Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3335/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İltifat qızının cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı İltifat qızının, İddiaçı İddiaçı İltifat qızının nümayəndəsi (atası) Əliyev İltifat Sabir oğlunun iştirakı ilə, İddiaçı İddiaçı İltifat qızının cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Cavabdeh ilə Əliyeva Samirə İltifat qızı arasında nikah ##.##.2020-ci il tarixdə * saylı Bakı «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış, nikah bağlanandan sonra arvada “Kazımlı” soyadı verilmişdir. Tərəflərin birgə nikahından ##.##.2023-cü il təvəllüdlü X8 doğulmuşdur. Tibbi sənədlərdən görünür ki, ##.##.2023-cü il təvəllüdlü X8 “Niemann-Pick C1” (NPC1) xəstəliyindən əziyyət çəkir. Bakı * saylı Mediasiya təşkilatının ##.##.2026-cı il tarixli, MŞB/*-***** saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı İddiaçı İltifat qızı ##.##.2026-cı il tarixə, saat 11:00-a təyin edilmiş mediasiya prosesinə gəlmiş, cavabdeh Cavabdeh isə mediasiya prosesinə gəlməmişdir. İddiaçı İddiaçı İltifat qızı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Azərbaycan Respublikası Pediatriya Mərkəzi publik hüquqi şəxsinin X13 ##.##.2025-ci il tarixli, ********* nömrəli resept blankından görünür ki, X8 “Epinexx”, “Dalivit plus” və s. dərmanları yazılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı İltifat qızı cavabdeh Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Cavabdeh hər ay 400 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı İltifat qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh ilə ##.##.2020-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Rəsmi nikahdan doğulmuş ##.##.2023-cü il təvəllüdlü X8 adlı bir övladları var. Cavabdeh Cavabdeh tərəfindən onun və ağır xəstə olan övladı Rüqəyyanın hüquqları pozulur. X6 üç yaşındadır. Övladı “Niemann-Pick C1” (NPC1) adlı nadir və müalicəsi olmayan genetik xəstəlikdən əziyyət çəkir. X3 birinci qrup əlil olmaqla yataq xəstəsidir. Rüqəyyanın udma qabiliyyəti olmadığına görə boru zondu vasitəsi ilə qidalanır. O, öz tüpürcəyini belə uda bilmədiyi üçün hər an boğulma riski mövcuddur. Cavabdehlə rəsmi nikahda olmalarına baxmayaraq cavabdeh uşağın saxlanılmasında yaxından iştirak etmir. Bu səbəbdən də, məhkəməyə müraciət edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər ay 400 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilsin. Məhkəmədən qızının həyatı vəziyyətinin, zondla qidalanmasının və 1-ci qrup əlil olmasının nəzərə alınmasını xahiş edir. İddiaçı İddiaçı İltifat qızı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2023-cü il təvəllüdlü X8 üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı İltifat qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində (300 manat:400 manat = 0,75 misli) sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 56 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərcinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı İltifat qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh övladının saxlanılması üçün maddi yardım göstərmədiyindən iddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında cavabdehdən aliment tələb edir. Ölkə üzrə müəyyən edilən minimum əmək haqqı 2025-ci il üçün 400 manat təşkil edir. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə ## #### 2026-cı il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, aliment təyin edilərkən 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2023-cü il təvəllüdlü X8 üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı İltifat qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində (300 manat/400 manat = 0,75 misli) sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, iddiaçı cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 76, 100.2-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» ** saylı Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək alimentin 260 manat həddində təyin edilməsi, məhkəmə xərcləri ilə bağlı məsələnin qanuna müvafiq qaydada həll edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı İltifat qızı cavabdeh Kazımlı Əlihu seyn Əkbər oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mu raciət edərək, ##.##.2023-cu il təvəllu dlu Kazımlı Ru qəyya Əlihu seyn qızının yetkinlik yaşına çatana kimi saxlanılması u çu n cavabdeh Kazımlı Əlihu seyn Əkbər oğlundan hər ay 400 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2023-cu il təvəllu dlu Kazımlı Ru qəyya Əlihu seyn qızının saxlanılması u çu n cavabdeh Kazımlı Əlihu seyn Əkbər oğlundan iddiaçı İddiaçı İltifat qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə u zrə mu əyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində (300 manat / 400 manat =0,75 misli) sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, alimentin təmin olunmuş hissəsinə mu tənasib olaraq 56 manat dövlət ru sumunun cavabdeh Kazımlı Əlihu seyn Əkbər oğlundan tutularaq dövlət bu dcəsinə ödənilməsi, ödənilmiş 50 manat dövlət ru sumu, 50 manat mediasiya xərci və 10 manat kargu zarlıq xərcinin cavabdeh Kazımlı Əlihu seyn Əkbər oğlundan tutularaq iddiaçı İddiaçı İltifat qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sözügedən qətnaməsi əsassızdır və apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qərar qəbul edən zaman Azərbaycan Respublikasında 2026-cı il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun 260 manat müəyyən edildiyini nəzərə almamışdır. Yaşayış minimumdan artıq məbləğdə aliment təyin edilməsini isə qətnaməsinə əsaslandırmamışdır. Ümumilikdə qətnamə qanunvericiliyin tələbləri formal olaraq sadalanmaqla tərtib edilmişdir. Məhkəmə işin ədalətli araşdırılmasını həyata keçirməmiş, onun məhkəmə proseslərində müdafiəsini təşkil etmək üçün elektron kabinetə yerləşdirilmiş sənədlərlə tanış olmaq hüququnu məhdudlaşdırmış, onun tərəfindən elektron kabinetə yerləşdirilmiş ərizəyə əhəmiyyət verməmiş, ərizənin tələblərini yerinə yetirməmiş, iddiaçı tərəfindən elektron kabinetə yerləşdirilmiş sənədləri təhvil almamaqla, onun həmin sənədlərə əlçatımlığını məhdudlaşdırmışdır. Buna görə də, həmin sənədlərlə tanış olmaq imkanı olmadığından ərizə ilə tanış ola bilməmiş, etirazını və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Hazırda kredit öhdəlikləri və yaşlı valideyinlərinin də onunla birlikdə yaşaması nəzərə alınmalı olduğu halda elektron kabinetə əlavə edilmədiyindən həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də hazırda həmin sənədləri məhkəməyə təqdim edir. Məhkəmənin növbəti qanunsuzluğu qətnamənin ikinci səhifəsinin ikinci abzasında da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir “Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla mu əyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.” Lakin, tərəfindən sistemə yerləşdirilmiş ərizələrə münasibət bildirilməməsini qətnaməsində əsaslandırmamış, həmin ərizələri bir növ gizlətməyə çalışmışdır. Bundan əlavə məhkəmənin növbəti qanunsuzluğu isə rüsumların qaytarılması və onların cavabdehdən tutulması ilə bağlı qanunun maddələrini səhv təfsir etməsilə ilə bağlı olmuşdur. Belə ki, iddia qiymətləndirilən iddia olduğu, iddianın qiyməti iddia tələbi ilə illik 4.800 manat, məhkəmənin təmin etdiyi hissədə 3.600 manat olduğu halda, dövlət rüsumunun 56 manat olması ilə bağlı düzgün qənaətə gəlsə də, iddiaçı tərəfindən artıq ödənilmiş 50 manat rüsum və 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərcinin cavabdehdən tutulmasına dair hissədə qətnaməsi qanuni olmamışdır. Belə ki, iddiaçı həmin rüsumu cavabdehdən tələb etmədiyi halda məhkəmə tələbdən kənara çıxaraq rüsumların qaytarılması qənaətinə gəlmişdir. Bundan əlavə, mediasiyada 50 manat rüsum ödəmiş şəxs məhkəmədə həmin hissədə rüsumdan azad edildiyi halda qanunvericiliyin tələblərini bilmədən yenidən ödəniş etmiş, məhkəmə isə həmin rüsumun dövlət büdcəsindən qaytarılması ilə bağlı deyil, cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair qərar çıxarmışdır. Sadə dildə desək, cavabdeh 56 manat rüsum və 10 manat kargüzarlıq xərcini ödəməklə mükəlləf edilməli olduğu halda 166 manatın qanunsuz olaraq ondan tələb edilməsi məhkəməyə etimadın zəifləməsinə gətirib çıxarmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə qarşı iddiaçı İddiaçı İltifat qızının etirazı onunla əsaslandırılmışdır ki, onun cavabdeh Cavabdeh qarşı aliment tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Qeyd edir ki, Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, güya cavabdehin 300 manat aliment ödəməyə imkanı yoxdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar”. Qeyd edir ki, azyaşlı uşaq onun yanındadır. Uşaq xəstə olduğundan o, bütün varlığıyla uşağın qayğısı ilə məşğuldur. Heç bir yerdə işləyə bilmir, çünki uşağın vəziyyəti elədir ki, gərək hər an onu nəzarətdə saxlayasan. Cavabdeh verdiyi şikayətdə yazılanlar tamamilə yalandır və həqiqəti əks etdirmir. Övladları birinci qrup əlildir, genetik xəstəliyi var, bütün günü zondla qidalanır və daimi xüsusi qulluğa ehtiyacı var. Uşağın xərcləri çoxdur, yalnız əsas dərmanı olan “Miglustat” 2 ay yarımdan bir alınır və qiyməti 2.200 manatdır. Bunlardan əlavə “Epinexx”, “Finnipsal” (və ya sudurga dərmanları) və bahalı vitaminlər qəbul edir. Xüsusi uşaqlar üçün qidalanma əvəzi olan “Pediasure” içir, gündə 02 dənə işlədir və hərəsi 06 manatdır. Həmçinin hər həftənin altıncı günü həkim gəlib uşağın zondunu dəyişdirir ki, bunun da hər dəfə ayrıca ödənişi olur. 300 manat aliment bu xərclərin heç 10 faizini də ödəmir. Apellyasiya şikayəti verən şəxsin uşaqla maraqlandığı yalandır. O, uşağı sonuncu dəfə martın 10-da görüb, ondan sonra nə zənglə, nə də başqa cür maraqlanıb. Üstəlik, özü onu və xəstə uşağı yaşadıqları evdən atıb, qapını bağlayıb kilidləyib. Uşağın bütün çətinliyi və ağır yükü təkbaşına onun üstündədir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və məhkəmə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Onun övladı üç yaşındadır. O, “Niemann-Pick C1” (NPC1) adlı nadir və müalicəsi olmayan genetik xəstəlikdən əziyyət çəkir. X4 1-ci qrup əlil olmaqla yataq xəstəsidir. Rüqəyyanın udma qabiliyyəti olmadığına görə burun zondu vasitəsilə qidalanır. O, öz tüpürcəyini belə uda bilmədiyi üçün hər an boğulma riski mövcuddur. Cavabdeh uşağın saxlanmasında yaxından iştirak etmədiyinə və uşağın saxlanması üçün heç bir maddi köməklik göstərmədiyinə görə o, məhkəmədə aliment iddiası qaldırmışdır. Məhkəmə haqlı olaraq qanuna uyğun olaraq ərizəsini təmin edib. Qeyd edilənlərə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı İltifat qızı apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı İltifat qızının nümayəndəsi (atası) Əliyev İltifat Sabir oğlu apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətə qarşı verilən etirazın məzmununa uyğun izahat vermişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh rəsmi qaydada məlumat verilmiş, cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli ərizəsində göstərmişdir ki, apellyasiya şikayətində qətnamənin qanunsuzluğu barədə ətraflı məlumat qeyd etmişdir. Bir daha qeyd edir ki, məhkəmə elektron kabinetə əlavə etdiyi ərizələrə nəzər salmadan və ya onları göz ardı etməklə proses keçirmiş iddiaçının təqdim etdiyi sənədlərə əlçatanlığını təmin etməmişdir. Bundan əlavə məhkəmə qərar qəbul edən zaman 300 manat alimentin təyin edilməsini əsaslandırmamış, uşaqlar üçün yaşayış minimumu 260 manat olduğu halda ona 300 manat aliment təyin etmişdir. Məlumat üçün bildirir ki, bir ata olaraq övladının qayğıları ilə onsuzda məşğul olur. Əlavə olaraq da aliment yükü ilə yüklənməyinin düzgün olmadığını hesab edir. Bundan əlavə iddiaçı qanunvericilklə nəzərdə tutulmuş dövlət rüsumunu ödəməkdən azad edildiyi halda 56 manat rüsum yerinə 100 manat rüsum ödəmiş, məhkəmə isə həm tərəfin ödədiyi 100 manatı onun ona qaytarılmalı olduğu, həm də 56 manat dövlət rüsumunu ona qaytarılmalı olmağı ilə bağlı qərar qəbul etmişdir. Bundan əlavə mediasiya rüsumunun da ondan tutulmasını qərara almışdır. Artıq ödənilmiş rüsumun büdcədən iddiaçıya qaytarılmalı olduğunu nəzərə almayan məhkəmə əlavə olaraq həmin pulların ödənilməsini onun hesabına təmin etməyə çalışmışdır. Bunun isə qanunsuz olduğunu düşünür. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və məhkəmə iclasının onun işin iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 9.3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə ## #### 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli, *-*/**** nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən, cavabdeh qətnaməni təyin edilən alimentin məbləği və məhkəmə xərcləri hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Kollegiya həmçinin qeyd edir ki, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, təyin olunan alimentin 40 manat hissəsi ilə razılaşmayan cavabdeh öz gəlirləri, İ qrup əlil olan yeganə övladının saxlanmasında iştirak etməsi ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Mülki iş üzrə tədqiq olunan sübutlardan isə müəyyən olunur ki, iddiaçı İ qrup əlil olan 3 yaşlı uşağına baxdığı üçün işləyə bilmədiyindən, cavabdeh isə övladının saxlanmasında, müalicəsində iştirak etmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, tərəflərin birgə nikahlarından olan, daimi müalicəyə ehtiyacı olan övladlarının saxlanması üçün birinci instansiya məhkəməsi təyin olunmuş alimentin məbləğini müəyyən edərkən düzgün nəticəyə gəlmiş, məhkəmə xərcləri ilə bağlı məsələ düzgün həll edilmişdir. Bu səbəbdən də, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsinə və ya ləğvinə əsas ola bilməz. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə ilə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-3335/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3335/2026
14.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver