Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-837/2025 01.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkil-nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkil-nümayəndəsi X6, Cavabdeh “Modern Hospital" MMC-nin vəkil-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarş “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 MMC və onun baş həkimi Cavabdeh1 tərəfindən onun müalicəsi zamanı sağlamlığına vurulmuş 90.000 manat (doxsan min manat) maddi zərərin, 50.000 manat (əlli min manat) əldən çıxmış faydanın və 50 000 manat (əlli min manat) mənəvi zərərin, həmçinin 480 (dörd yüzsəksən) manat məhkəmə rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin dekabr ayında mədə kiçiltmə əməliyyatı etdirmişdir. Əməliyyat uğurla həyata keçirilmiş və çəkisi normala düşmüşdür. Əməliyyatdan 4-5 gün sonra işə çıxmış və normal qidalanmışdır. Az qida qəbul edir və mütəmadi olaraq formaya düşür-arıqlayırdı. Bir müddət sonra yenidən çəkisinə nəzarəti itirmiş və kökəlməyə başlamışdır. Yenidən mədə kiçiltmə əməliyyatı etdirməyi düşünmüş, lakin, müraciət etdiyi şəxslər ona demişdir ki, ikinci dəfə həmin əməliyyat etdirmək təhlükəlidir. Həmçinin, onu ilk dəfə əməliyyat edən həkim də, məsləhət görməmişdir. 2023cü ilin iyul ayının 24-də bacısı X20 və həyat yoldaşı X18 ilə birlikdə Cavabdeh2da baş həkim Cavabdeh1 qəbulunda olmuşlar. Belə ki, bacısı da həmin mədə kiçiltmə əməliyyatı etdirmək istəyirdi. Cavabdeh1 haqqında internerdən məlumat əldə etmişlər. Görüş vaxtı Cavabdeh1 onu da inandırmışdır ki, ikinci dəfə mədə kiçiltmə əməliyyatında heç bir problem ola bilməz. Halbuki, o, ona demişdir ki, onu birinci dəfə əməliyyat edən həkim sonradan ikinci dəfə mədə kiçiltmə əməliyyatını icra etmir. Cavabdeh1 bildirmişdir ki, indiyə kimi onlarla pasientdə ikinci dəfə belə əməliyyatı etmiş və uğurlu olmuşdur. O, onun da ikinci dəfə də mədə kiçiltmə əməliyyatı keçirtməyinin mümkünlüyünə onu inandırmışdır. Danışıqlar əsnasında o, ona əməliyyat avadanlıq və cihazlarını göstərmişdir. Təklif edilən avadanlıqların qiyməti 2500 manatdan 10000 manat kimi dəyişirdi. Ona bildirdi ki, onun ikinci dəfə mədə kiçiltmə əməliyyatın minimum 6000 manatlıq avadanlıq ilə icra edilməlidir. Daha sonra ona bildirildi ki, 26 iyulda analizləri ver və nəticəsindən asılı olaraq ona ikinci dəfə əməliyyatın icra edilib-edilməməsi barədə son qərarı desinlər. 26 iyul 2024-cü il tarixdə Cavabdeh2da analizləri vermiş və evə qayıtdıqdan bir saat sonra ona zəng edib telefon vasitəsilə bildirmişlər ki, analizlərinin cavabları normaldır və 28 iyul 2024-cü il tarixində yerləri boş olduğundan onu əməliyyat edə bilərlər. xx.xx.2023-cü il tarixdə onu Cavabdeh2 MMC-də, həmin hospitalın direktoru – baş həkim Cavabdeh1 ikinci dəfə olmaqla “mədə kiçiltmə” əməliyyatına götürdü. Əməliyyatdan sonra həmən ona problemlər yarandı və özünü çox narahat hiss etməyə başlamışdır. İlk növbədə qidalanmağı ilə bağlı problemlər olmuşdur. Heç bir qida qəbul edə bilmirdi. Adicə su içəndə dəhşət ağrıları olurdu. Cavabdeh1 müraciət etmiş və ona demişdir ki, normaldır. Belə olmalıdır. Daha sonra onu rentgen etmişlər. Dedilər ki, hər şey qaydasındadır. Lakin, narahatçılığı davam edirdi və qızdırmaları başlamışdı. Heç bir qiada qəbul edə bilmirdi. Qida qəbul edərkən daxili orqanlarında ona məlum olmayan və əvvəllər heç vaxt hiss etmədiyi prosesslər hiss edirdi. Daha sonra ağrılar kürəyinə, bel nahiyəsinə vururdu. Ona elə gəlirdi ki, bu başqa bir xəstəlik əlamətidir və ya özünü soyuğa vermişdir. Fizioterapiya həkiminə müraciət etmiş və müalicə almağa, prosedurlardan keçməyə başlamışdır. İlk əvvəl ağrılar bir az səngisə də, sonradan lap dözülməz olmuşdur. Sanki, kürəyinə bıçaq sancılmış kimi özünü hiss edirdi. 2024-cü ilin yanvar ayına kimi fizioterapiya müalicə və seanslarını davam etsə də, ağrılar kəsmirdi. Daha sonra 5 saylı şəhər xəstəxanasına müraciət etmişdir. Həmin xəstəxanada ondan qan analizləri götürülmüş, boynu və digər orqanları MRT və KT edildikdən sonra müəyyən edilmişdir ki, onun ağ ciyərləri hər iki tərəfdən pnevmaniya vəziyyətindədir. Dərhal ona bildirildi ki, təcili tibbi yardım ilə ağ ciyər xəstəlikləri institutuna getməlidir. Özü hazırda o halda deyildir ki, təcili tibbi yardım olmadan ora gedə bilsin. Vəziyyət kritik idi. Fevral 2024-cü ildə o, iki həftə orda müalicə aldıqdan sonra ona bildirildi ki, güclü antibiotiklər ilə onu müalicə etsələr də, sağ ağ ciyər normal olsa da, sol ağ ciyər artıq zədəlidir və bunun səbəbi var. Belə bir pnevmaniya soyuqdəymədən ola bilməz. Yenə həkimə müraciət etmişdir. Hər dəfə ona güclü antibiotiklər vuruldurdu, bir müddət vəziyyəti nisbətən düzəlirdi, sonra yenidən antibiotiklərin təsiri itəndən sonra yenidən vəziyyəti pis olurdu. Daha sonra “StarLab” klinikasında Fəxriyyə həkimi ona məsləhət bilmişlər. Onun yanında olarkən qastro müayinə ilə məlum oldu ki, onun qida borumda 5 mm diametrində bir dəlik-fistul əmələ gəlmişdir. Həmin dəlikdən qəbul etdiyi qidaların bir qismi qarın boşluğuna düşür və bu səbəbdən onda ağ ciyərlərin iltihabı başlayır. Dərhal Cavabdeh1 müraciət etmiş və o öz dəftərlərini, qeydlərini qarşısına tökərək ona bildirdi ki, sənin qida borunun aşağı hissəsində əməliyyat aparmış, lakin, hazırki dəlik-fistul yuxarı hissədədir, ona görə onluq bir şey yoxdur. Əgər aşağı hissədə, onun əməliyyat etdiyi hissədə olsa idi, deyərdi ki, onluqdur, onun təqsirindəndir. Hazırki, dəlik-fistulun onun etdiyi əməliyyata heç bir aidiyyatı yoxdur. Görünürdü ki, məsuliyyəti öz üzərindən atır. Ona izah etmək istəyirdi ki, o, nə qida qəbul edir, ona problem olur, adi bir qurtum su içir qayıdır ağzına, bütün daxili orqanları yanır, qıcıq verir, hiss edir ki, qida borusunda əmələ gələn o dəlik də, daxili həzm prosesinmin pozulması və qəbul edilən qidanın qıcıqverici hal ilə ağzına, qida borusu ilə yuxarı qayıtmağına görədir. Lakin, Cavabdeh1 hər vəch ilə onu inandırmağa çalışırdı ki, onluq bir şey yoxdur. Sanki, bir şaman kimi adamı ovsunlayır və öz xeyrinə sakitləşdirirdi. Adam onun dediklərinə inanmaq istəyirdi. Sonra onu “Diaqnoz” hospitalında Rafael doktorun yanına yönləndirdi. Məsləhət olmuşdu ki, ona stend qoysunlar. Həmin stend 6 həftə onun qida borusunda qaldı. xx.xx.2024-də çıxardılar. Ona bərk əziyyət verirdi. Üstündən bir müddət keçəndən sonra yenə narahatçılıq oldu. Yenidən müayinələr vaxtı məlum oldu ki, yenidən həmin nahiyədə fistul-dəlik yaranıb. xx.xx.2024-cü ildə yenidən ons stend qoyuldu. “Diaqnoz” hospitalından çıxandan sonra Cavabdeh1 dəvəti ilə digər cavabdeh, onun direktoru olduğu Cavabdeh2a gəldi. Cavabdeh1 ona bildirdi ki, bir neçə gün burda qalıb hospital şəraitində müalicə al, 3-4 gün orda qalmış və immuniteti saxlamaq üçün ona müxtəlif antibiotiklər vurdular. Qəbzlərdə öz əksini tapıb. xx.xx.2024cü ildə ordan çıxmışdır. Təkcə həmin vaxt dərmanlara 170 manat və əlavə olaraq da hospitala 942 manat pul ödəmişdir. xx.xx.2024 də stend çıxarıldı. Həmin zaman da çox narahat olmuşdur. Təkrar onu Cavabdeh2da KT etdilər. Sonra həkimlərin uzun sürən məşvərətindən sonra Cavabdeh1 ona bildirdi ki, KT göstərir ki, sənin qarın boşluğunun aşağı hissəsində, yəni Cavabdeh1 tərəfindən “mədə kiçiltmə” əməliyyatı edilən hissədə dəlik – fistul var. Sən nə yeyirsənsə, ordan tökülür qarın boşluğuna, iltihab yaradır və ağ ciyərin də iltihablaşır. Cavabdeh1 bildirdi ki, bəs uzun müddətdir ki, sizə deyir ki, narahatdır, adi su içirəm geri qayıdır, bəs niyə tədbir görmürsüz? Deyir ki, öskürür, yedikləri qırıntıları çirkab qırıntıları vasitəsilə ağzından geri tökülür. Siz isə ona deyirsiz ki, yırtıq əmələ gəlib, belə olmalıdır və s. Onun etirazına cavab verə bilmədi. Daha sorna onu “Bonadea” hospitalına, torakal cərrah Elmar Məmmədova yönləndirdi. xx.xx.2024-cü ildə Elmar Məmmədov ilkin KT analizlərinin cavablarına baxaraq ona bildirdi ki, səndə ciddi problem var. Ağızdan qidalanmağı təcili dayandırmaq lazımdır. xx.xx.2024 ona şlanq qoydular. Daha sonra 3 həftə sonra KT etdilər. Dəliyin yerini ilkin olaraq müəyyən etmək mümkün olmadı. Çünki, iltihab ağ ciyərin aşağı hissəsini tamam tutmuşdur. Daha sonra fistul-dəliyin yeri müəyyən edildi və klips qoyuldu. Lakin klips də tutmadı, yəni dəliyi qapaya bilmədi. Çünki, klips qoyulan hissənin yuxarı hissəsi fibroz halındadır, kənar klips orda tutmur. Hazırda ağır açıq əməliyyat keçirmişdır. Xərci 15000 manatdan çoxdur. Həkimlərin bildirdiyinə görə bəlkə də, ikinci əməliyyata alındı. Çünki, ağ ciyərinin sol hissəsinin alt qatı tam zədələnib. Disk və analiz kağızlarını burda olan Cavabdeh1 və onun hospitalına inanmadığı üçün Türkiyə Respublikasına göndərmişdir. Ordakı həkimlərin yekdil rəyinə görə o, ikinci mədə kiçiltmə əməliyyatı zamanı zədələnmişdir. Yəni Cavabdeh2 MMC-də digər Cavabdeh1 tərəfindən ona edilən “mədə kiçiltmə” əməliyatı zamanı tikişlərdən biri və ya bir neçəsi tutmadığına görə qəbul etdiyi qidalar diafraqmanın altına, qarın boşluğuna düşərək iltihablaşmış və ağ ciyərini sıradan çıxarmışdır. xx.xx.2024-cü il tarixdə “mədə kiçiltmə” əməliyyatı zamanı onda yaranan fistul-dəlik Cavabdeh1 tərəfindən müəyyənləşməmiş, o bunu bilməmiş və ya bildirməmiş, həmçinin zaman keçdikcə onun fəsadları daha da artmışdır ki, nəticədə o, uzun müddət əziyyət çəkdikdən sonra açıq əməliyyata girmək məcburiyyətində qalmışdır. Beləliklə, həkim səhlənkarlığı və bilməməzliyi ucbatından yuxarıda göstərilənlər başına gəlmiş, ona maddi və mənəvi zərər vurulmuşdur. Həmin zərər indi də davam edir. Bütün bu müddət ərzində iş qabiliyyəti itmişdir, özü və ailəsi məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, əmək qabiliyyəti itmişdir və işləməyi mümkün olmamışdır. Hesab edir ki, Cavabdeh2da mədə kiçiltmə əməliyyatı zamanı həmin hospitalın direktoru Cavabdeh1 tərəfindən onun sağlamlığına vurulmuş zərərin əvəzi ödənməlidir. Cavabdeh2-ın baş həkimi Cavabdeh1 tərəfindən onun müalicəsi zamanı vurmuş olduğu 90.000 manat dəyərində maddi ziyan, 50.000 manat dəyərində əldən çıxmış fayda və 50000 manat dəyərində mənəvi ziyan cavabdehlərdən alınaraq ona ödənilməlidir. İş materialları :
3. Cavabdeh2ın həkimi Farid Şahməmmədov tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixində “döş qəfəsi üzv-in ren-qrafiyaları 2PR+RSK” müayinəsindən görünür ki, döş qəfəsi üzvlərinin rentgenoskopiyası zamanı və iki proyeksiyasiyada çəkilmiş rentgenoqrammasında sol aşağı ağciyər sahəsində, sol sinusda plevro-parenximal çəkintilər qeyd edilir. Bu fonda ağ ciyərlərdə nəzərə çarpan ocaqlı və infiltrative dəyişiklik qeyd edilmir. Divararlığı kölgəsi genişlənməmişdir, müayinə limitasiya daxilində sağ sinusda maye qeyd edilmir. Sol sinus differensə edilmir. Vizualziə edilən qədər diafraqma konturu hamardır. Rentgenoloji ürək və aorta adidir. Ağciyər kökləri və kökyanı şəkil hər iki tərəfdən güclənmişdir.
4. İş materiallarına İddiaçı Cavabdeh2da verdiyi (xx.xx.2024-cü il tarixli) analizin nəticəsi, “Bona Dea” Hospitalda xx.xx.2024 və xx.xx.2024-cü il tarixində yazılmış reseptlər əlavə edilmişdir.
5. İş materiallarına ödəniş qəbzlərinin surəti əlavə edilmişdir. İş materiallarına İddiaçı məxsus kart hesabı üzrə xx.xx.2023-xx.xx.2024-cü il tarixli dövrləri əhatə edən hesabdan çıxarış əlavə edilmişdir.
6. İş materiallarına “WhatsApp” mobil tətbiqində aparılan danışıqlara dair yazışmalar əlavə edilmişdir.
7. xx.xx.2023-cü il tarixli Y230000693 nömrəli avans təlimatından görünür ki, xəstə İddiaçıtərəfindən Cavabdeh2, həkim Cavabdeh1, bariatik-metobolik şöbəsi tərəfindən 3774 manat avans ödənişi qəbul edilmişdir.
8. Cavabdeh2 tərəfindən verilmiş 666/23 saylı xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, X20 xx.xx.2023-cü il tarixdə piylənmə İİİ dərəcə BKİ 35.0% diaqnozu ilə hospitala daxil olmuşdur.
9. Cavabdeh2ın həkimi Alisa Tvaradze tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli “qida borusu, mədə, 12BB REN-skopiyası” müayinəsindən görünür ki, udmak aktı polulmayıb, mədə kiçiltmə əməliyyatından 3 ay sonra həzm sisteminin duru barium sulfat məhlulu ilə müayinəsi zamanı kontrast qida borusundan sərbəst keçir. Mədənin “qolu” konturları hamardır. Dolma defekti, daralma sahəsi qeyd olunmur. Peristaltika orta itensivlikdədir, evakuasiya vaxtındadır. 12 bb soğanağı adi ölçüdə və formadadır. Kontrast nazik bağırsaq ilgəklərində qeyri-bərabər paylanır.
10. Cavabdeh2 tərəfindən verilmiş “Xəstəlik tarixi”ndən görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdə hospitala daxil olmuş və ona piylənmə İİİ dərəcə diaqnozu qoyulmuşdur. Xəstə üzərində Cavabdeh1 “sleeve gastrectomy” əməliyyatı icra etmiş və xx.xx.2023-cü il tarixdə xəstənin ümumi vəziyyəti kafidir. Şikayəti yara nahiyəsində olan ağrıdandır. Drenaj çıxarılmış, xəstə evə yazılmışdır.
11. Cərrahi əməliyyat protokolundan görünür ki, İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə “Laparoskopik re-sleeve gastrectomy” əməliyyat icra olunmuş: Aseptik şəraitdə orta xətt boyunca xəncərəbənzər çıxıntıdan 20 sm aşağı olmaqla 1 sm -lik kəsik aparıldı. Trokar yerləşdirildi. Videolaparoskopiya Karboksioperitonium yaradıldı. Qarın boşluğuna əlavə: 2 orta xətt boyu xəncərvari çıxıntıdan 8 sm aşağı 10 mm-lik troakar, 3 sağ orta körpücük xətti boyu qabırğa qövsündən 10 sm aşağı 10 mm-lik troakar, xəncərəbənzər çıxıntıdan 1 sm aşağı 5 mm trokar yeridildi. Manipulyatorlar yeridildi. Böyük piylik qaraciyərə və mədəyə sıx bitişmişdir. Enerji cihazının köməyi ilə (coviden ligasure) bitişmələr qaraciyər və mədədən ayrıldı. Mədə antrumdan başlayaraq fundusa qədər genişlənmişdir. Enerji cihazının köməyi ilə Pilorun 2 sm dən başlayaraq qida borusuna qədər sərbəstləşdirildi. Fundus ətraf toxumalardan texniki çətinliklə ayrıldı. Sol diaqfraqmal ayaqcıq görüldü. Tam hemostaz .32F (11 mm lik) kolibrasiya borusu (bujla) pilora qədər olmaqla mədəyə yerləşdirildi. Piloryk sfınkterdən 2 sm başlayaraq avtomatik özü tikib kəsən xətti 60 mm steplerlə Buj boyunca hiss bucağına qədə mədə boylama rezeksiya olundu. Əməliyyat zamanı laparoskopik olaraq metilen abısı ilə intraluminal stepler xətti hermentizasiyası yoxlanıldı. Mədənin stepler xətti tamdır, hemostaz, sızma qeyd edilmir. Portdan keçməklə dalaq qapısina drenaj boru yerləşdirildi. Troakarlar xaric olundu. Yaralar tikildi. Aseptik sarğı.
12. Cavabdeh1 28.07.23-cü il tarixli müayinə planından görünür ki, xəstə İddiaçı klinikaya çəkisinin həddən artıq cox olmasından 124 kq, təngnəfəslikdən, hərəkət məhdudluğundan, diz oynaqlarında ağrının olmasından, şikayətlərlə klinikaya daxil olmuşdur. An.morbe: Deməsinə görə 2016 ci ildə “Sleeve gastrectomiya” əməliyyatı keçirmişdir. Dəfələrlə dietoloqun nəzarəti altında arıqlamış, lakin qısa müddətdə çəkini bərpa etdiyindən klinikaya müraciət etmisidir. Xəstə müayinələrdən keçmiş, piylənmə İİİ dərəcə, diaqnozu qoyulmusudr .Status localis: Dərialtı piy təbəqəsi həddən artıq cox inkişaf etmişdir.
13. Cavabdeh2 tərəfindən tərtib edilmiş İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “cərrahi müdaxiləyə razılıq vərəqəsi”ndən görünür ki, İddiaçı cərrahi müdaxilələrin, həmçinin anesteziyaınn və konservativ müalicə üsullarının müsbət cəhətləri, baş verəbiləcək fəsadlar va risk, dərəcəsi barəda tam məlumat verilmişdir. İddiaçı deyilənlərin hamısını şüurlu şəkildə anlayır və müalicə ilə bağlı verdiyi bütün suallara dolğun cavab almışdır. O, tibbi müayinə tibbi nöqteyi nəzərdən əlavə-olunacaq digər tədbir və müayinələrin (qan, biopsiya üçün materialın-götürülməsi, əlavə klinik instrumental müayinələr) aparılmasına razıdır. O, bu razılıq vərəqəsini tam tanış olub, razılaşıb, şərtləri qəbul etdikdən sonra öz imzası ilə təsdiq etmişdir. Həmin tarixdə həkim-cərrah Cavabdeh1 pasientə - İddiaçı tibbi müayinə və cərrahi müdaxilənin mahiyyəti, əhəmiyyəti və baş verə biləcək fəsadlar barədə tam məlumat vermiş və razılıq almışdır.
14. Cavabdeh2 tərəfindən verilmiş 661/23 saylı xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, İddiaçı qızı xx.xx.2023-cü il tarixdə piylənmə İİİ dərəcə BKİ 37.1% diaqnozu ilə hospitala daxil olmuşdur. Xəstə çəkisinin həddən artıq çox olmasmdan (124 kq), təngnəfəslikdən hərəkət məhdudluğundan, diz oynaqlarında ağrıların olması şikayətləri ilə klinikaya daxil olmuşdur. 28.07.23 tarixdə ETN altında “Laparoskopik 32 F (11 mm-lik ) kolibrasiya borusu (bujla) Re sleeve gastrectomy” əməliyyatı icra olundu. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstə kafi vəziyyətdə sonrakı ambulator müalicəyə evə yazılmışdır.
15. Həkim-endoskopist Umud Mahmudov tərəfindən İddiaçı Videoezofaqoqastroduodenoskopiya Olympus CV-170 müayinəsi aparılmışdır. Müayinə zamanı Qida borusu sərbəst keçilir. Selikli qişa distal hissədə hiperemik və ödemlidir. Zline 39-cu sm- də keçildi. X21 əməliyyatına uyğun olaraq fundal hissəsi geniş boru formasındadır və retrofleksiya etmək mümükün oldu. Mədənin mənfəzində az miqdarda selik var. Mədənin görülən hissələrinin mucozası hiperemik və ödemlidir. Antrumun selikli qişası hiperemik və ödemlidir. Pilor dairəvi, açıqdı Bulbus və Duodonumun 2-ci qatı normaldır. Nəticə : ezafaqit,qastroezofagial eüflü,panqastrit.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3 İnstitutu” X36 tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək “X3 İnstitutu” X30 stasionar müalicədə olmuş xəstə İddiaçı xəstəlik tarixi və epikrizlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.
17. “X31” tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, vətəndaş 1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixində “X31” MMC-də qarında ağrılar, halsızlıq, yüksək hərarət, qusma şikayətləri ilə klinikaya müraciət etmişdir. Xəstə bu şikayətləri bir ay öncə keçirdiyi mədə kiçiltmə əməliyyatı ilə əlaqələndirir. Xəstəyə endoskopiya icra olundu. Müayinədə əməliyyat nahiyyəsində fıstul ağzı qeyd olundu. Bu səbəbdən metal stent taxıldı. Xəstə yenidən xx.xx.2024-xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində stentin yeniləri ilə dəyişdirilməsi və çıxarılması məqsədilə klinikaya gəlmişdir. Məktuba müayinələrin surəti əlavə edilmişdir.
18. “X38” Hospitalı ümumi cərrahiyyə şöbəsi tərəfindən verilmiş Epikrizdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “X38” Hospitala gəlmişdir. Şikayətləri: öskürək, qida qəbulunda çətinlik, çəki itirmə.B aşlanğıc tarixi: 1 ay öncə. Xəstə daha əvvəl 2 dəfə “Sleeve qastrektomiya” əməliyyatı olunmuşdur. xx.xx.2024-cü il tarixində Laparoskopik, qastrektomiya, subtotal. xx.xx.2024-cü il tarixində toraks borusunun daxil edilməsi, xx.xx.2024-cü il tarixində laparotomiya, diaqnostik əməliyyat keçirmiş və xx.xx.2024-cü il tarixdə evə yazılmışdır.
19. “New Med” Tibb Mərkəzi tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış 11 mart 2025-ci il tarixli məktubdan görünür ki, X22 xx.xx.2024-cü il tarixdə “New Med” Tibb Mərkəzində KT müayinəsindən keçmişdir. Müayinə sənədindən görünür ki, mədə-bariatik əməliyyatdan sonraki vəziyyət təyin olunur. Mədə kiçik ölçüdədir. Sol ağciyərin arxa medialından solda subdiafraqmatik nahiyədən dalağın superior-medial nahiyəsinə qədər uzanan, təxmini ölçüləri 6.0X5.0 sm ölçülərində patoloji boşluq aşkar edilir. Peroral kontrast maddə sonrası boşluqda kontrast təyin olunur (ekstravazasiya). Sol ağciyərin aşağı pay bazal bronx daxilində hiperdens əlavələr (kontrast) və patoloji boşluğun bronxa əlaqəsi olduğu inkar edilmir. Sol ağciyərin aşağı payının medial bazal hissələrində atelektazlar və sol hemidiafraqmanın elevasiyası izlənilir.Solda kostal plevrada qalınlaşma və minimal maye müşahidə olunur.Qarın boşluğunda solda subdiafraqmatik nahiyədə az miqdarda maye izlənilir. Periqastik nahiyədə 0.8 sm-ə çatan limfa düyünləri təyin olunur. Nazik və yoğun bağırsaqlarda KT olaraq neoplastik proses aşkarlanmamışdır. Qaraciyərlərin ölçüləri normaldır. Parenximası homogendir. Qaraciyər daxili və xarici öd yolları genişlənməmişdir. Ümumi öd axarı normal genişlikdə izlənmişdir. Portal venanın diametri genişlənməmişdir. Öd ölçüləri normaldır. Daxilində rentgen pozitiv konkrementlər təyin olunmur. Mədənomialtı vəzi ölçüləri normaldır. Parenximasında patologiya izlənmir. Dalağın ölçüləri 13.5X6.0 sm-dir. (splenomeqaliya). Parenximası homogendir. Hər iki böyrəküstü vəzinin ölçüləri normaldır. Parenximalarda potologiyalar izlənmir. Hər iki böyrəyin ölçüləri normaldır. Konturları hamardır. Parenximanın qalınlığı normaldır.KL-sistemi genişlənməmişdir. Sol böyrəkdə konkrementlər izlənmir. Sağ böyrəyin aşağı kaliksdə 0.3 sm ölçüdə konkrement müşahidə olunur (mikronefrolitiazis). Hər iki böyrəyin orta qütbündə sağda 2.5 sm və solda 1.4 sm kistalar aşkar edilir. Qarın aortasında patologiya aşkar edilməmişdir. İntraaortakaval, paraaaortal sahədə 1.0 sm-dən böyük limfa düyünləri izlənilmir. Sidik kisəsində konkrement təyin olunmur. Divarlar qalınlaşmamışdır. Prostat vəzinin ölçüləri normaldır. Parenximası homogendir. Bel fəqərələrində litik-destruktiv ocaqlar aşkar olunmur. Onurğanın bel nahiyəsində osteodegenerativ dəyişikliklər izlənilir.
20. Azərbaycan Respublikası “Tibbi ərazi X5” X36 Ə.D.Məlikov adına X25” X36 tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə “Ə.D.Məlikov adına X25” X36in Poliklinika şöbəsində həkim-nevroloq qəbulunda “M50.1 boyun şöbəsinin fəqərəarası disklərinin radikuloptiya ilə zədələnməsi” diaqnozu ilə olmuşdur. İddiaçı müəssisəyə stasionar müraciət etmədiyi üçün vətəndaş adına xəstəlik tarixi açılmamışdır.
21. “Bioloji Təbabət” X14 tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Bioloji Təbabət” klinikasında ambulator müayinə və müalicədə olmuşdur.
22. “Starlab” klinikası tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, pasiyent xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə “Starlab” klinikasında həkim Fəxriyyə Əhmədovanın qəbulunda olmuş, hərarət, öskürək və halsızlıq şikayətləri ilə müraciət etmişdir. Özünü 7-8 aydır ki, xəstə hesab edir. Xəstəliyini keçirdiyi bariatik əməliyyatlarla əlaqələndirir, pasiyent 2-ci bariatrik əməliyyatından sonra X4 aspirasyon pnevmoniya diaqnozu ilə müalicə almışdır. xx.xx.2024-cü ildə “Starlab” klinikasında FEQDS olunmuş və Ezofaqotraxeal fistula ezafaqit AES yetməzliyi Eroziv antral qastrit Pilor disfunksiyası aşkarlanmışdır. Xəstəyə MRT müayinəsi, cərrahın konsultasiyası və stasionar müalicə məsləhət görülmüşdür. xx.xx.2024-cü il tarixdə təkrar “Starlab” klinikasında FEQDS olunmuş və fistula aşkarlanmamışdır. Lakin xx.xx.2024-cü il də təkrar üşütmə, qızdırma və öskürək şikayətləri ilə klinikaya müraciət etmişdir. Qan ümumi analizində neytrofil leykositoz və yüksək CRZ aşkarlanmışdır. Pasiyentə stasionar şəraitdə müalicə məsləhət görülmüşdür.
23. İş materiallarına İddiaçı “Starlab” klinikası ultrasəs müayinəsinin nəticələri əlavə edilmişdir. Nəticə: HepatoSplenomeqaliya, Öd kisədə deformasiya, Xolestaz, Pankreolipomatoz, Sağ böyrəkdə intrparenximal-eqzofitik sist, Hər iki böyrədə duz kristalları izlənildi.
24. İş materiallarına İddiaçı “Starlab” klinikasında verilmiş analizlərin nəticələri əlavə edilmişdir.
25. “Starlab” klinikası “rentgenoqrafiya” şöbəsində xx.xx.2025-ci il tarixdə edilmiş müayinənin nəticəsindən görünür ki,xx.xx.1981-ci il təvəllüdlü İddiaçı döş qəfəsi rentgenoskopiyası müayinəsi olunmuş və ağciyərlərin kök ətrafı və orta sahələrində bronxdamar şəkilinin qeyri strukturludur, pnevmatizasiya emfizematoz tipi, sol ağciyərin əsasən kökyanı seqmentlərin üzərində deformasiya aşağı loblarında subplevral istiqamətdə lokal pnevmoskleroz sahələri, kökyanı damar kaliblərini genişlənməsi qeyd edilmir, peribronxial dəyişikliklər izlənilir, sol tərəfli kostal plevranın və kosto-franik sinusda qalınlaşması var, yeni infiltrativ və ocaqlı kölgələr izlənmir. Köklər dolğundur, solda fibrotizasiya müşahidə olunur. Sinus sağda tam açılır, solda kosto-freniki bitişmələr var, diafragmanın sol kupolun plevropulmonal bitişmələr izlənmir. Cor hər iki hüdudların genişlənməsi hipertrofiya qeyd edilmir, aortada qabarmır, ritm orta dolğunlu, ritmikdir (flüoroskopiyada). Sümük strukturlarında osteopeniya əlamətləri qeyd edilir. Nəticə: Sağ ağciyərin aşağı pay lokal pnevmosklerozş sol sinusda bitişmələr.
26. İddiaçı “Starlab” klinikasında xx.xx.2024-cü il tarixində edilmiş müayinəsinə dair “ezofaqo-qastro-duodenoskopiya” raporundan görünür ki, qida borusuna giriş sərbəstdir, selikli qişası normaldır, mənfəzi təmizdir. Z-xətt düzənsiz, ön kəsicilərdən 41-ci sm-də və hiatal darlıqla eyni məsafədə yerləşir. Ezofagogastrik mukozal birleşke proksimalinde, əsası eksudalı xoralar izləndi. Kardia tam qapanmır. Mədəyə keçid sərbəstdir, mədə cisminin əməliyyatından sonra qalan 1/3 hissəsində selikli qişası yer-yer hiperemik, ödəmli görünümdə idi. Mənfəzində az miqdarda sekretor möhtəviyyat izlənildi. Antrumun selikli qişası hiperemik, ödəmlidir. Pilor girdə formada, davamlı açıq, deforme. 12 barmaq bağırsaq soğanağı selikli qişası hiperemikdir. Postbulbar hissəsi adi, fater məməciyi normal görünüşdədir. Mənfəzi təmizdir.
27. Azərbaycan Respublikası “Tibbi ərazi X5” X36 “Ə.D.Məlikov adına X25” X36 tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə “Ə.D.Məlikov adına X25” X36in Nevrologiya şöbəsinin müdiri X2 qəbulunda “M50.1 boyun şöbəsinin fəqərəarası disklərinin radikuloptiya ilə zədələnməsi” diaqnozu ilə olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixində Poliklinika şöbəsinin həkim-endokrinoloqo X11 qəbulunda “E04.9 Dəqiqləşdirilmiş qeyri-toksiki ur” diaqnozu ilə; xx.xx.2024-cü il tarixində həkimtravmatoloq-ortoped X7 qəbulunda “M25.5 Oynaqda ağrı” diaqnozu ilə; xx.xx.2024-cü il tarixində həkim-onkoloq X8 qəbulunda “C79.8 digər dəqiqləşdirilmiş lokalizasiyaların ikincili bədxassəli yenitörəməsi” diaqnozu ilə; xx.xx.2024-cü il tarixində həkim-terapevt X1 qəbulunda “B19 dəqiqləşdirilməmiş virus hepatiti”, “K76.9 Qaraciyərin dəqiqləşdirilməmiş xəstəliyi”, “K86.9 mədəaltı vəzinin dəqiqləşdirilməmiş xəstəliyi diaqnozu ilə”, xx.xx.2024-cü il tarixində həkim-infeksionist X12 qəbulunda “B9 dəqiqləşdirilməmiş virus hepatiti” diaqnozu ilə; xx.xx.2024-cü il tarixdə həkim-onkoloq X8 qəbulunda “C79.8 digər dəqiqləşdirilmiş lokolizasiyaların ikinci bədxassəli yenitörəməsi” diaqnozu ilə olmuşdur. xx.xx.2024-cü il tarixində tam qarın boşluğu KT, döş qəfəsi KT, kontraslı müayinənin kontrastsız müayinədən fərqi instrumental müayinələrdən keçmişdir. İddiaçı müəssisəyə stasionar müraciət etmədiyi üçün vətəndaşın adına xəstəlik tarixi açılmamışdır.
28. İddiaçı xx.xx.2024-cü il tarixində “X25”ndə edilmiş döş qəfəsi KT nəticəsindın görünür ki, sağ ağciyərin yuxarı payının anterior, aşağı payın superior seqmentində geniş konsolidasiya sahəsi qeyd edilir. Sol ağciyərin yuxrı payının anterior seqmentində iltihab ocaqları, aşağı payın bazal seqmetlərində medialda, kökə yaxın oçərisində boşluqları və genişlənmiş bronxu olan (destruktiv pnevmaniya) konsolidasiya sahəsi aşkar olunur. Hər iki tərəfdə plevral normal görünüşlü olub, plevral maye aşkar edilməmişdir. Döş qəfəsini əmələ gətirən sümüklərdə litik-destruktiv dəyişiklik edilmir.
29. “X31” tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, vətəndaş 1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixində “X31” MMC-də qarında ağrılar, halsızlıq, yüksək hərarət, qusma şikayətləri ilə klinikaya müraciət etmişdir. Xəstə bu şikayətləri bir ay öncə keçirdiyi mədə kiçiltmə əməliyyatı ilə əlaqələndirir. Xəstəyə endoskopiya icra olundu. Müayinədə əməliyyat nahiyyəsində fıstul ağzı qeyd olundu. Bu səbəbdən metal stent taxıldı. Xəstə yenidən xx.xx.2024-xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində stentin yeniləri ilə dəyişdirilməsi və çıxarılması məqsədilə klinikaya gəlmişdir. Məktuba müayinələrin surəti əlavə edilmişdir.
30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X36 tərəfindən verilmiş 391/KEŞ saylı “canlı şəxsin məhkəmə-tibbi müayinəsi” rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası tərəfindən aşağıdakı nəticəyə gəlinir: Sual 1. Mədə kiçiltmə əməliyyatı (sleeve qastrectomiy) zamanı nadir hallarda qida borusu ilə mədə arasında fıstul (patoloji keçid) yarana bilər. Bu, əməliyyatdan sonra yaranın tikiş sızıntısı, infeksiya və ya sağalma prosesin pozuntusu nəticəsində baş verə bilər. Fistul adətən əməliyyatdan bir həftə ərzində kəskin əlamətlərlə (kəskin irinli iltihab) meydana çıxır. Sual 2.12. İddiaçı xx.xx.2023-cü il tarixdə '"Modern HospitaLa daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona ‘'Piylənmə İİİ dərəcə” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və xx.xx.2023-cü il tarixdə ETN altında “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı əməliyyatdan təxminən 7 ay sonra qida borusunda fıstul dəliyin yaranmasına səbəb mədəkiçiltmə əməliyyatının fəsadı deyil. Belə ki, yaranmış patoloji hal endoskopik müayinə zamanı Z xəttində 2-3 sm daha yuxarıda yerləşir, bu da əməliyyat sahəsi ilə üst-üstə düşmür. Sual 3. Fistul dəlik aşkar edilib stent yerləşdirilməsi əməliyyatı icra olunduğu zamanı fıstul bağlanırsa, stent çıxarıldıqdan 2 ay sonra yenidən fıstul dəliyinin yaranması ehtimalı çox az rast gəlinən hallardandır. Sual 4. İddiaçı üzərində “Laparoskopik re-sleeve qastroectomy”, yəni mədə kiçiltmə əməliyyatı ikinci dəfə aparılmışdır. Əməliyyatın effektiv nəticəsi əldə edilmədiyi üçün təkrar restruktiv əməliyyat icra oluna bilər. Sual 5. İddiaçı üzərində “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Sual 6. İddiaçı üzərində icra edilmiş “Laparoskopik re-sleeve qastroectomy” cərrahi əməliyyatdan sonra kontrol müayinələrin aparılması nəzərdə tutulur. Bu müayinələrin əməliyyatın 1-ci ayında və sonradan rutin olaraq 3 aydan bir olmaqla aparılması nəzərdə tutulur. Xəstənin 1-3 ay müddətində müayinəsi zamanı onda “fıstul” qeyd edilməmişdir. Sual 7.11. İddiaçı xx.xx.2024-cü il tarixdə “Star Lab” Klinikasında Ezofaqoqastroduodenoskopiya müayinəsi aparılmış və müayinə nəticəsində onda Ezofaqotraxeal fistulanın sual altında olduğu təyin edilmişdir. Ezofaqotraxeal fistula müxtəlif səbəblərdən yarana bilər. Sual 8. İddiaçı aparılmış müayinələr onun keçiridiyi cərrahiyyə əməliyyatının həcminə uyğun olaraq yerinə yetirilmişdir. Sual 9. İddiaçı üzərində icra edilmiş “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Sual 10. İddiaçı üzərində icra edilmiş “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatı səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Sual 13. İddiaçı qida borusunda fıstuldəliyinin yaranması müxtəlif, yəni tikiş sızıntısı, infeksiya və ya sağalma prosesinin pozuntusu nəticəsində və s. səbəblərdən baş verə bilər. Sual 14. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın təyinində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamətlər müəyyən edilmədi. Sual 15. İddiaçı “Modern Hospitaf'da, həm də digər tibb müəssisələrində aparılmış müayinə və müalicələr xəstənin vəziyyətinə, həmçinin yaranmış patologiyanın (əməliyyatla bağlı olmayan) gedişinə uyğun olmuşdur. Təyin edilmiş diaqnozlar düzgün olmuş və diaqnozlara uyğun olaraq adekvat tibbi yardımlar göstərilmişdir. Sual 16. İddiaçı göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan olan müvafiq qaydaların tələblərinə uyğun olunmuşdur.
31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X36 tərəfindən verilmiş 866/KEŞ saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası tərəfindən aşağıdakı nəticəyə gəlinir: Sual 1. Mədə kiçiltmə əməliyyatı (sleeve qastrectomiy) zamanı nadir hallarda qida borusu ilə mədə arasında fıstul (patoloji keçid) yarana bilər. Bu, əməliyyatdan sonra yaranın tikiş sızıntısı, infeksiya və ya sağalma prosesin pozuntusu nəticəsində baş verə bilər. Fistul adətən əməliyyatdan bir həftə ərzində kəskin əlamətlərlə (kəskin irinli iltihab) meydana çıxır. Sual 2.12. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh2a daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Piylənmə İİİ dərəcə” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və xx.xx.2023-cü il tarixdə ETN altında “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı əməliyyatdan təxminən 7 ay sonra qida borusunda fıstul dəliyin yaranmasına səbəb mədəkiçiltmə əməliyyatının fəsadı deyil. Belə ki, yaranmış patoloji hal endoskopik müayinə zamanı Z xəttində 2-3 sm daha yuxarıda yerləşir, bu da əməliyyat sahəsi ilə üst-üstə düşmür. Sual 3. Fistul dəlik aşkar edilib stent yerləşdirilməsi əməliyyatı icra olunduğu zamanı fıstul bağlanırsa, stent çıxarıldıqdan 2 ay sonra yenidən fistul dəliyinin yaranması ehtimalı çox az rast gəlinən hallardandır. Sual 4. İddiaçı üzərində “Laparoskopik re-sleeve qastroectomy", yəni mədə kiçiltmə əməliyyatı ikinci dəfə aparılmışdır. Əməliyyatın effektiv nəticəsi əldə edilmədiyi üçün təkrar restruktiv əməliyyat icra oluna bilər. Sual 5. İddiaçı üzərində "Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Sual 6. İddiaçı üzərində icra edilmiş “Laparoskopik re-sleeve qastroectomy” cərrahi əməliyyatdan sonra kontrol müayinələrin aparılması nəzərdə tutulur. Bu müayinələrin əməliyyatın 1-ci ayında və sonradan rutin olaraq 3 aydan bir olmaqla aparılması nəzərdə tutulur. Xəstənin 1-3 ay müddətində müayinəsi zamanı onda “fıstul” qeyd edilməmişdir. Sual 7.11. İddiaçı xx.xx.2024-cü il tarixdə “Star Lab” Klinikasında Ezofaqoqastroduodenoskopiya müayinəsi aparılmış və müayinə nəticəsində onda Ezofaqotraxeal fıstulanın sual altında olduğu təyin edilmişdir. Ezofaqotraxeal fistula müxtəlif səbəblərdən yarana bilər. Sual 8. İddiaçı aparılmış müayinələr onun keçiridiyi cərrahiyyə əməliyyatının həcminə uyğun olaraq yerinə yetirilmişdir. Sual 9. İddiaçı üzərində icra edilmiş “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Sual 10. İddiaçı üzərində icra edilmiş “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatı səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Sual 13. İddiaçı qida borusunda fıstul-dəliyinin yaranması müxtəlif, yəni tikiş sızıntısı, infeksiya və ya sağalma prosesinin pozuntusu nəticəsində və s. səbəblərdən baş verə bilər. Sual 14. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın təyinində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamətlər müəyyən edilmədi. Sual 15. İddiaçı Cavabdeh2 da, həm də digər tibb müəssisələrində aparılmış müayinə və müalicələr xəstənin vəziyyətinə, həmçinin yaranmış patologiyanın (əməliyyatla bağlı olmayan) gedişinə uyğun olmuşdur. Təyin edilmiş diaqnozlar düzgün olmuş və diaqnozlara uyğun olaraq adekvat tibbi yardımlar göstərilmişdir. Sual 16. İddiaçı göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Sual 17. xx.xx.2024-cü il tarixdə “NewMed” klinikasında aparılmış kontrast KT müayinəsində mədə kiçiltmə əməliyyatından sonrakı vəziyyət müəyyən olunur. Mədə dar boru formasında olmuş. Sol ağciyərin aşağı payında bazal bronx əlaqəsi olan fistula kanalı, buna bağlı ətraf ağciyər toxumasında kiçik atelektazlar və sol hemidiafraqmanın ön elevasiyası, sol ağciyərin arxa orta hissəsindən sola meyilli subdiafraqmatik kiçik minimal vizualizasiya olunan boşluq aşkarlanmış. Dalaq ölçüləri normaldır, sol plevrada qalınlaşma, sağ böyrəkdə mikronefrolitiazis, hər iki böyrəkdə kiçik ölçülü kistaların olduğu müəyyən edilmişdir. Onurğada isə osteodegenerativ dəyişkənliklər aşkarlanmışdır. Sual 18. xx.xx.2024-cü il tarixində təqdim olunan tibbi sənədlərə əsasən demək olar ki, xəstəyə “Diaqnoz” tibb mərkəzində qida borusunda olan stentin yeniləri ilə dəyişdirilməsi və çıxarılması prosedurası aparılmışdır. Sual 19. İş materiallarında xx.xx.2024-cü il tarixdə “X38 Hospitalda aparılmış müayinə cavabına rast gəlinmədi. Sual
20. Təqdim olunan tibbi sənədlərdən görünür ki, xəstə xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixində əməliyyat olunub. Əməliyyat zamanı sıx bitişmələr ayrıldıqdan sonra plevraya doğru, yəni döş qəfəsinə doğru uzanan fistul traktı aşkarlanmışdır. Əməliyyatdaxili endoskopiya olunaraq fıstulun yeri dəqiqləşdirilmişdir. Əməliyyat protokolundan görünür ki, əməliyyat zamanı koter yardımı ilə fistul kanalı mədəyə yaxın hissədən sərbəstləşdirilmiş və tikiş atılaraq qapadılmışdır. Sual 21. Tibbi sənədlərdən göründüyü kimi, xəstə xx.xx.2024-ci ildə təkrar əməliyyata alınıb, qoyulan tikişlərdə tutmazlıq olduğu üçün qastroektomiya tətbiq edilib və distal qida borusu 2 sm dən fistula kanalı ilə birlikdə kəsilərək qida borusu ilə bağırsaq arasında anastomoz qoyulub. Sual 22. Fistul qida borusunun aşağı distal hissəsindən Z xəttinin üzərində proksimala doğru olmuş və OTSC deyilən küplərin tutmamazlıq səbəbləri çox müxtəlif parametrlərdən (qida borusunun mənfəzinin kiçik olması ilə əlaqədar klip qoyularkən tam effektiv bağlanmanın olmaması, toxumaya uyğun klipsin seçilməməsi, klip qoyulan nahiyəyə qida borusu möhtəviyyatı və ağız suyunun fıstulun sağalma prosesinə mənfi təsiri və s) asılı olaraq dəyişə bilir.
32. İş materiallarına CD disklər əlavə edilmişdir.
Tərəflərin izahatları :
33. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
34. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, ekspert tərəfindən verilən rəylərdə suallar tam cavablandırılmamış, qərardadda qoyulan suallara uyğun cavablar verilməmişdir.
35. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkil-nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
36. Məhkəmə iclasında iştirak edən cavabdeh “Moderin Hospital" MMC-nin vəkilnümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 37 Məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi-Ekspertiza və X15” X23 məhkəmə-tibbi eksperti X19 izahatında bildirmişdir ki, keçirələn əməliyyat protokola əsasən düzgün icra edilmişdir. Bütün texniki qaydalara uyğun olmuşdur. Texniki icrası düzgün yerinə yetirilmişdir. Əməliyyatdan xeyli sonra fistula yaranmışdır. Əgər fistula tez yaransaydı əməliyyatla bağlı olardı. Qida borusunda yaranmış problemin əməliyyata aidiyyəti yoxdur. Çünki qida borusuna əməliyyat zamanı hər hansı müdaxilə olmamışdır. Fistula Zed xəttindən 2-3 santimetr aşağıda yaranmışdır. Qeyd olunan fistula qida borusunda yaranmışdır. Əməliyyatla bağlı ağırlaşma ilk günlərdən bilinir. Sonrakı ağırlaşmaları isə həm əməliyyatla həm də başqa səbəblərə görə ola bilər. Birbaşa fistula ilə bağlı ağciyərin əlaqələndirilməsi düzgün deyildir.
38. Məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) dindirilən (videogörüntülü) Nazim Həsənov izahatında bildirmişdir ki, iddiaçı qohumu, cavabdeh isə tələbəsidir. Elə buna görə də, məhkəmə iclasında iştirak etməmişdir. Verilən rəydən şübhəsi yoxdur, verilən qərardada qoyulan suallara düzgün cavablar verilmişdir. Xatırladığına görə fistula yemək borusundadır, amma dəqiq xatırlamır. Şəkli görür fistula ola da bilər olmaya da bilər, selikli qişalı dəlikdir. Onun fistula olmasını tam dəqiq deyə bilmir.
Məhkəmə baxışının hədləri:
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.1. hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112. tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
42. “Özəl tibbi fəaliyyət” haqqında Qanun:
9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.
16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir.
İşin faktiki halı:
43. İddiaçı xx.xx.2023-cü il tarixində “piylənmə İİİ dərəcə” diaqnozu qoyulmuş və həmin tarixdə üzərində cavabdeh "xxxx" MMC-də Cavabdeh1 tərəfindən “laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatı icra edilmişdir.
44. İddiaçı üzərində Cavabdeh1 tərəfindən icra edilmiş əməliyyat ikinci mədə kiçiltmə əməliyyatı olmuşdur.
45. İddiaçıun qida borusunda fistul-dəlik əmələ gəmişdir.
46. İddiaçı Cavabdeh1 tərəfindən icra edilmiş qüsurlu əməliyyat nəticəsində onun əməliyyat nahiyyəsində fistul-dəlik əmələ gəldiyini və qida borusunda əmələ gəmiş fistuldəliyin də onun əməliyyat nahiyyəsində olan fistul-dəlik ilə bağlı olduğunu bildirir.
47. Mülki iş üzrə Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə məhkəmə-tibbi ekspertizası və xx.xx.2025-ci il tarixli Qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və rəy alınmışdır.
Məhkəmənin mövqeyi:
48. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
49. İddiaçı cavabdeh "xxxx" MMC və Cavabdeh1 qarşı “90.000 manat məbləğində maddi zərər, 50000 manat əldən çıxmış fayda və 50.000 manat məbləğində mənəvi ziyanın tutulması”na dair iddia tələbini cavabdeh xəstəxanada cavabdeh X17 tərəfindən icra edilmiş qüsurlu əməliyyat nəticəsində onun sağlamlığının pozulması, sağlamlığına ziyan vurulması və bunun nəticəsində ona həm maddi ziyan, həmçinin mənəvi zərər dəyməsi ilə əsaslandırmışdır.
50. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
51. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
52. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” dair müddəaları nəzərdən keçirilə bilər.
53. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.
54. Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
55. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.
56. Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
57. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
58. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə işin aşağıdakı müəyyən edilmiş faktiki hallarına əsasən qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.
59. İlk növbədə hazırki iddia tələbi üzrə iddiaçının sağlamlığına zərər vurulubvurulmamasına və vurulubsa, zərərin cavabdehin hərəkət-hərəkətsizliyi nəticəsində baş verməsinə qiymət verilməlidir.
60. İşin müəyyən edilmiş faktiki halı odur ki, İddiaçı üzərində Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixində “laparoskopik re-sleeve qastroectomy” (mədə kiçiltmə) cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövrdə onun sağlamlığı pozulmuş, onun qida borusunda fistul-dəlik aşkar edilmişdir. İddiaçı əməliyyatdan sonra bir çox xəstəxanada müalicə olunmuşdur. İddiaçının qida borusunda fistul-dəlik aşkar edilmiş, 2024-cü ilin aprel ayında “X31”ndə iddiaçının qida borusuna “özü genişləyən metalik stent” yerləşdirilmişdir. Klinik yaxşılaşma və aparılan endoskopik müayinə zamanı fistul ağzının bağlanması izləndiyindən xx.xx.2024-cü il tarixində stent çıxarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində yenidən qida borusuna stent yerləşdirilmiş və xx.xx.2024-cü il tarixində eyni əsasla çıxarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində “X38” Hospitalda əməliyyat olunmuş, əməliyyat zamanı döş qəfəsinə doğru uzanan fistul traktı aşkarlanmışdır. Əməliyyat zamanı fistul kanalı koter yardımı ilə mədəyə yaxın hissədən tikiş atılaraq qapadılmışdır. Daha sonra tikişlərdə tutmazlıq olduğu üçün xx.xx.2024-cü il tarixində təkrar əməliyyata alınmış və qastroektomiya tətbiq edilib və distal qida borusu 2 smdən fistula kanalı ilə birlikdə kəsilərək qida borusu ilə bağırsaq arasında anastomoz qoyulmuşdur.
62. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının sağlamlığına zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir.
61. İddiaçı iddia edir ki, Cavabdeh1 tərəfindən icra edilmiş qüsurlu əməliyyat nəticəsində əməliyyat nahiyyəsində fistul-dəlik əmələ gəlmişdir və onun sağlamlığının pozulması, qida borusunda fistul-dəliyin əmələ gəlməsi məhz əməliyyat nahiyyəsində olan fistul-dəlik ilə bağlı olmuşdur.
63. İddiaçı iddia tələbinin faktiki hallarını təsdiq edən sübutlar qismində onun əməliyyatdan sonrakı dövrdə müvafiq xəstəxanalarda aldığı müalicə, keçirdiyi əməliyyat, aparılmış müayinələrin nəticələrinə istinad etmişdir.
64. Məhkəmə tərəfindən iddiaçının bildirdiyi xüsusatların araşdırılması üçün müvafiq xəstəxanalara sorğu edilərək iddiaçıya dair xəstəlik tarixçələri və digər sənədlər əldə edilmiş və həmin sənədlər əsasında mülki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməklə iş üzrə müvafiq rəy alınmışdır.
65. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X36 tərəfindən verilmiş 391/KEŞ saylı “canlı şəxsin məhkəmə-tibbi müayinəsi” rəyinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə '"Modern HospitaLa daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona ‘'Piylənmə İİİ dərəcə” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və xx.xx.2023-cü il tarixdə ETN altında “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı əməliyyatdan təxminən 7 ay sonra qida borusunda fıstul dəliyin yaranmasına səbəb mədə kiçiltmə əməliyyatının fəsadı deyil. Belə ki, yaranmış patoloji hal endoskopik müayinə zamanı Z xəttində 2-3 sm daha yuxarıda yerləşir, bu da əməliyyat sahəsi ilə üst-üstə düşmür. İddiaçı üzərində “Laparoskopik re-sleeve qastroectomy”, yəni mədə kiçiltmə əməliyyatı ikinci dəfə aparılmışdır. Əməliyyatın effektiv nəticəsi əldə edilmədiyi üçün təkrar restruktiv əməliyyat icra oluna bilər. İddiaçı üzərində “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. İddiaçı üzərində icra edilmiş “Laparoskopik re-sleeve qastroectomy” cərrahi əməliyyatdan sonra kontrol müayinələrin aparılması nəzərdə tutulur. Bu müayinələrin əməliyyatın 1-ci ayında və sonradan rutin olaraq 3 aydan bir olmaqla aparılması nəzərdə tutulur. Xəstənin 1-3 ay müddətində müayinəsi zamanı onda “fıstul” qeyd edilməmişdir. İddiaçı “Modern Hospitaf'da, həm də digər tibb müəssisələrində aparılmış müayinə və müalicələr xəstənin vəziyyətinə, həmçinin yaranmış patologiyanın (əməliyyatla bağlı olmayan) gedişinə uyğun olmuşdur. Təyin edilmiş diaqnozlar düzgün olmuş və diaqnozlara uyğun olaraq adekvat tibbi yardımlar göstərilmişdir. İddiaçı göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının tələblərinə uyğun olmuşdur.
66. Məhkəmə tərəfindən iddiaçının vəsatəti əsasında Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməklə müvafiq rəy alınmışdır.
67. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X36 tərəfindən verilmiş 866/KEŞ saylı rəyinə əsasən mədə kiçiltmə əməliyyatı (sleeve qastrectomiy) zamanı nadir hallarda qida borusu ilə mədə arasında fıstul (patoloji keçid) yarana bilər. Bu, əməliyyatdan sonra yaranın tikiş sızıntısı, infeksiya və ya sağalma prosesin pozuntusu nəticəsində baş verə bilər. Fistul adətən əməliyyatdan bir həftə ərzində kəskin əlamətlərlə (kəskin irinli iltihab) meydana çıxır. xx.xx.2024-cü il tarixli əməliyyat zamanı sıx bitişmələr ayrıldıqdan sonra plevraya doğru, yəni döş qəfəsinə doğru uzanan fistul traktı aşkarlanmışdır. Əməliyyatdaxili endoskopiya olunaraq fıstulun yeri dəqiqləşdirilmişdir. Əməliyyat protokolundan görünür ki, əməliyyat zamanı koter yardımı ilə fistul kanalı mədəyə yaxın hissədən sərbəstləşdirilmiş və tikiş atılaraq qapadılmışdır. Tibbi sənədlərdən göründüyü kimi, xəstə xx.xx.2024-ci ildə təkrar əməliyyata alınıb, qoyulan tikişlərdə tutmazlıq olduğu üçün qastroektomiya tətbiq edilib və distal qida borusu 2 sm dən fistula kanalı ilə birlikdə kəsilərək qida borusu ilə bağırsaq arasında anastomoz qoyulub. Fistul qida borusunun aşağı distal hissəsindən Z xəttinin üzərində proksimala doğru olmuş və OTSC deyilən küplərin tutmamazlıq səbəbləri çox müxtəlif parametrlərdən (qida borusunun mənfəzinin kiçik olması ilə əlaqədar klip qoyularkən tam effektiv bağlanmanın olmaması, toxumaya uyğun klipsin seçilməməsi, klip qoyulan nahiyəyə qida borusu möhtəviyyatı və ağız suyunun fıstulun sağalma prosesinə mənfi təsiri və s) asılı olaraq dəyişə bilir.
68. Məhkəmə ilk növbədə ekspert rəyinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə ekspert rəyinin mötəbərliyini şübhə altına almağa kifayət edən, əsas verən sübutlar təqdim edilməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki mülki iş üzrə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmiş və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair iddiaçının dəlilləri (rəy vermiş şəxslərin öz həkim yoldaşlarının əleyhinə rəy verməməsi) isə ehtimal xarakterlidir. Odur ki, bu halda, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
69. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən icra edilmiş əməliyyat nəticəsində sağlamlığına zərər vurulub-vurulmadığının müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələ olduğundan və hazırki mülki iş üzrə iş materiallarında ekspert rəyi ilə müəyyən edilmiş halları təkzib edən sübut olmadığından məhkəmə tərəfindən ekspert rəyi mötəbər sübut qismində qiymətləndirilməlidir.
70. Beləliklə, işin tədqiq edilən halları ilə iddiaçının iddia tələbinin faktiki əsası qismində məhkəməyə bildirdikləri, yəni Cavabdeh1 tərəfindən icra edilmiş qüsurlu əməliyyat nəticəsində əməliyyat nahiyyəsində fistul-dəliyin əmələ gəlməsi və onun sağlamlığının pozulmasının, qida borusunda fistul-dəliyin əmələ gəlməsinin məhz əməliyyat nahiyyəsində olan fistul-dəlik ilə bağlı olması öz təsdiqini tapmamışdır.
71. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilmişdir ki, “xüsusi risk qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə qeyd edilən şəxslər yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıyırlar. Xüsusi risk qrupuna daxil olan peşə sahibi kimi həkimləri qeyd etmək olar. Həkim, tibb mərkəzi, xəstəxana və başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət daşıyırlar. Lakin edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan “tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir”.
72. Hər iki ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı üzərində icra edilmiş “Laparoskopik re-sleeve qastroectomy” cərrahiyyə əməliyyatı səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur.
73. Beləliklə, iddiaçının sağlamlığının pozulmasının cavabdehin hüquqazidd, təqsirli hərəkətlərinin nəticəsi olması işin tədqiq edilən halları ilə öz təsdiqini tapmamadığından, yəni iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz.
74. İddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdeh tərəfindən icra edilmiş qüsurlu əməliyyat nəticəsində onun sağlamlığının pozulması ilə əsaslandırıldığından və iddia tələbi həmin hissədə əsassız hesab edildiyindən cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilə bilməz.
75. İddia tələbinin “əldən çıxmış fayda”hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbinin əsaslandırılmasından görünür ki, iddia tələbinin hazırki hissəsi cavabdeh tərəfindən icra edilmiş qüsurlu əməliyyat nəticəsində onun sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyətini itirməsi, gəlirdən məhrum olması ilə əsaslandırılmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, qeyd edilən hal öz təsdiqini tapadığından iddia tələbi hazırki hissədə də əsaslı hesab edilə bilməz.
76. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulmasına dair hissədə əsaslı hesab edilmədiyindən, dəymiş maddi zərərin, əldən çıxmış faydanın məbləği istiqamətində araşdırılma aparılmamışdır. Belə ki, qeyd edilməlidir ki, iddiaçı tərəfindən həmçinin ona 90000 manat məbləğində maddi ziyan dəyməsi və 50000 manat miqdarında əldən çıxmış faydanın olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir.
Məhkəmə xərcləri:
77. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
Nəticə:
78. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı 90.000 manat (doxsan min manat) maddi zərərin, 50.000 manat (əlli min manat) əldən çıxmış faydanın və 50 000 manat (əlli min manat) mənəvi zərərin, 480 (dörd yüzsəksən) manat məhkəmə rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməməlidir.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı 90.000 manat (doxsan min manat) maddi zərər, 50.000 manat (əlli min manat) əldən çıxmış fayda və 50 000 manat (əlli min manat) mənəvi zərər və 480 (dörd yüz səksən) manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva