Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3787/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Kayman Adalarının “X3” Şirkətinin Fillialına qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbinə dair” mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı İddiaçı cavabdeh Kayman Adalarının “X3” Şirkətinin Fillialına qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009 – 2017-ci il tarixləri dövründə aylıq iş normasından artıq iş saatına görə işlədiyi üçün ödənilməli olan əlavə ödənişlərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir.
3. Həmin qətnamədən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
Tətbiq edilən hüquq normaları:
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
6. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
7. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
8. Həmin Məcəllənin 364.1-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
10. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qətnaməsi iddiaçı İddiaçı məxsus elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir.
11. Qətnamədən iddiaçı tərəfindən hazırkı şikayət isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə ##.##.2026-cı il tarixdə verilmişdir.
12. Göründüyü kimi iddiaçı apellyasiya şikayəti verdiyi zaman qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür.
13. Bununla belə iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə/vəsatət verilməmişdir.
14. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
15. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
16. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının ##.##.2026-cı il tarixli ərizəsinə əsasən qətnamənin iddiaçıya poçt vasitəsi ilə təkrar göndərilməsi və iş materiallarında olan xəbərnaməyə əsasən qətnamənin ##.##.2026-cı il tarixdə təkrar təhvil alınması müddətin ötürülmədiyi anlamına gəlmir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6.-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
18. Həmin Məcəllənin 135.5-cı maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 19.Iddiaçı isə məhkəməyə müddət bərpa barədə ərizə verməmiş, müddətin üzrlü səbəbdən ötürülməsi barədə məlumat verməmişdir.
20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov