Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-760/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “birgə nikah dövründə götürülmüş ümumi borc üzərində payların müəyyən edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi nümayəndə1, Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi nümayəndə2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş ümumi borc üzərində payların müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-2(004)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdeh X7 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ilə X6 ##.##.1997- ci il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahları pozulmuş, tərəflərin birgə nikahlarından olan Səbinə adında azyaşlı uşaqları anası X7 yanında saxlanılması, tərəflərin birgə nikahlarından ##.##.2000-ci il tarixdə anadan olmuş, X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ##.##.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 120 manat miqdarında aliment tutularaq X7 ödənilməsi qət edilmişdir.
2. Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş AZ-İ ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X7 arasında bağlanmış nikaha ##.##.2018-ci il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında ##.##.2024-cü il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Qədirova soyadı verilmişdir.
3. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh X9 borca görə ödəniləcək günə bank məzənnəsi ilə manatla 300000 məbləğində pul alınmaqla iddiaçı Abdullayev İsmayıl İslam oğluna verilməsi qət edilmişdir.
4. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(041)- ***/**** nömrəli icra vərəqəsinə əsasən cavabdeh X9 borca görə ödəniləcək günə bank məzənnəsi ilə manatla 300000 məbləğində pul alınmaqla iddiaçı Abdullayev İsmayıl İslam oğluna verilsin. İcra vərəqəsi ##.##.2021-ci il tarixdə verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı Abdullayev İsmayıl İslam oğluna olan 300000 ABŞ dolları borc məbləğinin 1/2 hissəsinin iddiaçının, 1/2 hissəsinin isə cavabdeh Cavabdeh xeyrinə bölünməsi və cavabdeh Cavabdeh 150 000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Cavabdeh ilə ##.##.1997-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinə əsasən Cavabdeh ilə X7 ##.##.1997-ci ildə Kürdəmir rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahları pozulmuşdur. İddiaçı bildirir ki, cavabdeh keçmiş polis əməkdaşı olmuş, lakin buna baxmayaraq o eyni zamanda gizli olaraq qızıl biznesi ilə də məşğul olmuşdur. Birgə nikah dövründə məhz əri Cavabdeh təkidi və tələbi ilə qızıl biznesinə yatırılması üçün iddiaçı məcbur qalaraq dayısından 300 000 ABŞ dolları borc almış və əri Cavabdeh vermişdir. Lakin sonradan həmin borcun qaytarılması mümkün olmamışdır. Bundan sonra isə, dayısı Abdullayev İsmayıl İslam oğlu iddiaçıya qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X9 borca görə ödəniləcək günə bank məzənnəsi ilə manatla 300 000 (üç yüz min) ABŞ dolları məbləğində pulun alınaraq iddiaçı Abdullayev İsmayıl İslam oğluna verilməsi qət edilmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, bigə nikah dövründə məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində hazırda iddiaçı mülki məsuliyyətə cəlb edilmişdir. Ona görə də hesab edirlər ki, birgə nikah dövründə iddiaçı tərəfindən cavabdehə verilməsi üçün alınmış 300 000 (üç yüz min) ABŞ dolları məbləğində pul vəsaiti qanunvericiliyin tələblərinə uyğun olaraq bölünməlidir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-2(004)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə X9 Abdullayev İsmayıl İslam oğlunun xeyrinə tutulan 300000 ABŞ dolları məbləğində borc pul üzərində iddiaçı İddiaçı və cavabdeh Cavabdeh hər birinin bərabər olmaqla 1/2 (ikidə bir) hissədə payları müəyyən edilməklə, Abdullayev İsmayıl İslam oğluna olan 300000 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borc 1/2 (ikidə bir) hissədə, yəni 150000 ABŞ dolları iddiaçı İddiaçı, 1/2 (ikidə bir) hissədə, yəni 150000 ABŞ dolları cavabdeh Cavabdeh vəsaiti hesabına ödənilməsi qət edilmişdir. (hakim X1)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə İddiaçı Abdullayev İsmayıl İslam oğlunun xeyrinə tutulan 300000 ABŞ dolları məbləğində borc tərəflərin nikah dövründə, yəni 2016-cı ildə ailənin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə götürülmüş və ailə ehtiyacları üçün istifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ər-arvaddan birinin götürdüyü borc vəsaiti ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor qarşısında birgə borclu kimi çıxış edirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia Abdullayev İsmayıl İslam oğluna olan 300 000 (üç yüz min) ABŞ dolları borc məbləği üzərində 1/2 hissədə iddiaçı X9, 1/2 hissədə isə cavabdeh Cavabdeh paylarının müəyyən edilməsi hissəsində əsaslıdır və nikah dövründə götürülmüş borc vəsaiti üzərində iddiaçı və cavabdehin hər birinin bərabər olmaqla 1/2 (ikidə bir) hissədə payları müəyyən edilməlidir. Məhkəmə cavabdeh Cavabdeh 150 000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Göründüyü kimi, ər (arvad) ümumi borcu öz vəsaiti hesabına tam və ya qismən ödədiyi təqdirdə, ödənilmiş məbləğin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddia təmin edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh X9 Abdullayev İsmayıl İslam oğlunun xeyrinə tutulan 300000 ABŞ dolları məbləğində pul ödənilməmişdir, bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31-ci, 36-cı, 37-ci, 41-ci maddələrinə, Mülki Məcəllənin 225-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 2-ci, 3-cü, 6-cı bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçıSədrəddin qızının dayısı Abdullayev İsmayıl İslam oğlundan 300.000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdeh Cavabdehlə nik a hda olduqları dövrdə ailənin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədiylə götürüldüyünü, cavabdehin bu məsələdən bugünə kimi məlumatlı olmasını, eynizamanda həmin vəsaitin nikah dövründə ailə ehtiyacları üçün istifadə edildiyinin hansı mötəbər sənədlər və sübutlar əsasında sübuta yetirildiyi müəyyən edilmir.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmiş, izahatına əlavə olaraq bildirmişdir ki, həmin vəsaitin nikah dövründə ailə ehtiyacları üçün istifadə edildiyinin hansı mötəbər sənədlər və sübutlar əsasında sübuta yetirildiyi müəyyən edilmir. Borc verən isə iddiaçının dayısıdır. Kürdəmir Rayon Məhkəməsində iddiaçı borcu etiraf edir. Bunun əsasında məhkəmə qətnamə çıxarır. Lakin belə bir borc alınmayıb. Kürdəmir Rayon Məhkəməsində olan işdə də cavabdeh iştirak etməyib. Ümumiyyətlə həmin iş üzrə cəlb belə edilməyib. Maraqlısı budur ki, 2021-ci ildə əmlak bölgüsü aparılarkən iddiaçı borcla bağlı bir qeyd, izahat verməyib. Yəni borcun ortaya çıxması müəmmalıdır. İzahatının sonunda apellyasiya şikatətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, izahatına əlavə olaraq bildirmişdi ki, şikayət yalnız bir arqument üzərində qurulmuşdur ki, alınmış borc məbləğinin ailə məqsədləri üçün istifadə edilməsi sübuta yetirilməmişdir. Lakin iş materiallarında Kürdəmir Rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi vardır ki, orada götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunması öz təsdiqini tapmışdır. Qaldı ki, cavabdehin Kürdəmir Rayon Məhkəməsinə cəlb edilməməsi onun Daxili İşlər orqanın əməkdaşı olması olmuşdur. Borcun ailə məqsədləri üçün götürülməsini təsdiq edən preyudisial əhəmiyyət daşıyan qətnamə vardır. Sözügedən qətnamə artıq mübahisə mövzusu deyildir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2.-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024cü il tarixli Qərarının: 2.1-ci bəndinə əsasən ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ər-arvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur. 3.3-cü bəndinə əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.14-cü bəndinə əsasən ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15-ci bəndinə əsasən qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16-cı bəndinə əsasən sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il ## #### tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. 3.19-cu bəndinə əsasən nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır. 6.1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi həm nikah dövründə, həm də nikah pozulduqdan sonra aparıla bilər. 6.3-cü bəndinə əsasən nikah pozulduqdan sonra bir qayda olaraq, qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır. Bununla belə, ərarvad hansısa predmetləri bölgüyə daxil etmədən mövcud hüquqi rejimdə saxlaya bilər, yaxud konkret əmlak dəyər(lər)i üzərində paylarını müəyyən etməklə paylı mülkiyyətçi vəziyyətinə keçə bilərlər. Bunun üçün hər iki tərəfin (ərin-arvadın) razılığı tələb olunur. Onlardan birinin razılığı olmadıqda ümumi əmlaka daxil olan hər bir aktiv (passiv) bölünmənin predmeti olur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş ümumi borc üzərində payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
23. Hazırkı işin faktiki hallarına əsasən iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.1997-ci il tarixdə nikah bağlanmışdır. Cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə X7 ##.##.1997-ci ildə Kürdəmir rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahları pozulmuşdur. Bundan başqa, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən cavabdeh X9 borca görə ödəniləcək günə bank məzənnəsi ilə manatla 300000 məbləğində pul alınmaqla iddiaçı Abdullayev İsmayıl İslam oğluna verilməsi qət edilmişdir. Qətnamədə iddiaçı Abdullayev İsmayıl İslam oğlu 2016-cı ilin əvvəllərində doğma bacısı qızı İddiaçı ailəsini maddi cəhətdən təmin etmək üçün və uşaqlarının təhsil və digər xərclərini ödəmək məqsədilə qızıl biznesi ilə məşğul olmaq istədiyini bildirib ondan 300000 dollar borc pul istədiyini, 2016-cı ilin əvvəllərində 200000 dollar, 2016-cı ilin axırlarında 100000 dollar olmaqla cəmi 300000 dollar borc pul verdiyini, cavabdeh İddiaçı isə 2016-cı ildə qızıl biznesi ilə məşğul olmaq üçün iki dəfəyə iddiaçıdan 300000 dollar borc pul aldığını bildirmişdir. Hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 300 000 ABŞ dolları borc məbləğinin 1/2 hissəsinin iddiaçının, 1/2 hissəsinin isə cavabdeh Cavabdeh xeyrinə bölünməsi və cavabdeh Cavabdeh 150 000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi tələbi ilə müraciət etmişdir.
24. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, məhkəmə qətnaməsi ilə İddiaçı Abdullayev İsmayıl İslam oğlunun xeyrinə tutulan 300000 ABŞ dolları məbləğində borc tərəflərin nikah dövründə, yəni 2016-cı ildə ailənin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə götürülmüş və ailə ehtiyacları üçün istifadə olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ər-arvaddan birinin götürdüyü borc vəsaiti ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor qarşısında birgə borclu kimi çıxış edirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia Abdullayev İsmayıl İslam oğluna olan 300000 ABŞ dolları borc məbləği üzərində 1/2 hissədə iddiaçı X9, 1/2 hissədə isə cavabdeh Cavabdeh paylarının müəyyən edilməsi hissəsində əsaslıdır və nikah dövründə götürülmüş borc vəsaiti üzərində iddiaçı və cavabdehin hər birinin bərabər olmaqla 1/2 (ikidə bir) hissədə payları müəyyən edilməlidir.
25. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən istinad etdiyi qanuni qüvvəsini almış Kürdəmir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə cavabdeh X9 borca görə ödəniləcək günə bank məzənnəsi ilə manatla 300000 (üç yüz min ABŞ dolları) məbləğində pul alınmaqla iddiaçı Abdullayev İsmayıl İslam oğluna verilməsi qət edilmişdir. İddiaçının bildirməsinə görə həmin qətnamə ilə tutulması qət edilən 300000 ABŞ dolları məbləğində borc nikah dövründə, yəni 2016-cı ildə ailənin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə götürülmüş və ailə ehtiyacları üçün istifadə olunmuşdur. Buna baxmayaraq Kürdəmir Rayon Məhkəməsində həmin mülki işə baxılarkən Abdullayev İsmayıl İslam oğlu mübahisələndirilən məbləğin yalnız X9 tutulmasını tələb etmiş, Cavabdeh qarşı hər hansı bir tələb irəli sürülməmiş, həmçinin sonuncu həmin iş üzrə proses iştirakçısı kimi də cəlb olunmamışdır.
26. Birinci instansiya məhkəməsində Abdullayev İsmayıl İslam oğlu şahid qismində dindirilərək ifadəsində bildirmişdir ki, iddiaçı İddiaçı onun böyük bacısının qızı, cavabdeh Cavabdeh isə onun dayısı oğlu və iddiaçının keçmiş həyat yoldaşı olduğunu, 2016-cı ilin əvvəllərində Hafizin ona qızıl biznesi ilə məşğul olmaq üçün pul lazım olduğunu bildirdiyini, bunun üçün ona 200000 dollar məbləğində borc pul verdiyini, sonra işi-düzüb qoşduğunu, lakin 100000 dollar çatmadığını bildirdiyini və ona 2016-cı ilin axırlarında yenidən 100000 dollar məbləğində pul verdiyini, sonradan Hafizin Şəfayəni boşadığını, boşanmadan xəbəri olmadığını, Hafizin onu aldatdığını başa düşdüyünü, Hafizin o vaxt polis işlədiyini, polisə bizneslə məşğul olmaq qadağan olunduğundan 2021-ci ildə Kürdəmir Rayon Məhkəməsində Hafizə qarşı deyil, Şəfayəyə qarşı iddia qaldırdığını bildirmişdir.
27. Məhkəmə kollegiyası isə yuxarıda qeyd edilən arqumentlə razılaşmır. Belə ki, cavabdeh Cavabdeh polis orqanında işləməsi onun məhkəmə prosesinə iştirakçı kimi cəlb edilməsinə, yəni cavabdeh kimi qoyulmasına, o cümlədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməməsinə hər hansı bir mane yaradan hal kimi qəbul edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, əgər borc məbləği hazırki iş üzrə Abdullayev İsmayıl İslam oğlunun şahid ifadəsində qeyd edildiyi kimi Hafizə hər hansı pul məbləği verilmişdirsə onun cavabdeh kimi qoyulması mütləq idi. Hətta bu hal qəbul edilmiş olsaydı belə bununla bağlı əlavə olaraq qeyd edilməlidir ki, işdə olan Kürdəmir Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinə əsasən isə hazırki iş üzrə tərəflər arasında artıq nikah pozulmuşdur. Yəni, Abdullayev İsmayıl İslam oğlu bacısı qızı olan iddiaçının cavabdehlə nikahın pozulmasından 3 il sonra qaldırılan bir iddia üzrə Cavabdeh polis orqanında işləməsini əsas gətirməklə onun işinə xələl gəlməsini istəməsi səbəbindən cavabdeh kimi iddiada qoymamasını kollegiya inandırıcı hesab etmir.
28. Kollegiya hesab edir ki, proses iştirakçısı kimi mülki işə cəlb edilməyən şəxsdən tutulması qət edilən borc məbləğinə münasibətdə ½ hissədə payın müəyyən edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yəni eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
29. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
30. Göründüyü kimi eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə sübut edilə bilmədiyindən və cavabdeh Cavabdeh Kürdəmir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə araşdırılmış mülki iş üzrə cavabdeh və ya müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi olmadığından həmin iş üzrə müəyyən edilmiş faktlar da hazırkı iş üzrə preyudisial xarakterə malik ola bilməz. Yəni, mülki işə cəlb edilməyən şəxsin məlumatsız olduğu ayrı tərəflər arasında mübahisə üzrə qəbul edilmiş məhkəmə aktının hazırki iş üzrə (cavabdehə münasibətdə) preyudisial olması prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla qəbul edilə bilməz. Halbuki, birinci instansiya məhkəməsi əsassız olaraq həmin qətnaməni hazırki iş üzrə (cavabdehə münasibətdə) preyudisial hesab etməklə həmin məbləğdə pulun alınmasını və birgə nikah dövründə alınmasını, ailənin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə götürülməsi, ailə ehtiyacları üçün istifadə olunması qənaətinə gəlmişdir.
31. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsinin İddiaçı tutulması qət edilən 300000 ABŞ dolları məbləğinin ümumiyyətlə cavabdehin belə bir məbləğin götürülməsini, yaxud götürüldüyü halda (hansıki belə bir hal təsdiq edilmir) nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə sərf edilməsi qənaətinə gəlməsinə əsas verən sübutlar iş materiallarında mövcud deyildir. Ümumilikdə kollegiya hesab edir ki, qanuni qüvvədə olan Kürdəmir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi hazırki iş üzrə iddianın təmin edilməklə məhz cavabdehin üzərinə hər hansı bir öhdəliyin qoyulması üçün əsas ola bilməz.
32. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri baxımından iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-2(004)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş ümumi borc üzərində payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.