Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3461/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqı tələbinə dair mülki iş üzrə Açar sözlər: apellasiya şikayətinin mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən oğlunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı iddiaçı3 işlədiyi müddət üçün ödənilməyən 14195,99 manat, hər gecikdirilmiş gün üçün 1 faiz və mənəvi zərərə görə 10000 manat məbləğində pul vəsaitinin, iddiaçı iddiaçı2 işlədiyi müddət üçün ödənilməyən 16227,91 manat, hər gecikdirilmiş gün üçün 1 faiz və mənəvi zərərə görə 10000 manat məbləğində pul vəsaitinin, iddiaçı iddiaçı1 işlədiyi müddət üçün ödənilməyən 2093,58 manat, hər gecikdirilmiş gün üçün 1 faiz və mənəvi zərərə görə 10000 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin ötürüldüyünü nəzərə almaqla, iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx” ASC-dən ödənilməyən əmək haqqına görə 11783,85 manat, mənəvi zərərə görə 500 manat məbləğində pul, 11783,85 manat əmək haqqının hər gecikdirilmiş günü üçün ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinədək 1 faiz məbləğində ödənc hesablanmaqla iddiaçı iddiaçı3 ödənilməsi, cavabdeh “xxxx” ASC-dən ödənilməyən əmək haqqına görə 11748,29 manat, mənəvi zərərə görə 500 manat məbləğində pul, 11748,29 manat əmək haqqının hər gecikdirilmiş gün üçün ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinədək 1 faiz məbləğində ödənc hesablanmaqla iddiaçı iddiaçı2 ödənilməsi, cavabdeh “xxxx” ASC-dən ##.##.2022-ci il tarixindən ##.##.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı, ##.##.2022-ci il tarixindən ##.##.2025-ci il tarixinədək ödənilməyən əmək haqqının hər gecikdirilmiş gün üçün 1 faiz məbləğində hesablanmaqla ödənc və mənəvi zərərə görə 500 manat məbləğində pul tutularaq iddiaçı iddiaçı1 ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 200 manat pulun “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə, mediasiya xərcinə görə 60 manat məbləğində pul tutularaq iddiaçılara ödənilməsi, “xxxx” MMC tərəfindən keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 400 manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına, “xxxx” MMC tərəfindən keçirilmiş mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 3000 manat məbləğində pulun cavabdeh “xxxx” ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
4. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (X1) nümayəndəsi vəkil2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv və yeni qətnamə çıxarılaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçılar iddiaçı3 və iddiaçı2 nümayəndəsi və vəkili vəkil1 ## #### 2026-cı il tarixində məhkəməyə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)- **/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından qəbul olunmamış hesab edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh qismində çıxış edən şəxs "xxxx" ASC-dir. Lakin məhkəməyə təqdim olunmuş apelyasiya şikayətinin məzmunundan və icrasından aydın görünür ki, şikayət cavabdeh hüquqi şəxs ("xxxx" ASC) tərəfindən deyil, müstəqil fiziki şəxs — X1 tərəfindən verilmişdir. X1 cavabdeh səhmdar cəmiyyətinin direktoru olması, onun məhkəmə prosesində birbaşa olaraq öz fərdi adından iddiaçı və ya cavabdeh qismində çıxış etməsinə hüquqi əsas vermir. Hüquqi şəxslərin işlərini məhkəmədə onların qanunvericiliklə və ya təsis sənədləri ilə verilmiş səlahiyyətlər daxilində fəaliyyət göstərən vəzifəli şəxsləri (rəhbərləri) idarə edirlər. Bu halda rəhbər proses iştirakçısı deyil, sadəcə hüquqi şəxsin qanuni təmsilçisi statusunda çıxış edir və bütün prosessual sənədlər rəhbərin fərdi adından deyil, hüquqi şəxsin adından və onun adından idarə olunmaqla tərtib edilməlidir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Maddə 74.2. Iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Apellyasiya şikayəti “xxxx” ASC tərəfindən deyil, X1 tərəfindən verilmiş, onun özü və nümayəndəsi vəkil2 tərəfindən imzalanmış və şikayətə onun fiziki şəxs olaraq sonuncuya verdiyi etibarnamə əlavə olunmuşdur.
9. Halbuki, X1 iş üzrə tərəf deyildir, hüquqi şəxsin tərəf olduğu iş üzrə onun fiziki şəxs kimi qətnamədən şikayət vermək hüququ yoxdur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.
11. O cümlədən, iş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş etibarnamənin bağlandığı tarix ## ###### 2023-cü il olaraq göstərilsə də, son müddət göstərilmədiyindən mülki qanunvericiliyin tələblərinə əsasən əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Deməli, həmin etibarnamənin ## ###### 2024-cü il tarixinədək qüvvədə sayılır, lakin apellyasiya şikayəti ## #### 2026-cı il tarixində imzalanaraq verilmişdir. Belə olan halda apellyasiya şikayəti etibarnamənin müddəti bitdikdən sonra, yəni səlahiyyəti olmayan şəxs (vəkil2) tərəfindən imzalanmışdır.
12. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.