Məhkəmə qərarları › İş №2(3-6)-4268/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4268/2026

09.09.2026 · Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4268/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə aralarında olan ##.##.1975-ci il tarixdə bağlanmış nikahın pozulmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasında ##.##.1975-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 251 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qiyabi qətnaməsindən iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardad əbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya məhkəmə qətnaməsi rəsmi qaydada göndərilməmiş, ümumiyyətlə, iddiaçının məhkəmə prosesindən xəbəri olmamış, onun tərəfindən məhkəməyə müraciət edilməmiş, əslində iddiaçı və cavabdeh 1982-ci ildə boşanmış, daha sonra iddiaçının hazırkı qətnamədən xəbəri olmuş və qətnaməni rəsmi qaydada alaraq məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmişdir. Bütün bu halların nəzərə alınaraq məhkəmədən prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçı qətnamədən məlumatı olmadığını, həmin vaxt ölkə ərazisində olmadığını, hazırkı iddia ilə məhkəməyə müraciət etmədiyini, cavabdehlə 1982-ci ildə boşandığını bildirmişdir. Həmin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək qeyd etdi ki, iddiaçı həmin iddia ilə məhkəməyə müraciət etməyib, həmin iddia ilə məhkəməyə onun hazırkı faktiki nikah münasibəti ilə yaşadığı şəxs B.Məmmədova müraciət edib, əslində tərəflər 1982-ci ildə boşanmışlar, qətnamə qəbul olunanda iddiaçı Azərbaycan Respublikasında olmayıb, nikahın pozulması haqqında şəhadətnaməni də onun hazırkı faktiki nikah münasibəti ilə yaşadığı şəxs götürüb. Həmçinin mülki işdə olan nikah barədə verilmiş ##.##.2016-cı il tarixli məlumatda qeyd edilir ki, ##.##.1975-ci il tarixli *** nömrəli nikah akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. Halbuki həmin vaxt cavabdehin soyadı “Vəliyeva” olmuşdur. Əslində tərəflər 1982-ci ildə boşanmışlar, qətnamə qəbul edilmiş, lakin həmin qətnaməni əldə edə bilmirlər. Cavabdeh sonra başqa şəxslə faktiki nikah münasibətində olub, hətta onun həmin şəxslə nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə 2013-cü il tarixli qətnamə də mövcuddur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə iddiaçı İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ###### 2026-cı il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilib buraxılmış prosessual müddətin bərpa edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin araşdırılması zamanı müxtəlif sorğular verilmiş, məhkəmə iclası dəfələrlə təxirə salınmışdır. Həmçinin iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmaması, iddiaçı imzası göstərilən yerlərdə olan imzaların ona məxsus olmadığını bildirsə də, məhkəmə tərəfindən həmin hal araşdırılmamışdır. Həmçinin müvafiq sorğuya əsasən məlum olmuşdur ki, iddiaçı özü iddia verilən tarixdə ölkə ərazisində olmamışdır. Bundan başqa məhkəmə tərəfindən heç bir məhkəmə bildirişi, o cümlədən məhkəmə qətnaməsi iddiaçıya göndərilməmiş, iddiaçı tərəfindən hər hansı bir sənəd təhvil alınmamışdır. Həmçinin qətnamədə də göstərilmişdir ki, iş materialarında olan tərəflər arasındaki nikah haqqında arayışdan görünür ki, arvada “Məmmədova” soyadı verilmişdir. Lakin iş üzrə qətnamə qəbul edilərkən cavabdehin soyadı Vəliyeva olmuş və şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay olaraq qeyd edilmişdir. Həmin məhkəmənin həmin hakiminin ## ### 2013-cü il tarixli, *(***)-**/** saylı qətnaməsi ilə bu iş üzrə cavabdeh Cavabdeh X1 ilə nikah münasibətlərində olma faktı müəyyən edilmişdir. Həmin qətnamədə olan bir çox sənədlər də bunu təsdiq edir ki, həmin vaxt Cavabdeh artıq iddiaçı ilə evli olmayıb. Bundan başqa məhkəmə qətnaməsi tərəflərə rəsmi qaydada da göndərilməmiş, iddiaçının qətnamədən xəbəri olmamış, yalnız ## ### 2026-cı il tarixdə qətnaməni rəsmi qaydada almışdır. Bütün bu qeyd edilənlərdən başqa, mübahisələnirilən məhkəmə qərardadında izahatı alınan Məmmədova Böyükxanım İsmayıl qızının hansı prosessual statusda məhkəmə iclasında iştirak etməsi qeyd edilməmiş, izahatı tam və düzgün şəkildə qeyd edilməmişdir. Belə ki, bütün məhkəmə iclaslarında həmin şəxs iddiaçı və cavabdehin 1982-ci ildə boşandığını qeyd etmiş, iddia ərizəsinin özü tərəfindən imzalanaraq məhkəməyə verildiyini bildirmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qəradadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə görə məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəlləyə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İşdən görünür ki, qətnamə ##.##.2017-ci il tarixdə qəbul edilmiş və tərəflərə poçt vasitəsilə göndərilmişdir. Qətnamənin rabitə orqanı vasitəsilə iddiaçıya çatdırıldığını təsdiq edən sənəd iş materiallarında aşkar olunmamışdır. Qətnamə iddiaçının müraciəti əsasında ona ##.##.2026-cı ildə yenidən təqdim edilmiş, bundan sonra ##.##.2026-cı ildə müddətin bərpasına dair ərizə ilə birgə apellyasiya şikayəti verilmişdir. İddiaçı müddətin bərpasını qətnamədən məlumatının olmaması, həmin vaxt ölkə xaricində olması ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, ##.##.2017-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxarkən iddiaçının şikayət vermə üzrə prosessual müddəti ötürüb-ötürməməsi tam və hərtərəfli araşdırılmalı, iddiaçının qətnamə barədə hansı tarixdə məlumatlı olması və ondan sonrakı hərəkətləri yoxlanmalıdır. Mülki iş materiallarından görünür ki, iddiaçı qətnamə qəbul edilən ##.##.2017-ci ildə məhkəmə iclasında iştirak etmiş, qiyabi qətnamə qəbul edilməsi barədə ərizə də vermiş, həmin tarixdə qiyabi qətnamə qəbul edilərək onun iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin ərizənin dəlilləri üzrə araşdırmasının nəticələrindən görünür ki, iddiaçı qiyabi qətnamə qəbul edildiyi vaxt ölkə ərazisində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə verilən sorğuya cavabdan məlum olur ki, iddiaçının ölkəyə girişi ##.##.2017-ci il, ölkədən çıxışı isə ##.##.2017-ci il tarixində olmuşdur. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.2026-cı il cavab məktubunda bildirilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli 2(002)- 2101/2017 qiyabi qətnaməsi əsasında İddiaçı nikahının pozulması Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2018-ci il tarixdə ** nömrəli aktla qeydə alınmışdır. Müvafiq akt qeydinin surəti məhkəməyə göndərilir. Həmçinin qeyd edilir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın 11-12-ci hissələrinə və həmin Təlimata ** №-li əlavə- “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində işlərin nomenklaturası”na əsasən Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində saxlanma müddətləri başa çatmış 2018-ci ilə aid nikahın pozulması haqqında ərizələr və onlara əlavə edilmiş sənədlər (qəbz və sair) məhv edilmişdir. Bakı şəhər Qaradağ rayon Qeydiyyat şöbəsindən verilmiş nikahın pozulması barədə akt qeydinin surətindən məlum olur ki, “şəhadətnamə verilmişdir (kişi)” qrafasında qeyd edilir ki, nikahın pozulması haqqında AZ-İ seriyalı, ****** nömrəli şəhadətnamə ##.##.2018-ci ildə iddiaçının etibarnamə üzrə nümayəndəsi B.Məmmədova tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqdim edilmiş ##.##.2011-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Məmmədova Böyükxanım İsmayıl qızına bir sıra səlahiyyətlər, o cümlədən idarə və təşkilatlardan iddiaçıya çatası sənədləri götürmək səlahiyyəti verilmişdir. Etibarnamənin müddəti ##.##.2041-ci ilədəkdir. Məhkəmə iclasında tərəflərin izahatı ilə məlum olmuşdur ki, Məmmədova Böyükxanım İsmayıl qızı iddiaçının hazırda faktiki nikah münasibətində yaşadığı şəxsdir, məhkəmə iclasında iştirak edən B.Məmmədova nikahın pozulması haqqında şəhadətnaməni özünün götürdüyünü, həmin şəhadətnamənin hazırda onlarda olduğunu qeyd etmişdir. Beləliklə, qeyd edilən faktiki hallar onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən qətnamədən ən geci 2018-ci ildən xəbərdar olmuşdur. Həmin vaxtdan uzun müddət keçdiyindən və keçən müddətin üzrlü səbəblərlə əlaqəsi müəyyən olunmadığından ərizə təmin edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, N° 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Beləliklə, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar