Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-375/2026 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizəsinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1315/20245 nömrəli qərardadından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Birinci instansiya məhkəməsində icraat İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 07 saylı mənzilinə əşyaları ilə birlikdə köçürülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 07 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin tam boşaldılıb İddiaçı təhvil verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildən qeydiyyatdan çıxarılması üçün də əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh1 İddiaçı qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyata qalmaqla istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 07 saylı mənzilinə əşyaları ilə birlikdə köçürülməsi, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 07 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh1 50 (əlli) manat dövlət rüsumunun kəsri tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Hazırda Cavabdeh1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək və ərizə ilə məhkəməyə müraciət etmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzilinə əşyaları ilə birlikdə köçürülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin tam boşaldılıb İddiaçı təhvil verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildən çıxarılmasının qeydiyyatdan çıxarılması üçün də əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh1 İddiaçı qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2 ilə birlikdə ünvan 2 ünvanına qeydiyyata qalmaqla istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh1 qarşılıqlı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə Cavabdeh1 16.500 manat və Cavabdeh2 10.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 13 saylı evin 7 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ilk iddianın «mənzildən çıxarılmasının qeydiyyatdan çıxarılması üçün də əsas olması» hissəsinə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, e-2(009)-1315/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzilinə əşyaları ilə birlikdə köçürülməsi, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 7 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 məlumatı olmamışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdən ürəyində yaranmış xəstəliklə bağlı müalicə almış və qətnaməni yalnız xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Belə olan halda hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müddətinn bərpa edilməsinə dair xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək etiraz ərizəsində apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması ilə bağlı heç bir əsasın olmadığını, belə ki, iş üzrə məhkəmə qətnaməsinin 12 sentyabr 2025-ci il tarixdə elektron məhkəmə informasiya sisteminə yerləşdirildiyi, apellyasiya şikayətinin 28 noyabr 2025-ci il tarixdə, yəni qətnamənin elektron sistemə yerləşdirilməsindən 2 ay 16 gün sonra əlavə edildiyini, iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 sonuncu məhkəmə iclasında iştirak etdiyini, qətnamədən məlumatlı olduğunu, eləcə də cavabdehin nümayəndəsi və vəkili Vəkil1 elektron məhkəmə informasiya sisteminə əlavə edildiyini, yəni cavabdehin nümayəndəsinin həmin qətnamə elektron sistemə yerləşdiriləndə bundan məlumatlı olduğunu, həmçinin iş üzrə məhkəmə qətnaməsinin 17 oktyabr 2025-ci il tarixdə icra olunduğunu, icra məmuru tərəfindən icra işinin başlanıldığını, icra məmuru tərəfindən cavabdehin məlumatlandırıldığını, icra işindən də xəbərdar edildiyini, müddətin bərpa olunması ilə bağlı ərizədə guya cavabdehin xx.xx.2025-ci il tarixdən ürəyində yaranmış xəstəliklə bağlı müalicə alması və qətnaməninin yalnız xx.xx.2025-ci il tarixdə əldə etməsinin həqiqətə uyğun olmadığı qədər də işin halları ilə də üstüstə düşmədiyini, əvvəla şəxsin nümayəndəsi və vəkili olduğu və qətnamənin elektron sistemə yerləşdirildiyi halda cavabdehin özünün qətnaməni nə vaxt almasının heç bir şeyi dəyişdirmədiyini, apellyasiya şikayətinin verilməsi müddətinin 12 sentyabr 2025-ci il tarixdən hesablandığını, ikincisi cavabdehin 19 avqust 2025-ci il tarixindən ürək xəstəliyinə tutulması və qətnaməni 22 oktyabr tarixində alması ilə bağlı da sübutun olmadığını bildirirərək göstərilənlərə əsasən müddətin bərpa edilməməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1315/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab edilərək buraxılmış müddət bərpa edilib apellyasiya şikayəti baxılması üçün 2(009)-1315/2025 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan məhkəmənin 12 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsi iş üzrə Cavabdeh1 göndərilmiş, lakin məktub geri qaytarılmışdır. Qətnamə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Hazırkı apellyasiya şikayəti isə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsinin iş üzrə Cavabdeh1 rəsmi qaydada çatması barədə sübut yoxdur, qətnamə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir ki, hazırkı apellyasiya şikayəti həmin nümayəndə tərəfindən deyil, cavabdehin yeni müqavilə bağladığı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim edilmişdir. Həmçinin 19 avqust 2025-ci il tarixli exokardioqrafiyadan görünür ki, qətnamə çıxarılan ərəfədə Cavabdeh1 ürəyi ilə bağlı səhhətində problemlər olmuşdur. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi üzrlü hesab edilməli və buraxılmış müddət bərpa edilərək apellyasiya şikayəti baxılması üçün 2(009)-1315/2025 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi, Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 07 saylı mənzilinə əşyaları ilə birlikdə köçürülməsi, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 13, 07 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh1 50 (əlli) manat dövlət rüsumunun kəsri tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamə 12 sentyabr 2025-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. 28 noyabr 2025-ci il tarixdə apellyasiya şikayəti və müddətin bərpa olunmasına dair ərizə verilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli qərardadı ilə qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi üzrlü hesab edilmişdir. Aşağıda qeyd olunanlara əsasən bildirir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli qərardadı tam qanunsuz, birtərəfli və məhkəmə təcrübəsinə ziddir. Azərbaycan Respublikasının MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, maddənin dispozisiyasında müddətin buraxılmasının səbəbini üzürlü olduğu halda bərpasına yol verilir. Hazırki işdə həmin səbəbin üzrlü olması halı sübuta yetirilməmiş, məhkəmə heç bir əsas olmadan buraxılmış müddəti bərpa etmişdir. Məhkəmə öz qərardadında qeyd etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsinin iş üzrə Cavabdeh1 rəsmi qaydada çatması barədə sübut yoxdur, qətnamə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir ki, hazırkı apellyasiya şikayəti həmin nümayəndə tərəfindən deyil, cavabdehin yeni müqavilə bağladığı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim edilmişdir. Yəni məhkəmə hesab etmişdir ki, cavabdehin yeni nümayəndəsi və vəkili işə qoşulmuşsa müddətin axımı ona rəsmi qaydada verildiyi vaxtdan hesablanmalıdır, köhnə nümayəndənin nə vaxt alması və ya qətnamənin nə vaxt elektron sistemə yerləşdirilməsinin əhəmiyyəti yoxdur. Məhkəmənin bu mövqeyi qərəzli olmaqla yanaşı, Ali Məhkəmənin analoji işlərlə bağlı ortaya qoyduğu mövqeyinə də ziddir. Belə ki, elektron sistemə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3340/2025 nömrəli, xx.xx.2025 tarixli qərarında və digər çoxsaylı qərarlarında qeyd edilir ki, kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qətnamə cavabdehin nümayəndəsi vəkil elektron kabinetinə xx.xx.2025 ci il tarixdə yerləşdirilmiş, bununla müddətin axımı ertəsi gündən başlayaraq xx.xx.2025-ci il tarixədək davam etmişdir. Lakin cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətin bitməsindən 3 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Cavabdehin nümayəndəsinin ərizəsində göstərilən xüsusatlar qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə əsas hesab edilə bilməz. Göründüyü kimi, məhkəmələr tərəfindən ortalığa qoyulan mövqe budur ki, qətnamə elektron sistemə yerləşdirildikdən sonra müddətin axımı başlanır. Bundan sonra yeni vəkilin işə qoşulması müddətin bərpasına əsas ola bilməz, bu düşüncə ilə yanaşsaq 5 ildən sonra da yeni vəkil işə qoşulub apellyasiya şikayəti verə bilər. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1315/20245 nömrəli qərardadına əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1315/20245 nömrəli qərardadından ilk İddiaçı tərəfindən tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 68.1. İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Maddə 68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. Maddə 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və mülki işin sənədlərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1315/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək, həmin qərardadla həll edilməli olan məsələ həll edilməlidir. Mülki işdən müəyyən olunur ki, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclaslarında xx.xx.2028-ci il tarixədək qüvvədə olan etibarnaməsinə əsasən, nümayəndəsi (vəkili) Vəkil1 təmsil etmiş, bütün məhkəmə sənədləri sonuncunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, mülki iş üzrə təyin olunan məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh1 sms bildirşlər göndərilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsi ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə elan olunmuş və xx.xx.2025-ci il tarixdə nümayəndənin (vəkilin) elektron kabinetinə yerləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1315/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərkən apellyasiya şikayətinin cavabdehin yeni nümayəndəsi və vəkili Vəkil2 tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq məhkəməyə təqdim edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsinin iş üzrə Cavabdeh1 rəsmi qaydada təqdim edilməsi barədə işdə sübutun olmaması, qətnamənin cavabdehin nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsi, hazırkı apellyasiya şikayətinin həmin nümayəndə tərəfindən deyil, cavabdehin yeni müqavilə bağladığı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim edilməsi, 19 avqust 2025-ci il tarixli exokardioqrafiyaya əsasən, qətnamə çıxarılan ərəfədə Cavabdeh1 ürəyi ilə bağlı səhhətində problemlər olması ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Birinci instansiya məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsinin iş üzrə Cavabdeh1 rəsmi qaydada təqdim edilməsi barədə işdə sübutun olmamasını qərardadında qeyd etsə də, mülki işdən müəyyən olunur ki, həmin qətnamə ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə elan olunmuş və xx.xx.2025-ci il tarixdə həmin nümayəndənin (vəkilin) elektron kabinetinə yerləşdirilməklə Cavabdeh1 rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh1 19 avqust 2025-ci il tarixdə, yəni hələ qətnamə qəbul edilməmişdən 24 gün əvvəl müayinədən keçməsi onun həmin qətnaməni nümayəndəsi vasitəsi ilə rəsmi qaydada aldığı gündən 2 ay 16 gün sonra yeni nümayəndəsi (vəkili) vasitəsi ilə apellyasiya şikayəti vermək üçün buraxdığı müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh1 bu müddət ərzində, əvvəlki və ya yeni nümayəndəsinə (vəkilinə) razılaşmadığı məhkəmə aktından apellyasiya şikayəti vermək tapşırığını verə bilmək üçün imkanının olmamasına dair hər hansı bir sübutunu ərizəsinə əlavə etməmişdir. Tərəfin yeni nümayəndəsi (vəkili) vasitəsi ilə apellyasiya şikayəti verməsi halı isə buraxılmış müddətin bərpa edilməsi üçün üzrlü səbəb olaraq qəbul edilməsi ümumiyyətlə mümkün deyildir. Bunun əksi məhkəmə aktlarının qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınması ilə nəticələnə bilər. İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, qərardadla həll edilməli olan məsələ həll edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab edilərək buraxılmış müddət bərpa edilməsinə dair ərizəsi təmin edilməməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1315/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-375/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-375/2026
03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver