Məhkəmə qərarları › İş №2(3-6)-3604/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3604/2026

06.08.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3604/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və pulun ödənilməsi” tələbinə dair müki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı (iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh ASC tərəfindən ##.##.2025-ci il tarixli ***/a nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin əsassız və hüquqa zidd hesab edilərək ləğv olunması, həmin maddənin əmək kitabçasından çıxarılması, maddi ziyan olaraq 5000 manatın, mənəvi ziyan olaraq 1000 manatın, xidmət müqaviləsi üçün 1500 manatın, 60 manat mediasiya xərcinin və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair ##.##.2025-ci il tarixli əmrin və bu əmr əsasında İddiaçı məxsus əmək kitabçasında aparılmış qeydin ləğv edilməsi, mənəvi zərərə görə 500 (beş yüz) manatın, 60 (altmış) manat məbləğində mediasiya xərcinin və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manatın Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutulub İddiaçı ödənilməsi qərara alınmışdır. Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə Yeganə İskəndərova tərəfindən elektron qaydada imzalanaraq “Elektron məhkəmə informasiya sistemi”nə daxil edilsə də, iş materiallarında həmin şəxsin səlahiyyətini təsdiq edən etibarnamə, iş yerinə dair arayış, vəkilin orderi və ya digər sənəd aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar