Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-865/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar İddiaçı, X2 və X1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X9 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Iddiaçı İddiaçı oğlunun nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı, X2 və X1 və cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, iddiaçı İddiaçı ilə X3 ##.##.2010-cu il tarixdə nikah bağlamışdırlar.
2. AZ-II seriyalı ****** nömrəli və AZ-IV seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, iddiaçılar X2 və X1 müvafiq olaraq ##.##.2012-ci il və ##.##.2018-ci il tarixdə doğulmuşlar, X3 övladlarıdır.
3. * saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ##.##.2021-ci il tarixdı qabırğaların çoxsaylı sınıqları nəticəsində ölmüşdür.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-***/**** №-li ##.##.2022-ci il tarixli hökmündən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2021-ci il ###ın ##-də saat 15:55 radələrində Bakı şəhəri, Heydər Əliyev prospekti, Bakı- Mərdəkan şose yolunun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində Binə körpüsünü keçəndən sonra idarə etdiyi Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı və yarımqoşqusu olan **-ZX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3 cü bəndinin tələblərinə, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda göstərilən yol hərəkəti qaydalarını pozub qarşısında eyni istiqamətdə hərəkətdə olan, X26 etibarnamə əsasında idarə etdiyi «MercedesBenz» markalı «Vito» modelli 99 VR-541 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə yol nəqliyyat hadisəsi baş verərək həmin avtomaşının salonunda əyləşən sərnişinlər X14 alt çənənin əzilmiş yarası, sağ və sol dizin sıyrıqları, üst çənə sümüyünün qapalı və alt çənə sümüyünün açıq qəlpəli sınıqları, sağ VII, VIII, IX qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə nəticələnmiş qaraciyərin cırılması, X20 çiyinin ön səthinin, sağ əlin arxa səthinin, sağ baldırın aşağı üçdə birinin ön səthinin, sağ ayağın üst səthinin sıyrıqları, sol çiyin nahiyəsinin, sağ körpücüküstü nahiyənin, sol budun orta 1/3-nin ön-iç səthinin, sağ və sol baldırın orta 1/3-nin ön səthinin qançırları, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ VI, VII, VIII, IX və sol VIII, IX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan qaraciyərin və dalağın cırılması, X22 alın nahiyəsinin, sol qaşın əzilmiş yaraları, sol sağrılarının bayır-yuxarı kvadratının, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın orta 1/3-nin ön səthinin qançırları, sağ VII, VIII, IX, X və sol VI, VII, VIII, IX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə sonuncuların ölümünə səbəb olmuş, sürücü X23 təpə nahiyəsinin, sol və sağ saidin sıyrıqları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sərnişinlər X27 baş beyin silkələnməsi halında qapalı beyin travması, alt çənə sümüyünün və sağ almacıq sümüyünün yerdəyişən sınıqları kimi sağlamlığa az ağır zərərvurmaya, X28 baş beyinin yüngül dərəcəli silkələnməsi, pnevmasefaliya, ənsə sümüyünün xətti sınığı kimi sağlamlığa ağır zərərvurmaya, X21 bazunun, sol dizin, sol baldırın əzilmiş yarası, sol VI,VII, VIII, IX və X qabırğaların qapalı, yerdəyişən sınıqları, sol tərəfli hemotoraks, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınığı kimi sağlamlığa ağır zərərvurmaya, X24 ikitərəfli hemopnevmotoraksla və ağciyərin kontuziyası ilə müşahidə olunan sol VIII, IX, X qabırğalarının sınığı kimi sağlamlığa az ağır zərərvurmaya aid, X29 boynun çəhrayımtıl rəngli dəri sahəsi sıyrığı kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan üç şəxsin ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsini törədərək zərər çəkmiş şəxs X6 ümumilikdə 11.500 manat və zərər çəkmiş hüquqi şəxs Cavabdeh MMC-yə 17.720,50 manat məbləğində maddi ziyan vurmuşdur.
5. Həmin hökmə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm yuxarı instansiya məhkəmələrində qüvvədə qalmış, qanuni qüvvəyə minmişdir.
6. **-**/**** nömrəli ##.##.2018-ci il tarixli Xidmət müqaviləsindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sifarişçi Cavabdeh MMC ilə aralarında xidmət haqqı ödənilməklə “sürücü” xidmətinin göstərilməsinə razılaşmışdırlar.
7. Zərərçəkmiş şəxs İddiaçı bu hadisədə təqsirləndirilən şaxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə barışdığını və onun dəymiş ziyanı tamamilə ödədiyini buna görə də, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını və gələcəkdə də olmayacağını ərizə ilə bildirmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçılar İddiaçı, X2 və X1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh MMC-dən iddiaçılar İddiaçı, X2 və X1 xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 ( bir yüz iyirmi beş) manat, ümumilikdə 99125 (doxsan doqquz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Iddia tələbi belə əsaslandırılmışdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2021 ci il mayın 24-də saat 15:55 radələrində Bakı şəhəri, Heydər Əliyev prospekti, Bakı Mərdəkan şose yolunun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində Binə körpüsünü keçəndən sonra idarə etdiyi Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı və yarımqoşqusu olan **-ZX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda göstərilən yol hərəkəti qaydalarını pozub qarşısında eyni istiqamətdə hərəkətdə olan, X26 etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz» markalı «Vito» modelli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək həmin avtomaşının salonunda əyləşən sərnişinlər X14 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə sonuncuların ölümünə səbəb olmuş, sürücü X23 ağır zərərvurmaya, X24 az ağır zərərvurmaya aid, X29 zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan üç şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Hadisə nəticəsində həyatını itirmiş X3 iddiaçı İddiaçı həyat yoldaşı, digər iddiaçılar X2 və X1 anasıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2022 ci il tarixli hökmünə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Iddiaçılar hesab edir ki, hadisə nəticəsində onlara 99000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. Iddiaçı İddiaçı mərhum həyat yoldaşının, digər iddiaçılar X2 və X1 isə mərhum analarının faciəvi şəkildə ölümündən sonra hələ də özlərinə gələ bilmir və bu ölüm onlara mənəvi iztirablar verir. Lalə xanımın faciəvi şəkildə ölümü həyatının sonuna qədər iddiaçıların qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. X3 ölüm səbəbi Cavabdeh MMC şirkətinin işçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və eləcə də şirkətin digər əməkdaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər Cavabdeh MMC-in rəhbərliyi nəqliyyat vasitəsi idarə etməsinin cəmiyyət üçün təhlükəli olan şəxsi şirkətə sürücü olaraq işə götürməsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan Cavabdeh MMC tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, X3 heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edirik ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi mərhum xanım hal-hazırda həyatda olardı və iddiaçılar mənəvi istirab çəkməyəcəkdi.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 9000 manat məbləğində mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 9125 manat məbləğində pul vəsaiti və ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı, X2 və X1 xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 280 manat hissəsinin iddiaçılara aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, ##.##.2021-ci il tarixdə baş vermiş və ailənin üzvünün (iddiaçı uşaqların anası, digər iddiaçının arvadı) ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində iş üzrə cavabdeh Cavabdeh MMC-nin xidmət müqavilə üzrə sürücüsü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 ölməsi ilə əlaqədar ailə üzvlərinin mənəvi sarsıntı keçirmiş və bu hal qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən mübahisələndirilmir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılara mənəvi ziyan dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsində hazırkı iş üzrə cavabdeh Cavabdeh MMC-nin sürücüsü təqsirli bilindiyindən hazırki cavabdehdən onlara dəymiş mənəvi ziyana görə pul tələb etməkdə haqlı olmuşdur. Lakin mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. Iztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Odur ki, məhkəmə hesab edir ki, bütün bu hallar iddiaçılara məhz Cavabdeh MMC tərəfindən dəyən mənəvi zərərin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır. Çünki məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrının dərəcəsini nəzərə alır. Bundan başqa hadisədə təqsirli olan şəxs xidməti müqavilə üzrə cavabdehin sürücüsü olduğundan hazırki cavabdehdən iddiaçıların xeyrinə mənəvi zərər tutula bilər.
13. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçılara dəymiş mənəvi ziyanın əvəzi olaraq Cavabdeh MMC tərəfindən 9000 manat məbləğində kompensasiya ödənilməsi məqsədəuyğun hesab oluna bilər. Belə ki, iddiaçıların ailə üzvünü itirməsi, uşaqların həyatında ananın valideyn kimi mühüm rola malik olmasını və yetkinlik yaşına çatmadan valideyn olan analarını itirməsini, iddiaçı olan ailə üzvlərinin keçirdiyi mənəvi sarsıntının şiddətini nəzərə alaraq məhkəmə bu məbləğin məhz dəymiş mənəvi ziyanı kompensasiya edə biləcəyini və mənəvi ağrıların şiddətinin azalmasına dəstək olacağını ifadə edir.
14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1097.3, 1099.1, 1108.1, 1108.2-ci maddələri; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli Qərarı; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4, 88, 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Iddiaçıların apellyasiya şikayətində göstərilmişdir ki, bu hadisə nəticəsində bir ailə tamamilə alt üst olub. Gənc bir ana dünyasını dəyişib, iki azyaşlı uşaq anasız qalıb. Uşaqlar hər gün geri gələcək deyə anasının yolunu gözləyir. Uşaqların bu vəziyyətini görmək necə ağır olduğunu inanmır ki, kənardan kimsə başa düşə. Baş verən bu hadisə onun və iki övladının bütün həyatını alt üst edib. Gecələr uşaqların ana çağırması, gecələr analarını istəyirik deyib ağlaması dəhşətli bir məsələdir. Bu acı, bu iztirab dözülməzdir.Çəkdikləri mənəvi sarsıntının hamısını yazsa yüzlərlə səhifə yetməz. Bütün bunlara baxmayaraq məhkəmə dəymiş mənəvi ziyanın məbləğini düzgün müəyyən edə bilməmişdir. Məhkəmə bildirir ki guya o barışmışdır, halbu ki, iddiaçı barışıq ərizəsi verməmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən də görsənir ki, həmin ərizəyə o, qol çəkməmişdir. Iş materiallarında olan ifadəsindən və vəkilin ona verdiyi suala cavabından da görsənir ki o, cavabdehlə barışmamışdır. Ali Məhkəmənin Plenum qərarının 5.9-cu maddəsinə əsasən Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Həyat yoldaşının, uşaqlarının anasının ölümü onadə və uşaqlarında gələcək ailə planlarının , ailə ilə bağlı xəyalların puç olması , mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrərə gətirib çıxardırsa bu cür hallar kifayət etmirmi onda və uşaqlarında mənəvi sarsıntı və iztirab keçirməsini ifadə etsin. Həyat yoldaşının, uşaqlarının anasının itkisinə görə mənəvi sarsıntının, iztirabın hansı həddə olmasını hesablayan hər hansı bir vasitə olmasa da məhkəmə mənəvi dəyərləri göz önündə tutaraq ailənin yarımçıq qalmasını ən ağır itki olmasını nəzərə almalı idi. Lakin birinci instansiya məhkəməsi iddiaçıya vurulan mənəvi ziyanı yetərincə qiymətləndirə bilməmişdir. Bütün faktorlar nəzərə alınmamış və ədalətsiz məbləğ müəyyən edilmişdir. Iddia tələbində tələb etdiyi məbləğ həyat yoldaşının, uşaqlarının anasının ölümünə görə onu zənginləşdirə cavabdeh tərəfi isə kasıblaşdıra bilməz. Ali Məhkəmənin Plenum Qərarının 7.18-ci maddəsinə əsasən valideynlərin ölümü və ya sağlamlıqlarına zərər vurulması səbəbi ilə uşaqların mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Göründüyü kimi onun övladlarıı anasız qalıb. Onların yaş həddi açıq aşkar görsənir ki anaya möhtac yaşdadılar. Uşaqların hər gün anasını istəməsi, hər gün ağlaması hədsiz ağır vəziyyət yaradıb. Bu çarəsiz vəziyyəti dəyişə bilməz. Məhkəmə zəruri halları nəzərə almalı və zərərçəkən tərəf olaraq onlara zərərin əvəzin ədalətli ödənilməsini təyin etməli idi. Iddiaçı tərəf olaraq hesab edirlər ki, məhkəmə tərəfindən mövcud hadisədə bir ailənin dağılması, gənc bir ananın ölməsi, iki uşağın anasız qalması düzgün qiymətləndirilməyərək tam aşağı məbləğdə zərər müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi məbləğin aşağı həddə kəsilməsində düzgün deyil. Məhkəmə tərəfindən iş üzrə əhəmiyyətli hallar düzgün araşdırılmamış və aşağı həddə mənəvi ziyan hesablanmışır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən məhkəmə, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə baş vermiş hadisənin iddiaçıların ən əziz, ən doğma olmasını iddiaçıların mənəvi sarsıntıya və iztirablara dözüm həddini, cavabdeh təşkilatın əmlak vəziyyətini və digər diqqətəlayiq halları düzgün nəzərə almamaqla vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədilə tələb edilən mənəvi ziyanın həcmini düzgün qiymətləndirməmişdir.
17. Qətnamədən həmçinin cavabdeh Cavabdeh MMC də apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələblərinin təmin olunan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, mülki qanunverciliyin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, hazırki iş üzrə birbaşa zərər vuran şəxsfərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan sürücü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və digər digər nəqliyyat vasitəsi Mersedes Vito markalı ** VR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X10 olduqları, habelə hər iki cinayət işi üzrə cavabdeh Cavabdeh MMC zərərçəkən şəxs qismində tanındığı halda, iddia tələbi əsassız olaraq cianyət işi üzrə təqqsirləndirilən şəxslərə qarşı deyil, məhz həmin işdə zərərçəkən şəxsə qarşı qaldılırmış və iddia qismən təmin edilmişdir. Hazırki vəziyyətdə təqsiri törədən şəxslərdən biri olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, Cavabdeh MMC-yə xidmət müqaviləsi əsasında xidmət göstərmiş, tərəflər arasında işçi əmək münasibətləri mövcud olmamışdır. Eyni iş üzrə digər sürücü X10 təqsiri sübuta yetərək cinayət məsluliyyətinə cəlb edilsə də, Mersedes Vito markalı ** VR *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X7 məhkəmə araşdırmasında nə cavabdeh, nə də üçüncü şəxs qismində cəlb edilməmiş, ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki vəziyyətdə,Cavabdeh MMC tərəfindən hər hansı şəxslərə, o cümlədən iddiaçılara qarşı hər hansı qanunsuz hərəkət-hərəkətsizliyə yol verilməmiş, bunun əksinə həmin MMC-nin özünə külli miqdarda maddi zərər dəymiş, yəni sürücülərin cinayət törətməsi nəticəsində şirkətin mülkiyətində olan avtomaşın qəzalı vəziyyətə düşməklə maddi zərərə uğramışdır. Hesab edir ki, mənəvi zərərin tələb edilməsi üçün ilk növbədə, səbəbli-əlaqə olmalıdır ki, hazırki vəziyyətdə heç bir əlaqə mövcud deyil. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız iddiaçının mövqeyini nəzərə almaqla qətnamə qəbul edilmiş, bu zaman tərəflərindən təqdim etdiyi sübutları araşdırmamışdır. Halbuki, tərəfindən təqdim edilmiş bütün sübutlar e-kabinet vasitəsilə təqdim edilmiş, lakin həmin sübutlara məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Cavabdeh tərəf olaraq istinad etdiyi halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmiş, lakin bu sübutlara hüquqi qiymət verilməmişdir. Halbuki, cavabdeh ilə təqsirkar sürücü arasında xidmət müqaviləsi olmuş, hadisəni törədən şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs fərdi sahibkar kimi VÖEN almaqla, həm iddiaçıya, həm də digər şəxslərə xidmət göstərmişdir ki, xidməti müqavilə əsasında gördüyü qüsurlu işin müqabilində həmin şəxsin özü məsluliyyət daşımalı olduğu halda, sifarişçidən mənəvi zərərin əvəzinin tələb edilməsi əsassızdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, hadisəni törədən sürücülərdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən hazırki iddiaçılara qarşı maddi zərərin əvəzi ödənilmiş, iddiaçıların qanuni nümayəndəsi həmin şəxsə qarşı heç bir şikayəti, tələb və iddiasının olmaması barədə məhkəməyə yazılı ərizə vermiş, daha sonra qəbul edilmiş hökmdən şikayət verməmişdir. Baxmayaraq, ki, iddiaçıların nümayəndəsi həmin ərizədəki imzanın məhz qanuni nümayəndəyə aid olmadığını şifahi formada bildirir, lakin bunun əksini təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianı qismən təmin edərkən, mənəvi zərərin tutulması üçün əsas olan səbəbli-əlaqənin nədən ibarət olmasını və bu zərərin hansı əsasla cinayət işi üzrə zərərçəkən şəxs qqismində tanınmış MMCdən tutulmalı olmasını, hadisəni törədn sürücülər və digər maşın mülkiyyətçisinin hansı əsasla mənəvi zərərin ödənilməsinin tələb edilməməli olmasını əsaslandırmamışdır. Bu hal, tələbin qərəzli olaraq cavabdehə qarşı qaldırılmasını sübut edir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi-vəkili vəkil2 öz apellyasiya şikayətlərini müdafiə edərək izahatında qeyd etdi ki, uşaqların adından ata onların qanuni nümayəndəsi kimi müraciət etsə də, uşaqlar gələcəkdə özləri məhkəməyə müraciət etsəydi, məhkəmə buna fərqli yanaşacaqdı ki, hadisədən uzun müddət keçib. Hesab edir ki, uşaqların hüququ var. Qanuni nümayəndə bildirir ki, o, təqsirləndirilən şəxslə barışmayıb. Iltizamda və şəxsiyyət vəsiqəsində olan imzalar tamamilə fərqlidir. Yenə də onlar hesab edir ki, uşaqların hazırda hüquqularının müdafiə edilməsinin başqa formada yolu yoxdur. Iddiaçı bildirir ki, kifayət qədər ağır vəziyyətdədir, uşaqlar hər gün anasını istəyir. Ali Məhkəmənin Plenum Qərarında belə bir hissə də var ki, ərizə verildikdən sonra belə yaranan mənəvi sarsıntı sübut edilə bilsə, hətta ərizə verən şəxs də bu hüquqdan istifadə edə bilər. Hesab edir ki, ərizə olsa belə körpə uşaqların anasız qalması davam edən bir mənəvi sarsıntıdır.
21. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili vəkil1 izahatında qeyd etdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Bildirir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Eləcə də Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında əmək münasibətləri yox, xidmət müqaviləsi olub. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs fərdi sahibkar olub və MMC ilə aralarında xidməti müqavilə bağlanılıb. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin sürücülərindən hərhansısa biri xəstələndiyi, əmək qabiliyyəti olmadığı hallarda müqavilə əsasında xidmət göstərilib. Qarşı tərəf kimi eyni statusda tanındığı halda hesab edir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin mənəvi zərərin ödənilməsində hər-hansısa bir asılılığı yoxdur. Tələblə baş vermiş hadisə arasında səbəbli əlaqə olmalıdır. MMC hansı qanunsuz əməli törətmişdir ki, belə bir məsuliyyət daşısın. Bu işdə tərəflər arasında əmək münasibətləri olmadığı üçün hesab edirik ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən mənəvi zərərin tələb edilməsi əsassızdır. Iki nəfər təqsirləndirilən şəxs olub, iki mülkiyyətçi olub. Hesab edirəm ki, bir mülkiyyətçiyə münasibətdə 5 ildən sonra iddia qaldırılması əsassızdır. Hadisəni törədən şəxslər kənarda qalıb mülkiyyətçidən mənəvi zərər tələb edilir.
22. Iş üzrə cavabdeh Cavabdeh MMC-yə işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinəbaxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili vəkil1 ərizə ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək iclasın təxir ediləsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68. III bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı müllki işə və kommersiya mübahisəsinə baxılarkın məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Maddə 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyi və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli qətnamə qismən ləğv edilərək İddiaçı mənəvi zərər tələbi rədd edilməli, digər iddiaçıların xeyrinə mənəvi zərərin məbləği isə dəyişdirilməlidir.
31. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
32. ##.##.2021-ci il tarixdə baş vermiş və iddiaçı İddiaçı həyat yoldaşı, eyni zamanda digər iddiaçıların anasının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində iş üzrə cavabdeh Cavabdeh MMC-nin xidmət müqavilə üzrə sürücüsü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təqsirli bilinmişdir.
33. Qanuna əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (§24).
34. Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçılara mənəvi ziyan dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsində hazırkı iş üzrə cavabdeh Cavabdeh MMC-nin sürücüsü təqsirli bilindiyindən hazırki cavabdehdən onlara dəymiş mənəvi ziyana görə pul tələb etməkdə haqlı olmuşdur.
35. Cavabdehin cinayətdə təqsirli şəxsin onun işçisi olmaması, xidməti müqavilə üzrə işləməsi, bu səbəbdən mənəvi zərərin cavabdehdən tələb edilməsinin əsassız olması ilə bağlı şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır.
36. Iş materiallarında olan **-**/**** nömrəli ##.##.2018-ci il tarixli Xidmət müqaviləsindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sifarişçi Cavabdeh MMC ilə aralarında xidmət haqqı ödənilməklə “sürücü” xidmətinin göstərilməsinə razılaşmışdırlar.
37. Buna görə də kollegiya hesab edir ki, iddiaçılar hazırkı tələbini Cavabdeh MMC-yə yönəltməkdə haqlı olmuşdur.
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli qərarında qeyd edilir ki, “...Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur.”
39. Kollegiya qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-***/**** №-li ##.##.2022-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxs İddiaçı bu hadisədə təqsirləndirilən şaxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə barışdığını və onun dəymiş ziyanı tamamilə ödədiyini, buna görə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını və gələcəkdə də olmayacağını ərizə ilə bildirmişdir.
40. Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 nörməli, ##.##.2025-ci il tarixli qərarında qeyd olunur ki, hüquqazidd əməl nəticəsində sonradan yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququ istisna edilməsə də, mənəvi zərərə münasibətdə fərqli qayda tətbiq edilir. Belə ki, mənəvi zərərin kompensasiyası hüquqazidd əməlin məlum olan, habelə proqnozlaşdırıla bilən bütün mümkün nəticələri nəzərə alınmaqla həyata keçirilir. Bu baxımdan şəxsin eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin kompensasiyasını tələb etməsi yolverilməzdir. Həmin hüquqazidd əməlin yalnız əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi halında şəxs bu nəticələrə istinad etməklə əlavə mənəvi zərər tələbi irəli sürə bilər (məsələn, yol nəqliyyat hadisəsi nəticəsində ayağından zədə almış şəxsin mənəvi zərər tələbi təmin edildikdən sonra ayağının amputasiya olunması) (5.10-cu bənd) . -Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir (5.11-ci bənd). -Bununla belə, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır. (5.12-ci bənd).
41. Kollegiya qeyd edir ki, mənəvi zərərin ödənilməsi tələbinin subyektiv tərkibi və iddiaçıların fərdi hüquqi statusu məhkəmə tərəfindən fərqləndirilməli, iddiaçıların hər birinə münasibətdə maddi hüquq normaları fərdi tətbiq olunmalıdır.
42. Hüquqi tənzimləmə baxımından, Ali Məhkəmə Plenumunun “Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında” ##.##.2025-ci il tarixli ** nömrəli qərarının 5.10, 5.11 və 5.12-ci bəndlərində xüsusi olaraq qeyd edilmişdir ki, zərərvuran şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ümumi qaydada zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etməsə də, cinayət prosesində zərərin tam ödənildiyi və hər hansı tələbin olmadığı barədə zərərçəkən şəxs tərəfindən verilmiş və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınmış rəsmi ərizə, tərəflər arasında həmin vaxta qədər mövcud olmuş həm maddi, həm də mənəvi zərərlə bağlı tələblərin tam icra olunduğunu təsdiq edən hüquqi aktdır.
43. Mənəvi zərərin kompensasiyası hüquqazidd əməlin məlum olan və proqnozlaşdırıla bilən bütün mənfi fəsadları nəzərə alınmaqla birdəfəlik həyata keçirildiyi üçün, şəxsin eyni hüquqazidd əmələ (qəzaya) istinadən yenidən (bu dəfə işəgötürənə qarşı) mənəvi zərər tələbi irəli sürməsi yolverilməzdir.
44. Hazırki işin faktikti halları baxımından kollegiya qeyd edir ki, iddiaçı İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi hadisədə təqsirləndirilən şaxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə barışdığını və onun dəymiş ziyanı tamamilə ödədiyini buna görə də, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını və gələcəkdə də olmayacağını ərizə ilə bildirdiyindən iddiaçının hazırda mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməsi əsassızdır.
45. Bu səbəbdən, birinci instansiya məhkəməsi İddiaçı fərdi iddiasını təmin etməklə maddi hüquq normalarını pozmuşdur. Buna görə də qətnamə bu hissədə ləğv edilməli və İddiaçı iddiası rədd olunmalıdır.
46. Kollegiya qeyd edir ki, iddiaçı İddiaçı hazırkı mülki prosesdə həmin barışıqla bağlı ərizədəki imzanın ona məxsus olmaması barədə etirazı iş materialları ilə öz təsdiqini tapmır. Həm də qanuni qüvvəyə minmiş hökmdə İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla barışması, ziyanın tam ödənildiyindən sonuncuya qarşı heç bir şikayət və tələbinin olmaması açıq şəkildə qeyd olunmuş, İddiaçı isə nə həmin hökmdən şikayət vermiş, nə də hökmdə yanlışlığın aradan qaldırılması ilə bağlı hər hansı hüquqi addım atmışdır.
47. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, cinayət işində Lalə Abbasovanın hüquqi varisi olaraq İddiaçı təqsirləndirilən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla barışması Vüqar Əhmədovun özünə münasibətdə hüquqi əhəmiyyət kəsb etsə də, mərhumun övladlarının mənəvi zərər tələbini məhdudlaşdırmır.
48. Nəzərə alınmalıdır ki, yol qəzası nəticəsində vəfat edən Lalə Abbasova həm də azyaşlı iddiaçılar - ##.##.2012-ci il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X1 anasıdır. Hadisə baş verən tarixdə (##.##.2021-ci il) uşaqların müvafiq olaraq cəmi 9 və 3 yaşları olmuşdur. Hazırda mülki prosessual qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayan uşaqların hüquqlarını məhkəmədə onların qanuni nümayəndələri olan İddiaçı qoruyur.
49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.
50. Həmçinin həmin Qərarda qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. 51.Kollegiya qeyd edir ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərərə çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna edilmir. Bu yanaşma obyektiv mənəvi zərər nəzəriyyəsinə əsalanır və zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir.
52. Işin hallarından görünür ki, 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müvafiq olaraq 9 və 3 yaşlarında olan uşaqların analarını itirməsi onlarda dərin psixoloji travma yaratmış, mənəvi bağlılıqları ən güclü olan şəxsi – analarını erkən yaşda itirməklə onlar ciddi mənəvi zərərə məruz qalmışlar. Bu yaşlarda uşağın fiziki, emosional, sosial və psixoloji inkişafı birbaşa ana qayğısı ilə bağlıdır; ananın vaxtsız itirilməsi isə bu inkişafı əhəmiyyətli dərəcədə zədələmişdir.
53. Məhkəmə kollegiyası baş vermiş faciəvi hadisənin ağırlıq dərəcəsini, hadisənin törədilməsində cavabdehin sürücüsü ilə yanaşı başqa şəxsin də təqsirli bilinməsini, uşaqların ana qayğısına ən çox möhtac olduğu yaş dövrlərini və cavabdehin iqtisadi statusunu mütənasiblik prinsipi çərçivəsində dəyərləndirərək hesab edir ki, mənəvi zərərin miqdarının hər bir uşaq üçün 7 000 (yeddi min) manat, ümumilikdə isə 14 000 (on dörd min) manat müəyyən edilməsi tamamilə ədalətli, ağlabatan və işin faktiki hallarına uyğundur. 54.Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi İddiaçı iddiasının təmin edilən hissəsində ləğv edilməli, iddiaçı İddiaçı iddiası təmin edilməməli, qətnamə mənəvi zərərin məbləği və rüsuma aid hissədə dəyişirilməli, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən hər biri üçün 7000 (yeddi min) manat olmaqla, cəmi 14000 (on dörd min) manat və ödənilmiş rüsumun əvəzi kimi 132 manat məbləğində pul iddiaçılar X2 və X1 xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəflərin özünə aid edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Iddiaçılar və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi İddiaçı iddiasının təmin edilən hissəsində ləğv edilsin. Iddiaçı İddiaçı iddiası təmin edilməsin. Qətnamə mənəvi zərərin məbləği və rüsuma aid hissədə dəyişdirilsin. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən mənəvi zərərin əvəzi olaraq hər biri üçün 7000 (yeddi min) manat olmaqla, cəmi 14000 (on dörd min) manat və ödənilmiş rüsumun əvəzi kimi 132 (bir yüz otuz iki) manat məbləğində pul iddiaçılar X2 (qanuni nümayəndə İddiaçı) və X1 (qanuni nümayəndə İddiaçı) xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi tərəflərin özülərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli. Fərrux Qasımov