Məhkəmə qərarları › İş №2(3-6)-817/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-817/2026

15.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-817/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar (Açar sözlər: “aliment miqdarının azaldılması və aliment borcunun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azaldılması və aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı və cavabdeh arasında ##.##.2013-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış, **** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş uşaqları – ##.##.2015-ci il təvəllüdlü X1 iddiaçının yanında qalmasının müəyyən edilməsi, ##.##.2015ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən ##.##.2017-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından müəyyən olunur ki, icra sənədi üzrə tələbkar Cavabdeh tərəfindən verilmiş aliment məbləğinin indeksasiyası barədə ərizə təmin edilmiş, ##.##.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.29 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment miqdarının azaldılması və aliment borcunun silinməsi tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin indeksasiyası nəticəsində ödənilməmiş 1830 manat aliment borcunun silinməsi, ##.##.2015ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment məbləğinin azaldılaraq, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.615 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarındakı nikah ##.##.2013-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin nikahın bağlanması haqqında akt qeydləri kitabında **** nömrəli akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdehlə birgə nikahdan ##.##.2015-ci il təvəllüdlü X1 doğulmuşdur. Cavabdeh ilə aralarında ##.##.2017-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış və **** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuş, ##.##.2015-ci il təvəllüdlü X1 anasının himayəsində saxlanılması və ona yetkinlik yaşına çatanadək ##.##.2017-ci il tarixdən hər ay 150 sabit pul məbləğində aliment alınaraq cavabdehə verilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsi alimentlə bağlı hissədə Konstitusiya Məhkəməsinin plenum qərarına istinad etmiş və onun (həmin vaxt işlədiyi və ayda rəsmi 390 manat əmək haqqı aldığını şifahi bildirmişdir) cavabdehin iddia etdiyi 150 manat alimenti ödəmək imkanı olduğunu bildirməyini nəzərə alaraq qətnamə qəbul etmişdir. Həmin tarixdən xeyli müddət keçsə də ərizəçi alimentin məbləğinin artırılmasına səbəb olan hallar olmadığına görə yenidən müraciət etməmişdir, alimentin məbləğinə 2017-ci ildən dəyişiklik olmayıb, uşağa görə təyin edilən 150 manat aliment hər ay vaxtlı-vaxtında ödəmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh alimentin artırılması barədə ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017- ci il tarixli qətnaməsi ilə ##.##.2015 ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində tutulan alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2017-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 116 manat idi. Belə ki, mislini hesabladıqda, təyin olunmuş alimentin məbləği (150 manat) minimum əmək haqqına (116 manat) bölünməlidir (150/116=1.29). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməklə ##.##.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.29 misli həddində sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması barədə qərardad qəbul edilmişdir. Suraxanı Rayon Məhkəməsi *(***)-****/**** saylı, ## ######## 2017-ci il tarixli qətnamə qəbul edən zaman, sabit pul məbləğındə alimentin təyin edilməsinə əsas “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minumumu haqqında” qanununa istinad etmişdir. Belə ki, həmin dövrdə uşaqlar üçün yaşayış minumumu 136.6 manat müəyyən edilmişdir. Minimum aylıq əmək haqqı isə ## ###### 2017-ci il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2017-ci il ######ın #-dən 116 manat müəyyən edilmişdir. Burdanda görsənir ki, 2017-ci il tarixdə minimum aylıq əmək haqqının miqdarı yaşayış üçün minimum aylıq məbləğdən az olmuşdur. Məhkəmə tərəfindən qəbul edilmiş qərardadla onun tərəfindən ödənilməli olan alimentin indeksləşdirmə əmsalı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.29 misli həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmənin qərardadına müvafiq olaraq o, 516 manat (400Х1.29) aliment ödəməlidir, bu isə onun maddi durumunu əhəmiyyətli dərəcədə çətin vəziyyətə salmasına zəmin yaradır. Alimentin təyin edildiyi dövrlə müqayisədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minumumu hal-hazırda 1.8 dəfə qalxaraq 246 manat, minimum əmək haqqı isə 3.44 dəfə artaraq 400 manat olmuşdur. 2017ci ildən sonra həmin göstəricilər əhəmiyyətli dərəcədə dəyişərək, ölkə üzrə minimum əmək haqqının məbləği əhəmiyyətli dərəcədə artaraq, minimum yaşayış məbləğindən çox olmuşdur, lakin maddi vəziyyətində hər hansı bir ciddi dəyişiklik olmamışdır. O, hal-hazırda “xxxx” Qapalı Səhmdar Cəmiyyətində inspektor vəzifəsində işləməklə, aylıq 820 manat əmək haqqı alır və başqa gəlir yeri yoxdur. Həmin məbləğdən 150 azn aliment ödəyir, banklara kredit borcuna görə hər ay ümumilikdə 150 manat pul ödəyir. ##.##.2022-ci il tarixdə nikaha girməklə yenidən ailə qurmuşdur. Həyat yoldaşı X4 heç bir yerdə işləmir və hamilədir. Ailəni yeganə dolandıran şəxsdir. Alimentin indeksiyasiyası ilə bağlı qərardad qəbul ediləndən bu vaxtadək 1830 manat aliment borcu yaranmışdır. O, aliment ödəməkdən yayınmır, lakin hazırkı durumu və maddi vəziyyəti təyin olunmuş miqdarda alimentin ödənilməsinə imkan vermir. Həmin alimenti ödəmək imkanı yoxdur, təyin edilmiş məbləğ onun əmək haqqının 60%dən çox hissəsini təşkil edir. Həmçinin əlavə olaraq, cavabdeh də işləyir. Göründüyü kimi, uşaqları saxlamaq borcu yalnız ataya deyil, həmçinin valideyn kimi anaya da aiddir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.29 misli həddində indeksasiya olunmuş məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,615 misli həddində müəyyən edilməsi, miqdarı azaldılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəyə mindiyi gündən başlanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Fəridə Rzayeva)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə nəzər yetirən zaman aşkar olunur ki, məhkəmə bir uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment müəyyən edərkən, həmin il ölkə üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu miqdarını nəzərə almış, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğuna istinad etmişdir. İstinad edilən qətnamənin qəbulundan 8 ildən çox müddət keçmiş, hazırkı şəraitdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu qətnamə qəbul edilən zaman qüvvədə olan yaşayış minimumu miqdarından əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi aliment məbləğinin indeksasiya edilməsi ilə faktiki olaraq aliment məbləği artırılmışdır. Belə ki, əvvəlki qətnamə ilə alimentin məbləği 150 manat müəyyən edilsə də indeksasiyadan sonra həmin məbləğ 516 manat müəyyən edilmişdir. Hazırda iddiaçıdan tutulan aliment məbləği (516 manat) ölkə üzrə təyin olunmuş minimum aliment məbləğindən (246 manat) və minimum əmək haqqı məbləğindən (400 manat) çox olduğundan, həmçinin iddiaçının yenidən ailə qurması nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.29 misli həddində indeksasiya olunmuş məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,615 misli həddində müəyyən edilməli, alimentin azaldılmış məbləğdə tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107-ci, 112cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107ci, 115.0.9-cu, 119.1-ci, 217.4-cü maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin indeksasiyasını müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən etməmişdir. Halbuki, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qanunvericiliyin bu imperativ tələbinə formal yanaşmış, faktiki olaraq, uşaqlar üçün 2025-ci il üzrə müəyyən olunmuş yaşayış minimumuna bərabar aliment tətin etmişdir. Halbuki, uşaqlar üçün yaşayış minimumunun məbləği hər il qanununla artırılır və onun orta əmək haqqı məbləği ilə heç bir əlaqəsi yoxdur. Artıq indidən məlumdur ki, uşaqlar üçün 2026-cı il üzrə yaşayış minimumu artaraq 260 manat müəyyən olunmuşdur. Məhkəmə alimentin 10 yaşlı azyaşlının saxlanması üçün tutulduğunu, təkcə uşağın qidalanması üçün deyil, həm də digər xərclərinə sərf olunduğunu, iddiaçının maddi və ailə vəziyyətinin pisləşməsini təsdiq edən sübutların məhkəməyə təqdim olunmamasını nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

12. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. “Uşaq hüquqları haqqında” Konvensiyanın 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Bu maddənin 1-ci bəndinə uyğun hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada iştirak etməyə və öz nöqteyi-nəzərini şərh etmək imkanı verilir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

15. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.

17. Azərbaycan Respublikası Prezidentinin ##.##.2025-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilib.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə alimentin miqdarının müəyyən edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.

23. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

24. İddiaçı X1 birinci instansiya məhkəməsi tərəfindən tutulmuş alimentin məbləği ilə razılaşmır, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində, 246 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. Hazırda cavabdeh uşağının saxlanması üçün təyin edilən alimentin uşaqlar üçün 2026-cı il üzrə yaşayış minimumunun 260 manat olduğunu nəzərə həmin həddə müəyyən edilməsini tələb edir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan ##.##.2024-cü il tarixli qərarını nəzərə alaraq kollegiya qeyd edir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı, qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası təyin edilən alimentin miqdarı ilə razılaşmır.

26. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2025-ci il tarixli Sərəncamına əsasən yaşayış minimumunun məbləği 2026-ci il ######ın #-dən uşaqlar üçün 260 manat müəyyən edilib. Belə olan halda qanunvericiliklə 2026-cı il üçün uşaqlara görə müəyyən olunmuş yaşayış minimumu həddində alimentin müəyyən edilməsini məhkəmə kollegiyası məqsədəmüvafiq hesab edir.

27. Eyni zamanda hazırda minimum əmək haqqı məbləğinin müəyyən mislində müəyyən edilmiş alimentə münasibətdə qeyd edilməlidir ki, bu həddə alimentin müəyyən edilməsi özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Odur ki, sadalanan halların cavabdehin övladlarınının saxlanılmasında və getdikcə artan tələbatının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan uşağın saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması ədalətli və uşaqların mənafeyinə uyğundur.

28. Hazırki işdə uşağın saxlanmasına görə aliment 260 manat həddində müəyyən edildiyindən, cavabdehdən iddiaçının xeyrinə 2026-cı il üzrə minimum əmək haqqı məbləğinin 0.65 mislində (400 x 0.65 = 260 manat) aliment tutulmalıdır.

29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə müəyyən edilən məbləğ illik hesablandıqda beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi alimentin miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilsin. ##.##.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdən hesablanmaqla cavabdeh Cavabdeh xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar