Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-667/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Amirastan Osmanovun cavabdeh Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmək haqqı, əmək müqaviləsinə xitam verilməsinə görə mənəvi zərərin və kompensasiyanın ödənilməs) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı Amirastan Osmanovun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı Amirastan Osmanov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi Amirastan Osmanov arasında ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, Amirastan Osmanov MMC-yə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən bu əmək müqaviləsi müddətsiz bağlanmışdır və 4.1-ci maddəsinə əsasən işçiyə hər ay 720 manat məbləğində əmək haqqı ödənilir.
2. Iş materiallarında olan əmək haqqı və son haqq-hesabın hesablanması barədə cədvəldən görünür ki, Amirastan Osmanova veriləcək məbləğ cəmi 1.419,82 manatdır.
3. Iş materiallarında olan Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Amirastan Osmanovun aylıq əmək haqqının məbləği 720 manatdır. Bildiriş ##.##.2023-cü il tarixdə imzalanmışdır. Əmək müqaviləsi müddətlidir və müddətinin bitməsi ##.##.2023-cü il tarixidir.
4. Iş materiallarında olan Cavabdeh MMC tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş ** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Cavabdeh MMC bölməsində sahə rəisi vəzifəsində işləyən Amirastan Osmanov ilə bağlanılmış *****OI000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “b” - əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən ##.##.2023-cü il tarixdən xitam verilmişdir.
5. Iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş Amirastan Osmanova məxsus 4174******* nömrəli bank kartından görünür ki, işəgötürən Cavabdeh MMC-nin adı kartın üzərində öz əksini tapmışdır.
6. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 113-119-cu vərəqlərində olan ##.##.2023-cü tarixli Əmək müqaviləsinin kserosurətinin sonundakı "Işçi" qrafasındakı imza - Amirastan Osmanov tərəfindən yox, başqa səxs tərəfindən icra olunmuşdur.
7. Iş materiallarında olan Bakı ** saylı Mediasiya təşkilatının MŞB/**/****-***** nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Amirastan Osmanov IMS-də iştirak etmiş, Cavabdeh MMC-nin nümayəndəsi isə iştirak etməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8.
9. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2023-cü il tarixdə onunla cavabdeh Cavabdeh arasında bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən “sahə rəisi” vəzifəsində işləmişdir. Cavabdehlə aralarında olan razılığa əsassən (işlə bağlı ezamiyyə və digər xərclər də nəzərə alınmaqla) ona aylıq 2.000 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Lakin ##.##.2023-cü il tarixdə cavabdeh tərəfdən ona heç bir məlumat verilmədən, razılığı olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) onunla bağlanmış müddətsiz əmək müqaviləsinə səbəbsiz şəkildə xitam verilmişdir. Artıq bir il müddətdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilsə də, aylıq əmək haqları bu günədək ona məxsus bank kartı hesabına köçürülməmişdir. Apardığı hesablamalara əsasən cavabdeh tərəfindən ümumilikdə 3.557 manat məbləğində əmək haqqı onun əmək haqqı kartına köçürülməlidir. Qeyd edir ki, nəinki, əmək fəaliyyəti ilə bağlı dövrlər ərzində, eləcə də “xxxx" MMC-də işlədiyi zaman davranış qaydalarının tələblərini pozmamış, nizam-intizam məsuliyyətinə cəlb edilməmiş və işəgötürən tərəfindən nə yazılı nə də şifahi töhmət almamışdır. Lakin səbəbsiz şəkildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, işdən azad olunarkən "Əmək müqaviləsinə xitam verilməsi" barədə əmr, ümumiyyətlə bu barədə Əmək Qanunvericliyilə nəzərdə tutulmuş sənədlər iddiaçıya təqdim edilməmişdir. Halbuki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Həmin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrlə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq iddiaçının əmək haqlarını açıq-aşkar mənimsəmişdir. Pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. Belə ki, X1 Xidməti tərəfindən təqdim edilmiş cavab məktubu ilə aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirərkən həqiqətən də onunla cavabdeh Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli əmək müqaviləsinə ##.##.2023cü il tarixdə xitam verildiyi məlum olmuşdur. Lakin məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, ödənilməmiş əmək haqqları, ona heç bir məlumat verilmədən müddətsiz bağlanmış əmək müqaviləmə xitam verildiyi üçün 42 gün işsiz qaldığına görə vurulmuş mənəvi zərər olaraq 3.000 manat, eyni zamanda əmək haqqlarının gecikdirilməsinə görə kompensasiya hesablananaraq cavabdehdən tutularaq ona ödənilməlidir. Əmək mübahisəsinin həlli ilə bağlı iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/**/****-***** saylı arayış verilmişdir.
10. Iddiaçı Amirastan Osmanov ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 3.557 manat əmək haqqının, 3.000 manat mənəvi zərərə görə pulun, əmək haqqının gecikdirilməsinə görə ##.##.2023- cü il tarixdən 2% ödəncin cavabdeh "xxxx" MMC-dən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi Ə.Cəfərov ##.##.2024-cü il tarixdə iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Osmanov Əmirastan ##.##.2023- ##.##.2023-cü il tarixdə rəsmi olaraq EGO-1 Məhdud Məsuliyyətli Cəmiyyətdə sahə rəisi vəzifəsində işləmişdir. Xarici vətəndaş olduğu üçün əmək haqqı kartını bankın qaydalarına əsasən özü müraciət edib almalı idi. Bu barədə özünə dəfələrlə şifahi şəkildə məlumat verilib. Bank kartı olmadan əmək haqqına heç bir ödəniş etmək mümkün deyil. Vətəndaş yaxınlaşıb əmək haqqı kartını əldə etsin və qeyd edilən 1419,82 məbləgi 30 iş günü müddətinə kart hesabına köçürmə yolu ilə icra etməyə hazırdırlar.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMC-dən ödənilməmiş 1419,82 manat məbləğində əmək haqqının, 500 manat mənəvi zərərin əvəzinin və ##.##.2023-cü il tarixdən başlayaraq qətnamənin icra ediləcəyi günədək hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının 1 %-i məbləğində ödəncin və 60 manat mediasiya xərcinin iddiaçı Amirastan Osmanovun xeyrinə tutulması, iş üzrə məhkəmə xərcinə daxil olan və ödənilməmiş 34,20 manat dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə aparılmış məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 120 manat ekspertiza xərcinin iddiaçı Cavabdeh MMC-dən tutulması, Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, X4, KOD 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12 və 35-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1, 157.1, 157.3-cü maddələrinə, 172-ci maddəsinin 1-ci bəndinə, 172-ci maddəsinin 4-cü bəndinə, 172-ci maddəsinin 5-ci bəndinə, 301-ci maddəsinin 1-ci bəndinə, 301-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına, “Insan Hüquqlarının və X7 Haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa Insan Hüquqları Məhkəməsinin presedentlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1, 80, 81, 119.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı Amirastan Osmanov apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməklə faktiki əmək münasibətləri nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə 3557 manat əmək haqqının və 3000 manat mənəvi zərərin görə pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən işin faktiki halları ilə bağlı düzgün qiymətləndirilmə aparılmamışdır. Belə ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, “iş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi Amirastan Osmanov arasında ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, Amirastan Osmanov MMC-yə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən bu əmək müqaviləsi müddətsiz bağlanmışdır və 4.1-ci maddəsinə əsasən işçiyə hər ay 720 manat məbləğində əmək haqqı ödənilir. Iş materiallarında olan əmək haqqı və son haqq-hesabın hesablanması barədə cədvəldən görünür ki, Amirastan Osmanova veriləcək məbləğ cəmi 1.419,82 manatdır. Iş materiallarında olan Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Amirastan Osmanovun aylıq əmək haqqının məbləği 720 manatdır. Bildiriş ##.##.2023-cü il tarixdə imzalanmışdır. Əmək müqaviləsi müddətlidir və müddətinin bitməsi ##.##.2023-cü il tarixidir. Iş materiallarında olan Cavabdeh MMC tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş ** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Cavabdeh MMC bölməsində sahə rəisi vəzifəsində işləyən Amirastan Osmanov ilə bağlanılmış *****OI000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “b”- əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən ##.##.2023-cü il tarixdən xitam verilmişdir”. Bununla bağlı qeyd edir ki, ##.##.2023-cü il tarixdə iddiaçı Cavabdeh MMC-də “sahə rəisi” vəzifəsində işə başlayan zaman cavabdehlə aralarında bağlanmış əmək müqaviləsində əmək müqaviləsinin müddəti müddətsiz, aylıq rəsmi əmək haqqı 2000 (iki min) manat (ezamiyyət xərcləri ilə birlikdə) qeyd edilməklə tərtib edilmişdir. Həmin əmək müqaviləsi iddiaçı tərəfindən imzalandıqdan sonra cavabdehin də imzası və möhürü ilə təsdiqlənmişdir. Lakin dəfələrlə əmək müqaviləsinin bir nüsxəsini cavabdehdən tələb etsə də, cavabdeh müqavilənin mühasibdə olduğunu və bu kimi müxtəlif bəhanələrlə əmək müqaviləsini iddiaçıya təqdim etməkdən imtina etmişdir. Beləliklə cəmi 2 ay 4 gün Cavabdeh MMC-də işlədikdən sonra cavabdeh iddiaçıya heç bir xəbərdarlıq etmədən və məlumat vermədən əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş, lakin bugünədək iddiaçıya ödənilməli olan əmək haqqını ödəməmişdir. Qeyd edir ki, cavabdeh iddiaçıya ümumilikdə 710 manat məbləğində pul vermişdir. Lakin qalan 3.557 manat əmək haqqını ödəməkdən boyun qaçırmışdır. Cavabdeh tərəf faktiki əmək münasibətini gizlədərək, əmək haqqını ödəməkdən yayınmaq üçün sonradan saxta şəkildə tərtib edilmiş başqa bir müqaviləni məhkəməyə təqdim etmişdir. Həmin müqavilədə əmək haqqı 720 manat olaraq göstərilmişdir. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi əmək müqaviləsinin saxta olması faktı aşkar olunmuşdur. Belə ki, məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin ## ######## 2025-ci il tarixli ekspert rəyi əsasında məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli əmək müqaviləsinin işçi qrafasındakı imzanın onun yox, başqa şəxs tərəfindən imzalanması müəyyən edilsə də, məhkəmə ekspertiza rəyinin nəticəsi ümumiyyətlə nəzərə almamışdır. Digər tərəfdən Məhkəmə Ekspertiza Mərkəzininin eksperti tərəfindən tərtib olunmuş ## ####### 2024-cü il tarixli protokolda da (protokol apellyasiya şikayətinə əlavə edilmişdir) iş materiallarında olan əmək müqaviləsinin imzasız və möhürsüz olması və həmçinin əmək müqaviləsində əmək haqqı məbləğinin düzgün əks etdirilməməsi müəyyən edilmişdir. Bundan başqa, Məhkəmə Ekspertiza Mərkəzininin digər eksperti tərəfindən tərtib olunmuş ## ##### 2025-ci il tarixli protokolda da (protokol apellyasiya şikayətinə əlavə edilmişdir) məhkəməyə təqdim edilmiş əmək müqaviləsində iddiaçının imzasının olmaması, eləcə də əmək müqaviləsində əmək haqqının düzgün qeyd edilməməsi müəyyən edilmiş, həmçinin iş materiallarında əmək haqqının hesablanmasına aid edilən sənədlərin olmaması və ekspert tərəfindən təqdim edilmiş vəsatətdə qeyd edilən sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan açıq aşkar görünür ki, cavabdeh iddiaçıya qarşı yenə də öz çirkin əməllərini törətməyə davam edərək saxta şəkildə tərtib edilmiş başqa bir əmək müqaviləsini məhkəməyə təqdim etdmiş, məhkəmə isə cavabdehin qanunsuz hərəkətlərinə açıq-aşkar göz yummuşdur. Digər tərəfdən yuxarıda qeyd olunan ## ####### 2024-cü il tarixli protokolda və ## ##### 2025-ci il tarixli protokolda qeyd olunan qanunsuzluqlar məhkəmə qətnaməsində ümumiyyətlə qeyd olunmamış və məhkəmə cavabdehin qanunsuz əməllərinə birmənalı olaraq hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd olunanları və keçirilən ekspertizanın nəticələrini ümumiyyətlə nəzərə almamış, yalnız saxta əmək müqaviləsini əsasında qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi bu həlledici sübutlara lazımi hüquqi qiymət verməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi əmək müqaviləsinin ekspertiza tərəfindən dəfələrlə saxta əmək müqaviləsi olduğu müəyyən edilsə də, məhkəmə saxta olduğu sübuta yetirilmiş sənədi əsassız olaraq sübut kimi qəbul etmiş bununla da ekspertizanın rəyinə hüquqi qiymət verməmişdir. Saxta olduğu müəyyən edilmiş sənəd hüquqi qüvvəyə malik ola bilməz və bu fakt heç bir halda məhkəmə qərarının əsasını təşkil edə bilməz. Məhkəmə fatiki əmək münasibətlərini nəzərə alınmadan saxta müqaviləni əsas götürməklə prosessual hüquq normasını kobud şəkildə pozaraq qanunvericiliyə zidd olan qətnamə qəbul etmişdir. Nəticə etibarilə əmək hüquqları kobud şəkildə pozulmuş, ödənilməli olan əmək haqqı məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam şəkildə aydınlaşdırılmadan tərəflərin qarşılıqlımünasibətlərini nəzərə almadan yalnız cavabdehin tələb və maraqlarını nəzərə almaqla qətnamə qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin hazırda mövcud vəziyyətə və yaranmış mübahisə üzrə işin faktiki halları düzgün qiymətləndirilmədiyindən məhkəmə qətnaməsi apellyasiya qaydasında faktiki əmək münasibətləri nəzərə alınmaqla, ödənilməmiş 1419,82 manat məbləğində əmək haqqı, 500 manat mənəvi zərərin əvəzi və hissəsində ləğv edilərək cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş 3.557 manat məbləğində əmək haqqının və mənəvi zərərə görə 3.000 manat məbləğində pulun ödənilməsi təmin olunmalıdır. “Sahə rəisi” vəzifəsində işləyən işçi öz yaşayış yerini tərk edərək başqa bir yerdə kirayə mənzildə qalaraq (şəxsin işçinin gündəlik təlabatları da daxil) əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə öhdəliklərini vaxtı-vaxtında yerinə yetirməsi üçün ona müəyyən olunmuş real əmək haqqının məbləği saxta əmək müqaviləsində göstərilən əmək haqqının (720 manat) məbləğinə uyğun olması ağlasığmaz və heç bir məntiqə uyğun deyil. Lakin birinci instansiya məhkəməsi, faktiki işlədiyi dövrü, yerinə yetirdiyi işin həcmini, real əmək haqqı məbləğini araşdırmaqdan qəsdən yayınmış və nəticə etibarilə formal və birtərəfli yəni, cavabdehin maraqların əsas tutaraq düzgün olmayan yekun məhkəmə aktı qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən iddiaçı Amirastan Osmanov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
19. 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir;
20. 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
21. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
22. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.
23. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
24. 172-ci maddəsinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
25. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
26. a301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.
27. 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki halda iddiaçı qismən ləğv edilməsini xahiş edərək qətnaməni əmək haqqı və mənəvi zərərin əvəzi kimi ödənilməli olan pul məbləği hissəsində mübahisələndirdiyindən, qətnamə apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
39. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
40. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı hesab edir.
42. Işin mübahisəsiz halı odur ki, iddiaçının cavabdeh MMC-də ##.##.2023-cü ildən ##.##.2023-cü il tarixləri müddətində işləmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçı Amirastan Osmanova işlədiyi müddət ərzində əmək haqqı hazırkı tarixədək ödənilməmiş, gecikdirilmişdir.
43. Hazırda iddiaçı cavabdeh MMC ilə ilkin olaraq aylıq əmək haqqının 2.000 manat olmasına dair əmək müqaviləsinin bağlanmasını, sonradan cavabdehin müqaviləni dəyişərək müqavilədə aylıq əmək haqqını 720 manat qeyd etməsini, sonuncu müqavilənin özü tərəfindən imzalanmamasını əsas gətirərək apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməklə cavabdehdən iddiaçının xeyrinə 3557 manat məbləğində əməkhaqqının tutulmasını xahiş edir.
44. Kollegiya iddiaçı tərəfindən qeyd olunanlarla bağlı hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin sonuncu tərəfindən imzalanmaması ekspert rəyi ilə öz təsdiqini tapsa da, onun aylıq əmək haqqının 2000 manat olması barədə dəlilləri öz təsdiqini tapmamışdır. Iddiaçı aylıq əmək haqqının onun özü ilə bağlanmış əmək müqaviləsində 2.000 manat olmasını bildirsə də, lakin o, qeyd etdiyi bu hala dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bunun əksinə olaraq, əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək haqqının 720 manat olması qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən son haqq-hesab barədə məlumata əsasən, bütün dövr üçün əmək haqqı cəmi məbləğ 1419,82 manat olmuşdur. Qeyd olunanlara əsasən kollegiya iddiaçının ödənilməmiş 3557 manat məbləğində əməkhaqqının cavabdehdən onun xeyrinə tutulmasına dair dəlillərini əsaslə hesab etmir. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçı iddiasının tam əsaslı оlmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bu faktın təsdiqi ilə bağlı hər hansı mötəbər sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya məhkəməsinə təqdim etməmişdir. Iddiaçıın tələblərinin əsaslı оlmasına dair izahatları və irəli sürdüyü dəlillər özüözlüyündə
45. iddiaının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
46. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübut etməyə borcludur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir.
48. Avropa Insan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş ## ##### 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282).
49. Mülki işin digər mübahisələndirilməyən halı iddiaçıya ödənilməli olan əmək haqqının gecikdirilməsi nəticəsində onun mənəvi sarsıntı keçirməsi, bu halın onun şüurunda mənfi psixi reaksiya ilə nəticələnməsidir.
50. Lakin iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində mənəvi zərərin əvəzi olaraq tutulan pulun məbləğini mübahisələndirir.
51. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mənəvi zərərin müqabilində tələb edilən 3.000 manat vəsaitin iddiaçının xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Məhkəmə mənəvi zərər həddini 500 manat məbləğində müəyyən edərkən işin hallarına uyğun ağlabatan nəticəyə gəlmişdir.
52. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
54. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur.
55. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
56. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
57. “Insan Hüquqlarının və X7 Haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa Insan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “Insan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa Insan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
58. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
59. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Iddiaçı Amirastan Osmanovun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.