Məhkəmə qərarları › İş №2(3-6)-541/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-541/2026

13.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-541/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi Hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X1 ##.##.1996-cı il tarixdə, Ağsu rayonu, Yenilik kəndində doğulmuş, onun anası İddiaçı (bundan sonra iddiaçı), atası isə X5r. Cavabdeh MMC-nin (bundan sonra cavabdeh) işçisi olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2017-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi “İsuzu NPR 66L” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu rayonunun ərazisindən keçən 164-cü kilometrliyində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə eyni istiqamətdə hərəkət edən piyada X1 vurmuşdur. Hadisə nəticəsində aldığı xəsarətlərdən X1 həmin tarixdə (başın küt travması) ölmuşdur. Ağsu Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli Hökmü ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qərarına əsasən təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən, onun müdafiəçisinin apelyasiya şikayəti isə təmin edilmiş və Ağsu Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü dəyişdirilmiş, Ağsu Rayon Məhkəməsinin ##.##.2018- ci il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təyin olunmuş üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, eyni zamanda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin (iddiaçının) apelyasiya şikayətinin təmin edilməməsi, hökmün baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı ilə X5 birgə nikahından ümumilikdə 4 uşaq doğulmuş, ##.##.1996-cı il təvəllüdlü X1 doğum tarixi etibarı ilə sonuncu olmuşdur. Həmin nikahdan bundan əvvəl ##.##.1986-cı il tarixdə Hüseynova Nailə, ##.##.1989-cu il tarixdə Hüseynova Vüsalə və ##.##.1993-cü il tarixdə Hüseynova Nabat doğulmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən onun xeyrinə 60.000 manat məbləğində mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 manat, ümumilikdə 60.125 manat pulun və ödənilmiş 270,50 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mərhum oğlunun faciəvi şəkildə ölümündən sonra hələ də özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. X1 faciəvi şəkildə ölümü həyatının sonuna qədər onun qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. X1 ölüm səbəbi Cavabdeh MMC-nin sürücüsü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Ona görə də, bu ziyan Cavabdeh MMC tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, onun oğlunun heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi, mərhum hazırda həyatda olardı və o, mənəvi istirab çəkməyəcəkdi.

4. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili vəkil1 iddiaya qarşı yazılı ərizə təqdim edərək qeyd etmişdir ki, cavabdehin əməkdaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən hadisə ##.##.2017-ci il tarixli, saat 19:00 radələrində baş vermişdir. Yəni hadisə iş vaxtında sonra, sürücünün əmək funksiyalarının icra edilmədiyi bir vaxtda, nəqliyyat vasitəsindən şəxsi məqsədləri üçün istifadə etdiyi vaxtda baş vermişdir. Bu hadisədə mülkiyyətki kimi cavabdeh hüquqi şəxsin təqsiri istisna olunmalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında birbaşa təsbit edilib ki, “Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür”. İddiaçıya cavab verməli şəxs kimi sürücü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs kimi işə cəlb edilməli olması Konstitusiya Məhkəməsinin adıçəkilən qərarında qeyd edilir ki, “Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir”. Buna görə də, gələcəkdə cavabdehə qarşı qərar çıxarıldığı və qüvvəyə mindiyi təqdirdə həmin şəxsə qarşı reqress iddia tələbi üçün həmin şəxsin də mövqeyinin öyrənilməsi vacibdir. İddiaçıya mənəvi zərər iddia tələbində göstərildiyi şəkildə və dərəcədə dəyməmişdir. Belə ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarında da təsbit edilib ki, “sürücü vurduğu piyadanı görüb özünü itirmiş, tez avtomaşından düşüb həmin vaxt orada olan və vurduğu şəxsin yanında olmuş bir nəfər cavan oğlana ona vurduğu şəxsin maşına qoyaraq xəstəxanaya çatdırımasına kömək etməsini xahiş etsə də, həmin şəxsin ona kömək etmədiyini görüb özünü yolun hərəkət hissəsinə atıb yol maşınlarını saxlatmağa çalışmış və bu zaman ağ rəngli, nömrəsini xatırlamadığı bir “Niva” markalı avtomaşın saxlayaraq ona kömək etmiş və həmin şəxsin köməyi ilə vurduğu adamı maşına qoymuş, “Niva” markalı avtomaşının sürücüsü getdiyi üçün vurduğu şəxsin yanında olmuş cavan oğlanla birlikdə X2 Rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Yolda gedə-gedə öz yaxınlarına maşınla adam vurması barədə məlumat vermiş və mərhumun kimliyi barədə yanında olan və sonradan adını bildiyi Taleh adlı şəxsdən məlumat almışdır. Sabit Hüseynovu xəstəxanya təhvil verdikdən və onun vəfat etdiyini bildikdən sonra biraz orada gözləmiş və sonra mərhumun yaxınlarının oraya gəlib ona hücüm edəcəklərindən ehtiyyat edərək uzaqlaşmışdır. Hadisədən sonra özü mərhumun ailəsinə baş çəkməkdən ehtiyyat etmiş, lakin atası və anasını mərhum Sabitgilə göndərmişdir”. Həmin qərarın bir çox yerində təsbit edilir ki, təqsirləndirilən şəxs bir neçə dəfə barışmağa cəhd etmiş, lakin iddiaçı onu bağışlamamışdır. Bu hallar ən azı onu göstərir ki, iddiaçıdan üzrxahlıq edilmiş və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə cəhd edilmiş, lakin iddiaçı buna yol verməyərək əslində heç bir təzminat istəmədiyini bəyan etmişdir. Deməli, hazırkı iddianın da faktiki əsası yoxdur. Habelə nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq sığorta şirkəti tərəfindən sığorta ödənişi də vermişdir. Bu isə qismən də olsa mənəvi zərəri əvəzləyə bilir. Mənəvi zərərin iddia olunan dərəcəsi sübut edilmir. İddiaçı iddia ərizəsində 60.000 manat mənəvi zərər dəydiyini iddia edir. Lakin bu tələb kifayət qədər yüksək tələb olmaqla bərabər, həm də əsaslandırılmamış tələbdir. Belə ki, məhkəmələr bu qəbildən olan işlərə baxarkən mütləq bəlli məsələləri aydınlaşdırmalıdırlar. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020 tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” qərarında birbaşa təsbit edilib ki, “Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olubolmaması kimi məqamlar nəzərdən keçirilməlidir.” İşin hallarında isə iddiaçı ilə mərhum oğlunun hansı dərəcədə bağlı olması, birgə yaşaması, mərhumun vəfatından sonra iddiaçının həyat səviyyəsinin dəyişməsi, gəlirlərinin azalması, onun yeganə oğlunun olubolmaması və s. hallar bəlli deyil. Əgər iddiaçıya həqiqətən də ciddi mənəvi zərər dəymiş olsaydı, o, 6 ildən sonra iddia qaldırmaz, dərhal mənəvi zərər tələbi irəli sürərdi. 6 ildən sonra hansı mənəvi təbəddülat yaşandı ki, iddiaçı zərər çəkməsi fikrinə düşdü?! Cavabdehin böyük şirkət olması və ya balansında çoxsaylı əmlaklarının olması, mənəvi zərərin yüksək miqdarda ödənilməsinə hüquqi əsas deyil. Baxmayaraq ki, cavabdeh baş vermiş hadisədə özünün təqsirli bilmir və iddianı əsassız hesab edir, lakin vəziyyətə görə davranaraq, yəni iddiaçının yaşlı qadın, mərhumun anası olmasını nəzərə alaraq və işin uzanmamasını və resurslarının mübahisəyə sərf edilməsinin məqsədəuyğun olmamasını diqqətə alaraq, barışıq üçün iddiaçıya təklif vermiş və bu təklif bu gün qüvvədədir. Belə ki, cavabdeh barışıq imkanı üçün iddiaçıya yuxarıda qeyd edilən məqsədlər üçün 5.000 manat təzminat verməyə hazırdır. Bu barədə iddiaçıya xəbər göndərilsə də, o bundan imtina etmişdir. MPM-in 77.1ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hesab edir ki, yuxarıda qeyd edilən hallar, hüquqi əsaslara istinadən iddiaçının tələblərinin əsassız olmasını sübut edə bilmişdir. Bu halların məhkəmə tərəfindən yekun qərar qəbul edərkən nəzərə almasını xahiş etmişdir.

5. Məhkəmə araşdırması zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən mənəvi ziyanın əvəzi qismində 10.000 manat, hüquqi yardıma görə ödənilmiş 125 manat və ödənilmiş dövlət rüsumunun kəsiri kimi 120 (yüz iyirmi) manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Əliyev Şəhriyar İbrahim oğlu)

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh Cavabdeh MMC-nin sürücüsü olmuş, ##.##.2017-ci il tarixdə, saat 19:00 radələrində idarə etdiyi “İsuzu NPR 66L” markalı **-JB- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu rayonunun ərazisindən keçən 164-cü kilometrliyində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq piyada X1 vurmuş, onun ölümünə səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qərarına əsasən CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. İddiaçı İddiaçı X1 anasıdır, dəyən zərər məhz cavabdeh Cavabdeh MMC-nin əməkdaşının MMC-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədardır, hazırda iddiaçı cavabdehdən mənəvi ziyana görə 60.000 manat tələb edir, cavabdeh Cavabdeh MMC iddiaçıya 5.000 manat məbləğində pul vəsaiti verməyə razıdır.

8. Bununla belə, hadisənin baş verməsində cavabdehin təqsirli, hüquqazidd əməlini istisna edən, hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsini istisna edən hallar məhkəmə tərərindən müəyyən olunmadı.

9. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd etmişdir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır ki, hazırki iş üzrə də Cavabdeh MMC-nin işçilərinin hüquqa zidd – təqsirli əməli ilə baş vermiş yol hərəkət hadisəsi nəticəsində iddiaçının oğlunun ölməsinin onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması mübahisəsizdir. Bu, həm də onunla bağlıdır ki, iddiaçı ilə mərhum şəxs - oğlu arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması və ona dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

10. Məhkəmə, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə baş vermiş hadisənin iddiaçının oğlunun ölümü ilə nəticələnməsini, iddiaçının yaşını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini, cavabdeh təşkilatın əmlak vəziyyətini və digər diqqətəlayiq hallar nəzərə almaqla, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədilə 10.000 manat məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab etmişdir.

11. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 125 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 125 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır.

12. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsində cavabdehə aid edilməli, cavabdehdən ödənilmiş dövlət rüsumunun kəsiri kimi 120 manat alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 1096-cı, 1097.1-ci, 1099-cu, 1108.1-ci, 1117-ci, 1118-ci, Mülki Prosessual Məcəlləsinin 14.2ci, 77.1-ci, 106.1-ci, 107-ci, 119.1-ci, 124.1-ci, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli Qərarına və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

14. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, övladın ölməsi bir valideyn üçün ürək dağlayan emosional itkidir. Övlad itkisi xüsusilədə hər hansı bir şəxsin təqsiri ucbatından baş verdikdə valideyndə güclü haqsızlıq və etimadın sarsılması hissi yaradır. Övlad ölümü valideyndə gələcək planlarının, oğluna bağlı xəyalların puç olması, mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrə gətirib çıxardır. Bir övladın faciyəvi şəkildə ölümü bir ana üçün həm şəxsi həm də ictimai ədalət hissinə ağır zərbədir. Bu cür hallar mənəvi zərərin ən yüksək dərəcələrindən biri kimi hesab olunur. Oğlunun ölümündən sonra dayağını itirmişdir. Hər gün yuxusuna girməsi sanki hər gün ona daha ağır sarsıntı yaşadır. Çox çalışsa da, onu unuda bilmir. Bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Oğlun ölümü anada gələcək planlarının, özü və övladı ilə bağlı xəyalların puç olması, mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrərə gətirib çıxardır. Lakin birinci instansiya məhkəməsi ona vurulan mənəvi ziyanı qiymətləndirə bilməmişdir. Bütün faktorlar nəzərə alınmamış və məbləğ aşağı həddə müəyyən edilmişdir. Hadisə nəticəsində o, oğlunu itirmiş və bu səbəbdən ona mənəvi zərər vurulmuşdur və həmin zərər tam həcmdə ödənilməlidir. Onun mənəvi sarsıntı keçirilməsinə səbəb cavabdehin işçisinin törətdiyi hadisədir. Lakin məhkəmə övlad ölümünə görə bir valideynə dəymiş mənəvi ziyanı aşağı həddə hesablamışdır. Qeyd edir ki, cavabdeh şirkət dünyaca məhşur Kdv Group şirkətinin Azərbaycandakı nümayəndəsidir. Bu şərkətin maddi vəziyyətinin yüksək olması işin mübahisəsiz tərəfidir. İşin bir halıda odur ki, bir ana üçün övlad ölümünə görə 10.000 manat kompensasiya tamamilə aşağıdır və bir ananın zənginləşməsinə gətirib çıxarda bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi məbləğin aşağı həddə kəsilməsində düzgün deyil. Məhkəmə tərəfindən iş üzrə əhəmiyyətli hallar düzgün araşdırılmamış və aşağı həddə dəymiş mənəvi ziyan hesablanmışır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən məhkəmə, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə baş vermiş hadisənin onun oğlunun ölümü ilə nəticələnməsini, onun yaşını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini, cavabdeh təşkilatın əmlak vəziyyətini və digər diqqətəlayiq hallar nəzərə almaqla, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədilə 10.000 manat məbləğində kompensasiyanın cavabdehdən onun xeyrinə tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Lakin buna baxmayaraq məhkəmə bir ananın övladının ölümünə görə çəkdiyi mənəvi zərərin məbləğini düzgün qiymətləndirməmişdir.

16. Qətnamədən cavabdeh Cavabdeh MMC də apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, hadisə iş vaxtından sonra, sürücünün əmək funksiyalarının icra edilmədiyi bir vaxtda, nəqliyyat vasitəsindən şəxsi məqsədləri üçün istifadə etdiyi vaxtda baş vermişdir. Bu hadisədə mülkiyyətki kimi cavabdeh hüquqi şəxsin təqsiri istisna olunmalıdır. İşin halları onu deməyə əsas verir ki, iddiaçı ilə mərhum oğlunun hansı dərəcədə bağlı olması, birgə yaşaması, mərhumun vəfatından sonra iddiaçının həyat səviyyəsinin dəyişməsi, gəlirlərinin azalması, onun yeganə oğlunun olub olmaması və s. hallar bəlli deyil. Əgər iddiaçıya həqiqətən də ciddi mənəvi zərər dəymiş olsaydı, o, 6 ildən sonra iddia qaldırmaz, dərhal mənəvi zərər tələbi irəli sürərdi. 6 ildən sonra hansı mənəvi təbəddülat yaşandı ki, iddiaçı zərər çəkməsifikrinə düşdü?! Cavabdehin böyük şirkət olması və ya balansında çoxsaylı əmlaklarının olması, mənəvi zərərin yüksək miqdarda ödənilməsinə hüquqi əsas deyil. Məhkəmə iş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş etiraza və onun dəlillərinə qərəzsiz yanaşmamışdır və sübutlara layiqli hüquqi qiymət verməmişdir. Nəticədə, əsassız qətnamə qəbul edilmişdir. Hesab edirlər ki, iddiaçı öz iddia tələbini əsaslandıran ciddi və əsaslı sübut təqdim etməmiş, yalnız işin faktiki hallarına əsaslanmış, baş vermiş hadisə ilə mənəvi zərər arasında heç bir səbəbli əlaqə təqdim edə bilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarında da təsbit edilib ki,“ sürücü vurduğu piyadanı görüb özünü itirmiş, tez avtomaşından düşüb həmin vaxt orada olan və vurduğu şəxsin yanında olmuş bir nəfər cavan oğlana ona vurduğu şəxsin maşına qoyaraq xəstəxanaya çatdırımasına kömək etməsini xahiş etsə də, həmin şəxsin ona kömək etmədiyini görüb özünü yolun hərəkət hissəsinə atıb yol maşınlarını saxlatmağa çalışmış və bu zaman ağ rəngli, nömrəsini xatırlamadığı bir “Niva” markalı avtomaşın saxlayaraq ona kömək etmiş və həmin şəxsin köməyi ilə vurduğu adamı maşına qoymuş, “Niva” markalı avtomaşının sürücüsü getdiyi üçün vurduğu şəxsin yanında olmuş cavan oğlanla birlikdə X2 Rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Yolda gedə-gedə öz yaxınlarına maşınla adam vurması barədə məlumat vermiş və mərhumun kimliyi barədə yanında olan və sonradan adını bildiyi Taleh adlı şəxsdən məlumat almışdır. Sabit Hüseynovu xəstəxanya təhvil verdikdən və onun vəfat etdiyini bildikdən sonra biraz orada gözləmiş və sonra mərhumun yaxınlarının oraya gəlib ona hücüm edəcəklərindən ehtiyyat edərək uzaqlaşmışdır. Hadisədən sonra özü mərhumun ailəsinə baş çəkməkdən ehtiyyat etmiş, lakin atası və anasını mərhum Sabitgilə göndərmişdir”. Həmin qərarın bir çox yerində təsbit edilir ki, təqsirləndirilən şəxs bir neçə dəfə barışmağa cəhd etmiş, lakin iddiaçı onu bağışlamamışdır. Bu hallar ən azı onu göstərir ki, iddiaçıdan üzrxahlıq edilmiş və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə cəhd edilmişdir, lakin iddiaçı buna yol verməyərək əslində heç bir təzminat istəmədiyini bəyan etmişdir. Deməli, hazırkı iddianın da faktiki əsası yoxdur. Habelə nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq sığorta şirkəti tərəfindən sığorta ödənişi də vermişdir. Bu isə qismən də olsa mənəvi zərəri əvəzləyə bilir. Məhkəmə isə bu kimi əhəmiyyətli halları nəzərə almamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin ediməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin ediməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi şirkətin rəhbərliyi mənəvi dəyərlər baxımından iddiaçıya 5.000 manat ödənilməsinə razı idi, iddiaçı bununla razılaşmamışdır. Ona mənəvi zərər dəyməsi heç nə ilə sübut olunmur, sadəcə oğlunun ölüm faktına əsaslanır. Hadisə iş vaxtından kənar saatda baş verib. Həmin vaxt üçüncü şəxs əmək funksiyalarını icra etmirdi. Bu səbəbdən mənəvi zərər onlara qarşı irəli sürülməli deyil. Təmsil etdiyi şirkətdə əmək normalarına ciddi əməl olunur, iş vaxtından kənar əmək funksiyalarını icra etməsi mümkün deyil. Cavabdehin işçisi regionda yaşadığı üçün iş vaxtından sonra onun avtomobili idarə etməsinə nəzarət etmək mümkün olmamışdır.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

24. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olubolmaması kimi məqamlar nəzərdən keçirilməlidir.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.

28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli Qərarın: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər; 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndində izah edilmişdir ki, Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

29. “Şəxsiyyət hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** saylı qərarının: 4.36-cı bəndinə əsasən əmək münasibətlərinin həyata keçirilməsi zamanı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi əsasları və qaydası mülki qanunvericiliyin müvafiq tələblərinə uyğun tənzimlənir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə onun işəgötürəni məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Bu maddənin məzmunu baxımından işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən elə fiziki şəxs başa düşülür ki, o, işəgötürənin tapşırığı və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürən dedikdə isə əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulur. İşçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın olmasıdır; 4.37-ci bəndinə əsasən işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək, qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ehtiva etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Hazırda iddiaçının apellyasiya şikayətində qətnamə iddianın təmin edilməyən, cavabdehin apellyasiya şikayətində isə hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin tutulması ilə bağlı işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan mənəvi zərərin məbləğini ağlabatan, ədalətli və işin halarına uyğun hesab etmir. Bu səbəbdən belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulmuş mənəvi zərərin və dövlət rüsumunun məbləği ilə bağlı hissədə dəyişdirilməlidir (artırılmalıdır).

34. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin faktiki hallarına istinadən qeyd edir ki, cavabdehin işçisi olan üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2017-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi “İsuzu NPR 66L” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı- Yevlax yolunun Ağsu rayonunun ərazisindən keçən 164-cü kilometrliyində hərəkət edərkən yolun hərəkət hissəsinin sağ kənarı ilə eyni istiqamətdə piyada hərəkət edən iddiaçının oğlu, ##.##.1996-cı il təvəllüdlü X1 vurmuş, sonuncu hadisə nəticəsində aldığı xəsarətlərdən həmin tarixdə (başın küt travması) ölmuşdur. Bu hadisənin məhz cavabdehlə əmək münasibətlərində olan üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində baş verməsi Ağsu Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü və Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qərarı ilə öz təsdiqini tapmışdır.

35. Hazırda iddiaçı apellyasiya şikayətində tutulmuş mənəvi zərərin həcmi ilə razı olmadığını, cavabdeh isə hadisə baş verən vaxt Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs faktiki olaraq əmək funksiyalarını icra etmədiyinindən cəmiyyətin onun törətdiyi əmələ görə məsuliyyət daşımadığını, iddiaçıya sığorta ödənişi edildiyini, bununla ona vurulmuş zərərin aradan qaldırıldığını, hadisənin illər əvvəl baş verdiyini, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə cəhd etməsinə baxmayaraq, iddiaçının bunu qəbul etməkdən imtina etdiyini qeyd edir, eyni zamanda cəmiyyətin mənəvi dəyərlər baxımından iddiaçıya 5.000 manat ödənilməsinə razı olduğunu, lakin iddiaçının bundan da imtina etdiyini bildirir.

36. Məhkəmə kollegiyası ilk öncə cavabdehin təqsirlilik məsələsinə münasibətdə qeyd edir ki, iddiaçının oğlunun ölümünə səbəb olan hadisə ##.##.2017-ci il tarixdə (çərşənbə günü), saat 19:00 radələrində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən, onun idarə etdiyi “İsuzu NPR 66L” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmişdir. Həmin vaxt Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehlə əmək münasibətlərində olmuş və cavabdehin mülkiyyətində olan bu avtomobili cavabdeh tərəfindən ona verilmiş yol vərəqəsi (qüvvədə olma müddəti ##.##.2016-cı il – ##.##.2017-ci il) əsasında idarə etmişdir. Hadisə zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bu nəqliyyat vasitəsini şəxsi məqsədləri üçün istifadə etdiyi müəyyən edilmir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılan zaman da Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs belə bir fikir söyləməmiş, bu mövqedən çıxış etməmişdir. Həmin icraat çərçivəsində cavabdeh ərizə təqdim edərək, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Digər tərəfdən cavabdehin nümayəndəsi təmsil etdiyi şirkətdə əmək normalarına ciddi əməl olunduğunu bildirir. Belə olan halda, yük daşıma təyinatlı olan və şəxsi istifadə üçün deyil, konkret olaraq cavabdehin fəaliyyət göstərdiyi sahə üzrə istifadə edilən “İsuzu NPR 66L” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən zaman, yəni saat 19:00-da Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmamalı, cəmiyyətin dayanacağında saxlanılmalı idi. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, avtomobilin həmin vaxt Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olması bilavasitə onun əmək funksiyalarının həyata keçirilməsi ilə bağlı olmuş, bu şəxs işəgötürəni olan cavabdehin tapşırığı və nəzarəti altında fəaliyyət göstərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası bu barədə cavabdehin dəlillərini əsassız hesab edir.

37. Qeyd olunmalıdır ki. cavabdehin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. İddiaçının yeganə oğlunun ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası oğlunun ölümü nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı vurğulayır ki, X1 ##.##.1996-cı il təvəllüdlü olmaqla iddiaçının yeganə oğul övladı, 3 qız övladından sonra dünyaya gəlmiş “son beşiyi” olmuşdur. Onun 3 qız övladından sonra doğulması bir mənalı şəkildə ailənin, o cümlədən iddiaçının oğul övladı arzusunda olması ilə bağlı olmuşdur. Hadisə baş verən zaman iddiaçının (##.##.1963-cü il təvəllüdlüdür) 54 yaşı olmuşdur. Bu baxımdan iddiaçı açıq və aşkar şəkildə yenidən uşaq dünyaya gətirəcək yaşda olmamışdır. Hadisədən sonra da onun digər uşağı olmamışdır. X1 isə 21 yaşı olmuş və o, subay olmaqla iddiaçı ilə birlikdə yaşamışdır. Hərbi xidmətdə olduğu dövr istisna olmaqla, bu uşaq doğulduğu vaxtdan fasiləsiz olaraq iddiaçı ilə birlikdə yaşamış, onunla birgə təsərrüfat aparmışdır. İddiaçının həyat yoldaşı ilə birgə yaşaması müəyyən edilmir. Bu baxımdan həmin evdə kişi cinsindən yalnız X1 olmuş, bu da oğul övladı olaraq təsərrüfatın idarə edilməsi ilə bağlı olan məsələlərin həllində onun əhəmiyyətli yer tutduğunu təsdiq edir. Qeyd edilənlər X1 ölməsi nəticəsində iddiaçının arzulamadığı hisslər yaşamaq məcburiyyətində qalması, eyni zamanda ağrı və kədər hissi, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi və bu halın davamlı olması, hazırda da davam etməsi qənaətinə gəlmək üçün kifayətdir. İddiaçı ömrünün sonunadək bir ana olaraq 3 qız övladından sonra əldə etdiyi yeganə oğul övladını digər bir şəxsin təqsirindən vaxtsız itirməsinin acısını çəkməyə və özünə münasibətdə bu fani dünyanın “valideynlər övladları deyil, övladlar valideynləri dəfn etməlidir” kimi yazılmamış qaydasının pozulduğunu dərk etməyə məhkumdur. Bu da öz növbəsində cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını şərtləndirir.

39. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə müəyyən edilmiş mənəvi zərərin (təzminatın) məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, X1 iddiaçı birgə yaşaması və birgə təsərrüfat aparması onunla iddiaçı arasında olan şəfqət və mənəvi bağlılığın möhkəmliyinə bilavasitə təsir edən hallardır. Onun ölümünun təsərrüfatın idarə edilməsinə də mənfi mənada təsir götürməsi mübahisəsizdir. Cinayət işinə baxılarkən iddiaçı hadisədən sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bir dəfə də olsun gəlib üzürxahlıq etmədiyini, peşmançılıq bildirmədiyini qeyd etmiş və Ağsu Rayon Məhkəməsinin ##.##.2018ci il tarixli hökmdən verdiyi apellyasiya şikayətində ona ən yuxarı həddə cəza təyin olumasını xahiş etmişdir. Cavabdeh cəmiyyətlə bağlı da iddiaçı hər hansı fikir söyləməmiş, o cümlədən cavabdehin maddi zərərin qarşılanması ilə bağlı hər hansı cəhd etdiyini qeyd etməmişdir. Başqa sözlə, tərəflər arasında hər hansı formada barışıq da olmamış və iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirməmişdir. İddiaçının hər hansı məbləğdə sığorta ödənişi alması da öz təsdiqini tapmır. Hər bir halda, bu mövqedən çıxış edən cavabdeh bu barədə sübut təqdim etməli idi.

40. Eyni zamanda, nəzərə alınmalıdır ki, hadisə ehtiyatsızlıqdan baş vermiş, hadisədən 8 ilə yaxın (iddia ##.##.2025-ci il) müddət keçmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud olmuşdur. İddiaçı hazırki iddia ilə məhkəməyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarı qəbul edildikdən və artıq qeyd edilən Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyə uyğun olaraq, məhkəmələr tərəfindən bu qəbildən olan iddiaların təmin olunması təcrübəsi formalaşdırıldıqdan sonra müraciət etmişdir.

41. Bununla belə, 39-40-cı bəndlərdə qeyd edilənlər öz növbəsində mənəvi zərərin məbləğinin müəyyən edilməsinə bilavasitə təsir edən hallardır. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, eyni zamanda cavabdehin səsləndirdiyi fikirləri (mənəvi dəyərlər baxımından iddiaçıya 5.000 manat ödənilməsinə, habelə tələb edilən mənəvi zərərin məbləği ilə bağlı qarşı tərəflə müzakirələrin aparılması və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin mümkünlüyü ilə bağlı işə baxılmasının təxirə salınmasına razı olmaları) nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır, bu səbəbdən təmin edilə bilməz. İddiaçının apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20.000 manat məbləğində pulun tutulmasını ağlabatan və ədalətli hesab edir.

42. Məhkəmə kollegiyası iddiaçının ##.##.2017-ci il tarixdə baş vermiş hadisə nəticəsində gördükləri və yaşadıqlarını, bundan irəli gələrək aldığı mənəvi sarsıntı, çəkdiyi əzab və iztirabların miqyasını nəzərə alıb, vurğulayır ki, bu təzminatın müəyyən edilməsi iddiaçının həmin vəziyyətinin yumşaldılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi, habelə yalnız yaxını deyil, yeganə oğlunun itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın mümkün qədər unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi daşımaqla ona mənəvi cəhətdən dəstək olunmasına xidmət etmiş olur.

43. Məhkəmə kollegiyası müəyyən edilmiş mənəvi zərərin məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun 150 manat hissəsinin əvəzi tutulmalıdır.

44. Məhkəmə kollegiyası hüquqi yardımın göstərilməsi üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulan 125 manat pulu da məbləğ etibarı ilə ağlabatan hesab edir.

45. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən tutulmuş mənəvi zərərin və dövlət rüsumunun məbləği” ilə bağlı hissədə dəyişdirilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat və ödənilmiş dövlət rüsumunun 150 manat hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi “cavabdehdən tutulmuş mənəvi zərərin və dövlət rüsumunun məbləği” ilə bağlı hissədə dəyişdirilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun 150 (bir yüz əlli) manat hissəsinin əvəzi cavabdeh Cavabdeh MMC-dən tutularaq, iddiaçı İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar