Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-75/2026 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8836/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(011)- 6319/17 nömrəli Qərarı ilə müəyyən olunmuş aliment məbləğinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarın tələblərinə uyğun olaraq indeksasiya edilərək yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8836/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(011)-6319/17 nömrəli qərarı ilə müəyyən olunmuş aliment məbləğinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarın tələblərinə uyğun olaraq indeksasiya edilərək yenidən hesablanması tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8836/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan ərizə iddia icraatı çərçivəsində verilmədiyindən bu formada qiymətləndirilməməli, bu maddəyə istinad olunaraq ərizə formasına riayət olunmadığı iddia edilərək geri qaytarılmamalıdır. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8836/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, ərizəçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tutulan alimentin indeksasiya edilməsi ilə bağlıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin indeksasiya edilməsi maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, kollegiya hesab edir ki, hazırki iddia ərizəsinin alimentin indeksasiyası ilə bağlı olduğunu nəzərə aldıqda iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini geri qaytarmışdır. Kollegiya hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8836/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8836/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-75/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-75/2026
27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver