Məhkəmə qərarları › İş №2(3-6)-440/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-440/2026

16.02.2026 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-440/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10905/2014 saylı, 19 dekabr 2025-ci il tarixli qərardadından Cavabdeh2 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Kreditor İddiaçı borclular Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək 792 manat məbləğində əsas, 171 manat cərimə borcunun və 21 manat ödənilmiş dövlət rüsumunun, cəmi 984 manatı tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10905/2014 saylı, xx.xx.2014cü il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşayan Cavabdeh1 və xx.xx.1992-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 müştərək qaydada kreditor İddiaçı xeyrinə 792 (yedi yüz doxsan iki) manat məbləğində əsas borc, 171 (bir yüz yetmiş bir) manat məbləğində cərimə borcunun və 21 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 984 (doqquz yüz səksən dörd) manat məbləğində pulun tutulması əmr edilmişdir. Borclu Cavabdeh2 xx.xx.2025-ci il tarixdə həmin əmrə etiraz edib etirazını onunla əsaslandırmışdır ki, 2(004)-10905/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ona xx.xx.2025-ci il tarixdə təqdim olunub. Qərardan xəbəri yox idi. Qərarı aldıqdan sonra Cavabdeh1 ilə əlaqə saxladı, o, məbləği ödədiyini bildirdi. Ümumiyyətlə məhkəmə əmri ilə razı deyil, qərarla bağlı mübahisə mövcuddur. Hesab edir ki, işin halları araşdırılmalıdır. Yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, etirazının qəbul edilməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10905/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10905/2014 saylı, 19 dekabr 2025-ci il tarixli qərardadı ilə (hakim Ayşən Sultanova-Məmmədova) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10905/2014 nömrəli, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə borclu Cavabdeh2 tərəfindən verilmiş etirazın geri qaytarılması qərara alınmışdır. Borclu Cavabdeh2 həmin qərardaddan şikayət verərək ləğv edilib etirazının təmin edilməsini xahiş etmiş və şikayətini etirazı ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10905/2014 saylı, 08 yanvar 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22(004)-10905/2014 saylı, xx.xx.2025-ci il tarixli qərardadının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “...məhkəmə əmri 2014-cü ildə borclunun qeydiyyatda olduğu və yaşadığı ünvana göndərilib. 2015-ci ildə icra məmuru tərəfindən borclulara bildiriş göndərilib, 2021-ci ildə digər borclunun əmək haqqından tutulmalar edilib. İş materiallarındakı faktlar göstərir ki, borclu bu illər ərzində borcun icra mərhələsində olduğundan məlumatlı olub və ya olmalı idi. Borc müştərək qaydada tutulur. Digər borclu Cavabdeh1 əmək haqqından 2021-ci ildə artıq 176.68 manat tutulub. Müştərək borclulardan birinin icraatdan xəbərdar olması və ödəniş etməsi, adətən digərinin də məlumatlılığına dəlalət edir. Borclunun "mübahisə mövcuddur" və "digər borclu ödəniş etdiyini deyir" arqumentləri məhkəmə əmrinin ləğvi üçün yetərli deyil, çünki əgər borc tam ödənilmiş olsaydı, bu, etirazın verilməsi üçün deyil, icra sənədi üzrə icraata xitam verilməsi üçün əsas olardı. Həmçinin borclunun ərizədə qeyd etdiklərindən məlum olur ki, onun digər borclu ilə şəxsən əlaqəsi var. Belə olan halda məhkəmə əmrinin çıxarıldığı 11 il ərzində onun məhkəmə əmrinin, yaxud icra işinin varlığından xəbərdar olmaması inandırıcı deyil. Borclu Cavabdeh2 etiraz ərizəsində məhkəmə əmrindən məlumatsız olduğunu qeyd etsə də, bu hal iş materialları ilə və öz etiraz ərizəsində qeyd etdikləri ilə öz əksini tapmamışdır” Qərarın əsaslandırıcı hissəsindən də göründüyü kimi məhkəmə borclu tərəfindən məhkəmə əmrinin verilməsindən məlumatlı olmaması barədə dəlilləri əsaslı hesab etməmiş, bu səbəbdən ərizə təmin edilməmişdir. Qeyd olunanlara əsasən, şikayət əsassız olduğundan təmin edilməməli və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Tələbkar İddiaçı elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə qeyd etmişdir ki, borclu tərəfindən verilmiş şikayətlə tanış olmuş və hesab edir ki, şikayətin rayon məhkəməsinin qərardadının ləğv üçün heç bir hüquqi əsası yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin borclunun məhkəmə əmrinə verdiyi etirazın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Çünki əmrə etiraz vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və iddia icraatına keçir. Göründüyü kimi, borclunun qeyd olunan əmrdən verdiyi etiraz prosessual hüquqlarından sui-istifadə etməsi ilə əlaqədar olmuşdur. Əks halda 12 ilə yaxın müddətdə çıxarılmış məhkəmə əmrində göstərilən məbləğ mübahisəli idisə və ya düzgün hesablanmamışdırsa bu müddətdə vaxtında etiraz verməsinə hər hansı bir maneə yox idi. Çünki bu müddətdə onun qeyd olunan məhkəmə aktından məlumatlı olmaması inandırıcı və ağlabatan sayılmır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10905/2014 saylı, 19 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10905/2014 saylı, 19 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar