Məhkəmə qərarları › İş №2(3-6)-495/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-495/2026

08.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-495/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsazadə Anar Namiq oğlunun cavabdehlər cavabdeh2 İsgəndər oğlu və cavabdeh1 MMC-yə qarşı mülki iş (Açar sözlər: « həkim-cərrah yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıya bilər ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İsazadə Anar Namiq oğlunun, Cavabdeh cavabdeh2 İsgəndər oğlunun nümayəndəsi və vəkili X8, Cavabdeh “xxxx" MMC-nin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İsazadə Anar Namiq oğlunun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: cavabdeh1 tərəfindən verilmiş Xəstəlik tarixində göstərilib ki, İsazadə Anar Namiq oğlu ##.##.2023-cü il tarixdə hospitala daxil olmuş və ona piylənmə III dərəcə diaqnozu qoyulmuşdur. Xəstə üzərində cavabdeh2 “sleeve gastrectomy” əməliyyatı icra etmiş və ##.##.2023-cü il tarixdə xəstənin ümumi vəziyyəti kafidir. Şikayəti yara nahiyəsində olan ağrıdandır. Drenaj çıxarılmış, xəstə evə yazılmışdır.

2. cavabdeh1 tərəfindən tərtib edilmiş İsazadə Anar tərəfindən imzalanmış ##.##.2023-cü il tarixli cərrahi müdaxiləyə razılıq vərəqəsində göstərilib ki, İsazadə Anar Namiq oğluna cərrahi müdaxilələrin, həmçinin anesteziyaınn və konservativ müalicə üsullarının müsbət cəhətləri, baş verə-biləcək fəsadlar va risk dərəcəsi barədə tam məlumat verilmişdir. İsazadə Anar Namiq oğlu deyilənlərin hamısını şüurlu şəkildə anlayır və müalicə ilə bağlı verdiyi bütün suallara dolğun cavab almışdır. Tibbi müayinə tibbi nöqteyi nəzərdən əlavə-olunacaq digər tədbir və müayinələrin (qan, biopsiya üçün materialın-götürülməsi, əlavə klinik instrumental müayinələr) aparılmasına razıdır. Bu razılıq vərəqəsini tam tanış olub, razılaşıb, şərtləri qəbul etdikdən sonra öz imzası ilə təsdiq etmişdir. Həmin tarixdə həkim-cərrah cavabdeh2 pasientə - İsazadə Anar Namiq oğluna tibbi müayinə və cərrahi müdaxilənin mahiyyəti, əhəmiyyəti və baş verə biləcək fəsadlar barədə tam məlumat vermiş və razılıq almışdır.

3. cavabdeh1 tərəfindən verilmiş ***/** saylı xəstəlik tarixindən çıxarış epikrizində göstərilib ki, İsazadə Anar Namiq qızı ##.##.2023-cü il tarixdə piylənmə III dərəcə BKİ 37.1% diaqnozu ilə hospitala daxil olmuşdur. Xəstə çəkisinin həddən artıq çox olmasından (124 kq), təngnəfəslikdən hərəkət məhdudluğundan, diz oynaqlarında ağrıların olması şikayətləri ilə klinikaya daxil olmuşdur. 28.07.23 tarixdə ETN altında “Laparoskopik 32 F (11 mm-lik) kolibrasiya borusu (bujla) Re sleeve gastrectomy” əməliyyatı icra olundu. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstə kafi vəziyyətdə sonrakı ambulator müalicəyə evə yazılmışdır.

4. “X5” tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda göstərilib ki, vətəndaş 1981-ci il təvəllüdlü İsazadə Anar Namiq oğlu ##.##.2024cü il tarixində “X5” MMC-də qarında ağrılar, halsızlıq, yüksək hərarət, qusma şikayətləri ilə klinikaya müraciət etmişdir. Xəstə bu şikayətləri bir ay öncə keçirdiyi mədə kiçiltmə əməliyyatı ilə əlaqələndirir. Xəstəyə endoskopiya icra olundu. Müayinədə əməliyyat nahiyyəsində fistul ağzı qeyd olundu. Bu səbəbdən metal stent taxıldı. Xəstə yenidən ##.##.2024-##.##.2024- ##.##.2024-cü il tarixlərində stentin yeniləri ilə dəyişdirilməsi və çıxarılması məqsədilə klinikaya gəlmişdir. Məktuba müayinələrin surəti əlavə edilmişdir.

5. “X1” Hospitalı ümumi cərrahiyyə şöbəsi tərəfindən verilmiş Epikrizdə göstərilib ki, Anar İsazadə ##.##.2024-cü il tarixdə “X1” Hospitala gəlmişdir. Şikayətləri: öskürək, qida qəbulunda çətinlik, çəki itirmə. Başlanğıc tarixi: 1 ay öncə. Xəstə daha əvvəl 2 dəfə “Sleeve qastrektomiya” əməliyyatı olunmuşdur. ##.##.2024-cü il tarixində Laparoskopik, qastrektomiya, subtotal. ##.##.2024-cü il tarixində toraks borusunun daxil edilməsi, ##.##.2024-cü il tarixində laparotomiya, diaqnostik əməliyyat keçirmiş və ##.##.2024-cü il tarixdə evə yazılmışdır.

6. “New Med” Tibb Mərkəzi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış ## #### 2025-ci il tarixli məktubda göstərilib ki, İsazədə Anar Namiq oğlu ##.##.2024-cü il tarixdə “New Med” Tibb Mərkəzində KT müayinəsindən keçmişdir. Müayinə sənədindən görünür ki, mədə-bariatik əməliyyatdan sonraki vəziyyət təyin olunur. Mədə kiçik ölçüdədir. Sol ağciyərin arxa medialından solda subdiafraqmatik nahiyədən dalağın superiormedial nahiyəsinə qədər uzanan, təxmini ölçüləri 6.0X5.0 sm ölçülərində patoloji boşluq aşkar edilir. Peroral kontrast maddə sonrası boşluqda kontrast təyin olunur (ekstravazasiya). Sol ağciyərin aşağı pay bazal bronx daxilində hiperdens əlavələr (kontrast) və patoloji boşluğun bronxa əlaqəsi olduğu inkar edilmir. Sol ağciyərin aşağı payının medial bazal hissələrində atelektazlar və sol hemidiafraqmanın elevasiyası izlənilir. Solda kostal plevrada qalınlaşma və minimal maye müşahidə olunur. Qarın boşluğunda solda subdiafraqmatik nahiyədə az miqdarda maye izlənilir. Periqastik nahiyədə 0.8 sm-ə çatan limfa düyünləri təyin olunur. Nazik və yoğun bağırsaqlarda KT olaraq neoplastik proses aşkarlanmamışdır. Qaraciyərlərin ölçüləri normaldır. Parenximası homogendir. Qaraciyər daxili və xarici öd yolları genişlənməmişdir. Ümumi öd axarı normal genişlikdə izlənmişdir. Portal venanın diametri genişlənməmişdir. Öd ölçüləri normaldır. Daxilində rentgen pozitiv konkrementlər təyin olunmur. Mədənomialtı vəzi ölçüləri normaldır. Parenximasında patologiya izlənmir. Dalağın ölçüləri 13.5X6.0 sm-dir. (splenomeqaliya). Parenximası homogendir. Hər iki böyrəküstü vəzinin ölçüləri normaldır. Parenximalarda potologiyalar izlənmir. Hər iki böyrəyin ölçüləri normaldır. Konturları hamardır. Parenximanın qalınlığı normaldır.KL-sistemi genişlənməmişdir. Sol böyrəkdə konkrementlər izlənmir. Sağ böyrəyin aşağı kaliksdə 0.3 sm ölçüdə konkrement müşahidə olunur (mikronefrolitiazis). Hər iki böyrəyin orta qütbündə sağda 2.5 sm və solda 1.4 sm kistalar aşkar edilir. Qarın aortasında patologiya aşkar edilməmişdir. İntraaortakaval, paraaaortal sahədə 1.0 sm-dən böyük limfa düyünləri izlənilmir. Sidik kisəsində konkrement təyin olunmur. Divarlar qalınlaşmamışdır. Prostat vəzinin ölçüləri normaldır. Parenximası homogendir. Bel fəqərələrində litik-destruktiv ocaqlar aşkar olunmur. Onurğanın bel nahiyəsində osteodegenerativ dəyişikliklər izlənilir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı İsazadə Anar Namiq oğlu cavabdehlər cavabdeh2 İsgəndər oğlu və cavabdeh1 MMC-yə qarşı sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh1 MMC və onun baş həkimi cavabdeh cavabdeh2 İsgəndər oğlu tərəfindən müalicəsi zamanı sağlamlığına vurulmuş 90.000 (doxsan min) manat maddi zərərin, 50.000 (əlli min) manat əldən çıxmış faydanın və 50 000 (əlli min) manat mənəvi zərərin, həmçinin 480 (dörd yüz səksən) manat məhkəmə rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

8. İddiada göstərilib ki, 2017-ci ilin dekabr ayında mədə kiçiltmə əməliyyatı etdirmişdir. Əməliyyat uğurla həyata keçirilmiş və çəkisi normala düşmüşdür. Əməliyyatdan 4-5 gün sonra işə çıxmış və normal qidalanmışdır. Az qida qəbul edir və mütəmadi olaraq formaya düşürarıqlayırdı. Bir müddət sonra yenidən çəkisinə nəzarəti itirmiş və kökəlməyə başlamışdır. Yenidən mədə kiçiltmə əməliyyatı etdirməyi düşünmüş, lakin, müraciət etdiyi şəxslər ona demişdir ki, ikinci dəfə həmin əməliyyat etdirmək təhlükəlidir. Həmçinin, onu ilk dəfə əməliyyat edən həkim də, məsləhət görməmişdir. 2023-cü ilin iyul ayının 24-də bacısı İsazadə Xanım Namiq qızı və həyat yoldaşı İsazadə Xəyalə Şahin qızı ilə birlikdə cavabdeh1da baş həkim cavabdeh2 qəbulunda olmuşlar. Belə ki, bacısı da həmin mədə kiçiltmə əməliyyatı etdirmək istəyirdi. cavabdeh2 haqqında internetdən məlumat əldə etmişlər. Görüş vaxtı cavabdeh2 onu da inandırmışdır ki, ikinci dəfə mədə kiçiltmə əməliyyatında heç bir problem ola bilməz. Halbuki, demişdir ki, onu birinci dəfə əməliyyat edən həkim sonradan ikinci dəfə mədə kiçiltmə əməliyyatını icra etmir. cavabdeh2 indiyə kimi onlarla pasientdə ikinci dəfə belə əməliyyatı etdiyini və uğurlu olduğunu bildirib və ikinci dəfə də mədə kiçiltmə əməliyyatı keçirtməyinin mümkünlüyünə onu inandırmışdır. Danışıqlar əsnasında ona əməliyyat avadanlıq və cihazlarını göstərmişdir. Təklif edilən avadanlıqların qiyməti 2500 manatdan 10000 manat kimi dəyişirdi. İkinci dəfə mədə kiçiltmə əməliyyatın minimum 6000 manatlıq avadanlıq ilə icra edilməli olduğu, daha sonra isə bildirildi ki, 26 iyulda analizləri ver və nəticəsindən asılı olaraq ona ikinci dəfə əməliyyatın icra edilib-edilməməsi barədə son qərarı desinlər. ## #### 2023-cü il tarixdə cavabdeh cavabdeh1da analizləri vermiş və evə qayıtdıqdan bir saat sonra ona zəng edib telefon vasitəsilə bildirmişlər ki, analizlərinin cavabları normaldır və ## #### 2023-cü il tarixində yerləri boş olduğundan onu əməliyyat edə bilərlər. ##.##.2023-cü il tarixdə onu cavabdeh cavabdeh1 MMC-də, həmin hospitalın direktoru - baş həkim cavabdeh cavabdeh2 İsgəndər oğlu ikinci dəfə olmaqla “mədə kiçiltmə” əməliyyatına götürdü. Əməliyyatdan sonra həmən ona problemlər yarandı və özünü çox narahat hiss etməyə başlamışdır. İlk növbədə qidalanmağı ilə bağlı problemlər olmuşdur. Heç bir qida qəbul edə bilmirdi. Adicə su içəndə dəhşət ağrıları olurdu. Cavabdeh cavabdeh2 müraciət etmiş və ona demişdir ki, normaldır. Belə olmalıdır. Daha sonra onu rentgen etmişlər. Dedilər ki, hər şey qaydasındadır. Lakin narahatçılığı davam edirdi və qızdırmaları başlamışdı. Heç bir qida qəbul edə bilmirdi. Qida qəbul edərkən daxili orqanlarında ona məlum olmayan və əvvəllər heç vaxt hiss etmədiyi prosesslər hiss edirdi. Daha sonra ağrılar kürəyinə, bel nahiyəsinə vururdu. Ona elə gəlirdi ki, bu başqa bir xəstəlik əlamətidir və ya özünü soyuğa vermişdir. Fizioterapiya həkiminə müraciət etmiş və müalicə almağa, prosedurlardan keçməyə başlamışdır. İlk əvvəl ağrılar bir az səngisə də, sonradan lap dözülməz olmuşdur. Sanki, kürəyinə bıçaq sancılmış kimi özünü hiss edirdi. 2024-cü ilin yanvar ayına kimi fizioterapiya müalicə və seanslarını davam etsə də, ağrılar kəsmirdi. Daha sonra * saylı şəhər xəstəxanasına müraciət etmişdir. Həmin xəstəxanada ondan qan analizləri götürülmüş, boynu və digər orqanları MRT və KT edildikdən sonra müəyyən edilmişdir ki, onun ağ ciyərləri hər iki tərəfdən pnevmaniya vəziyyətindədir. Dərhal ona bildirildi ki, təcili tibbi yardım ilə ağ ciyər xəstəlikləri institutuna getməlidir. Özü hazırda o halda deyildir ki, təcili tibbi yardım olmadan ora gedə bilsin. Vəziyyət kritik idi. Fevral 2024-cü ildə o, iki həftə orda müalicə aldıqdan sonra ona bildirildi ki, güclü antibiotiklər ilə onu müalicə etsələr də, sağ ağ ciyər normal olsa da, sol ağ ciyər artıq zədəlidir və bunun səbəbi var. Belə bir pnevmaniya soyuqdəymədən ola bilməz. Yenə həkimə müraciət etmişdir. Hər dəfə ona güclü antibiotiklər vurulurdu, bir müddət vəziyyəti nisbətən düzəlirdi, sonra yenidən antibiotiklərin təsiri itəndən sonra yenidən vəziyyəti pis olurdu. Daha sonra “StarLab” klinikasında Fəxriyyə həkimi ona məsləhət bilmişlər. Onun yanında olarkən qastro müayinə ilə məlum oldu ki, onun qida borusunda 5 mm diametrində bir dəlik-fistul əmələ gəlmişdir. Həmin dəlikdən qəbul etdiyi qidaların bir qismi qarın boşluğuna düşür və bu səbəbdən onda ağ ciyərlərin iltihabı başlayır. Dərhal cavabdeh2 müraciət etmiş və o, öz dəftərlərini, qeydlərini qarşısına tökərək ona bildirdi ki, sənin qida borunun aşağı hissəsində əməliyyat aparmış, lakin, hazırki dəlik-fistul yuxarı hissədədir, ona görə onluq bir şey yoxdur. Əgər aşağı hissədə, onun əməliyyat etdiyi hissədə olsa idi, deyərdi ki, onluqdur, onun təqsirindəndir. Hazırki, dəlik-fistulun onun etdiyi əməliyyata heç bir aidiyyəti yoxdur. Görünürdü ki, məsuliyyəti öz üzərindən atır. Ona izah etmək istəyirdi ki, o, nə qida qəbul edir, ona problem olur, adi bir qurtum su içir qayıdır ağzına, bütün daxili orqanları yanır, qıcıq verir, hiss edir ki, qida borusunda əmələ gələn o dəlik də, daxili həzm prosesinin pozulması və qəbul edilən qidanın qıcıqverici hal ilə ağzına, qida borusu ilə yuxarı qayıtmağına görədir. Lakin cavabdeh2 hər vəch ilə onu inandırmağa çalışırdı ki, onluq bir şey yoxdur. Sanki, bir şaman kimi adamı ovsunlayır və öz xeyrinə sakitləşdirirdi. Adam onun dediklərinə inanmaq istəyirdi. Sonra onu “Diaqnoz” hospitalında Rafael doktorun yanına yönləndirdi. Məsləhət olmuşdu ki, ona stend qoysunlar. Həmin stend 6 həftə onun qida borusunda qaldı. ##.##.2024-də çıxardılar. Ona bərk əziyyət verirdi. Üstündən bir müddət keçəndən sonra yenə narahatçılıq oldu. Yenidən müayinələr vaxtı məlum oldu ki, yenidən həmin nahiyədə fistul-dəlik yaranıb. ##.##.2024-cü ildə yenidən ona stend qoyuldu. “Diaqnoz” hospitalından çıxandan sonra cavabdeh cavabdeh2 dəvəti ilə digər cavabdeh, onun direktoru olduğu cavabdeh1a gəldi. cavabdeh2 ona bildirdi ki, bir neçə gün burda qalıb hospital şəraitində müalicə al, 3-4 gün orda qalmış və immuniteti saxlamaq üçün ona müxtəlif antibiotik vurdular. Qəbzlərdə öz əksini tapıb. ##.##.2024-cü ildə ordan çıxmışdır. Təkcə həmin vaxt dərmanlara 170 manat və əlavə olaraq da hospitala 942 manat pul ödəmişdir. ##.##.2024 də stend çıxarıldı. Həmin zaman da çox narahat olmuşdur. Təkrar onu cavabdeh1da KT etdilər. Sonra həkimlərin uzun sürən məşvərətindən sonra cavabdeh2 ona bildirdi ki, KT göstərir ki, sənin qarın boşluğunun aşağı hissəsində, yəni cavabdeh cavabdeh2 tərəfindən “mədə kiçiltmə” əməliyyatı edilən hissədə dəlik – fistul var. Sən nə yeyirsənsə, ordan tökülür qarın boşluğuna, iltihab yaradır və ağ ciyərin də iltihablaşır. cavabdeh2 bildirdi ki, bəs uzun müddətdir ki, sizə deyir ki, narahatdır, adi su içirəm geri qayıdır, bəs niyə tədbir görmürsüz? Deyir ki, öskürür, yedikləri qırıntıları çirkab qırıntıları vasitəsilə ağzından geri tökülür. Siz isə ona deyirsiz ki, yırtıq əmələ gəlib, belə olmalıdır və s. Onun etirazına cavab verə bilmədi. Daha sorna onu “Bonadea” hospitalına, torakal cərrah Elmar Məmmədova yönləndirdi. ##.##.2024-cü ildə Elmar Məmmədov ilkin KT analizlərinin cavablarına baxaraq ona bildirdi ki, səndə ciddi problem var. Ağızdan qidalanmağı təcili dayandırmaq lazımdır. ##.##.2024 ona şlanq qoydular. Daha sonra 3 həftə sonra KT etdilər. Dəliyin yerini ilkin olaraq müəyyən etmək mümkün olmadı. Çünki iltihab ağ ciyərin aşağı hissəsini tamam tutmuşdur. Daha sonra fistul-dəliyin yeri müəyyən edildi və klips qoyuldu. Lakin klips də tutmadı, yəni dəliyi qapaya bilmədi. Çünki klips qoyulan hissənin yuxarı hissəsi fibroz halındadır, kənar klips orda tutmur. Hazırda ağır açıq əməliyyat keçirmişdır. Xərci 15000 manatdan çoxdur. Həkimlərin bildirdiyinə görə bəlkə də, ikinci əməliyyata alındı. Çünki ağ ciyərinin sol hissəsinin alt qatı tam zədələnib. Disk və analiz kağızlarını burda olan cavabdeh2 və onun hospitalına inanmadığı üçün Türkiyə Respublikasına göndərmişdir. Ordakı həkimlərin yekdil rəyinə görə o, ikinci mədə kiçiltmə əməliyyatı zamanı zədələnmişdir. Yəni cavabdeh cavabdeh1 MMC-də digər cavabdeh cavabdeh2 tərəfindən ona edilən “mədə kiçiltmə” əməliyatı zamanı tikişlərdən biri və ya bir neçəsi tutmadığına görə qəbul etdiyi qidalar diafraqmanın altına, qarın boşluğuna düşərək iltihablaşmış və ağ ciyərini sıradan çıxarmışdır. ##.##.2023-cü il tarixdə “mədə kiçiltmə” əməliyyatı zamanı onda yaranan fistul-dəlik cavabdeh2 tərəfindən müəyyənləşməmiş, bunu bilməmiş və ya bildirməmiş, həmçinin zaman keçdikcə onun fəsadları daha da artmışdır ki, nəticədə o, uzun müddət əziyyət çəkdikdən sonra açıq əməliyyata girmək məcburiyyətində qalmışdır. Beləliklə, həkim səhlənkarlığı və bilməməzliyi ucbatından yuxarıda göstərilənlər başına gəlmiş, ona maddi və mənəvi zərər vurulmuşdur. Həmin zərər indi də davam edir. Bütün bu müddət ərzində iş qabiliyyəti itmişdir, özü və ailəsi məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, əmək qabiliyyəti itmişdir və işləməyi mümkün olmamışdır. Hesab edir ki, cavabdeh cavabdeh1da mədə kiçiltmə əməliyyatı zamanı həmin hospitalın direktoru cavabdeh2 İsgəndər oğlu tərəfindən onun sağlamlığına vurulmuş zərərin əvəzi ödənməlidir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ilk növbədə hazırki iddia tələbi üzrə iddiaçının sağlamlığına zərər vurulub-vurulmamasına və vurulubsa, zərərin cavabdehin hərəkət-hərəkətsizliyi nəticəsində baş verməsinə qiymət verilməlidir. İşin müəyyən edilmiş faktiki halı odur ki, iddiaçı İsazadə Anar Namiq oğlu üzərində cavabdeh cavabdeh2 İsgəndər oğlu tərəfindən ##.##.2023-cü il tarixində “laparoskopik resleeve qastroectomy” (mədə kiçiltmə) cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövrdə onun sağlamlığı pozulmuş, onun qida borusunda fistul-dəlik aşkar edilmişdir. İddiaçı əməliyyatdan sonra bir çox xəstəxanada müalicə olunmuşdur. İddiaçının qida borusunda fistul-dəlik aşkar edilmiş, 2024-cü ilin aprel ayında “X5”ndə iddiaçının qida borusuna “özü genişləyən metalik stent” yerləşdirilmişdir. Klinik yaxşılaşma və aparılan endoskopik müayinə zamanı fistul ağzının bağlanması izləndiyindən ##.##.2024-cü il tarixində stent çıxarılmışdır. Daha sonra ##.##.2024-cü il tarixində yenidən qida borusuna stent yerləşdirilmiş və ##.##.2024cü il tarixində eyni əsasla çıxarılmışdır. İddiaçı ##.##.2024-cü il tarixində “X1” Hospitalda əməliyyat olunmuş, əməliyyat zamanı döş qəfəsinə doğru uzanan fistul traktı aşkarlanmışdır. Əməliyyat zamanı fistul kanalı koter yardımı ilə mədəyə yaxın hissədən tikiş atılaraq qapadılmışdır. Daha sonra tikişlərdə tutmazlıq olduğu üçün ##.##.2024-cü il tarixində təkrar əməliyyata alınmış və qastroektomiya tətbiq edilib və distal qida borusu 2 smdən fistula kanalı ilə birlikdə kəsilərək qida borusu ilə bağırsaq arasında anastomoz qoyulmuşdur. Göstərilənlərə əsasən, iddiaçının sağlamlığına zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir. İddiaçı iddia edir ki, cavabdeh cavabdeh2 tərəfindən icra edilmiş qüsurlu əməliyyat nəticəsində əməliyyat nahiyyəsində fistul-dəlik əmələ gəlmişdir və onun sağlamlığının pozulması, qida borusunda fistul-dəliyin əmələ gəlməsi məhz əməliyyat nahiyyəsində olan fistuldəlik ilə bağlı olmuşdur. İddiaçı iddia tələbinin faktiki hallarını təsdiq edən sübutlar qismində onun əməliyyatdan sonrakı dövrdə müvafiq xəstəxanalarda aldığı müalicə, keçirdiyi əməliyyat, aparılmış müayinələrin nəticələrinə istinad etmişdir. Məhkəmə tərəfindən iddiaçının bildirdiyi xüsusatların araşdırılması üçün müvafiq xəstəxanalara sorğu edilərək iddiaçıya dair xəstəlik tarixçələri və digər sənədlər əldə edilmiş və həmin sənədlər əsasında mülki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməklə iş üzrə müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən verilmiş ***/KEŞ saylı “canlı şəxsin məhkəmə-tibbi müayinəsi” rəyinə əsasən Anar İsazadə ##.##.2023-cü il tarixdə '"xxxxa daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona ‘'Piylənmə III dərəcə” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və ##.##.2023-cü il tarixdə ETN altında “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə ##.##.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Anar İsazadənin əməliyyatdan təxminən 7 ay sonra qida borusunda fistul dəliyin yaranmasına səbəb mədə kiçiltmə əməliyyatının fəsadı deyil. Belə ki, yaranmış patoloji hal endoskopik müayinə zamanı Z xəttində 2-3 sm daha yuxarıda yerləşir, bu da əməliyyat sahəsi ilə üst-üstə düşmür. Anar İsazadənin üzərində “Laparoskopik re-sleeve qastroectomy”, yəni mədə kiçiltmə əməliyyatı ikinci dəfə aparılmışdır. Əməliyyatın effektiv nəticəsi əldə edilmədiyi üçün təkrar restruktiv əməliyyat icra oluna bilər. Anar İsazadənin üzərində “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Anar İsazadənin üzərində icra edilmiş “Laparoskopik re-sleeve qastroectomy” cərrahi əməliyyatdan sonra kontrol müayinələrin aparılması nəzərdə tutulur. Bu müayinələrin əməliyyatın 1-ci ayında və sonradan rutin olaraq 3 aydan bir olmaqla aparılması nəzərdə tutulur. Xəstənin 1-3 ay müddətində müayinəsi zamanı onda “fistul” qeyd edilməmişdir. Anar İsazadəyə cavabdeh1da, həm də digər tibb müəssisələrində aparılmış müayinə və müalicələr xəstənin vəziyyətinə, həmçinin yaranmış patologiyanın (əməliyyatla bağlı olmayan) gedişinə uyğun olmuşdur. Təyin edilmiş diaqnozlar düzgün olmuş və diaqnozlara uyğun olaraq adekvat tibbi yardımlar göstərilmişdir. Anar İsazadəyə göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən iddiaçının vəsatəti əsasında Məhkəmənin ##.##.2025-ci il tarixli Qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməklə müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən verilmiş ***/KEŞ saylı rəyinə əsasən mədə kiçiltmə əməliyyatı (sleeve qastrectomiy) zamanı nadir hallarda qida borusu ilə mədə arasında fıstul (patoloji keçid) yarana bilər. Bu, əməliyyatdan sonra yaranın tikiş sızıntısı, infeksiya və ya sağalma prosesin pozuntusu nəticəsində baş verə bilər. Fistul adətən əməliyyatdan bir həftə ərzində kəskin əlamətlərlə (kəskin irinli iltihab) meydana çıxır. ##.##.2024-cü il tarixli əməliyyat zamanı sıx bitişmələr ayrıldıqdan sonra plevraya doğru, yəni döş qəfəsinə doğru uzanan fistul traktı aşkarlanmışdır. Əməliyyatdaxili endoskopiya olunaraq fıstulun yeri dəqiqləşdirilmişdir. Əməliyyat protokolundan görünür ki, əməliyyat zamanı koter yardımı ilə fistul kanalı mədəyə yaxın hissədən sərbəstləşdirilmiş və tikiş atılaraq qapadılmışdır. Tibbi sənədlərdən göründüyü kimi, xəstə ##.##.2024-ci ildə təkrar əməliyyata alınıb, qoyulan tikişlərdə tutmazlıq olduğu üçün qastroektomiya tətbiq edilib və distal qida borusu 2 sm dən fistula kanalı ilə birlikdə kəsilərək qida borusu ilə bağırsaq arasında anastomoz qoyulub. Fistul qida borusunun aşağı distal hissəsindən Z xəttinin üzərində proksimala doğru olmuş və OTSC deyilən küplərin tutmamazlıq səbəbləri çox müxtəlif parametrlərdən (qida borusunun mənfəzinin kiçik olması ilə əlaqədar klip qoyularkən tam effektiv bağlanmanın olmaması, toxumaya uyğun klipsin seçilməməsi, klip qoyulan nahiyəyə qida borusu möhtəviyyatı və ağız suyunun fıstulun sağalma prosesinə mənfi təsiri və s) asılı olaraq dəyişə bilir. İddiaçı tərəfindən məhkəməyə ekspert rəyinin mötəbərliyini şübhə altına almağa kifayət edən, əsas verən sübutlar təqdim edilməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki mülki iş üzrə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmiş və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair iddiaçının dəlilləri (rəy vermiş şəxslərin öz həkim yoldaşlarının əleyhinə rəy verməməsi) isə ehtimal xarakterlidir. Odur ki, bu halda, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. İddiaçının cavabdeh tərəfindən icra edilmiş əməliyyat nəticəsində sağlamlığına zərər vurulub-vurulmadığının müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələ olduğundan və hazırki mülki iş üzrə iş materiallarında ekspert rəyi ilə müəyyən edilmiş halları təkzib edən sübut olmadığından məhkəmə tərəfindən ekspert rəyi mötəbər sübut qismində qiymətləndirilməlidir. Beləliklə, işin tədqiq edilən halları ilə iddiaçının iddia tələbinin faktiki əsası qismində məhkəməyə bildirdikləri, yəni cavabdeh cavabdeh2 İsgəndər oğlu tərəfindən icra edilmiş qüsurlu əməliyyat nəticəsində əməliyyat nahiyyəsində fistul-dəliyin əmələ gəlməsi və onun sağlamlığının pozulmasının, qida borusunda fistul-dəliyin əmələ gəlməsinin məhz əməliyyat nahiyyəsində olan fistul-dəlik ilə bağlı olması öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilmişdir ki, “xüsusi risk qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə qeyd edilən şəxslər yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıyırlar. Xüsusi risk qrupuna daxil olan peşə sahibi kimi həkimləri qeyd etmək olar. Həkim, tibb mərkəzi, xəstəxana və başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət daşıyırlar. Lakin edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan “tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir”. Hər iki ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Anar İsazadənin üzərində icra edilmiş “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatı səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Beləliklə, iddiaçının sağlamlığının pozulmasının cavabdehin hüquqazidd, təqsirli hərəkətlərinin nəticəsi olması işin tədqiq edilən halları ilə öz təsdiqini tapmadığından, yəni iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. İddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdeh tərəfindən icra edilmiş qüsurlu əməliyyat nəticəsində onun sağlamlığının pozulması ilə əsaslandırıldığından və iddia tələbi həmin hissədə əsassız hesab edildiyindən cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilə bilməz. İddia tələbinin “əldən çıxmış fayda”hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbinin əsaslandırılmasından görünür ki, iddia tələbinin hazırki hissəsi cavabdeh tərəfindən icra edilmiş qüsurlu əməliyyat nəticəsində onun sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyətini itirməsi, gəlirdən məhrum olması ilə əsaslandırılmışdır. Belə olan halda, qeyd edilən hal öz təsdiqini tapmadığından iddia tələbi hazırki hissədə də əsaslı hesab edilə bilməz. İddia tələbi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulmasına dair hissədə əsaslı hesab edilmədiyindən, dəymiş maddi zərərin, əldən çıxmış faydanın məbləği istiqamətində araşdırılma aparılmamışdır. Belə ki, qeyd edilməlidir ki, iddiaçı tərəfindən həmçinin ona 90000 manat məbləğində maddi ziyan dəyməsi və 50000 manat miqdarında əldən çıxmış faydanın olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı İsazadə Anar Namiq oğlu (nümayəndəsi və vəkili vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş edib göstərir ki, disk və analiz kağızlarını cavabdeh2 və onun hospitalına inanmadığı üçün Türkiyə Respublikasına göndərdi. Ordakı həkimlərin yekdil rəyinə görə o, ikinci mədə kiçiltmə əməliyyatı zamanı zədələnib. Yəni cavabdeh cavabdeh1 MMC-də digər cavabdeh cavabdeh2 tərəfindən ona edilən “mədə kiçiltmə” əməliyatı zamanı tikişlərdən biri və ya bir neçəsi tutmadığına görə qəbul etdiyi qidalar diafraqmanın altına, qarın boşluğuna düşərək iltihablaşmış və ağ ciyərini sıradan çıxarmışdır. ##.##.2023-cü il tarixdə “mədə kiçiltmə” əməliyyatı zamanı onda yaranan fistul - dəlik cavabdeh2 tərəfindən müəyyənləşməmiş, o bunu bilməmiş və ya bildirməmiş, həmçinin zaman keçdikcə onun fəsadları daha da artmışdır ki, nəticədə o, uzun müddət əziyyət çəkdikdən sonra açıq əməliyyata girmək məcburiyyətində qalmışdır. Beləliklə, həkim səhlənkarlığı və bilməməzliyi ucbatından yuxarıda göstərilənlər başına gəlmiş, ona maddi və mənəvi zərər vurulmuşdur. Həmin zərər indi də davam edir. Bütün bu müddət ərzində iş qabiliyyəti itmiş, özü və ailəsi məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, əmək qabiliyyəti itmiş və işləməyi mümkün olmamışdır. Cavabdeh cavabdeh1da mədə kiçiltmə əməliyyatı zamanı həmin hospitalın direktoru cavabdeh2 İsgəndər oğlu tərəfindən onun sağlamlığına vurulmuş zərərin əvəzi ödənilməlidir. Nizami Rayon Məhkəməsi onun iddia ərizəsinə baxarkən obyektiv və hərtərəfli araşdırmamışdır. Qətnamədən göründüyü kimi, məhkəmə sadəcə ekspertin verdiyi rəy ilə kifayətlənmiş, birinci rəydəki uyğunsuzluqlar barədə mövqeyini bildirməmiş, eləcə də, mədə kiçiltmə əməliyyatından dərhal sonra narahatçılıq keçirdiyinə və həkimə olan müraciətinə nəzər yetirmədən guya 7 ay sonra orqanizmdə fəsadların baş qaldırıdığı əsası ilə, məsuliyyəti cavabdehlərdən kənarlaşdırmışdır. Halbuki, iş materiallarında olan, cavabdeh tərəfindən verilmiş - Döş qəfəsi üzvlərinin Ren-Qrafiyaları 2PR-YA+RSK dan görünür ki, kəskin qızdırma və qarın boşluğunda, döş qəfəsində ağrılar ilə cavabdeh xxxxa müraciət edib. Həmin sənəddən görünür ki, ##.##.2023-cü il tarixdə narahat və qızdırmalı şəkildə həkim müayinəsinə ehtiyac duymuşdur. Həmin vaxtdan da xronoloji ardıcıllıq ilə mütəmadi olaraq müayinə və müalicələrdə olub. Qətnamə ilə cavabdeh tərəfindən ona zərər vurulmasının sübut edilmədiyi göstərilmişdir. Məhkəmə bu qənaətə gələrkən yalnız düzgün olmayan (əsassız) ekspert rəyinə əslanmışdır. Məhkəmə tərəfindən ekspertin rəyi (rəyləri) yekun qərarda ancaq sitat şəklində yer almışdır. Ekspert rəyi iş üzrə təqdim edilmiş digər sübutlarla bir yerdə tədqiq edilərək qiymətləndirilməmişdir. Belə ki, iş üzrə 2 ekspertiza keçirilmiş, verilmiş suallara müxtəlif vaxtlarda, müxtəlif ekspertlər (şəxslər) tərəfindən birəbir eyni cavablar verilmişdir. Hər iki rəydə cavablandırılmamış (buraxılmış) eyni suallar qalmışdır ki, bu da rəyin - ikinci rəyi şübhə altına alır. Lakin bu hallar qətnamə qəbul edən birinci instansiya məhkəməsi tərəfindən “düzgün” hesab edilmişdir. Bununla da, əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Hər iki ekspert rəyində cavabdeh cavabdeh2 tərəfindən aparılmış əməliyyat nəticəsində fistulun (dəliyin) yaranıb-yaranmaması ilə bağlı suala bir mənalı “xeyr”, “yox” cavabı verilməmişdir. Cavab olaraq bildirilmişdir ki, fistul müxtəlif səbəblərdən yarana bilər: əməliyyat ağırlaşması, sağalma fəsadları və s. Bu ekspertlərin məsuliyyətdən boyun qaçırmaq istəyi ilə bağlı ola bilər. Belə olan halda hakim bu şəkildə verilmiş ekspert rəyi əsasında qətnamə qəbul etməməli idi. Ekspert rəyi sübütlardan biridir, lakin hakim öz qərarını yalnız “ekspert rəyi” ilə əsaslandırmışdır. Digər sübutlar isə nə tədqiq edilmiş, nə də qiymətləndirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında iddiaçı İsazadə Anar Namiq oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddiasının təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında cavabdeh cavabdeh2 İsgəndər oğlunun nümayəndəsi və vəkili X8 və cavabdeh “xxxx" MMC-nin nümayəndəsi və vəkili vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.

15. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu:

Maddə 51.Peşə vəzifələrininlazımisəviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Maddə 57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Maddə 58. Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir.Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.

16. “Özəl tibb fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 7.Özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Maddə 16. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır: -tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək; -özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək; -xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək; -xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək; -zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibb müəssisəsinə göndərmək; Maddə 19.Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

17. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002ci il tarixli qərarına əsasən,... mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

18. “Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 №li, ## ###### 2025-ci il tarixli Qərarı:

Bənd 4.63. Tibbi yardım - xəstəliklərin (fizioloji və patoloji halların), zəhərlənmələrin, travmaların profilaktikası, diaqnostikası, müalicəsi, tibbi bərpa və reabilitasiya müddətində müşahidə edən tədbirlərdir. Bənd 4.64. Tibbi yardım almaq hüququ özündə ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış tibbi yardım, habelə ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşların tibbi-sosial yardım almaq hüququnu ehtiva edir. Bənd 4.65. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. Bənd 4.66. Tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Standartlar sübutlu təbabət prinsiplərinə əsaslanan milli və beynəlxalq klinik rəhbərliklərin və protokolların tövsiyələrinə, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş standart əməliyyat prosedurlarına əsaslanır. Bənd 4.67. İstinad edilən Qanunun məzmunu baxımından dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərmək, tibbi müdaxilənin tibbi əsaslara uyğun tərzdə, ixtisaslı və yetərli təcrübəyə malik həkim tərəfindən həyata keçirilməsini təmin etmək vəzifəsi ilə yanaşı, pasiyent hüquqlarının təmin olunmamasına görə də məsuliyyət daşıyırlar. Bənd 4.68. Tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyasına dair tələblərin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış tibbi xidmət müqaviləsi, Mülki Məcəllənin 1112-ci maddəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, habelə bu sahəyə aid digər normativ-hüquqi aktlar təşkil edir. Bənd 4.69. Mülki Məcəllənin 1112-ci maddəsində yalnız müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyası nəzərdə tutulsa da, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələbləri baxımından növləri bu qərarın 4.66-cı bəndində göstərilən tibbi yardımın həyata keçirilməsindən irəli gələn, habelə pasiyentə münasibətdə bu qərarın 4.67-ci bəndində göstərilən təminatların qanunazidd şəkildə pozulması da şəxsə zərərin vurulmasının əsasını təşkil edəcəkdir. Bənd 4.70. Mülki Məcəllənin 1112-ci maddəsində şəxsin sağlamlığına vurulmuş zərərə görə yalnız tibb müəssisəsinin məsuliyyəti müəyyən edilsə də, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən personalın da bu pozuntulara görə təqsirli olduğu hallarda məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd olunanlar, habelə tibb müəssisələrinin eyni zamanda personalla işçi-işəgötürən münasibətlərində olması nəzərə alınaraq, tibbi xidmətlə bağlı vurulmuş zərərin kompensasiyasına dair iddialara Mülki Məcəllənin 1099cu maddəsinin də tələbləri gözlənilməklə baxılmalıdır. Bənd 4.71. Bu baxımdan dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq tibb müəssisəsinə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülə bilər. Qeyd edilməlidir ki, pasiyentə vurulmuş zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, onun pozuntuya yol vermiş işçisinə qarşı bu qərarın 4.89-cu bəndində göstərilmiş qaydada Əmək Məcəlləsi ilə müəyyən edilən reqres tələb hüququ yaranacaqdır. Bənd 4.72. Bu qərarın 4.63-ci bəndində göstərilən, habelə növləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müəyyən edilən (bu qərarın 4.64 bəndi) tibbi yardımdan fərqli olaraq, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərində tərəflər arasında yaranan münasibətlər - nəticəsinə təminat verilən podrat münasibətləri hesab olunur. Bu baxımdan həmin münasibətlərdən doğan zərər tələbinin hüquqi əsası kimi müqavilənin şərtləri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, habelə Mülki Məcəllənin 39-cu fəsli və 9-cu bölməsi çıxış edə bilər. Zərər bu fəaliyyətin həyata keçirilməsi zamanı pasiyentlərin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi ilə əhatə olunan hüquqlarının pozulması ilə bağlı olduqda isə tələbinin maddi hüquqi əsasını həmçinin istinad edilən bu norma da təşkil edəcəkdir. Bənd 4.73. Keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olubolmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması. Bənd 4.74. Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Bənd 4.75. Şəxsin tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxaran keyfiyyətsiz tibbi yardımın göstərilməsi ilə əlaqədar onların həyat və sağlamlıqlarına vurulan zərərə görə mənəvi zərərin kompensasiyası tələbini şəxsin özü və ya yaxınları irəli sürə bilərlər. Şəxsin yaxınları o zaman tələb irəli sürə bilərlər ki, xəstəyə edilmiş keyfiyyətsiz müalicə tədbirləri onun özünün şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olsun. Bu vəziyyətdə mənəvi zərər keyfiyyətsiz müalicəyə görə yaxının itirilməsi ilə əlaqədar keçirilmiş sarsıntılar nəticəsində yarana, xəstənin ağır vəziyyətinin düzgün qiymətləndirilməməsi ilə əlaqədar həyəcan keçirməsində və digər formada ifadə oluna bilər. Bənd 4.76. Nəticəsinə təminat verilən tibbi fəaliyyətin müqavilə şərtlərinə cavab verməməsindən (məsələn, burnun estetik əməliyyatında gözlənilən nəticənin əldə olunmaması) doğan mənəvi zərər tələbləri isə yalnız şəxsin özü tərəfindən irəli sürülə bilər. Bənd 5.1. Mənəvi zərər - fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Bənd 5.2. Mənəvi sarsıntı - şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.). Bənd 5.3. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Bənd 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Bənd 5.9. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zərərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Bənd 5.10. Hüquqazidd əməl nəticəsində sonradan yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququ istisna edilməsə də, mənəvi zərərə münasibətdə fərqli qayda tətbiq edilir. Belə ki, mənəvi zərərin kompensasiyası hüquqazidd əməlin məlum olan, habelə proqnozlaşdırıla bilən bütün mümkün nəticələri nəzərə alınmaqla həyata keçirilir. Bu baxımdan şəxsin eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin kompensasiyasını tələb etməsi yolverilməzdir. Həmin hüquqazidd əməlin yalnız əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi halında şəxs bu nəticələrə istinad etməklə əlavə mənəvi zərər tələbi irəli sürə bilər (məsələn, yol nəqliyyat hadisəsi nəticəsində ayağından zədə almış şəxsin mənəvi zərər tələbi təmin edildikdən sonra ayağının amputasiya olunması). Bənd 5.11. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir. Bənd 6.1. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları - şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılması (şəxsin azadlıq hüququnun, uşaqla ünsiyyət hüququnun bərpası, uşağın ölkədən çıxışına imkanın təmin edilməsi, işçinin əmək müqaviləsində və ya xasiyyətnaməsində düzəlişin edilməsi, yayılmış məlumatların təkzib edilməsi, silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.). Bənd 6.2. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları - maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər. Bənd 6.3. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir. Bənd 6.5. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən iddia tələbindən kənara çıxılmamalı, iddiaçı tərəfindən tətbiqi tələb edilən üsullar və həcm həddi aşılmamaq şərtilə qiymətləndirmə aparılmalıdır. Bənd 6.6. Nəzərə alınmalıdır ki, bu kateqoriya işlər üzrə iddiaların predmetini hər biri müstəqil olmaqla, şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası təşkil edir. Bu baxımdan həmin tələblər birlikdə və ayrı-ayrılıqda irəli sürülə bilər və onlardan birinin qaldırılması sonradan digəri üzrə tələb imkanını istisna etmir. Məhkəmələr Mülki Prosessual Məcəllənin 153.2.2 və 261.0.2-ci maddələrinin tətbiqinin müzakirəsi zamanı bu halları nəzərə almalıdırlar. Bənd 7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Bənd 7.2. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. Bənd 7.3. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyrimütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Bənd 7.4. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. Bənd 7.5. Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir. Bənd 7.6. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır. Bənd 7.7. Mənəvi təzminatın ödənilməsi barədə öhdəlik icra edilmədikdə, hüququ pozulmuş şəxs Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

27. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

29. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

30. Əvvəla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X3 tərəfindən verilmiş ***/KEŞ saylı ##.##.2025-ci il tarixli məhkəmə tibbi ekspertizanın rəyində göstərilib ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası tərəfindən aşağıdakı nəticəyə gəlinir: Sual 1. Mədə kiçiltmə əməliyyatı (sleeve qastrectomiy) zamanı nadir hallarda qida borusu ilə mədə arasında fistul (patoloji keçid) yarana bilər. Bu, əməliyyatdan sonra yaranın tikiş sızıntısı, infeksiya və ya sağalma prosesin pozuntusu nəticəsində baş verə bilər. Fistul adətən əməliyyatdan bir həftə ərzində kəskin əlamətlərlə (kəskin irinli iltihab) meydana çıxır. Sual 2.12. Anar İsazadə ##.##.2023-cü il tarixdə "xxxx”a daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona ''Piylənmə III dərəcə" diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və ##.##.2023-cü il tarixdə ETN altında "Laparoskopik re-sleeve qastroectomy" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə ##.##.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Anar İsazadənin əməliyyatdan təxminən 7 ay sonra qida borusunda fistul dəliyin yaranmasına səbəb mədəkiçiltmə əməliyyatının fəsadı deyil. Belə ki, yaranmış patoloji hal endoskopik müayinə zamanı Z xəttində 2-3 sm daha yuxarıda yerləşir, bu da əməliyyat sahəsi ilə üst-üstə düşmür. Sual 3. Fistul dəlik aşkar edilib stent yerləşdirilməsi əməliyyatı icra olunduğu zamanı fistul bağlanırsa, stent çıxarıldıqdan 2 ay sonra yenidən fistul dəliyinin yaranması ehtimalı çox az rast gəlinən hallardandır. Sual 4. Anar İsazadənin üzərində "Laparoskopik re-sleeve qastroectomy", yəni mədə kiçiltmə əməliyyatı ikinci dəfə aparılmışdır. Əməliyyatın effektiv nəticəsi əldə edilmədiyi üçün təkrar restruktiv əməliyyat icra oluna bilər. Sual 5. Anar İsazadənin üzərində "Laparoskopik re-sleeve qastroectomy" cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Sual 6. Anar İsazadənin üzərində icra edilmiş "Laparoskopik re-sleeve qastroectomy" cərrahi əməliyyatdan sonra kontrol müayinələrin aparılması nəzərdə tutulur. Bu müayinələrin əməliyyatın 1-ci ayında və sonradan rutin olaraq 3 aydan bir olmaqla aparılması nəzərdə tutulur. Xəstənin 1-3 ay müddətində müayinəsi zamanı onda "fistul" qeyd edilməmişdir. Sual 7.11. Anar İsazadənin ##.##.2024-cü il tarixdə "Star Lab" Klinikasında Ezofaqoqastroduodenoskopiya müayinəsi aparılmış və müayinə nəticəsində onda Ezofaqotraxeal fistulanın sual altında olduğu təyin edilmişdir. Ezofaqotraxeal fistula müxtəlif səbəblərdən yarana bilər. Sual 8. Anar İsazadəyə aparılmış müayinələr onun keçiridiyi cərrahiyyə əməliyyatının həcminə uyğun olaraq yerinə yetirilmişdir. Sual 9. Anar İsazadənin üzərində icra edilmiş "Laparoskopik re-sleeve qastroectomy" cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Sual 10. Anar İsazadənin üzərində icra edilmiş "Laparoskopik re-sleeve qastroectomy" cərrahiyyə əməliyyatı səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Sual 13. Anar İsazadənin qida borusunda fistul-dəliyinin yaranması müxtəlif, yəni tikiş sızıntısı, infeksiya və ya sağalma prosesinin pozuntusu nəticəsində və s. səbəblərdən baş verə bilər. Sual 14. Anar İsazadənin məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın təyinində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamətlər müəyyən edilmədi. Sual 15. Anar İsazadəyə "xxxx”da, həm də digər tibb müəssisələrində aparılmış müayinə və müalicələr xəstənin vəziyyətinə, həmçinin yaranmış patologiyanın (əməliyyatla bağlı olmayan) gedişinə uyğun olmuşdur. Təyin edilmiş diaqnozlar düzgün olmuş və diaqnozlara uyğun olaraq adekvat tibbi yardımlar göstərilmişdir. Sual 16. Anar İsazadəyə göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan olan müvafiq qaydaların tələblərinə uyğun olunmuşdur.

31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X3 tərəfindən verilmiş ***/KEŞ saylı, ##.##.2025-ci il tarixli məhkəmə tibbi ekspertizanın rəyində göstərilib ki, 1981-ci il təvəllüdlü İsazadə Anar Namiq oğlunun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası tərəfindən aşağıdakı nəticəyə gəlinir: Sual 1. Mədə kiçiltmə əməliyyatı (sleeve qastrectomiy) zamanı nadir hallarda qida borusu ilə mədə arasında fistul (patoloji keçid) yarana bilər. Bu, əməliyyatdan sonra yaranın tikiş sızıntısı, infeksiya və ya sağalma prosesin pozuntusu nəticəsində baş verə bilər. Fistul adətən əməliyyatdan bir həftə ərzində kəskin əlamətlərlə (kəskin irinli iltihab) meydana çıxır. Sual 2.12. Anar İsazadə ##.##.2023-cü il tarixdə cavabdeh1a daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Piylənmə III dərəcə" diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və ##.##.2023-cü il tarixdə ETN altında "Laparoskopik re-sleeve qastroectomy" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə ##.##.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Anar İsazadənin əməliyyatdan təxminən 7 ay sonra qida borusunda fistul dəliyin yaranmasına səbəb mədəkiçiltmə əməliyyatının fəsadı deyil. Belə ki, yaranmış patoloji hal endoskopik müayinə zamanı Z xəttində 2-3 sm daha yuxarıda yerləşir, bu da əməliyyat sahəsi ilə üst-üstə düşmür. Sual 3. Fistul dəlik aşkar edilib stent yerləşdirilməsi əməliyyatı icra olunduğu zamanı fistul bağlanırsa, stent çıxarıldıqdan 2 ay sonra yenidən fistul dəliyinin yaranması ehtimalı çox az rast gəlinən hallardandır. Sual 4. Anar İsazadənin üzərində "Laparoskopik re-sleeve qastroectomy", yəni mədə kiçiltmə əməliyyatı ikinci dəfə aparılmışdır. Əməliyyatın effektiv nəticəsi əldə edilmədiyi üçün təkrar restruktiv əməliyyat icra oluna bilər. Sual 5. Anar İsazadənin üzərində "Laparoskopik re-sleeve qastroectomy" cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Sual 6. Anar İsazadənin üzərində icra edilmiş "Laparoskopik re-sleeve qastroectomy" cərrahi əməliyyatdan sonra kontrol müayinələrin aparılması nəzərdə tutulur. Bu müayinələrin əməliyyatın 1-ci ayında və sonradan rutin olaraq 3 aydan bir olmaqla aparılması nəzərdə tutulur. Xəstənin 1-3 ay müddətində müayinəsi zamanı onda "fistul" qeyd edilməmişdir. Sual 7.11. Anar İsazadənin ##.##.2024-cü il tarixdə "Star Lab" Klinikasında Ezofaqoqastroduodenoskopiya müayinəsi aparılmış və müayinə nəticəsində onda Ezofaqotraxeal fistulanın sual altında olduğu təyin edilmişdir. Ezofaqotraxeal fistula müxtəlif səbəblərdən yarana bilər. Sual 8. Anar İsazadəyə aparılmış müayinələr onun keçiridiyi cərrahiyyə əməliyyatının həcminə uyğun olaraq yerinə yetirilmişdir. Sual 9. Anar İsazadənin üzərində icra edilmiş "Laparoskopik re-sleeve qastroectomy" cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Sual 10. Anar İsazadənin üzərində icra edilmiş "Laparoskopik re-sleeve qastroectomy" cərrahiyyə əməliyyatı səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Sual 13. Anar İsazadənin qida borusunda fistul-dəliyinin yaranması müxtəlif, yəni tikiş sızıntısı, infeksiya və ya sağalma prosesinin pozuntusu nəticəsində və s. səbəblərdən baş verə bilər. Sual 14. Anar İsazadənin məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın təyinində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamətlər müəyyən edilmədi. Sual 15. Anar İsazadəyə cavabdeh1 da, həm də digər tibb müəssisələrində aparılmış müayinə və müalicələr xəstənin vəziyyətinə, həmçinin yaranmış patologiyanın (əməliyyatla bağlı olmayan) gedişinə uyğun olmuşdur. Təyin edilmiş diaqnozlar düzgün olmuş və diaqnozlara uyğun olaraq adekvat tibbi yardımlar göstərilmişdir. Sual 16. Anar İsazadəyə göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Sual 17. ##.##.2024-cü il tarixdə "NewMed" klinikasında aparılmış kontrast KT müayinəsində mədə kiçiltmə əməliyyatından sonrakı vəziyyət müəyyən olunur. Mədə dar boru formasında olmuş. Sol ağciyərin aşağı payında bazal bronx əlaqəsi olan fistula kanalı, buna bağlı ətraf ağciyər toxumasında kiçik atelektazlar və sol hemidiafraqmanın ön elevasiyası, sol ağciyərin arxa orta hissəsindən sola meyilli subdiafraqmatik kiçik minimal vizualizasiya olunan boşluq aşkarlanmış. Dalaq ölçüləri normaldır, sol plevrada qalınlaşma, sağ böyrəkdə mikronefrolitiazis, hər iki böyrəkdə kiçik ölçülü kistaların olduğu müəyyən edilmişdir. Onurğada isə osteodegenerativ dəyişkənliklər aşkarlanmışdır. Sual 18. ##.##.2024-cü il tarixində təqdim olunan tibbi sənədlərə əsasən demək olar ki, xəstəyə "Diaqnoz" tibb mərkəzində qida borusunda olan stentin yeniləri ilə dəyişdirilməsi və çıxarılması prosedurası aparılmışdır. Sual 19. İş materiallarında ##.##.2024-cü il tarixdə "X1 Hospital”da aparılmış müayinə cavabına rast gəlinmədi. Sual 20. Təqdim olunan tibbi sənədlərdən görünür ki, xəstə ##.##.2024-cü il tarixdə deyil, ##.##.2024-cü il tarixində əməliyyat olunub. Əməliyyat zamanı sıx bitişmələr ayrıldıqdan sonra plevraya doğru, yəni döş qəfəsinə doğru uzanan fistul traktı aşkarlanmışdır. Əməliyyatdaxili endoskopiya olunaraq fistulun yeri dəqiqləşdirilmişdir. Əməliyyat protokolundan görünür ki, əməliyyat zamanı koter yardımı ilə fistul kanalı mədəyə yaxın hissədən sərbəstləşdirilmiş və tikiş atılaraq qapadılmışdır. Sual 21. Tibbi sənədlərdən göründüyü kimi, xəstə ##.##.2024-ci ildə təkrar əməliyyata alınıb, qoyulan tikişlərdə tutmazlıq olduğu üçün qastroektomiya tətbiq edilib və distal qida borusu 2 sm dən fistula kanalı ilə birlikdə kəsilərək qida borusu ilə bağırsaq arasında anastomoz qoyulub. Sual 22. Fistul qida borusunun aşağı distal hissəsindən Z xəttinin üzərində proksimala doğru olmuş və OTSC deyilən küplərin tutmamazlıq səbəbləri çox müxtəlif parametrlərdən (qida borusunun mənfəzinin kiçik olması ilə əlaqədar klip qoyularkən tam effektiv bağlanmanın olmaması, toxumaya uyğun klipsin seçilməməsi, klip qoyulan nahiyəyə qida borusu möhtəviyyatı və ağız suyunun fistulun sağalma prosesinə mənfi təsiri və s) asılı olaraq dəyişə bilir.

32. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan məhkəmə tibbi ekspertiza rəylərinin kifayət qədər aydın və tam olmadığından, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar yenidən iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının və “Akademik M.A.Topçubaşov adına X9” X3 cərrah həkim mütəxəssislərinin iştirakı və rəyi alınmaqla əlavə məhkəmə-tibbi ekspertizası təyin edilməsi, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «xxxx” X3 ekspertlərinə həvalə edilməsi qərarına gəldi.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ## ###### 2026cı il tarixli qərardadı ilə ekspertlər(mütəxəssislər) qarşısında aşağıdakı suallar qoyuldu: Sual 1. İsazadə Anar Namiq oğlunun üzərində icra olunan mədə kiçiltmə əməliyyatından (sleeve qastrectomiy) sonra yaranın tikiş sızıntısı, infeksiya və ya sağalma prosesin pozuntusu nəticəsində adətən əməliyyatdan bir həftə ərzində kəskin əlamətlərlə (kəskin irinli iltihab) fistul meydana çıxmayıbsa onda iddiaçının sağlamlığında baş verənlər, o cümlədən konkret mədə nahiyyəsindəki fistul hansı proseslərin nəticəsində yaranıb(suala dəqiq və konkret cavab verilməlidir)? Sual 2. Anar İsazadənin üzərində ##.##.2023-cü il tarixdə cavabdeh1da icra edilmiş "Laparoskopik re-sleeve qastroectomy" cərrahiyyə əməliyyatı icra edildiyi və əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdirsə, bu halda sonradan yaranmış fəsadların, o cümlədən mədə nahiyyəsindəki fistulun konkret səbəbləri nə olub(suala dəqiq və konkret cavab verilməlidir)? Sual 3. Anar İsazadənin üzərində ##.##.2023-cü il tarixdə icra edilmiş cərrahi əməliyyat və bu əməliyyatdan sonrakı dövrdə fistul yaranmayıbsa və əməliyyatdan təxminən 7 ay sonra qida borusunda fistul dəliyin yaranmasına səbəb mədəkiçiltmə əməliyyatının fəsadı deyilsə, yaranmış bu patoloji hal nəyin yaxud orqanizmdə gedən hansı prosesin fəsadı sayılır(suala dəqiq və konkret cavab verilməlidir)? Sual 4. Anar İsazadənin qida borusundakı fistul dəliyi, mədə nahiyyəsindəki əməliyyat sahəsi ilə üst-üstə düşmürsə, qeyd olunan fistul dəliyi hansı proseslərin nəticəsində yaranıb(suala dəqiq və konkret cavab verilməlidir)? Sual 5. Anar İsazadənin üzərində "Laparoskopik re-sleeve qastroectomy", yəni mədə kiçiltmə əməliyyatının ikinci dəfə aparılması fistul dəliyinin yaranması rskini nə dərəcədə artıra bilir(suala dəqiq və konkret cavab verilməlidir)? Sual 6. Anar İsazadənin üzərində icra edilmiş "Laparoskopik re-sleeve qastroectomy" cərrahi əməliyyatdan sonra kontrol müayinələrin aparılması və 1-3 ay müddətində müayinəsi zamanı onda "fistul" qeyd edilməməsi hansı sənədlərlə təsdiq olunub(sənəd konkret göstərilsin, suala dəqiq və konkret cavab verilsin)? Sual 7. Anar İsazadənin ##.##.2024-cü il tarixdə "Star Lab" Klinikasında Ezofaqoqastroduodenoskopiya müayinə nəticəsində onda Ezofaqotraxeal fistulanın sual altında olduğu təyin edilmişdirsə, bununla əlaqədar “Ezofaqotraxeal fistula müxtəlif səbəblərdən yarana bilər” dedikdə, konkret hansı səbəblər nəzərdə tutulur və bu cür fistulun mədəkiçiltmə əməliyyatı ilə əlaqəsi olmasını yaxud onun nəticəsində yaranmasını konkret hansı hallar təkzib edir(suala dəqiq və konkret cavab verilməlidir)? Sual 8. Təqdim olunan tibbi sənədlərdə Anar İsazadənin ##.##.2024-cü il tarixində əməliyyat zamanı koter yardımı ilə fistul kanalının mədəyə yaxın hissədən sərbəstləşdirilməsi və tikiş atılaraq qapadılmasının səbəbi nə olub və bunun ##.##.2023-cü il tarixdə icra olunmuş mədəkiçiltmə əməliyyatının nəticəsində baş verməsini hansı tibbi faktlar inkar edir (suala dəqiq və konkret cavab verilməlidir)? Sual 9. Təqdim olunan tibbi sənədlərdə Anar İsazadənin ##.##.2024-ci ildə təkrar əməliyyata alınıb, qoyulan tikişlərdə tutmazlıq olduğu üçün qastroektomiya tətbiq edilib və distal qida borusu 2 sm dən fistula kanalı ilə birlikdə kəsilərək qida borusu ilə bağırsaq arasında anastomoz qoyulmasının səbəbi nə olub və bunun ##.##.2023-cü il tarixdə icra olunmuş mədəkiçiltmə əməliyyatının nəticəsində baş verməsini hansı tibbi faktlar inkar edir (suala dəqiq və konkret cavab verilməlidir)? Sual 10. İsazadə Anar Namiq oğlunun üzərində icra olunan mədə kiçiltmə əməliyyatından (sleeve qastrectomiy) sonra sağlamlığında yaranmış çoxsaylı ağırlaşmalar və fəsadların ##.##.2023-cü il tarixdə icra olunmuş mədəkiçiltmə əməliyyatının nəticəsində baş vermədiyini konkret hansı tibbi faktlar inkar edir (suala dəqiq və konkret cavab verilməlidir)?

34. “Akademik M.A.Topçubaşov adına X9” X3i tərəfindən verilmiş *-**-**/*-***/**** saylı, ## ##### 2026-cı il tarixli rəydə qeyd edilmişdir ki: 1-ci sualın cavabı: Mədə üzərində aparılan bütün əməliyyatlar, o cümlədən mədəkiçiltmə əməliyyatından sonra əməliyyatla bağlı fəsadlar (irinləmə, fistul açılması və s.) adətən əməliyyatdan sonra ilkin dövrlərdə (birinci 10 gün ərzində) özünü çox ciddi şəkildə biruzə verir. Göründüyü kimi, xəstədə fistulanın açılması təxminən 6-7 ay sonra müşahidə edilmişdir ki, bu birmənalı olaraq əməliyyatla əlaqədar deyil və onun fəsadı ola bilməz. 2-ci sualın cavabı: Xəstədə 6-7 ay sonra qida borusunun aşağı 1/3-də sol divarda plevraya açılan fistulun müstəqil bir hal kimi baş verməsi ehtimal edilə bilər. Belə ki, bu əlamət ədəbiyyatda qeyd olunduğu kimi Burxova sindromu (Banket sindromu) adlanır. Təcrübədə az rast gələn bir fəsad olub, hətta sağlam adamlarda da baş verə bilər. Birdən-birə adam yemək yediyi vaxt, çeçəməz, çox yemək, spirtli işki qəbulu vaxtı və s. hallarda qida borusunun spontan cırılması baş verir. Sol divar nazik olduğu üçün cırılma adətən soltərəfli olur. Bu xəstədə də deşilmə əməliyyat yerindən kifayət qədər uzaqda olmaqla Burxova sindromu kimi meydana çıxmışdı. Bu sindrom barədə ilk dəfə 1724-cü ildə holland alimi Berman Burxova məlumat vermişdir. 1858-ci ildə V.Muyors xəstədə bu diaqnoz aşkar etmişdir. 1998-ci ildə dünya üzrə 300 belə xəstə qeydə alınmışdır. Bu xəstədə də 7 ay sonra baş verən deşilmə tipik olaraq Burxova sindromuna uyğun gəlir. 3-cü sualın cavabı: Bu sualda qoyulan məsələyə yuxarıdakı cavabla aydınlıq gətirmiş oldum. Bir daha qeyd etmək istəyirəm ki, əməliyyatdan 7 ay sonra qida borusunun aşağı sol divarında baş verən cırılma əməliyyatla əlaqədar olmayıb və xəstədə Burxova sindromunun (banket sindromu) baş verməsinə daha uyğun gəlir. 4-cü sualın cavabı: Bu suala cavab olaraq, 2 və 3-cü sualı cavablandırarkən verilən ətraflı izahat qəbul oluna bilər. 5-ci sualın cavabı: Anar İsazadə üzərində icra edilən laparoskopik re-sleeve qastroektomiya əməliyyatı xəstədə qida borusunda əməliyyat sahəsindən kənarda həm də 7 ay sonra baş vermiş fistulanın yaranması üçün risk faktoru sayıla bilməz. Həm də fistul gec müddətdə baş vermişdir. 6-cı sualın cavabı: Mədə üzərində aparılan (xüsusən sleeve qastroektomiya) hər bir əməliyyatdan sonra əməliyyat edən həkim tərəfindən yaxın və uzaq dövrdə xəstə həm rentgenoloji olaraq, xüsusi kontrast maddə ilə yoxlanır. Bu vaxtı kontrasın mədədə hərəkəti və ekstravazasiyanın olub-olmaması tam müəyyən edilir. 7-ci sualın cavabı: “Star.Lab” Klinikasında aparılan FQDS müayinəsi zamanı qida borusunda fistulun aşkar edilməsi və ezofaqotraxeal fistulalar müxtəlif səbəblərdən yarana bilər dedikdə yəqin ümumi səbəbləri qeyd etmək istəyib. Yəni doğurdan da ədəbiyyatda ezofaqotraxeal fistulaların müxtəlif səbəbləri haqqında məlumatlar var. Bura onkoloji xəstəliklər, qida borusunun yanıqları, yad cismləri və s. aid edilir. Hansı ki, bu səbəblərin heç biri Anar İsazadəyə aid edilə bilməz, əməliyyat sahəsi də fistul dəliyindən uzaqdadır. Ona görə də xəstədə Burxova sindromunun olmasına daha uyğun gəlir. 8-ci sualın cavabı: Müasir dövrdə qida borusunu fistullarında azimvazif metodla - klips qoymaq, dikiş atmaqla fistul dəliyini aradan qaldırmaq metodları mövcuddur. Amma həmişə istənilən nəticə əldə alınmaya bilir. Bu qida borusu fistuluna aid bir prosedura olub mədə kiçiltmə əməliyyatı ilə heç bir əlaqəsi yoxdur. 9-cu sualın cavabı: Xəstəyə fistulanın bağlanması üçün göstərilən cəhdlər alınmadığı halda ən düzgün seçim protokola görə qida borusunun fistulla birlikdə rezeksiyası və ezofoqoplastika (ya mədə ilə, ya da bağırsaqla) icra edilir. Burada keçirilən əməliyyata görə mədəni istifadə etmək mümkün olmadığı üçün ezoyeyunoanastomozum qoyulması hesab edilir. 10-cu sualın cavabı: Təbii ki, xəstənin sağlamlığında çox ciddi problemlər baş vermişdir və xəstəyə digər həkimlər tərəfindən adekvat yardım göstərilmişdir. Qida borusunda meydana çıxmış spontan cırılma və fistul xəstənin keçirdiyi əməliyyatla əlaqədar olması barədə xəstə və xəstə yaxınları arasında az da olsa yanlış fikirlərin meydana çıxması səbəb olmuşdur. Lakin xəstədə fistulun çox gec (7 ay sonra) baş verməsi, ilkin dövrlərdə fistul üçün xarakterik heç bir klinik, instrumental, laborator əlamətlərin olmaması, fistul dəliyini əməliyyat sahəsindən uzaq olması birmənalı xəstədə fistulun baş verməsini keçirilmiş əməliyyatla əlaqədar olmasını inkar edir.

35. Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası tərəfindən verilmiş *-**-**-*/*-***/**** saylı, ## ##### 2026-cı il tarixli rəydə qeyd edilmişdir ki: 1-ci sualın cavabı: Əvvəlcə onu nəzərinizə çatdırmaq istəyirəm ki, mədə (sleeve qastrectomy), qida borusu və bağırsaqlar üzərində aparılan bütün cərrahi müdaxilələrdən sonra əməliyyatla əlaqədar müxtəlif ağırlaşmalar (yaranın irinləməsi, tikişlərin tutarsızlığı, fistul əmələ gəlmə, abses, peritonit və s.) meydana çıxa bilər. Ancaq bu ağırlaşmalar cərrahi müdaxilədən sonra yaxın zamanda əməliyyatdan sonrakı 10 gün ərzində kəskin iltihabi əlamətlərlə baş verir. Bu halda isə xəstədə baş verən ağırlaşma - fistul cərrahi müdaxilədən 6-7 ay sonra baş vermişdir, baş verən (fistula) ağırlaşma İsazadə Anar Namiq oğlunun üzərində icra olunan mədə kiçiltmə əməliyyatı ilə əlaqədar və həmin cərrahi əməliyyatın ağırlaşması ola bilməz. 2-ci sualın cavabı: Xəstədə 6-7 ay sonra qida borusunun aşağı 1/3-də sol divarda plevraya açılan fistulun Anar İsazadənin üzərində ##.##.2023-cü il tarixdə “Modern Hospita”da icra edilmiş “Laparoskopik re-sleeve qastroectomy cərrahiyyə” əməliyyatının ağırlaşması kimi yox, sonradan baş verən müstəqil bir vəziyyət kimi qiymətləndirmək olar. Belə ki, bu vəziyyət ədəbiyyat məlumatlarında da qeyd edildiyi kimi, bu Boerhaave sindromu (qida borusunun spontan cırılması, qida borusunun travmatik olmayan cırılması, qida borusunun barogen cırılması, qida borusunun apopleksiyası, “Ziyafət qida borusu və ya Banket sindromu” qida borusunun divarının bütün təbəqələrinin spontan cırılması ola bilər. Bu çox az rast gələn bir ağırlaşma olub, hətta sağlam adamlarda da baş verə bilər. Boerhaave sindromu əsasən qida borusunun yırtılmasına səbəb olan güclü qusma və qeyri-adi gərginlik səbəbindən qida borusunun içərisində artan təzyiq nəticəsində yaranır. Bundan əlavə, doğuş, qıcolmalar, ağır yüklərin qaldırılması, kostik və ya aşındırıcı bir şey udmaq, səbəbi bilinməyən öskürək, təkrarlanan pnevmoniya da buna səbəb ola bilər. Eyni zamanda istənilən əməliyyatdan sonrakı uzaq dövrdə qida borusunda xora və onun perforasiyası nadir, amma ciddi bir komplikasiyadır. Əməliyyat sonrası anatomiyanın dəyişməsi, qeyri-sabit qida axını və xora riskini artıran faktorlardan asılı olaraq, perforasiya meydana gələ bilər. Bu xəstədə əmələ gələn fistul Boerhaave sindromu və Sleeve mədə kiçiltmə əməliyyatından sonra qida borusunda əmələ gələn xoranın perforasiyası nəticəsində yarana bilər. 3-cü sualın cavabı: Anar İsazadənin üzərində ##.##.2023-cü il tarixdə icra edilmiş cərrahi əməliyyat və bu əməliyyatdan sonrakı dövrdə yaranan fistul bu cərrahi əməliyyatla əlaqəli deyil, təxminən 7 ay sonra qida borusunda fistulun yaranması Boerhaave sindromu və qida borusunda adekvat qidalanmama səbəbindən yaranan xoranın perforasiyası nəticəsində meydana çıxmasına daha çox uyğun gəlir. 4-cü sualın cavabı: Anar İsazadənin qida borusundakı fistul dəliyi, mədə nahiyyəsindəki əməliyyat sahəsi ilə üst-üstə düşmür və qeyd olunan fistul dəliyi yuxarıda (2-ci və 3-cü suala cavablarda) qeyd edildiyi kimi Boerhaave sindromu va qida borusunda yaranan xoranın perforasiyası nəticəsində meydana çıxmasına uyğun gəlir. 5-ci sualın cavabı: Anar İsazadənin üzərində «Laparoskopik re-sleeve qastroectomy», yəni, mədə kiçiltmə əməliyyatının ikinci dəfə aparılması bu hal üçün fistul dəliyinin yaranması risk faktoru sayıla bilməz. Ona görə ki, fistul dəliyi əməliyyat sahəsindən kənarda və əməliyyatdan 7 ay sonra yaranmışdır. 6-cı sualın cavabı: Anar İsazadənin üzərinda icra edilmiş «Laparoskopik re-sleeve qastroectomy» cərrahi əməliyyatdan sonra kontrol müayinələr protokola uyğun yaxın və uzaq dövrdə yoxlanılır, bu zaman kontrast maddənin qida borusu və mədədə hərəkəti və ekstravazasiyanın olub olmaması yoxlanılır. 7-ci sualın cavabı: Anar İsazadənin ##.##.2024-cü il tarixdə “Star Lab” Klinikasında Ezofaqoqastroduodonoskopiya müayinəsi nəticəsində deyilən onda Ezofaqotraxeal fistulanın müxtəlif səbəblərdən yarana bilər deməsi, ola bilər ki, ədəbiyyatlarda qeyd edilən ezofaqotraxeal fistulaların müxtəlif səbəblərindən barotravma, qida borusu xəstəlikləri, yad cisimlər və travmaların da perforasiyaya səbəb ola bilməsini nəzərdə tutub. Fistula dəliyi əməliyyat sahəsindən uzaqda yerləşir və 7 ay sonra meydana çıxmışdır. Bu klinik hal Boerhaave sindromu və ya qida borusunda yaranan xoranın perforasiyasına daha çox uyğun gəlir. 8-ci sualın cavabı: Anar İsazadənin ##.##.2024-cü il tarixində əməliyyat zamanı koter yardımı ilə fistul kanalının sərbəstləşdirilməsi və tikiş atılaraq qapadılmasının səbəbi orda fistulun olmasıdır və bunun ##.##.2023-cü il tarixdə fera-plunmuş mədə kiçiltmə əməliyyatının nəticəsində baş verməsi inkar edilir. Bunu da fistul dəliyinin əməliyyat sahəsindən kənarda yerləşməsi və əməliyyatdan 7 ay sonra yaranması təsdiq edir. 9-cu sualın cavabı: Anar İsazadənin ##.##.2024-cü ildə təkrar əməliyyata alınıb, qoyulan tikişlərdə tutmazlıq olduğu üçün qastroektomiya tətbiq edilib və distal qida borusu 2 sm dən fistula kanalı ilə birlikdə kəsilərək qida borusu ilə bağırsaq arasında anastomoz qoyulmasının səbəbi yuxarıda dəfələrlə qeyd etdiyimiz kimi, ##.##.2023-cü il tarixdə icra olunmuş mədə kiçiltmə əməliyyatının nəticəsində baş verməyib, bunu da fistul dəliyinin əməliyyat sahəsindən kənarda yerləşməsi və əməliyyatdan 7 ay sonra yaranması, həmçinin yaranmış fistulun Boerhaave sindromu və ya qida borusunda yaranan xoranın perforasiyasına daha çox uyğun gəlməsi təsdiq edir. 10-cu sualın cavabı: İsazadə Anar Namiq oğlunun üzərində icra olunan mədə kiçiltmə əməliyyatından (sleeve qastrectomiy) sonra sağlamlığında yaranmış çoxsaylı ağırlaşmalar və fasadların ##.##.2023-cu il tarixdə icra olunmuş mədə kiçiltmə əməliyyatının nəticəsində baş vermədiyini əməliyyatdan sonrakı ilkin dövrdə fistul üçün xarakter heç bir klinik, instrumental, laborator əlamətlərin olmaması, fistul dəliyini əməliyyat sahəsindən uzaq olması, fistulun çox gec əməliyyatdan 7 ay sonra baş verməsi təsdiq edir.

36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «xxxx” X3i tərəfindən verilmiş **** saylı, ## ##### 2026-cı il tarixli rəydə qeyd edilmişdir ki: 1-ci sualın cavabı: İsazadə Anar Namiq oğlu ##.##.2023-cü il tarixdə cavabdeh1a daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Piylənmə III dərəcə” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və ##.##.2023-cü il tarixdə onun üzərində ETN altında "Laparoskopik re-sleeve qastroectomy" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə ##.##.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Mədə üzərində aparılan bütün əməliyyatlar, o cümlədən mədə kiçiltmə əməliyyatından sonra əməliyyatla bağlı fəsadlar (irinləmə, fistul açılması və s.) adətən əməliyyatdan sonra ilkin dövrlərdə (birinci 10 gün ərzində) özünü çox ciddi şəkildə biruzə verir. Təqdim edilmiş tibbi sənədlərə əsasən, İsazadə Anar Namiq oğlunda fistulanın açılması təxminən 6-7 ay sonra müşahidə edilmişdir. Bu da birmənalı olaraq əməliyyatla əlaqədar deyil və onun fəsadı kimi qiymətləndirilmir. 2-4-cü sualların cavabı: İsazadə Anar Namiq oğlunda 6-7 ay sonra qida borusunun aşağı 1/3-də sol divarda plevraya açılan fistulun müstəqil bir hal kimi baş verməsi ehtimal edilə bilər. Belə ki, bu əlamət ədəbiyyatda qeyd olunduğu kimi "Burxova sindromu" (Banket sindromu) ilə əlaqədar ola bilər. 5-ci sualın cavabı: İsazadə Anar Namiq oğlunun üzərində icra edilmiş "laparoskopik resleeve qastroektomiya" cərrahiyyə əməliyyatından sonra onda qida borusunda əməliyyat sahəsindən kənarda, həm də 7 ay sonra baş vermiş fistulanın yaranması risk faktoru sayıla bilməz. Həm də fistul gec müddətdə baş vermişdir. 6-cı sualın cavabı: Mədə üzərində aparılan (xüsusən sleeve qastroektomiya) hər bir əməliyyatdan sonra yaxın və uzaq dövrlərdə xəstə rentgenoloji olaraq xüsusi kontrast maddə ilə yoxlanılır. Bu vaxtı kontrastın mədədə hərəkəti və ekstravazasiyanın olub-olmaması tam müəyyən edilir. 7-ci sualın cavabı: İsazadə Anar Namiq oğluna ##.##.2024-cü il tarixdə "Star Lab" klinikasında aparılmış FQDS müayinəsi zamanı onda qida borusunda fistulun aşkar edilməsi "ezofaqotraxeal fistulalar müxtəlif səbəblərdən yarana bilər" dedikdə ümumi səbəblər nəzərdə tutula bilər. Tibbi ədəbiyyatda ezofaqotraxeal fistulalanın müxtəlif səbəbləri vardır. Burada onkoloji xəstəliklər, qida borusunun yanıqları, yad cisimləri və s. aid edilir. Hansı ki, bu səbəblərin heç biri Anar İsazadəyə aid deyil, əməliyyat sahəsi də fistul dəliyindən uzaqdadır. Bu səbəbdən xəstədə "Burxova sindromu"nun olmasına daha çox uyğun gəlir. 8-ci sualın cavabı: Müasir praktikada qida borusu fistullarında az invaziv metodla - klips qoymaq, tikiş atmaqla fistul dəliyini aradan qaldırmaq metodları mövcuddur. Lakin həmişə İstənilən nəticə əldə alınmaya bilər. Bu qida borusu fistuluna aid bir prosedur olub, mədə kiçiltmə əməlyyatı ilə heç bir əlaqəsi yoxdur. 9-cu sualın cavabı: İsazadə Anar Namiq oğluna fistulanın bağlanması üçün göstərilən cəhdlər effektsiz olduğu halda ən düzgün seçim protokola görə qida borusunun fistulla birlikdə rezeksiyası və ezofaqoplastika (ya mədə ilə, ya da bağırsaqla) sayılır. Burada keçirilən əməliyyata görə mədəni istifadə etmək mümkün olmadığı üçün ezoyeyunoanastomozun qoyulması düzgün olmuşdur. 10-cu sualın cavabı: İsazadə Anar Namiq oğlunun sağlamlığında çox ciddi problemlər yaranmışdır və ona digər tibb müəssisində adekvat tibbi yardımlar göstərilmişdir. Qida borusunda meydana çıxmış spontan cırılma və fistul xəstənin keçirdiyi əməliyyatla əlaqədar deyil. Bu da xəstədə fistulun çox gec (7 ay sonra) baş verməsi, ilkin dövrlərdə fistul üçün xarakter heç bir klinik, instrumental, laborator əlamətlərin olmaması və fistul dəliyin əməliyyat sahəsindən uzaq olması ilə təsdiq edilir.

37. Beləliklə, apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə alınmış 3-cü dəfə alınmış məhkəmə tibbi ekspertiza rəyi, eləcə də Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının və “Akademik M.A.Topçubaşov adına X9” X3 yüksək elmi dərəcəsi olan(tibb elmləri doktoru, professor) həkim mütəxəssislərinin verdiyi rəylərlə də iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər öz təsdiqini tapmadı. Belə ki, həm ekspertiza, həm də mütəxəssis rəyləri ilə İsazadə Anar Namiq oğlunun üzərində icra olunan mədə kiçiltmə əməliyyatından sonra sağlamlığında yaranmış çoxsaylı ağırlaşmalar və fəsadların ##.##.2023-cu il tarixdə icra olunmuş mədə kiçiltmə əməliyyatının nəticəsində baş vermədiyi göstərildi. Başqa sözlə əməliyyatdan sonrakı ilkin dövrdə fistul üçün xarakter heç bir klinik, instrumental, laborator əlamətlərin olmaması, fistul dəliyini əməliyyat sahəsindən uzaq olduğu, fistulun əməliyyatdan 7 ay sonra baş verdyi ekspert və həkim mütəxəssislərə bu nəticəyə gəlməyə əsas verib.

38. İddiaçı disk və analiz kağızlarını cavabdeh2 və onun hospitalına inanmadığı üçün Türkiyə Respublikasına göndərdiyini, ordakı həkimlərin yekdil rəyinə görə o, ikinci mədə kiçiltmə əməliyyatı zamanı zədələndiyni, yəni cavabdeh cavabdeh1 MMC-də digər cavabdeh cavabdeh2 tərəfindən ona edilən “mədə kiçiltmə” əməliyatı zamanı tikişlərdən biri və ya bir neçəsi tutmadığına görə qəbul etdiyi qidalar diafraqmanın altına, qarın boşluğuna düşərək iltihablaşdığını və ağ ciyərini sıradan çıxardığını, ##.##.2023-cü il tarixdə “mədə kiçiltmə” əməliyyatı zamanı onda yaranan fistul-dəlik cavabdeh2 tərəfindən müəyyənləşmədiyini göstərsə də, bu dəlillər yalnız iddiaçının sözlərindən ibarət olmaqla hər hansı bir digər sübutla təsdiq olunmur. Bəyan etdiyi bu halları sübut etmək yükü isə iddiaçının üzərinə düşsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib. Əksinə təqdim edilən sübutlar, o cümlədən iş üzrə keçirilmş ekspertiza və alınmış mütəxəssis rəyləri ilə də onun bəyan etdikləri təkzib olundu.

39. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaya baxarakən obyektiv və hərtərəfli araşdırma aparmadığını, sadəcə ekspertizanın rəyi ilə kifayətləndiyini, birinci rəydəki uyğunsuzluqlar barədə mövqeyini bildirmədiyini göstərsə də, əksinə məhkəmə tam və hərtərəfli araşdırma aparılmasına şərait yaratmış, iş üzrə xüsusi bilik tələb edən sualların izah edilməsi üçün iki dəfə məhkəmə tibbi ekspertizanın keçirilməsinə dair qərar qəbul edib və alınmış rəyləri də digər sübutlarla yanaşı qiymətləndirərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.

40. Bununla belə, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinin yoxlanılaraq həqiqətin müəyyən edilməsi üçün 3-cü dəfə məhkəmə tibbi ekspertizanın keçirilməsi barədə qərar qəbul etdi və əlavə olaraq Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının və “Akademik M.A.Topçubaşov adına X9” X3 yüksək elmi dərəcəsi olan(tibb elmləri doktoru, professor) həkim mütəxəssislərinin 2 rəyini də əldə etdi. Bütün bu rəylərlə də həm iddiaçını narahat edən, həm də məhkəmə tərkibinin yoxlanılmasını zəruri bildiyi suallara aydınlıq gətirilərək həkim cərrahın iddiaçı üzərində cərrahi əməliyyatı qüsurlu icra etməsi təsdiq olunmadı. Eyni zamanda, ekspertiza rəylərinin tərtib olunmasında sözügedən sahədə fəaliyyət göstərən ixtisaslaşmış həkim mütəxəssislərin rəylərindən də istifadə olunub. Bu cür vəziyyətdə 3 dəfə keçirilmş məhkəmə tibb ekspertiza rəylərinin, eləcə də yüksək elmi dərəcəsi olan həkim mütəxəssislərin 2 rəyini, bütövlükdə 5 rəyin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar mövcud deyil. Ona görə də rəy vermiş ekspert qrupunun məhkəməyə çağrılaraq dindirilməsinə də hər hansı bir əsas, zərurət və lüzum yaranmadığı üçün iddiaçının bu barədə vəsatəti də təmin edilə bilməzdi. Çünki məhkəmə tərkibi tərəfindən birinci instansiya məhkəməsinin verdiyi 2 rəydə natamam qalan sualların cavabına da apellyasiya baxışı zamanı alınmış ekspert və mütəxəssis rəyləri ilə aydınlıq gətirildi. Üstəlik, bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıdığını bilən hansısa ekspert məhkəmə iclasında öz rəyini müdafiə etmədiyi hallarına da məhkəmə təcrübəsində heç vaxt rast gəlinməyib.

41. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı İsazadə Anar Namiq oğlunun apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsümü iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar