Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3344/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Kayman Adalarının “X5” Şirkətinin Fillialına qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: əmək haqqı) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Kayman Adalarının “X5” Şirkətinin Fillialının nümayəndəsi X10 iştirakı ilə, Işin halları
1. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı ilə Kayman Adalarının “X5” Şirkətinin Fillialı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ##.##.2019-cu il tarixdən xitam verilmişdir.
2. Azərbaycan Respublikası Insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdə ünvanlanmış 2-5/2- *****/**** nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, 2000 – 2019-cu illər ərzində gündəlik iş vaxtından artıq işə cəlb olunma ilə bağlı “xxxx” Əməliyyat Şirkəti tərəfindən ona ödənişin verilməsində köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanlanmış müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Idarəsi tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdə ünvanlanmış *-**-*/*-A-*****/**** nömrəli cavab məktubundan müəyyən olunur ki, müraciətdə qeyd edilən pozuntuların dəqiqləşdirilməsi, izahatın alınması və sübutların təqdim olunması məqsədilə “DOST” Mərkəzinə və ya X6 Xidmətinin Şirvan – X3 dəvət olunması ilə bağlı ərizəçiyə ##.##.2025- ci il tarixli məktub göndərilmiş, lakin ərizəçi araşdırmaya izahatını və sübutlarını təqdim etməmişdir. Müraciətlə əlaqədar olaraq ərizəçiyə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələbinə müvafiq olaraq təqdim edilməsi məqsədilə Kayman Adalarının “X5” Şirkətinin Fillialının ünvanına məktublar göndərilmişdir. Kayman Adalarının “X5” Şirkətinin Fillialı tərəfindən X6 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim olunan sənədlərdən ərizəçi ilə bağlanmış əmək müqaviləsinə ##.##.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi müəyyən edilmişdir. Kayman Adalarının “X4” Şirkətinin Fillialı tərəfindən müvafiq sənədlər tam təqdim edilmədiyi üçün müraciətdə qeyd edilən məsələlərlə aydınlıq gətirilməsi mümkün olmamışdır. Odur ki, müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Idarəsi tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdə ünvanlanmış məktubundan görünür ki, Kayman Adalarının “X4” Şirkətinin Fillialının ünvanına yenidən sorğu məktubu ünvanlanaraq müvafiq sənədlərin təqdim edilmədiyi təqdirdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılmışdır. Kayman Adalarının “X4” Şirkətinin Fillialı tərəfindən sənədlər təqdim edildikdən sonra müraciətin araşdırılmasının nəticəsi barədə iddiaçıya əlavə məlumat veriləcəyi bildirilmişdir.
5. X9 * saylı Mediasiya Təşkilatı tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş MŞŞ/MT***/****-***** nömrəli arayışdan müəyyən olunur ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi ##.##.2025-ci il tarixdə keçirilmiş iddiaçıların 2009 – 2019- cu illər üzrə gündəlik iş saatından (normadan) artıq iş saatı üzrə cavabdeh tərəfindən işlədildiklərinə görə iddiaçılara ödənilməyən ödənişin cavabdeh tərəfindən ödənilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir), qarşı tərəfin səlahiyyətli nümayəndəsinin mediasiya prosesində iştirakınə təmin etmək mümkün olmamışdır. Ilkin mediasiya xərci (120 manat) iddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən ödənilmişdir.
6. Kayman Adalarının “X5” Şirkətinin Fillialı tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş *** nömrəli maliyyə arayışından müəyyən olunur ki, 2009 – 2019-cu illərdə Kayman Adalarının “X5” Şirkətinin Fillialında Quyuların Əsaslı və Yeraltı Təmiri sexində Yeraltı təmir üzrə operator və Quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsində işləmiş İddiaçı 2009- cu təqvim ili üzrə ümumilikdə 6301.53 manat, 2010-cu təqvim ili üzrə ümumilikdə 6238.54 manat, 2011-ci təqvim ili üzrə ümumilikdə 6816.16 manat, 2012-ci təqvim ili üzrə ümumilikdə 6898.70 manat, 2013-cü təqvim ili üzrə ümumilikdə 6952.95 manat, 2014-cü təqvim ili üzrə ümumilikdə 7025.74 manat, 2015-ci təqvim ili üzrə ümumilikdə 7679.49 manat, 2016-cı təqvim ili üzrə ümumilikdə 7524.54 manat, 2017-ci təqvim ili üzrə ümumilikdə 8812.25 manat, 2018-ci təqvim ili üzrə ümumilikdə 9479.68 manat, 2019-cu təqvim ili üzrə ümumilikdə 5292.38 manat məbləğində ödəniş edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Kayman Adalarının “X5” Şirkətinin Fillialına qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009 – 2019-cu il tarixləri dövründə aylıq iş normasından artıq iş saatına görə işlədiyi üçün ödənilməli olan əlavə ödənişlərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh hüquqi şəxsdə 2009–2019-cu illər ərzində müxtəlif vəzifələrdə çalışdığı müddətdə aylıq iş normasından artıq işlədiyi saatlara görə qanunvericiliklə nəzərdə tutulmuş əlavə ödənişlər ona ödənilməmişdir. Hüquqlarının pozulduğunu hesab edən iddiaçı əvvəlcə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X6 Xidmətinə müraciət etmişdir. X6 Xidməti tərəfindən ona izahat və müvafiq sənədlərin təqdim olunmasının zəruri olduğu bildirilmiş, sonradan Şirvan–X3 ilə əlaqə saxladıqda isə sənədlərin elektron qaydada təqdim edilməsinin məqsədəuyğun olduğu izah edilmişdir. Bununla əlaqədar iddiaçı yazılı izahatını, əmək kitabçasının surətini, şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş surətini, eləcə də əvvəlki müraciət və cavab məktublarını elektron poçt vasitəsilə aidiyyəti quruma göndərmişdir. Iddiaçı qeyd etmişdir ki, X6 Xidməti tərəfindən ona ünvanlanmış məktublarda cavabdehdən müvafiq sənədlərin tələb olunduğu, lakin həmin sənədlərin tam təqdim edilmədiyi üçün müraciətdə göstərilən hallara aydınlıq gətirilməsinin mümkün olmadığı bildirilmişdir. Eyni zamanda ona izah edilmişdir ki, əlavə sübutlar təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxıla bilər və bununla yanaşı, məhkəməyə müraciət etmək hüququ vardır. Iddiaçı göstərmişdir ki, tələb olunan sənədləri əldə etmək məqsədilə Ombudsmana, “SOCAR”a, Mərkəzi Banka və digər aidiyyəti qurumlara da müraciətlər etmişdir. Ombudsman Aparatı tərəfindən ona şikayətinin Ombudsmanın səlahiyyətlərinə aid olmadığı və məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. “SOCAR”ın tabeliyində olan şirkət tərəfindən isə cavab məktubunda arxiv sənədlərinin həcminin böyük olması, uzun illəri əhatə etməsi və bəzi sənədlərin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmiş, həmçinin əmək mübahisələri üzrə qanunvericilikdə bir illik müddətin nəzərdə tutulduğu göstərilmişdir. Bununla yanaşı, cavabdeh iş vaxtından artıq iş saatlarına görə ödənişlərin vaxtında həyata keçirildiyini və işçilərin əvvəllər bununla bağlı müraciət etmədiklərini bildirmişdir. Iddiaçı həmçinin qeyd etmişdir ki, Mərkəzi Bankın müraciəti əsasında “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən onun əmək haqqı hesabları üzrə bank çıxarışları təqdim edilmiş, həmin sənədlər X6 Xidmətinə təqdim olunmuşdur. X1 Müfəttişliyi Xidməti tərəfindən cavabdehə yenidən sorğular göndərilmiş, sənədlər təqdim edilmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiq ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Iddiaçı bildirmişdir ki, cavabdeh müəssisədə 7 gün iş, 7 gün istirahət qrafiki ilə çalışmış və həmin iş rejimi nəticəsində bəzi aylarda qanunvericiliklə müəyyən edilmiş aylıq iş vaxtı normasından artıq işləməli olmuşdur. Onun fikrincə, bu artıq işlənmiş saatlara görə əlavə əmək haqqı ödənilməli olduğu halda, 2009–2024cü illər ərzində ona və digər işçilərə belə ödənişlər edilməmişdir. O, yalnız 2024-cü ilin noyabr ayında bəzi işçilərə 2024-cü ilin iyul ayından etibarən “normadan artıq iş saatına görə əlavə ödəniş” verildiyini öyrəndiyini göstərmişdir. Iddiaçı hesab etmişdir ki, X6 Xidmətinin tələb etdiyi “iş vaxtından sonra işə cəlb edilməni təsdiq edən sənədlər” məsələsi düzgün anlaşılmamışdır, çünki söhbət iş vaxtından sonra əlavə işdən deyil, iş vaxtının cəmlənmiş uçotu zamanı aylıq normanın aşılmasından gedir. Iddiaçı əlavə etmişdir ki, artıq işlənmiş saatlar və əmək haqqı ödənişləri ilə bağlı məlumatlar cavabdeh şirkətin elektron sistemində saxlanılır və həmin sistem üzrə araşdırma aparılmaqla işçilərin faktiki iş saatları müəyyən edilə bilər. O, əvvəlcə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsi geri qaytarıldıqdan sonra yenidən məhkəməyə müraciət etmişdir. Bundan başqa, mediasiya qaydasında mübahisəni həll etməyə çalışmış, lakin cavabdeh tərəf mediasiya prosesində iştirak etmədiyindən ona bu barədə arayış verilmişdir. Iddiaçı hesab etmişdir ki, hüquqlarının pozulduğunu yalnız 2024-cü ilin noyabr ayında öyrənmiş, bundan sonra isə aidiyyəti dövlət orqanlarına ardıcıl müraciətlər etmiş, tələb olunan sənədləri toplamağa çalışmışdır. Bu səbəbdən iddia müddətinin ötürülməsinin onun iradəsindən asılı olmadığını, müddətin bərpasının mümkün olduğunu və pozulmuş əmək hüquqlarının məhkəmə qaydasında müdafiə edilməli olduğunu göstərmişdir.
9. Cavabdeh Kayman Adalarının “X5” Şirkətinin Fillialı məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh CavabdehOperating Company" Şirkətinin Filialına qarşı Nəsimi rayon Məhkəməsinə iddia ilə müraciət edərək 2009-2019-cu il tarixləri dövründə aylıq iş normasından artıq iş saatına görə işlədiyi üçün ödənilməli olan əlavə ödənişlərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçı İddiaçı ilə CavabdehOperating Company" Şirkətinin Filialı arasında bağlanmış əmək müqaviləsinə İddiaçı ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci madəsinin 2-ci hissəsinin a) bəndinə əsasən ##.##.2019-cu il tarixdə xitam verilmişdir. Iddiaçı İddiaçı iddia ərizəsinin əsaslandırılma hissəsində qeyd etmişdir ki, artıq iş saatına görə əlavənin ödənilməsi halı ona 2024-cü ilin noyabr ayında məlum olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən - Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunvericilik 1 il iddia müddəti nəzərdə tutmuşdur. Iddiaçı İddiaçı iddia müddətini ötürmüşdür. Iddiaçı İddiaçı eyni tələblə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmişdir. X6 Xidmətinin Bakı Şəhər Idarəsinin sorğusuna CavabdehOperating Company" Şirkətinin Filialı tərəfindən analoji cavab verilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı iddiasının təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) Iddiaçı İddiaçı cavabdeh Kayman Adalarının “X5” Şirkətinin Fillialına qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294, 296-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 119, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsinin təmin edilməməsinə əsaslı səbəb kimi iddiaçının əmək münasibətlərinə xitam verildikdən sonra təxminən 10 il keçdikdən sonra – yalnız 2025-ci ildə aidiyyatı qrumlara müraciətlər etməyə başlamasını göstərmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə bağlı əmək mübahisələri üzrə 1 illik iddia müddəti müəyyən edilmişdir. Həmin müddət əmək münasibətlərinə xitam verildiyi və son hesablaşmanın aparıldığı tarixdən hesablandıqda, iddiaçının məhkəməyə müraciəti açıq-aşkar şəkildə qanunla müəyyən edilmiş müddəti ötürülməsi ilə edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməməsinə münasibətdə maddi hüquq normalrının tətbiqi baxımından səhvə yol verir və həmin normaların şərhin düzgün əsaslandırmır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz olaraq iddiaçının iddia tələbinin “iddiaçıya artıq iş saatına görə əlavənin ödənilməsi” hissəsinə dair münasibət bildirmədiyindən, hesab edir ki, həmin hissəni qəbul edir və bu hal cavabdehin etirazında qeyd etdiyi hallarla bir daha sübuta yetirilir. Ona görə də iddiaçı həmin hissəyə dair münasibət bildirməmişdir. Belə ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən hissəsini cavabdeh tərəfindən qəbul etməsi və həmin hissəyə dair etirazında hər hansı bir etiraz etməməsi, artıq iddiaçını iddia tələbinin əsasını təşkil edən həmin hissəni sübut etməsindən azad edir. Lakin cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə istinad edərək 1 illik iddia müddətinin verilməsi üçün müddətin buraxılmasına istinad etməsi hissəsinə dair həm hüquqi və həm də məntiqi əsaslarla əsaslandırmaqla münasibət bildirilməsi barədə etiraza dair münasibəti yazılı şəkildə birinci instansiya məhkəməsinə təqdim etmişdir. Cavabdeh iddia ərizəsinə ##.##.2026-cı il tarixli etiraz olaraq iddiaçının 2024-cü ilin noyabr ayında şirkətdə işləyən şəxslərə artıq iş saatına görə əlavənin ödənilməsi barədə ödənilməmiş pulların verilməsini xəbər tutmağına baxmayaraq, lakin müəyyən edilmiş 1 illik müddəti ötürdüyünü əsas gətirərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə istinad etmiş və ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını bildirmişdir. Lakin cavabdeh iddiaçının iddia ərizəsi diqqətlə oxuduqda görərdi ki, iddiaçı cavabdeh tərəfindən iddiaçıya artıq iş saatına görə əlavənin ödənilməsi ilə bağlı 2024-cü ilin noyabr ayına kimi bir neçə dəfə cavabdehə şifahi müraciət etdiyini, lakin cavabdeh tərəfindən maliyyə vasəiti ilə əlaqədar ödənilmənin müvəqqəti mümkün olmadığını, gələcəkdə maliyyə vasitinin yaxşılaşması ilə bağlı hallar öz təsdiqini tapdıqda xəbərdar ediləcəyini, amma 2025-ci ilin yanvar ayında ilk olaraq sözügedən məsələ ilə bağlı üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nazirliyin yanında X6 Xidmətinə ərizə ilə müraciət etmişdir. Belə ki, iddiaçıya müstəqil tələb irəli sürməyən şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX-nın ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktublarla cavab verilərək izahatını və aşağıda qeyd edilmiş sənədləri araşdırmaya DƏMX-nin Şirvan-X3 təqdim etməyini və ya yazılı izahatları və aşağıda qeyd edilmiş sənədləri elektron ünvan 1 elektron poçt ünvanına göndərməyini bildimişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən iddiaçıdan tələb edilən müvafiq sənədlər ƏƏSMN-nin yanında X6 Xidmətinin Bakı şəhərinə göndərilmişdir. Məhz həmin sənədlər araşdırıldıqda müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən cavabdehə aidiyyatı məsələ ilə bağlı sorğu məktubları göndərilmişdir. Ikinci əsaslandırma ondan ibarətdir ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən müxtəlif tarixlərdə iddiaçıya ünvanlanmış məktublarında iddiaçının müraciətləri ilə əlaqadar onlara aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinəmüvafiq olaraq təqdim edilməsi məqsədi ilə cavabdeh xxxx Əməliyyat Şirkətinin (Operating Company) ünvanına ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktublar göndərdiylərini, cavabdeh tərəfindən bağlanılmış əmək müqavilələrinə xitam verilmələri ilə bağlı sürətləri göndərsələr də, lakin şirkət tərəfindən iddia edilən hallarla bağlı müvafiq sənədlər tam təqdim edilmədiyindən müraciətində qeyd edilən məsələlərə aydınlıq gətirilməsi mümkün olmadığı, tərəfindən müvafiq sənədlər, sübutlar təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq nəticəsi barədə iddiaçıya məlumat verəcəyini və həmçinin müraciətdə qeyd edilən məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirdiklərdən sonra iddiaçı məhkəməyə müraciət etməyini nəzərə almamışdır. Yuxarıda qeyd etdiyi faktiki halları və hüquqi əsasları qeyd etməkdə məqsədi, birinci instansiya məhkəməsinin cavabdehin etirazının əsaslı olması qənaitinə gələrkən, lakin iddiaçı cavabdehdən iddia tələbində qeyd edilən hallarla əlaqədar müvafiq sənədləri ala bilmədiyindən, Ombudsmana, SOCARA və müstəqil tələb irəli sürməyən şəxs tərəfindən məktublarında iddiaçının əmək haqqından çıxarışları tələb etdiklərinə görə Mərkəzi Banka müxtəlif tarixlərdə ərizələrlə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Ombudsmandan iddiaçıya ##.##.2025-ci il tarixli, 2-5/2- *****/**** nömrəli ünvanlanmış məktubunda “Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 11.1.2-ci maddəsinə əsasən, şikayəti Ombudsmanın səlahiyyətlərinə aid olmadığı üçün həmin məsələ ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilməyini və qeyd edilənlərlə yanaşı, həmin Konstitusiya Qanununun 8.4-cü maddəsinə əsasən, şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən 1 (bir) il müddətində verilməsinin mümkünlüyü bildirilmişdir. Həmçinin cavabdeh “xxxx” OC tərəfindən SOCAR-ın “X14” MMCyə və iddiaçının etibarnamə üzrə nümayəndəsinə ünvanlandığı ##.##.2025-ci il tarixli, **-*/*** nömrəli məktubunda, müstəqil tələb irəli sürməyən şəxsə ünvanlandığı məktubunda, hazırkı məsələ ilə bağlı şirkətdaxili araşdırma aparıldığını, araşdırmanın nəticəsi olaraq müəyyən olunduğunu, müraciət edilən işçilər şirkətdə müxtəlif vaxtlarda və müxtəlif vəzifələrdə çalışdığını, sorğuda tələb edilən sənədlərin həçminin böyüklüyünü, onların geniş müddət diapazonunu (2000-ci ildən başlayaraq) əhatə etdiyini, eləcə də müəyyən edilməsi mümkünsüz olan sənədlərin olduğunu nəzərə alaraq arxiv sənədləri arasında araşdırılaraq müəyyən edilmədiyini, əlavə olaraq məlum olduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunvericilik 1 il illik müddət nəzərdə tutulduğunu bildirmişlər. Lakin sözügedən məsələ ilə bağlı müvafiq sənədləri müstəqil tələb irəli sürməyən üçüncü şəxsə təqdim etmədiklərini nəzərə alamamişdır. Nəticədə iddia ərizəsinin verilməsi üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxsin tələblərinin tam yerinə yetirilməsinin əsası olaraq cavabdehdən iddia tələbindən irəli gələn halların tələb edilməsi üçün müvafiq sənədlərin olmamasına əsasən iddiaçıya pozulmuş hüququmun bərpasına dair məktubunda hər hansı bir qeyd etməmək məcburiyyətində qalmışdır. Əmək haqqının bank hesablarından alınması zərurətin yaranmasına müstəqil tələb irəli sürməyən şəxs tərəfindən iddiaçıya ünvanlanmış müxtəlif tarixli məktublarında tələb etmişlər. Bu səbəbdən də iddiaçının əmək haqqının bank hesabından çıxarışları ##.##.2025-ci il tarixdə müstəqil tələb irəli sürməyən şəxsə mən iddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən təqdim edilməklə ##.##.2025-ci il tarixdə, cavabdehin sosial agenti Sevinc Tağızadə tərəfindən imza atılaraq qəbul etmişlər. Prosedur qaydalarına əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən müvafiq sənədin cavabdehdən alınması ilə əlaqədar aidiyyatı üzrə orqanlara ərizə ilə müraciət edilmiş və sonuncu dəfə müstəqil tələb irəli sürməyən şəxs tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-A-*****/**** nömrəli məktublarda cavabdehdən müvafiq sənədlərin alınmasının mümkün olmadığına görə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Lakin iddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxsə edilmiş ##.##.2025-ci il tarixli məktubuna müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-M*****/**** nömrəli məktubunda onlar tərəfindən cavabdeh Kayman Adaları “X5” Şirkətinin filialın ünvanına sorğu məktubu ünvanladığını və müvafiq sənədlərin təqdim edilmədiyi təqdirdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılması və müvafiq sənədlərin cavabdeh Kayman Adaları “X5” Şirkəti tərəfindən sənədlər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xidmətin Bakı şəhər Idarəsinə təqdim edildikdən sonra müraciətinin araşdırılmasının nəticəsi barədə əlavə məlumat veriləcəyini bildirmişlər. Qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Lakin həmin məktub gəlməmişdən öncə iddiaçı ilk olaraq Şirvan * saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh bir neçə dəfə prosesə gəlmədiyindən, mediasiya tərəfindən ##.##.2025-ci il tarixli, MŞŞ/MT***/****-***** nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Şirvan * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli, MŞŞ/MT***/****-***** nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı aldıqdan sonra iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, 2 (***)-****/**** saylı qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Belə ki, iddia ərizəsinin geri qaytarılmasına səbəb kimi etibarnamə üzrə nümayəndələri olduğu iddiaçılardan birinə münasibətdə məhkəmə tərəfindən tələb təmin, digərinə münasibətdə isə rədd olunacağı təqdirdə bu məhkəmə üçün qeyrimüəyyən bir hala gətirəcəkdir. Bu səbəbdən də iddiaçıların ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları olduğuna görə yenidən iddia ərizələri ilə müraciət etmələri izah edilmişdir. Lakin sözügedən qərardadda iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin etibarnamə üzrə nümayəndələri olduğu iddiaçılara qaytarılması qeyd edilsə də, amma iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmamışdır. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən ##.##.2025-ci il tarixli ərizə ilə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslini və digər müvafiq sənədlərin qaytarılmasının təmin edilməsini xahiş etsə də, lakin müvafiq sənədlər qaytarılmadığı üçün etibarnamə üzrə nümayəndəsi tərəfindən ##.##.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsindən məhkəmə qəbzinə imza atmaqla iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslini və digər müvafiq sənədləri əlbəəl götürmüş və ondan sonra Bakı şəhəri Nəsimi rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, 2 (***)-****/**** saylı qərardadında qeyd edilənləri nəzərə alaraq iddia ərizəsi ilə ayrıca formada Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Iddiaçı ilk olaraq ##.##.2025-ci il tarixdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏƏSMN-nin yanında DƏMX-nin Bakı şəhər idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçıdan müvafiq sənədlər tələb edildiyindən həmin sənədlərin alınması ilə əlaqədar müxtəlif tarixlərdə müxtəlif aidiyyatı orqanlara ərizə ilə müraciət edilmiş, amma həmin aidiyyatı orqanlar tərəfindən müxtəlif tarixlərdə cavab verildikdən sonra həmin sənədlər müstəqil tələb irəli sürməyən üçüncü şəxsə göndərilmiş və onlar tərəfindən də cavabdehə bir neçə dəfə sorğu ünvanlanmasına baxmayaraq hər hansı bir sənədləri göndərməmişlər. Bu barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddiaçıya ünvanlandığı məktublardan da görmək olar. Lakin sonuncu dəfə iddiaçı tərəfindən SOCAR-a ərizə ilə müraciət etdikdən sonra cavabdeh tərəfindən SOCAR-a cavab verilmiş və həmin məktub müstəqil tələb irəli sürməyən üçüncü şəxsə təqdim edildikdən sonra yenidən iddia tələbimin əsasını təşkil edən məsələ ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh yalnız iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinin sürətini göndərmiş, amma sözügedən məsələ ilə bağlı müvafiq sənədləri göndərmədiyindən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən sonuncu dəfə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılması barədə məktub göndərildiyinə dair iddiaçıya müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli məktub ünvanlamış və məhkəməyə müraciət etməyimi tövsiyə etmişlər. Məhz bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, müddətin axımı hesab etsək ki, ilk olaraq ##.##.2025-ci il tarixdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏƏSMN-nin yanında DƏMX-nin Bakı şəhər idarəsinə ərizə ilə müraciət etdiyi tarixdən və yaxud sonuncu dəfə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏƏSMN-nin yanında DƏMX-nin Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli məktub ünvanlandığı tarixdən götürsək, hər iki halda hesab edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cımaddəsinin 4-cü maddəsinin tələblərinə əsasən müəyyən edilmiş 1 illik müddət mən iddiaçı tərəfindən ötürülməmişdir. Eyni zamanda müraciət edən şəxs olaraq hesab edir ki, əmək mübahisələrinə baxılarkən fərdi əmək mübahisələrinə baxan orqanların dairəsini müəyyən edən Əmək Məcəlləsinin 294-cü maddəsi və bu mübahisələrin həllində tətbiq olunan iddia müddətlərini tənzimləyən Əmək Məcəlləsinin 296-cımaddəsi məhkəmə təcrübəsində fərqli yanaşmalara səbəb olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuşdur ki, mübahisə zamanı məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra – X6 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X6 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir. Eyni zamanda Əmək Məcəlləsinin 296cımaddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciət edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin hüquqtətbiqetmə təcrübəsində fərqli yanaşmalara səbəb olduğunu bildirmiş və mübahisə doğuran məsələləri 3 qrupa ayırmışdır: fərdi əmək mübahisələrinə baxan orqan kimi məhkəmələrin də qəbul edilibedilməməsi; buraxılmış müddətin bərpasına dair iddiaçının ərizə verməsinin tələb olunubolunmaması; fərdi əmək mübahisəsinə baxan orqanın mübahisəyə baxması üçün buraxılmış müddəti bərpa etməli olub-olmaması. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294 və 296cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2021-ci iltarixli Qərarında, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalı olduğunu qeyd etdmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Müraciətdə göstərilən müəssisə və hüquqi şəxs ifadələrinə mülki və əmək qanunvericiliklərində fərqli anlayışların verilməsi səbəbindən hüquqtətbiqetmə təcrübəsində yaranan qeyri-müəyyənliklərin aradan qaldırılması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllədə müəyyən olunmuş hüquqi şəxs anlayışı hüququn müxtəlif sahələri ilə bağlı müddəalarda geniş şəkildə istifadə edilir (məsələn, əmək münasibətləri, vergi münasibətləri və s.). Hüquqi təyinatı fərqli olsa da, hüquqi şəxsin yaradılmasının qanunvericiliklə müəyyən edilmiş qaydası mövcuddur. Belə ki, mülki qanunvericiliyə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər (Mülki Məcəllənin 43.1 və 53-cü maddələri). Əmək Məcəlləsinin 3-cümaddəsinin 1-ci hissəsində verilən anlayışa görə isə müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Göründüyü kimi, qanunverici hüquqi şəxsi, onun və xarici hüquqi şəxsin filial və nümayəndəliklərini əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektləri hesab etmişdir. Bu cür yanaşma Əmək Məcəlləsinin və onun tənzimlədiyi əmək hüquq münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən irəli gəlir. Belə ki, mülki hüquq münasibətlərində hüquqi şəxs müqavilənin istənilən bərabərhüquqlu tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir. Mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin tərəflərindən biri mütləq fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Həmçinin əmək münasibətlərinin bir tərəfi olan fiziki şəxs, yəni işçi müəssisədaxili intizam qaydalarına tabe olmalı və əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını şəxsən yerinə yetirməlidir. Münasibətlərin dair qərar çıxarır. Azərbaycan Respublikası MPM-nin 217.3cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması birinci instansiya məhkəməsi qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüqüq normaları о halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanuni səhv təsfir etsin. “Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 8.4-cü maddəsinə əsasən, şikayət ərizəçinin hüquqlarının digər subyekti olan işəgötürən isə işçiyə müvafiq işi təqdim etməli, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etməli və əməyinin qarşılığını ödəməlidir. Qanunverici fərdi əmək mübahisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən isə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Müraciətdə göstərilmişdir ki, əmək mübahisələri ilə bağlı işlərdə iddiaçıların (işçilərin) məhkəməyə müraciət etməzdən əvvəl əksər hallarda X6 Xidmətinəmüraciət etmələri bu Xidmətin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirmişdir. Qeyd olunmalıdır ki, AzərbaycanRespublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X6 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyətgöstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlıKonstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyənedilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əmək Məcəlləsinin 294-cümaddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Bununla yanaşı Əmək Məcəlləsinin296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciətedənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Möhtərəm məhkəmə kollegiyası yuxarıda qeyd etdiyim əsaslara görə hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməli və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, 2 (5-98)-161/2026saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi mülki işə baxarkən prossesual hüquq normalarının tətbiqi baxımından səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi hissəsində araşdırma aparmamış, lakin həmin sübutların iş üçün əhəmiyyətliyinə və mötəbərliyinə olan şübhələrin əsassız olması barədə qətnamədə göstərməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iş materillarında olan mötəbər sübut hesab edilən sənədlərdə faktları əks etdirilmiş, lakin əsasın tapmadığı halları əsaslandırmaqla şərh verməli idi. Və yaxud həmin sənədlər də əks etdirilmiş halların ilkin olaraq hüquqi tərəflərin əsaslandırmaqla həmin hallara dair hüquqi qiymət verilməsi üçün iş üzrə qeyd etdiyim dəlillərə əsasən araşdırmaqla və müəyyən etməklə hüquqi qiymət verməli idi. IIddiaçı tərəfindən təqdim edilmiş vəsatətdə qeyd etdiyi hallara səthi yanaşmamalı idi, həmin dəlillərin mötəbərliyin yoxlanılması ilə bağlı qeyd etdiyi hallar əsasında araşdırmaqla hüquqi qiymət verməli idi. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin sözügedən qətnaməsində yalnız MPM-nin müvafiq maddələrinə istinad edilmiş, məhkəmənin özünün rəhbər tutduğu prosessual normaları, həm də hüquq münasibətinə tətbiq edilən maddi hüquq normalarını öz qətnaməsində göstərməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən cavabdeh Kayman Adalarının “X5” Şirkətinin Fillialının nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
17. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
18. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
19. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
20. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
21. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
22. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır;
23. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, iddiaçı qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Kayman Adalarının “X5” Şirkətinin Fillialı arasında ##.##.2000-ci il tarixində əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə bir neçə dəfə dəyişiklik edilmiş və son olaraq iddiaçı cavabdehin nəzdində Quyuların Əsaslı və Yeraltı Təmiri sexində Yeraltı təmir üzrə operator və Quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsində əmək fəaliyyəti göstərmişdir. Iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ##.##.2019-cu il tarixdə xitam verilmişdir. Iddiaçı 2009 – 2019-cu il tarixləri dövründə aylıq iş normasından artıq iş saatına görə işlədiyi üçün ödənilməli olan əlavə ödənişlərin hesablanaraq ona ödənilməsini xahiş etmişdir, cavabdeh isə iddiaçının hazırki iddianı əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 illik iddia müddəti ötürməklə verdiyini bildirərək birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir.
35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verməklə haqlı olaraq hesab etmişdir ki, iddiaçının gecikmiş müraciəti nəticəsində iddia müddəti bitmiş, bu isə iddianın mahiyyəti üzrə baxılmasına və onun təmin edilməsinə hüquqi əsas vermir.
36. Qeyd edilməlidir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
37. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə ##.##.2009-cu il tarixli qərarı).
38. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (Insan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri Ispaniyaya qarşı iş üzrə ##.##.2000-ci il tarixli qərar).
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
40. Qeyd olunan normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
41. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı
42. Iş materiallarında olan Şirvan * saylı Mediasiya Təşkilatı tərəfindən ##.##.2025ci il tarixli arayışından görünür ki, iddiaçı mediasiya mərhələsinə yalnız ##.##.2025-ci ildə müraciət etmiş, yəni əmək münasibətlərinə xitam verildikdən 6 ildən sonra bu prosesi başlamışdır.
43. Göründüyü kimi, iddiaçının əmək müqaviləsinə 2019-cu ilin iyul ayında xitam verilmiş, lakin o məhkəməyə 2025-ci ildə müraciət etmişdir. Bu isə əmək münasibətlərindən irəli gələn tələblərlə bağlı müəyyən edilmiş bir illik müraciət müddətinin açıq şəkildə ötürülməsi deməkdir.
44. Iddiaçı tərəfindən buraxılmış müddətin bərpasına dair verilmiş ərizəyə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şəxsin qanunvericiliyin tələblərini və ya əmək hüquqlarının həcmini sonradan öyrənməsi yəni iddiaçının normadan artıq iş saatlarına görə əlavə ödəniş hüququnun mövcud olduğunu yalnız 2024- cü ilin noyabr ayında öyrənməsi iddia müddətinin başlanğıc anını dəyişdirən hal kimi qiymətləndirilə bilməz. Çünki iddia müddətinin axımı şəxsin hüquqi bilik əldə etdiyi andan deyil, hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan hesablanır. Iddiaçı isə işlədiyi müddətdə əmək funksiyasını hansı qrafik üzrə yerinə yetirdiyini, neçə saat işlədiyini, ona hansı məbləğdə əmək haqqı ödənildiyini və əmək haqqısına hansı əlavələrin daxil edilmədiyini bilən şəxs olmuşdur.
45. Kollegiya apeallyasiya şikayətinə münasibətdə hesab edir ki, iddiaçı əmək münasibətlərinə xitam verildikdən sonra təxminən altı ildən artıq müddət keçdikdən sonra — yalnız 2025-ci ildə aidiyyəti qurumlara müraciətlər etməyə başlamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə bağlı əmək mübahisələri üzrə 1 illik iddia müddəti müəyyən edilmişdir. Həmin müddət əmək münasibətlərinə xitam verildiyi və son hesablaşmanın aparıldığı tarixdən hesablandıqda, iddiaçının məhkəməyə müraciəti açıq-aşkar şəkildə qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə edilmişdir. Iddiaçının müxtəlif dövlət orqanlarına, o cümlədən X6 Xidmətinə, Ombudsmana və digər qurumlara müraciət etməsi də ötürülmüş iddia müddətini bərpa edən və ya onun axımını dayandıran hal kimi qiymətləndirilə bilməz. Çünki həmin müraciətlər iddia müddəti artıq başa çatdıqdan sonra edilmişdir və qanunvericilikdə belə müraciətlərin iddia müddətinin axımını dayandırması və ya kəsməsi nəzərdə tutulmamışdır. Beləliklə iddiaçı qanuni müddət ərzində öz hüquqlarının müdafiəsi üçün lazımi prosessual addımlar atmadığından, sonradan məhkəməyə müraciət etməsi artıq müəyyən edilmiş müddətin bərpasına və ya uzadılmasına səbəb ola bilməz.
46. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
47. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.