Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-481/2026 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4074/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq görə 246 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında saxlanılmasını, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011- ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində (400 x 0,70 = 280 manat, cəmi 560 manat) sabit pul məbləğində alimentin və 100 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4074/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq mediasiya prosesində iştirakının zərurliyi izah edilmiş, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4074/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(010)-4074/2025 saylı qərardadı ləğv edilmiş, iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Bu qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın qəbulundan imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(010)- 4074/2025 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayəti geri qaytarılmışdır. Qeyd edilən qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın qəbulundan imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı uşaq və aliment tələbi irəli sürməsi heç də uşaqların təhsil, təlim-tərbiyə edilməsi, normal həyat şəraitində yaşamaları məqsədi deyil, onların istismar edilməsi məqsədini güdür. Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinin tələbinə görə qarşılıqlı iddia həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən 20 gün müddətində verilməlidir. Onun iddia tələbi xx.xx.2025ci il tarixdə məhkəməyə daxil olmuş və ilk hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh tərəf qarşılıqlı iddia verilməsi müddətini pozmuşdur. Qarşılıqlı iddianın icraata qəbul edilməsini mümkün edən hallar Azərbaycan Respublikası MPM-nin 156.1-ci maddəsində göstərilmişdir. Həmçinin, həmin məcəllənin 156.2-ci maddəsində qeyd edilmişdir ki, qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Göründüyü kimi, Cavabdeh qarşılıqlı iddiası Məcəllənin 156-cı maddəsinin tələblərinə zidd verildiyindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-4074/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı qanuni və əsaslı hesab edilə bilməz və həmin qərardad ləğv edilməklə qarşılıqlı iddianın qəbulundan imtina edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Məhkəmə özünün xx.xx.2025-ci il tarixli qərardadında göstərmişdir ki, həmin qərardaddan 10 gün ərzində məhkəməyə şikayət verilə bilər. Lakin məhkəmə verdiyi şikayətlə bağlı xx.xx.2025-ci il tarixli qərardadında göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadından yalnız bu Məcəllədə göstərilən hallarda, habelə məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər, digər qərardadlardan şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Halbuki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ayrıca akt şəklində qəbul edilmiş qərardır və həmin qərar apellyasiya instansiyası mərhələsinə qədər mübahisələndirilə bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4074/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır; 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir; 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda, habelə məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər; 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hazırki işin hallarını nəzərə alıb, eyni zamanda bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə qərardadlardan yalnız bu Məcəllədə göstərilən hallarda, habelə onlar işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli qərardadla qarşılıqlı iddia icraata qəbul edilmişdir. Qarşılıqlı iddianın verilməsinin iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilməsi və iddianın icraata qəbul edilməsi barədə qərardaddan şikayət verilməsinin nəzərdə tutulmaması qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardaddan şikayətin verilməsini istisna edir. Bu qəbildən olan qərardadlar işin sonrakı hərəkətinə də mane olmur. Qeyd edilənlər öz növbəsində qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardaddan verilmiş şikayətin geri qaytarılmasını şərtləndirir. Belə olan halda, hətta bu qərardadlarda onlardan şikayətin verilməsinin mümkünlüyünün göstərilməsi fərqli hüquqi nəticə yaratmış olmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən İddiaçı şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4074/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-481/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-481/2026
13.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver