Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-734/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh cavabdeh1 (eyni zamanda cavabdeh cavabdeh2 İsa qızının nümayəndəsi) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə İddiaçı İddiaçı cavabdeh cavabdeh1 və cavabdeh2 İsa qızına qarşı pul tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 İsa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 İsa qızına qarşı cavabdehlərdən müştərək qaydada 15324 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan Azərbaycan Respublikası məzənnəsi ilə alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 İsa qızından 10.500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh cavabdeh2 İsa qızı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 (eyni zamanda digər cavabdeh cavabdeh2 nümayəndəsi) məhkəmənin təşəbbüsü ilə aralarındakı mübahisə ilə barışıq sazişi bağladıqlarını bildirdilər və həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyi bildirdi. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:
1. İddiaçı İddiaçı bu iş üzrə 4000 manat verilməsi şərtilə tərəflər barışığa gəlirlər. Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 191.2ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-in 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Təqdim olunan barışıq sazişinin şərtlərindən görünür ki, tərəflər aralarındakı pul mübahisəsini barışıq sazişi bağlamaq yolu ilə həll etmişlər. Həmin “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-in 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Xətai Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və işin icraatına xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:
İddiaçı İddiaçı, cavabdehlər cavabdeh1 və cavabdeh2 İsa qızının bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:
1. İddiaçı İddiaçı bu iş üzrə 4000 manat verilməsi şərtilə tərəflər barışığa gəlirlər. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev