Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-87/2026 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) X1 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-6504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öhdəsində olan iddiaçıya məxsus 810 manat dəyərində “AC Beko BBFDO 120” markalı kondisionerin, 859,99 manat dəyərində “Samsung” markalı qabyuyanın, 949,99 manat dəyərində “N/Machine Samsung” markalı paltaryuyanın, 1499,99 manat dəyərində “Samsung” markalı soyuducunun, 23,99 manat dəyərində 0,6 L ölçüdə “X12” markalı saxlama qabının, 31,99 manat dəyərində “X8 1” markalı əşyanın, 500 manat dəyərində “Homend Airfryday 2502H Airfryer” markalı məişət texnikasının, 40 manat dəyərində 1,3 L ölçüdə “X9 Handle” markalı termosun, 19,90 manat dəyərində 14 sm ölçüdə “Serwant Jura” markalı sedef-qırmızı rəngdə çərəzlik qabın, 13 manat dəyərində 32 sm ölçüdə “Serwant Rexy” markalı “Charger” qızılı rəngdə boşqabın, 12,99 manat dəyərində 32 sm ölçüdə “Serwant Rexy” markalı “Charger” qızılı rəngdə boşqabın, 12,93 manat dəyərində 32 sm ölçüdə “Serwant Rexy” markalı “Charger” qızılı rəngdə boşqabın, 24,90 manat dəyərində “Art S-Link G101 White” markalı 10000mAh poverbankın, 1599 manat dəyərində “K Matebook D15/13- 10110u/8gb/256gb/İntel Uhd/W” markalı kompüterin, 50 manat dəyərində 32-50 inc ölçüdə TV quraşdırmanın, 65,99 manat dəyərində “Star 32-70” markalı divar asqısının, 1649,99 manat dəyərində “Samsung” markalı televizorun, 19,99 manat dəyərində “X18 N” markalı çay dəsmalının, 13,99 manat dəyərində “X17 Glass J” markalı əşyanın, 118,99 manat dəyərində “Mink sense” markalı 526 kapuçino rəng 220*2 ölçülü əşyanın, Sədərək Ticarət Mərkəzindən alınmış 800 manat dəyərində aspirator, duxovka, qaz sobasının, 858 manat dəyərində “Saloglu” markalı Bianco Lina01 ceviz ayaq model stulun, 4000 manat dəyərində “Bellona mebel” markalı mavenna yataq dəstinin, Sədərək Ticarət Mərkəzindən alınmış 600 manat dəyərində çilçıraqların, Casabella mebel salonundan alnmış 1000 manat dəyərində stolun, 1500 manat dəyərində “Divan house” markalı divanın, ümumilikdə dəyəri 2000 manat olan kiçik məişət əşyalarının, Sədərək Ticarət Mərkəzindən alınmış 600 manat dəyərində “İstanbul” markalı pərdənin, 3000 manat dəyərində mətbəx mebelinin və dəhlizdə olan mebelin Cavabdeh alınaraq iddiaçıya qaytarılması, ödədiyi 50 manat dövlət rüsumunun, 50 manat məbləğində mediasiya xərcinin, vəkil ilə müqavilə bağlanması üçün ödənilmiş 325 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkili və nümayəndəsi sonradan 2000 manat məbləğində kiçik məişət əşyalarının dəqiqləşdirilməsi məqsədilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, VİP zəmanət məhsulunun, "Samsung” markalı tozsoranın, VİP zəmanət məhsulunun, “Tefal Ne6828 2000w” markalı qara rəngli ətçəkənin, “X6 Baby Food” markalı blenderin, “Azzurra” markalı 33 sm ölçüdə serbest form kasanın, cəmi 776,34 manat dəyərində 2 ədəd “Tognana” markalı qırmızı rəngli ürək formalı 20 sm ölçüdə boşqabın, “Earphone Champ” markalı ağ rəngli naqilsiz qulaqcığın, 63,98 manat dəyərində “X15 Cv5712” markalı saç qurudan hava feninin, “Tognana” markalı 20 sm ölçüdə qazanın, “X10” markalı 155x220 sm ölçüdə masa örtüyünün, cəmi 151,97 manat dəyərində olan “Arti-M”, “Agness”, çörək qabı, “Fresh” markalı “Derevyannaya s Kombinirova” adlı əşyanın, 374 manat dəyərində “Braun AS 720” markalı daraq fenin, 114,99 manat dəyərində “X19” markalı iki nəfərlik yorğanın, “Hood bosch” və “Hob bosch” markalı əşyaların, 1000 manat dəyərində 10 cüt ayaqqabının, 300 manat dəyərində 1 ədəd paltonun, 400 manat dəyərində 1 ədəd xəz üst geyiminin, 600 manat dəyərində 5 ədəd ziyafət paltarlarının, 400 manat dəyərində 10 ədəd çantanın, 400 manat dəyərində 8 ədəd pencəyin (gödəkçə), 500 manat dəyərində 25 ədəd köynəyin (bluzlar, sweatshirt, tshirt), 450 manat dəyərində 18 ədəd şalvarın (jeans, klassik şalvarlar), ümumvətəndaş pasportunun (xarici pasport), həmçinin, 810 manat dəyərində “AC Beko BBFDO 120” markalı kondisionerin, 859,99 manat dəyərində “Samsung” markalı qabyuyanın, 949,99 manat dəyərində “N/Machine Samsung” markalı paltaryuyanın, 1499,99 manat dəyərində “Samsung” markalı soyuducunun, 23,99 manat dəyərində 0,6 L ölçüdə “X12” markalı saxlama qabının, 31,99 manat dəyərində “X8 1” markalı əşyanın, 500 manat dəyərində “Homend Airfryday 2502H Airfryer” markalı məişət texnikasının, 40 manat dəyərində 1,3 L ölçüdə “X9 Handle” markalı termosun, 19,90 manat dəyərində 14 sm ölçüdə “Serwant Jura” markalı sedef-qırmızı rəngdə çərəzlik qabın, 13 manat dəyərində 32 sm ölçüdə “Serwant Rexy” markalı “Charger” qızılı rəngdə boşqabın, 12,99 manat dəyərində 32 sm ölçüdə “Serwant Rexy” markalı “Charger” qızılı rəngdə boşqabın, 12,93 manat dəyərində 32 sm ölçüdə “Serwant Rexy” markalı “Charger” qızılı rəngdə boşqabın, 24,90 manat dəyərində “Art S-Link G101 White” markalı 10000mAh poverbankın, 1599 manat dəyərində “K Matebook D15/13- 10110u/8gb/256gb/İntel Uhd/W” markalı kompüterin, 50 manat dəyərində 32-50 inc ölçüdə TV quraşdırmanın, 65,99 manat dəyərində “Star 32-70” markalı divar asqısının, 1649,99 manat dəyərində “Samsung” markalı televizorun, 19,99 manat dəyərində “X18 N” markalı çay dəsmalının, 13,99 manat dəyərində “X17 Glass J” markalı əşyanın, 118,99 manat dəyərində “Mink sense” markalı 526 kapucino rəng 220*2 ölçülü əşyanın, Sədərək Ticarət Mərkəzindən alınmış 800 manat dəyərində aspirator, duxovka, qaz sobasının, 858 manat dəyərində “Saloglu” markalı Bianco Lina01 ceviz ayaq model stulun, 4000 manat dəyərində “Bellona mebel” markalı mavenna yataq dəstinin, Sədərək Ticarət Mərkəzindən alınmış 600 manat dəyərində çilçıraqların, Casabella mebel salonundan alnmış 1000 manat dəyərində stolun, 1500 manat dəyərində “Divan house” markalı divanın, ümumilikdə dəyəri 2000 manat olan kiçik məişət əşyalarının, Sədərək Ticarət Mərkəzindən alınmış 600 manat dəyərində “İstanbul” markalı pərdənin, 3000 manat dəyərində mətbəx mebelinin və dəhlizdə olan mebelin, 1000 manat dəyərində 10 cüt ayaqqabının, 300 manat dəyərində 1 ədəd paltonun, 400 manat dəyərində 1 ədəd xəz üst geyiminin, 600 manat dəyərində 5 ədəd ziyafət paltarlarının, 400 manat dəyərində 10 ədəd çantanın, 400 manat dəyərində 8 ədəd pencəyin (gödəkçə), 500 manat dəyərində 25 ədəd köynəyin (bluzlar, sweatshirt, tshirt), 450 manat dəyərində 18 ədəd şalvarın (jeans, klassik şalvarlar), ümumvətəndaş pasportunun (xarici pasportun) cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin iddiaçıya ödənilməsi, cavabdehin üzərinə iddiaçıya əşyalarını şəxsən təhvil almaqda hər hansı maneənin yaradılmaması barədə öhdəlik qoyulması və vəkil xərcləri üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-6504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Vüqar Nağıyev) ilə iddia qismən təmin edilmiş, Cavabdeh sahibliyində qalan və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildə olan iddiaçıya məxsus olan: - Tozsoran (Fantom markalı), Ətçəkən (Tefal Ne6828 2000w qara markalı), Blender (X13 flow Baby Food 1000 W), X16 Plate sm 20 Galassia Heart, X16 Plate sm 20 Galassia Heart, X7 20 sm, X10 Tablecloth 155x220 sm Lavinia Lavanta, Agness çörək qabı (Fresh Derevyannaya S Kombinirova), Yorğan (X19 iki nəfərlik), Qabyuyan (X11 markalı), Paltaryuyan (N/Machine Samsung markalı), Soyuducu (Fridger Samsung markalı), Tescoma Jar 0,6 Lt Rectang, X8 1, Airfryer (Homend Airfryday 2502h markalı), Serwant Termos 1,3 Lt (X20 Handle), Serwant Jura 14 sm (Cerezlık Sedef-Kırmızı), Serwant Rexy 32 sm (X14), Serwant Rexy 32 sm (X14), Serwant Rexy 32 sm (X14), Komputer (K Matebook Dxx/xx-10110u/8gb/256gb/İntel Uhd/W markalı), Televizor (Samsung Ue50cu8000ux markalı), Divar asqısı (V-Star 32-70), Çay dəsmalı (X18 N), X17 Glass J, Mink Sense 526 Kapuçino 220*2, Aspirator, Elektrik sobası (Duxovka), Qaz sobası, Bianco stul (Lina01 / Ceviz Ayaq - Saloğlu markalı), Mebel yataq dəsti (Bellona Mavenna markalı), Çilçıraqlar (Sədərək ticarət mərkəzindən alınmış), Stol (Casabella Mebel markalı), Divan (Divan House markalı), Pərdə (İstanbul markalı), Mətbəx mebeli və Dəhlizdəki mebel, 10 cüt ayaqqabı, 9 ədəd çanta, 1 ədəd palto, 5 ədəd ziyafət paltarı, 8 ədəd Pencək (Gödəkcə), 25 ədəd Köynək (Bluzlar, Sweatshirt, T-shirt), 18 ədəd Şalvar (jeans, klassik şalvarlar) İddiaçı onun özünün iştirakı ilə təhvil verilməsi, birgə nikah dövründə alınmış kondisionerin (BEKO BBFDO 120 markalı) dəyərinin ½ hissəsi, yəni 405 manat pul və vəkil xərci olaraq ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı ərizə təqdim edərək, BEKO BBFDO 120 markalı kondisioner və mətbəx mebelinə dair hissədə iddiadan imtina etdiyini, həmin hissədə iddiadan imtina barədə ərizəsinin qəbul edilməsini və qətnamənin həmin hissədə qismən ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi M.Məmmədov eyni zamanda ərizə təqdim edərək, iddiaçının BEKO BBFDO 120 markalı kondisioner və mətbəx mebelinə dair hissədə iddiadan imtina etdiyindən o da öz apellyasiya şikayətindən imtina etdiyini bildirdi və müvafiq ərizəni Məhkəməyə təqdim edərək icraata xitam verilməsini xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
8. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
9. Məhkəmə ərizələri mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiasından qismən imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan qismən imtina məhkəmə tərəfindən qəbul edilməli, qətnamə qismən ləğv edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda cavabdehin apellyasiya şikayətindən imtinası da qəbul edilərək, hazırkı mülki iş üzrə cavabdehin apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına da xitam verilməlidir.
10. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
11. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
12. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər.
13. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
14. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.
15. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
16. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir.
17. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər.
18. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Hazırkı halda qətnaməni mübahisələndirən cavabdeh apellyasiya şikayətindən imtina etmişdir. Cavabdehin həmin imtinasının qəbuluna mane olan hər hansı hal mövcud deyildir. Bu imtinanın nəticələri tərəfə izah olunmuşdur. Nəticə:
19. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsindən “BEKO BBFDO 120 markalı kondisioner və mətbəx mebelinə” dair hissədə imtinası məhkəmə tərəfindən qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “BEKO BBFDO 120 markalı kondisionerin dəyərinin ½ hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və mətbəx mebelinin iddiaçıya təhvil verilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata iddiadan imtina əsasına görə xitam verilməli, cavabdehin apellyasiya şikayətindən imtinası da qəbul edilərək, ona münasibətdə apellyasiya icraatına xitam verilməli, eyni zamanda iddiaçıya eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilməməsi, cavabdehə isə apellyasiya şikayətindən imtinanın birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olduğu izah olunmalıdır.
20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
21. Bununla bağlı Məhkəmə qeyd edir ki, həmin normada (402.2.4-cü maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin öz qulluq mövqeyinə əsasən gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə, yəni icraatı başlamış tərəflərin vəsatətinin (xahişinin) təmin olunmasının rəsmiləşdirilməsi ilə bağlıdır. Məlum məsələdir ki, vəsatəti (xahişi) təmin olunan tərəfin, xahişinin təmininə dair məhkəmə aktını (qərardadını) mübahisələndirməsi öz-özlüyündə məntiqsiz və anlaşılmaz olardı. Bu baxımdan da, müəyyən olunur ki, iddiaçının iddiasından imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
22. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 369, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələblərindən qismən - “BEKO BBFDO 120 markalı kondisioner və mətbəx mebelinə” dair hissədə imtinası qəbul edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-6504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən – “BEKO BBFDO 120 markalı kondisionerin dəyərinin ½ hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və mətbəx mebelinin iddiaçıya təhvil verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. İddiaçı eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-6504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətindən imtina qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Cavabdehə apellyasiya şikayətindən imtinanın birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olduğu izah olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.