Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-632/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Lebeşova Alla Konstantinovna və cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, Cavabdeh Lebeşova Alla Konstantinovnanın nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Lebeşova Alla Konstantinovna və cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Lebeşova Alla Konstantinovna tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Lebeşova Alla Konstantinovnanın birgə nikahından ##.##.2011-ci il təvəllüdlü X4 doğulmuşdur.
2. İddiaçı ilə cavabdeh2 birgə nikahından ##.##.2014-cü il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəllüdlü X5 doğulmuşlar.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2015-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə İddiaçı, ##.##.2011-ci il təvəllüdlü Davidin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 16.5% miqdarında alimentin Lebeşova Alla Konstantinovnanın xeyrinə və ##.##.2014-cü il təvəllüdlü Ulyananın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 16.5% miqdarında alimentin Abdullayeva İnara Aydınovnanın xeyrinə tutulması qət edilmişdir.
4. Baker Hughes Servises Şirkətinin ##.##.2015-ci il tarixli arayışına əsasən iddiaçının əmək haqqı həmin dövrə 5407.50 manat təşkil etmişdir.
5. Baker Hughes Servises Şirkətinin ***/** saylı əmrinə əsasən şirkətin Azərbaycandakı nümayəndəliyində menecer vəzifəsində çalışan İddiaçı onunla bağlanmış ##.##.2006-cı il tarixli əmək müqaviləsini ləğv etməsilə bağlı ərizəsini nümayəndəliyə təqdim etmiş, onunla əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ##.##.2024-cü ildən xitam verilmişdir.
6. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin məktubuna əsasən, borclu İddiaçı qazancından ##.##.2024-cü il tarixədək 16.5% miqdarında aliment pulu tutularaq tələbkar cavabdeh1 Koristantinavnanın xeyrinə ödənilmişdir. Borclu İddiaçı ##.##.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verildikdən sonra borclu tələbkar cavabdeh1 xeyrinə ##.##.2025-ci il tarixdə 610 ABŞ dolları, ##.##.2025-ci il tarixdə 627,32 ABŞ dolları, 600,34 AVRO, ##.##.2025-ci il tarixda 580.77 AVRO, ##.##.2025-ci il tarixdə 670,43 ABŞ dolları, ##.##.2025ci il tarixdə 609.49 AVRO, ##.##.2025-ci il tarixdə 418.21 AVRO məbləğində aliment ödəmişdir. Lebeşova Alla Konstantinovnanın bank hesabından çıxarışa əsasən ##.##.2025ci il tarixindən
7. ##.##.2026-cı il tarixinədək İddiaçı tərəfindən ümumilikdə 5.137,15 manat məbləğində aliment ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı cavabdeh Lebeşova Alla Konstantinovna və Abdullayeva İnara Aydınovnaya qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Lebeşova Alla Konstantinovna arasında olan nikah 2012-ci il tarixdə pozulmuşdur. Tərəflərin birgə nikahdan ##.##.2011-ci il təvəllüdlü X4 adlı uşaqları var. İddiaçı ##.##.2014-cü ildə Abdullayeva İnara Aydınovna ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan ##.##.2014-cü il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəllüdlü X5 adlı uşaqları var. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən qəbul edilmiş ##.##.2015-ci il tarixli, *(***)-***/**** saylı qətnamə ilə İddiaçı ##.##.2011-ci il təvəllüdlü Davidin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 16.5% miqdarında alimentin Lebeşova Alla Konstantinovnanın xeyrinə və ##.##.2014-cü il təvəllüdlü Ulyananın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 16.5% miqdarında alimentin Abdullayeva İnara Aydınovnanın xeyrinə tutulması qət edilmişdir. "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində sahə xidmətləri üzrə menecer vəzifəsində çalışmış iddiaçı çalışdığı dövr ərzində yüksək əməkhaqqı almış və övladlarının təminatını tam həcmdə qarşılamışdır. ##.##.2024-cü il tarixdə ***/** nömrəli "ƏMR"lə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra ölkə xaricinə köçən iddiaçı müvəqqəti xarakterli olmaqla müxtəlif işlərdə çalışmışdır. Hal-hazırda iddiaçının istər Azərbaycan Respublikasında, istərsə də başqa ölkələrdə daimi iş yeri olmamaqla birlikdə stabil qazancı da yoxdur. Daimi iş yerindən ayrıldıqdan sonra təbii olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən qəbul edilmiş ##.##.2015-ci il tarixli, *(***)-***/**** saylı qətnamənin icrasında çətinliklər yaranmışdır. Bütün bu proseslərə baxmayaraq, iddiaçının şəxsi təşəbbüsü ilə ötən bu aylar ərzində də ##.##.2011-ci il təvəllüdlü Davidin saxlanılması üçün Lebeşova Alla Konstantinovnaya müəyyən məbləğdə aliment ödənilmişdir. İddiaçı öz övladının saxlanılması üçün çətin şəraitinə, hazırda heç bir yerde sabit işinin və stabil qazancının olmamasına baxmayaraq, cavabdehə kifayət qədər yüksək məbləğdə aliment ödəmişdir. Lakin, təbii olaraq ödədiyi aliment məbləği də stabil olmamışdır. Bütün bu proseslərə baxmayaraq, cavabdehlər və məhkəmə icraçıları tərəfindən mütəmadi olaraq iddiaçı narahat edilməkdədir. Eyni zamanda, yenidən ailə qurmuş və ikinci həyat yoldaşından iki övladı olan iddiaçı, daimi gəlirinin və stabil iş yerinin olmaması səbəbindən ondan tələb edilən yüksək məbləğdə alimenti ödəməkdə çətinlik çəkməkdədir. İddiaçı övladlarının saxlanılması üçün sabit məbləğdə aliment verməyə razıdır. Hazırda öz şəxsi təşəbbüsü ilə ödədiyi alimentin necə hesablandığı, necə xərcləndiyi ilə bağlı heç bir məlumatı yoxdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən qeyd olunan tələblər göstərilməklə Bakı * saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. İlkin Mediasiya sessiyasında cavabdehlərdən Lebeşova Alla Konstantinovnanın vəkili iştirak etsə də Abdullayeva İnara Aydınovna iştirak etməmişdir. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla, ağlabatan məbləğdə sabit pul məbləğində aliment ödənilməsində razılıq əldə edilməsi ilə bağlı təklif irəli sürülsə də, cavabdeh tərəf bununla razılaşmamış, olduqca yüksək məbləğdə aliment tələb etmişlər. Nəticədə müvafiq arayış iddiaçıya təqdim edilmişdir.
10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.H.Məmmədova) iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2015-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə ##.##.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 16.5% miqdarında alimentin və ##.##.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 16.5% miqdarında alimentin məbləğinin dəyişdirilərək, hər ay İddiaçı ##.##.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,75 misli həddində alimentin tutularaq Lebeşova Alla Konstantinovnaya və ##.##.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,75 misli həddində alimentin tutularaq Abdullayeva İnara Aydınovnaya ödənilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı himayəsində iki azyaşlı uşağı daha var. Təbii ki, məhkəmə cavabdeh cavabdeh1 ilə birgəlikdən anadan olmuş uşağın mənafeyini nəzərə aldığı kimi digər uşaqların da iddiaçının ikinci nikahından da dünyaya gəlmiş azyaşlı uşaqlarının da mövcud ola biləcək maddi xərclərini, tələbatlarını nəzərə almalıdır. Hazırda işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı cavabdeh İ.Abdullayeva ilə birlikdə xarici ölkədə yaşayır. Himayəsində iki uşağı var. Aliment məhkəmə qaydasında müəyyən olunduğu vaxtdan ##.##.2024-cü il tarixədək çalışdığı şirkətin Azərbaycanda olan nüayəndəliyi vasitəsilə ondan aliment tutulmuş, lakin bu tarixdən sonra isə əmək müqaviləsinə xitam verilmiş və iddiaçı müxtəlif məbləğlərdə alimenti şəxsən cavabdeh cavabdeh1 məxsus karta göndərmişdir. Hazırda iddiaçının rəsmi iş yeri və aylıq qazancı barədə məhkəmədə heç bir məlumat yoxdur. Belə olan təqdirdə isə məhkəmə tələbində iddiaçının qismən haqlı olduğunu hesab edir.
12. Məhkəmə işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab etmişdir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin III və IV hissələrinə, Ailə Məcəlləsinin 76.2, 78.1, 78.2, 78.3, 112.1-ci maddələrinə, "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü və 5-ci maddələrinə, Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsinə, nsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə və “Elşolts Almaniyaya qarşı” işi üzrə qərarlarına, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh Lebeşova Alla Konstantinovna qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın ona münasibətdə təmin olunan hissədə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində yüksək əmək haqqı ilə çalışmış, həmin dövrdə aliment məbləği onun əmək haqqından avtomatik qaydada tutulmuş və aylıq məbləğ 1.200–1.800 manat arasında dəyişmişdir. Bu fakt uşağın uzun illər ərzində formalaşmış yüksək təminat səviyyəsinin mövcud olduğunu təsdiq edir. O, hazırki iş üzrə cavabdeh olan İnara Abdullayeva ilə xaricə üz tutaraq, xaricdə yaşayıb işləməyə qərar verərək hər ay Davidin anası cavabdeh1 aliment 800-1000 manat aralığında aliment ödənişləri etmişdir. ##.##.2025-ci il tarixində hazırki iş üzrə iddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı onların iştirakı ilə sessiya keçirilmişdir. Norveç orqanı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanmış məktubda bildirilmişdir ki, İddiaçı ##.##.2025ci il tarixinə qədər işləmişdir və orta aylıq gəliri 98779 NOK (17.000 AZN) təşkil etmişdir. Göstərilən hal birbaşa iddiaçının qeyd edilən iddianı qaldırmaqla öz uşağının saxlanması üçün yüksək məbləğdə aliment ödəməkdən boyun qaçırmaq üçün atdığı atdım idi. Habelə, məhkəmə prosesində tərəfindən şəxsin Norveçdə hansı əsasla qalması, habelə işləyibişləməməsi barədə məlumatın əldə edilməsi barədə vəsatət təqdim edilmiş, məhkəmə vəsatəti təmin etmiş və məhkəmə tərəfindən Xarici işlər Nazirliyi vasitəsilə sorğu göndərilmiş, lakin sorğunun cavabını gözlənilmədən məhkəmə tərəfindən Qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının rəsmi iş yerinin olmamasını əsas götürərək, alimentin əvvəlki pay formasını dəyişdirmiş, minimum əməkhaqqının 0,75 misli məbləğində sabit aliment müəyyən etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən iddiaçının real maddi imkanlarını, xaricdə faktiki işləməsini, həmçinin uşağın əvvəlki təminat səviyyəsini lazımi qaydada araşdırmamışdır. Beləliklə yüksək qazanc sahibi olan atanın aylıq minimal məbləğdə alimentin tutulması barədə iddiası təmin edilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. İddiaçının xarici ölkədə işləməsi, faktiki gəlir əldə etməsi inkar edilməmiş, əksinə bank köçürmələri ilə təsdiqlənmişdir; 2024–2025-ci illərdə 700–1000 AZN mütəmadi aliment ödənişləri edilmişdir ki, bu da maddi imkanın əvəlki səviyyədə olduğunu göstərir. Məhkəmə isə bu faktlara lazımi hüquqi qiymət vermədən, yalnız iddiaçının subyektiv izahatlarına əsaslanaraq alimenti azaltmışdır. Qeyd edilən iddia ərizəsi ilə məhkəm müraciət edilməsi birbaşa iddiaçınınhüquqularının sui-istifadəsidir və keçmiş ailədən olan uşağa ödənilən alimentin azaldılması uşağın anası cavabdeh1 ziyan vurmaq məqsədir daşıyır. Məhkəmə iddiaçının digər nikahdan olan uşaqlarını əsas götürərək, övladı Davidin maraqlarını faktiki olaraq daha aşağı səviyyəyə salmışdır. Bu yanaşma uşaqlar arasında ayrı- seçkilik yaradır və “uşağın üstün mənafeyi” prinsipinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh A.Lebeşovanın nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçı qəsdən uşağa çatası alimenti ödəməkdən boyun qaçırır. İddiaçı Azərbaycan Respublikasında da həmişə yaxşı vəzifələrdə, xarici şirkətlərdə işləyib, neft mühəndisi vəzifəsində çalışıb, maaşı 10.000 manatdan yuxarı olub. İşlədiyi dövrdə də belə, 2016-cı ildə 300 manat alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdi. Bu əslində iddiaçını xarakterizə edən bir haldır. İddiaçı Norveçdə yaşayırsa, təbii ki iş icazəsi var, işləyir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı 2025-ci ilin iyun ayında işdən çıxandan sonra işləmə-işləməyə cavabdehin kartına 500-800 manat, hətta elə vaxt olub ki, 1.100 manat aliment köçürüb. Dünən yenə pul göndərmiş, 10 mart tarixində 500 manata yaxın aliment ödəyib. Məhkəmə iclasında da dəfələrlə dedi ki, oğluna 18 yaşı olduqdan sonra da yardımını edəcək. Norveçin qanunlarına görə onlara şikayətlər yazılanda iddiaçının işini məhdudlaşdırırlar, hər işə də götürmürlər. İndi işə düzəlib, ancaq sınaq müddəti ilə. 2015-ci ilin qətnaməsindən sonra 1 övladı da anadan olub, 2014-cü ildə anadan olmuş qızına görə anası da aliment tələb etmişdir, onun da alimentini verir. İndi orada 2 uşağı var və yoldaşı işləmir, məcburdur ki, ailəsini də saxlasın. Hal-hazırda deyir ki, ailə vəziyyəti pisləşib, o məbləğdə alimenti ödəyə bilmir. Lebeşova Alla məbləğ 1.000 manatdan aşağı olan kimi icraçılara müraciət etməyə başlayır. Alimenti çox ödəyirdi, əgər maaşına görə ödəsə idi, az ödəyərdi. Ailə üzvləri, qohumları iddiaçıya maddi dəstək olur. Cavabdeh də işləyir, yeganə uşaqdır, onu saxlamağa imkanı var, firması, iş yeri var.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34, hissə IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia qismən təmin edildiyindən, qətnamə cavabdeh Alla Lebeşova tərəfindən ona aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin cavabdehə aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin cavabdeh Lebeşova Alla Konstantinovnaya münasibətdə təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi ona qarşı rədd edilməlidir.
26. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2015-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə İddiaçı ##.##.2011-ci il təvəllüdlü Davidin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 16.5% miqdarında alimentin Lebeşova Alla Konstantinovnanın xeyrinə və ##.##.2014-cü il təvəllüdlü Ulyananın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 16.5% miqdarında alimentin Abdullayeva İnara Aydınovnanın xeyrinə tutulması qət edilmişdir.
27. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasında yüksək əmək haqqı aldığı işdən öz xahişi ilə çıxmış və arvadı Abdullayeva İnara Aydınovna və onunla birgə nikahdan doğulmuş iki uşağı ilə Norveçə köçmüş, hazırda orada yaşayır.
28. Ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
29. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının kifayət qədər yüksək məbləğdə əmək haqqı aldığı iş yerini öz xahişi əsasında tərk etməsi və ailəsi ilə birlikdə xarici ölkəyə köçməsi onu deməyə əsas verir ki, iddiaçı tərəfindən bu addım həmin ölkədə daha yüksək məbləğdə qazanc əldə etmək məqsədi ilə atılmışdır.
30. İkincisi, məhkəmə qətnaməsi ilə iddiaçıdan tutulan alimentin miqdarı onun qazancının (başqa gəlirlərinin) bir hissəsini (16,5%) təşkil edir, yəni iddiaçıdan hər ay stabil olaraq yüksək məbləğdə cavabdehə alimentin ödənilməsi tələb olunmur. Başqa sözlə, iddiaçı daha çox qazanc əldə etdiyi təqdirdə yüksək məbləğdə, az qazanc əldə etdiyi təqdirdə isə az məbləğdə aliment ödəməli olacaqdır.
31. O da qeyd edilməlidir ki, Ailə Məcəlləsinin yuxarıda istinad olunan 106.4-cü maddəsinin tələblərinə görə şəxs müəyyən dövr işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, icra məmuru tərəfindən aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir.
32. İddiaçı hazırda yaşadığı xarici ölkədə əmək fəaliyyəti ilə məşğul olmaması (işsiz kimi qeydiyyata alınması və s.), maddi vəziyyətinin pis olması (dövlətdən aztəminatlı şəxs kimi müavinət alması və s.) barədə məhkəməyə hər hansı sübut (sənəd) təqdim etməmişdir. Halbuki, məhz iddiaçı bu halları sübut etmək vəzifəsi daşıyır.
33. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı maddi vəziyyətinin pis olmasını bildirməsinə baxmayaraq xarici ölkədə ailəsi ilə birlikdə yaşamağa davam edir. Beləliklə, iddiaçını həmin ölkədə yaşayış şəraiti qane edir. İddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında bildirdiyinə görə, iddiaçı hazırda əmək fəaliyyəti ilə məşğuldur.
34. İddiaçının ailə vəziyyətinin dəyişməsi ilə bağlı dəlilə münasibətdə qeyd edilməlidir ki, cavabdeh cavabdeh2 ##.##.2022-ci il təvəllüdlü X5 saxlanılması üçün iddiaçıdan aliment tələb etməsi barədə iddiaçı tərəfindən məhkəməyə sənəd (məhkəmə qətnaməsi və s.) təqdim edilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin cavabdeh və iddiaçı iki uşağı ilə ailə olaraq birlikdə yaşayır və birgə təsərrüfat aparırlar. Odur ki, bu hal da ##.##.2011-ci il təvəllüdlü X4 saxlanılması üçün ödənilən alimentin miqdarının dəyilməsi üçün əsas sayıla bilməz.
35. Kollegiya həmçinin qeyd edir ki, təyin olunmuş alimentin miqdarının azaldılması uşağın mənafeyinə zidd olmaqla, onun əvvəlki təminatının daha aşağı səviyyəyə düşməsinə səbəb ola bilər. Bu hal isə uşağın üstün maraqlarının təminatı baxımından yolverilməzdir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi cavabdeh Lebeşova Alla Konstantinovnaya münasibətdə təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Lebeşova Alla Konstantinovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddiaçı İddiaçı cavabdeh Lebeşova Alla Konstantinovnaya qarşı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova