Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-948/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilk iddia üzrə iddiaçı İddiaçı MTK-nın ilk iddia üzrə cavabdeh Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “kirayə haqqı, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan, müqavilə öhdəlikləri, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X13 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili vəkil3, Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Cavabdeh ilə MTK arasında bağlanmış ## ####### 2019-cu il tarixində əvəzləşdilrilmə müqaviləsindən görünür ki, MTK mülkiyyətçiyə məxsus olan qeyriyaşayış kimi fəaliyyət göstərən faktiki sahəsi 45 kv.m mənzilin əvəzinə, güzəştli şərtlərlə binanın A blokunda X mərtəbəsində, ** saylı 3 otaqlı 77 kv.m və B blokunda 4-cü mərtəbəsində ** saylı 2 otaqlı sahələr cəmi 87 kv.m ibarət olan təmirsiz mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürür.
2. Cavabdeh ilə MTK arasında bağlanmış ## ### 2020-ci il tarixində əvəzləşdirmə müqaviləsindən görünür ki, MTK mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 88 m2 ** saylı mənzilin və həmin mənzilin altında yerləşən 59 m2 zirzəminin əvəzinə güzəştli şərtlərlə eyni parametrlərlə binanın B blokunda, 2-cı mərtəbəsində * saylı 3 otaqlı (zal studiya) 120,3 m2 B blokunda 7-cı mərtəbəsində, * saylı 3 otaqlı (zal studiya) 120.3 m2 C blokunda 2-ci mərtəbəsində, * saylı 2 otaqlı (zal studiya) 79.6 m2 dən (umumı-cəmı verilən sahə 320 2 m2 ) ibarət olan təmirsız mənzil verməyi öhdəsinə götürür.
3. Cavabdeh (eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş,üzərində “Verbatim” CD-R yazıları olan CD disk informasiya daşıyıcısı vasitəsi ilə təqdim edilən materiallarda əks olunan video və foto görüntülərdən müəyyən edilir ki, cavabdehə məxsus əmlakların yerləşdiyi ərazidə iddiaçı İddiaçı MTK tərəfindən ## ####### 2019-cu il tarixdə söküntü işləri aparılır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı MTK Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi tələbinə dair» ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ilə iddiaçı "xxxx MTK arasında bağlanmış ## ### 2020-cı il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu. Ə.Əlizadə küçəsi. 42/9 ünvanında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış kompleksində müvafiq mənzillə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ilk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi ## #### 2017-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən Kooperativ Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. O cümlədən, MTK çoxmənzilli hündürmərtəbəlı yaşayış binalarının tikintb isi ilə də məşğul olur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon Icra Hakimiyyəti ilə “xxxx» Mənzil Tikinti Kooperativi arasında ünvan 1 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə ## ##### 2017ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 4 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçun İddiaçı Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin müqavilənin şərtlərinə görə MTK tərəfindən mənzil mülkiyyətçiyə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsi dayandırılır. Həmin zaman bütun sakinlər MTK-ilə razılaşmış və müqavilə bağlamışlar. Göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən cavabdeh Cavabdeh ilə MTK arasında bağlanmış ## ###### 2020-ci il tarixində əvəzləşdilrilmə müqaviləsinə əsasən mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 88 m2 ** saylı mənzilin və həmin mənzilin altında yerləşən 59 m2 zirzəminin əvəzinə güzəştli şərtlərlə eyni parametrlərlə binanın B blokunda, 2-cı mərtəbəsində * saylı 3 otaqlı (zal studiya) 120,3 m2 B blokunda 7-cı mərtəbəsində, * saylı 3 otaqlı (zal studiya) 120.3 m2 C blokunda 2-ci mərtəbəsində, * saylı 2 otaqlı (zal studiya) 79.6 m2 dən (umumı-cəmı verilən sahə 320 2 m2 ) ibarət olan təmirsız mənzil verməyi mülkiyyətçiyə verməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür Hazırda tərəflər arasında olan ## ### 2020-ci il tarixli müqavilənin icrası qeyrimümkün olduğundan məhkəmə tərəfindən müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. ## ### 2020-ci il tarixli müqavilənin 3.1—ci bəndində göstərilmişdir ki, tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. Müqavilənin 3 2-ci bəndinə əsasən tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major kimi müəyyənləşdirilir. Belə ki, iddiaçı MTK tərəfindən inşa olunan Bakı şəhəri, Nərimanov rayonu. Ə.Əlizadə küçəsi. 42/9 ünvanında yerləşən çoxmərtəbəli binanın layihəsində dəyişikliklər aparıldığından, tərəflər arasında müqavilənin müddəaları nəzərə alınaraq fors-major hal kimi qiymətləndirilən dünyada və ölkədə baş vermiş pandemiya şəraiti iddiaçının iqtisadi durumuna ziyan vurduğundan, iqtisadi ardıcıllığı pozduğundan, həmçinin 16 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da. 9,10.11 mərtəbəli bina tikilməsi üçün razılıq əldə olunmuşdur. Bu səbəbdən də, binada mənzillərin sayı məhdud olduğundan, cavabdeh Cavabdeh müqavilədə göstəriləş şərtləri icra etmək mumükün deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1, 421. 1, 421.2, 157.2, 157.4-cü maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir.
6. Məhkəmədə mülki işə mahiyyəti üzrə baxılması üçün hazırlıq mərhələsində iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili vəkil3 tərəfindən MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət olunaraq məhkəmədən cavabdeh Cavabdeh qarşı onun ilə X1 arasında bağlanmış ## ###### 2022-ci il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 310320 manat məbləğində pulun tutulması, həmçinin 600 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
7. Cavabdeh İddiaçı MTK-ya qarşı “kirayə haqqı, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ##.##.2019-cu il tarixli və ##.##.2020-ci il tarixli Əvəzləşdirmə Müqavilələri üzrə ödənilməmiş kirayə haqqının əvəzi kmi (13 700 manat + 29 000 manat + 36 000 manat) toplam olaraq 78 700 ( yetmiş səkkiz min yeddi yüz) manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-dan qarşılıqlı iddiaçı Cavabdeh xeyrinə tutulması qeyd olunan müqavilələr üzrə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK tərəfindən qarşılıqlı iddiaçı X5 təqdim edilmiş inşa edilən binanın B blokunun 4-cü mərtəbəsində ** saylı 2 otaqlı 87 m2 sahəli mənzildə yaranmış 8 m2 fərqin, B blokunun 2-ci mərtəbəsində * saylı 3 otaqlı 120,3 m2 sahəli mənzildə yaranmış 16.2 m2 fərqin, B blokunda 7-ci mərtəbədə * saylı 3 otaqlı 120.3 m2 sahəli mənzildən yaranmış 16.2 m2 fərqin, C blokunda 2-ci mərtəbədə * saylı 2 otaqlı 79.6 m2 sahəli mənzildən yaranmış 17.1 m2 fərqin, toplam təqdim edilməli olan mənzillər üzrə sahələrdə yaranmış fərqə görə 57,5 m2 sahənin naturada veriməsi, mənəvi zərərin əvəzi olaraq 10 000 (on min) manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTKdan tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Məhkəmədə mülki işə mahiyyəti üzrə baxılması üçün hazırlıq mərhələsində qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət olunaraq qarşılıqlı iddia ərizəsinin toplam təqdim edilməli olan mənzillər üzrə sahələrdə yaranmış fərqə görə 57,5 m² sahənin naturada veriməsi barədə hissəsini toplam təqdim edilməli olan mənzillər üzrə sahələrdə yaranmış fərqə görə 55,44 m² sahənin əvəzi olaraq real bazar qiymətinə uyğun 138 600 manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-dan qarşılıqlı iddiaçı Cavabdeh xeyrinə tutulması barədə kimi qəbul edilməsi, iddia tələblərini digər hissələrdə olduğu kimi saxlamalarını və həmin tələblərin də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edilir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, sözügedən bina kompleksi 10, 11, 12 və 13 mərtəbəli binalar kimi tikilmişdirlər, müqaviləyə uyğun olaraq ona veriləsi mənzillər B blokunun 2-ci mərtəbəsində * saylı 3 otaqlı, B blokunda 7-ci mərtəbədə * saylı 3 otaqlı və C blokunda 2ci mərtəbədə * saylı 2 otaqlı mənzillərin verilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, ona veriləcək mənzillərin mərtəbələri layihə dəyişməsinə görə tikilməmiş qalmamışdır, əksinə aşağı mərtəbələrdir və ona veriləsi mənzillər çoxdan tikilmişdirlər. Lakin, onda olan məlumata görə, B blokunun 7-ci mərtəbəsində ona verilcək 3 otaqlı mənzilin 1 otağını həmin mərtəbədə olan digər qonşuya satdıqları üçün müqavilə öhdəliyini icra edə bilmirlər və məhkəməyə "guya layihə dəyişikliyinə görə mənzillərin sayının məhdud olduğu" barədə həqiqətə uyğun olmayan məlumat verirlər. Bundan başqa, iddia tələbində qeyd olunan "müvafiq mənzillə təmin edilməsi" ifadəsindəki “müfaviq sözü aydın deyildir. Iddiaçı "xxxx” MTK ilə son 3 ildə yaşadığı narahatçılıqlar və hazırda ona qarşı verilmiş uydurma iddia tələbi onda qarşılıqlı iddia ərizəsi vermək zərurəti yaratmışdır. O ümid edirdi ki, həmin şirkətlə məhkəmədənkənar razılaşa bilər, lakin verilmiş vədlərin icra edilməməsi və əksinə ona qarşı iddia qaldırması onun da qarşılıqlı iddia verməyinə vadar edir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, əvəzləşmə müqaviləsinə əsasən, ona məxsus mənzillər və obyektlər sökülərkən ilkin iddiaçı onu yeni mənzillə təmin edəcəyi vaxta qədər ona kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. Belə ki, onun mülkiyyətində olmuş Ə.Əlizadə küçəsindəki **/* saylı binanın 31- ci mənzilinə (3 otaqlı 78 kv m) görə ona aylıq 500 manat kirayə haqqının verilməsini razılaşmışdılar. Həmin mənzilə görə ona 2020-ci ilin may ayında cəmi 1 dəfə 800 manat kirayə haqqı verildi. Bundan sonra ona bildirildi ki, bank kartı verilməlidir və aylıq kirayə haqqı həmin karta oturacaqdır. Lakin, sonradan ona kirayə haqqını vermədiklərini gördükdə şirkətə müraciət etdi, oradan ona bildirildi ki, kirayə haqqı əvəzinə ona artıq kvadraturada mənzil veriləcəkdir. Bu münvalla 2020-ci ilin may ayından bu günə qədər 29 ay keçmişdir, 29 ayı hər ay üçün 500 manatdan hesablasaq 14 500 manat təşkil edir, həmin məbləğdən ona cəmi bir dəfə ödənilmiş 800 manatı çıxdıqdan sonra tək bu mənzilin ödənilməmiş kirayə haqqı 13 700 manat təşkil edir. Bundan başqa onun mülkiyyətində 2 ədəd qeyri-yaşayış obyektləri olmuşdurlar. Onlardan biri Ə.Əlizadə küçəsi ev 42/9 m 56 kimi qeyd olunmuş, faktiki sahəsi 45 kv m təşkil edirdi, həmin əmlaka dair onunla ##.##.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilə bağlanılan vaxt həmin əmlakı uzun müddət ofis kimi icarəyə verirdi və ayda 1000 manat gəlir əldə edirdi. Ona görə də ilkin iddiaçı "xxxx” MTK ona söz verdi ki, həmin obyektin kirayə haqqını aylıq 1000 manatdan hesablayacaqdır. Bir daha qeyd edir ki, həmin əmlakın əvəzləşməsinə dair müqavilə ##.##.2019-cu ildə bağlanmışdır və həmin tarixdən bu günə qədər 36 ay müddət keçmişdir. 36 ayı hər ay 1000 manatdan hesablasaq toplam 36 000 manat bu obyekt üçün verilməmiş kirayə haqqı borcu yaranmışdır. Qeyd edir ki, razılşmaya baxmayaraq bu məbləğdən ona heç nə ödənilməmişdir, yuxanda qeyd etdiyi kimi, "artıq kvadratura ilə" əvəzləşəcəyinə dair vəd verilmişdir. Ikinci obyekt isə, Ə.Əlizadə küç ev 42/9 ünvanda yerləşən ** saylı mənzili zirzəmisi olan, sənəddə 36 kv m, lakin faktiki 59 kv m olan əmlakdır. Həmin qeyri- yaşayış sahəsi oyun klubu və çay evi kimi istifadə edilirdi və aylıq 2-3 min manat gəlir gətirirdi. Bu obyektin sökülməsi zamanı ilkin iddiaçı İddiaçı MTK ona ##.##.2020-ci tarixli əvəzləşmə müqaviləsi ilə aylıq 1000 manat ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd etdiyi kimi, həmin müqavilə bağlandıqdan bu günə qədər 29 ay müddət keçmişdir və bu müddət ərzində də ona bu obyektə görə heç bir haqq ödənilməmişdir, bu obyektə görə ödənilməmiş kirayə haqqı məbləği hazırkı günə 29 000 manat təşkil edir. Qarşılıqlı iddia tələbinin ikinci hissəsi isə əvəzləşmə müqavilələri üzrə təklif edilmiş mənzillərin sahələri ilə bağlıdır. Belə ki, ##.##.2019-cu il tarixli Əvəzləşmə müqaviləsinə əsasən, onun Ə.Əlizadə küç 42/9 ünvanda yerləşən 45 m2 qeyri-yaşayış sahəsinin əvəzinə ona binanın A blokunda 10-cu mərtəbədə ** saylı 3 otaqlı 77 m2 və B blokunun 4-cü mərtəbəsində ** saylı 2 otaqlı 87 m2 sahədən ibarət mənzillər verilməli idi. Həmin mənzillərdən birincisi parametrlərə uyğun olsa da, digərinin 87 m2 sahəsi əvəzinə faktiki olaraq ona 79,2 m2 təqdim edilmişdir. Sahənin sökülən sahə ilə fərqini təmirsiz təqdim edilməsinə razılaşmışdı. Onu da qeyd edir ki, mülkiyyətində olan və sökülmüş sahə qeyriyaşayış sahəsi idi və göründüyü kimi yaşayış sahəsi ilə əvəzləndi. Belə ki, tikilən binada qeyriyaşayış sahəsinin 1 m2 qiyməti 10 000 manat civarında idi, mənzili qiyməti isə şirkətin dediyinə görə 1 kv.m görə 2200 manat təşkil edirdi. Yəni onun 45 m2 qeyri-yaşayış sahəsinin faktiki qiyməti 450 000 manat təşkil etməli idi, ona görə də ona 2 mənzil təklif olundu. Lakin qeyd etdiyi kimi, mənzillərdən birində müqavilədə göstərilən sahədən 8 m2 az verilmişdir. Bundan başqa, ##.##.2020-ci il tarixli əvəzləşmə müqaviləsinə əsasən, onun Ə.Əlizadə küçəsində yerləşən **/* saylı binanın ** saylı 3 otaqlı 78m2 sahədən ibarət mənzili və onun 60 m2 yaxın sahədən ibarət olan yarım-zirzəmisi əvəzinə ona tikiləcək binanın: B blokunun 2-ci mərtəbəsində * saylı 3 otaqlı 120,3 m2 sahədən ibarət mənzil; B blokunda 7-ci mərtəbədə * saylı 3 otaqlı 120.3 m2 sahədən ibarət mənzil; C blokunda 2-ci mərtəbədə * saylı 2 otaqlı 79.6 m2 sahədən ibarət mənzilin verilməsi razılaşdırılmışdır. Lakin faktiki olaraq : B blokunun 2-ci mərtəbəsində * saylı 3 otaqlı 120,3 m2 sahəli mənzil əvəzinə ona 104.1 m2 sahəli mənzil (fərq 16.2 m2 ) B blokunda 7-ci mərtəbədə * saylı 3 otaqlı 120.3 m2 sahəli mənzil əvəzinə ona 104.1 m2 sahəli mənzil (fərq 16.2 m2 ) C blokunda 2-ci mərtəbədə * saylı 2 otaqlı 79.6 m2 sahəli mənzil əvəzinə ona 62,5 m2 sahəli mənzil (fərq 17.1 m2 ) təqdim edilmişdir. Beləliklə yuxarıda qeyd olunan 5 əmlakdan 4-ü fərqli sahələrlə verilmişdir və toplam 57.5 m2 sahə ona müqavilədə qeyd olunan sahədən az verilmişdir. Həmin fərqi real bazar dəyəri şirkətin dediyi kimi 2200 manatdan hesablasaq hazırda 126 500 manat təşkil edir. Qarşılıqlı iddia ərizəsinin üçüncü hissəsi ona vurulmuş mənəvi zərərlə bağlıdır. Belə ki, qeyd edir ki, onunla İddiaçı MTK razılaaşmadığı üçün ona süni təziqlər edilirdi, evdəki dəmir borulara guya səhvən elektrik naqili birləşdirilmişdir, nəticədə uşağını elektik cərəyanı vurdu, aşağı mərtəbədə o yaşadığı halda yuxarı mərtəbədə təhlükəsizlik texnikasına riayət edilmədən söküntü işləri aparılırdı, daim başlarına tikinti materialları, daş qırıqları tökülürdü, həyətdə saxladığı şəxsi avtomobillərinin üstünə beton töküldü və sair qanunsuzluqlar edildi. Qeyd edildiyi bu təziqlərin nəticəsi kimi o məcbur oldu müqavilələri imzaladı və elə həmin gün öz əmlakından köçürüldü. Bununla bağlı dəfələrlə polis və prokurorluğa şikayətlər etmiş, müvafiq araşdırmalar başlanılmışdır. Bütün bunları qanunsuz hərəkətləri nəticəsində mənəvi əzab və sıxıntı keçirmiş, səhhəti pisləşib, şəkərli diabet xəstəliyi tapış və nəticədə uzun müddət xəstəxanada stasionar müalicə almalı olmuşdur. Ona vurulan mənəvi zərərin həcmini 10 000 manat dəyərləndirir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə təşəbbüsü ilə iş üzrə ilkin və təkrar məhkəmə texniki-tikinti ekspertizaları təyin edilmiş, ##.##.2023-cü il tarixli **/*** saylı və ##.##.2024-ci il tarixli № */**** saylı ekspert rəyləri alınmışdır. Hazırkı ərizənin davamında hər iki ekspert rəyi tamamilə eyni olduğundan rəylərə tarix və say fərqi qoymadan bir rəy kimi istinad edilir. Iddia ərizəsindən görünür ki, qarşılıqlı iddiaçı məhkəməyə qədər müddətdə iddia qaldırmamışdan mütəxəssisə müraciət etmiş və dörd mənzil üzrə toplam 57.5 m2 həcmdə fərqin yarandığını iddia edirdi və həmin fərqin naturada verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ekspert rəylərindən də görünür ki, mütəxəssis rəyi həqiqətə yaxındır və tələb əsaslıdır. Belə ki, iddia ərizəsində və əlavə edilmiş əvəzləşmə müqavilələrindən 4 mənzilin ümumi sahəsi toplam olaraq 407.2 m2 təşkil etməli idi: - ##.##.2019-cu il tarixli Əvəzləşmə müqaviləsinə əsasən, B blokunun 4-cü mərtəbəsində ** saylı 2 otaqlı 87 m2 sahədən ibarət mənzillər verilməli idi. - ##.##.2020-ci il tarixli əvəzləşmə müqaviləsinə əsasən, B blokunun 2ci mərtəbəsində * saylı 3 otaqlı 120,3 m2 sahədən ibarət mənzil; B blokunda 7-ci mərtəbədə * saylı 3 otaqlı 120.3 m2 sahədən ibarət mənzil; C blokunda 2-ci mərtəbədə * saylı 2 otaqlı 79.6 m2 sahədən ibarət mənzilin verilməsi razılaşdırılmışdır. Yəni , 87 + 120.3 + 120.3 + 79.6 = 407,2 m2 . Hər iki ekspert rəyində isə qeyd edilir ki, - B blokunun 2-ci mərtəbəsində * saylı 3 otaqlı mənzilin sahəsi 104,8 m2 təşkil edir; - B blokunun 4-cü mərtəbəsində * saylı 3 otaqlı mənzilin sahəsi 104,8 m2 təşkil edir; - B blokunun 7-ci mərtəbəsində * saylı 3 otaqlı mənzilin sahəsi 79,66 m2 təşkil edir; - C blokunun 2-ci mərtəbəsində * saylı 2 otaqlı mənzilin sahəsi 62,5 m2 təşkil edir. Yəni ekspertizanın müəyyən etdiyi sahə toplam olaraq 104,8 + 104,8 + 79,66 + 62,5 = 351,76 m2 . Daha sonra, sadə riyazi üsulla müqavilə ilə verilməsi öhdəliyi götürülmüş ümumi 407,2 m 2 sahədən faktiki müəyyən edilmiş 351,76 m2 çıxdıqdan dəqiq fərqin 55,44 m2 oldugunu görürlər. Qeyd edik ki, iddia ərizəsində də təxmini eyni fərqi qeyd etmişdi. Lakin bir müddət öncə onlara məlum oldu ki, həmin binada satılmamış “boş” mənzillər artıq qalmamışdır. Iddialarnın təmin ediləcəyi halda, tələbin “yaranmış fərqə görə 57.2 m2 sahənin naturada verilməsi” hissəsinin icrasında çətinliklər yaranacaqdır, qarşılıqlı iddia üzrə cavabdeh elə sahənin mövcud olmayacağını bildirəcəkdir. Odur ki, iddianı bu hissədə dəyişdirmək qərarına gəlmişlər və həmin fərqin dəyərini pul şəklində tələb edirlər. Tərəflərindən qiymətləndirmə işləri ilə məşğul olan mütəxəssisə müraciət edilmiş və “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli hesabat alınmışdır. Həmin hesabatdan aydın olur ki, sözügedən binada mübahisəli mənzillərin 1m2 qiyməti (təmirsiz olduğu üçün) 2500 manatdır. Odur ki, hesab edir ki, tələb etdiyi fərqin dəyəri - 55,44m2 x 2500 azn = 138 600 manat təşkil edir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) ilkin və qarşılıqlı iddia tələblərinin rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində pulun 100 manatı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MTK-dan, 100 manatının ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının dəyəri olan 500 manat məbləğində pulun ödənilməmiş 250 manatı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq, “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
12. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əvəzləşdilrilmə müqavilələrinə əsasən Cavabdeh məxsus olan faktiki sahəsi 88 m2 ** saylı mənzilin və həmin mənzilin altında yerləşən 59 m2 zirzəminin əvəzinə güzəştli şərtlərlə eyni parametrlərlə binanın B blokunda, 2-ci mərtəbəsində * saylı 3 otaqlı (zal studiya) 120,3 m² B blokunda 7-ci mərtəbəsində, * saylı 3 otaqlı (zal studiya) 120.3 m2 C blokunda 2-ci mərtəbəsində, * saylı 2 otaqlı (zal studiya) 79.6 m2 dən (ümumi-cəmi verilən sahə 320 2 m2 ) ibarət olan təmirsiz mənzil verməyi mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Ilk iddiaçı ilk əvvəl yəni, tərəflər arasında olan ## ### 2020-ci il tarixli müqavilənin icrası qeyri-mümkün olduğundan məhkəmə tərəfindən müqaviləyə xitam verilməsi zərurəti yaranması olmasını iddia etsə də, sonradan tələbini dəyişərək ## ###### 2022-ci il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 310320 manat məbləğində pulun tutulmalı olmasını iddia etmiş və dəyişdirilmiş tələbinin əsası kimi cavabdehin hərəkətləri nəticəsində müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi ilə ona onlara ziyan vurulmasına istinad etmişdir.
13. Işin materiallarından görünür ki, ilk iddiaçı üzrə cavabdeh tərəflər arasında bağlanmış müqavilələrdə qeyd edilən əmlakların mülkiyyətçisidir və onlar arasında 2019-cu ildən bu əmlaklarla bağlı müqavilə münasibətləri yaranmaqla davam etmiş, aralarında yaranmış narazılıqlarla bağlı cavabdehin dəfələrlə şikayətləri əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırılmalar ararılmışdır. Cavabdehin əmlakları sökülmüş və onun əvəzində verilən yeni əmlaklarla bağlı aralarında təkrar mübahisələr yaranmışdır. Müəyyən edimişdir ki, tərəflər arasında mübahisə əmlakların müqavilə üzrə təhvil verilməli olmasından ibarətdir ki, hər bir tərəf bu müqavilə şərtlərinin pozulmasında bir-birini günahlandırır.
14. Lakin iddiaçı tərəf cavabdehin 310320 manat məbləğində zərər vurulmasının konkret nədə ifadə olunması, bu ziyanın nə vaxt, hansı formada yetirilməsi, bir sözlə zərərin vurulması meyarları barədə heç bir sübut təqdim etməmiş, ümumi sözlərlə cavabdehin vaxtında müqavilə şərtlərini yerinə yetirməməsinə, yəni evini vaxtında təhvil verməməsinə görə bu ziyanın əlavə işlər görülməsində özünü göstərməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında cavabdeh tərəfindən əmlaklar vaxtında deyil, razılaşdırılan müddətdən 6 ay sonra təhvil verildiyi üçün maddi ziyan çəkdiklərini bildirmişdir. Eyni zamanda iddiaçı mütəxəssis rəyi təqdim edərək, Cavabdeh tərəfindən qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeni tikilinin inşa edilməsinin yubadılması nəticəsində İddiaçı MTK-ya 279120 manat dəyərində ziyan dəydiyini iddia etmişdir.
15. Mütəxəssis rəyindən görünür ki, ziyan məbləğinə İddiaçı MTK-nın işçi personalarına, avadanlıqlarına, maşın-mexanizminə, kommunal xərclərinə, digər mülkiyyətçilərə əlavə 6 ay kirayə haqqı ödənilməsinin ümumi dəyərləri aid edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddiasının əsaslılığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş CD-diskdə olan foto və videogörüntülərdən görünür ki, hələ 2019-cu ilin oktyabr ayında mübahisəli ərazidə söküntü işləri aparılmışdır. Digər tərəfdən qəzalı vəziyətdə olan binada yalnız Cavabdeh əmlaklarını təqdim etməməsi, iddiaçı tərindən həqiqətən göstərilən xərclərin çəkilməsinə dair mötəbər sübutlar da yoxdur. Hazırki halda ilkin əsas kimi təqsirli və ya təqsirsiz olaraq hüquqa zidd əməlin törədilməsi halı sübuta yetirilmədiyindən, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, hər hansı bir hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) olmadığı halda, onun olmayan nəticəsi barədə münasibət bildirmək də faktiki olaraq mümkün deyildir. Məhkəmə hesab etmişdir ki, ilk iddiaçı tərəf cavabdehin ona ziyan vurulması faktını sübut edə bilmədiyindən iddiası bu hissədə əsassızdır.
17. Ilk tələbin digər hissəsi olan Cavabdeh ilə X1 arasında bağlanmış ## ###### 2022-ci il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf əvvəla belə bir müqaviləni məhkəməyə təqdim etməmiş və onun hazırki mübahisəyə hansı formada aidiyyatı olması məlum deyildir. Beləliklə də, tələbin qeyd edilən hissəsi də digər tələb kimi əsaslandırılmadığından rədd olunmalıdır.
18. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, Cavabdeh ilə MTK arasında bağlanmış müqavilələrə əsasən qarşılıqlı iddiaçıya iddia ərizəsində göstərilən mənzillər təhvil verilməmişdir. Mülki işin materiallarından müəyyən edilir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinə daxil olmayan, İddiaçı MTK tərəfindən inşa edilən binanın A blokunun 10-cu mərtəbəsində ** saylı 3 otaqlı 77 kv.m sahəli mənzil təhvil verilmiş; həmin mənzilə münasibətdə tərəflərin arasında razılıq əldə edildiyindən, məhkəmə tərəfindən mənzillərin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa həmin mənzilə münasibətdə ləğv edilmişdir (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-**(***)-**/**** saylı qərardadı). Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflərin arasında bağlanmış ## ### 2020-ci il tarixli müqavilə ilə İddiaçı MTK mülkiyyətçiyə məxsus olan, ** saylı, pilləkanı və divaraltı sahələri nəzərə alınmaqla artırma ilə birlikdə sahəsi 88 m² olan mənzilin və həmin mənzilin altında yerləşən 59 m² zirzəminin əvəzinə, güzəştli şərtlərlə, eyni parametrlərlə binanın B blokunda, 2-ci mərtəbəsində, * saylı 3 otaqlı 120,3 m²; B blokunda, 7-ci mərtəbəsində, * saylı 3 otaqlı 120,3m²; C blokunda 2-ci mərtəbəsində * saylı 2 otaqlı, 79,6 m²dən ibarət olan təmirsiz mənzillərin “Mülkiyyətçi”yə verməsini öhdəsinə götürmüşdür.
19. Tərəflərin arasında bağlanmış ## ####### 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsindən görünür ki, İddiaçı MTK mülkiyyətçiyə məxsus olan, qeyri-yaşayış kimi fəaliyyət göstərən faktiki sahəsi 45 m² mənzilin əvəzinə, güzəştli şərtlərlə binanın A blokunda, X mərtəbəsində, ** saylı 3 otaqlı 77m²-dən və B blokunda, IV mərtəbəsində, satış üçün nəzərdə tutulan ** saylı 2 otaqlı, sahələr cəmi 87 m² ibarət olan təmirsiz mənzili “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürmüşdür. Artıq qeyd edildiyi kimi, iddia tələbində göstərilən mənzillər Cavabdeh təhvil verilməmişdir. Mənzillərin sahələrinin müəyyənləşdirilməsinə dair məhkəmə tərəfindən mühəndis texniki ekspertizaları təyin edilərək, keçirilmişdir. Həmin rəylərlə müəyyən edilir ki, ünvan 1 ünvanında İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın «B» blokunda 2-ci və 4-cü mərtəbələrində yerləşən * saylı 3 otaqlı (zal studiya) mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 122,3 kv.m, “B” blokunun, 7-ci mərtəbəsində yerləşən * saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 92.99 kv.metr, “C” blokunun 2-ci mərtəbəsində yerləşən * saylı 2 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 75,0 kv.m-dir.
20. Məhkəmə qeyd etmişdir ki, ekspert rəylərində mübahisəli mənzillər “B” blokunun 2 və 4cü mərtəbələrində * saylı 3 otaqlı, “B” blokunda 7-ci mərtəbəsində yerləşən * saylı 3 otaqlı və “C” blokunun 2-ci mərtəbəsində yerləşən * saylı 2 otaqlı mənzil olaraq göstərilmişdir. Halbuki, həm müqavilə, həm iddia ərizəsi həm də ekspertizanın təyin edilməsi barədə qərardadda mənzillər B blokunun, 2-ci mərtəbəsində, * saylı 3 otaqlı; B blokunun, 7-ci mərtəbəsində, * saylı 3 otaqlı; C blokunun 2-ci mərtəbəsində * saylı 2 otaqlı, B blokunun, 4-cü mərtəbəsində, ** saylı 2 otaqlı mənzillər olaraq qeyd edilmişdir. Buna baxmayaraq, məhkəmə iclasında verilən izahatlarla müəyyən edilmişdir ki, ekspertiza tədqiqatı prosesində mənzillərə baxış tərəflərin iştirakı ilə keçirilmiş və qarşılıqlı iddiaçı ona verilməsi üçün təqim edilən mənzillərin tədqiq edildiyini qəbul etmişdir. Işin sözügedən halını, eyni zamanda eksert rəyinin mülki işin materialları ilə təkzib edilmədiyini və ekspertin məhkəmə prosesində rəyini müdafiə etdiyini nəzərə alaraq hesab edir ki, texniki yanlışlıq ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsinə maneə olaraq qəbul edilməməlidir. Beləliklə, ekpert rəyləri ilə Cavabdeh təhvil verilməli olan mənzillərin sahələrinin müqavilə ilə razılaşdırılandan 57,5 m² əksik olması faktı müəyyən edilmir. Belə ki, B blokunun 2-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin sahəsinin 122,3 m²; B blokunun 7-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilinin sahəsinin 122,3 m²; B blokunun 4- cü mərtəbəsində yerləşən, ** saylı 2 otaqlı mənzilin sahəsinin 92,99 m²; C blokunun 2-ci mərtəbəsində yerləşən * saylı 2 otaqlı mənzilin sahəsinin 75 m² olduğu müəyyən edilmişdir. Belə olan təqdirdə qarşıqlı idda üzrə sahənin əksik olan hissəsinin əvəz edilməsi Cavabdeh təqdim edilən rəylər ilə bağlanmış müqavilələrdə verilmiş əmlakların sahələrində fərq olmasına istinad etsə də müəyyən edilmişdir ki, əmlakların ümumi sahəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59-cu fəslində tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən müəyyən edildiyi halda dörd mənzil üzrə toplam 57.5 m² həcmdə fərqin yaranmasına dair tələbi əsaslı sayıla bilməz.
21. Məhkəmə qeyd etmişdir ki, hər bir müqavilənin spesifik xüsusiyyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir, belə ki, özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyildir. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq azaltma əmsalları tətbiq edilməklə mənzilin sahəsinin hesablanması hüquq müəyyənedici sənədlərin verilməsi zamanı nəzərə alınır, lakin həmin sahələr tərəflər arasında bağlanmış müqavilə üzrə tikilməli olan mənzilin tərkib hissəsi olduğundan müqavilə üzrə mənzil təhvil verilərkən onların sahəsi tam nəzərə alınmalıdır. Oxşar işlərlə bağlı məhkəmə təcrübəsi də ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilə tərəfləri sahənin hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş hesablama qaydası tətbiq edilir.
22. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbinin ##.##.2019-cu il tarixli və ##.##.2020-ci il tarixli Əvəzləşdirmə Müqavilələri üzrə ödənilməmiş kirayə haqqının əvəzi kimi toplam olaraq 78 700 manat pulun tutulmalı olması hissəsini də əsassız hesab edərək qeyd etmişdir ki, müqavilələrlə kirayə pulun ödənilməsi bağlı MTK-nın öhdəliyinin olması görünmür.
23. Birinci instasniya məhkəməsi tələbin mənəvi zərərin vurulması ilə bağlı hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, şəxsin fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qarşılıqlı iddiaçı əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş «X6» arayışı tələbin qeyd edilən hissəsinin əsaslı olmasını təsdiq edə bilməz. Belə ki, orada göstərilən xəstəliyin məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Cavabdeh dəfələrlə polis və prokurorluğa şikayətlər etməsi, müvafiq araşdırmalar başlanılması kimi hallar da tələbin qeyd edilən hissəsinin əsaslı olmasına dəlalət etmir. Belə ki, bu şikayətlər üzrə araşdırmalar zamanı cinayət işinin başlanması üçün əsaslar olmaması müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 21.1, 21.2, 21.3, 386.1, 389.1, 390.1, 405.1, 425.1, 752.1, 759.1, 759.2-cı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının ##.##.2012-ci il tarixli Qərarının 3.1, 3.2, 33, 3.4, 3.5, 3.8-ci bəndləri; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3, 59.4, 59.5-ci; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan RespublIkasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 101.7, 206.1, 217.3, 217.4, 218.1, 207.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
25. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız cavabdehin nümayəndəsinin mövqeyindən çıxış edərək, işdə olan sübutlara, faktlara münasibət bildirmədən qanuna zidd qətnamə qəbul etmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon Icra Hakimiyyəti ilə “xxxx» Mənzil Tikinti Kooperativi arasında ünvan 1 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə ## ##### 2017-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 4 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçun İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin müqavilənin şərtlərinə görə MTK tərəfindən mənzil mülkiyyətçiyə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsi dayandırılır. Həmin zaman bütun sakinlər MTK-ilə razılaşmış və müqavilə bağlamışlar. Göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən cavabdeh Cavabdeh ilə MTK arasında müxtəlif vaxtlarda 2 (iki) müqavilə bağlanmışdır. Cavabdeh ilə MTK arasında bağlanmış ## ####### 2019-cu il tarixində əvəzləşdilrilmə müqaviləsinə əsasən MTK mülkiyyətçiyə məxsus olan qeyri-yaşayış kimi fəaliyyət göstərən faktiki sahəsi 45 kv.m mənzilin əvəzinə, güzəştli şərtlərlə binanın A blokunda X mərtəbəsində, ** saylı 3 otaqlı 77 kv.m və B blokunda 4-cü mərtəbəsində ** saylı 2 otaqlı sahələr cəmi 87 kv.m ibarət olan təmirsiz mənzili mülkiyyətçiyə verməyi, Cavabdeh ilə MTK arasında bağlanmış ## ### 2020-ci il tarixində əvəzləşdirmə müqaviləsinə görə MTK mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 88 m2 ** saylı mənzilin və həmin mənzilin altında yerləşən 59 m2 zirzəminin əvəzinə güzəştli şərtlərlə eyni parametrlərlə binanın B blokunda, 2cı mərtəbəsində * saylı 3 otaqlı (zal studiya) 120,3 m2 B blokunda 7-cı mərtəbəsində, * saylı 3 otaqlı (zal studiya) 120.3 m2 C blokunda 2-ci mərtəbəsində, * saylı 2 otaqlı (zal studiya) 79.6 m2 dən (umumı-cəmı verilən sahə 320 2 m2 ) ibarət olan təmirsız mənzil mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Hər iki Müqavilənin şərtlərinə görə müqavilələrin 1.2-ci bəndinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Göründüyü kimi, hər iki müqavilə arasındakı fərq 6 (ay) müddət Cavabdeh tərəfindən mülkiyyətçi bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə tərk etməməyi MTK-nı ciddi zərərə salmışdır. Belə ki, digər sakinlərlə həmin vaxtda yəni 2019-cu ilin sonunda müqavilələr bağlanıb yekunlaşsa da, Cavabdeh ilə sonuncu müqavilə ## ### 2020-ci ildə bağlanmışdır. Buna görə də ünvan 2 (yəni 112) ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeni tikilinin inşa edilməsinin 6 ay müddətində vətəndaş Cavabdeh tərəfindən yubadılması nəticəsində İddiaçı MTK-ya vurulmuş maddi ziyanın məbləği “X7 və Ekspertiza Mərkəzi” MMc tərəfindən tərtib edilmiş ## #### 2023-cü il tarixli ** nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur. Zərər məbləği isə aşağıdakı qaydada müəyyən edilmişdir: Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni tikiləcək binaların bünövrəsi qoyulduqdan sonra tikinti işləri 24 ay müddətində başa çatdırılmalı idi. Lakin, Cavabdeh mülkiyyətində olan mənzilləri vaxtında təhvil verməməsi nəticədə tikinti işlərini müqavilədə nəzərdə tutulmuş müddətdə başlamaq mümkün olmamış, bu səbəbdən də İddiaçı MTK işçi personallarına, avadanlıqlarına, maşın-mexanizminə, komunnal xərclərinə digər mülkiyyətçilərə əlavə 6 ay kirayə haqqı ödənilmişdir. Işə əlavə edilmiş ## ####### 2019-cu il və ## ### 2020-ci il tarixli əvəzləşdirmə müqavilələrinin arasındakı fərqə əsasən binada aparılmalı olan tikinti işlərinin yubanması 6 aydan çox müddət olmuşdur. Hesab edir ki, tərəflər arasında bağlanan müqavilələr arasındakı fərq yəni 25 oktyabrda bağlandığı halda Cavabdeh tərk etmək barədə öhdəlik götürsə də yenidən ## ### 2020-ci ildə bağlanmış müqavilə ilə öhdəliyini pozmuş, İddiaçı MTK-nı əmlak hüquqları kobudcasına pozulmuş və digər mülkiyyətçilər barəsində əlavə öhdəlilklər yaratmışdır. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib.
27. Qətnamədən həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Ilk iddia üzrə cavabdehin apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə həmin maddi hüquq normasını (59-cu fəsil adı ilə) düzgün tətbiq etsə də, normanın təfsirində hüquqi səhvə yol vermiş, bununla da maddi hüquq normalarını pozmuşdur. Məhkəmə bu qənaətə gəlmişdir ki, hər bir müqavilənin spesifik xüsusiyyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir, belə ki, özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyildir. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq azaltma əmsalları tətbiq edilməklə mənzilin sahəsinin hesablanması hüquq müəyyənedici sənədlərin verilməsi zamanı nəzərə alınır, lakin həmin sahələr tərəflər arasında bağlanmış müqavilə üzrə tikilməli olan mənzilin tərkib hissəsi olduğundan müqavilə üzrə mənzil təhvil verilərkən onların sahəsi tam nəzərə alınmalıdır. Oxşar işlərlə bağlı məhkəmə təcrübəsi də ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilə tərəfləri sahənin hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş hesablama qaydası tətbiq edilir. Cavabdeh ilə MTK arasında bağlanmış ## ####### 2019-cu il tarixində əvəzləşdilrilmə müqaviləsindən görünür ki, MTK mülkiyyətçiyə məxsus olan qeyri-yaşayış kimi fəaliyyət göstərən faktiki sahəsi 45 kv.m mənzilin əvəzinə, güzəştli şərtlərlə binanın A blokunda X mərtəbəsində, ** saylı 3 otaqlı 77 kv.m və B blokunda 4-cü mərtəbəsində ** saylı 2 otaqlı sahələr cəmi 87 kv.m ibarət olan təmirsiz mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürür. - Cavabdeh ilə MTK arasında bağlanmış ## ### 2020-ci il tarixində əvəzləşdirmə müqaviləsindən görünür ki, MTK mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 88 m2 ** saylı mənzilin və həmin mənzilin altında yerləşən 59 m2 zirzəminin əvəzinə güzəştli şərtlərlə eyni parametrlərlə binanın B blokunda, 2- cımərtəbəsində * saylı 3 otaqlı (zal studiya) 120,3 m2 B blokunda 7-cı mərtəbəsində, * saylı 3 otaqlı (zal studiya) 120.3 m2 C blokunda 2-ci mərtəbəsində, * saylı 2 otaqlı (zal studiya) 79.6 m2 dən (ümumı-cəmi verilən sahə 320 2 m2 ) ibarət olan təmirsız mənzil verməyi mülkiyyətçiyə verməyi öhdəsinə götürür. - Müqavilələrin 1.2-ci bəndinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. - Müqavilələrin 3.1-ci bəndinə əsasən tərəflər forsmajor hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. - Müqavilələrin 3 2-ci bəndinə əsasən tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major kimi müəyyənləşdirilir. Tərəflər arasında bağlanmış müqavilədə sahənin hesablanması qaydası müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, məhkəmənin də istinad etdiyi kimi oxşar işlərlə bağlı məhkəmə təcrübəsi əsas götürülməlidir. Oxşar işlərlə bağlı məhkəmə təcrübəsi də ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilə tərəfləri sahənin hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş hesablama qaydası tətbiq edilir. Məhkəmə isə, bu halda maddi hüquq normasının tələblərini tətbiq edərək iddia tələbini təmin etməli olduğu halda, maddi hüquq normasını tətbiq etməsinə rəğmən, normanın tətbiqində səhvə yol verərək, iddia tələbini təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır..
c) Proses iştirakçılarının izahatı
30. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili vəkil3 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, onların apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. ##.##.2019-cu ildə tərəf müqavilə bağlamış və mənzili 5 gün ərzində tərk etmə öhdəliyini öz üzərinə götürmüşdür. Onlar da həmin yerdə tikinti işlərini davam etdirməli idilər. ##.##.2020-ci ildə yeni müqavilə bağlanmışdır. Həmin 6 ay ərzində nəqliyyat vasitələrinin kirayəyə götürülməsi, işçi heyətinin işlədilməsi nəticəsində MTK-ya külli miqdarda zərər dəyməsinə səbəb olmuşdur. Bununla bağlı mütəxəssis rəyi vermişdir. Onlar iddia tələbinə dəqiqləşdirmə ilə bağlı ərizə də vermişlər. Cavabdeh mənzillərdən birini başqa bir şəxsə satmışdı, həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdilər. Lakin, müqaviləni əldə edə bilmədilər, daha sonra dəqiqləşdirmə ərizəsi verdilər, hazırda dəymiş ziyanı tələb edirlər. Qarşı tərəfin apellyasiya şikayətinə etiraz edirlər. Ekspert rəyi vardır ki, mənzillərin ölçülərində heç bir fərq olmamışdır. Cavabdeh tərəfindən onlara qarşı delikt törədilmişdir. Müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Cavabdehin həmin ərazidə 5-6 mənzili olmuşdur. Cavabdehin hərəkətləri nəticəsində onlara 380 min manat ziyan vurulub. Digər sakinlərlə belə bir problem yaşanmayıb. Onlar mütəxəssis rəyinə istinad edərək, zərəri tələb edirlər. Onların öhdəliyi var ki, MTK olaraq binanı tikib, sakinlərin istifadəsinə versinlər. Xeyr, ikinci müqavilə bağlanılana qədər birinci müqavilə üzrə əmlak onlara təhvil verilməmişdi, sökülməmişdi. Ilkin müqavilə üzrə mənzilin olduğu yer MTK-nın görəcəyi işlərlə bağlı idi, şərait yaradılmırdı. 2019-cu il tarixli müqavilə bağlanılarkən orada olan sakinlərin 95 faizi ilə razılıq əldə edilmişdir və onlar həmin ərazini tərk etmişdirlər.
31. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, Cavabdeh izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, o, evdə olmadığı vaxt ##.##.2019-cu il tarixdə qonşuları ona zəng vuraraq bildirdi ki, iki obyektini söküblər. Həmin vaxtı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdilər ki, söküntü dayandırılsın. 1 gün dayandırıldı, daha sonra davam etdilər. Onunla müqavilə bağlanılmayıb. ##.##.2019-cu il tarixdə sökülmə ilə bağlı sübutlarını məhkəməyə təqdim etmişdir. ##.##.2020-ci ildə onu çıxaran kimi bir evi təhvil verdilər. Ona kirayə pulu vermədilər, evi təmirsiz verdilər. Evi özü təmir edib, satdı. Beş balaca ev veriblər, 120 kv/m dedikləri ev 104 kv/m-dir. Ölçdürəndə də deyirlər ki, divarların altı da hesablanır. Bütün evlərin kvadratları əksikdir. Evlərin açarlarını ona təhvil vermirlər. 7 ay ərzində ona çox ziyan vurulub. Tikintidə qızının ayağına armatur atdılar. Maşınlarına zərər vurulub, hər maşına 2000 manat xərc çəkmişdir. Mebellərimin yarısı orada məhv oldu, 1 gün vaxt verdilər ki, evdən çıxsın. Əgər onların təqsiri olmasaydı, nəyə görə 1500 manat cərimə edilirdilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində başqa bir iddiaları da var. 621 kv/m razılaşmışdılar, evdə müqaviləyə baxanda 484 kv/m yazıldığını gördü. Müqaviləni isə köhnə tarixə rəsmiləşdiriblər, o, o vaxt buna diqqət etməmişdi. Hazırkı tələbi maddi və mənəvi zərərlə bağlıdır. 2 obyektini qanunsuz söküblər. Onu binaya yaxın qoymurlar, açarları vermirlər. Ona zəng vurdular, evi təhvil almaq üçün getdi, lakin vermədilər. Dedilər ki, məhkəmədə iş gedir, ona görə də evi təhvil vermirlər. Məhkəmələrdə isə deyirlər ki, guya o, mənzili təhvil almaq istəmir.
32. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil2 izahatında qeyd etdi ki, bəzən müqavilələrdə qanunvericilikdən fərqli müddəa nəzərdə tuturlar. Onlarla bağlanılmış müqavilədə kvadratın hesablanması ilə bağlı heç bir müddəa yoxdur. Ona görə də onların işdə qanunvericiliyin tələbləri nəzərə alınmalı, hesablanmalı və buna uyğun mənzil verilməlidir. Bununla bağlı mütəxəssis rəyi də təqdim edilib.
Tətbiq edilən hüquq normaları:
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəyə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
34.Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Cavabdeh ilə MTK arasında bağlanmış ## ####### 2019-cu il tarixində əvəzləşdilrilmə müqaviləsinə əsasən MTK mülkiyyətçiyə məxsus olan qeyriyaşayış kimi fəaliyyət göstərən faktiki sahəsi 45 kv.m mənzilin əvəzinə, güzəştli şərtlərlə binanın A blokunda X mərtəbəsində, ** saylı 3 otaqlı 77 kv.m və B blokunda 4-cü mərtəbəsində ** saylı 2 otaqlı sahələr cəmi 87 kv.m ibarət olan təmirsiz mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürür.
41. Cavabdeh ilə MTK arasında bağlanmış ## ### 2020-ci il tarixində əvəzləşdirmə müqaviləsinə əsasən MTK mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 88 m2 ** saylı mənzilin və həmin mənzilin altında yerləşən 59 m2 zirzəminin əvəzinə güzəştli şərtlərlə eyni parametrlərlə binanın B blokunda, 2-cı mərtəbəsində * saylı 3 otaqlı (zal studiya) 120,3 m2 B blokunda 7-cı mərtəbəsində, * saylı 3 otaqlı (zal studiya) 120.3 m2 C blokunda 2-ci mərtəbəsində, * saylı 2 otaqlı (zal studiya) 79.6 m2 dən (umumı-cəmı verilən sahə 320 2 m2 ) ibarət olan təmirsız mənzil verməyi mülkiyyətçiyə verməyi öhdəsinə götürür.
42. Ilkin iddia üzrə iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi cavabdehdən 310320 manat maddi zərərin tutulması tələbini onunla əsaslandırır ki, cavabdeh mülkiyyətində olan mənzilləri vaxtında təhvil verməməsi nəticəsində tikinti işlərini müqavilədə nəzərdə tutulmuş müddətdə başlamaq mümkün olmamış, bu səbəbdən də İddiaçı MTK işçi personallarına, avadanlıqlarına, maşın-mexanizminə, komunnal xərclərinə digər mülkiyyətçilərə əlavə 6 ay kirayə haqqı ödənilmişdir. ## ####### 2019-cu il və ## ### 2020-ci il tarixli əvəzləşdirmə müqavilələrinin arasındakı fərqə əsasən binada aparılmalı olan tikinti işlərinin yubanması 6 aydan çox müddət olmuşdur.
43. Məhkəmə kollegiyası ilkin iddia tələbinin əsassız olması üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edri ki, iddiaçı tərəf cavabdehin 310320 manat məbləğində zərər vurulmasının konkret nədə ifadə olunması, bu ziyanın nə vaxt, hansı formada yetirilməsi, bir sözlə zərərin vurulması meyarları barədə heç bir sübut təqdim etməmiş, ümumi sözlərlə cavabdehin vaxtında müqavilə şərtlərini yerinə yetirməməsinə, yəni evini vaxtında təhvil verməməsinə görə bu ziyanın əlavə işlər görülməsində özünü göstərməsini bildirmişdir.
44. Işdən görünür ki, ilk iddiaçı üzrə cavabdeh tərəflər arasında bağlanmış müqavilələrdə qeyd edilən əmlakların mülkiyyətçisidir və onlar arasında 2019-cu ildən bu əmlaklarla bağlı müqavilə münasibətləri yaranmaqla davam etmiş, aralarında yaranmış narazılıqlarla bağlı cavabdehin dəfələrlə şikayətləri əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırılmalar ararılmışdır. Cavabdehin əmlakları sökülmüş və onun əvəzində verilən yeni əmlaklarla bağlı aralarında təkrar mübahisələr yaranmışdır.
45. Ilkin iddia üzrə iddiaçı tələbini belə əsaslandırır ki, cavabdeh mülkiyyətində olan mənzilləri vaxtında təhvil verməməsi nəticədə tikinti işlərini müqavilədə nəzərdə tutulmuş müddətdə başlamaq mümkün olmamış, bu səbəbdən də İddiaçı MTK işçi personallarına, avadanlıqlarına, maşın-mexanizminə, komunnal xərclərinə digər mülkiyyətçilərə əlavə 6 ay kirayə haqqı ödənilmişdir. Işə əlavə edilmiş ## ####### 2019-cu il və ## ### 2020-ci il tarixli əvəzləşdirmə müqavilələrinin arasındakı fərqə əsasən binada aparılmalı olan tikinti işlərinin yubanması 6 aydan çox müddət olmuşdur. Hesab edir ki, tərəflər arasında bağlanan müqavilələr arasındakı fərq yəni 25 oktyabrda bağlandığı halda Cavabdeh tərk etmək barədə öhdəlik götürsə də yenidən ## ### 2020-ci ildə bağlanmış müqavilə ilə öhdəliyini pozmuş, İddiaçı MTK-nı əmlak hüquqları kobudcasına pozulmuş və digər mülkiyyətçilər barəsində əlavə öhdəlilklər yaratmışdır.
46. Iddiaçı mütəxəssis rəyi təqdim edərək, Cavabdeh tərəfindən qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeni tikilinin inşa edilməsinin yubadılması nəticəsində İddiaçı MTK-ya 279120 manat dəyərində ziyan dəydiyini iddia etmişdir.
47. Lakin mütəxəssis rəyindən görünür ki, ziyan məbləğinə İddiaçı MTK-nın işçi personalarına, avadanlıqlarına, maşın-mexanizminə, kommunal xərclərinə, digər mülkiyyətçilərə əlavə 6 ay kirayə haqqı ödənilməsinin ümumi dəyərləri aid edilmiş, iddiaçı tərəfindən həqiqətən bu qədər xərc çəkilməsini, təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
48. Digər tərəfdən ilkin iddiaçı tərəf cavabdehin müqavilə öhdəliklərini vaxtında icra etməməsi nəticəsində işlərin görülməsinin gecikməsini iddia etsə də, cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş CD-diskdə olan foto və videogörüntülərdən görünür ki, hələ 2019-cu ilin oktyabr ayında mübahisəli ərazidə söküntü işləri aparılmış, o cümlədən qəzalı vəziyətdə olan binada yalnız cavabdehin əmlaklarını təqdim etməməsi və gecikmənin məhz cavabdeh səsəbindən baş verməsi iş materialları ilə öz təsdiqini tapmır. Ilkin iddia üzrə iddiaçının nümayəndə və vəkili izahatında sakinlərin 95 faizi ilə razılıq əldə edildiyi və həmin ərazini tərk etdiklərini qeyd etmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya zərər vurulması faktı mötəbər sübutlarla öz təsdiqini tapmadığından məhkəmə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissədə ilkin iddianı rədd edərkən qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir.
50. Cavabdeh ilə X1 arasında bağlanmış ## ###### 2022-ci il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı ilkin iddianın digər hissəsini də əsassız hesab edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf əvvəla belə bir müqaviləni məhkəməyə təqdim etməmiş və onun hazırki mübahisəyə hansı formada aidiyyatı olması əsaslandırılmamışdır.
51. Apellyasiya baxışında ilkin iddia üzrə iddiaçının nümayəndə və vəkili izahatında qeyd etdi ki, onlar iddia tələbinə dəqiqləşdirmə ilə bağlı ərizə də vermişlər. Cavabdeh mənzillərdən birini başqa bir şəxsə satmışdı, həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdilər. Lakin, müqaviləni əldə edə bilmədilər, daha sonra dəqiqləşdirmə ərizəsi verdilər, hazırda dəymiş ziyanı tələb edirlər.
52. Əksik ölçüdə təhvil verilmiş mənzillərə görə fərqin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh ilə MTK arasında bağlanmış müqavilələrə əsasən qarşılıqlı iddiaçıya iddia ərizəsində göstərilən mənzillər təhvil verilməmişdir.
53. Tərəflərin arasında bağlanmış ## ####### 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsindən görünür ki, İddiaçı MTK mülkiyyətçiyə məxsus olan, qeyri-yaşayış kimi fəaliyyət göstərən faktiki sahəsi 45 m² mənzilin əvəzinə, güzəştli şərtlərlə binanın A blokunda, X mərtəbəsində, ** saylı 3 otaqlı 77m²-dən və B blokunda, IV mərtəbəsində, satış üçün nəzərdə tutulan ** saylı 2 otaqlı, sahələr cəmi 87 m² ibarət olan təmirsiz mənzili “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürmüşdür.
54. İddiaçı MTK tərəfindən inşa edilən binanın A blokunun 10-cu mərtəbəsində ** saylı 3 otaqlı 77 kv.m sahəli mənzil təhvil verilmiş; həmin mənzilə münasibətdə tərəflərin arasında razılıq əldə edildiyindən, məhkəmə tərəfindən mənzillərin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa həmin mənzilə münasibətdə ləğv edilmişdir (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-**(***)-**/**** saylı qərardadı). 55.Qarşılıqlı iddia üzrə iddiaçı ## ####### 2019-cu il tarixli müqaviləyə görə təhvil verilməli olan 87 kv.m sahəsi olan mənzilə münasibətdə tələb irəli sürmüşdür.
56. Tərəflərin arasında bağlanmış ## ### 2020-ci il tarixli müqavilə ilə İddiaçı MTK mülkiyyətçiyə məxsus olan, ** saylı, pilləkəni və divaraltı sahələri nəzərə alınmaqla artırma ilə birlikdə sahəsi 88 m² olan mənzilin və həmin mənzilin altında yerləşən 59 m² zirzəminin əvəzinə, güzəştli şərtlərlə, eyni parametrlərlə binanın B blokunda, 2-ci mərtəbəsində, * saylı 3 otaqlı 120,3 m²; B blokunda, 7-ci mərtəbəsində, * saylı 3 otaqlı 120,3m²; C blokunda 2-ci mərtəbəsində * saylı 2 otaqlı, 79,6 m²-dən (cəmi 320.2 kv.m) ibarət olan təmirsiz mənzillərin “Mülkiyyətçi”yə verməsini öhdəsinə götürmüşdür. 57.Göründüyü kimi tərəflər pilləkən və divaraltı sahələr nəzərə alınmaqla artırma ilə birlikdə mənzilin sahəsinin hedsablanması barədə razılaşmışlar.
58. Mənzillərin sahələrinin müəyyənləşdirilməsinə dair əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli **/** saylı rəyindən görünür ki, ünvan 1 ünvanında İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın «B» blokunda 2-ci və 4-cü mərtəbələrində yerləşən * saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59-cu fəslində Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən 104.8 kv.metr, həmin mənzilin daxili divarlarının şaxtanın, büton sütunların altına və balkonlara düşən sahələr nəzərə alınmaqla ümumi sahəsi isə 122.3 kv.metr təşkil etdiyi müəyyən olunur. - Həmin binanın “B” blokunun, 7-ci mərtəbəsində yerləşən * saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu fəslində Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən 79.66 kv.metr, həmin mənzilin daxili divarlarının şaxtanın, beton sütunlarının altına və balkonlara düşən sahələr nəzərə alınmaqla ümumi sahəsi isə 92.9 kv.metr təşkil etdiyi müəyyən olunur. Həmçinin “C” blokunun 2-ci mərtəbəsində yerləşən * saylı 2 otaqlı (zal studiya) mənzilin ümumi sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu fəslində Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən 62,5 kv.metr, həmin mənzilin daxili divarlarının şaxtanın, beton sütunların altına və balkonlara düşən sahələr nəzərə alınmaqla ümumi sahəsi isə 75.0 kv.metr təşkil etdiyi müəyyən olunur. (mənzillərin ayrıayrılıqda ölçüləri rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir).
59. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın «B» blokunda 2-ci və 4-cü mərtəbələrində yerləşən * saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59-cu fəslində Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən müvafiq azaltma əmsalları tətbiq olunmadan, bayır və ara divarlarının altı nəzərə alınmadan 104.8 kv.metr, “B” blokunun, 7-ci mərtəbəsində yerləşən * saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 79.66 kv.metr, “C” blokunun 2-ci mərtəbəsində yerləşən * saylı 2 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 62,5 kv.metr müəyyən olunur. ünvan 1 ünvanında İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın «B» blokunda 2-ci və 4-cü mərtəbələrində yerləşən * saylı 3 otaqlı (zal studiya) mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 122,3 kv.m, “B” blokunun, 7-ci mərtəbəsində yerləşən * saylı 3 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 92.99 kv.metr, “C” blokunun 2-ci mərtəbəsində yerləşən * saylı 2 otaqlı (zal studiya) mənzilin ümumi sahəsi 75,0 kv.metr müəyyən olunur. 2019-2020-ci il tarixlərdə ünvan 2 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeni tikilinin inşa edilməsi ilə əlaqədar işçi personallarına, avadanlıqlara, maşın mexanizminə, kommunal xərclərinə və digər mülkiyyətçilərə icarə haqqının məbləği barədə əldə etmək mümkün olmamışdır.
60. Ekspert rəylərində mübahisəli mənzillər “B” blokunun 2 və 4-cü mərtəbələrində * saylı 3 otaqlı, “B” blokunda 7-ci mərtəbəsində yerləşən * saylı 3 otaqlı və “C” blokunun 2-ci mərtəbəsində yerləşən * saylı 2 otaqlı mənzil olaraq göstərilmişdir. Halbuki, həm müqavilə, həm iddia ərizəsi həm də ekspertizanın təyin edilməsi barədə qərardadda mənzillər B blokunun, 2-ci mərtəbəsində, * saylı 3 otaqlı; B blokunun, 7-ci mərtəbəsində, * saylı 3 otaqlı; C blokunun 2-ci mərtəbəsində * saylı 2 otaqlı, B blokunun, 4-cü mərtəbəsində, ** saylı 2 otaqlı mənzillər olaraq qeyd edilmişdir.
61. Bununla belə ekspertiza tədqiqatı prosesində mənzillərə baxış tərəflərin iştirakı ilə keçirilmiş və qarşılıqlı iddiaçı ona verilməsi üçün təqdim edilən mənzillərin tədqiq edildiyini qəbul etmişdir.
62. Birinci instansiya məhkəməsi işin halını, eyni zamanda ekspert rəyinin mülki işin materialları ilə təkzib edilmədiyini və ekspertin məhkəmə prosesində rəyini müdafiə etdiyini nəzərə alaraq hesab etmişdir ki, texniki yanlışlıq ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsinə maneə olaraq qəbul edilməməlidir.
63. Məhkəmə kollegiyası da hazırda ekspert rəyinin mübahisələndirilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. 64.Qarşılıqlı iddiaçı iddia ərizəsində qeyd edir ki, B bloku, 4-cü mərtəbə 87 kv.m mənzil əvəzinə 79.2 kv.m mənzil ( 8 kv.m fərq), B blokunun 2-ci mərtəbəsində * saylı 3 otaqlı 120,3 m2 sahəli mənzil əvəzinə ona 104.1 m2 sahəli mənzil (fərq 16.2 m2 ) B blokunda 7-ci mərtəbədə * saylı 3 otaqlı 120.3 m2 sahəli mənzil əvəzinə ona 104.1 m2 sahəli mənzil (fərq 16.2 m2 ) C blokunda 2-ci mərtəbədə * saylı 2 otaqlı 79.6 m2 sahəli mənzil əvəzinə ona 62,5 m2 sahəli mənzil (fərq 17.1 m2 ) təqdim edilmişdir. Beləliklə yuxarıda qeyd olunan 5 əmlakdan 4-ü fərqli sahələrlə verilmişdir və toplam 57.5 m2 sahə ona müqavilədə qeyd olunan sahədən az verilmişdir.
65. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, müqavilənin şərti və ekspert rəyi nəzərə alınmaqla 57,5 m² əksik sahə olması təsdiqini tapmır.
66. Belə ki, iddiaçıya ümumi 407,2 kv.m (87 +320.2 kv.m) sahə təhvil verilməlidir. Ekspert rəyinə əsasən «B» blokunda 2-ci və 4-cü mərtəbələrində yerləşən * saylı 3 otaqlı (zal studiya) mənzilin daxili divarlarının şaxtanın, büton sütunların altına və balkonlara düşən sahələr nəzərə alınmaqla ümumi sahəsi isə 122.3 kv.metr təşkil etdiyi müəyyən olunur. C” blokunun 2-ci mərtəbəsində yerləşən * saylı 2 otaqlı (zal studiya) mənzilin daxili divarlarının şaxtanın, beton sütunların altına və balkonlara düşən sahələr nəzərə alınmaqla ümumi sahəsi isə 75.0 kv.metr təşkil etdiyi müəyyən olunur. “B” blokunun, 7-ci mərtəbəsində yerləşən * saylı 3 otaqlı (zal studiya) mənzilin daxili divarlarının şaxtanın, beton sütunlarının altına və balkonlara düşən sahələr nəzərə alınmaqla ümumi sahəsi isə 92.9 kv.metr təşkil etdiyi müəyyən olunur.
67. Kollegiya qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
68. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
69. Kollegiya həmçinin qarşılıqlı iddianın ##.##.2019-cu il tarixli və ##.##.2020-ci il tarixli Əvəzləşdirmə Müqavilələri üzrə ödənilməmiş kirayə haqqının əvəzi kimi toplam olaraq 78 700 manat pulun tutulmalı olması ilə bağlı hissəsini də əsassız hesab edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilərdə MTK-nın kirayə pulu ödəməsi ilə bağlı öhdəlik müəyyən edilməmişdir.
70. Mənəvi zərərin əvəzinin ödənilməsi üzrə qarşılıqlı iddia tələbini əsassız hesab edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçı əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini əsaslandırmamışdır. 71.Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx” MTK ilə son 3 ildə yaşadığı narahatçılıqlar və hazırda ona qarşı verilmiş uydurma iddia tələbi onda qarşılıqlı iddia ərizəsi vermək zərurəti yaratmışdır.
72. Nərimanov RPI-nin 18 PB-nin ##.##.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, ##.##.2020-ci il tarixdə saat 07.50-də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küç. 42/9 m. 31-də yaşayan Cavabdeh DIN-nin 102 xidmətinə zəng edərək yaşadığı binanın rəhbərliyi ilə aralarında mübahisə baş verməsi barədə məlumat vermiş, təkrar zəng edərək özünü intihar edəcəyini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küç 42/9 ünvanın tikintisini həyata keçirən İddiaçı MTK rəhbərliyi ilə şikayətçi Cavabdeh arasında mütamadi olaraq narazılıqlar baş vermişdir. Odur ki, hazırki müraciət üzrə Cavabdeh özünün intihar etməsinə dəlalət edən kifayət qədər əsasın olmadığını nəzərə alaraq toplanmış materialda hər hansı özünü öldürmə həddinə çatdırma cinayətinin, yəni Azərbaycan Respublikasının CM-nin 125-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq material üzrə cinayət işinin başlanması rədd edilməlidir.
73. Nərimanov RPI-nin 18 PB-nin ##.##.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, ##.##.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küç. 42/9 m. 31-də yaşayan Cavabdeh DIN-nin 102 xidmətinə zəng edərək Orxan adlı şəxsin onun kafellərini sındırması və Ilqar adlı işçisi tərəfindən təhqir olunması barədə məlumat vermişdir. Ərizə əsasında Orxan adlı şəxsin dəvət edilib izahatının alınması mümkün olmamış, kafellərin konkret kim tərəfindən və hansı şəraitdə sındırılmasını müəyyən etmək və material üzrə hüquqi qiymət vermək mümkün olmamışdır.
74. Nərimanov RPI-nin 18 PB-nin ##.##.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, ##.##.2020-ci il tarixdə saat 07.50-də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küç. 42/9 m. 31-də yaşayan Cavabdeh DIN-nin 102 xidmətinə zəng edərək cari ilin aprel ayında İddiaçı tikinti şirkətinin işçiləri Orxan və Elxan adlı şəxslər tərəfindən ona məxsus «Toyota» markaı 99 KS-666 dövlət nömrə nişanlı avtomobilinin arxa alın şüşəsinin sındırılaraq üzərinə beton tökülməsi, eləcə də digər avtomobilinin üzərinə beton tökmələri, həmin ərazidə elektrik cərəyanın açıq saxlanması nəticəsinə qızı X2 cərəyan vurması barədə məlumat vermişdir. Toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur.
75. Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/*** saylı qərarından görünür ki, X8 barəsində Azərbaycan Respublikasının IXM-nin 198.2-ci maddəsi ilə Nərimanov rayon prokurorluğundan daxil olmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərara əsasən “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” ## ###### 2023-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə X8 tərəfindən Azərbaycan Respublikası IXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, X9 texniki təhlükəsizlik qaydalarını pozaraq ##.##.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binalarının tikinti sahəsindən keçərkən Cavabdeh başına kərpic qırıntılarının düşməsi səbəbi ilə, sonuncunun qızı X2 isə 2020-ci ilin aprel ayının əvvəllərində həmin tikinti sahəsində ayağına armatur parçası dəyməsi nəticəsində dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. X10 tərəfindən Azərbaycan Respublikası IXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilsə də X9 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 198.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 76.Kollegiya qeyd edir ki, Cavabdeh müraciəti müvafiq araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. 77.Bundan əlavə, X9 texniki təhlükəsizlik qaydalarını pozaraq ##.##.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binalarının tikinti sahəsindən keçərkən Cavabdeh başına kərpic qırıntılarının düşməsi səbəbi ilə inzibati xəta törətməsi təsdiqini tapmışdır. Lakin, kollegiya da birinci instansiya məhləməsinin mövqeyi ilə razılaşır ki, mənəvi zərər tələbinin təmin edilməsi üçün əsas yoxdur.
78. Beləliklə, məhkəmə kollegiya qeyd edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- **/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392,402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Ilkin iddia üzrə iddiaçı İddiaçı MTK və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli