Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-562/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli AZ-T ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun atası Cavabdeh, anası X2r. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2011-ci il tarixli AZ-II ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası X2r. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2011-ci il tarixli AZ-II ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2010-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası X2r. Cavabdeh ilə X2 arasında bağlanmaqla notarial qaydada təsdiq olunmuş ##.##.2022-ci il tarixli Barışıq müqaviləsin şərtlərindən aşağıdakılar müəyyən olunur: 1.İddiaçı X2 cavabdeh Cavabdeh qarşı qaldırdığı iddia tələblərindən ##.##.2007-ci il tarixdə bağlanmış nikahın ləğv edilməsinə, övladları ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 onun himayəsində saxlanılmasına razıdır. Eyni zamanda cavabdeh Cavabdeh ilə razılığa gəlirlər ki, o, ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmasına dair cavabdehə qarşı qaldırdığı aliment tələbindən imtina edir, lakin onun könüllü olaraq uşaqlarının saxlanmasında iştirak etməyə və onlarla həftənin son günlərində ünsiyyətdə olmasına etiraz etməyəcəkdir.
2. Cavabdeh Cavabdeh iddiaçı X2 ona qarşı qaldırdığı iddia tələblərindən ##.##.2007-ci il tarixdə bağlanmış nikahın ləğv edilməsinə, ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 analarının himayəsində saxlanılmasına etiraz etmir və ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona qarşı qaldırdığı aliment tələbindən imtina edilməsini qəbul edir və könüllü olaraq uşaqlarının saxlanmasında iştirak etməyə və onlarla həftənin son günlərində ünsiyyətdə olmasına razıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən, iddia təmin edilərək, iddiaçı X2 ilə cavabdeh Cavabdeh arasında Suraxanı rayon qeydiyyat şöbəsində ## #### 2007-ci ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 810 №-si ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən olunur ki, iddiaçı İddiaçı "xxxx" MMC-də stomatoloq köməkçisi vəzifəsində işləməklə əmək haqqı 350 manat, cavabdeh Cavabdeh isə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində mühafizəçi vəzifəsində işləməklə əmək haqqı 541 manat təşkil edir. “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə ##.##.2025-ci il tarixli MŞB18- ****/***** nömrəli Bakı ** saylı Mediasiya Təşkilatının arayışında məlum olur ki, İddiaçı 60 manat məbləğində ilkin mediasiya sessiyası xərcini ödəmişdir. Məhkəmə iclasında dindirilmiş Orucov Eldar Elçin oğlu bildirmişdir ki, 17 yaşı vardır. Halhazırda atası ilə yaşayır, əvvəl anası və bacıları ilə yaşamış, o, zaman atası heç bir köməklik etməmiş, anası ilə qaldığı zaman atası ilə münasibəti olmamış, atası ilə təxminən 2025-ci ilin may ayından birlikdə qalır.
Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixdən bu günə qədər olan son 3 il müddət üçün hər uşağa hər ay üzrə tutumalı olan aliment məbləğinin tutulması, ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 xeyrinə uşaqlar yetkinlik yaşına çatanadək hər biri üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(**)-***/**** saylı qətnaməsi ilə iddiaçı X2 ilə Cavabdeh arasında 2007-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. X4 ərlik familyasını dəyişib qızlıq familyasına qayıtmış, “Qurbanova” familiyasını götürmüşdür. Həmin dövrdə, yəni ##.##.2022-ci il tarixdə tərəflər ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 analarının himayələrində saxlanılması və cavabdehin uşaqlarla görüş məsələlərini tənzimləyən “Saziş”, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 50 faizi, həm də 300 manat məbləğində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsinə dair mülki mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gələrək “Barışıq” sazişi bağlamış, “Barışıq” sazişinin şərtlərinə görə cavabdeh Cavabdeh uşaqların saxlanılmasında iştirak etməsi əvəzində iddiaçı bu hissədə iddia tələbindən imtina etmişdir. Lakin keçən bu üç il ərzində cavabdeh bir dəfə də olsun uşaqların saxlanılması və tərbiyəsində iştirak etməmişdir. Uşaqların maddi təminatı iddiaçının özü və atası tərəfindən təmin edilmişdir. Cavabdeh bu 3 il ərzində uşaqların saxlanması üçün heç bir maddi dəstək göstərməmişdir. Halbuki, uşaqların saxlanamasında və tərbiyəsində uşaqlar da iştirak edə bilərdilər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, tərəflər arasında ##.##.2022-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/2 hissəsində və 300 manat sabit pul məbləğində aliment, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsində və 200 manat sabit pul məbləğində alimentin tutulması, ##.##.2025-ci il tarixdən hesablanmaqla ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində aliment tutulması, 79,04 (yetmiş doqquz manat dörd qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaya cavabdeh Cavabdeh ##.##.2022ci il tarixdən bu günə qədər olan son 3 il müddət üçün hər uşağa hər ay üzrə tutumalı olan aliment məbləğinin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki mülki iş üzrə tərəflər arasında ##.##.2022-ci il tarixində barışıq müqaviləsi bağlanmış və barışıq müqaviləsinə əsasən cavabdeh Cavabdeh birgə nikahdan olan ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 üçün iddiaçı İddiaçı xeyrinə əmək haqqı və başqa gəlirlərinin 50 faizi məbləğində və 300 manat sabit pul məbləğində alimenti ödəməyi öz üzərinə götürmüşdür. Lakin iddiaçı iddia etmişdir ki, tərəflərin alimentin ödənilməsi ilə bağlı razılığın əldə edilməsinə baxmayaraq cavabdeh aliment öhdəliklərini həyat keçirtməkdən boyun qaçıraraq müqavilə üzrə müəyyənləşdirilmiş aliment məbləğini iddiaçıya ödəməmişdir. Cavabdeh isə məhkəmə iclasında etirafedici izahat verərək aliment öhdəliklərini yerinə yetirmədiyini vurğulamışdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh tərəfindən ##.##.2022-ci il tarixdən üzərinə götürdüyü aliment öhdəliklərini icra etməməsi öz təstiqini tapmışdır. Məhkəmə əvvəlki dövr üçün alimentin hesablanmasının aparılması ilə bağlı hesab etmişdir ki, əvvəlki dövr üçün alimentin hesablanması iddiaçının məhkəməyə müraciət etdiyi tarix, yəni ##.##.2025-ci il, əsas götürülərək müəyyən edilməlidir. Məhkəmə iclasında dindirilmiş ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlu bildirmişdir ki, 2025-ci ilin may ayından atası, mülki iş üzrə cavabdeh Cavabdeh ilə birgə yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar nəzərə alınaraq, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/2 hissəsində və 300 manat sabit pul məbləğində aliment, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsində və 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddiaya ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 xeyrinə uşaqlar yetkinlik yaşına çatanadək hər biri üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia bu hissədə də qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, birgə uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Hazırki mülki işin faktiki hallarından və uşağın öz ifadəsindən müəyyən edilir ki, ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlu atası, mülki iş üzrə cavabdeh Cavabdeh ilə birgə yaşayır. Belə olan halda ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun hazırda cavabdehin yanında yaşadığı nəzərə alınaraq, iddiaçı İddiaçı ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun saxlanılması üçün alimentin tutulması tələbi əsassızdır. Digər tərəfdən müəyyən edilmişdir ki, digər iki uşaq, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1, anaları, mülki iş üzrə iddiaçı İddiaçı himayəsində olmaqla onunla birgə yaşayır. Məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından olan uşaqlarının maddi cəhətdən təmin edilməsi hər iki valideynin vəzifəsi olaraq qəbul edilərək və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən, hər ay hər uşaq üçün 246 manat məbləğində aliment alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni ##.##.2025-ci il tarixdən, başlanmalı və qətnamə dərhal icra edilməlidir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən uşaqlar üçün təyin edilmiş alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq müəyyən edilərək, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində aliment tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43, 44, 75, 78, 100, 110-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsi, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
Cavabdeh Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinə əsasən, tərəflər arasında ##.##.2022ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ##.##.2022-ci il tarixdə ##.##.2025-ci il tarixədək olan dövr üçün ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/2 hissəsində və 300 manat sabit pul məbləğində aliment, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsində və 200 manat sabit pul məbləğində aliment tutulması, ##.##.2025-ci il tarixdən hesablanmaqla ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində aliment tutulması, 79,04 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına və qəbul olunmuş qətnaməyə nəzər salsaq görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Aşağıda qeyd edəcəyi səbəblərə görə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi qətnamənin “Məhkəmənin mövqeyi” hissəsində qeyd edir ki, “... tərəflər arasında ##.##.2022-ci il tarixində barışıq müqaviləsi bağlanmış və barışıq müqaviləsinə əsasən cavabdeh Cavabdeh birgə nikahdan olan ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu təvəllüdlü X1 üçün iddiaçı İddiaçı xeyrinə əmək haqqı və başqa gəlirlərini 50 faizi məbləğində və 300 manat sabit pul məbləğində alimenti ödəməyi öz üzərinə götürmüşdür. Lakin iddiaçı iddia etmişdir ki, tərəflərin alimentin ödənilməsi ilə bağlı razılığın əldə edilməsinə baxmayaraq cavabdeh aliment öhdəliklərini həyata keçirtməkdən boyun qaçıraraq müqavilə üzrə müəyyənləşdirilmiş aliment məbləğini iddiaçıya ödəməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh tərəfindən ##.##.2022-ci il tarixdən üzərinə götürdüyü aliment öhdəliklərini icra etməməsi öz təsdiqini tapmışdır.” Onunla iddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli “Barışıq Müqaviləsi”nə əsasən iddiaçı ona qarşı olan aliment tələbindən imtina etmişdir. Yəni həmin barışıq müqaviləsinə əsasən o, İddiaçı aliment ödəməyi öhdəsinə götürməmişdir. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsi bu sazişi yanlış şərh edərək, onunla həmin sazişə əsasən aliment ödəməyi öhdəsinə götürməyi nəticəsinə gəlməklə səhvə yol vermişdir. Həmçinin hesab edir ki, onunla İddiaçı arasında ##.##.2022-ci il tarixli “Barışıq Müqaviləsi” var və həmin müqavilə qüvvədədir. Belə olan halda İddiaçı ondan aliment tələb etməsi əsassızdır. Yalnız həmin müqavilə məhkəmə qaydasında ləğv edildikdən sonra İddiaçı ona qarşı aliment tələbi irəli sürə bilərdi. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsi bütün bu halları nəzərə almamışdır. Hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.3cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Bu maddədə də qeyd olunduğu kimi aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, lakin onunla iddiaçı arasında aliment ödəməyi barədə deyil, iddiaçının ondan aliment tələbinin olmaması, aliment tələbindən imtina barədə barışıq müqaviləsi bağlanmışdır. Belə olan halda məhkəmənin ondan ##.##.2022-ci il tarixdən aliment tutması barədə qətnamə qət etməsi əsassızdır. Hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun qətnamə çıxarmamışdır. Çünki işin həqiqi halı odur ki, onunla iddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli “Barışıq Müqaviləsi”nə əsasən iddiaçı ona qarşı olan aliment tələbindən imtina etmişdir. Məhkəmə onunla ailəsinin maddi ehtiyaclarını ödəyib-ödəməməyini, onunla iddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli “Barışıq Müqaviləsi”ni, həmin müqaviləyə əsasən iddiaçının ona qarşı olan aliment tələbindən imtina etməsi hallarını aydınlaşdırmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli “Barışıq Müqaviləsi”nə əsasən onun iddiaçıya aliment ödəməli olduğu nəticəsinə gəlməsi işin hallarına uyğun deyildir. Çünki işin həqiqi halı odur ki, onunla iddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli “Barışıq Müqaviləsi”nə əsasən iddiaçı ona qarşı olan aliment tələbindən imtina etmişdir. Belə olan halda o, həmin müqaviləyə əsasən iddiaçıya aliment ödəməli deyildir. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsinə, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya ikayətini müdafiə edərək izahatında göstərmişdir ki, bağladıqları barı ıq sazi inin şərtlərinə əsasən iddiaçı aliment tələbindən imtina etmişdir. İddiaçı özü də bilir ki, u ağın idmana getməsi üçün pulu, ad günlərinin və digər xərcləri onun tərəfindən ödənilmişdir. Barı ıq sazi ində onun qazancının yarısını və 300 manat da pul ödəməli olduğu yazılmamış, sadəcə iddiaçının alimentdən imtinası yazılıb. O, da uşaqlarının saxlanmasında iştirak etmişdir. Oğlu bir müddət onun yanında yaşamış, hal-hazırda hərbi xidmətdədir. Hal-hazırda o, geriyə olan dövr üçün aliment ödəmək istəmir. Əkiz u aqların saxlanması üçün müəyyən edilmi əmək haqqının 0,62 misli miqdarında hesablanmı alimentə isə etirazı yoxdur. Birgə nikah dövründə inşa etdikləri tikiliyə görə ondan iddiaçının xeyrinə 15.000 manat, alimentə görə də pul tutulur, bu səbəbdən o, maa ala bilmir. Oğluna motosiklet alıb, 2022-2025-ci illər ərzində u aqların saxlanması üçün müəyyən qədər xərc çəkib, uşaqlarının hər müraciətində onlara pul göndərib. Məhkəmə kollegiyasının iclasına iddiaçı İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, köhnə aliment borcuna görə onun iddia qaldırmasının səbəbi cavabdehin uşaqların saxlanmasında iştirak etməməsi, aralarında olan mənzil mübahisəsi ilə bağlı ona verilən kompensasiya məbləğinin onu qane etməməsi olmuşdur. Cavabdeh yalnız oğlunun idman xərclərini ödəmiş, ümumi olaraq u aqların saxlanmasında i tirak etməmişdir. Bağladıqları sazişdə alimentdən imtina etməsinin səbəbi valideynlərinin ona yardım etməyi vəd etmələri, onun özünün birgə nikah dövründə əldə etdikləri evdən ona veriləcək məbləğə ümid etməsi olmuşdur. Lakin indi u aqlarının təhsil xərcləri, qidalanması yalnız onun tərəfindən qarşılandığından, maddi imkanı bu xərcləri təkbaşına qarşılamağa imkan vermədiyindən o, köhnə aliment borclarını da tələb edir. Sazi 2022-ci ildə bağlanmış, o, aliment tələbi ilə məhkəməyə 2025-ci ildə müraciət etmi dir. Cavabdeh ödəməli olduğu kompensasiyanı bütöv olaraq ödəməmiş, əmək haqqına yönəldilməsini bildirmişdir. O, həmin pulla özünə ya ayı yeri qura bilmir. Kirayədə ya adığından cavabdehin evində kompensasiyanı ona ödədiyi günə qədər yaşamağa icazə verməsini təklif etmiş, lakin orada ya aya bilməmişdir. Cavabdehlə aralarında olan razılığa əsasən oğlu 2025-ci ilin may ayından etibarən atasının yanında yaşayır. 2022- 2025-ci illər ərzində cavabdeh 4 ay oğlunun idman xərclərini qarşılamış, uşaqların ad günlərində tort almış, 20 manat pul vermişdir. Uşaqların ehtiyacları demək olar ki, 2-3 ildir ki, artıb. Onlar əvvəl valideynlərinin yanında qaldıqları üçün yaşamağa yerləri var idi. Mülkiyyət mübahisəsi ilə bağlı ona 15.000 manat verilməsi qərara alınmışdır. 2025-ci ilin fevral ayından maddi vəziyyəti çətinləşmiş, 2025-ci ilin sentyabr ayında o, məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 9.3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Maddə 18. Bənd 1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. -Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016cı il tarixli, *-*/**** nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən faktiki olaraq iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” # ####### 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Kollegiya həmçinin qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaqla bağlı konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Hazırkı mülki işdən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlu, ##.##.2010-cu il təvəllüdlü X3 və X1 anadan olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən, iddia təmin edilərək, iddiaçı X2 ilə cavabdeh Cavabdeh arasında Suraxanı rayon qeydiyyat şöbəsində ## #### 2007-ci ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 810 №-si ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh ilə X2 arasında bağlanmaqla notarial qaydada təsdiq olunmuş ##.##.2022-ci il tarixli barışıq müqaviləsin şərtlərinə əsasən, iddiaçı X2 cavabdeh Cavabdeh qarşı qaldırdığı iddia tələblərindən ##.##.2007-ci il tarixdə bağlanmış nikahın ləğv edilməsinə, övladları ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 onun himayəsində saxlanılmasına razı olmasını bildirməklə, ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmasına dair cavabdehə qarşı qaldırdığı aliment tələbindən imtina etmiş, lakin cavabdehin könüllü olaraq uşaqlarının saxlanmasında iştirak etməyə və onlarla həftənin son günlərində ünsiyyətdə olmasına etiraz etməyəcəyini öhdəsinə götürmüşdür. Həmin barışıq müqaviləsindən daha sonra müəyyən olunur ki, cavabdeh Cavabdeh iddiaçı X2 ona qarşı qaldırdığı iddia tələblərindən ##.##.2007-ci il tarixdə bağlanmış nikahın ləğv edilməsinə, ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 analarının himayəsində saxlanılmasına etiraz etməmiş, ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona qarşı qaldırdığı aliment tələbindən imtina edilməsini qəbul etmiş, könüllü olaraq uşaqlarının saxlanmasında iştirak etməyə və onlarla həftənin son günlərində ünsiyyətdə olmağa razı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı ##.##.2022-ci il tarixli barışıq müqaviləsinə əsasən aliment tələbindən imtina etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli iddia tələbi tam həcmdə təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh verdiyi izahatında isə iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən hesablanmaqla əkiz qızlarının saxlanması üçün birinci instansiya məhkəməsi tərəfindən təyin olunan alimenti ödəməyə razı olduğunu bildirmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib qeyd edir ki, valideynlərlə uşaqlar arasında olan hüquq münasibətləri davam edən hüquq münasibətləri olduğundan, iddiaçı himayəsində olan, yetkinlik yaşına çatmayan övladlarını saxlamaq üçün cavabdehdən aliment tələb etməkdə haqlıdır. Kollegiya eyni zamanda qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan, apellyasiya instansiyası məhkəməsində tərəflərin izahatı ilə iddiaçının himayəsində saxlanmış uşaqlara görə təyin olunan alimentin məbləğinə dair tərəflər arasında mübahisənin olmadığı müəyyən olunduğundan, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən etdiyi halda, əvvəlki dövr üçün alimenti 3 illik müddət həddində tutmaq hüququ olduğundan, hazırkı işdə isə iddiaçının tərəflər arasında bağlanmış barışıq müqaviləsinə əsasən, cavabdehə qarşı uşaqlarının saxlanması üçün aliment tələbindən imtina etməsi, hazırkı tələblə məhkəməyə müraciət edənədək cavabdehin övladlarını saxlamaqda könüllü olaraq iştirak etməsi ilə razı olmasını bildirdiyindən, barışıq müqaviləsi bağlandıqdan sonra onu mübahisələndirmədiyindən, araşdırma zamanı isə həmin müqavilənin etibarlı əqd olması öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi əvvəlki dövr üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutarkən işin faktiki hallarına uyğun gəlməyən, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə məhkəmə aktı qəbul etmişdir. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi «Tərəflər arasında ##.##.2022-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/2 hissəsində və 300 manat sabit pul məbləğində aliment, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsində və 200 manat sabit pul məbləğində aliment tutulsun.» hissəsində ləğv edilərək bu hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi «Tərəflər arasında ##.##.2022-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün ##.##.2008-ci il təvəllüdlü Orucov Eldar Elçin oğlunun, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/2 hissəsində və 300 manat sabit pul məbləğində aliment, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsində və 200 manat sabit pul məbləğində aliment tutulsun.» hissəsində ləğv edilərək bu hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.