Məhkəmə qərarları › İş №2(3-6)-843/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-843/2026

07.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-843/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilham qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş alimentin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “artıq ödənilmiş alimentin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 2629 manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, qətnamə və qərardad üzrə icra vərəqələri Şərur rayon Icra şöbəsinin icraatına daxil olmuş, ##.##.2017-ci il tarixdə icraata başlanılmışdır. Həmin tarixdən ##.##.2025-ci il tarixə kimi hər ay cavabdehə aid Kapital bank hesabına (4169 7388 0076 4254, 4169 7332 1336 0089, 4169 7332 1292 7102 və 4169 7388 0076 42 57) ##.##.2021-ci il tarixdə 180 manat, ##.##.2021-ci il tarixdə 180 manat, ##.##.2021-ci il tarixdə 180 manat, ##.##.2022-ci il tarixdə 180 manat, ##.##.2022-ci il tarixdə 180 manat, ##.##.2022-ci il tarixdə 180 manat, ##.##.2022-ci il tarixdə 180 manat, ##.##.2022-ci il tarixdə 180 manat, ##.##.2022-ci il tarixdə 200 manat, ##.##.2022-ci il tarixində 180 manat, ##.##.2022-ci il tarixdə 195 manat, ##.##.2022-ci il tarixdə 190 manat, ##.##.2022-ci il tarixdə 190 manat, ##.##.2022-ci il tarixdə 230 manat, ##.##.2023-cü il tarixdə 180 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 180 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-ci il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-ci il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 200 manat ##.##.2024-cü il tarix.də 200 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024 cü il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 250 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 250 manat, cəmi 8025 manat aliment ödənişləri edilmişdir. Halbuki, o cavabdehə 5576 manat aliment ödəməli olduğu halda artıq olaraq 2629 manat ödəmişdir. Cavabdeh artıq ödənişlər əsasında əsassız varlanmışdır, bu səbəbdən də artıq aliment ödənişlərini geri qaytarmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddia rədd olunmuşdur. Iddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması, sübutlara düzgün qiymət verilməməsi, iddianın əsaslı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində və apellyasiya şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş iddiaya etiraza və izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Ilkin olaraq qeyd olunmalıdır ki, tərəflərin rəsmi nikahda olması, birgə nikahdan ## #### 2012-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşaqlarının olması, nikahlarının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli qətnaməsi ilə pozulması, uşağın anasının (cavabdehin) yanında saxlanılması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda işdə olan məhkəmə aktlarından (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi, Yasamal Rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, 8(004)- **/**** nömrəli qərardadı və s.) görünür ki, borclu İddiaçı uşağının saxlanılması üçün ilkin olaraq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarından, sonra 136 manat sabit pul miqdarında aliment tutulmuş, 2025-ci ildə həmin alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunmuş, son olaraq isə aliment həmin məbləği dəyişdirilərək (azaldılaraq) hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Bundan sonra Şərur rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə aliment borcunun 2252 manat olduğu müəyyən edilmiş, iddiaçı həmin qərarı mübahisələndirmiş, lakin Naxçıvan MR Şərur Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə Şərur rayon Icra və Probasiya şöbəsinin qəbul etdiyi ##.##.2025-ci il tarixli aliment məbləğinin hesablanması haqqında qərarı qanuni hesab edilmiş, şikayət təmin olunmamışdır. Bundan sonra, Şərur rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə icra sənədi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan və iddiaçı İddiaçı həmin icra şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə 1000 manat aliment ödəmiş, qalıq qalmış 2250 manat aliment borcunu isə hər ay əlavə olaraq 100 manat ödəməklə aradan qaldırılacağına vəd vermişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbində artıq ödənilmiş aliment məbləğinin olduğunu bildirir. Lakin, bu hal işdəki sübutlarla və məhkəmə aktları ilə tam təkzib olunur. Həmçinin Bakı şəhəri Nizami rayon Icra şöbəsinin məlumatından görünür ki, iddiaçı nəinki arıtq aliment ödəmişdir, əksinə 2250 manat aliment borcu mövcuddur. Digər tərəfdən ödənilmiş aliment məbləğinin qaytarılması yolverilməzdir və Ailə Məcəlləsinin 109-cu maddəsində sadalanan hallar istisna olmaqla, ödənilmiş aliment məbləği qaytarıla bilməz. Iddiaçı tərəfindən isə bu halların heç birinə istinad edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının * saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-nin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmçinin qeyd edilməlidir ki, AM-nin 106.3 və 106.5-ci maddələrinə əsasən, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Yuxarıda da qeyd edildiyi kimi, icra qurumu tərəfindən aliment borcunun hesablanması barədə müvafiq qərar qəbul edilmiş və borcun 2252 manat olduğu müəyyən edilmiş, iddiaçı İddiaçı həmin qərarı məhkəmə qaydasında mübahisələndirsə də, şikayəti təmin olunmamış, icra məmurunun qərarı qanuni hesab edilmişdir. Bundan sonra isə iddiaçı ##.##.2025-ci il tarixdə 1000 manat aliment ödəmiş, qalıq qalmış 2250 manat aliment borcunu isə hər ay əlavə olaraq 100 manat ödəməklə aradan qaldırılacağı barədə icra şöbəsinə yazılı ərizə ilə müracit etmişdir. Göründüyü kimi iddiaçının artıq aliment ödəməsi barədə dəlillərə işdə olan sübutlarla tam təkzib olunur. Bununla yanaşı, ailə qanunvericiliyi müəyyən hallar istisna olmaqla alimentin ödənilmiş məbləğinin geri tələb oluna bilməzliyi prinsipindən çıxış etmişdir. Istisnalar isə AM-nin 109.2-ci maddəsində sadalanmışdır: - aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; - məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; - aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda; Iddiaçı qeyd edilən halların mövcudluğunu da əsaslandıra və sübut edə bilməmişdir. Belə olan halda isə iddia özü-özlüyündə tam əsassızdır. Əksinə işin hallarından (qüvvədə olan məhkəmə aktlarından, tərəflərin izahatından və s.) iddiaçının nəinki artıq aliment ödənişlərinin mövcudluğu, əksinə ödəniməmiş aliment borcunun olması müəyyən edilir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə qanunvericiliyin tələblərini pozmamışdır. Cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Işdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (2629 manat). Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş alimentin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar