Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4290/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin geri qaytarılması) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X3 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh “uşaqla ünsiyyət hüququna” dair qarşılıqlı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
2. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh İddiaçı qarşı “uşaqla ünsiyyət hüququ”na dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən ##.##.2021-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X1-in 18 (on səkkiz) yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulmaqla, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Ali Məhkəməsi Plenumunun qərarlarına uyğun olaraq, onun uşaqlar ilə ünsiyyət hüququ tanınmaqla, uşaqlar ilkin iddiaçı ilə birlikdə Azərbaycan Respublikasının ərazisinə gəldiyi vaxtlarda, yaxud o Rusiya Federasiyasına getdiyi vaxtlarda uşaqlar ilə sərbəst görüşmək, ünsiyyətdə olmaq, habelə mobil telefon və "Whatsapp" vasitəsilə uşaqlarla münasibət saxlamaq hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki halda ilk iddia tələbi aliment tələbi olmasına baxmayaraq qarşılıqlı iddia tələbi uşaqla ünsiyyət hüququndan ibarətdir və həmin işlərin bir icraatda baxılması uşağın üstün mənafeyinə uyğun olmamaqla aliment tələbi ilə bağlı işlərə baxılması üçün müəyyən edilmiş müddətlərdə həmin tələbin baxılmasını aradan qaldırır və bu hal uşağın mənafeyinə xələl gətirən haldır. Həmçinin nikahın pozulması ilə bağlı işlərə baxılan zaman ünsiyyət məsələsinə məhkəmə tələb olduğu halda baxıla bilər. Göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir. Bu isə hər iki iddiaya bir icraatda baxılmasına əsas vermir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154, 155 və 156-cı maddələrinə istinadla əsaslandırmışdır.
ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:
4. Cavabdeh Cavabdeh “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qarşılıqlı iddia ərizəsinin icraata götürülməməsi barədə qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək əsas işlə birlikdə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkəmə qərardad qəbul edərkən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçının iddia tələbi əsasında Rusiya Federasiyasının səlahiyyətli məhkəməsi tərəfindən cavabdeh Cavabdeh iştirakı olmadan, Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq nikahın pozulmasına dair məhkəmə aktı qəbul edilmişdir. Bu hal iş üzrə mühüm hüquqi əhəmiyyət kəsb etdiyi halda, məhkəmə Rusiya Federasiyası məhkəməsinin nikahın pozulmasına dair aktının tərcümə edilmiş variantının iddiaçı tərəfindən təqdim edilməsini tələb etməmiş və həmin sənədin məzmununu və iş üzrə nəticələrini araşdırmamışdır. Bundan başqa, onun tərəfindən Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qarşılıqlı iddia verilmişdir. Qarşılıqlı iddia tələbi həm alimentin məbləğinin müəyyən edilməsi, həm də uşaqlara münasibətdə ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı olmuşdur. Lakin məhkəmə qarşılıqlı iddianın mahiyyətini, onun ilkin iddia ilə qarşılıqlı əlaqəsini, habelə qarşılıqlı tələblərin birlikdə araşdırılmasının zəruriliyini lazımi qaydada qiymətləndirməmişdir. Xüsusilə də aliment tələbi ilə yanaşı uşaqlara ünsiyyət hüququ ilə bağlı tələbinin də mövcud olduğu nəzərə alınmamışdır. Həmçinin məhkəmə tərəfindən alimentlə əlaqədar müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edilmiş və həmin qərardad əsasında müəyyən edilmiş ödəniş tərəfindən icra edilmişdir. Buna dair ödənişi təsdiq edən qəbz əlavə olunur. Belə olan halda işə baxılması müddəti baxımından heç bir maneə və s. yaranmır. Əksinə Rusiya dövlətində nikah qeydi ləğv edilmiş, həmin məhkəmə prosesi onun iştirakı olmadan keçirilmiş, hazırkı iddia tələbi ilə iddiaçı ondan aliment tələb edir. Eyni zamanda cavabdeh qarşılıqlı iddia əsasında həm aliment məbləğini, həm də uşaqlarla ünsiyyətdə olmaq hüququnu Məhkəmə qaydasında tələb edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. - 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. - 156-cı maddəsinə görə, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: - qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; - qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; - qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.
6. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə ilkin iddia tələbi İddiaçı tərəfindən cavabdeh Cavabdeh qarşı yönəlməklə, alimentlə bağlıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, uşaqlarla ünsiyyət hüququnun müəyyən edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata götürülərək ilkin iddia ilə birlikdə baxılması üçün yuxarıda göstərilən əsaslar olmadığından, həmin iddiaların birlikdə baxılması prosessual qanunvericiliyin imperativ olan tələblərinə uyğun olmadığından cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır. Bu səbəbdən şikayətdə qeyd edilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
8. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov