan, 3 ədəd su qrafini, 27 ədəd balaca qaşıq, 14 ədəd boyük qaşıq, 1 ədəd çörək qabı, 14 ədəd masqura, 11 ədəd mətbəx üçün dəsmal, 7 ədəd ədviyyat qabı, 1 ədəd dəmir çörək qabı, 2 ədəd tyorka, 1 ədəd qaşıq çemodan, 1 ədəd yekə aluminium qazan, 1 ədəd çuqun ləyən, 2 ədəd aşsüzən, 1 ədəd qazan dəsti, 1 ədəd ət taxtası, 1 ədəd çaynik dəsti, 1 ədəd stəkan dəsti, 1 ədəd blender, 1 ədəd kofemolka, 1 ədəd keks qabı, 1 qutu dondurma qabı, 2 qutu sok stəkanı, 1 ədəd ləpəçərəz qabı, 3 qutu nəlbəki, 1 qutu rumka, 2 qutu stəkan, 2 qutu razetka, 1 qutu duz qabı, 1 qutu armudu stəkan, 1 qutu nəlbəki, 4 ədəd bogema konfet qabı, 4 ədəd tək qulp tavanın cavabdeh Cavabdeh tərəfindən məcburi qaydada çıxarılması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 2 iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu ilə ##.##.2016-cı il tarixdə rəsmi nikah bağlamış, həmin nikaha ##.##.2023-cü il tarixdə xitam verilmişdir. 2025-ci ilin sentyabr ayından cavabdeh uşağı ilə birlikdə öz valideynlərinin evində yaşayır. İddia ərizəsində qeyd olunan əşyaların cavabdehə məxsusluğu və hazırda iddiaçının mənzilində olduğu tərəflər arasında mübahisə doğurmur, eyni zamanda şahid ifadəsi və iş materiallarında olan yazılı sübutlarla təsdiq olunur. Hazırda iddiaçı ona məxsus mənzildən həmin əşyaların çıxarılmasını özünün ailə üzvü olmayan və uzun müddətdən bəri göstərilən mənzildə yaşamayan cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə etiraz edir, həmin etirazın əsasları isə mənzildən istifadə ilə bağlı deyildir. Qeyd olunan hallara, mülki iş üzrə sübutlara və müvafiq qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin etirazı mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olduğundan, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.1, 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1, 9.1, 30.4, 36.6-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarına, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya (Avropa İnsan Hüquqları Konvensiyası) Əlavə * saylı Protokolun 1-ci maddəsinə istinadla əsaslanmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26A, * saylı mənzildən cavabdeh Cavabdeh məxsus əşyaların çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir. Qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir. İddiaçının X1 ilə Cavabdeh ## ###### 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan doğulmuş ##.##.2016-cı il təvəllüdlü X2 adlı bir övladı vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşağın ananın yanında qalması və uşağın saxlanması üçün aliment təyin edilmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, nikah pozulduqdan sonra uşağı ilə birlikdə bir müddət atasının evində yaşayıblar. Lakin övladının təhsil aldığı *** saylı məktəbi dəyişməmək üçün iddiaçının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26 ünvanında yerləşən mənzilin bir otağına yerləşərək orada yaşamağa başlayıblar. İddiaçı göstərir ki, “cavabdeh mənzildən gedərkən iddia ərizəsində göstərilən əşyaları özü ilə aparmamış, həmin əşyalar mənzildə qalmışdır. Sözügedən əşyaların mənzildən çıxarılması ilə bağlı dəfələrlə ona, atasına, qardaşına dəfələrlə məlumat verilsə də, cavabdeh tərəf əşyaları götürməkdən yayınmışdır.” İddia ərizəsində qeyd olunan əşyalar həqiqətən Cavabdeh məxsusdur. Lakin siyahıda göstərilən əşyaların miqdarı, sayı və dəyəri dəqiq göstərilməmişdir. Həmçinin həmin siyahıda göstərilən əşyalardan başqa da, həmin mənzildə onun digər çoxlu sayda ev əşyaları, mətbəx əşyaları, uşağına və özünə məxsus olan geyim əşyaları, uşağının məktəb ləvazimatları, pulu və qızıl zinət əşyaları da qalmışdır. Lakin cavabdeh həmin əşyaları bu siyahıya daxil etməmişdir. Bu günə qədər də iddia ərizəsində qeyd edilən əşyaların, o cümlədən digər əşyalarının götürülməsi ona təklif edilməmiş, hətta götürməyinə maneçilik törədilmişdir. Belə ki, o nikah pozulduqdan sonra uşağına görə iddiaçının mənzilində yaşadığı vaxtlarda iddiaçının oğlu, keçmiş həyat yoldaşı Əbil Səlimov ona bir neçə ay aliment tələb etməməsini demişdir. Bundan sonra Əbil Səlimov ona bir dəfə 1.000 manatlıq, bir dəfə də 900 manatlıq pul qəbzini göstərərək guya aliment ödənişi etdiyini bildirmişdir. Lakin sonradan ona məlum oldu ki, həmin ödənişləri o yenidən mobil tətbiq vasitəsi ilə öz bank kartına qaytarmışdır. Səlimov Əbilin bu əməlinin üstü açıldıqdan sonra o bu barədə icra məmuruna məlumat vermişdir. Səlimov Əbilin aliment adı ilə onun kartına göndərdiyi pul vəsaitlərini yenidən özünə qaytarması barədə icra məmuruna şikayət etdiyinə görə 21 sentyabr gecə yarısı saat 02:00 radələrində iddiaçı İddiaçı və onun X1 onu və uşağını yatdıqları yerdən qaldıraraq evdən qovmuşlar. O uşağı ilə birlikdə gecə yarısı qovularkən evdən heç bir lazımi, zəruri əşyalarını belə özü ilə götürə bilməmişdir. Uşağına və ona lazım olan ən zəruri geyim paltarları, uşağının geyim və məktəb ləvazimatları, özünə məxsus olan pul və qızıl zinət əşyaları evdə qalmışdır. Ona görə də elə həmin günü təxminən saat 15:00 radələrində qovulduqları evə anası ilə birlikdə getmiş, lakin mənzilin giriş qapısının kilidinin dəyişdirildiyini görmüşdür. Ona görə də əşyalarını götürə bilməmişdir. Bundan sonra Yasamal rayon 29-cu Polis Bölməsinə bu barədə şikayət etmişdir. Lakin İddiaçı və Səlimov Əbil polisə də əhəmiyyət verməyərək qapını açmamış və əşyalarını qaytarmaqdan imtina etmişlər. İş materiallarında olan ünvan 2 ünvanında mövcud olan əşyalar barədə ##.##.2026-cı il tarixli akta istinad edərək göstərir ki, qeyd edilən əşyaların həmin mənzildə olduğunu Şahid, Məmmədov Asəf, Aslanov Faiq öz imzaları ilə təsdiq etmişlər. Qeyd etmək istəyir ki, əşyaların mənzildə olmasını qarşı tərəf də təsdiq edir. Bu o deməkdir ki, onun mənzildə olan digər əşyalarını iddiaçı bu akta yazmamışdır və buna görə şahid dəvət etmişdir ki, guya şahidlər onun siyahısını təsdiq edirlər. Amma bu öz-özlüyündə onu göstərir ki, akt saxtadır və şahidlərin ifadəsi iş üzrə sübut rolunu oynaya bilməz. Hesab edir ki, məhkəmə yerində baxış keçirərək, siyahıda qeyd edilən əşyaların sayının müəyyən edilməsi və qarşı tərəf olaraq qeyd etdikləri əşyaların da orada olub-olmamasını müəyyən etməli idi. Nəticə etibarı ilə iddiaçı öz siyahısına düzəliş və artırma etməlidir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə ## ###### 2015-ci il və F.Şirinovun şikayəti üzrə ## ###### 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə ## ##### 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tələbi təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan mənzildən cavabdehə məxsus əşyaların çıxarılmasını, bununla da cavabdehin qanunsuz sahibliyində olan mənzilinin geri qaytarılmasını tələb edir. İddia tələbinə etiraz edən cavabdeh iddia ərizəsində qeyd olunan əşyaların ona məxsus olmasını, əşyaların tərəfindən götürülməsində maneələrin mövcud olmasını bildirməklə yanaşı, hazırda iddianın təmin edilməsinə etirazının səbəbini iddiaçı tərəfindən ona məxsus olan bütün əşyaların ona qaytarılmaması ilə izah edir. Kollegiya qeyd edir ki, özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi hüquqi dildə vindikasiya iddiası (vindicatio) adlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüququna malikdir. İstinad olunan maddi hüquq normasının tələbinə görə iddianı yalnız əmlakın qanuni mülkiyyətçisi (və ya qanuni əsaslarla ona sahiblik edən şəxs) qaldıra bilər. Əmlakı əlində saxlayan şəxsin həmin əmlaka sahib olmaq üçün heç bir hüquqi əsası olmamalıdır. Tələb olunan əmlak natural formada (faktiki olaraq) mövcud olmalıdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh hər hansı bir hüquqi əsası olmadan özünə məxsus əşyaları iddiaçının mülkiyyətində olan mənzildə saxlamaqla sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququ olduğundan, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçinin qəsd edəndən bu hərəkətlərə son qoymasına sonuncu tərəfindən əməl edilmirsə, bu cür hərəkətlərə son qoyulmasını mülkiyyətçi məhkəmə vasitəsilə qəsd edəndən tələb etmək hüququna malik olduğundan iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərinin tam həcmdə təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar