Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № e-2(3-10)-707/2026 11.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayәdә saxlanması vә aliment” tәlәbinә dair mülki iş üzrә (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ləğv) Hakimlәr Musayev Taleh Valeh oğlu (sәdrlik edәn vә mәruzәçi), Mustafayev Etibar Mustafa oğlu vә İsayev Elman Bәhruz oğlundan ibarәt tәrkibdә, Abdullayeva Aydan Paşa qızının katibliyi ilә, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayәdә saxlanması vә aliment” tәlәbinә dair mülki iş üzrә Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә yazılı mәhkәmә icraatı qaydasında baxaraq mәhkәmә kollegiyası Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayәdә saxlanması vә aliment” tәlәblәrinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, onunla cavabdeh Cavabdeh arasında ## ####### 2011-ci il tarixdә Zaqatala rayon qeydiyyat şöbәsindә 724712 nömrә ilә qeyd edilmiş vә bağlanmış nikah pozulması, birgә nikahlarından olan ## ######## 2012-ci il tәvәllüdlü X4, ## ###### 2014-cü il tәvәllüdlü X2 vә ## ###### 2020-ci il tәvәllüdlü X3 onun himayәsindә saxlanılması, cavabdeh Cavabdeh ## ######## 2012-ci il tәvәllüdlü X4, ## ###### 2014-cü il tәvәllüdlü X2 vә ## ###### 2020ci il tәvәllüdlü X3 yetkinlik yaşına çatanadәk saxlanılması üçün hәr ay bir azyaşlı uşaq üçün 2026-cı il üzrә minumum әmәk haqqının 1 misli miqdarında aliment mәblәği tutulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı ilә (hakim V.Mәmmәdov) İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayәdә saxlanması vә aliment” tәlәblәrinә dair iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılmışdır. Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadının dәlillәri ilә razılaşmayaraq iddiaçı İddiaçı şikayәt verәrәk, qәrardadın lәğv edilmәsini vә iddia әrizәsinin mәhkәmәnin icraatına qәbul olunmasını xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, Ailә Mәcәllәnin 22.1-ci maddәsindә göstәrilәn mәsәlәlәr üzrә әr-arvad arasında saziş olmadıqda, elәcә dә bu saziş uşaqların vә ya tәrәflәrdәn birinin marağını pozduqda, mәhkәmә: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlәrindәn hansının yanında qaldığını müәyyәn etmәli; uşaqlar üçün alimentin hansı valideyndәn vә hansımiqdarda tutulduğunu müәyyәn etmәli; әrarvadın (onlardan birinin) tәlәbi ilә onların birgә mülkiyyәtindә olan әmlakın bölgüsünü aparmalı; әrindәn (arvadından) saxlanması üçün vәsait almaq hüququna malik olan arvadın (әrin) tәlәbi ilә әrdәn (arvaddan) tutulmalı olan vәsaitin miqdarını müәyyәn etmәlidir. Lakin Zaqtala Rayon Mәhkәmәsi e-*(*-***)-***/**** saylı,##.##.2026-cı il tarixli qәrardadında yuxarıda göstәrilәn maddәnin tәlәblәrini nәzәrә almamışdır. Belә ki, mәhkәmә iddia әrizәsinin geri qyatarılması әsası kimi iddiaçı yalnız nikahın pozulması tәlәbi ilә mediasiya müraciәt etmәsini uşaqların yaşayış yerinin müәyyәn edilmәsi vә onların saxlanılması qaydasına dair mediasiyaya prosesi tәtbiq edilmәmәsini göstәrmişdir. Ailә Mәcәllәsinin 22ci maddәsinә әsasәn tәrәflәr arsında nikah pozularsa mәhkәmә mütlәq qaydada, yetkinlik yaşına çatmayan uşaqların valideynlәrindәn hansının yanında qaldığını müәyyәn etmәli; uşaqlar üçün alimentin hansı valideyndәn vә hansı miqdarda tutulduğunu müәyyәn etmәlidir. Qanunvericinin bu normanı qәbul etmәkdә mәqsәdi ailә hüquq münasibәtlәrindәn irәli gәlәn qarşılıqlı әlaqәli tәlәblәrin bir icraatda hәrtәrәfli araşdırılması vә vahid mәhkәmә aktı ilә hәll edilmәsini tәmin etmәkdir. Nikahın pozulması, uşaqların yaşayış yerinin müәyyәn edilmәsi vә aliment tәlәblәri müstәqil xarakter daşımır, eyni ailә hüquq münasibәtindәn irәli gәlәn vә bir-birindәn ayrılmaz tәlәblәrdir.Bu norma imperativ xarakter daşıyır vә onun mәqsәdi ailә münasibәtlәrindәn irәli gәlәn qarşılıqlı bağlı tәlәblәrin birbirindәn ayrılmasının qarşısını almaq, ailә mübahisәsinin tam, hәrtәrәfli vә operativ hәllini tәmin etmәkdir. Başqa sözlә, nikahın pozulması, uşaqların yaşayış yerinin müәyyәn edilmәsi vә aliment tәlәblәri müstәqil hüquq münasibәtlәri deyil, eyni ailә hüquq münasibәtindәn irәli gәlәn, bir-biri ilә sıx bağlı olan tәlәblәrdir. Mәhkәmә isә mübahisәnin hüquqi mahiyyәtini deyil, yalnız mediasiya sәnәdinin formal mәzmununu әsas götürәrәk ailә mübahisәsini süni şәkildә ayrı-ayrı tәlәblәrә bölmüşdür. Halbuki Ailә Mәcәllәsinin 22-ci maddәsi mәhz belә bölünmәnin yolverilmәz olduğunu vә nikahın pozulması ilә әlaqәdar bütün törәmә tәlәblәrin vahid icraat çәrçivәsindә hәll edilmәsini nәzәrdә tutur. Bundan әlavә mediasiya prosesindә sadәcә nikahın pozulması halının olmasımәhkәmәyә iddianı geri qaytarmağa әsas vermir. Belә ki, iddia әrizәsindә qeyd olunan digәr halları araşdırmaq qanunvericiliyin göstәrişinә әsasәn mәhkәmәnin vәzifәsi hesab olunur Mәhkәmәnin sadәcә formal yanaşması ailә mübahisәsinin kompleks hәllinә dair qanunvericinin iradәsini pozur vә iddiaçının mәhkәmәyә çıxış hüququnun әsassız mәhdudlaşdırılması ilә nәticәlәnir. Göstәrillәnlәrdәn dә aydın olur ki, birinci instansiya mәhkәmәsinin qәrardadı qanuni vә әsaslı hesab edilә bilmәz, lәğv edilmәli, iddia әrizәsi mәhkәmәnin icraatına qәbul olunaraq mahiyyәti üzrә baxılmalıdır. Hәmçinin Mülki Mәcәllәnin 152.1.6-1-ci maddәsinә әsasәn “Mediasiya haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq, tәrәflәrin mәhkәmәyә müraciәt etmәzdәn әvvәl mediasiya prosesindә iştirakı tәlәb olunduğu halda, hәmin tәlәbә riayәt edilmәsini tәsdiq edәn sәnәd tәqdim edilmәdikdә iddia әrizәsi geri qaytarıla bilәr. Mәhkәmә öz qәrardadında Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 152.1.6-1-ci maddәsinә istinad edәrәk iddia әrizәsini geri qaytarmışdır. Hәmin normaya әsasәn,“Mediasiya haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun olaraqmәhkәmәyә müraciәt etmәzdәn әvvәl mediasiya prosesindә iştirak edilmәsi tәlәb olunduğu halda, hәmin tәlәbә riayәt edilmәsini tәsdiq edәn sәnәd tәqdim edilmәdikdә iddia әrizәsi geri qaytarılır. Lakin birinci instansiya mәhkәmәsi göstәrilәn prosessual normanı mahiyyәtinә uyğun deyil, hәddindәn artıq formal şәkildә tәtbiq etmişdir. Belә ki, 152.1.6-1-ci maddәnin tәtbiqi üçün әsas şәrt mediasiya tәlәbini tәsdiq edәn sәnәdin ümumiyyәtlә mövcud olmamasıdır. Hazırkı işdә isә mediasiya prosesindә iştirak edilmәsi tәsdiq edәn sәnәd mәhkәmәyә tәqdim edilmişdir. Demәli, mәhkәmәnin istinad etdiyi normanın dispozisiyasında nәzәrdә tutulmuş hüquqi fakt–mediasiya sәnәdinin tәqdim edilmәmәsi halı ümumiyyәtlә mövcud olmamışdır. Mәhkәmә tәqdim edilmiş mediasiya sәnәdinin hüquqi qüvvәsini inkar etmәmiş, yalnız hәmin sәnәdin әhatә dairәsinә fәrqli hüquqi qiymәt vermişdir. Belә olan halda isә mәsәlә artıq 152.1.6-1-ci maddәnin tәtbiqi mәsәlәsi deyil, tәqdim olunmuş sübutun hüquqi qiymәtlәndirilmәsi mәsәlәsidir. Bundan әlavә qeyd edilmәlidir ki, Ailә Mәcәllәsinin 22-ci maddәsinә әsasәn nikahın pozulması halında mәhkәmә mütlәq qaydada yetkinlik yaşına çatmayan uşaqların valideynlәrindәn hansının yanında qaldığını müәyyәn etmәli; uşaqlar üçün alimentin hansı valideyndәn vә hansı miqdarda tutulduğunu müәyyәn etmәlidir. Yәni mediasiya prosesindә sadәcә nikahın pozulması halının olması mәhkәmәyә iddianı geri qaytarmağa әsas vermir. Belә ki, iddia әrizәsindә qeyd olunan digәr halları araşdırmaq qanunvericiliyin göstәrişinә әsasәn mәhkәmәnin vәzifәsi hesab olunur. Belәliklә, mediasiya prosesindә iştirak edilmәsini tәsdiq edәn sәnәdin mәhkәmәyә tәqdim edildiyi halda, yalnız sәnәdin mәzmununa verilәn subyektiv hüquqi qiymәt әsasında MPM-in 152.1.6-1-ci maddәsinin tәtbiqi qanunun düzgün tәfsirinә uyğun deyildir. Odur ki, şikayәtinin tәmin edilmәsi, Zaqatala Rayon Mәhkәmәsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadının lәğv edilmәsi vә iddia әrizәsinin icraata qәbul edilmәsini mәhkәmәdәn xahiş etmişdir. Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı ilә, şikayәtin tәmin olunmaması vә baxılması üçün işlә birlikdә 7 gün müddәtindә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Apellyasiya instansiya mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mәhkәmә kollegiyası iş materiallarını araşdıraraq vә işin müәyyәn edilmiş hallarına prosessual qanunvericiliyin tәlәblәrinә uyğun hüquqi qiymәt verәrәk belә yekun nәticәyә gәlir ki, şikayәt qismәn tәmin edilmәli, Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-2(5-167)-525/2026 nömrәli qәrardadı lәğv edilәrәk, iş yenidәn araşdırılması mәqsәdilә birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.7-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır Birinci instansiya mәhkәmәsi qәrardadını onunla әsaslandırmışdır ki, iddianın mahiyyәtindәn göründüyü kimi irәli sürülәn hәr bir tәlәb, yәni nikahın pozulması, uşaqların yaşayış yerinin müәyyәn edilmәsi vә onların saxlanılması qaydası ailә münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrlә bağlı olduğu halda iddiaçı yalnız nikahın pozulması tәlәbi ilә mediasiya müraciәt etmiş, uşaqların yaşayış yerinin müәyyәn edilmәsi vә onların saxlanılması qaydasına dair mediasiyaya prosesi tәtbiq edilmәmişdir. Kollegiya belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi iddia әrizәsini bu әsasla geri qaytarmaq barәdә qәrardad qәbul edәrkәn düzgün nәticәyә gәlmәmişdir. Belә ki, birinci instansiya mәhkәmәsi gәldiyi nәticә ilә maddi vә prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belә ki, Azәrbaycan Respublikası Kostitusiyasının 60-cı maddәsinin İ bәndinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmә müdafiәsinә tәminat verilir. Habelә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 4.1-ci maddәsinә әsasәn bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmin Mәcәllәnin 5.1-ci maddәsinә әsasәn hәr hansı fiziki vә yaxud hüquqi şәxs öz hüququnun vә ya qanunla qorunan mәnafeyinin müdafiәsi vә yaxud tәsdiqi üçün mәhkәmәyә müraciәt etdiyi hallarda mәhkәmәdә iş başlanır. Hәmin Mәcәllәnin 151.1-ci maddәsinә görә iddia әrizәsi bu Mәcәllәnin tәlәblәrinә riayәt edilmәklә verildikdә, onun mәhkәmә icraatı mümkündür. Hәmin Mәcәllәnin 149.2.4-1. “Mediasiya haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq, tәrәflәrin mәhkәmәyә müraciәt etmәzdәn әvvәl mediasiya prosesindә iştirakı tәlәb olunduğu halda, hәmin tәlәbә riayәt edilmәsinә dair mәlumat iddia әrizәsindә göstәrilmәlidir. Hәmin mәcәllәnin 152.1.6-1-ci maddәsinә әsasәn “Mediasiya haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq, tәrәflәrin mәhkәmәyә müraciәt etmәzdәn әvvәl mediasiya prosesindә iştirakı tәlәb olunduğu halda, hәmin tәlәbә riayәt edilmәsini tәsdiq edәn sәnәd tәqdim edilmәdikdә hakim iddia әrizәsini vә ona әlavә edilmiş sәnәdlәri geri qaytarır. “Mediasiya haqqında” Azәrbaycan Respublikası Qanununun 28.1-ci maddәsinә әsasәn ailә vә әmәk münasibәtlәrindәn irәli gәlәn mübahisәlәr üzrә mәhkәmәyә müraciәt etmәmişdәn әvvәl tәrәflәr ilkin mediasiya sessiyasında iştirak etmәlidirlәr. Tәrәflәr mediasiya sessiyasında iştirak etmәk üçün birlikdә müraciәt etdikdә ilkin mediasiya sessiyasının keçirilmәsi tәlәb olunmur. Mәhkәmә kollegiyası işin müәyyәn edilmiş hallarına MPM-in müddәaları baxımından hüquqi qiymәt verәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi öz qәrardadında iddia әrizәsinin geri qaytarılması barәdә yanlış qәnaәtә gәlmişdir. Belә ki, iş materiallarına әlavә edilmiş X5 * saylı Mediasiya tәşkilatı tәrәfindәn verilmiş mediasiya arayışından görünür ki, iddiaçı mәhkәmәyә müraciәt etmәzdәn әvvәl mediasiyaya müraciәt etmiş vә müzakirә edilәn mübahisәnin predmeti kimi nikahın pozulması göstәrilmişdir. Kollegiya hesab edir ki, iddiaçı nikahın pozulması ilә bağlı mәhkәmәyә müraciәt etmәmişdәn әvvәl ilkin mediasiya sessiyasında iştirak etdiyi halda birinci instansiya mәhkәmәsi tәrәfindәn iddia әrizәsinin bütövlükdә geri qaytarılması mülki prosessual qanunvericiliyin tәlәblәri baxımından әsaslı olmamışdır. Bundan başqa Ailә Mәcәllәsinin 22-ci maddәsinin tәlәbinә görә nikah mәhkәmә qaydasında pozularkәn, mәhkәmә boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlәrindәn hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndәn vә hansı miqdarda tutulduğunu müәyyәn etmәlidir. Kollegiya hesab edir ki, tәrәf mediasiyaya nikahın pozulması tәlәbi ilә müraciәt etsәdә, ailә qanunvericiliyinin tәlәblәri nәzәrә alınaraq mediasiyada müraciәtdә göstәrilәn mübahisәdәn irәli gәlәn (uşaq, aliment) әlavә mübahisә mövzularının müzakirәsi istisna olunmadığından, birinci instansiya mәhkәmәsi formal әsasla iddia әrizәsinin geri qaytarmaqla maddi vә prosessual hüquq normalarının tәlәblәrini pozmuşdur. Bundan başqa kollegiya qeyd etmәyi zәruri hesab edir ki, iş materiallarına әlavә edilmiş Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәrardadından görünür ki, Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, *(***)- ***/**** nömrәli qәtnamәsi ilә tәyin edilmiş Cavabdeh İddiaçı xeyrinә ##.##.2012-ci il tәvәllüdlü X4, ##.##.2014-cü il tәvәllüdlü X2 vә X3 yetkinlik yaşına çatanadәk saxlanılması üçün tutulmalı olan hәr ay hәr uşaq üçün 150 manat alimentin mәblәği ##.##.2025-ci il tarixdәn indeksasiya edilmәklә hәr ay minimum әmәk haqqının 0,434 misli hәddindә müәyyәn edilmişdir. Belә olan halda, yәni mәhkәmә qәtnamәsi ilә tәrәflәrin birgә nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment müәyyәn olunduğu halda, iddiaçının yenidәn hәmin uşaqların saxlanılması üçün aliment tәlәb etmәsi istisna olunur. İddiaçı yalnız Ailә Mәcәllәsinin 112-ci maddәsindә göstәrilәn yeni әsaslarla alimentin mәblәğinin artırılması ilә bağlı mәhkәmәyә müraciәt edә bilәrdi. Kollegiya qeyd edir ki, işin qeyd edilәn xüsusatı birinci instansiya mәhkәmәsi tәrәfindәn iddia әrizәsinin geri qaytarılması deyil, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 153-cü maddәsinin tәlәbinә әsasәn iddianın yolverilmәzliyinә görә iddia әrizәsini qәbul etmәkdәn imtina etmәsi üçün әsas tәşkil edir. Belә ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 153.2-ci maddәsinә әsasәn hakim aşağıdakı hallarda iddianın yolverilmәzliyinә görә iddia әrizәsini qәbul etmәkdәn imtina edir: 153.2.1. әrizәyә mәhkәmә qaydasında vә ya mülki mәhkәmә icraatı qaydasında baxılmalı deyildirsә; 153.2.2. eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa; 153.2.3. mәhkәmә, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair arbitraj mәhkәmәsinin qәrarının tanınmasından vә ya mәcburi icrasının tәmin edilmәsindәn imtina etdiyi hallar istisna olmaqla, arbitraj mәhkәmәsinin qanuni qüvvәyә minmiş qәrarı olarsa; 153.2.4. eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair başqa mәhkәmәnin icraatında iş olarsa. 153.3.Hakim әrizәni qәbul etmәkdәn imtina barәdә әsaslandırılmış qәrardad çıxarır. İşә mәhkәmә qaydasında vә ya mülki mәhkәmә icraatı qaydasında baxılmalı deyildirsә, iddiaçının hansı orqana vә ya mәhkәmәyә müraciәt etmәli olmasını orada göstәrir. Yuxarıda şәrh olunanlara әsasәn kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn iddia әrizәsi geri qaytarılarkәn maddi vә prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.Buna görә Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-2(5-167)-525/2026 saylı qәrardadı lәğv edilmәli, iş materialları qәrardadda şәrh olunan mәsәlәrә hüquqi qiymәt verilmәsi vә sonrakı prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün Zaqatala Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 398-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.1. mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk; 398.0.2. qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk; 398.0.3. qәrardadı tam vә ya qismәn lәğv edib qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk; 398.0.4. qәrardaddan verilmiş şikayәtdәn imtina olunduqda, apellyasiya icraatına xitam vermәk. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Hәmin Mәcәllәnin 400-cü maddәsinә әsasәn apelyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. Şәrh olunanlara әsasәn vә Mülki Prosessual Mәcәllәnin 398.0.2, 400, 402-406-cı maddәlәrini rәhbәr tutaraq, apellyasiya instansiyası mәhkәmәsi Qərara aldı: İddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilsin. Qәrardadın әsaslandırıcı hissәsindә göstәrilәnlәr nәzәrә alınaraq iddia әrizәsinin mәhkәmәnin icraatına qәbul edilmәsi mәsәlәsinә yenidәn baxılması vә sonrakı prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün iş Zaqatala Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-707/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-707/2026
11.08.2026 · Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver