Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1824/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:özbaşına tikildən çıxarılma) 31.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundanibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1425/2025 nömrəli iş üzrə 17 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 evin 46 saylı ünvanında yerləşən, ümumi sahəsi 57.70 kv.metr olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. 2. ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 49.70 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
3. X1 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, satıcı X1 ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 49.7 kv.m. olan qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı İddiaçı mülkiyyətinə verməyi, həmin daşınmaz əmlakı 100.000 manata satmağı, alıcı isə həmin qiymətə almağı öhdələrinə götürmüşlər.
4. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində n görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən İddiaçı və Cavabdeh sahibliyində olan tikililərin ayrı-ayrı tikililər olduğunu, hər bir tikiliyə ayrı-ayrı giriş–çıxış qapısının olduğunu, eləcə də giriş hissəsində yerləşən, sahəsi 18.5 kv.m. olan sahənin İddiaçı mülkiyyətində olan 49.7 kv.m sahədən kənarda yerləşdiyini nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən 49.70 kv.m. qeyri-yaşayış sahəsi ilə Cavabdeh sahibliyində olan sahənin ayrı sahələr olduğu müəyyən edilirmişdir. Cavabdeh sahibliyində olan (giriş hissəsində “evin alqısatqısı” yazılan, mülki iş materiallarında olan fotoşəkillər ilə göstərilən) sahənin iddiaçıya hər hansı maneə törədib-törətməməsi hüquqi xarakterli olduğundan, sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır.
5. İddiaçı və X5 arasında bağlanan 0 1 oktyabr 2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən onun xüsusi mülkiyyətində olan və sahəsi 49.7 kv.m. olan hissəsindən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını icarəçiyə öz fəaliyyətini həyata keçirmək məqsədi üçün aylıq 500 manat məbləğində icarə haqqı ödənilməsi şərti ilə icarəyə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “qeyriyaşayış sahəsindən çıxarılma, pul və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 57.70 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayı ş sahəsini xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh satın almışdır. X1 ilə cavabdeh qardaşdırlar. İddiaçı sözügedən qeyri-yaşayış sahəsini Əliheydər Qasımovdan satın alarkən, cavabdeh həmin qeyri-yaşayış sahəsinin girişində sağ tərəfində 02 kv.metr sahəsində şüşə arakəsmə ilə örtülmüş yerdə makler fəaliyyəti göstərirdi. X2 bildirmişdir ki, qardaşı Cavabdeh həmin qeyri-yaşayış sahəsini boşaldacaqdır. Lakin iddiaçı işi ilə bağlı Rusiya Federasiyasına getdiyi üçün əmlakına nəzarət edə bilməmiş və qayıdıb gələndə görmüşdür ki, cavabdeh hələ də iddiaçının mülkiyətində olan qeyri-yaşayış sahəsindən çıxmayıb. İddiaçı cavabdehdən mülkiyyətində olan əmlakı boşaldıb ona təhvil verməsini tələb etsə də, o, bundan imtina etmişdir. Buna görə də o, hüquqlarının müdafiəsi üçün məhk əməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və xx.xx.2022-ci il tarixdən bugünə qədər əmlakdan istifadəyə görə hər ay üçün 500 manat olmaqla, cəmi 6.000 manat əldən çıxmış fayda və çəkilən xərclər cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
8. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, son olaraq cavabdehin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehin mağazanın giriş qapısının bitişiyində qanunsuz olaraq inşa etdiyi ev alqısatqısı kimi fəaliyyət göstərən tikilinin onun hesabına sökülməsi, xx.xx.2022-ci il tarixdən bugünə qədər əmlakdan istifadəyə görə hər ay üçün 500 manat olmaqla, cəmi 6.000 manat əldən çıxmış faydanın cavabdehdə n tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 (bundan sonra- üçüncü şəxs) cavabdehə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs vergi ödəyicisi kimi qeydiyyata alınmaqla sahibkarlıq fəaliyəti ilə məşğul olur və qadın ayaqqabılarının satışını həyata keçirir. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 57.70 kv.metr olan qeyri-yaşayış sahəsini Əliheydər Qasımovla aralarında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. xx.xx.2023-cü il tarixdə isə qeyri-yaşayış obyektinin yeni sahibi olan iddiaçı ilə icarə müqaviləsi bağlamışdır. İdd iaçı ilə icarə müqaviləsi bağlayarkən o bildirmişdir ki, cavabdeh qanunsuz tikdiyi alqı-satqı budkasını sökəcək. Cavabdeh onu oradan çıxaracaq və mağazanın qapısını avtomatik açılıb-bağlanan qapı ilə əvəz edəcək. Belə ki, üçüncü şəxs ünvan 4 ünvanda işlətdiyi mağazada qadın ayaqqabılarının satışını həyata keçirir. Həmin mağazaya gənc xanımlar gəlir və ayaqqabı almaq istəyirlər. Cavabdehin oturduğu ev alqı-satqı budkası mağazanın girişində yerləşdiyindən xanım müştərilər mağazaya girməkdə tərəddüd edirlər. Belə ki, ev alqısatqı budkasına cavabdehin yanına çoxlu kişilər gəlir, budka balaca olduğundan və oturmaq üçün yer olmadığından, onlar çıxıb mağazanın girişində pilləkəndə söhbət edirlər və siqaret çəkirlər. Beləliklə, xanım müştərilərin mağazaya girməsinə maneçilik törədirlər. Buna görə də mağazada müştəri azalır və o, min bir əziyyətlə alıb gətirdiyi və hər gün dəbi (modası) dəyişən qadın ayaqqabılarını sata bilmir, nəticədə maddi zərərə uğrayır. Bundan başqa, mağazada qadın ayaqqabılarının satışı üçün vitrin çox önəmlidir və vitrin mağazanın, malların canlı reklamını təşkil edir. Lakin cavabdehin oturduğu ev alqı-satqı budkasının giriş qapısı mağazanın girişinin sağ tərəfində 1 metrdən çox hissəni tutduğundan mağazanın içərisi və mallar tam görünmür. Həmçinin, yuxarıda qeyd etdiyi kimi, mağazaya girib-çıxan müstərilərin rahatlığı üçün müasir dizaynda olan avtomatik açılıb bağlanan şüşə qapının olması çox önəmlidir. Lakin qeyd etdiyi kimi, cavabdehin oturduğu makler budkasının qapısı 1 metrdən çox hissəni tutduğundan mağazanın giriş qapısına avtomatik açılıb bağlanan şüş ə qapı quraşdıra bilmirlər. Beləliklə, cavabdehin qanunsuz tikib oturduğu ev alqı-satqısı budkası bir sahibkar kimi onun fəaliyyətinə, hər gün dəbi modeli dəyişən qadın ayaqqabılarının satışını həyata keçirməyinə əhəmiyyətli dərəcədə maneçilik törədir. Onu da qeyd edir ki, cavabdeh işlətdiyi ev alqı-satqı mərkəzinin işığı mağazanın elektrik sayğacından keçir və onun əvəzinə elektrik haqqını o ödəyir. Buna görə də hesab edir ki, cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və onun oturduğu ev alqı-satqısı budkası sökülməlidir.
11. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-309/2024 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) hər iki iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, həm iddiaçının iddia tələbi üzrə, həm də üçün cü şəxsin iddia tələbi üzrə mübahisəli qeyri-yaşayış obyektinə giriş-çıxışa maneçilik törədilməsi iddia edilən sahə, həmçinin sökülməsi tələb edilən, hansı ki, qeyd edildiyi kimi cavabdehin faktiki istifadə etdiyi və ilkin qeyd edilən sahənin tərkibinə daxil olan sahə iddiaçının iddia etdiyi kimi onun xüsusi mülkiyyətinə keçən sahəyə dair verilən texniki pasportda (yəni iddiaçıya məxsus sahəyə daxil edilməyən, binanın fasad divarından çöldə qalan hissə) öz əksini tapmayan sahələrdir. Hansı ki, məhkəmə tərəfindən təyin edilən məhkəmə tikintitexniki ekspertizasının nəticəsinə dair məhkəməyə təqdim edilən 19 iyul 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan və xx.xx.2022-ci il tarixli Texniki Pasportda öz əksini tapan sahə 49.7 kv.metr, yaşayış binasını n konturları daxilində olmayan, fasad divara bitişik olan, texniki pasportda öz əksini tapmayan sahə isə 18.5 kv.metr təşkil edir. Həmçinin, müəyyən edilmişdir ki, qeyd edilən və Texniki Pasportda öz əksini tapmayan sahə 18.5 kv.metr sahənin daxilində həmçinin, cavabdehin işlətdiyi sahə yerləşir. Hər iki iddia üzrə cavabdehin çıxarılması tələb edilən sahə Texniki Pasportda öz əksini tapmayan, çıxarışı olmayan sahə, yəni özbaşına tikilidir.
13. Məhkəmə qeyd etmişdir ki, həm iddiaçı, həmdə üçüncü şəxsin sökülməsini tələb etdikləri sahə özbaşına tikili olduğundan və qanunvericiliyin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müv afiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bildiyindən, hazırda nə iddiaçının, nə də üçüncü şəxsin hazırkı iddia tələbləri ilə bağlı iddia irəli sürməklə bağlı subyektiv hüquqları olmamışdır.
14. Göründüyü kimi, onların subyektiv hüquqa malik olmadıqları halda, hazırki iddia tələblərini irəli sürməsi hər iki tələbin əsassız olduğuna dəlalət edir.
15. Məhkəmə qeyd etmişdir ki, hər iki iddia tələbinin cavabdehin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin cavabdehin öz hesabına sökülməsi hissəsində həmin tələblərin verilməsi üçün iddiaçılar subyektiv hüquqa malik olmadığına görə əsassız hesab edilməklə rədd edilməlidir.
16. Məhkəmə, iddiaçının iddia tələbi üzrə qala n hissələrə, hansı ki, əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumu və vəkil xərcinin ödənilməsi hissələrinə münasibətdə də qeyd etmişdir ki, iddiaçının iddiası əsas hissədə rədd edildiyi üçün, qalan hissələrdə də iddia tələbi təmin edilə bilməz.
17. Məhkəmə, öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə, habelə MPM-ni 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən, fotoşəkillərdən və ekspert rə yindən göründüyü kimi, mülkiyyətində olan qeyri-yaşayış sahəsi yarımzirzəmidir və yer səthindən 1.5 metr aşağıda yerin altında yerləşir. Həmin yarımzirzəmi statusunda olan sahəyə küçədən birbaşa girmək və binanın əsas divarından içəriyə doğru pilləkən açıb girmək qeyri-mümkündür. Ancaq binanın əsas divarından küçəyə doğru əlavə pilləkən yeri qazıb düşmək olar. Mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməsi və fayda götürməsi üçün həmin yeri mağaza kimi təmir etdirmiş və müvafiq dövlət orqanları mağaza kimi istifadə etməsi üçün binanın divarından küçəyə doğru 2.5 metr pilləkən yeri tikməyə icazə vermişlər. Cavabdeh isə məhz onun yarımzirməmi olan qeyri-yaşayış sahəsinə girmək üçün tikdiyi və ona məxsus olan pilləkənin üstündə qeyri-qanuni ev alqı-satqı mərkəzi düzəldərək, mağ azaya girişi məhdudlaşdırmış və ticarət sahəsinə sərbəst girişinə və qadın ayaqqabısı satılan mağazada malların küçədən reklamına maneçilik törətməkdədir. Bundan başqa işdə olan digər mülkiyyət sənədlərindən də görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 ünvanında yerləşən 46 saylı mənzilin mülkiyyətçisidir. Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Yəni bina sakinlərin yalnız mülkiyyətində olan sahələr deyil, həmçinin binanın yerləşdiyi torpaq sahələri də bina sakinlərinin istifadəsindədir. Buradan anlamaq olar ki, onun mülkiyyətində olan sahəyə bitişik olan torpaq sahəsinə istifadə hüququ vardır. Ona görə də mülkiyyətçinin həmin sahədən istifadə edən kənar şəxsin oradan çıxarılmasına hüququ vardır, çünki o sahə mülkiyyətçisidir. Yəni onun hazırki iddianı qaldırmaqda subyektiv hüququ vardır. Lakin işə baxan məhkəmə işin bu hallarını araşdırmamış, yarımzirzəmi olan qeyri-yaşayış sahəsinə çöldən pilləkən yeri qoyulmadan giriş-çıxışın mümkün olub-olmadığına dair ekspert qarşısında suallar qoymamışdır. Mülkiyyətində olan mağazanı icarəyə verdiyi iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 da cavabdehə qarşı iddia verərək, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əlivev küçəsi 3 ünvanında işlətdiyi mağazada qadın ayaqqabılarının satışını həyata keçirir. Həmin mağazaya gənc xanımlar gəlir və ayaqqabı almaq istəyirlər. Cavabdehin oturduğu ev alqı-satqı ofisi mağazanın girişində yerləşdiyindən xanım müştərilər mağazaya girməkdə tərəddüd edirlər. Belə ki, ev alqı-satqı ofisi cavabdehin yanına çoxlu kişilər gəlir, yer balaca olduğundan və oturmaq üçün yer olmadığından, onlar çıxıb mağazanın girişində pilləkəndə söhbət edirlər və siqaret çəkirlər. Beləliklə, xanım müştərilərin mağazaya girməsinə maneçilik törədirlər. Buna görə də mağazada müştəri azalır və o, əziyyətlə alıb gətirdiyi və hər gün dəbi (modası) dəyişən qadın ayaqqabılarını sata bilmir, nəticədə maddi zərərə uğrayır. Bundan başqa mağazada qadınayaqqabılarının satışı üçün vitrin çox önəmlidir və vitrin mağazanın, malların canlı reklamını təşkil edir. Lakin cavabdehin oturduğu ev alqı-satqı ofisinin giriş qapısı mağazanı n girişinin sağ tərəfində 1 metrdən çox hissəni tutduğundan mağazanın içərisi və mallar tam görünmür. Həmçinin, yuxarıda qeyd etdiyi kimi, mağazaya girib çıxan müstərilərin rahatlığı üçün müasir dizaynda olan özü açılıb bağlanan şüşə qapının olması çox önəmlidir. Lakin qeyd etdiyi kimi, cavabdehin oturduğu yerin qapısı 1 metrdən çox hissəni tutduğundan mağazanın giriş qapısına özü açılıb bağlanan şüşə qapı quraşdıra bilmirlər. Beləliklə, cavabdehin qanunsuz tikib oturduğu ev alqı-satqısı “ofisi” bir sahibkar kimi onun fəaliyyətinə, hər gün dəbi modeli dəyişən qadın ayaqqabılarının satışını həyata keçirməyinə əhəmiyyətli dərəcədə maneçilik törədir. Ancaq Nəsimi rayon Məhkəməsi əsassız olaraq üçüncü şəxsin iddiasını da təmin etməmişdir. Bununla yanaşı məhkəməyə xx.xx.2024-cü il tarixli vəsat ət təqdim etmişlər ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquqi qeydiyyata alınmasına əsas olmuş sənədlərin arxivinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsindən tələb edilməsi təmin edilsin. Lakin Nəsimi rayon Məhkəməsi vəsatəti əsassız olaraq təmin etmədi. Yəni məhkəmə iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamışdır. Eyni zamanda məhkəmə qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşa edilməsinə əsas olmuş sənədləri, binanın eskiz layihəsini, plan sxemini müvafiq dövlət qurumlarından tələb etməmişdir.
20. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmi n edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mənzil Məcəlləsinə əsasən binanın sahə mülkiyyətçilərinin hüquqları yalnız çıxarışla mülkiyyətində olan sahələrlə məhdudlaşmır, bu hüquq binanın yerləşdiyi torpaq sahəsi üzərində də yaranır. Qeyri- yaşayış sahəsini onun mülkiyyətçisindən icarəyə götürmüş və həmin mülkiyyətçinin, digər mülkiyyətçilərin razılığı olmadan binanın yerləşdiyi torpaq sahəsi üzərində hər hansı tikinti apara, orada fəaliyyət göstər bilməz. Bu halda subyektiv hüququn yaranmamasından söhbət gedə bilməz, birinci instansiya məhkəməsinin bu yanaşması ədalətli deyil. İstənilən sahə və ya sahə mülkiyyətçisinin əmlakını icarəyə verdiyi şəxs hazırkı tələblə məhkəməyə müraciət edə bilər və subyektiv hüququ vardır. Bundan başqa qeyri-yaşayış sahəsinin olduğu binanın yerləşdiyi torpaq sahəsinin dəqiq sərhədlərinin müəyyən edilməsi üçün binanın tikilməsi ilə əlaqədar torpaq sahəsinin ayrılması ilə bağlı sənədləri məhkəməyə təqdim etmək imkanı xaricindədir. Hamıya bəlli olduğu kimi bu sənədlər yalnız məhkəmə sorğusu ilə verilir. Bununla bağlı sorğu verilməsi üçün məhkəməyə verilən vəsatət təmin edilməmiş, məhkəmə ədalətli arşdırma aparmadan müvafiq sorğu ilə müraciət etməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli, 2(103)1425/2025 saylı qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-309/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının və üçüncü şəxsin hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər iki iddia üzrə cavabdehin çıxarılması tələb edilən sahə Texniki Pasportda öz əksini tapmayan, çıxarışı olmayan sahə, yəni özbaşına tikilidir. Bu halın mövcudluğu da cavabdehdən onun istifadəsində olan əmlakı boşaldıb apellyatorlara təhvil verməsini tələb etməsinə dair dəlilini də tam təkzib edir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sökülməsi tələb edilən sahə özbaşına tikili olduğundan, qanunvericiliyin tələblərinə əsasən tikinti məqsə dləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bildiyindən, hazırda iddiaçının və üçüncü şəxsin hazırkı tələblərlə bağlı iddia irəli sürməklə bağlı subyektiv hüquqları olmamışdır.
26. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı sökülməsini tələb etdiyi sahənin onun mülkiyyətində olmamasından, texniki pasportda öz əksini tapmamasından əlavə, istər iddiasında istərsə də apellyasiya şikayətində qeyri-yaşayış sahəsinin ümumi sahəsi barədə düzgün məlumat göstərməmişd ir. Belə ki, o, iddia ərizəsində ünvan 1 ünvanda yerləşən 57.70 kv.metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğunu göstərsə də, müyəyyən edilmişdir ki, bu iddiaçıya məxsus yaşayış sahəsinin ölçüsüdür.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 49.7, həmin evdə 46 saylı mənzilin sahəsi isə 57,70 kv.m.-dir. Mübahisəli sahənin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsi ilə bağlı iddia tələbində heç bir məhdudiyyət barədə göstərilmədiyi halda onun ümumilikdə 57,0 kv.m. sahənin mülkiyyətçisi olmasına istinad edərək hazırki iş üzrə subyektiv hüququnun yaranmasına dair dəlilləri əsassızdır.
28. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin Mənzil Məcəl ləsinin 35ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olması, yəni bina sakinlərin yalnız mülkiyyətində olan sahələr deyil, həmçinin binanın yerləşdiyi torpaq sahələri də bina sakinlərinin istifadəsində olmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı əmlakı Qasımov Əliheydərdən satın alarkən cavabdeh həmin qeyri-yaşayış sahəsinin girişində sağ tərəfindən 02 kv.metr sahəsində şüşə arakəsmə ilə örtülmüş yerdə makler fəaliyyəti göstərməsini bilirdi. Başqa sözlə, cavabehin mübahisəli sahədə fəaliyyət göstərməkdə davam etməsi iddiaçıya məlum idi. La kin iddiaçı bu sahəni alarkən Əliheydər Qasımovun qardaşı Cavabdeh əmlakı boşaldacağını bildilməsini göstərsə də, iş materiallarında belə bir halın olmasına dair cavabdeh tərəfin etiraf etməsi müəyyən edilməmişdir. Hətta iş materiallarından görünür ki, iddiaçı sahəni əldə etdikdən sonra onu hazırki iş üzrə 3-cü şəxsə də icarəyə verərkən də sonuncuya da göstərilən hallar məlum idi və cavabdeh mübahisəli sahədə fəaliyyət göstərməkdə davam edirdi. Üçüncü şəxsin iddiaçının sahəsini icarəyə götürdükdə cavabdehin fəaliyyət göstərdiyi sahə ilə bağlı nə iddiaçıya, nə də cavabdehə hər hansı iradı olması da iş materiallarından görünmür.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının iddia qaldırmasından sonra üçüncü şəxs işə qoşularaq eyni xarakte rli iddia qaldırmışdır. Üçüncü şəxsin belə bir iradı və ya narazılığı olsa idi, o hazırki iş üzrə iddiaçıdan əvvəl cavabdehə qarşı iddianı qaldırardı.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının və üçüncü şəxsin sözügedən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadıqlarından, iddia tələblərinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiası üzrə qalan hissələrə, yəni, əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumu və vəkil xərcinin ödənilməsi hissələrinə münasibətdə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının iddiası əsas hissədə rədd edildiyindən, qala n hissələrdə də prosessual qənaət prinsipinə əsasən həmin hissələrdə də tələb təmin edilə bilməz.
32. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçının və üçüncü şəxsin iddialarını əsaslı hesab edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişlər, müvafiq sübutlar isə məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.
33. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 180.1, 180.2, 180.3 və 180.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr formal nəzəriyyələrə əsaslanaraq, işin əsl mahiyyətinə varmamışlar, iddiaçının özbaşına tikili hesab edilən sahəyə, yəni mülkiyyətində olan qeyri-yaşayış sahəsinin girişinə, vitrininə sahiblik hüququnu və gözlənti hüququnu görməzdən gələrək, vergi ödəyicisi kimi, icarə haqqından dövlətə vergi verməyini, eləcə də icarəçinin dövlətə vergi verməsini, dövlət orqanlarının vergi ödəyicilərinə şərait yaratmalı olmasını və vergi ödəyicilərinin hüquqlarının və qanuni maraqlarının qoruma lı olmasını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bildiyindən, hazırda iddiaçının və üçüncü şəxsin hazırkı tələblərlə bağlı iddia irəli sürməklə bağlı subyektiv hüquqları olmamışdır. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu dəlili əsassızdır. Belə ki, cavabdehin çıxarılmasını tələb etdiyi sahə özbaşına tikili olsa da, onun mülkiyyətində olan, yaşayış və qeyri-yaşayış sahələrini n girişində yerləşir və cavabdeh iddiaçının hesabına inşa edilmiş sahəni özününkü hesab edərək məninmsəmişdir. Bundan başqa cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsini işlətmək, qazanc gətirmək üçün küllli məbləğdə pul verib almış və gəlir əldə etmək üçün əldə etmişdir. Qeyd edilən həminözbaşına tikilmiş sahə olmasa iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etmək mümkün deyildir, çünki, vitrinsiz mağaza işlətmək mümkün deyildir. Məhz buna görə də yerli icra hakimiyyəti orqanı qeyri-yaşayış sahəsinin vitrinini inşa etməyə icazə veribdir. Hazırda mübahisəli sahə özbaşına tikili olsa da, iddiaçının həmin sahəyə gözlənti hüququ vardır. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, işdə olan digər mülkiyyət sənədlərindən də görünür ki, iddiaçı həmçinin ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilin mülkiyyətçisidir. Mülkiyyətində olan mağazanı icarəyə verdiyi, iş üzrə üçüncü şəxsin cavabdehə qarşı iddia verərək, ünvan 4 ünvanda işlətdiyi mağazada qadın ayaqqabılarının satışını həyata keçirir. Həmin mağazaya gənc xanımlar gəlir və ayaqqabı almaq istəyirlər. Cavabdehin oturduğu ev alqı-satqı budkası mağazanın girişində yerləşdiyindən xanım müştərilər mağazaya girməkdə tərəddüd edirlər. Belə ki, ev alqısatqı budkasına cavabdehin yanına çoxlu kişilər gəlir, budka balaca olduğundan və oturmaq üçün yer olmadığından, onlar çıxıb mağazanın girişində pilləkəndə söhbət edirlər və siqaret çəkirlər. Beləliklə, xanım müştərilərin mağazaya girməsinə maneçilik törədirlər. Buna görə də mağazada müştəri azalır və o, min bir əziyyətlə alıb gətirdiyi və hər gün dəbi (modası) dəyişən qadın ayaqqabılarını sata bilmir, nəticədə maddi zərərə uğrayır. Bundan başqa mağazada qadın ayaqqabılarının satışı üçün “Vitrin” çox önəmlidir və Vitrin mağazanın, malların canlı reklamını təşkil edir. Lakin cavabdehin oturduğu ev alqı-satqı budkasının giriş qapısı mağazanın girişinin sağ tərəfində 1 metrdən çox hissəni tutduğundan mağazanın içərisi və mallar tam görünmür. Həmçinin, yuxarıda qeyd etdiyi kimi, mağazaya girib çıxan müstərilərin rahatlığı üçün müasir dizaynda olan avtomatik açılıb bağlanan şüşə qapının olması çox önəmlidir. Lakin qeyd etdiyi kimi, cavabdehin oturduğu makler budkasının qapısı 1 metrdən çox hissəni tutduğundan mağazanın giriş qapısına avtomatik açılıb bağlanan şüşə qapı quraşdıra bilmirlər. Beləliklə, cavabdehin qanunsuz tikib oturduğu ev alq ı-satqısı budkası bir sahibkar kimi onun fəaliyyətinə, hər gün dəbi modeli dəyişən qadın ayaqqabılarının satışını həyata keçirməyinə əhəmiyyətli dərəcədə maneçilik törədir. Ancaq məhkəmələr bunu nəzərə almamışlar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
39. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müva fiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
41. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
42. Maddə 180.3 və 180.4. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəmə si işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və he sab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
55. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
56. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Çünki, cavabdehin çıxarılması tələb edilən sahə Texniki Pasportda öz əksini tapmayan, çıxarışı olmayan sahə, yəni özbaşına tikilidir. Bu halın mövcudluğu da cavabdehdən onun istifadəsində olan əmlakı boşaldıb iddiaçıya təhvil verməsini tələb etməsinə dair dəlilini də tam təkzib edir.
57. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sökülməsi tələb edilən sahə özbaşına tikili olduğundan, qanunvericiliyin tələblərinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bildiyindən, hazı rkı halda iddiaçının iddia tələbi ilə bağlı iddia irəli sürməklə bağlı subyektiv hüququ olmamışdır.
58. Apellyasiya instansiyası məhkəməsi, həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı sökülməsini tələb etdiyi sahənin onun mülkiyyətində olmamasından, Texniki Pasportda öz əksini tapmamasından əlavə, istər iddiasında, istərsə də apellyasiya şikayətində qeyri-yaşayış sahəsinin ümumi sahəsi barədə düzgün məlumat göstərməmişdir. Belə ki, o, iddia ərizəsində ünvan 1 ünvanda yerləşən 57.70 kv.metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğunu göstərsə də, müyəyyən edilmişdir ki, bu iddiaçıya məxsus yaşayış sahəsinin ölçüsüdür. Yəni ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 49,7 kv.metr, həmin evdə olan 46 saylı mənzilin sa həsi isə 57,70 kv.metrdir. Mübahisəli sahənin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsi ilə bağlı iddia tələbində heç bir məhdudiyyət barədə göstərilmədiyi halda, onun ümumilikdə 57,0 kv.metr sahənin mülkiyyətçisi olmasına istinad edərək hazırkı iş üzrə subyektiv hüququnun yaranmasına dair dəlilləri əsassızdır. Başqa sözlə, cavabehin mübahisəli sahədə fəaliyyət göstərməkdə davam etməsi iddiaçıya məlum idi. Lakin iddiaçı bu sahəni alarkən Əliheydər Qasımovun qardaşı olan cavabdehin əmlakı boşaldacağını bildilməsini göstərsə də, iş materiallarında belə bir halın olmasına dair cavabdeh tərəfin etiraf etməsi müəyyən edilməmişdir. Hətta iş materiallarından görünür ki, iddiaçı sahəni əldə etdikdən və onu hazırkı iş üzrə üçüncü şəxsə icarəyə verərkən də bu göstərilən hallar ona məlum idi və cavabdeh mübahisəli sahədə fəaliyyət göstərməkdə davam edirdi.
59. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiası üzrə qalan hissələrə, yəni, əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumu və vəkil xərcinin ödənilməsi hissələrinə münasibətdə də düzgün olaraq qeyd etmişdir ki, iddiaçının iddiası əsas hissədə rədd edildiyindən, qalan hissələrdə prosessual qənaət prinsipinə əsasən həmin hissələrdə də iddia tələbləri təmin edilə bilməz.
60. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənl əşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli, 2(103)-1425/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qan