Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-794/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Sovet qızının cavabdeh Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdehin arasında bağlanmış nikahdan doğulmuş uşağın – ##.##.2023-cü il təvəllüdlü İncinin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin hər ay tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin nikahından 1 uşaq doğulsa da, onların münasibətləri tədricən pisləşmiş və son nəticədə onlar ayrılmışlar. Uşaq hazırda da iddiaçının yanındadır. Cavabdeh, uşağın saxlanılması üçün iddiaçıya maddi yardım göstərmir. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə cavabdehin qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarına alimentin, iddia ərizəsi məhkəməyə daxil olduğu ##.##.2025-ci il tarixdən etibarən hər ay tutulmasını qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat
4. Cavabdeh qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2016-cı il tarixli qətnamə ilə başqa uşağın saxlanılması üçün hazırkı iş üzrə cavabdehdən, onun qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə görə isə, 2 uşağa görə tutula biləcək alimentin miqdarı qazancın və ya başqa gəlirin 1/3 hissəsi miqdarında olmalıdır. Lakin hazırkı mülki işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. d) apellyasiya baxışının hədləri barədə məlumat
6. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, cavabdeh verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, o, ondan hazırkı iş üzrə iddiaçının xeyrinə alimentin tutulması hissəsində qətnaməni mübahisələndirmir. O, ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarını mübahisələndirir.
7. Bunu və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
8. Apellyator – cavabdeh, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin əsaslarına uyğun izahat verdi.
9. İşə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmiş iddiaçı apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbi haqqında Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işdə olan sənədlərdən, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür və tərəflər arasında mübahisə doğurmur ki, birgə nikahdan onların bir övladları olsa da, onların münasibətləri pozulmuş, onlar ayrılmış, uşaq hazırda da anasının yanındadır. Uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməli olan alimentin məbləği ilə bağlı iş üzrə tərəflər arasında razılıq yoxdur.
12. Apellyasiya baxışının predmetini təşkil edən hissədə Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-cı maddəsinin tələbləri baxımından müəyyən edilməlidir. Həmin maddənin tələbinə görə isə, aliment ödənilməsi barədə valideynlər arasında razılıq olmadıqda aliment ödəməli olan valideyndən 1 uşağa görə, sonuncunun qazancın və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarda aliment tutularaq aliment almalı olan valideynə ödənilməlidir.
13. Ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı ilə razılaşmayan cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsi ondan iddiaçının xeyrinə tutulmalı olan alimenti Ailə Məcəlləsinin 76.1.2-cı maddəsinin tələbləri baxımından 1/3 hissədə müəyyən edilməli idi, çünki o, başqa qadından doğulmuş 1 uşağa görə də, aliment ödəyir.
14. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2016-cı il tarixli qətnamə üzrə verilmiş və apellyasiya şikayətinə əlavə edilmiş “İcra vərəqəsindən” görünür ki, hazırkı iş üzrə cavabdehdən başqa uşağın saxlanılması üçün də cavabdehin qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulur.
15. Məhkəmə bildirir ki, həqiqətən də, Ailə Məcəlləsinin 76.1.2-cı maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə valideynlər arasında razılıq olmadıqda aliment ödəməli olan valideyndən 2 uşağa görə, sonuncunun qazancın və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarda aliment tutularaq aliment almalı olan valideynə ödənilməlidir.
16. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən “İcra vərəqəsinin” verilməsinə əsas olmuş qətnamə hazırkı işin baxışı predmetini təşkil etmir və bu səbəbdən, Məhkəmə, həmin qətnamə əsasında tutulan alimentin məbləğini dəyişmək səlahiyyətində deyil. Yuxarıda qeyd edilən əsasla isə hazırkı iş üzrə qəbul edilmiş qətnamə ilə tutulmalı olan alimentin məbləğinin dəyişilməsi isə bu icraat çərçivəsində mümkün deyil, çünki, cavabdehin ondan tutulmalı olan alimentin məbləğinin dəyişilməsi ilə bağlı Ailə Məcəlləsinin “Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə” adlı 112-ci maddəsinə uyğun qaydada iddia ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət etməmişdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim (məhkəmə) işdə iştirak edən şəxslərin verdikləri tələblər (iddialar) üzrə qətnamə çıxarır. g) apellyasiyanın nəticəsi
17. Beləliklə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissəsinin apellyasiya şikayətində göstərilən əsasa görə ləğv edilməsi və ya dəyişdirilməsi mümkün deyil. Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.
25. Buna görə, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
26. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.