Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-717/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8560/2025 nömrəli xx.xx.2026-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41.179 manat məbləğində borc pulun ve 2.929,29 manat dəyərində olan «İphone 16 pro 256 GB DESERT” makalı mobil telefonun saz vəziyyətdə mənə geri qaytarılması, qətnamə icra olunan vaxt həmin əmlak mövcud olmazsa onun qalan 2,603,73 manat olan dəyərinin alınaraq mənə verilməsi, habelə 790 manat dəyərində 1 ədədinin qiyməti 17 manat olan 35 ədəd linzalar, 1 ədədinin qiyməti 7 manat olan 10 kipriklər, 1 ədədinin qiyməti 6 manat olan 10 ədəd laynerlər, 1 əddinin qiyməti 5 manat olan 5 ədəd kiprik qıvırcısı, 1 ədədinin qiyməti 5 manat olan 5 ədəd kiprik applikator, 1 ədədinin qiyməti 3 manat olan 5 ədəd maqqaşın açılmamış bağlı vəziyyətdə mənə geri qaytarılması, qətnamə icra olunan vaxt həmin gözlər üçün kosmetik məhsullar mövcud olmazsa onların 790 manat olan dəyərinin, habelə ödədiyi 225 manat məbləğində dövlət rüsumunun cavabdehden alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək mülki işin ərazi aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir və məhkəməyə xx.xx.2025-ci il tarixli 2 saylı Birləşmiş Şəhər Xəstəxanasına (məhkəməyə deyil) verilən əsli olmayan bir kserosurət arayış təqdim etmişdir. Məhkəmə də əsasız olaraq həmin arayışa əsasən mülki işin baxılmasını aidiyyatı üzrə Sabunçu Rayon məhkəməsinə göndərmişdir. Halbuki məhkəmə belə bir arayışı qəbul etməməli idi və vəsatəti rədd etməli idi. Cavabdeh tərəfindən təqdim edilən arayışdan görünür ki guya ki cavabdeh Ramana südçülük sovxozunda yaşayır. Halbuki Azərbaycan Respublikasında sovxozlar 1996-cı ildə ləğv olunmuşdur. Hal-hazırda Ramana qəsəbəsində heç bir sovxoz yoxdur. Arayışda nə küçə, nə ev, nə məzil, heç bir ünvan yoxdur. Yaşayış yeri barədə heç bir hüquqi sənəd təqdim edilməmişdir. Təqdim edilən arayışdan görünür ki, cavabdehin harada, hansı ünvanda yaşaması bəlli deyildir. Belə bir bəlli ünvanı olmayan,mötəbər hesab olunmayan arayışa isə istinad edilməsi tam qanunsuzdur. Hesab edir ki, bu işə Xətai məhkəməsində cavabdehin sonuncu qeydiyyatda olduğu unvan üzrə baxılıb yekun məhkəmə qərarı qəbul edilməlidir. Lakin məhkəmə səhv nəticəyə gələrək üzərində heç bir ünvan göstərilməyən arayışa istinad edərək əsassız olaraq işi aidiyyatı üzrə Sabunçu rayon məhkəməsinə göndərmişdir. Ona görə də hesab edir ki, həmin qərardad ləğv olunmalıdır. Məhkəmə qərardadda qeyd edir ki, “Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi vəkili işin aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.” Bildirirəm ki, bu səhvdir, belə hal olmamışdır. O və onun vəkili qəti olaraq işin aidiyyatı üzrə göndərilməsinə razı olmadılar. Buna dair audio video çəkiliş vardır. Lakin məhkəmə əsassız olaraq qeyd edir ki, guya ki, biz işin aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışıq. Belə hal olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8560/2025 nömrəli xx.xx.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8560/2025 nömrəli xx.xx.2026-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.1-ci maddəsinə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8560/2025 nömrəli xx.xx.2026-ci il tarixli qərardadında məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi vəsatət və ona əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 3530 saylı arayışından görünür ki, Nümayəndə və onun ailə tərkibi olan Cavabdeh həqiqətən Ramana qəsəbəsi Südçülük sovxozu ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia ərizəsini ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qanuni və əsaslı sayıla bilməz. Məhkəmənin mövqeyi ilə razılaşmayan kollegiya aşağıdakıları qeyd edir. Belə ki, birinci instansiya məhkəməsinin ərazi aidiyyatı üzrə göndərilmə səbəbi kimi istinad etdiyi arayışdan cavabdehin həmin ünvanda rəsmi qeydiyyatda deyil, qeydiyyatsız yaşadığı görünür. Lakin məhkəmənin Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsaslanmaqla iddianın məhz cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğunu qeyd edərək iddia ərizəsini ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi əsaslı olmamışdır. Halbuki 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Cavabdehin isə məhkəməyə məlum olan axırıncı yaşayış yeri ünvan 2 ünvandır. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8560/2025 nömrəli xx.xx.2026-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinə baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8560/2025 nömrəli xx.xx.2026-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-717/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-717/2026
25.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver