Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-592/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2025-cü il tarixli 2(009)-1393/2025 saylı qərardadından şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə Cavabdeh2 tərəfindən verilmiş ərizəyə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1393/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı - Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 85000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1393/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 –cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1393/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1393/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət geri qaytarılmışdır. Daha sonra Cavabdeh2 yenidən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1393/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermiş, eyni zamanda şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizəni məhkəməyə təqdim etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, “İlkin İddia üzrə İddiaçı, İddiaçı xx.xx.2025-ci il tarixli iddia ərizəsilə məhkəməyə müraciət edərək, məndən, “əsassız varlanma səbəbilə, qəstən vurulmuş zərərə kompensasiya olaraq 85 000 manat ödənilməsini tələb etmişdir. Daha sonra İddiaçı Süleymanova xx.xx.2025-ci il tarixlı, yeni ddia ərizəsilə məhkəməyə müraciət etmiş və iddia tələbini artıraraq məndən 109 881 manatın, sonuncuya, ödənilməsini tələb etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində, müraciət etmişdir Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(009)- 1393/2025 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan verilən şikayət MPM-nin apellyasiya şikayətləri üçün nəzərdə tutulan formasını nəzərdə tutan 2 saylı Əlavəyə uyğun olmadığı üçün məhkəmənin № e2(009)-1393/2025 xx.xx.2025-ci il tarixli qəradadı ilə geri qaytarılmışdır. Qərardad xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə informasiya sistemi”ndə yerləşdirilmişdir və bu səbəbdən xx.xx.2025- ci il tarixli, 2(009)- 1393/2025 saylı qərardaddan verilən şikayət üçün nəzərdə tutulan 10 gün müddət bizim tərəfimizdən üzrlü səbəbdən buraxılmışdır. Qeyd olunanları nəzərə alraq sizdən xahiş edirk ki, şikayət verilməsi üçün nəzərdə tutulan müddət üzürlü səbəbdən buraxıldığı üçün həmin prosessual müddəti bərpa edəsiniz.” İddiaçı prosessual müddətin bərpası barədə ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, “Cavabdeh2 tərəfindən e-2(009)- 1393/25 saylı məhkəmə işində vəkil qismində iştirak edən X4 tərəfindən prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ərizədə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ilə müraciət etmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixdə e-2(009)-1393/25 saylı qərardadla qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Həmin qərardaddan verilən şikayət AR MPM-nin apelyasiya şikayəti üçün nəzərdə tutualn formasına 2 saylı Əlavəyə uyğun olmadığı üçün xx.xx.2025ci il tarixli qərardadla geri qaytarılmışdır. Qərardad xx.xx.2025-ci il tarixdə X1 yerləşdirilmişdir. Nəzərdə tutulmuş 10 gün şikayət müddəti buraxılmışdır. Hal-hazırda Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi əlində tutarlı bir səbəb olmadan (arayış, həkim kağızı, yaxın qohumunun vəfat etməsi barədə hər hansı bir arayış və ya özünün ağır xəstə olması barəsində) buraxılmış prosessual müddəti bərpa etmək istəyir. Mən müddətin bərpasını istəmirəm. Bunu qanunsuz və ədalətsiz hesab edirəm.” Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1393/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2025-cü il tarixli 2(009)- 1393/2025 saylı qərardadından şikayətin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2025-cü il tarixli 2(009)-1393/2025 saylı qərardadından vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki: “xx.xx.2025-ci il tarixli Qərardadın, qərara aldı hissəsində isə səhv olaraq xx.xx.2025-ci il tarixli Qərardad əvəzinə, xx.xx.2025-ci il tarixli Qərardad göstərilmiş və məhkəmə bütün işi baxılması üçün Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya məhkəməsində əvvəlcə 2(103)-5603/2025 saylı, xx.xx.25025-ci il tarixli Qərardadla iş icraata qəbul edilmiş, daha sonra isə məlum yanlışlıq aşkarlanaraq, ilkin Qərardad ləğv edilmiş və xx.xx.2025-ci il tarixli Qərardadla geri göndərilmişdir. xx.xx.2025-ci il tarixindən, birinci instansiya məhkəməsində olan məlum 2(009)-1393/2025 saylı iş üzrə nəhayət ki, xx.xx.2025-ci il tarixli Qərardad qəbul edilmiş və məlum Qərardad elektron məhkəmə sisteminə yalnız xx.xx.2026-ci il tarixində yüklənmiş və bizim qərardadla tanış olmaq imkanımız yaranmışdır. xx.xx.2025- ciil tarixli Qərardadın, qərara aldı hissəsində qeyd olunur ki, “Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2025-cü il tarixli 2(009)- 1393/2025 saylı qərardadından şikayətin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2025-cü il tarixli 2(009)- 1393/2025 saylı qərardadından vermiş olduğu şikayət geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.” Qeyd etmək istəyirəm ki, müddətin bərpası ilə əlaqədar xx.xx.2025-ci il tarixli ərizə, Cavabdeh2 münasibətdə formal xarakterli prosedur qayda, hakim tərəfindən əhəmiyyətli müddətə gecikdirilən məhkəmə aktına münasibətdə isə, üzürlü sayılacaq qədər yetərli, prosessual hərəkətdir. Cavabdeh2 heç bir gecikmə etmədən iyul ayının 29-da sistemdə görünən xx.xx.2025-ci il tarixli Qərardaddan 2 gün sonra yəni xx.xx.2025 tarixində şikayət vermiş, qəbul edilən xx.xx.2025-ci il tarixli Qərardad isə məhkəmə tərəfindən elektron sistemə yalnız xx.xx.2025-ci ildə yüklənmiş və tərəfimizdən dərhal, yəni, xx.xx.2025-ci il tarixində şikayət ərizəmiz cədvələ uyğun şəkildə göndərilmiş, eləcə də qanunun tələbi üzrə ərizədə əlavə edilmişdir. Bir daha qeyd edirik ki, xx.xx.2025- ci il tarixli Qərardadın nədən ibarət olmasını biz yalnız, sonuncu, sistemə yüklənəndən sonra mahiyyətindən xəbərdar olmuş və həmin gündə şikayət ərizəmizi yeniləmişik, yəni tərəfimizdən gecikmə olmayıb... Əgər xx.xx.2025-ci il tarixli şikayət ərizəmiz qanuna müvafiq olaraq 3 gündən sonra qəbul edilmiş məhkəmə aktı ilə geri qaytarılsaydı, biz də göründüyü kimi həmin gündə yenilənmiş şikayət ərizəmizi vermiş olardıq və xx.xx.2025-ci il tarixində sistemə otuzdurulan xx.xx.2025-ci il tarixli Qərardada münasibətdə də prosessual müddətə əməl edilmiş olardı. Digər yanaşma isə ondan ibarətdir ki, işə baxan məhkəmə artiq bir dəfə şikayət ərizəmizə yekun qiymət verməklə, sonuncunu, xx.xx.2025-ci il tarixli Qərardadla təmin etməmiş və baxılması üçün Apellyasiya məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi isə yalnız öz qəbul etdiyi Qərardadını ləğv etmiş,birinci instansiya məhkəməsinin heç bir Qərardadını ləğv etmədən işi gerigöndərmiş və öz Qərardadında aşağıdakıları bildirmişdir. “Bakı Apellyasiya Məhkəməsi MK-nın 26 sentyabr 2025-ci il tarixli 2(103)-5603/2025 saylı qərardadı ləğv edilməklə, Bakışəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2025-ci iltarixli, 2(009)- 1393/2025 nömrəli qərardadından cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin.” Bakı Apellysiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-5603/2025 saylı qərardadında göstərilmişdir ki, “Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 3 sentyabr 2025-ci il tarixdə verdiyi şikayətdən açıq-aydın göünür ki, o, məhkəmənin 2(009)-1393/2025 nömrəli 11 iyul 2025-ci il tarixli qərardadından narazıdır və şikayətinin nəticə hissəsində də məhz həmin qərardadın ləğv edilməsini xahiş edir. Lakin birinci instansiya məhkəməsi şikayətə 2(009)-1393/2025 nömrəli 18 avqust 2025-ci il tarixli qərardaddan verilmiş kimi yanaşaraq ciddi prosessual pozuntuya yol vermişdir.” Məhkəmənin xx.xx.2026-cı il tarixli qəradadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı elektron məhkəmə sisteminə etiraz yerləşdirərək mübahisələndirilən qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1393/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.. MPM-in 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Hazırki işin hallarına görə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilməsinə dair qərardad qəbul edilmiş və həmin qərardad xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfin elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh2 Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından elektron qaydada şikayəti daxil olmuş, həmin şikayət mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla geri qaytarılmışdır. Eyni zamanda həmin tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qətnamə də qəbul edilmiş və İddiaçı cavabdehlər Cavabdeh2, Səbail rayon İcra şöbəsi və qeyrilərinə qarşı «pul və s.» tələbi barədə iddiası rədd edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından növbəti şikayəti və müddətin bərpasına dair ərizəsi daxil olmuşdur. Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırda Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa ediilməsi barədə qənaətə gəlməyə əsas verən üzrlü səbəblər mövcud deyildir. O da nəzərə alınmalıdır ki, birinci instanniya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə qətnamə qəbul edilərək tərəflər arasındakı mübahisə üzrə məhkəmə işi artıq yekunlaşmış, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı iddiası təmin edilməmişdir. Kollegiya mübahisələndirilən qərardaddan verilən şikayət üzrə gəldiyi qənaətinin hüquqi nəticələrini nəzərə alaraq cavabdehin diqqətinə çatdırır ki, onun İddiaçı qarşı müvafiq iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1393/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı qanuni və əsaslıdır, cavabdehin şikayətdə göstərdiyi dəlillər onun ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1393/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-592/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-592/2026
18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver