Məhkəmə qərarları › İş №2(3-6)-549/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-549/2026

12.05.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-549/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh LPO Cavabdeh Açiq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: işdənçıxarma müavinətinin ödənilməsinin gecikdirilməsinə görə ödəncin hesablanması) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmək haqqı" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İslamzadə Gülarə Dadaş qızına orta aylıq əmək haqqının iki misli miqdarında müavinətin ödənilməsi, LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İslamzadə Gülarə Dadaş qızına ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının ödənilməsi qət edimişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2023-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ##.##.2024-cü il tarixində qanuni qüvvəsini almışdır.

4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsinin ikinci abzasına aşağıdakı məzmunda izah verilməsi “LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İslamzadə Gülarə Dadaş qızına ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının ödənilməsi” hissəsində ödəniş ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək dövrü əhatə edən tarif (vəzifə) maaşının, yəni əmək haqqının əsas hissəsinin üçdə iki hissəsi miqdarında ödənilməlidir” qərara alınmışdır.

5. Bakı şəhəri ** saylı Mediasiya təşkilatı tərəfindən verilmiş İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/**/****-***** saylı, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, ##.##.2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında cavabdeh Cavabdeh Açiq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi iştirak etməmişdir. Ilkin mediasiya xərci olan 50 manat iddiaçı tərəfindən ödənilmişdir.

6. Mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ## ###### 2024-cü il tarixində – 1409 manat, ## ###### 2024-cü il tarixində – 31 manat, ## ##### 2025ci il tarixində – 1334,12 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh LPO Cavabdeh Açiq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən məbləğində gecikdirilmiş əmək haqqına görə hesablanan 1% ödənci təşkil edən 19.701,10 (on doqquz min yeddi yüz bir manat 10 qəpik) manat pul vəsaitinin, mediasiya xərclərinə dair 60 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, əvvəllər cavabdehə qarşı əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir. Həmin icraat çərçivəsində cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş tarixdə – yəni ##.##.2023-cü il tarixində ödənilməli olan əmək haqqının ödənilmədiyi müəyyən edilmişdir. Həmin iş üzrə qəbul edilmiş *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnamə xeyli müddət icra edilməmiş, bununla da onun hüquqları pozulmuşdur. Belə ki, cavabdeh qətnaməni aşağıdakı tarixlərdə 3 hissəyə icra etmişdir: ## ###### 2024-cü il tarixində – 1.409 manat ## ###### 2024-cü il tarixində – 31 manat, ## ##### 2025-ci il tarixində – 1.334,12 manat. Əslində isə göstərilən bütün məbləğlər ona ## #### 2023-cü il tarixində ödənilməli idi. Beləliklə: 1.409 manat 651 gün gecikmə ilə 31 manat 653 gün gecikmə ilə 1.334,12 manat 774 gün gecikmə ilə ödənilmişdir. Hesablamalara əsasən: 1.409 × 1% × 651 gün = 9.172,59 manat; 31 × 1% × 653 gün = 202,43 manat; 1.334,12 × 1% × 774 gün = 10.326,08 manat, cəmi 19.701,10 manat ödənc cavabdehdən tutulmalıdır. Bundan əlavə, bu iddianın mediasiya mərhələsindən keçirilməsi ilə bağlı 60 manat xərcləmişdir.

9. Cavabdeh LPO Cavabdeh Açiq Səhmdar Cəmiyyəti “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə və etiraz ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, qeyd edilən iddia ərizəsi iddia müddəti ötürülməklə verilib. Iddiaçı iddia ərizəsində hüququnun pozulduğunu ##.##.2023-cü il tarixdən bildiyini etiraf etmiş, lakin iddia ərizəsiylə məhkəmə yalnız ##.##.2025ci il tarixdə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Sonradan iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşməsi barədə ərizədə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il dövrü üzrə gecikdirilmiş əmək haqqına görə 1 faiz ödənişin istəməsinin hüquqi əsası yoxdur, belə ki, həmin müddət üzrə iddiaçıya əmək haqqı hesablanmamışdır. Həmçinin, iddiaçı İslamzadə Gülarə Dadaş qızı ##.##.2023-cü il tarixdə cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin, ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinə qədər boşdayanmaya görə pul vəsaitinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiyanın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsin aldıqdan sonra icra vərəqəsi icra olunması üçü banka göndərilmiş və bank tərəfindən icra edilmişdir. Lakin İslamzadə Gülnarə Dadaş qızı icra sənədinin icrasından narazı qalaraq qətnaməyə izahla bağlı məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsinin ikinci abzasına izah verilmişdir. Məhkəmə qətnaməsinə izah verildikdən sonra bank ##.##.2025-ci il tarixdə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qanunvericiliyin tələblərinə əsasən icra edilmişdir. Göründüyü kimi tərəflər arasında əmək haqqının ödənilməsi ilə bağlı mübahisəyə məhkəmədə baxılmış və bununla bağlı məhkəmə qətnaməsi icra edilmişdir.

10. Daha sonra iddiaçı İslamzadə Gülarə Dadaş qızı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, 1.409 manat əmək haqqı üzrə – ## #### 2024-cü il tarixindən ## ###### 2024-cü il tarixədək olan 163 günlük gecikmə müddətinə görə hesablanmış 2.297,67 manat məbləğində ödəncin; 2) 31 manat əmək haqqı üzrə – ## #### 2024-cü il tarixindən ## ###### 2024-cü il tarixədək olan 165 günlük gecikmə müddətinə görə hesablanmış 51,15 manat məbləğində ödəncin; 3) 1.334,12 manat əmək haqqı üzrə – ## #### 2024-cü il tarixindən ## ##### 2025-ci il tarixədək olan 286 günlük gecikmə müddətinə görə hesablanmış 3.814,59 manat məbləğində ödəncin (cəmi: 6.163,41 manat, mediasiya xərclərinə dair 60 manat məbləğində vəsaitin cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, ## ###### 2024-cü il tarixində – 1.409 manat, ## ###### 2024-cü il tarixində – 31 manat, ## ##### 2025-ci il tarixində – 1.334,12 manat ödəniş etmişdir. Əslində isə göstərilən bütün məbləğlər ona ## #### 2023-cü il tarixində ödənilməli idi. Beləliklə, 1.409 manat 651 gün, 31 manat 653 gün, 1.334,12 manat isə 774 gün gecikmə ilə ödənilmişdir. Hazırda cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Bu səbəbdən onlar iddia tələbini azaldırıq və yalnız mediasiya ərizəsinin verildiyi ##.##.2025-ci ildən geriyə doğru bir illik dövrü, yəni ##.##.2024–ödəniş tarixləri aralığını nəzərə alırlar. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətinin ötürülməsinə dair cavabdeh tərəfindən ərizə təqdim edilərsə, iddia ərizəsinin təqdim edildiyi vaxtdan əvvəlki bir illik dövr üzrə iddianın mahiyyəti ilə bağlı araşdırma aparılmalı, iddia müddəti həmin bir ildən əvvəlki dövrə tətbiq edilməlidir

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh LPO Cavabdeh Açiq Səhmdar Cəmiyyətindən, əmək haqqının ödənilməsi gecikdirildiyinə görə hesablanmış 6.163,41 manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddia müddətinin hesablanması mediasiyaya müraciət tarixindən — ##.##.2025-ci ildən — geriyə doğru bir il götürülməklə aparılmalıdır. Bu baxımdan iddiaçının tələbi yalnız ##.##.2024-cü il tarixindən sonraki dövrü əhatə edə bilər. ##.##.2024cü ildən əvvəlki dövrə dair irəli sürülən tələblər isə bir illik iddia müddətinin keçməsi səbəbilə məhkəmə tərəfindən araşdırıla bilməz. Bu yanaşma tərəflərin maraqları arasında balansı təmin edir: işçiyə pozulmuş hüququnun müdafiəsi üçün qanunla müəyyən edilmiş səmərəli müddətdə məhkəməyə müraciət imkanı tanınır, eyni zamanda işəgötürən uzun illər öncə yaranmış, lakin irəli sürülməmiş tələblərə görə qeyri-müəyyən məsuliyyət daşımaqdan azad edilir.

14. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin yalnız ##.##.2024-cü il tarixindən sonrakı dövr üçün tətbiq edilməsi mümkün olduğundan, gecikmə müddətinə görə ödəncin hesablanması da məhz bu tarixdən başlanmalıdır.

15. İlk olaraq, ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan dövr üzrə gecikmə müəyyən edilir. Həmin tarixədək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən, bu müddət ərzində gecikmiş məbləğ 2.774,12 manat təşkil etmişdir. Göstərilən dövr üzrə gecikmə 163 gün olmaqla, gecikdirilmiş əmək haqqına görə hesablanan ödənc 2.774,12 × 1% × 163 gün = 4.521,81 manat təşkil edir. ##.##.2024-cü il tarixində cavabdeh tərəfindən 1.409 manat məbləğində qismən ödəniş edildikdən sonra, gecikmiş məbləğ 1.365,12 manata (2.774,12 – 1.409) enmişdir. Növbəti ödəniş ##.##.2024-cü il tarixində həyata keçirildiyindən, bu iki gün ərzində gecikmə qalan 1.365,12 manat məbləğ üzrə davam etmişdir. Həmin dövr üçün ödənc 1.365,12 × 1% × 2 gün = 27,30 manat təşkil edir. ##.##.2024-cü il tarixində 31 manat məbləğində ödəniş edildikdən sonra gecikmiş əsas məbləğ 1.334,12 manata enmişdir. Bu məbləğ üzrə gecikmə ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək, yəni 121 gün davam etmişdir. Həmin dövr üçün gecikdirilmiş əmək haqqına görə ödənc 1.334,12 × 1% × 121 gün = 1.614,29 manat təşkil edir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4.1, 154, 172.1, 172.4, 172.5, 296.4, 296.6 və 296.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində hüququnun pozulduğunu ##.##.2023-cü il tarixdən bildiyini etiraf etmiş, lakin iddia ərizəsi ilə məhkəmə yalnız ##.##.2025-ci il tarixdə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Beləliklə işçi hüququnun pozulduğunu ##.##.2023-cü ildə bildiyi üçün 1 illik iddia müddəti ##.##.2024-də başa çatmışdır. Mediasiyaya ##.##.2025-ci tarixində müraciət iddia müddətini bərpa etmir. Bu səbəbdən ##.##.2025-ci tarixində məhkəməyə verilmiş iddia müddəti ötürülmüş hesab olunur. AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, 2[102]-****/**** saylı qərarında açıq şəkildə qeyd edilmişdir ki: Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildikdə, məhkəmə iddia ərizəsinin təqdim edildiyi tarixdən geriyə doğru yalnız bir illik dövr üzrə iddianın mahiyyəti ilə bağlı araşdırma aparmalıdır və bu müddətdən əvvəlki dövr üzrə tələblər araşdırıla bilməz. Lakin hazırkı işdə birinci instansiya məhkəməsi faktiki olaraq: artıq ötürülmüş iddia müddətini bərpa etmiş, mediasiya müraciətini iddia müddətinin başlanğıcı kimi qəbul etmişdir. Bu yanaşma Ali Məhkəmənin yuxarıda göstərilən presedentinə ziddir. Mediasiya iddia müddətini bərpa etmir. Əmək Məcəlləsinin 296.7-ci maddəsi və “Mediasiya haqqında” Qanunun hüquqi mənası ondan ibarətdir ki, mediasiya yalnız axan iddia müddətini dayandıra bilər, artıq ötürülmüş iddia müddətini bərpa etmir. Birinci instansiya məhkəməsinin mediasiya müraciətini hüquqi nəticə yaradan başlanğıc tarix kimi qəbul etməsi maddi hüququn səhv tətbiqidir. Əmək haqqının gecikdirilməsinə görə 1% ödənc yalnız işəgötürənin təqsiri üzündən gecikmə olduqda tətbiq edilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən gecikmənin baş vermə səbəbləri, gecikmədə cavabdehin təqsirinin olub-olmaması araşdırılmamış və qiymətləndirilməmişdir. Halbuki cavabdeh ləğv prosesində olan bankdır, ödənişlər məhkəmə qətnaməsinin icrası çərçivəsində həyata keçirilmişdir. Bu hallar işəgötürənin təqsiri kimi qiymətləndirilə bilməz. Məhkəmənin təqsir elementini müəyyən etmədən ödənc tətbiq etməsi maddi hüquq normasının kobud pozuntusudur. Həmçinin məhkəmə tərəfindən əmək münasibətləri ilə icra münasibətləri səhv şəkildə eyniləşdirilmişdir. Məhkəmə gecikmə müddətini ##.##.2024-cü il tarixindən hesablamışdır. Lakin həmin tarixdə tərəflər arasında əmək münasibətləri mövcud olmamış, yalnız məhkəmə qətnaməsinin icrası mərhələsi davam etmişdir. Əmək Məcəlləsinin 172.5-ci maddəsi yalnız əmək münasibətləri çərçivəsində tətbiq edilir. Qətnamənin icrası mərhələsində yaranan münasibətlər isə “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Beləliklə, məhkəmə icra mərhələsində yaranmış gecikməni əmək hüquq münasibətləri üzrə gecikmə kimi qiymətləndirməklə normanı əsassız şəkildə genişləndirmişdir. Əmək Məcəlləsinin 172.5-ci maddəsində nəzərdə tutulan “əmək haqqının 1 faizi” anlayışı cari əmək haqqına aiddir. Birinci instansiya məhkəməsi isə vahid icra borcunu, uzunmüddətli gecikmə ilə 1% ödənc hesablamışdır. Bu yanaşma maddənin məqsədinə uyğun deyil və cavabdeh üçün əsassız ağır maliyyə məsuliyyəti yaradır. Ödəncin hesablanma üsulu Əmək Məcəlləsinin mahiyyətinə ziddir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

26. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

27. 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

28. 77.3-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.

29. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

30. 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

31. 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

32. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

33. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

34. 172-ci maddəsinin Qeyd hissəsində qeyd edilmişdir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

35. 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.

36. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

37. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

38. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.

39. 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

40. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

41. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

42. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

43. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları düzgün müəyyən etməmiş və nəticədə səhv hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “işdənçıxarma müavinətinin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış ödənc” hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir.

45. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

46. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.

47. Beləliklə, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir.

48. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İslamzadə Gülarə Dadaş qızına orta aylıq əmək haqqının iki misli miqdarında müavinətin ödənilməsi, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İslamzadə Gülarə Dadaş qızına ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının ödənilməsi qət edilmiş, həmin qətnamə ##.##.2024-cü il tarixində qanuni qüvvəsini almışdır.

49. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsinin ikinci abzasına - “LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İslamzadə Gülarə Dadaş qızına ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının ödənilməsi” hissəsində ödəniş ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək dövrü əhatə edən tarif (vəzifə) maaşının, yəni əmək haqqının əsas hissəsinin üçdə iki hissəsi miqdarında ödənilməlidir” məzmunda izah verilmişdir.

50. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə ödənilməsi qət edilmiş məbləğdən 1.409,27 manat ## ###### 2024-cü il tarixində, 31 manat ## ###### 2024-cü il tarixində, 1.334,12 manat isə ## ##### 2025-ci il tarixində iddiaçı İslamzadə Gülarə Dadaş qızına ödənilmişdir.

51. Hazırda iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən ödənilməli olan məbləğin gecikdirilməsinə görə kompensasiyanın hesablanaraq cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

52. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq hesab etmişdir ki, tələb yalnız mediasiyaya müraciət tarixindən — ##.##.2025-ci ildən — geriyə doğru bir il müddətində qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə iddiaçının tələbini ##.##.2024-cü il tarixindən sonrakı dövr üzrə araşdırmış, həmin tarixdən ##.##.2024-cü ilədək olan müddət üzrə 163 gün gecikmə müəyyən etmiş və gecikdirilmiş əmək haqqı məbləği üzrə kompensasiyanı 2.774,12 manat × 1% × 163 gün olmaqla 4.521,81 manat hesablamışdır. Daha sonra ##.##.2024-cü il tarixində növbəti ödənişin həyata keçirildiyini nəzərə alaraq, qalan 1.365,12 manat məbləğ üzrə iki günlük gecikməyə görə kompensasiyanı 1.365,12 manat × 1% × 2 gün olmaqla 27,30 manat müəyyən etmişdir. Bundan əlavə, ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək olan 121 günlük müddət üzrə 1.334,12 manat məbləğə görə kompensasiya 1.334,12 manat × 1% × 121 gün olmaqla 1.614,29 manat hesablanmış, nəticə etibarilə ümumi kompensasiya məbləği 6.163,41 manat təşkil etmişdir.

53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin boşdayanma vaxtı üçün iddiaçıya hesablanmış əmək haqqının hər gecikdirilmiş gün üzrə bir faiz məbləğinin ödənilməli olması barədə nəticəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172ci maddəsinin beşinci hissəsinin məzmunundan görünür ki, həmin norma yalnız işçiyə hesablanmış əmək haqqının işəgötürən tərəfindən müəyyən edilmiş müddətdə ödənilməməsi hallarını tənzimləyir. Maddədə birbaşa “əmək haqqı” anlayışından istifadə edilmiş, digər xarakterli ödənişlər və ya kompensasiya məbləğləri həmin hüquqi tənzimləmənin predmetinə daxil edilməmişdir.

54. Bu baxımdan, göstərilən normada nəzərdə tutulmuş məsuliyyət tədbiri gecikdirilməklə ödənilmiş işdənçıxarma müavinətinə münasibətdə tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi isə əmək haqqı ilə yanaşı, işçiyə çatmalı digər ödənişlərin də gecikdirilməsini həmin norma ilə eyniləşdirərək hüquqi tənzimləməni geniş tətbiq etmişdir. Halbuki əmək qanunvericiliyində nəzərdə tutulmuş bu hüquqi mexanizmin tətbiq dairəsi daha məhduddur və yalnız əmək haqqının gecikdirilməsi halları ilə bağlı nəzərdə tutulmuşdur.

55. Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci bəndinə əsasən də, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

56. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadının məzmunundan da görünür ki, tələbkarın hesabına ümumilikdə 1.440 manat köçürülmüşdür. İş materiallarında olan işdən çıxarılma müavinətinin hesablama cədvəlinə əsasən, iddiaçının əmək stajına görə hesablanmış işdən çıxma məbləği 1.080 manat təşkil etmiş, ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqı 360 manat hesablanmışdır. İslamzadə Gülarə Dadaş qızının ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək aylıq tarif (vəzifə) əmək haqqının 540 manat təşkil etdiyi müəyyən edilmişdir.

57. Belə olan halda iddiaçıya ödənilməmiş məbləğdən əvvəlcə işdənçıxarma müavinəti qismində ödənilməli olan 1.080 manat çıxılmalı, bundan sonra qalan məbləğ üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin beşinci hissəsinə əsasən kompensasiya hesablanmalı idi. Birinci instansiya məhkəməsi isə həmin məbləği nəzərə almadan kompensasiyanı icra vərəqəsinə əsasən ödənilməli olan bütün məbləğ üzrə hesablamış, nəticədə sözügedən normanı düzgün tətbiq etməmişdir.

58. Bu baxımdan, ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan 163 günlük müddət üzrə gecikdirilmiş məbləğ 1.694,12 manat təşkil etdiyindən, həmin dövr üçün kompensasiya 1.694,12 manat × 1% × 163 gün olmaqla 2.761,42 manat müəyyən edilir. Daha sonra ##.##.2024-cü il tarixində 31 manat ödəniş edildikdən sonra qalan 1.663,12 manat məbləğ üzrə iki günlük gecikməyə görə kompensasiya 1.663,12 manat × 1% × 2 gün olmaqla 33,26 manat təşkil edir. Nəhayət, ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək olan 121 günlük müddət üzrə qalan 1.334,12 manat məbləğə görə kompensasiya 1.334,12 manat × 1% × 121 gün olmaqla 1.614,29 manat hesablanır. Beləliklə, ümumilikdə gecikdirilmiş ödənişə görə hesablanmalı kompensasiya məbləği 4.408,97 manat təşkil edir.

59. Apellyasiya şikayətində göstərilən digər dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə mahiyyət etibarilə işçiyə ödənilməli olan əmək haqqının və ona bərabər tutulan ödənişlərin vaxtında verilməməsi nəticəsində yaranmış əmək münasibətlərindən irəli gələn mübahisədir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş kompensasiya institutu işəgötürənin öz təqsiri üzündən işçiyə məxsus pul vəsaitlərini müəyyən edilmiş müddətdə ödəməməsinin hüquqi nəticəsi kimi çıxış edir və işçinin pozulmuş əmək hüquqlarının müdafiəsinə yönəlmiş məsuliyyət tədbiri hesab olunur. Bu baxımdan həmin münasibətlər əmək qanunvericiliyinin tənzimləmə predmetinə daxildir və mübahisənin əmək münasibətlərindən irəli gələn hüquqi məsuliyyət çərçivəsində qiymətləndirilməsi düzgün olmuşdur.

60. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4586/2025 saylı ## ###### 2025-ci il tarixli qətnaməsi qismən - “ödənilmiş işdənçıxarma müavinətinin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış ödənc” hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4586/2025 saylı ## ###### 2025-ci il tarixli qətnaməsi qismən – “işdənçıxarma müavinətinin ödənilməsinin gecikdirilməsinə görə 1.754,44 manat məbləğində hesablanmış ödənc” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar